Məhkəmə qərarları › İş №1(054)-16/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-16/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-16/2025 04.02.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1965-ci il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1ində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayında Oğuz rayonu, Padar kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində əkdiyi 02 ədəd və Oğuz rayonu, Padar kəndi ətrafında yerləşən meşə zolağında əkdiyi 10 ədəd, toxumlardan bitən, tərkibində narkotik maddələr olan ümumilikdə 12 ədəd, yəni xeyli miqdarda çətənə bitkilərinə qulluq etməklə onları yetişdirib, həmin bitkiləri kultivasiya etmiş və Oğuz RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə və Oğuz rayonu, Padar kəndi ətrafında yerləşən meşə zolağına 28 may 2024-cü il tarixdə saat 16:20 dəqiqədən saat 18:07 dəqiqəyədək olan müddət ərzində video-çəkilişlə keçirilmiş baxış zamanı 02 ədədi Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində torpaq səthində yetişdirilmiş, 10 ədədi isə ünvan 1i ətrafında yerləşən meşə zolağında torpaq səthində yetişdirilmiş, uzunluqları 19 sm-dən 108 sm-dək olan, ümumilikdə 12 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi -112,48 qram təşkil edən, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi və ifadə verərək bildirdi ki, bir müddətdir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2024-cü ilin mart ayının ortalarında hazırda dəqiq vaxtını xatırlamadığı tarixdə yaşadığı ünvan 1i ətrafında olan meşə zolağının kənarında gəzdiyi zaman təsadüfən yerdə gördüyü qara rəngli sellofan torba diqqətini çəkdiyindən həmin sellofanı götürüb içərisinə baxmış və həmin vaxt torbanın içərisində 12 ədəd çətənə bitkisinin toxumları olduğunu görmüşdür. O özü narkotik vasitə istifadəçisi olduğundan həmin çətənə bitkisinin toxumlarını əkib becərmək qərarına gəlmişdir. Elə həmin tarixdə tapmış olduğu çətənə bitkisinin toxumlarından 10 ədədini yaşadığı ünvan 1i ətrafında olan meşə zolağının kənarında yerləşən ərazidə torpaq səthində əkdikdən sonra qalan 2 ədəd toxumu isə yaşadığı evin həyətində yerləşən torpaq sahəsində şəxsi istifadəsi üçün əkmişdir. Həmin bitkilərə aqrotexniki qaydada qulluq edərək şəxsi istifadəsindən ötrü yetişməsi üçün bütün işləri görmüş, narkotik tərkibli kollara vaxtlı-vaxtında aqrotexniki qaydada qulluq etmişdir. Onun yaşadığı evin həyətində və qeyd etdiyi ərazidə çətənə kolları əkdiyini heç kim bilməmişdir. 28 may 2024-cü il tarixdə, saat 16 radələrində yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evinin həyət darvazasından çıxarkən yaşadığı küçədə darvazanın qarşısında mülki geyimdə və polis formasında olan şəxslərin olduğunu görmüşdür. Həmin şəxslər ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərib Oğuz RPŞ-nin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun yaşadığı evin həyətində qanunsuz olaraq narktoik tərkibli bitkiləri əkibbecərməkdə şübhəli olduğundan yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər və bu barədə qəbul olunmuş qərarla onu tanış etmişlər. Həmin vaxt özünü Oğuz RPŞ-nin təhqiqatçısı kimi təqdim edən polis formasında olan şəxs ona yaşadığı evdə və ya evinin həyətyanı sahəsində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığını soruşduğu zaman o, evinin həyətyanı sahəsində 02 ədəd və bundan başqa yaşadığı kəndin kənarında olan meşəlik ərazidə də 10 ədəd “nəşə” adlanan narkotik tərkibli bitki əkdiyini bildirmişdir. Həmin vaxt polis əməkdaşlarına yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirmələrinə heç bir etiraz etmədiyini yazılı ərizə ilə bildirmişdir. Bundan sonra polis əməkdaşları və mütəxəssis qismində dəvət edilmiş şəxsin iştirakı ilə video-çəkiliş vasitəsi ilə evinin həyətyanı sahəsinə daxil olmuşlar. Polis əməkdaşları həyətyanı sahədə müxtəlif bostan bitkilərinin arasında əkdiyi 02 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar etmişlər. Həmin bitkilər onun özü tərəfindən polis əməkdaşlarına təqdim edilərək dibindən çıxarıldıqdan sonra təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra polis əməkdaşları tərəfindən həyətyanı sahəyə və yaşadığı fərdi yaşayış evinə baxış davam etdirilsə də, oradan hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra baxışın davamı olaraq polis əməkdaşları ilə birlikdə onun təsvir edib göstərdiyi ünvan 1i ətrafında olan meşə zolağının kənarındakı əraziyə getmişlər. Orada o, polis əməkdaşlarına çətənə bitkisi əkdiyi əraziyə gedən yolu göstərməklə onlarla birlikdə videoçəkilişlə həmin əraziyə getmişdir. Həmin ərazidə əkdiyi 10 ədəd çətənə bitkisi kolunu polis əməkdaşlarına təqdim etmiş, həmin bitkilər dibindən çıxarıldıqdan sonra təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra baxış keçirmə və götürmə barədə protokol tərtib edilmiş, həmin protokol iştirak edənlər tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları onu Oğuz RPŞ-yə dəvət etmişlər. O, polis şöbəsinə gətirilib xidməti otağa aparıldıqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi təyin edilərək müdafiəçinin iştirakı ilə video-görüntü aparılmaqla üzərinə şəxsi-axtarış keçirilməzdən öncə ona üzərində qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanı təqdim etməsi təklif edilmişdir. O əynində olan gödəkçəsinin iç cibindən 4 ədəd siqaret qutusunu və 02 ədəd alışqanını çıxarıb xidməti otaqda olan stolun üzərinə qoymuş və təhqiqatçıya üzərində qanunla qadağan olunmuş hər hansı başqa bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərinə və əynində olan paltarlara şəxsi axtarış keçirilsə də, qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Şəxsi axtarış barədə protokol tərtib olunmuş və onun tərəfindən imzalanmışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bir müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Yaşadığı evin həyətində və yaşadığı kənd ərazisində meşə kənarında narkotik tərkibli çətənə bitkiləri əkib aqrotexniki qaydada qulluq etməyi barədə heç kimin xəbəri olmamışdır. 28 may 2024-ci il tarixdə yaşadığı evin həyətyanı sahəsindən və yaşadığı kənd ərazisində meşə kənarından aşkar edilərək götürülmüş ümumilikdə 12 ədəd narkotik tərkibli çətənə bitkisi onun özünə məxsus olmuş və şəxsi istifadəsi üçün əkib aqrotexniki qaydada qulluq edib yetişdirmişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə və qeyd olunan əraziyə baxış keçirilən zaman, eləcə də Oğuz RPŞ-də üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki təsir və ya psixi təzyiq olunmamışdır. Narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2024-cü ilin mart ayının ortalarında ünvan 1i ətrafında olan meşə zolağının kənarında tapdığı zaman ətrafda heç kim olmamışdır. Narkotik vasitəni əkib-becərdiyinə görə səmimi peşman olmuş və əməlini könüllü etiraf etmişdir. Ailəsində ondan başqa işləyən şəxs yoxdur. Oğlu Ələsgər “psoriaz” adlanan dəri xəstəliyi ilə əlaqədar Oğuz rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində “Dəri-zöhrəvi” kabinetində, arvadı Şəfiqə “Onkoloji” kabinetdə “hoçkin limfoması” diaqnozu ilə qeydiyyatdadır. Ələsgər xəstəliyinə görə hərbi xidmətə də yararsız hesab edilmişdir. Ailə vəziyyətinin və qeyd etdiyi digər halların cəza təyin edilən zaman nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Oğuz RPŞ-nin cinayət axtarışı bölməsinin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.1965-ci ildə ünvan 1ində anadan olmuş, ünvan 1ində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olduğundan Təqsirləndirilən şəxs yaşadığı Oğuz rayon Padar kəndində yerləşən evə və həyətyanı sahəyə təxirəsalınmadan baxış keçirilməsi üçün onun özü xx.xx.2024-cü il tarixdə Oğuz rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Bununla əlaqədar həmin tarixdə qrup rəhbəri onun özü olmaqla Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və RPŞ-nin TBnin təhqiqatçısı, polis mayoru Vasif Məmmədovdan ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsinin bağ hissəsində əkilmiş 02 ədəd çətənə bitkisi aşkar edilmişdir. Aşkar olunmuş kütlə dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürülmüş, zərfin üzəri DİN 95 saylı zərflər üçün olan möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs göstərdiyi, ünvan 1i ətrafında meşə zolağına gedib baxış keçirilən zaman onun əkdiyi 10 ədəd çətənə bitkisi aşkar edilmişdir. Aşkar olunmuş kütlə dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürülmüş, zərfin üzəri DİN 95 saylı zərflər üçün olan möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış videoçəkiliş çəkilməklə aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-yə gətirilmiş, təhqiqat bölməsinin təhqiqatçısı Vasif Məmmədov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmasında Təqsirləndirilən şəxs özü, onun müdafiəçisi, o və Şahid2 iştirak etmiş, video-çəkiliş isə Oğuz RPŞ-nin KTQ-nun baş inspektoru vəzifəsini müvəqqəti icra edən Sənan Şahmuradov tərəfindən aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs etiraz etmədən üzərində olan əşyaları çıxarıb stolun üzərinə qoymağa başlamışdır. Təqsirləndirilən şəxs ilk öncə əynindəki qara rəngli gödəkçəsinin iç cibindən 4 ədəd siqaret qutusu və 2 ədəd alışqanı çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılmış, lakin təqdim edilmiş əşyalardan başqa qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş, Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləmiş, hal-hazırda növbətçi hissədə məsul növbətçi işləyən Şahid2 X5 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və video-görüntünün əks olunduğu diskdən görünür ki, Oğuz RPŞ-nin TQ-nun təhqiqatçısı Vasif Məmmədov tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarını əkdiyi həyətyanı torpaq sahəsinə və meşə sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahədən 2 ədəd, meşə sahəsindən 10 ədəd ümumilikdə 12 ədəd narkotik tərkibli çətənə bitkisi götürülərək protokol tərtib edilib video-görüntülər aparılmaqla istintaq materiallarına əlavə edilmişdir. (cinayət işi vər:22-23a) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, aqronom X2 Ələkbər Paşa oğlunun şübhəli bilindiyi faktla əlaqədar aşkarlanmış 12 ədəd narkotik tipli bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini təsdiq etmişdir (cinayət işi vər: 24) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 29 may 2024-cü il tarixli, 3-16-16-2-17/491 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqdə “…Təqsirləndirilən şəxs həyətindən aşkar olunaraq götürülmüş narkotik bitkiyə bənzər kütlə…” yazısı, adlar və imzalar olan 1 ədəd sintetik kisənin içərisindəki 12 ədəd, uzunluqları 19 sm-dən 108 smdək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 112,48 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronommütəxəssis Rəşad Rüstəmovun xx.xx.2024-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Həmin çətənə bitkilərinin 0,24 qramı tədqiqata sərf edilmiş (hər bitkidən 0,02 qram), 112,24 qram qalıq qalmişdir. Ekspertiza tədqiqatının dəyəri 35,97 manatdır. (cinayət işi vər:33- 37) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Vartaşen Rayon Xalq Məhkəməsinin xx.xx.1985-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasi CM-in 113-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 04 il müddətə azadliqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm xx.xx.1985-ci ildə qanuni qüvvəyə minmişdir. Salyan Rayon Xalq Məhkəməsinin xx.xx.1987-ci il tarixli qərarı ilə CM-nin 50-2-ci maddəsinə əsasən cəzası 02 il 07 ay 09 gündən ibarət hissəsində şərti hesab edilməklə azad edilmişdir. (cinayət işi vər:93-94) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2024-cü il tarixli 1214 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyaci yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür.(cinayət işi vər:99) Azərbaycan Respublikası TƏBİB Oğuz RMX-nin PHŞ-in iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 10 iyun 2024-cü il tarixli 18-1-64/2-580/2024 nömrəli məktubundan görünür ki, 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Oğuz RMX-nin Poliklinika şöbəsinin Narkoloji və Ruhi-Əsəb kabinetlərində qeydiyyatda yoxdur. (cinayət işi vər: 92) Oğuz rayon İHB Padar kənd İƏD üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 5-68-12/2-62/2024 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu, Padar kəndində yaşayır, ailə üzvləri arvadı Şəfiqə, 1990 və 1991-ci il təvəllüdlü iki qızı və 1995- 1998-ciil təvəllüdlü iki oğlundan (Əflatun və Ələsgər) ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cinayət işi vər: 89-90) Azərbaycan Respublikası TƏBİB Oğuz RMX-nin PHŞ-in iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 18 yanvar 2025-ci il tarixli 18-1-64/2-M-46-xx-xx/2025 nömrəli arayışınndan görünür ki, Oğuz rayon Padar kənd sakini, xx.xx.1965-ci il təvəllüdlü X1 RMX-nin Poliklinika şöbəsinin Onkoloji kabinetində xx.xx.2009-cu il tarixdən “hoçkin limfoması” diaqnozu ilə qeydiyyatda olmaqla 2-ci qrup əlildir. Azərbaycan Respublikası TƏBİB Oğuz RMX-nin PHŞ-in iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 18 yanvar 2025-ci il tarixli 18-1-64/2-M-46-xx-xx/2025 nömrəli arayışınndan görünür ki, Oğuz rayon Padar kənd sakini, xx.xx.1998-ci il təvəllüdlü X3 RMX-nin Poliklinika şöbəsinin Dəri-zöhrəvi kabinetində “yayılmış psoriaz” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən SX 02751-7 saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X6 xidmət keçməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş xəstəliklər cədvəlinin 1-ci qrafasının 62-ci maddəsinə əsasən SHXÇDX-nin Oğuz rayon şöbəsinin HHK tərəfindən xx.xx.2027-ci il və xx.xx.2024-cü il tarixlərdə hərbi hazırlığı olmayan, hərbi xidmətə yararsız hesab edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs həqiqətən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əkib-becərsə də, öz istifadəsi üçün Oğuz şəhərində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində 2 ədəd və Padar kəndi ətrafında yerləşən meşə zolağında 10 ədəd narkotik tərkibli çətənə bitkilərini əkdiyini və ona aqrotexniki qulluq göstərdiyini deyərək həmin yeri göstərə biləcəyini könüllü olaraq dərhal etiraf etdiyini, narkotik vasitəni əkib-becərdiyinə və qulluq etdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, eləcə də 1965-ci il təvəllüdlü arvadının 2-ci qrup əlil olmaqla onkoloji xəstəlikdən, 1998-ci il təvəllüdlü oğlu Ələsgərin dəri xəstəliyindən əziyyət çəkdiyini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:32-dən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 15:55-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Oğuz RPŞ MSY-dən həbsdən azad edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamasının rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə hallarının olduğu, narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığı, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyü bildirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 29 may 2024-cü il tarixli 3-16-16-2-17/491 nömrəli rəyini nəzərə alaraq, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs əkib-becərdiyi yerlərdən aşkar edilərək götürülmüş narkotik vasitənin-12 (on iki) ədəd bitki nümunəsinin yaş vəziyyətdə ümumi təmiz çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda-- 112,48 qram olduğunu, tədqiqat və ekspertiza zamanı 0,24 qram istifadə edildikdən sonra qalıq qalan, Oğuz Rayon Polis Şöbəsində saxlanılan, cəmi 112,24 qram çəkidə olduğunu qəbul etməklə həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli olduğunu bildirir. İş üzrə 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. İşdə olan bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan - xx.xx.2024-cü il tarixdə saat 18:32-dən şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2024-cü il - tarixdə saat 15:55-dək olan müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan ünvan 1i ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 112,24 qram çəkidə yaş vəziyyətdə olan narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan bir ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖİN **********, X10, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar