Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-16/2022 30.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs : xx.xx.1980-ci il tarixdə Rusiya Federasiyasının Tümen vilayətində anadan olmuş, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayan, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Rusiya Federasiyasının vətəndaşı, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda - cəmi 7,41 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı özündə saxlamış, xx.xx.2022-ci il tarixdə saat 17:37-də Oğuz şəhərində şübhəli şəxs qismində saxlanılaraq Oğuz rayon Polis Şöbəsinə gətirilərək onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan kisədə ümumi təmiz çəkisi 7,41 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz şəhərində yaşayır. Narkotik vasitə olan marixuanadan hərdənbir istifadə edir. xx.xx.2022ci il tarixdə səhər saatlarında Oğuz şəhəri ərazisində yerləşən Qarğıdalı zavodunun yaxınlığında gəzdiyi zaman yerdə bir ədəd sellofan torba olduğunu görmüş, torbanı açıb içində narkotik vasitə olduğunu bildikdən sonra onu öz istifadəsi üçün saxlamağı qərara almışdır. Həmin gün günortadan sonra Oğuz şəhərində “Sənubər” şadlıq sarayının yanında olan zaman polis əməkdaşları onu şübhəli şəxs qismində saxlayaraq Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın cibində saxladığı sellofan torbaya bükülmüş narkotik vasitə aşkar edilərək götürülmüşdür. O, həmin narkotik vasitənin özünə məxsus olduğunu, Oğuz şəhəri ərazisində yerləşən Qarğıdalı zavodunun yaxınlığında yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Onun narkotik vasitə tapması barədə heç kimin məlumatı olmamış, aşkar olunan narkotik vasitədən başqa heç yerdə narkotik vasitə saxlamamışdır. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, törətdiyi cinayət əməlini könüllü etiraf edir. Narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. O, fərdi əmək fəaliyyəti ilə məşğul olur və ailəsində ondan başqa əmək qabiliyyətli şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid Oğuz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Oğuz şəhərinin sakini Təqsirləndirilən şəxs üzərində nakotik vasitə gəzdirməsi və özünün də narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilindiyi üçün xx.xx.2022-ci il tarixdə saat 17:37-də Oğuz şəhəri ərazisində saxlanılaraq Oğuz rayon Polis Şöbəsinə gətirilmişdir. X7 Samir İlxamoviç şübhəli şəxs qismində tutuluraq özünün seçdiyi vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə onun üzərində axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan kisəni çıxararaq könüllü olaraq təqdim etmişdir. Kisəyə baxış keçirilən zaman içərisində spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, narkotik vasitəni aprel ayının əvvəllərində Oğuz şəhəri ərazisində yerləşən Qarğıdalı zavodunun yaxınlığında yerdən tapdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar edilmiş bitki kütləsi elektron tərəzidə çəkilərək çəkisinin 7,60 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlə zərfə qoyulmaqla qablaşdırılıb götürülmüşdür. Qeyd olunan hərəkətlər barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs özü və vəkili də həmin protokola imza etmişlər. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Oğuz rayon Polis Şöbəsinin əməkdaşı Şahid2 da Şahid1 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən edilir ki, həmin tarixdə saat 17:51-dən başlayaraq Oğuz rayon Polis Şöbəsinin inzibati binasında Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o, əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülü çıxarıb masanın üzərinə qoyaraq könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükülü açıldıqda içərisində spesifik iyə malik, narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və onun özünə aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs, həmçinin, narkotik vasitəni aprel ayının əvvəllərində Oğuz şəhəri ərazisində yerləşən Qarğıdalı zavodunun yaxınlığında yerdən tapdığını və öz istifadəsi üçün saxladığını qeyd etmişdir. Narkotik vasitəyə bənzər kütlə Təqsirləndirilən şəxs özünün və vəkilin iştirakı ilə elektron tərəzidə çəkilərək çəkisinin 7,60 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü və vəkili də protokola imza etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/313 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 7,41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqat obyektinin 0,02 qramdan ibarət hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 7,39 qram olan maddə qalığı bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır (Aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 manat təşkil edir). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı tapdığı yeri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon X6 Qrupunun baş müstəntiqi X1 qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatı zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 7,39 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Oğuz rayon Polis Şöbəsinin maddi sübut otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair bir ədəd disk də maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 792 nömrəli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Oğuz rayon X4 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 290 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayon X2 şöbəsinin “Narkoloji” və “Ruhi əsəb” kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli qərardan və protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:37-də polis əməkdaşları tərəfindən saxlanılaraq Oğuz rayon Polis Şöbəsinə gətirilmiş və həmin gün saat 17:45-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Oğuz rayon X6 Qrupunun baş müstəntiqi X3 qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16:05-də şübhəli şəxs qismində tutulmadan azad edilməklə onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10-0/451 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır, ailə üzvləri özü və arvadından ibarətdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib özündə saxlasa da, polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılarkən onun üzərində aşkar edilmiş narkotik vasitənin özünə aid olduğunu könüllü olaraq dərhal etiraf etdiyini və narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət örətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın onun özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi və mənəvi cəhətdən təsir göstərməsi hallarını, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi imkanlarını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsində qeyd edilmişdir ki, azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olsa da, o, uzun müddətdir ki, faktiki olaraq Azərbaycan Respublikasında yaşayır və Oğuz şəhərində daimi yaşadığı ünvan vardır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə İcra Nümayəndəliyində həmin ünvanda yaşayan şəxs kimi qeydiyyatdadır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında yaşamaq üçün müvafiq orqan tərəfindən rəsmi sənəd də təqdim edilmişdir. Məhkəmə qeyd olunan halları nəzərə alaraq Təqsirləndirilən şəxs hazırda təqsirli bilindiyi maddədə alternativ cəza növü kimi müəyyən edilmiş, az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, üzərində aşkar edilmiş narkotik vasitənin miqdarını nəzərə alaraq həmin cəzanın 1 (bir) il müddətində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan - xx.xx.2022-ci il tarixdə saat 17:37-dən şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək - xx.xx.2022-ci il tarixdə saat 16:05-dək olan müddət 2 (iki) gün kimi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iki günə dörd gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 21:00-dan saat 07:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görüldüyündən o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/313 nömrəli rə yinin və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşlarının tərtib etdiyi “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2022-ci il tarixli protokolun nəticələrini müqayisə edərək narkotik vasitənin çəkisinin məhkəmə-bioloji ekspertizası tərəfindən daha dəqiq müəyyən edilməsini nəzərə almaqla, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda - 7,41 qram olmasını qəbul edir. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 7,39 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:37-dən xx.xx.2022-ci il tarixdə saat 16:05dək şübhəli şəxs qismində saxlanıldığı müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 21:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 7,39 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(054)-16/2022
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-16/2022
30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver