Məhkəmə qərarları › İş №1(054)-15/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-15/2025

01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-15/2025 01.08.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Oğuz rayonu, Bucaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şimal-qərb regional filialının Oğuz şöbəsinin Xətt qurğularının istismarı sektorunun elektrik montyoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Bucaq kəndində qeydiyyatda olub, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikası CM-in 153.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda evlidir və himayəsində iki azyaşlı uşağı vardır, 2019-cu ildən Oğuz rayon Telekamunikasiya Qovşağında mantyor vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Telekamunikasiya Qovşağında işləyən Cavanşir ilə birlikdə Oğuz rayonu, Böyük Söyüdlü kəndində yaşayan Sergey adlı şəxsin yaşadığı həyət evinə “internet” xətti çəkmək məqsədi ilə getmişlər. Həmin vaxt onlar, kəndlərin internet xətti ilə təmin olunması məqsədi ilə həmin kənddə yerləşən evlərə internet xətti və eyni zamanda mənzillərə modem quraşdırırmışlar. Bu məqəsdlə onlar xx.xx.2024-cü il tarixdə saat 10 radələrində idarənin avtomaşını ilə Oğuz rayonu, Böyük Söyüdlü kəndinə getmişlər. Onlar həmin kəndə çatdıqda orada həyət evlərinə internet xətti çəkərək saat 13 radələrində Sergey adlı şəxsin yaşadığı evə internet xətti çəkməyə başlamışlar. Onunla birlikdə işləyən Çavanşir mənzilin ikinci mərtəbəsində internet xətti çəkməyə başlamış, o, isə mənzilin içərisində modem qurğusunu quraşdırmışdır. Həmin vaxt orada bir nəfər qız uşağı olmuş və o həmin qızla danışmışdır. Çünki evdə olan yaşlı babası və nənəsi rus dilli olduqlarından və azərbaycan dilində danışa bilmədikləri üçün onunla həmin azyaşlı qız danışaraq onun verdiyi suallara cavab vermişdir. Belə ki, o, mənzilin internet xəttinin haradan çəkilməsini və modemin hara quraşdırılması ilə əlaqədar verilən suallarına həmin qız uşağı cavab vermişdir. O, mənzildə heç kimin olmadığını görmüş və bu zaman həmin qızın yaşının yuxarı olduğunu güman edərək ona öz mobil telefon nömrəsini vermişdir. Bundan sonra həmin qıza yaxınlaşaraq onun əlindən tutaraq həmin qızın sinəsinə və onun döşünə toxunmuşdur. Lakin qız narazılığını bildirdiyi üçün öz hərəkətini dayandırmışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, qeyd etdiyi hərəkətləri edərkən otaqda heç kim olmamış və həmin qızla birlikdə otaqda olarkən ona qarşı belə bir hərəkətlərə yol vermişdir. Həmin vaxt qız heç bir hərəkət etməmişdir. O, qızın bədənin müxtəlif yerlərinə toxunaraq öz cinsi ehtirasını təmin etmişdir. Bu hərəkətləri təxminən 5-10 dəqiqə müddətində davam etdirmişdir. O, etmiş olduğu hərəkətdən çox peşiman olmuş, həmin anda nə etdiyini dərk etməmiş, ehtiras hissləri artmış, nəticədə o, sonradan peşman olduğu əmələ yol vermişdir. Onun bu hərəkətləri etdiyindən heç kimin məlumatı olmamış, o, heç kimə bu barədə heç nə deməmişdir. Zərərçəkmiş şəxs azyaşlı olduğunu bilmiş, lakin dəqiq yaşını bilməmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 153.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş ifadəsində göstərmişdir ki, evlidir və himayəsində iki azyaşlı uşağı vardır, 2019-cu ildən Oğuz rayon Telekamunikasiya Qovşağında mantyor vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə X1 işləyən Cavanşir ilə birlikdə Oğuz rayonu, Böyük Söyüdlü kəndində yaşayan Sergey adlı şəxsin yaşadığı həyət evinə “internet” xətti çəkmək məqsədi ilə getmişlər. Həmin vaxt onlar, kəndlərin internet xətti ilə təmin olunması məqsədi ilə həmin kənddə yerləşən evlərə internet xətti və eyni zamanda mənzillərə “modem” quraşdırıblar. Bu məqəsdlə onlar xx.xx.2024-cü il tarixdə saat 10 radələrində X2 xidməti avtomobili ilə Oğuz rayonu Böyük Söyüdlü kəndinə getmişlər. Onlar həmin kəndə çatdıqda orada həyət evlərinə internet xətti çəkərək saat 13 radələrində Sergey adlı şəxsin yaşadığı evə internet xətti çəkməyə başlamışlar. Onunla birlikdə işləyən Çavanşir mənzilin ikinci mərtəbəsində internet xətti çəkməyə başlamış, o, isə mənzilin içərisində “modem” qurğusunu quraşdırmışdır. Həmin vaxt evdə yaşını təxmin edə bilmədiyi, adını sonradan bildiyi Anna adlı qız, onun nənəsi və bibisi oğlu olmuşdur. Onun otaqda Anna ilə təklikdə qaldığı hal olmayıb. Həmin qızın evdə olan yaşlı babası və nənəsi “rus dilli” olduqlarından və azərbaycan dilində danışa bilmədikləri üçün mənzilin internet xəttinin haradan çəkilməsini və “modem”in hara quraşdırılması ilə əlaqədar verilən suallarını həmin qız cavablandırıb.Telefon nömrəsini isə texniki problem olarsa zəng etmək üçün ona vermişdir. O, mənzildə “modemi” quraşdırdıqdan sonra çıxıb getmişdir. Polisdə verdiyi ifadəsini təzyiq altında vermiş və oxuyub-yaza bilmədiyi üçün oxumadan imzalamışdır. Polis şöbəsində onu inandırıblar ki, barışıq olduğuna görə iş məhkəməyə göndərilməyəcək, ona heç bir cəza verilməyəcək. Ona görə də, polis şöbəsində ona edilən hədə-qorxul və təzyiqlərlə bağlı heç bir yerə şikayət etməyib. Son olaraq Təqsirləndirilən şəxs sonuncu məhkəmə iclasında verdiyi ifadəsində törətdiyi əməli etiraf etmiş, etdiyi əməldən peşman olduğunu, az yaşlı uşaqlarının olduğunu, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışdığını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxsevna ifadəsində göstərmişdir ki, hazırda Oğuz rayonu, Böyük Söyüdlü kənd tam orta məktəbin 8-B-sinifində təhsil alır. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində yaşadığı evdə olarkən həmin vaxt Oğuz rayon Telekomunikasiya Qovşağında işləyən bir nəfər şəxs onların yaşadıqları ünvana gəlmişdir. Həmin vaxt atası və anası Bakı şəhərində olduqları üçün evdə onun babası Nikolay və nənəsi Vera olmuşlar. Bundan başqa onun kiçik qardaşı Nikolay da, həmin vaxt evdə olmuşdur. Telekomunikasiya Qovşağında işləyən şəxs ona bildirmişdir ki, internet xəttini yenidən çəkəcəklər və o, da bu barədə babasına və nənəsinə bildirmişdir. Onlar rus dilli olduqlarından həmin şəxslə danışa bilmədikləri üçün özü həmin şəxs ilə danışmağa başlamışdır. Bundan sonra həmin şəxs yəni adını sonradan bildiyi Kərəm adlı şəxs mənzilə daxil olmuş, mənzilə baxaraq internet xəttinin haradan gəldiyinə baxmış və o da həmin vaxt Kərəmin yanında durmuşdur. Kərəm adlı şəxs ondan yaşının neçə olduğunu soruşmuş və ona yaşının 14 yaşı olduğunu demişdir. Bundan sonra Kərəm ona bildirmişdir ki, ona rus dilində danışmağı öyrətsin. Bundan sonra onun əlində olan mobil telefonunu əlindən dartaraq almış və mobil telefonuna nömrə yazmaq istəmişdir, lakin o Kərəmə imkan verməmişdir. O, Kərəm adlı şəxsə cavab vermədikdə həmin şəxs ondan mobil telefon nömrəsini istəmiş, lakin ona nömrəsini verməmişdir. Bundan sonra Kərəm öz mobil telefon nömrəsini kağıza yazaraq onun əlinin içərisinə qoymuş, o isə öz narazılığını bildirmişdir. Təxminən 10 dəqiqədən sonra evə Telekomunikasiya Qovşağında işləyən digər şəxslər daxil olmuş və onlardan biri evin çardaq hisəsinə qalxmışdır. Həmin şəxslər onların evinə internet xətti çəkdikdən sonra Kərəm adlı şəxs təkrar olaraq evə daxil olmuş və mənzilə “modem” qoşmuşdur. Sonra onlar evdən çıxaraq getmişlər və az sonra yenidən Kərəm adlı şəxs geri dönmüşdür. O, həmin vaxt mənzildə oturmuşdur. Kərəm guya evdə olan “modem”i yoxlamaq adı ilə evə təkrar daxil olmuşdur. Kərəm özü evə daxil olarkən bayırda olan babasına bu barədə demişdir. Kərəm evə daxil olduqdan sonra ona yaxınlaşmış və onun sifətindən əli ilə tutmuşdur. Ona etiraz etdikdə sinəsinə və döşünə əl atmışdır. Həmin vaxt Kərəmə öz narazılığını bildirsə də, Kərəm ona qarşı əxlaqsız hərəkətlər etməyə başlamış və ona etirazını bildirdikdə, öz hərəkətlərini dayandırmışdır. Həmin gün valideyinləri evə döndükdə bu barədə ağlayaraq anasına danışmış, anası isə bu barədə atasına bildirmişdir və atası bundan sonra ərizə ilə polisə müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxsevnanın qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, qızı Anna hazırda Oğuz rayonu, Böyük Söyüdlü kənd tam orta məktəbində təhsil alır. xx.xx.2024-cü il tarixdə Oğuz rayon Telekomunikasiya Qovşağında işləyən bir nəfər şəxs onların yaşadıqları ünvana gəlmişdir. Həmin vaxt əri Sergey və özü Bakı şəhərində olmuşlar. Telekomunikasiya Qovşağında işləyən şəxs qızı Annaya bildirmişdir ki, internet xəttini yenidən çəkəcəklər. Həmin vaxt evdə Annanın babası Nikolay, nənəsi Vera və kiçik qardaşı Nikolay da olmuşdur. Anna bu barədə babasına və nənəsinə bildirmişdir. Onlar rus dilli olduqlarından həmin şəxslə danışa bilmədikləri üçün qızı Anna həmin şəxs ilə danışmağa başlamışdır. Bundan sonra adını sonradan bildiyi Kərəm adlı şəxs mənzilə daxil olmuş, mənzilə baxaraq internet xəttinin haradan gəldiyinə baxmışdır. Anna həmin vaxt Kərəmin yanında durmuşdur. Kərəm adlı şəxs ondan yaşının neçə olduğunu soruşmuş və ona yaşının 14 yaşı olduğunu demişdir. Bundan sonra Kərəm onun əlində olan mobil telefonunu əlindən dartaraq almış və mobil telefonuna nömrə yazmaq istəmişdir, lakin qızı Anna Kərəmə imkan verməmişdir. Bundan sonra Kərəm öz mobil telefon nömrəsini kağıza yazaraq onun əlinin içərisinə qoymuş, Anna isə öz narazılığını bildirmişdir. Təxminən 10 dəqiqədən sonra evə Telekomunikasiya Qovşağında işləyən digər şəxslər daxil olmuş və onlardan biri evin çardaq hisəsinə qalxmışdır. Həmin şəxslər onların evinə internet xətti çəkdikdən sonra Kərəm adlı şəxs təkrar olaraq evə daxil olmuş və mənzilə “modem” qoşmuşdur. Sonra onlar evdən çıxaraq getmişlər və az sonra yenidən Kərəm adlı şəxs geri dönmüşdür. Kərəm guya evdə olan “modem”i yoxlamaq adı ilə evə təkrar daxil olmuşdur. Kərəm evə daxil olduqdan sonra ona yaxınlaşmış və onun sifətindən əli ilə tutmuşdur. Ona etiraz etdikdə sinəsinə və döşünə əl atmışdır. Həmin vaxt Kərəmə öz narazılığını bildirsə də, Kərəm ona qarşı əxlaqsız hərəkətlər etməyə başlamış və ona etirazını bildirdikdə, öz hərəkətlərini dayandırmışdır. Həmin gün onlar Bakı şəhərindən evə döndükdə bu barədə ağlayaraq ona danışmış, o isə bu barədə əri Sergeyə bildirmişdir. Sergey bundan sonra ərizə ilə polisə müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxsevnanın qanuni nümayəndəsi Qanuni nümayəndə hazırda Təqsirləndirilən şəxsla barışdıqlarını, ondan şikayət və tələblərinin olmadığını bildirmişdir. (bununla bağlı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə məhkəməyə ərizələr təqdim etmişdir.) Məhkəmə istintaqı zamanı tərcüməçinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Oğuz rayonu Böyük Söyüdlü kəndində əri Şahid2, oğlu Sergey Batayev, gəlini Qanuni nümayəndə və nəvələri Anton, Anna və Nikolayla birlikdə yaşayırlar. Böyük nəvəsi Anton Bakı Slavyan Universitetində oxuyur və Bakı şəhərində yaşayır. xx.xx.2024-cü il tarixdə oğlu Sergey və gəlini Viktoriya Bakı şəhərində olmuşlar. Anna və Nikolay isə onlarla birlikdə kənddə qalmışdır. Həmin gün saat 13 radələrində adını sonradan bildiyi Kərəm adlı şəxs həyətə gəlmişdir. O Azərbaycan dilində danışa bilmədiyi üçün nəvəsi Annanı çağırmışdır. Kərəm onlardan internet çəkdirmək istəyibistəmədiklərini soruşmuşdur. Onlar da internet çəkdirmək istədiklərini bildirmişlər. Bundan sonra Kərəm iş yoldaşlarını çağırmış və onların həyətində işləməyə başlamışlar. O, digər işçiləri görsə də Kərəm adlı şəxs gözünə dəymədiyi üçün nəvəsi Annanın otağına qalxmışdır. Həmin vaxt Kərəmin Annaya telefon nömrəsi verdiyini görmüş və Kərəmin hərəkətləri onun xoşuna gəlmədiyindən Annanı aşağı mərtəbəyə, mətbəxə düşürmüş və yaxınlıqda yaşayan nəvəsi Yuranı çağırmışdır. İnternet çəkənlər işlərini görəndən sonra çıxıb getmişlər. Lakin bir müddət sonra Kərəm tək geri qayıtmış və interneti yoxlayacağını bildirərək evin ikinci mərtəbəsinə qalxmışdır. Bir müddət sonra o, da Kərəmin ardınca yuxarı qalxmışdır. Həmin vaxt Anna və balaca qardaşı divanda oturmuş, Kərəm isə telefonla danışırmış. O, Kərəmə təklif etmişdir ki, evindən çıxıb getsin. Kərəm getdikdən sonra Anna ona demişdir ki, “bir də onu qoyma bura gəlsin, o əli ilə mənim bədənimə toxunub”. Oğlu Sergey və gəlini Viktoriya gələndə bu barədə onlara demiş, Sergey də bundan sonra polisə şikayət etmişdir. Şahid1 həmçinin ifadəsində bildirmişdir ki, Anna ona Kərəm adlı şəxsin əli ilə sifətinə, sinəsinə və bədəninin digər nahiyələrinə toxunduğunu bildirib. Kərəmin Annaya telefon nömrəsi vermək istəməsini isə o, öz gözləri görmüşdür. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 xəstəliyi ilə əlaqədar məhkəmə iclaslarına gəlməmiş, tərəflərin razılığı ilə onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Şahid2 ifadəsində bildirmişdir ki, o, Oğuz rayonu Böyük Söyüdlü kəndində arvadı Şahid1, oğlu Sergey Batayev, gəlini Qanuni nümayəndə və nəvələri Anton, Anna və Nikolayla birlikdə yaşayırlar. Böyük nəvəsi Anton Bakı Slavyan Universitetində oxuyur və Bakı şəhərində yaşayır. xx.xx.2024-cü il tarixdə oğlu Sergey və gəlini Viktoriya Bakı şəhərində olmuşlar. Anna və Nikolay isə onlarla birlikdə kənddə qalmışdır. Həmin gün saat 13 radələrində adını sonradan bildiyi Kərəm adlı şəxs həyətə gəlmişdir. O və arvadı Vera Azərbaycan dilində danışa bilmədikləri üçün Vera nəvələri Annanı çağırmışdır. Kərəm onlardan internet çəkdirmək istəyib-istəmədiklərini soruşmuşdur. Onlar da internet çəkdirmək istədiklərini bildirmişlər. Bundan sonra Kərəm iş yoldaşlarını çağırmış və onların həyətində işləməyə başlamışlar. Kərəm getdikdən sonra Anna nənəsi Veraya demişdir ki, “bir də onu qoyma bura gəlsin, o əli ilə mənim bədənimə toxunub”. Oğlu Sergey və gəlini Viktoriya gələndə bu barədə onlara demişlər, Sergey də bundan sonra polisə şikayət etmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ölkə xaricində olduğundan məhkəmə iclaslarında iştirak etməmiş, tərəflərin razılığı ilə onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. O, ifadəsində bildirmişdir ki, Bakı şəhərində, “Kristal Abşeron” şirkətinin Yasamal rayonu ərazisində tikdiyi hündürmərtəbəli binada fasad ustası işləyir. Əvvəllər isə "xxxx" MMC şirkətində fəhlə işləmişdir və onların işi "xxxx" MMC-nin internet xəttini çəkməkdən ibarət olmuşdur. Orada 6-7 ay işləmiş, Təqsirləndirilən şəxs da həmin vaxt tanımışdır. Həmin şəxslə arasında ədavət və ya düşmənçilik yoxdur. Onlar 2024-cü ilin aprel ayında Oğuz rayonu, Böyük Söyüdlü kəndinə internet xətti çəkmiş, evləri internet xəttinə qoşmuşlar. xx.xx.2024-cü il tarixdə Böyük Söyüdlü kəndində işləyərkən Kərəm onu adını sonradan bildiyi Sergey adlı şəxsin evinə internet xətti çəkmək üçün çağırmışdır. O, da ilk əvvəl evə girib nərdivanla çardağa qalxmışdır. Kərəm isə həmin müddətdə evin içərisində olmuş və direllə tavanı deşmişdir. O, isə küçədən internet xəttini çardağa, oradan isə tavandan keçirib evə daxil etmişdir. Bu proses qutardıqdan sonra çardaqdan düşüb interneti qoşmaq üçün şirkətin avtomobilindən “modem”i götürüb yenidən evə qayıtmışdır. Daha sonra Kərəmlə birlikdə “modem”i qoşmuşlar. Həmin vaxt onların yanında ev sahibinin qohumu olan Yura adlı cavan oğlan olmuşdur. Onlar internetə necə qoşulacağını həmin cavan oğlana izah etmişlər. Onların həmin mənzildə işləri təxminən 25 dəqiqə çəkmişdir. Orada işlərini qurtardıqdan sonra o, başqa mənzilə gedib “modem” quraşdırmışdır. O, həmin mənzilə gedəndə Kərəm onun yanında olmamışdır. Onlar işdən axşam digər əməkdaşlarla birlikdə şirkətin maşını ilə qayıtmışlar. Səhəri gün izahatının alınması üçün onu Oğuz rayon polis şöbəsinə dəvət etmişlər. Orada ona məlum olmuşdur ki, evinə internet xətti çəkdikləri Sergey adlı şəxs Kərəmdən onun azyaşlı qızına qarşı əxlaqsız hərəkətlər etməsi barədə şikayət edib. Lakin onun bu barədə heç bir məlumatı olmamışdır və Kərəm özü də nə həmin vaxt, nə də ki, sonradan bu barədə ona heç nə deməmişdir. Şahid3 həmçinin ifadəsində göstərmişdir ki, Sergey adlı şəxsin evinə internet çəkən zaman həmin evdə rus dilində danışan yaşlı qadın və bir də balaca oğlan uşağı görmüşdür. O çardaqdan düşəndən bir qədər sonra qonşu evdən Yura adlı cavan bir oğlan gəlmişdir. Həmin ünvanda başqa kimisə və Anna adlı qızı görməmişdir. O, işin əksər hissəsində çardaqda olmuşdur. Həmin evə internet çəkməyə razılığı Kərəm danışaraq almışdır. Belə ki, onu həmin ünvana Kərəm çağırmış və ona çardağa çıxaraq internet xəttini çəkməsini istəmişdir. İş üzrə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, Aztelekom MMC-nin Oğuz filialında Kommersiya departamentinin Marketinq şöbəsində reklam meneceri vəzifəsində işləyir. Kərəm isə Oğuz rayon Telekamunikasiya Qovşağında mantyor vəzifəsində işləyir. İnternet çəkilişi ilə əlaqədar onlar briqada şəklində əraziyə çıxırlar. O, sifarişçi vətəndaşla müqavilə bağlayır, Kərəm və digər əməkdaşlar evlərə kabel çəkilişi ilə məşğul olurlar. Böyük Söyüdlü kəndinə də internet çəkilişi ilə bağlı getmişlər. Kənd sakini Sergeyin evinə internet çəkmək üçün həmin evə getmişlər, həmin vaxt evdə adını sonradan bildiyi hazırki iş üzrə zərərçəkmiş şəxs Anna, onun babası, nənəsi, balaca qardaşı və təxminən 20-23 yaşlarında olan qohumu Yura adlı şəxs olmuşdur. Həmin ailə “rusdillidir”. O Sergeyin evində işini qurtardıqdan sonra, müqavilə bağlamaq üçün qonşuluqdakı evə getmiş, Kərəm və digər əməkdaşlar isə kabel çəkilişi ilə bağlı həmin evdə qalmışlar. O yenidən qayıtdıqda həmin həyətin darvazasının qabağında Kərəm ona demişdir ki, “modemin seriya nömrəsi” itib, ona görə də onlar Yura adlı şəxslə birlikdə yenidən həmin evə daxil olmuşlar. O, Yura və Kərəm birlikdə ikinci mərtəbəyə qalxmışlar, həmin vaxt Annanın nənəsi həyətdə olmuş, yuxarı otaqda isə 3 uşaq olmuşdur. Onlar “modemin seriya nömrəsinin” şəklini çəkdikdən sonra otağı tərk etmiş və pilləkanda Annanın nənəsi ilə qarılaşmışlar. Onlar həmin evdə işlərini bitirdikdən sonra qonşuluqdakı evə internet çəkilişi üçün getmişlər. Kərəmin yenidən təklikdə həmin evə qayıtması barədə məlumatı yoxdur. Bu hadisədən sabahı gün işə getdikdən sonra xəbəri olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Oğuz RPŞ-nin sabiq baş müstəntiqi, polis mayoru Elton Kərimov tərəfindən Zərərçəkmiş şəxsevna ilə Təqsirləndirilən şəxs arasında video çəkilişdən istifadə edilməklə üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifaədsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə deyərək təsdiq etmiş, aparılmış videoçəkilişin görüntüləri bir ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. (i.v. 95-97) İfadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları yerində əyani olaraq təsdiq etmişdir. Bununla bağlı protokol tərtib edilmiş və istintaq hərəkətinin gedişatı foto çəkilişlə çəkilərək iş materiallarına əlavə edilmişdir. (i.v. 183-186) Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 520 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayəti törətdiyi zaman və ona qədər hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs ona şamil edilən cinayəti törədərkən öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. O, öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 189-191) Məhkəmə psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 521 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsevna aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivzm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Zərərçəkmiş şəxsevna özündən uydurmağa meyilli deyildir, ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və həyəcanlı psixi-emosional halda olmuşdur. Zərərçəkmiş şəxsevna yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, ona edilən hərəkətlərin xarakter və mənasını qavrayıb həmin hadisə barəsində düzgün ifadə verə bilər. (i.v. 193-194) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə Oğuz RİHB-nın Bucaq İƏD üzrə nümayəndəliyi tərəfindən 15 may 2024-cü il tarixli, 5-68-12/2-43/2024 saylı arayışdan, xasiyyətnamədən və digər sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu, Bucaq kəndində qeydiyyatdadır, ailə tərkibi arvadı X4, övladları 2014-cü il təvəllüdlü X7 və 2022-ci il təvəllüdlü X5 ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 111-112) Cinayət işi üzrə Oğuz RİHB-nın Böyük Söyüdlü İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxsevna yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 144) Oğuz RMX PHŞ-dən daxil olmuş 10 iyun 2024-cü il tarixli, 16-1-64/2-573/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsevna Oğuz RMX-nın Poliklinika şöbəsinin “Narkoloji” və “Ruhi əsəb” kabinetlərində qeydiyyatda yoxdur. (i.v. 145) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli notarial təsdiq edilmiş ərizədən görünür ki, X6 və Qanuni nümayəndə Təqsirləndirilən şəxs barəsində Oğuz rayon polis şöbəsinin istintaq qrupunda aparılan cinayət işi üzrə heç bir şikayətlərinin və tələblərinin olmadığını bildirmişlər. (i.v. 94) İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v-23) İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(054)-4/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4(dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(054)-8/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. -xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxsevna cinayət işi üzrə zərərçəkminş şəxs qismində tanınmışdır; -xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Qanuni nümayəndə Zərərçəkmiş şəxsevnanın qanuni nümayəndəsi qismində tanınmışdır; -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 150.2-1.1-ci maddəsindən Oğuz RPŞ-nin İB-nin baş müstəntiqi Elton Kərimov tərəfindən Azərbaycan Respublikasının CM-nin 153.1-ci maddəsinə tövsif edilməklə istintaqı davam etdirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə —üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır . Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışması, himayəsində azyaşlı uşaqlarının olması, əməlindən səmimi peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, o 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanaraq hazıradək “ev dustaqlığı”nda olduğu 1 il 3 ay 3 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzası çəkilmiş hesab edilməli və onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, ekspertza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutularaq həbsdə və “ev dustaqlığı”nda olduğu xx.xx.2024-cü il tarixdən hazıradək olan 1 (bir) il 3 (üç) ay 3 (üç) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia tələbi və digər məhkəmə xərclərinin, müsadirə olunması təklif olunan əmlak, alət və vasitənin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən:Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar