Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-14/2023 20.06.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 Mayıl oğlunun iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.2000-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, 24 yanvar 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda – ümumilikdə 94,19 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı, həmçinin xx.xx.2023-cü il tarixdə əvəllər tanıdığı Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda – ümumilikdə 2,33 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı özündə saxlamış, 27 yanvar 2023-ci il tarixdə saat 13:20 radələrində Oğuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Oğuz şəhəri, İ.Rəhimov küçəsində şübhəli şəxs qismində saxlanılıb Oğuz RPŞ-yə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli gödəkcənin sol yan içəri hissəsindən 01 ədəd sellofan bükümün içərisində ümumi təmiz çəkisi 94,19 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin gödəkcənin sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində ümumi təmiz çəkisi 2,33 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana Oğuz RPŞ-nin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, 2022-ci ilin dekabr ayının əvvəllərindən ortalarınadək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - ümumilikdə 397,33 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana əldə edərək onu 1 ədəd sellofan torbada qablaşdırmaqla Oğuz şəhərinin şərq hissəsində yerləşən çay yatağının kənarında olan kolluq ərazidə, dəmir qabın altında gizlədib saxlamış, xx.xx.2023-cü il tarixdə həmin kütlədən 2,33 qramını 1 ədəd kibrit qutusunda qablaşdırmaqla tanışı- Oğuz rayon sakini Təqsirləndirilən şəxs1 onun xahişi əsasında əvəzsiz olaraq bəxşiş kimi vermiş, xx.xx.2023-cü il tarixdə Oğuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 verdiyi 1 ədəd kibrit qutusunda olan 2,33 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana onun üzərindən aşkar edilərək götürülmüş, davam edən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və onun həmin tarixdə Oğuz şəhərinin şərq hissəsində yerləşən çay yatağının kənarında olan kolluq ərazidə dəmir qabın altında bir ədəd sellofan torbada qablaşdırmaqla gizlədib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda - 395 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 24 yanvar 2023-cü il tarixdə günorta saatlarında Oğuz rayonu “X8”nun yaxınığında gəzən zaman yerdə olan bir ədəd şəffaf rəngli sellofan bükümə gözü sataşmışdır. Maraqlı olduğu üçün sellofan bükümü açıb baxdıqda içərisində nəşə olduğunu görmüşdür. Əvvəllər nəşə çəkdiyi üçün həmin torbanın içərisindəkinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bilmiş və onu özü istifadə etmək üçün əynindəki gödəkcənin yan cibinə qoymuşdur. Nəşədən istifadə edərkən təsir etmədiyini görüb həmin narkotik vasitəyə digər narkotik vasitə qataraq istifadə etmək qərarına gəlmişdir. Bunun üçün dostu Urfandan nəşə istəmək qərarına gəlmişdir. Belə ki, əvvəllər Urfanda olan nəşədən bir yerdə istifadə edərkən həmin nəşənin yaxşı təsir etdiyinin şahidi olmuşdur. Ona görə də xx.xx.2023-cü il tarixdə özünə məxsus olan ***-***-**- ** saylı mobil nömrənin “vhatsap”ı vasitəsilə Urfana məxsus olan ***-***-**-** saylı mobil nömrənin “vhatsap”ına zəng etmiş, ona sellofan torbada narkotik vasitə tapdığını, lakin zəif olduğunu bildirmiş və tapdığı nəşəyə qatıb istifadə etmək üçün özündə olan nəşədən ona təşkil etməsini xahiş etmişdir. Urfan da ona bir kibrit qutusu narkotik vasitə təşkil edə biləcəyini, ondan artıq verə bilməyəcəyini, çünki özünün də narkotik vasitə istifadə etdiyini bildirmişdir. O, Urfanla razılaşmışdır. Urfan demişdir ki, axşamüstü özü onunla əlaqə saxlayıb məlumat verəcəkdir. Həmin gün saat 18 radələrində Urfan ona bildirmişdir ki, nəşəni gətirib yaşadığı binanın qarşısında olan zibil qabına qoyub. O da küçəyə çıxmış və Urfanın zibil qutusuna qoyduğu bir kibirt qutusu marixuananı götürüb özündə olan kütləyə qatıb istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında evdən çıxarkən sellofan torbada tapdığı nəşəni və Urfandan aldığı 1 ədəd kibrit qutusunda olan nəşəni üzərində götürmüşdür ki, onları qatıb istifadə edərək necə təsir etdiyini yoxlasın. Həmin gün saat 13 radələrində yaşadığı evdən çıxıb Oğuz şəhəri, İ.Rəhimov küçəsi ilə hərəkət edərkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirmişlər və onu Oğuz rayon Polis Şöbəsinə gətirmişlər. Oğuz rayon PŞ-nə gətirildikdən sonra vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra isə vəkilin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamamışdan əvvəl ona üzərində olan əşyaları könüllü təqdim etməyi təklif edilmişdir. Bu zaman əynindəki tünd göy rəngli gödəkcənin sağ yan cibinə qoyduğu, yəni Urfandan aldığı-içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd kibrit qutusunu və həmin gödəkcənin sol yan içəri hissəsində saxladığı, yəni Oğuz rayonu “X8”nun yaxınığından tapdığı, içərisində qurudulmuş marixuana olan 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, üzərindən gəzdirilməsi və daşınması qadağan olunmuş başqa hər hansısa əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı həmin narkotik vasitələrin özünə məxsus olduğunu, sellofan bükümü Oğuz rayonu “X8”nun yaxınığından tapdığını, 1 ədəd kibrit qutusunda olan narkotik vasitəni isə tapdığı həmin kütlə zəif olduğu üçün onunla qarışdırıb istifadə etmək məqsədi ilə tanışı Urfandan aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra sellofan torbada və kibrit qutusunda olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, ayrı-ayrı zərfə qoyularaq möhürlənmiş, protokol tərtib olunmuş, o da protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Narkotik vasitədən fasilələrlə istifadə edir. Heç vaxt narkotik vasitə satmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitələri xx.xx.2023-cü il tarixdə üzərində gəzdirməkdə məqsədi onları bir-birilə qarışdırıb istifadə edərək necə təsir etməyini yoxlamaq olmuşdur. Onun narkotik vasitədən istifadə etməyi, narkotik vasitə tapmağı və Urfandan narkotik vasitə almağından başqa heç kimin məlumatı olmamışdır. Onda başqa narkotik vasitə yoxdur, heç bir yerdə narkotik vasitə saxlamır. Urfandan daha çox qurudulmuş marixuana istəmişdir ki, özündə olanla qarışdıra bilsin. Lakin Urfan ona özünün də narkotik vasitədən istifadə etdiyini, ona yalnız bir kibrit qutusu təşkil edə biləcəyini demişdir. Urfan ona verdiyi bir kibrit qutusu qurudulmuş marixuananın qarşılığında ondan heç nə istəməmişdir, o özü də Urfandan aldığı bir kibrit qutusu qurudulmuş marixuanaya görə ona pul, hədiyyə və sair nemət verməmişdir. O, törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini dərk edir və əməlindən səmimi peşmandır. Qeyd etdiklərini cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 2022-ci ilin dekabr ayının əvvəllərində Oğuz şəhərinin şərq hissəsində olan çay yatağında gəzən zaman yerdə olan bir ədəd şəffaf rəngli sellofan bükümə gözü sataşmışdır. Maraqlı olduğu üçün sellofan bükümü açıb baxdıqda içərisində narkotik vasitə olduğunu görmüşdür. Əvvəllərdə narkotik vasitədən istifadə etdiyi üçün həmin bükümün içərisindəkinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bilmiş, daha sonra həmin bükümün içərisində olan narkotik vasitənin həcmi çox göründüyü üçün onu çaylaq ərazidə olan kolluqların içindəki dəmir qabın altında gizlədib saxlamışdır. Arabir gedib həmin narktoik vasitədən götürüb siqaretə dolduraraq çəkmişdir. xx.xx.2023-cü il tarixdə tanışı Şəmistan ***-***-**-** saylı mobil nömrəsindən “vhatsap” vasitəsilə ona məxsus olan ***-***-**-** saylı mobil nömrənin “vhatsap”ına zəng edərək sellofan torbada “nəşə” tapdığını, lakin zəif olduğunu və yaxşı təsir etmədiyini bildirmiş, tapdığı nəşəyə qatıb istifadə etmək üçün onda olan nəşədən ona verməyini xahiş etmişdir. Şəmistanın onda “nəşə” olduğundan məlumatı olmuşdur, çünki həmin “nəşədən” əvvəllər bir yerdə istifadə etmişlər. Ona görə də Şəmistanın istəyini rədd edə bilməmiş, lakin ona yalnız bir kibrit qutusu narkotik vasitə təşkil edə biləcəyini, ondan artıq verə bilməyəcəyini, çünki özünün də narkotik vasitə istifadə etdiyini və onun azaldığını bildirmişdir. Şəmistan da bununla razılaşmışdır. Şəmistana demişdir ki, axşam üstü özü onunla əlaqə saxlayıb məlumat verəcəkdir. Həmin gün evdən çıxanda narkotik vasitəni gizlətdiyi yerə getmiş, tapdığı sellofan torbada olan qurudulmuş marixuanadan özü ilə götürdüyü 1 ədəd kibrit qutusuna doldurmuş və onu gödəkcəsinin cibinə qoymuşdur. Bundan sonra həmin gün saat 18 radələrində kibrit qutusunu Şəmistanın yaşadığı Oğuz şəhəri, İ.Rəhimov küçəsində yerləşən 6 nömrəli binanın qarşısındakı zibil qabına qoyub, telefonla bu barədə Şəmistana məlumat vermişdir. xx.xx.2023cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb 20 yanvar küçəsi ilə hərəkətdə olarkən polis əməkdaşları yaxınlaşıb onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, tanışı Təqsirləndirilən şəxs1 narkotik vasitə satmaqda şübhəli olduğunu bildirmiş və onu Oğuz rayon Polis Şöbəsinə gətirmişlər. Oğuz rayon PŞ-nə gətirildikdən sonra vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra vəkilin, iki nəfər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamamışdan əvvəl ona üzərində olan əşyaları könüllü təqdim etməyi təklif edilmişdir. Bu zaman əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən 1 ədəd Redmi Note 9 markalı mobil telefonu, qara rəngli qış gödəkcəsinin sol yan cibindən 2 qutu Classic və LD markalı siqaret və 2 ədəd alışqanı masanın üstünə qoyaraq üzərində başqa əşya olmadığını bildirmişdir. Bundan sonra əynində olan paltarlarda və bədənində axtarış aparılmış, lakin üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən o, xx.xx.2023-cü il tarixdə tanışı Şəmistana 1 kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana verdiyini etiraf etmiş və özündə olan narkotik vasitəni təqdim etmək istədiyini bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş, vəkilin iştirakı ilə protokolla tanış olmuş və onu imzalamışdır. Üzərindən aşkar olunmuş siqaret paçkaları və alışqanlar maddi sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılsa da, mobil telefonu polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra isə vəkilin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə narkotik vasitəni gizlətdiyi yerə getmişlər. O, çay yatağının yaxınlığında kolluq sahədə dəmir qabın altında gizlətdiyi sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Bundan sonra həmin narkotik vasitəyə baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş, çəkisi 405 qram olmuş və qablaşdırılaraq götürülmüşdür. Bununla əlaqədar da protokol tərtib edilmiş və o, vəkilin iştirakı ilə həmin protokolla tanış olub onu imzalamışdır. Əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuanadan heç kimə satmamış, belə bir fikri də olmamışdır. Şəmistana verdiyi 1 kibrit qutusu qurudulmuş marixuananı da onun xahişi ilə vermişdir, həmin narkotik vasitəni Şəmistana satmamışdır, onu təmənnasız olaraq vermişdir və ona görə də özünü ona elan edilmiş Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə deyil, həmin məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Narkotik vasitədən fasilələrlə istifadə etmişdir, heç vaxt narkotik vasitə satmamışdır. Ondan aşkar olunmuş narkotik vasitəni saxlamaqda məqsədi öz şəxsi istifadəsi üçün olmuşdur. Onun narkotik vasitədən istifadə etməsi, narkotik vasitələri tapması və Şəmistana narkotik vasitə verməsindən başqa heç kəsin məlumatı olmamışdır və onda qeyd etdiyindən başqa narkotik vasitə yoxdur, heç bir yerdə narkotik vasitə saxlamır. O, törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini dərk edir və əməlindən səmimi peşmandır. Qeyd etdiklərini cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törətmələri onların özlərinin etirafları ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Oğuz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində narkotik vasitə gəzdirməsi və özünün də narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar tərəfindən raportla Oğuz RPŞ-nin rəisinə müraciət olunmuş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmişdir. CAB-ın əməliyyat müvəkkili Şahid1la birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 13:15 radələrində Oğuz şəhəri, İ.Rəhimov küçəsində saxlanılaraq Oğuz RPŞ-yə gətirilmişdir. Oğuz RPŞ-də Təqsirləndirilən şəxs1 müdafiə hüququ təmin edilməklə şübhəli şəxs qismində tutulmuş, sonra isə müdafiəçinin, hal şahidlərinin, onun və CAB-ın əməliyyat müvəkkili Şahid1 iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs1 üzərində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu, həmin gödəkcənin sol yan içəri hissəsindən 01 ədəd şəffaf rəngli sellofan torbanı çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin sellofan torbaya və kibrit qutusuna baxış keçirilən zaman içərisində spesifik iyə malik olan narkotik vasitəyə oxşar kütlə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin kibrit qutusunda və şəffaf rəngli sellofan torbada olan kütlənin narkotik vasitə olan “nəşə” olduğunu, özünə məxsus olduğunu və həmin bükümü xx.xx.2023-cü il tarixdə günorta saatlarında Oğuz rayonu “X8”nun yaxınlığında gəzən zaman yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitədən istifadə edərkən narkotik vasitənin zəif təsir etdiyini görüb həmin narkotik vasitəyə digər narkotik vasitə qataraq istifadə etmək qərarına gəldiyini, bunun üçün xx.xx.2023-cü il tarixdə tanışı Urfan adlı şəxsə zəng edərək ona narkotik vasitə verməsini xahiş etdiyini, onda “nəşə” olmasından məlumatlı olduğunu, Urfan da onunla razılaşaraq həmin gün bir kibrit qutusu marixuananı gətirib yaşadığı binanın qarşısında olan zibil qabına qoyduğunu, o da həmin bir kibirt qutusu marixuananı götürərək öz istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki paltarlara və bədəninə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı onun üzərindən qanunla sərbəst dövriyyəsi qadağan edilmiş başqa hər hansısa əşya aşkar olunmamışdır. Daha sonra içərisində narkotik vasitə olan sellofan torba və kibrit qutusunun içərisindəki kütlə elektron tərəzidə çəkilmiş, sellofan torbanın içərisində olan kütlənin ümumi çəkisi 98,5 qram, kibrit qutusunun içərisindəki kütlənin çəkisi isə 4,5 qram olmuş, həmin sellofon torba və kibrit qutusu ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra isə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolla tanış olub onu imzalamışlar. Təqsirləndirilən şəxs1 göstərdikləri ilə əlaqədar Şahid1la birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ondan aşkar olunaraq götürülmüş 1 ədəd kibrit qutusunda olan narkotik vasitəni aldığı Urfan adlı şəxsin Oğuz şəhər sakini Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 onlar tərəfindən xx.xx.2023-cü il tarixdə səhər saat 08:45 radələrində Oğuz şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq Oğuz RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs2 müdafiə hüququ təmin edilməklə şübhəli şəxs qismində tutulmuş, sonra isə müdafiəçinin, hal şahidlərinin, onun və əməliyyat müvəkkili Şahid1 iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs2 üzərində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən 01 ədəd Redmi Note 9 markalı mobil telefonu, qara rəngli qış gödəkcəsinin sol yan cibindən 2 qutu Classik və LD markalı siqaretlər və 02 ədəd alışqanları çıxarıb stolun üstünə qoymuşdur. Bundan sonra onun paltarlarına və bədəninə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı onun üzərindən qanunla sərbəst dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 bir kibrit qutusu qurudulmuş marixuana verdiyini etiraf etmiş, qalan narkotik vasitəni çaylaq ərazidə gizlətdiyini və onu təqdim etmək istədiyini bildirmişdir. Bununla da şəxsi axtarış keçirilməsi başa çatmış, protokol tərtib edilmiş, o və digər şəxslər protokolla tanış olub onu imzalamışlar. Bundan sonra isə Təqsirləndirilən şəxs2 dedikləri əsasında Oğuz şəhəri ərazisində çay yatağının kənarında olan kolluq əraziyə getmişlər. Təqsirləndirilən şəxs2 kolluqda paslı dəmir qabın altından 1 ədəd göy rəngli sellofan torba təqdim etmiş və həmin sellofan torbaya Təqsirləndirilən şəxs2, onun müdafiəçisinin, hal şahidlərinin, onun və Şahid1 iştirakı ilə baxış keçirilərkən içərisində spesfik iyə malik qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan “nəşədir”, onu Oğuz şəhəri ərazisində evlərinə yaxın olan həmin çay qırağı adlanan ərazidən 1,5-2 ay əvvəl tapmış və öz istifadəsi üçün götürüb saxlamışdır. Təqsirləndirilən şəxs1 da həmin narkotik vasitədən 01 kibrit qutusu yığaraq vermişdir. Həmin sellofan torba götürülmüş, elektron tərəzidə çəkilmiş, sellofan torbanın içərisində olan kütlənin ümumi çəkisi 405 qram olmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonda isə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və onlar protokolla tanış olub onun doğru tərtib edildiyini imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa kənar şəxslərdən narkotik vasitə alması və satması barədə əsaslı məlumat əldə etmək mümkün olmamış, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən o aşkar olunmuş 1 ədəd kibrit qutusu narkotik vasitəni özünün xahiş əsasında tanışı Urfan adlı şəxsin ona verməsini, bunun müqabilində Urfana heç nə vermədiyini, onun dediklərindən Urfan adlı şəxs həmin narkotik vasitəni ona hədiyyə kimi verməsinin məlum olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Oğuz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 da Şahid2 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs1 tanımır, həmin şəxslə heç bir münasibəti olmamışdır, onunla ədavət və ya düşmənçiliyi yoxdur. 27 yanvar 2023-cü il tarixdə günorta saatlarında Oğuz rayon polis şöbəsinin yaxınlığında olarkən ona polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər, bir nəfər şəxsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar saxladıqlarını bildirmişlər və üzərinə şəxsi axtarış keçirmək üçün onun hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O, polis əməkdaşları ilə razılaşıb onlarla birlikdə Oğuz rayon polis şöbəsinə gəlmişdir. Orada ona və hal şahidi qismində dəvət edilmiş digər şəxsə hüquq və vəzifələri izah olunmuş, bundan sonra isə əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçinin və iki nəfər polis əməkdaşının iştirakı ilə axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu, həmin gödəkcənin sol yan içəri hissəsindən 01 ədəd şəffaf rəngli sellofan torbanı çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin sellofan torbaya və kibrit qutusuna baxış keçirilən zaman içərisində spesifik iyə malik olan narkotik vasitəyə oxşar kütlə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin kibrit qutusunda və şəffaf rəngli sellofan torbada olan kütlənin narkotik vasitə olan “nəşə” olduğunu, özünə məxsus olduğunu və həmin bükümü xx.xx.2023-cü il tarixdə günorta saatlarında Oğuz rayonu X8nun yaxınlığında gəzən zaman yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitədən istifadə edərkən narkotik vasitənin zəif təsir etdiyini görüb həmin narkotik vasitəyə digər narkotik vasitə qataraq istifadə etmək qərarına gəldiyini, bunun üçün xx.xx.2023-cü il tarixdə tanışı Urfan adlı şəxsə zəng edərək ona narkotik vasitə verməsini xahiş etdiyini bildirmişdir. Onun dediyinə görə Urfan da onunla razılaşaraq həmin gün bir kibrit qutusu marixuananı gətirib yaşadığı binanın qarşısında olan zibil qabına qoymuş, o da həmin marixuananı götürərək öz istifadəsi üçün saxlamışdır. Polis şğbəsində Təqsirləndirilən şəxs1 əynindəki paltarlara və bədəninə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş başqa hər hansı əşya aşkar olunmamışdır. Daha sonra içərisində narkotik vasitə olan sellofan torba və kibrit qutusunun içərisindəki kütlə elektron tərəzidə çəkilmiş, həmin sellofon torba və kibrit qutusu ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra isə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolla tanış olub onun doğru tərtib edildiyini imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunmuş 1 ədəd kibrit qutusu narkotik vasitəni özünün xahiş əsasında tanışı Urfan adlı şəxsin ona verdiyini, bunun müqabilində Urfana nə isə vermədiyini, Urfan adlı şəxsin həmin narkotik vasitəni ona hədiyyə kimi verdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 və Şahid5 Şahid4 ifadəsinin məzmununa uyğun ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş üzrə Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunan cinayət əməlini törətdikləri tam təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə barədə” 27 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, həmin tarixdə saat 13:45-dən başlayaraq Oğuz rayon Polis Şöbəsinin inzibati binasında Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vəkilin, hal şahidləri Şahid4 və Şahid6 iştirakı ilə, foto-çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, onun əynindəki tünd göy rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd ədəd kibrit qutusunda və həmin gödəkcənin sol yan içəri hissəsindən 1 ədəd şəffaf rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq ayrı-ayrı zərflərdə qablaşdırılmaqla götürülmüş, şəxsi axtarış zamanı zamanı Təqsirləndirilən şəxs1 sellofan torbada olan kütləni 24 yanvar 2023-cü il tarixdə Oğuz şəhərində, “X8”nun yaxınlığından tapdığını, kibrit qutusundakı kütləni isə tanışı, Oğuz şəhər sakini Urfan adlı şəxsdən 26 yanvar 2023- cü il tarixdə alaraq üzərində saxladığını bildirmişdir. (i.v. 29-35) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə barədə” 28 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, həmin tarixdə saat 09:20-dən başlayaraq Oğuz rayon Polis Şöbəsinin inzibati binasında Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vəkilin, hal şahidləri X1 və Şahid5 iştirakı ilə və foto-çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun üzərindən qanunla sərbəst dövriyyəsi qadağan ədilmiş hər hansı əşya aşkar olunaraq götürülməmişdir. Lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 26 yanvar 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 1 ədəd kibtir qutusunda narkotik vasitə qurudulmuş marixuana verdiyini etiraf etməklə, onda qalan narkotik vasitəni təqdim etmək istədiyini bildirmişdir. (i.v.70-73) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “baxış aparılması barədə” 28 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, həmin tarixdə saat 11:05-dən başlayaraq Təqsirləndirilən şəxs2 Oğuz şəhərinin şərq hissəsində yerləşən çay yatağının kənarındakı kolluq ərazidə olan dəmir qabın altından götürərək təqdim etdiyi göy rəngli sellofan torbaya baxış keçirilmiş və həmin sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs2 həmin kütləni 1,5-2 ay bundan qabaq həmin ərazidən tapdığını, öz istifadəsi üçün orada gizlədərək saxladığını, xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 1 kibrit qutusu narkotik vasitə-qurudulmuş marixuananı da oradan götürüb verdiyini bildirmişdir. (i.v. 74-80) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkilllərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə həmin ifadə xx.xx.2023-cü il tarixdə saat 12:00-dan başlayaraq foto-çəkiliş aparılmaqla onun özünün iştirakı ilə yerində yoxlanılmışdır. Həmin isitntaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ilə Oğuz şəhərinin aşağı hissəsində yerləşən “X8”nun qarşısına gedilmiş, Təqsirləndirilən şəxs1 həmin zavodun qarşısından keçən avtomobil yolundan 25 metr məsafədə yerləşən qoz ağacını göstərərək xx.xx.2023-cü il tarixdə üzərindən 1 ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı oradan tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 göstərməsi ilə onun yaşadığı mənzilin yerləşdiyi Oğuz şəhəri, İ.Rəhimov küçəsində yerləşən 6 nömrəli binanın qarşısına gedilmiş, sonuncu həmin binanın qarşısında olan zibil qabını göstərərək xx.xx.2023-cü il tarixdə üzərindən 1 ədəd kibrit qutusunda aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 həmin yerə qoyduğunu, daha sonra onu oradan özünün götürdüyünü bildirmişdir.. (i.v. 179-181) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə həmin ifadə xx.xx.2023-cü il tarixdə saat 11:00-dan başlayaraq foto-çəkiliş aparılmaqla onun özünün iştirakı ilə yerində yoxlanılmışdır. Həmin isitntaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 ilə Oğuz şəhərinin şərq hissəsindən keçən çay yatağının kənarına gedilmiş, sonuncu həmin yeri göstərərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ondan götürülmüş 1 ədəd sellofan torbada olan qurudulmuş marixuananı şübhəli şəxs qismində tutulmamışdan 1,5-2 ay əvvəl həmin yerdən taparaq orada olan kolluqda, dəmir qabın altında gizlətmişdir. xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 da sonuncunun xahişi ilə həmin kütlədən 1 ədəd kibrit qutusuna yığmaqla aparıb yaşadığı binanın qarşısında olan zibil qabının arxasına qoyub bu barədə ona məlumat vermişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 verdiyi 1 ədəd kibrit qutusunda qurudulmuş marixuananı sonuncunun yaşadığı, Oğuz şəhəri, İ.Rəhimov küçəsində yerləşən 6 nömrəli binanın qarşısında olan zibil qabının arxa hissəsinə qoymasını yerində əyani olaraq göstərişdir. (i.v. 182-185) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “baxış keçirilməsi barədə” 30 yanvar 2023-cü il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 məxsus üzərində ***-***- **-** və ***-***-**-** saylı nömrələr olan «Redmi Note 9» markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmiş və protokol tərtib edilərək cinayət işinin istintaq materiallarına əlavə olunmuş və həmin tarixdə üzərində ***-***-**-** və ***-***-**-** saylı nömrələr olan «Redmi Note 9» markalı mobil telefon Təqsirləndirilən şəxs2 qaytarılmışdır. (i.v. 134) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “baxış keçirilməsi barədə” 30 yanvar 2023-cü il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 məxsus üzərində ***-***- **-** saylı nömrə olan «İphone 8» markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmiş və protokol tərtib edilərək cinayət işinin istintaq materiallarına əlavə olunmuş, mobil telefon Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. (i.v. 136) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 27 yanvar 2023-cü il tarixli 17/106 nömrəli rəyilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş maddi sübut.....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi – 94,19 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzrəində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş maddi sübut.....” sözləri, adlar və imzalar yazılmış digər zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi – 2,33 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan torbada və 01 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə fərqlidirlər. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Ekspertiza zamanı 01 ədəd sellofan torbada və 01 ədəd kibrit qutusunda olan marixuananın hər birindən 0,05 qramı tədqiqata sərf edilmiş, müvafiq olaraq 94,14 qram və 2,28 qram qalıq qalmışdır. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 manat təşkil edir). (i.v. 43-46) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 28 yanvar 2023-cü il tarixli 17/109 nömrəli rəyilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 Oğuz şəhəri Çayqırağı ərazisində gizlətdiyi və aşkar olunaraq götürülmüş maddi sübut.....” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisindəki, təmiz çəkisi – 395 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan torbada və 01 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Ekspertiza zamanı 01 ədəd sellofan torbada olan 395 qr. marixuanadan 0,10 qr. və 01 ədəd kibrit qutusunda olan marixuanadan 0,05 qramı tədqiqata sərf edilmiş, müvafiq olaraq 394,90 qram və 2,23 qram qalıq qalmışdır. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 manat təşkil edir). (i.v. 88-91) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 433 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifdə edir. Narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.(i.v. 195) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 430 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür.(i.v. 196) Oğuz Rayon Mərkəzi X5 Şəxsi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/2-129/2023 saylı və PHŞ-6-64/2-128/2023 saylı cavab məktublarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Oğuz rayon X2 şöbəsinin “Narkoloji” və “Ruhi əsəb” kabinetlərində qeydiyyatda yoxdur.(i.v. 165- 166) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 156,157) Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 202 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Oğuz şəhərində ailə üzvlərianası, və 2 qardaşı ilə birlikdə yaşayır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır.(i.v. 173-174) Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2023-cü il tarixli 197 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Oğuz şəhərində ailə üzvləri-ata-anası, 2 bacısı və 1 qardaşı ilə birlikdə yaşayır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır.( (i.v. 177) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran, həmin Məcəllənin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən halların olmamasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşmançılıq çəkməsini və polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılarkən törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran, həmin Məcəllənin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən halların olmamasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşmançılıq çəkməsini və polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılarkən törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət örətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, onların yaşayış yerindən müsbət xarakterizə olunmalarını, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin onların özlərinin həyat tərzinə, ailələrinin vəziyyətinə maddi, fiziki və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslərlə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onlarda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onların islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddənin sanksiyasında müəyyən edilmiş, az ciddi cəza növü hesab olunan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023- cü il tarixdə saat 13:30-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 12:30-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Oğuz RPŞ MSY-dən həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs1 hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 09:00-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 15:40-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Oğuz RPŞ MSY-dən həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamasının rəyi ilə Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğu müəyyən edilmiş, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamasının rəyi ilə Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə hallarının olduğu, narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilmiş, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ibtidai istintaq aparılarkən iki dəfə məhkəmə bioloji ekspertizası təyin edilmiş, ekspertin 27 yanvar 2023-cü il tarixli 17/106 nömrəli rəyilə müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd sellofan torbada təmiz çəkisi – 94,19 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Habelə şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 2,33 qram olan bitki mənşəli kütlənin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Həmin ekspertia zamanı marixuanaların hər birindən 0,05 qr tədqiqata sərf edildiyindən müvafiq olaraq 94,14 qram və 2,28 qram qalıq qalmışdır. Ekspertin 28 yanvar 2023-cü il tarixli 17/109 nömrəli rəyilə müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 Oğuz şəhəri Çayqırağı ərazisində gizlətdiyi və aşkar olunaraq götürülmüş 01 ədəd sellofan torbanın içərisindəki, təmiz çəkisi – 395 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin ekspertiza tədqiqatı zamanı tədqiqata təqdim olunmuş sellofan torbada olan və Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaların tərkiblərinə görə eyni olması müəyyən edilmişdir. Ekspertiza zamanı 01 ədəd sellofan torbada olan 395 qram marixuanadan 0,10 qr. və 01 ədəd kibrit qutusunda olan, əvvəlki ekspertizadan qalan 2,28 qram marixuanadan 0,05 qramı tədqiqata sərf edilmiş, müvafiq olaraq marixuanalardan 394,90 qram və 2,23 qram (2,28-0,05) qalıq qalmışdır. Qeyd olunanlara qiymət verərək məhkəmə bildirir ki, iş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan, Təqsirləndirilən şəxs1 götürülmüş, 01 ədəd sellofan torbada və 01 ədəd kibrit qutusunda olan 94,14 qram və 2,23 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd sellofan torbada olan 394,90 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə cəmi 71,94 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 3 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2023- cü il tarixdə saat 13:30-dan şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2023-cü il - tarixdə saat 12:30- dək olan müddət 2(iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş 2(iki) il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan ünvan 3 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 5 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2023- cü il tarixdə saat 09:00-dan şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2023-cü il - tarixdə saat 15:40- dək olan müddət 2(iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş 2(iki) il 5 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan ünvan 4 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan, təqsirləndirilən Təqsirləndirilən şəxs1 götürülmüş, 01 ədəd sellofan torbada və 01 ədəd kibrit qutusunda olan 94,14 qram və 2,23 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd sellofan torbada olan 394,90 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə cəmi 71,94 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia tələbinin və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-14/2023
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-14/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver