Məhkəmə qərarları › İş №1(054)-15/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-15/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-15/2023 15.08.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Cümşüd qızının, cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış,hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair xüsusi icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Aparılmış istintaqla müəyyən edilmişdir ki, xx.xx.1962-ci ildə Oğuz (Vartaşen) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri tətbiq edilmiş və müvafiq xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilmiş Təqsirləndirilən şəxs əziyyət çəkdiyi depressiv tipli üzvi affektiv pozuntu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməklə anlaqsız vəziyyətdə 14 fevral 2023-cü il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs Cümşüd qızı ilə birgə yaşadığı evdə sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onu psixiatrik xəstəxanaya yerləşdirmək istəməsindən əsəbiləşərək əlində olan təsərrüfat-məişət təyinatlı balta ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə zərbə endirərək Zərərçəkmiş şəxs Cümşüd qızına alının sağ yuxarı hissəsinin, başın arxa sağ və sol ənsə nahiyələrinin, başın sol təpə nahiyəsinin kəsilmiş yaraları, sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ əlin 2-ci, sol əlin 5-ci daraq sümüyünün çatı, sağ saidin bayır yuxarı 1/3-nin, sağ mil-bilək oynağının bayır tərəfinin, sağ saidin içəri orta 1/3-nin, sağ əlin üst səthinin, sol çiyinin üst səthinin, sağ diz oynağının ön hissəsinin, sol dirsək oynağının arxa səthinin, sol əlin bayır tərəfinin, sol əlin üst səthinin sıyrıqları, sağ gözün bayır tərəfinin, sağ çiyinin arxa səthinin və sağ kürək nahiyəsinin qançırları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 4 ünvanında yaşayır. 1987-ci ildə ailə qurmuşlar. Bir qız, bir oğlan övladları var. Qızı ailə həyatı quraraq Rusiya Federasiyasında, oğlu İsrail vətəndaşı olaraq orada yaşayır. Özü heç bir yerdə işləmir, oğlu İbrahimin maddi dəstəyi ilə dolanırlar. Arvadı Sevinc də heç bir yerdə işləmir. O, əvvəllər spirtli içki qəbul etsə də 10 aydır ki, spirtli içki içməkdən imtina etmişdir. Təxminən 4 ay əvvəl onda panik-atak və titrəmə əlamətləri yaranıb. Bu da onun əsəb sisteminə pis təsir edir, gecələr yata bilmir, yuxularını qarışdırır, yuxuda əcaib insanlar görür, bunlar ona pis təsir edir, yuxuda olarkən qışqıraraq oyanır və yata bilmir. General Lebed onun komandiri olmuşdur. Birlikdə çoxlu spirtli içki içmişlər. Hərdən o da yuxusuna girir. Bədənində olan ağrılara və heç bir səbəb olmadan keçirdiyi əsəbə görə əvvəllər bir neçə dəfə özünü öldürmək istəsə də, həyat yoldaşı Sevinc buna imkan verməmişdir. Onun qaraciyər və digər orqanlarında da xəstəliklər mövcuddur. Buna görə Şöhrət həkim, Siyavuş həkim onun evinə gələrək ona müvafiq müalicə yazmışlar və buna görə dərmanlar atır. Həmçinin nevroloji xəstə olduğuna görə 06 yanvar 2023-cü il tarixdə arvadı Sevinc onu Oğuz rayon Mərkəzi Xəstəxanasına- “nevroloq” Qalina həkimin yanına aparmışdır. Qalina həkim ona müalicə yazmış və “psixiatr” həkimə müraciət etməli olduğunu bildirmişdir. Bundan sonra həyat yoldaşı Sevinc təkidlə onu “psixiatr” həkimə aparmaq istəmişdir. Lakin o, “psixiatr” həkim yanına gedib müalicə almaq istəməmişdir. Hər dəfə Sevincə “psixiatr” həkim yanına gedəcəyinə söz versə də sonradan psixiatr həkimə getməkdən qorxduğuna görə getməkdən yayınmışdır. Qarşısına məqsəd qoymuşdur ki, özünü öldürsün. Buna görə də hadisədən iki gün əvvəl məktub yazıb yatdığı döşəyin altına qoymuş, döşəyin altına bıcaq da qoymuşdur ki, qollarının damarını kəsib intihar etsin, çünki artıq xəstəliyə dözə bilmir. Lakin həyat yoldaşı onu nəzarətsiz buraxmamış və intihar etməyə qoymamışdır. Arvadı Sevinc onu məcbur etmişdir ki, “psixiatr” həkim yanına getsin. Hadisədən bir gün əvvəl də razılaşmışlar ki, səhəri gün, yəni hadisə olan günü “psixiatr” həkimin yanına getsinlər. Lakin o, “psixiatr” həkim yanına getmək istəmədiyi üçün həmin gün daha da əsəbi olmuşdur. 14 fevral 2023-cü il tarixdə gecə səhərə qədər yata bilməmişdir. Səhər oyandıqdan sonra da özünü narahat hiss etmişdir. Bədəni qıc olmuş, öz-özünə əsəbiləşmişdir. Hadisə olan gün səhər qaynı Rasim onlara ət alıb gətirmiş və arvadı Sevinc də həmin əti doğrayıb soyuducuya, balaca ət baltasını isə mətbəxdə stolun üstünə qoymuşdur. Həmin gün saat təxminən 17 radələrində onda “panik atak” yaranmış, arvadı onu intihar etməyə qoymadığıma görə əsəbiləşmiş və mətbəxdən stolun üzərindəki həmin baltanı götürərək otaqdan dəhlizə çıxmış və orada olan həyat yoldaşının arxadan balta ilə bir neçə dəfə başına vurmuşdur ki, ondan əl çəksin və o da rahat gedib özünü öldürsün. Onun zərbələri nəticəsində Sevinc qapıdan çıxıb çölə qaçmışdır. O da otaqdan mətbəxə keçib baltanı stolun üstünə qoymuş və stolun üstündə olan mətbəx bıçağını götürüb sinə hissəsindən 2-3 zərbə vurmuşdur ki, ölsün. Lakin bıçağın onu öldürmədiyini görüb mətbəxdə stolun üzərində olan böyük bıçaqla sinə hissəsinə yenə vurduqda bıçaq əyilmişdir. Sonra başını divara çırpmışdır. Yenə də özünə bir şey olmadığını görüb mətbəxdə şkafın qarşısındakı stolun üstündə olan 2 litirlik butulkanın yarısından olan üzüm sirkəsindən təxminən 200 qram içmişdir ki, ölsün. Lakin o da onu öldürməmişdir. Bundan sonra polislər və təcili tibbi yardım həkimləri onu xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər heç vaxt həyat yoldaşına əl qaldırmamışdır, arvadı Sevinci hər zaman sevmişdir. Sevinc ona hər zaman yaxşı davranmışdır və onun əsəblərini müalicə etdirmək üçün “psixiatr” yanına aparmaq istəmişdir. Bu da onda ciddi narahatlıq və əsəb yaratmışdır. Özünü öldürmək istəmişdir, lakin həyat yoldaşı Sevinc buna mane olmuşdur. Onun Sevinci balta ilə vurmaqda məqsədi o olmuşdur ki, Sevincin huşu itsin, onun özünü öldürməyinə mane olmasın. Arvadı Sevinci balta ilə vurmaqda məqsədi sonuncunu öldürmək olmamışdır. Əvvəllər o istər həyat yoldaşı Sevincə, istərsə də özünə xəsarət yetirməmişdir. Yazdığı həmin məktubu hadisədən 2 gün əvvəl özünü öldürmək istədiyinə görə yazıb yatdığı döşəyin altına qoymuş və döşəyn altında olan bıçağın birini Sevinc gecələr o rahat yatsın, qorxmasın deyə oraya qoymuş, digərini isə döşəyin altına o özü qoymuşdur ki, gecə biləklərini kəsərək intihar esin. Heç kim heç vaxt ona qarşı amansız rəftar etməmiş, ona hədə-qorxu gəlməmiş, ona nalayiq ifadələr işlətməmişdir. O, son 3-4 ay ərzində keçirdiyi psixoloji vəziyyətə və “panik-atak” olduğuna görə özünü öldürmək istəmişdir. Özünə xəsarət yetirməyində heç kimin günahı yoxdur. Bu barədə döşəyinin altına qoyduğu məktubda qeyd etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında bildirmişdir ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkir, eyni zamanda onun daxili orqanlarında da xəstəliklər vardır. Bununla bağlı Nazim Mingəçevir, Oğuz və Şəki şəhərlərində müalicə olunmuşdur. Bir neçə ay əvvəl Nazim spirtli içki içməyi dayandırmış və bundan sonra onda psixi pozğunluqlar baş verməyə başlamışdır. Belə ki, Nazimdə tez-tez səbəbsiz qorxular, panik-ataklar baş vermişdir. Son iki ayda Nazimin vəziyyəti daha da pisləşməyə başlamış, tez-tez qorxular baş vermişdir. Nazim son 4 ay ərzində ev şəraitində müalicə almışdır. Nazimi nevroloq Qalina həkim Oğuz rayon Mərkəzi Xəstəxansında müayinə edərkən məsləhət görmüşdür ki, onu, psixiatr həkimə göstərsinlər. Nazim psixatr həkim yanına getməyə razı olsa da, sonradan getməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkir, eyni zamanda onun daxili orqanlarında da xəstəliklər vardır. Son vaxtlar onun xəstəliyi kəskinləşmişdir. Zərərçəkmiş şəxs ondan şikayətçi deyil. Təqsirləndirilən şəxs ambulator qaydada müalicə almasına köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Cümşüd qızı ifadə verərək bildirmişdir ki, o, həyat yoldaşı Təqsirləndirilən şəxsla birlikdə ünvan 4 ünvanında yaşayır.1987-ci il tarixdə ailə qurmuşlar. Onların bir qız, bir oğlan övladı vardır. Qızı ailə həyatı quraraq Rusiya Federasiyasında, oğlu isə hal-hazırda İsrail vətəndaşı olaraq orada yaşayır. Həyat yoldaşı Nazim uzun illərdir ki, işləmir, onlar övladlarının və digər qohumlarının maddi dəstəyi ilə dolanırlar. O, özü də heç bir yerdə işləmir. Həyat yoldaşı Nazim uzun illər spirtli içkilərə meyilli olaraq hər gün spirtli içki qəbul etmişdir. Nazim adətən spirtli içki içdikdən sonra aqressiv, hirsli olmuş, cox zaman davranışlarına nəzarət edə bilməmişdir. Əvvəllər mütəmadi spirtli içkilər içdiyinə görə Nazimin mədəsində qanaxmalar baş vermişdir. Bununla bağlı Nazim Mingəçevir, Oğuz, Şəki şəhərlərində müalicə olunmuşdur. 2022-ci ilin aprel ayında Nazim spirtli içki içməyi dayandırmış və bundan sonra Nazimdə psixi pozğunluqlar baş verməyə başlamışdır. Belə ki, Nazimdə tez-tez səbəbsiz qorxular, panik-ataklar baş vermiş, ölməkdən qorxduğunu bildirmiş və vaxtaşırı bədənində titrəmələr olmuşdur. Hər dəfə Nazimdə bu hallar baş verərkən ondan dərmanlar tələb etmişdir. O, da Nazimə bitki mənşəli dərmanlar vermişdir. Həmçinin Nazimdə qaraciyər və digər xəstəliklər mövcuddur. Son iki ayda, yəni 2022-ci ilin dekabr ayında Nazimin vəziyyəti daha da pisləşməyə başlamış, Nazimin bədənindəki titrəmələr artmış, tez-tez səbəbsiz qorxular yaranmışdır.Nazimdə ölməkdən qorxsa da tez-tez özünü öldürəcəyini demişdir. O da hər dəfə Nazimə təskinlik verərək narahat olmamasını, ölməsinə heç bir səbəb olmadığını bildirmişdir. Nazimdə olan xəstəliklərə görə son 4 ay ərzində Şöhrət həkim, Siyavuş həkim və Qalina həkim onların xahişi əsasında ev şəraitində Nazimi terapevtik müalicə etmişlər. Buna baxmayaraq Nazimin əhvalı getdikcə pisləşmişdir. Son 2-3 ay ərzində Nazimin həmin davranışları davam etmiş və getdikcə daha da şiddətlənmişdir. 06 yanvar 2023-cü il tarixdə nevroloq olan Qalina həkim Oğuz rayon X3 müayinə edərkən məsləhət görmüşdür ki, Nazimi psixiatr həkimə göstərsinlər. Ondan sonra o, bir neçə dəfə psixatr həkimə gedib müayinə olunmasını Nazimə təklif etsə də Nazim hər dəfə buna qarşı çıxaraq psixatr həkimnin yanına getmək istəməmiş, psixatrik xəstəxanasında saxlanılmasından qorxmuşdur. Son günlər Nazim heç bir səbəb olmadan gərginlik keçirdiyinə və heç bir səbəb olmadan evin içərisində gedib-gəldiyinə görə o, Nazimi yenə də psixatr həkim yanına getməyə vadar etmişdir. Bir neçə dəfə Nazim psixatr həkim yanına getməyə razı olsa da, növbəti gün getməkdən imtina etmişdir. Hadisə olan gün səhər saat təxminən 09 radələrində Nazim yerindən durduqdan sonra yenə əsəbi halda evin ortasında o tərəf-bu tərəfə vargəl etmişdir. Nazim həmin gecəni də demək olar ki yatmamışdır. Son vaxtlar Nazimdə yuxu pozğunluğu da yaranmış, buna görə də çoxsayılı dərmanlar qəbul etmişdir. O, Nazimin gərgin olduğunu görüb sonuncunu sakitləşdimək üçün televizora baxmasını bildirmiş, hər şeyin yaxşı olacağı barədə məsləhət versə də Nazim yenə heç bir səbəb olmadan gərginlik keçirmişdir. O, hadisədən bir gün əvvəl Nazimə psixatr həkimin yanına getməyi məsləhət görmüşdür. Nazim də hadisə baş verən gün psixatr həkimin yanınına gedəcəyinə razılaşmışdır. Həmin gün gərgin olduğundan o, Nazimi daha da gərginləşdirməmək üçün psixatr həkimin yanına getməsi üçün ona heç bir söz deməmiş, ev işləri ilə məşğul olmağa başlamışdır. Saat 13:30 radələrində birlikdə yemək yemişlər. Ondan sonra o, yenə ev işləri ilə məşğul olmuşdur. Münasibətləri normal olmuş, aralarında hər hansı münaqişə baş verməmişdir. Həmin gün saat 17 radələrində o, evin birinci mərtəbəsinin girişindəki bəzi ev əşyalarını yığdıqları soyuq otaqda paltar ütüləmişdir. O həmin otaqdan çıxıb giriş qapısından keçib həyətə düşmək istəyərkən evin xolunda olan zaman Nazim hər zaman oturduqları isti otaqdan çıxıb arxadan ona yaxınlaşıb baş nahiyəsinə nə iləsə ağır zərbə vurmuş, geri çevrilərkən görmüşdür ki, Nazim əlində balaca ət baltası ilə onun başına zərbələr endirir. O, hər iki qolunu başına tutaraq Nazimin zərbələrinin onun başına dəyməsinin qarşısını almağa çalışsa da, Nazim ona balta ilə zərbə vurmaqda davam etmişdir. Nazim ona heç bir söz demədən zərbə vurmaqda davam etmişdir. O da Nazimə “eləmə-eləmə” deyə sözlər demişdir. O, əlini və qollarını özünü qorumaq üçün başına tutduğundan onun əllərində, qollarında və başında çoxsayılı xəsarətlər yaranmışdır. Təxminən bir neçə dəqiqə ərzində Nazim onun başına 10-a yaxın zərbə vurmuş və həmin ərəfədə ona heç bir söz deməmişdir. Nazim birdən dayanıb əlindəki balta ilə xolun sol tərəfində yerləşən isti otağa keçmişdir. O, da bundan istifadə edib evin giriş qapısından çıxıb həyətə qaçmışdır. Darvazadan çıxaraq küçədə qonşuları səsləyib ona kömək etmələrini bildirmişdir. Həmin vaxt qonşuları Fərid onun yanına gəlmişdir. Fərid onu görüb dərhal təcili tibbi yardıma zəng vurub həkim çağırmışdır. Bir qədər sonra bütün qonşular oraya gəlmişdir. Nazim həmin vaxt evdə olmuş və çölə çıxmamışdır. Qonşular nə baş verdiyini soruşduqda o, Nazimin onu balta ilə vurduğunu bildirmişdir. Bir qədər sonra polis əməkdaşları və təcili tibbi yardım stansiyasının həkimləri oraya gəlmiş və onu xəstəxanaya aparmışlar. Xəstəxanada ona tibbi yardım göstərildikdən sonra eşitmişdir ki, Nazim özünə xəsarət yetirmişdir və onu da xəstəxanaya gətirmişlər. Həyat yoldaşı Nazimin ona nə üçün balta ilə zərbələr endirməsinin səbəbini bilmir. Çünki Nazimlə onun arasında hər hansı narazılıq, söz-söhbət, dava-dalaş olmamışdır. O düşünür ki, Nazimdə psixi pozğunluq olduğuna görə heç bir səbəb olmadan onu balta ilə vurmuşdur. Nazim onun başına, yəni həyat üçün təhlükəli olan nahiyəsinə 10-a yaxın zərbə endirərkən o, özünü müdafiə etmişdir. Əvvəllər Nazim özünə və ona heç bir xəsarət yetirməmişdir. Yuxarıda qeyd etdiyi kimi hadisədən qabaq, yəni son 3-4 ay ərzində bir neçə dəfə Nazim özünü öldürəcəyini bildirmişdir. Döşəyin altındakı bıçaqları el adəti olaraq qorxunu götürmək üçün o özü oraya qoymuşdur. Düşünmüşdür ki, Nazimin qorxmasının qarşısını alar. Nazimin yazdığı məktubdan xəbəri olmayıb. Heç kim heç vaxt Nazimə qarşı amansız rəftar etməyib, ona hədə-qorxu gəlməyib, ona qarşı nalayiq ifadlər işlətməyib. Nazim onda yaranan psixi poxuntu ilə əlaqədər heç bir səbəb olmadan əvvəllər özünü öldürmək istədiyini bildirmişdir. Həmin gün də Nazimin özünü öldürmək istəməsinə və ona xəsarət yetirməsinə heç bir səbəb olmamışdır. O, Nazimin bu hərəkətlərini psixi narahatlığı ilə əlaqələndirir. Onun Nazimə qarşı heç bir şikayət və tələbi yoxdur. Nazimin müalicə alaraq tam sağalmasını istəyir. Üzürlü səbəbdən məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuş Şahid ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun qonşusudur. Nazim onun qonşuluğunda həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Onların iki övladı var. Bildiyinə görə onların qızları Ayla ailə həyatı quraraq Rusiya Federasiyasında yaşayır, oğulları İbrahim isə İsraildə yaşayır. Onun və ailə üzvlərinin Təqsirləndirilən şəxs və onun həyat yoldaşı Zərərçəkmiş şəxs ilə münasibərləri qonşu kimi həmişə yaxşı olmuşdur. Aralarında heç vaxt hər-hansı mübahisə, narazıçılıq olmamışdır. O, Təqsirləndirilən şəxs ailəsində hər hansı problem və münaqişə olmasının əvvəllər şahidi olmamışdır, lakin son vaxtlarda Təqsirləndirilən şəxs səhətində probilemlər olduğunu eşitmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində yaşadıqları evdə olarkən çöldən qışqırıq səsi eşitmişdir. Pənçərədən küçəyə baxanda qonşuları Sevic Rəhimovanın qışqıraraq küçədə yerdə uzanıqlı olduğunu görmüşdür. O, dərhal evdən çıxaraq Zərərçəkmiş şəxs yanına qaçmış və onun baş nahiyəsindən qan axdığını görmüşdür. O, Zərərçəkmiş şəxs başından qan axdığına görə tez təcili tibbi yardıma məlumat vermişdir. O, Zərərçəkmiş şəxs başından niyə qan axdığını soruşduqda ona əri Nazimin balta ilə baş nahiyəsinə zərbə vurduğunu demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs evdən çölə çıxmamışdır. O da həyətə və evə daxil olmamışdır. O, təcili tibbi yardım gələnə kimi Zərərçəkmiş şəxs baş nahiyəsinin qan axan yerlərinə binti sulayaraq qoymuşdur ki, qanaxmanın qarşısını alsın. Sonra təcili tibbi yardım stansiyasının həkimləri gəlmiş və X7 rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Eyni zamanda polis əməkdaşları evə daxil olaraq Təqsirləndirilən şəxs evdə aşkar etmiş, onun özünə xəsarət yetirdiyini görüb təcili tibbi yadım çağırmışlar. Sonra təkrarən təcili tibbi yardım stansiyasının həkimləri gəlmiş və Təqsirləndirilən şəxs da xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş, işdə olan 14 fevral 2023-cü il tarixli hadisə yerinə baxışın keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə baş verən evdə Təqsirləndirilən şəxs yatdığı çarpayının üzərində olan döşəyin altından aşkar edilmiş şərti olaraq 01 nömrəsi ilə nömrələnmiş bir ədəd məktub və həmin döşəyin altından 2, 3 nömrəsi ilə nömrələnmiş iki ədəd bıçaq, eyni zamanda evin mətbəxində olan stolun üzərində şərti olaraq 05 nömrəsi ilə nömrələnmiş bir ədəd bıçaq və həmin stolun üzərində şərti olaraq 06 nömrəsi ilə nömrələnmiş bir ədəd balta və mətbəxdə taxta polun üzərində şərti olaraq 07 nömrəsi ilə nömrələnmiş bir ədəd bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.(cild 1 iş vər:2-12) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş işdə olan, könüllü təqdim edilən əşyaların götürülməsi və baxış keçirilməsi haqqında 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə günü əynində olmuş 01 ədəd ağ rəngli qolsuz mayka, 01 ədəd boz rəngli turusik, 01 ədəd boz rəngli alt istilik geyiminin köynəyi, 01 ədəd boz rəngli alt istilik geyiminin şalvarı, 01 ədəd tünd göy şalvar, 01 ədəd tünd və açıq qəhvəyi köynəyi könüllü olaraq istintaqa təqdim etmiş və sonuncunun iştirakı ilə həmin paltarlara baxış keçirilmişdir. (cild 1 iş vər:26-29) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş, işdə olan könüllü təqdim edilən əşyaların götürülməsi və baxış keçirilməsi haqqında 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Cümşüd qızı hadisə günü əynində olmuş 01 ağ rəngli qadın tumanı, 01 ədəd göy rəngli qolsuz mayka, 01 ədəd boz köynək, 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd qara rəngli qolsuz öndən zəncirbəndlə bağlanan gödəkcəni könüllü olaraq istintaqa təqdim etmiş və sonuncunun iştirakı ilə həmin paltarlara baxış keçirilmişdir. (cild 1 iş vər:21-25) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş, işdə olan əşyaya baxış keçirilməsi haqqında 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yatdığı çarpayıdakı döşəyin altından aşkar edilmiş məktubda “Sevinc mən bezmişəm. Bu xəstəlikdən mənə bir şey olsa heç kim təqsirkar deyil. Məni bağışlayın, özündən müğayət olarsan. İbişdən, Ayladan, nəvələrdən. Qaz liniyalarına usta baxsın, apasnıdır. Yuxarıda iki otaqda liniya çardaqdan gəlirdi. Köhnə liniya onu kəsmişəm, calasanız olar. O iki evə liniya barının üstünən çəkərsiniz, çardaqdan yox. Nazim.R imza” sözlərinin yazıldığı müəyyən olunmuşdur. (cild 1 iş vər:30) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş, işdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 11 № -li rəyindən görünür ki, Zərərçəkmiş şəxs Cümşüd qızının bədəni üzərində alının sağ yuxarı hissəsinin, başın arxa sağ və sol ənsə nahiyələrinin, başın sol təpə nahiyəsinin kəsilmiş yaraları, sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ əlin 2-ci, sol əlin 5-ci daraq sümüyünün çatı, sağ saidin bayır yuxarı 1/3-nin, sağ mil-bilək oynağının bayır tərəfinin, sağ saidin içəri orta 1/3-nin, sağ əlin üst səthinin, sol çiyinin üst səthinin, sağ diz oynağının ön hissəsinin, sol dirsək oynağının arxa səthinin, sol əlin bayır tərəfinin, sol əlin üst səthinin sıyrıqları, sağ gözün bayır tərəfinin, sağ çiyinin arxa səthinin və sağ kürək nahiyəsinin qançırları kimi xəsarəti vardır. Alının sağ yuxarı hissəsinin, başın arxa sağ və sol ənsə nahiyələrinin, başın sol təpə nahiyəsinin kəsilmiş yaraları 9 (doqquz) ədəd olub iti kəsici xarakterə malik olan alətin(əşyaların,o cümlədən kiçik həcmli baltanın təsirindən), sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası bir ədəd olub küt alətin(əşyaların, o cümlədən kiçik həcmlı baltanın küt tərəfinin) təsirindən törənməsinə uyğun gəlir. Sağ saidin bayır yuxarı 1/3-nin, sağ mil-bilək oynağının bayır tərəfinin, sağ saidin içəri orta 1/3-nin, sağ əlin üst səthinin, sol çiyinin üst səthinin, sağ diz oynağının ön hissəsinin, sol dirsək oynağının arxa səthinin, sol əlin bayır tərəfinin, sol əlin üst səthinin, sıyrıqları 16(on altı)ədəd olub, sağ gözün bayır tərəfinin, sağ çiyinin arxa səthinin və sağ kürək nahiyəsinin qançırları isə 5 (beş ədəd) olub küt alətin (əşyaların, kiçik həcmli baltanın küt tərflərinin, əlin, təpiyin və sairənin) təsirindən törənə bilərlər. Sayca həmin xəsarətlər ümumilikdə 31(otuz bir) ədəddirlər. Ümumilikdə bədən xəsarətlərinin ağırlıq dərəcəsinə görə sağlamlığn qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL ZƏRƏR vurmanın əlamətlərinə aiddir. Bədən xəsarətlərinin ayrı-ayrılıqda dərəcəsinə görə alının sağ yuxarı hissəsinin, başın arxa sağ və sol ənsə nahiyələrinin, başın sol təpə nahiyəsinin kəsilmiş yaraları, sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ əlin 2-ci, sol əlin 5-ci daraq sümüyünün çatı sağlamlığn qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL ZƏRƏR vurmanın əlamətlərinə aiddir. Sağ saidin bayır yuxarı 1/3-nin, sağ mil-bilək oynağının bayır tərəfinin, sağ saidin içəri orta 1/3-nin, sağ əlin üst səthinin, sol çiyinin üst səthinin, sağ diz oynağının ön hissəsinin, sol dirsək oynağının arxa səthinin, sol əlin bayır tərəfinin, sol əlin üst səthinin sıyrıqları, sağ gözün bayır tərəfinin, sağ çiyinin arxa səthinin və sağ kürək nahiyəsinin qançırları isə sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. Həmin xəsarətlər qərarın təsviri hissəsində, o cümlədən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 14 fevral 2023-cü ildə törənmələrinə uyğun gəlir. Yuxarıda qeyd olunan xəsarətlərin yerləşmə nahiyələrinə, formasına, mexanizminə və digər morfoloji xüsusiyyətlərinə görə həmin xəsarətlər kənar şəxs tərəfindən yetirilməsinə uyğun gəlir və həmin xəsarətləri şəxsin özü-özünə yetirməsinə uyğun gəlmir. Zərərçəkmiş şəxs Cümşüd qızının baş nahiyəsində qeyd olunan xəsarətlər forma və quruluşuna, o cümlədən digər morfoloji xüsusiyyətlərinə görə yuxarıda qeyd olunduğu kimi kiçik həcmli baltanın təsirindən törənə bilər. (cild 1 iş vər:125-128) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş, işdə olan məhkəmə-tibbi ekspertizasının 28 fevral 2023-cü il tarixli, 12 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində döş qəfəsinin və qarının ön divarında boşluqlara nüfuz etməyən kəsilmiş-deşilmiş yaraları kimi xəsarəti vardır. Həmin xəsarətlər sayca 8 (səkkiz) ədəd olub iti deşici-kəsici xarakterə malik olan alətin (əşyaların, o cümlədən bıçağın) təsirindən törənə bilər. Bədən xəsarətlərinin ümumilikdə və ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. Həmin xəsarətlər qərarın təsviri hissəsində, o cümlədən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 14 fevral 2023-cü il tarixdə özü-özünə yetirməsinə uyğun gəlir. (cild 1 iş vər:129-130) Şəki rayon X1 rayon prokurorluğuna ünvanlanmış, cinayət işinə əlavə edilmiş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 410 saylı məktubundan görünür ki, Oğuz rayon sakini 1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozuntu diaqnozu ilə dispanser müşahidəsində olmuşdur. (cild 1 iş vər:132) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş, işdə olan kompleks məhkəmə-trasoloji və məhkəmə-ballistik (soyuq-silah) ekspertizasının 16 mart 2023-cü il tarixli, 3/392, 3/403 №-li rəyindən görünür ki, üzərində şərti olaraq “2” nömrə ilə işarələnmiş və ekspert tərəfindən “1” rəqəmi ilə işarələnmiş bıçaq küstar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində şərti olaraq “3” nömrə ilə işarələnmiş və ekspert tərəfindən “2” rəqəmi ilə işarələnmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfatməişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində şərti olaraq “5 “ nömrə ilə işarələnmiş və ekspert tərəfindən “3” rəqəmi ilə işarələnmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində şərti olaraq “6” nömrə ilə işarələnmiş və ekspert tərəfindən “4” rəqəmi ilə işarələnmiş balta küstar üsulla hazırlanmış, təsərrüfat-məişət təyinatlı baltadır və soyuq silah hesab edilmir. Üzərində şərti olaraq “7” nömrə ilə işarələnmiş və ekspert tərəfindən “5” rəqəmi ilə işarələnmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs Cümşüd qızına məxsus ..” yazı qeydləri olan bükülüdən aşkar edilmiş uzunqol köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Köynəyin səthindəki “a” zədəsi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ona bənzər xassəli hər hansı bir alətin) təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş uzunqol köynəyin səthindəki zədədə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş, şərti olaraq “5” rəqəmi ilə işarələnmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş uzunqol köynəyin material xüsusiyyətlərindən aslı olaraq “a” zədəsinin bucaqlarını təyin etmək mümkün olmadığından zədənin istiqamətini müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş uzunqol köynəyin səthindəki “b” zədəsi ilişmə nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs Cümşüd qızına məxsus ...” yazı qeydləri olan bükülüdən aşkar edilmiş uzunqol köynəyin səthində fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik zədə yoxdur. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs Cümşüd qızına məxsus ...” yazı qeydləri olan bükülüdən aşkar edilmiş qolsuz gödəkcənin (jilet), idman şalvarının, maykanın, tumanın, üzərində “Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş ...” yazı qeydləri olan bükülülərdən aşkar edilmiş siviterin, isti alt köynəyinin, isti alt şalvarının, cins şalvarın, maykanın, tumanın səthində zədə yoxdur. Ekspertiza xərci 180(bir yüz səksən) manatdır. (cild 1 iş vər:237-243) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş, işdə olan məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 212/2023-MTBŞ №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs Cümşüd qızının qan qrupu B(İİİ)RH, Təqsirləndirilən şəxs qan qrupu B(İİİ) RH olmaqla məhkəmə bioloji ekspertizaya təqdim olunmuş, Zərərçəkmiş şəxs Cümşüd qızına məxsus gödəkcə (jilet), köynək, mayka, şalvar, trusik, Təqsirləndirilən şəxs məxsus mayka, trusik, siviter (kofta), alt köynək, alt şalvar, şalvar, həmçinin çapacağın tutacağı və tiyəsi, 7№-li işarələnmiş mətbəx bıçağının tiyəsi, çəhrayı rəngli plastik materialdan tutacağı olan mətbəx bıçağının tiyəsi və onun tiyəsi ilə tutacağı arasında olan şırımı, 08 (səkkiz) ədəd pambıq topaları üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti AB0 sistemi üzrə təyin olunduqda “B” antigeni, bəzi ləkələrdə həmçinin “alfa” aqqlyutinini də alındı. “B” antigeni tək halda və “alfa” aqqlyutinini ilə birlikdə AB0 sistemi üzrə B(İİİ) qan qrupunu formalaşdırıb xarakterizə etdiyindən yuxarıda göstərilən əşyalarda olan qan ləkələrinin birmənalı olaraq AB0 sistemi üzrə B(İİİ) qan qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar. Bu halda həmin qan ləkələrinin ayrılıqda və qan qarışığı halında ( hadisənin dinamikada gedişatı, ləkələrin ölçü, xarakteri, yaranma mexanizmi nəzərə alınmaqla) eyni qan qruplu Zərərçəkmiş şəxs Cümşüd qızına və Təqsirləndirilən şəxs məxsus olması inkar olunmur. Təqdim olunmuş 7 № ilə işarələnmiş mətbəx bıçağının tutacağı, 3№ ilə işarələnmiş mətbəx bıçağının tutacağı və tiyəsi, qatlanan suvenir tipli bıçağın tutacağı və tiyəsi üzərində qan aşkar olunmadı. Məhkəmə təbabətinə dair bəzi dərslik və rəhbərliklərdə qan ləkələrinin yaranma müddətinin təyin olunması barəsində nəzəri xarakterli metodlar göstərilir. Lakin bu metodlar hazırki müddətə qədər ekspert təcrübəsində öz əksini tapmadığından və bu məsələyə dair hər hansı bir metodik tövsiyə işlənib- hazırlanmadığından qan ləkələrinin yaranma müddəti barəsində fikir söyləmək mümkün olmadı. (cild 2 iş vər:244-264) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş, işdə olan Oğuz Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 03 mart 2023-cü il tarixli, PHŞ-6-64/2-159/2023 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Oğuz RMX-nin Poliklinika şöbəsinin “Narkoloji kabinetində alkoqolizmə görə xx.xx.2012-ci il tarixdə “F10.2 asılılıq sindiromu” diaqnozu ilə qeydiyyata alınıb. xx.xx.2023-cü il tarixdə “Ruhi-əsəb” kabinetində “F06.6.İ67.4 Dissirkulyator ensifalopatiya. Yüksək astena depressiv sindiromu” diaqnozu ilə ambulator müayinədə olub. xx.xx.2023-cü il tarixdə “S21.7 döş qəfəsinin divarının çoxsayılı açıq yaraları” dianozu ilə Oğuz RMX-nın TTTYB-nə müraciət etmişdir. (cild 1 iş vər:113) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş, işdə olan kompeks stasionar məhkəmə psixiatrikpsixoloji ekspertizasının 26 aprel 2023-cü il tarixli 52 №-li rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən «Depressiv tipli üzvi affektiv pozuntu, alkohol paranoidi əlamətləri ilə» formasında psixi patologiyadan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi depressiv tipli üzvi affektiv pozuntu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı «Depressiv tipli üzvi affektiv pozuntu» müəyyən edilir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs stasionar müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Buna görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), anlayışların dərk edilməsinin zəif cıxış etməsi, qavrama prosesində lənglik, təfəkkürünün torpid olması, ümumiləşdirmə, analizetmə proseslərində və proqnozlaşdırma qabiliyyətində zəifləmə, özünəqapanma, az ünsiyyətçillik, davranışı üzərində iradi nəzarətin çatışmazlığı və s. aşkar olunur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində gərginlik, sıxıntı, qəzəb, aqressiya və s. kimi hallar yaranmışdır. Həmin halın yaranması hadisə zamanı onda müəyyən edilən psixi pozuntu ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan, yəni affekt vəziyyətində olmamışdır. (cild 2 iş vər:269-276) Məhkəmə istintaqı zamanı tədqiq edilərək işə əlavə edilmiş prokurorluğun əməliyyat tapşırığına Oğuz RPŞ-nin xx.xx.2023-cü il tarixli 3-13-101/2-2969/23 №-li cavabından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hadisədən əvvəl normal həyat tərzi keçirmiş, ailə üzvləri və digər şəxslərlə normal münasibətləri olmuş, lakin spirtli içki qəbul etdikdən sonra özünü normal apara bilməmişdir. Hadisədən əvvəl har hansı bir şəxslə arasında narazılıq və dava-dalaş olmamışdır. Zərərçəkmiş şəxs Cümşüd qızı hadisədən əvvəl normal həyat tərzi keçirmiş, ailə üzvləri və digər şəxslərlə normal münasibətləri olmuş, hadisədən əvvəl har hansı bir şəxslə arasında narazılıq və dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs Oğuz rayonu, A.Əliyev küçəsində yaşadıqları evdə onun baş nahiyəsinə balta ilə zərbələr vuraraq xəsarət yetirən zaman hadisə yerində onlardan başqa heç kim olmamış, yəni hadisəyə şahidlik edən şəxs(lər) olmamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Cümşüd qızı arasında hər-hansı mübahisə və narazılığın olması barədə Oğuz RPŞ-də şikayət ərizəsi, məlumat və ya təqsirləndirici material olması barədə məlumat olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş, işdə olan xx.xx.2023-cü il tarixli tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cild 1 iş vər:196) Oğuz Rayon Məhkəməsinin işdə olan xx.xx.2023-cü il tarixli, 4(054)-06/2023-saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli həmin tarixdən hesablanmaqla 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (cild 1 iş vər:196) Oğuz Rayon Məhkəməsinin işdə olan xx.xx.2023-cü il tarixli, 4(054)-7/2023-saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş stasionar məhkəmə-psixiatriya ekspertizası haqqında qərarın icra olunması ilə əlaqədar onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 X6 stasionar şöbəsinə yerləşdirilməsi qərara alınmışdır. (cild 1 iş vər:220-221) İşdə olan və məhkəmə iclasında tədqiq edilən cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmişdir. (cild 2 iş vər:303-304) Oğuz Rayon Məhkəməsinin işdə olan xx.xx.2023-cü il tarixli, 4(054)-10/2023-saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət-prosessual fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilmişdir. (cild 2 iş vər:329-330) Oğuz Rayon Məhkəməsinin işdə olan xx.xx.2023-cü il tarixli, 4(054)-11/2023-saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri əvəzinə təhlükəsizlik tədbiri tətbiq edilməklə onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “1 saylı Respublika Psixiatriya Xəstəxanası”na yerləşdirilməsi qərara alınmışdır. (cild 2 iş vər:354-356) İşdə olan, məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 253 saylı qərardan görünür ki, Oğuz Rayon İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası”nın üzvü Qanuni nümayəndə cinayət işi üzrə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi təyin edilmişdir. (cild 2 iş vər:337-339) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə cinayət prosessual qanunvericiliyinin 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halında qiymət verərək həqiqətən də ictimai təhlükəli əməlin törədilməsi və həmin əməlin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı nəticəyə gəlir. Lakin məhkəmə istintaqı ilə yuxarıda göstərilən ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmişdir, hazırda da şəxs anlaqsız vəziyyətdədir. Odur ki, şəxs cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Belə ki, Oğuz Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 03 mart 2023-cü il tarixli, PHŞ-6- 64/2-159/2023 №-li məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Oğuz RMX-nin Poliklinika şöbəsinin “Narkoloji kabinetində alkoqolizmə görə xx.xx.2012-ci il tarixdə “F10.2 aslılıq sindiromu” diaqnozu ilə qeydiyyata alınıb. xx.xx.2023-cü il tarixdə “Ruhi-əsəb” kabinetində “F06.6.İ67.4 Dissirkulyator ensifalopatiya. Yüksək astena depressiv sindiromu” diaqnozu ilə ambulator müayinədə olub. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə psixiatrik-psixoloji ekspertizasının 26 aprel 2023-cü il tarixli 52 №-li rəyinə əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «Depressiv tipli üzvi affektiv pozuntu, alkohol paranoidi əlamətləri ilə» formasında psixi patologiyadan əziyyət çəkir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittham edilən cinayət əməlini törədərkən «Depressiv tipli üzvi affektiv pozuntu, alkohol paranoidi əlamətləri ilə» formasında psixi patologiyadan əziyyət çəkməsi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli ilə bağlı anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda da onda qeyd olunan «Depressiv tipli üzvi affektiv pozuntu, alkohol paranoidi əlamətləri ilə» formasında psixi patologiyadan əziyyət çəkməsi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Hal- hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə formasında tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli dövründə öz hərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığından ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə psixi pozuntusu ilə əlaqədar məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinə əsasən, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95.0.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ümumi tipli psixiatriya stasionarında məcburi müalicədir. Həmin Məcəllənin 97.1-ci maddəsinə görə psixi pozuntunun xarakteri müalicə şəraitinin, şəxsin saxlanmasının və onun üzərində müşahidənin yalnız psixiatriya stasionarlarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarlarında məcburi müalicə olunma bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda təyin edilə bilər. Həmin Məcəllənin 97.2-ci maddəsinə əsasn intensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468-478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. Həmin Məcəllənin 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla cinayət işinin materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri-digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini və onun məhkəmə baxışı zamanı da anlaqsız vəziyyətdə olmasını sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o yuxarıda qeyd olunan maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertlərin rəyinə və həmçinin Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsi növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(054)-6/2023-saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək “həbs” qətimkan tədbiri seçilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(054)-7/2023saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş təyin edilmiş stasionar məhkəməpsixiatriya ekspertizası haqqında qərarın icra olunması ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 X6 stasionar şöbəsinə yerləşdirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(054)- 10/2023-saylı qərarı ilə cinayət-prosessual fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(054)-11/2023-saylı qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri əvəzinə təhlükəsizlik tədbiri tətbiq edilməklə o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “1 saylı Respublika Psixiatriya Xəstəxanası”na yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq olunan təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar olan, saxlanılması üçün Oğuz Rayon Prokurorluğunun “maddi sübutlar otağına” təhvil verilmiş hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş 04 ədəd bıçaq, 01 ədəd balta, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş ağ rəngli qolsuz mayka, boz rəngli turusik, boz rəngli alt istilik geyiminin köynəyi, boz rəngli alt istilik geyiminin şalvarı, tünd göy şalvar, tünd və açıq qəhvəyi köynək, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan ağ rəngli qadın tumanı, göy rəngli qolsuz mayka, boz köynək, qara rəngli idman şalvarı, qara rəngli qolsuz öndən zəncirbəndlə bağlanan gödəkcə qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildiyindən, hazırki iş üzrə 180.00 mаnаt məbləğində ekspertizа xərci dövlət büdcəsi hesabına aid edilməli, cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 348-ci və 477-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad olunsun və barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X4 Şəxsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində tətbiq olunan təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan saxlanılması üçün Oğuz Rayon Prokurorluğunun “maddi sübutlar otağına” təhvil verilmiş hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş 04 ədəd bıçaq, 01 ədəd balta, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş ağ rəngli qolsuz mayka, boz rəngli turusik, boz rəngli alt istilik geyiminin köynəyi, boz rəngli alt istilik geyiminin şalvarı, tünd göy şalvar, tünd və açıq qəhvəyi köynək, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan ağ rəngli qadın tumanı, göy rəngli qolsuz mayka, boz köynək, qara rəngli idman şalvarı, qara rəngli qolsuz öndən zəncirbəndlə bağlanan gödəkcə qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə 180.00 mаnаt məbləğində ekspertizа xərci dövlət büdcəsi hesabına aid edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar