Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-13/2025 17.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1971-ci il tarixdə Oğuz rayonu Padar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, 2-ci qrup əlil, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Padar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 7,84 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib qanunsuz olaraq üzərində saxlamış, Oğuz RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 28 may 2024-cü il tarixdə saat 21 radələrində Oğuz rayonu Padar kəndi ərazisində saxlanılaraq Oğuz RPŞ-nə gətirilərək şübhəli şəxs qismində tutulmuş və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olan yardımçı tikiliyə 28 may 2024-cü il tarixdə saat 22:32 dəqiqədən saat 23:05 dəqiqəyədək olan müddət ərzində video-çəkilişlə keçirilmiş baxış zamanı oradan 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri -0,75 qram, 3,99 qram və 3,10 qram olmaqla ümumi təmiz çəkiləri 7,84 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Oğuz rayon Padar kəndində yaşayır, heç bir yerdə işləmir, bəzi vaxtlar narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən 10 gün əvvəl, hazırda dəqiq xatırlamadığı vaxtda Oğuz şəhərinin şimal hissəsində yerləşən çayın kənarında piyada hərəkətdə olduğu zaman təsadüfən yerdə bir ədəd sellofan torba olduğunu görmüş və həmin bükülü onun diqqətini cəlb etdiyi üçün həmin bükülünü əli ilə yerdən götürüb açaraq içərisinə baxdıqda içərisində 3 ədəd kibrit qutusunun olduğunu görmüşdür. Həmin kibrit qutularını açıb baxdıqda isə qutuların hər birinin içərisində qurudulmuş marixuana deyilən maddəyə oxşar kütlə olduğunu görmüşdür. Əvvələr arabir narkotikdən istifadə etdiyi üçün tapdığı maddənin marixuana olduğunu bilmişdir. Həmin vaxt ətrafda heç kimin olmadığını yəqin etdikdən sonra tapmış olduğu narkotikdən daha sonra özü istifadə etmək üçün 3 ədəd kibrit qutusunu əynində olan şalvarın sağ yan cibinə qoymuş və oaradan yaşadığı evə getmişdir. Evə getdikdən sonra həmin 3 ədəd kibrit qutusunu yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tiklinin içərisində gizlətmişdir ki, heç kim görməsin. Bunu gələcəkdə həmin marxiuanadan özü istifadə etmək məqsədilə həyata keçirmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində isə yaşadığı kənddə küçədə piyada hərəkətdə olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğunu bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. Oğuz RPŞ-yə gətirildikdən sonra vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan qara rəngli pencəyinin iç cibindən özünə məxsus bir ədəd siqaret qutusunu, pencəyinin sağ yan cibindən bir ədəd alışqanı, əynindəki qara rəngli şalvarının sol yan cibindən 84 manat pulunu və şalvarının arxa cibindən bir ədəd cib dəsmalını cıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi-axtarış keçirilsə də üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Həmin vaxt üzərindən aşkar edilən əşyalar özünə qaytarılmışdır. Üzərinə keçirilən şəxsi-axtarışla bağlı protokol tərtib edilmiş, protokol təhqiqatçı tərəfindən ona ucadan oxunmuş, protokolun doğruluğu o və digər iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Sorğu zamanı ondan narkotik vasitəni harada saxladığı soruşulanda o yaşadığı evin həyətində olan yardımçı tikilidə saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə müdafiəçinin iştirakı ilə onun yaşadığı ünvana getmişlər. Orada evinə baxış keçirilməsinə heç bir etirazı olmadığı barədə ərizə verdikdən sonra evinin həyətindəki yardımçı tikiliyə baxış keçirilmiş və özü tikilidə gizlətdiyi 03 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin kütlələr elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisinin qutularla birgə 17,1 qram olması müəyyən olunmuşdur. Narkotik vastə dəqiq çəkisi və növünün müəyyən olunması məqsədilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyulmuş, üzərinə o, vəkil və digər iştirakcılar imza etmişlər. Daha sonra evinin digər yerlərinə baxış keçirilsə də, oradan başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokol təhqiqatçı tərəfindən ona ucadan oxunmuş, protokolun doğruluğu o və digər iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Əvvəllər də narkotik vasitədən fasilələrlə istifadə etmişdir, lakin heç vaxt narkotik vasitə satmamışdır, aşkar olunmuş narkotik vasitəni isə yerdən tapmışdır, həmin narkotiki saxlamaqda niyyəti isə öz şəxsi istifadəsi üçün olmuşdur. Narkotik vasitədən istifadə etməyi, narkotik vasitə tapmağı barədə heç bir şəxsin məlumatı olmamışdır. Onda başqa narkotik vasitə yoxdur, heç bir yerdə narkotik vasitə saxlamır. Şübhəli şəxs qismində tutularkən polis şöbəsində ona heç bir təzyiq və fiziki zorakılıq edilməmişdir. Narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Əslində narkotik vasitədən dərman kimi istifadə ermişdir, çünki 2-ci qrup əlildir, yuxusu pozulduğundan səhhətində narahatlıq yaranır, həmin vasitədən istifadə etmək onu yüngülləşdirir. Səmimi peşmançılığının cəza təyin edilən zaman nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Belə ki, Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 2012-ci ildən DİO-da, 2023-cü ildən isə Oğuz RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Şöbəyə xx.xx.1971-ci il təvəllüdlü, Oğuz rayonu Padar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan o, Oğuz rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmiş, buna görə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün müvafiq qərar qəbul olunmuşdur. 28 may 2024-cü il tarixdə saat 21:15 radələrində Oğuz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2lə birlikdə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs rayonun Padar kəndi ərazisində saxlayıb ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah etmiş və Oğuz rayon polis şöbəsinə gətirmişlər. Bundan sonra təhqiqat bölməsinin təhqiqatçısı Vasif Məmmədov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və video-çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmasında Təqsirləndirilən şəxs özü, müdafiəçisi, o və Şahid2 iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş və o etiraz etmədən üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymağa başlamışdır. O əynindəki qara rəngli pencəyin iç cibindən bir ədəd siqaret qutusu, sağ yan cibindən bir ədəd alışqan, əynindəki şalvarın sol yan cibindən 84 manat pul və arxa cibindən isə bir ədəd əl dəsmalını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən arabir narkotik vasitədən istifadə etdiyini və yaşadığı evdə narkotik vasitə olduğunu etiraf edərək onu polis əməkdaşlarına təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməsi yekunlaşdırılmış, protokol tərtib olunmuş və onlar protokolun düzgün tərtib edildiyini imzaları ilə təsdiq etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs evinə getmişlər və onun razılığı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış keçirilməsində Təqsirləndirilən şəxs, onun müdafiəçisi, o və Şahid2 iştirak etmişlər. Baxış keçirilərkən video-çəkilişdən istifadə olunmuş, video-çəkiliş isə Oğuz RPŞ-nin UQ və SQ-nun inspektoru Şahid3 tərəfindən həyata keçirilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilərkən özü onları evin həyətində olan yardımçı tikiliyə aparmış, həmin tikilinin damının tirləri ilə divarının birləşən hissəsindən bir ədəd şəffaf rəngli plastik qabı götürüb təqdim etmişdir. Həmin qabın içərisində 3 ədəd kibrit qutusu olmuş, kibrit qutularına baxdıqda hər üçünün içərisində yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs onu tapdığını, öz istifadəsi üçün həmin yerdə gizlədib saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə kibrit qutuları ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 17,1 qram olmuşdur. Bundan sonra həmin kibrit qutuları təhqiqatçı tərəfindən 1 ədəd zərfə qoyularaq qablaşdırılıb götürülmüş, zərfin üzəri DİN-in 95 saylı zərflər üçün olan möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evin otaqlarına da baxış keçirilmiş, lakin evdən narkotik tərkibli başqa hər hansı maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs özü də onda başqa narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra isə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolla tanış olub onun düzgün tərtib edildiyini imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 verdiyi eyni məzmunlu ifadələri ilə də Təqsirləndirilən şəxs təsvir olunan cinayət əməlini törətməsi tam təsdiq olunur . İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 28 may 2024-cü il tarixli protokoldan və bir ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla sərbəst dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar edilməsə də, Təqsirləndirilən şəxs həmin vaxt yaşadığı evdə narkotik vasitə olduğunu etiraf etmiş, şəxsi axtarış zamanı aparılmış video-çəkilişin görüntüləri 01 ədəd kompakt diskə köçürülərək tərtib edilmiş protokola əlavə olunmuşdur. (cinayət işi vər: 25-26) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “baxış aparılması haqqında” 28 may 2024-cü il tarixli protokoldan və bir ədəd diskdən görünür ki, Oğuz RPŞnin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Vasif Məmmədov tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı Oğuz rayon Padar kəndində yerləşən evinə baxış keçirilmiş, baxış zamanı evin həyətində olan yardımçı tikilidən 3 ədəd kibrit qutusunda narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq götürülmüş və aparılmış video-çəkilişin görüntüləri 01 ədəd kompakt diskə köçürülərək tərtib edilmiş protokola əlavə olunmuşdur. (cinayət işi vər: 28-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 29 may 2024-cü il tarixli, 3-16-16/2-17/492 nömrəli rəyindən və həmin tarixli aktdan görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş..”sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 03 (üç) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,75 qr., 3,99 qr., 3,10 qr., ümumi təmiz çəkisi-7,84 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, tərkiblərinə görə eynidirlər. Marixuananın 0,06 qramı nümunə olaraq götürülmüş, qalıq–7,78 qram qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 35,97 manatdır. (cinayət işi vər: 36-40) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli, 1314 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicəyə cəlb edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cinayət işi vər: 131) Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxs “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 10 iyun 2024-cü il tarixli, 18-1-64/2-579/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Oğuz MRX-nın poliklinika şöbəsinin “Narkoloji” kabinetində qeydiyyatda yoxdur. “Ruhi-əsəb” kabinetində 2004-cü il tarixdən “F-20 Şizofreniya” diaqnozu ilə qeydiyyatdadır. (cinayət işi vər: 83) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi X2 şöbəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 23 iyul 2024-cü il tarixli, 522 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Şizofreniya, davamlı remissiya vəziyyəti” XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F20.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəliyin davamlı remissiya vəziyyətində olması səbəbindən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs “Şizofreniya, davamlı remissiya vəziyyəti” XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F20.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəliyin davamlı remissiya vəziyyətində olması səbəbindən hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. (cinayət işi vər: 132-134) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməklə barəsində 300 manat cərimə cəzası təyin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək CM-nin 128-ci maddəsi CM-nin 221.3-cü maddəsinə tövsif edilərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası 02 il müddətə şərti hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin hökmü ləğv edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsinə əsasən 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası 3 il müddətə şərti hesab edilmişdir. xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. (cinayət işi vər:99-100) Oğuz Rayon İcra Hakimiyyəti başçısının Padar İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli, 5-68-12/2-65/2024 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Padar kəndində qeydiyyatda olmaqla həmin ünvanda tək yaşayır, 2-ci qrup əlildir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cinayət işi vər: 81-82) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2011-ci il tarixli, 246523 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik səbəbli 2-ci qrup əlillik müəyyən edilmişdir. (cinayət işi vər: 84) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib özündə saxlasa da, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılarkən onun yaşadığı evdə narkotik vasitənin olduğunu könüllü olaraq dərhal etiraf etdiyini və narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılığını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, habelə 2-ci qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:35 radələrində Oğuz RPŞ-yə gətirilmiş və şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 15:55-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Oğuz RPŞ MSY-dən həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:35-dən xx.xx.2024-cü il tarixdə saat 15:55-dək şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək olan müddət ərzində, ərazi məhdudiyyətinin Oğuz rayon ərazisi olaraq müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamasının rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, 2-ci qrup əlil olduğu üçün onun barəsində məcburi müalicənin tətbiq edilməsinin mümkün olmadığı bildirilmiş, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 29 may 2024-cü il tarixli, 3- 16-16/2-17/492 nömrəli rəyini və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşlarının tərtib etdiyi “Baxış aparılması haqqında” 28 may 2024-cü il tarixli protokolun nəticələrini müqayisə edərək narkotik vasitənin çəkisinin məhkəmə-bioloji ekspertizası tərəfindən daha dəqiq müəyyən edilməsini nəzərə almaqla, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda – 7,84 qram olmasını qəbul edir. Beləliklə, məhkəmə qərara gəlir ki, iş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 7,78 qram çəkidə kustar üsulla hazırlanmiş qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2024-cü il tarixdə saat 21:35-dən xx.xx.2024-cü il tarixdə saat 15:55-dək şübhəli şəxs qismində tutulduğu müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 08 (səkkiz ) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Padar kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 7,78 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-13/2025
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-13/2025
17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver