Məhkəmə qərarları › İş №1(054)-17/2023

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-17/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-17/2023 19.12.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X24 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X4 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Oğuz rayonu Padar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvəllər məhkum olunmamış, Oğuz rayonu Padar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 14:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Padar kəndinin ərazisindən keçən 103-cü km-də, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci maddəsinin tələblərini pozaraq, yaşayış məntəqəsi daxilində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək, yəni 72 km/saat sürətlə idarə etdiyi “Volkswagen Passat” markali ** BP *** dövlət qeydiyyat nişanli avtomobillə Qəbələ rayonu istiqamətindən Oğuz şəhəri istiqamətində hərəkət edərkən, hərəkət hissəsini əks istiqamətli nəqliyyat axınlarına ayıran 1.1 üfüqü nişanlanma xəttini (bütöv ağ xətt) kəsib keçərək avtomobili qarşı sol hərəkət hissəsinə çıxarmamalı, hərəkət üçün təhlükə yaratmamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, avtomobili əks hərəkət zolağına çıxararaq eyni istiqamətdə Qəbələ rayonu istiqamətindən Oğuz şəhəri istiqamətində hərəkət edib yolun sağ hərəkət hissəsindən yolun soluna Oğuz rayonu Padar kəndinə doğru manevr edən X6 idarə etdiyi “Opel Astra H” markali ** SN *** dövlət qeydiyyat nişanli avtomobilin sol yan hissəsindən vurub toqquşmuş, nəticədə ehtiyatsizliqdan “Opel Astra H” markalı avtomobilin sürücüsü X10 baş beynin travması, dəqiqləşdirilməmiş koma, birateral alın-m təpə paylarinda daha qabariq olmaqla bütün paylarda səpələnmiş halda yerləşmiş 3,0- 11,0 mm ölçülərdə çoxsayli itraparenxematoz hematomalar, diffuz aksonal zədələnmə, subaraxnoidal sahələrin ödemi, sol tərəfdə ənsə nahiyəsində dəri altı yumşaq toxumalarin əzilməsi, dəri altı hematomalar, hər iki ağciyərdə alveolyar hemmorragiya, sol körpücük sümüyündə orta hissədə yerdəyişən fraqmentli sınığının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır zərər vurmuş və o xx.xx.2023-cü il tarixdə təxminən saat 02:00 radələrində Şəki RMX-da ölmüş, həmçinin idarə etdiyi “Volkswagen Passat” markali avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs sol bazu sümüyünün orta 1/3-nin qəlpəli yerdəyişmiş sınığının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamliğa ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli hesab etmiş və ifadə verərək bildirmişdir ki, idarə etdiyi “Volkswagen Passat” markalı ** BP *** dövlət qeydiyyat nişanli avtomobil özünə məxsusdur və onun avtomobilləri idarə etməyə hüquq verən B1, B, C1,C dərəcəli sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində qızı-xx.xx.2014-cü il tarixdə anadan olmuş azyaşlı X14 oxuduğu Oğuz rayonu Padar kənd orta məktəbindən götürüb yaşadığı evə-geriyə qayıdarkən “Padar dörd yolu” adlanan ərazidən çıxıb sola dönüb qayıdan zaman yolda həmkəndlisi Zərərçəkmiş şəxs və onun azyalı qızı xx.xx.2016-cı il tarixdə anadan olmuş X12 görmüşdür. O, avtomobili saxlayıb onları götürdükdən sonra baş yola çıxıb Qəbələ rayonu istiqamətindən Oğuz rayonu Kərimli kəndi istiqamətində hərəkətinə davam etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs arxa oturacaqda sağ tərəfdə, azyaşlı Yağmur Cəfərli arxa oturacaqda ortada, azyaşlı qızı Qönçə Aydınlı isə arxa oturacaqda sol tərəfdə əyləşmişlər. O isə idarə etdiyi “Volkswagen Passat” markali avtomobili təxminən 60-65 km/saat sürətlə Qəbələ rayonu istiqamətindən Oğuz şəhəri istiqamətində hərəkət etdirmişdir. O idarə etdiyi “Volkswagen Passat” markali avtomobillə hərəkətdə olan anda təxminən saat 14:00 radələrində Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 103-cü km-də, sonradan adını bildiyi X6 idarə etdiyi “Opel Astra H” markalı ** SN *** dövlət qeydiyyat nişanli avtomobili yolun sağ yan hissəsində olan avtobus dayanacağına çatmamış təxminən 30-40 metrlikdən görmüşdür. Həmin avtomobilin yolun sağ yan kənarında dayandığını təqribən 10-12 metrlikdən bilmişdir. Bu zaman yol kənarında dayanmış həmin avtomobilə işıq siqnalı ilə xəbərdarlıq etmiş və “qəza işıqları”nı yandırmışdır. O, Muxtar Muradovun idarə etdiyi “Opel Astra H” markalı avtomobili ötüb keçmək məqsədi ilə idarə etdiyi avtomobilin sola dönmə işığını yandırıb ötüb keçmək istəyən zaman Muxtar Muradov idarə etdiyi avtomobili təxminən 2-3 metrlikdən qəflətən dönmə işığını yandırmadan sola dönmə əməliyyatı aparıb onun idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Həmin vaxt o, Muxtar Muradovun idarə etdiyi avtomobillə toqquşmamaq üçün idarə etdiyi “Volkswagen Passat” markali avtomobilin əyləcindən istifadə etmək istəsə də məsafə yaxın olduğundan bu mümkün olmamış və o, əyləcdən istifadə etmədən avtomobili əks hərəkət zolağına yolun soluna doğru hərəkət etdirmışdır. Lakin toqquşma qaçılmaz olmuş, onun idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə Muxtar Muradovun idarə etdiyi “Opel Astra H” markalı avtomobilin sol yan hissəsi toqquşmuşdur. Zərbədən hər iki avtomobil yolun soluna doğru istiqamətlənib yol kənarında olan səkiyə dəyib dayanmışdır. Toqquşma baş verdikdən sonra o qısa müddət huşunu itirmişdir. Qəza nəticəsində o və idarə etdiyi avtomobilin salonunda olan sərnişinlər Zərərçəkmiş şəxs və özünün azyaşlı qızı Qönçə Aydınlı xəsarət almışlar, avtomobilin salonunda olan digər sərnişin azyaşlı Yağmur Cəfərli isə heç bir xəsarət almamışdır. Bundan sonra ətrafa toplaşan tanımadığı şəxslərin köməyi ilə onlar avtomobildən düşmüşlər. Bu zaman o, “Opel Astra H” markalı avtomobilin sürücüsü Muxtar Muradovun xəsarət aldığını, lakin həmin avtomobilin salonunda olan sərnişin sonradan adını bildiyi Şahid1 heç bir xəsarət almadığını görmüşdür. Həmin vaxt ətrafa toplaşan tanımadığı şəxslərdən biri təcili tibbi yardıma zəng etmiş və bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları onları Oğuz RMX-na aparmışlar. Buna görə o, hadisə yerinə baxış keçirilməsində iştirak edə bilməmiş, sonradan o, tərtib olunmuş protokol və sxemlə tanış olmuşdur. X6 xx.xx.2023-cü il tarixdə təxminən saat 02:00 radələrində Şəki RMX-da ölməsi ona məlum olmuşdur. Avtoqəza baş verməsinə görə təəssüflənir. Zərərçəkmiş şəxs X6 ailəsinə və Zərərçəkmiş şəxs dəymiş maddi ziyan tam ödənilmiş, onlarla barışıq əldə edilmişdir. Hazırda zərərçəkmiş şəxs Muxtar Muradovun hüquqi varisi Tahir Muradovun və Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbləri yoxdur. Hökm çıxarılarkən ailə vəziyyətinin, himayəsində azyaşlı övladının olduğunun, işin digər hallarının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməli onun özünün qismən etirafından əlavə işin məhkəmə iclasında tədqiq edilən halları ilə də aşağıdakı qaydada sübuta yetir. Belə ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X17 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, qardaşı-X3 xx.xx.2023-cü il tarixdə təxminən saat 14:30 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində Şəki rayon Mərkəzi Xəstəxanasına düşməsi barədə məlumat almışdır. Bundan sonra o, xəstəxanaya gedib hadisə barədə maraqlanarkən ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 14:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 103-cü km-də X7 idarə etdiyi “Volkswagen Passat” markali ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə, qardaşı X6 idarə etdiyi “Opel Astra H” markali ** SN *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə “Opel Astra H” markalı avtomobilin sürücüsü-qardaşı X15, “Volkswagen Passat” markalı avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs xəsarət alaraq Şəki ŞRMX-na aparılmışlar. X25 aldığı xəsarətlərdən komaya düşmuş və buna görə də həkimlərin səyinə baxmayaraq xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində Şəki ŞRMX-na vəfat etmişdir. Hadisə ehtiyatsızlıqdan baş verib, hadisədən sonra Rahib və onun ailəsi onlara maddi və mənəvi köməklik göstəriblər. Buna görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur.(Notarial qaydada təsdiq olunmuş ərizəsi işə əlavə olunmuşdur). İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq azyaşlı qızı-xx.xx.2016-cı il tarixdə anadan olmuş X18 ilə birlikdə Oğuz şəhərinə getmək üçün yaşadıqları Oğuz rayonu Padar kəndindən çıxıb yola düşmüşlər. Qızı Yağmurla birlikdə “Padar dörd yolu” adlanan ərazidə marşrut avtobusu gözləyən zaman həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen Passat” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə gəldiyini görmüşlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlayaraq onları aparmağı təklif etmiş və o, qızı Yağmurla birlikdə Rahibin idarə etdiyi avtomobilə əyləşmişlər. O, avtomobilin salonunda arxa sağ tərəfdə, azyaşlı qızı Yağmur Cəfərli arxa oturacaqda orta hissədə, Təqsirləndirilən şəxs azyaşlı qızı-xx.xx.2014-cü ildə anadan olmuş X20 isə arxa oturacaqda sol tərəfdə əyləşmişlər. xx.xx.2023-cü il tarixdə təxminən saat 14:00 radələrində Qaraməryəm-lsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 103-cü km-də, təxminən 30-40 metrlikdən yolun sağ yan hissəsində olan avtobus dayanacağına çatmamış, sonradan adını bildikləri X6 idarə etdiyi “Opel Astra H” markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ yan kənarı ilə aşağı sürətlə hərəkətdə olduğunu görmüşlər. Bu zaman Rahib “Opel Astra H” markali avtomobili ötüb keçmək məqsədi ilə idarə etdiyi avtomobilin sola dönmə işığını yandırıb ötüb keçmək istəyən zaman Muxtar Muradov idarə etdiyi avtomobillə təxminən 10-15 metrlikdən qəflətən “dönmə işığı”nı yandırmadan sola dönmə əməliyyatı aparıb Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Həmin vaxt həmkəndlisi X26 idarə etdiyi avtomobillə toqquşmamaq üçün idarə etdiyi “Volkswagen Passat” markali avtomobilin əyləcindən istifadə edib avtomobili əks hərəkət zolağına yolun soluna doğru hərəkət etdirmiş, lakin məsafə yaxın olduğundan bu mümkün olmamış və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə Muxtar Muradovun idarə etdiyi “Opel Astra H” markalı avtomobilin sol yan hissəsi toqquşmuşdur. Zərbədən hər iki avtomobil yolun soluna doğru istiqamətlənib yol kənarında olan səkiyə dəyib dayanmışdır. Nəticədə o, avtomobili idarə edən sürücü Təqsirləndirilən şəxs və avtomobilin salonunda olan digər sərnişin azyaşlı Qönçə Aydınlı xəsarət almışlar, avtomobilin salonunda olan digər sərnişin azyaşlı qızı Yağmur Cəfərli isə heç bir xəsarət almamışdır. Bundan sonra ətrafa toplaşan tanımadığı şəxslərin köməyi ilə onlar avtomobildən düşmüşlər. Bu zaman “Opel Astra H” markalı avtomobilin sürücüsü Muxtar Muradovun xəsarət aldığını, lakin həmin avtomobilin salonunda olan sərnişin sonradan adını bildikləri Şahid1 heç bir xəsarət almadığını görmüşlər. Qəza baş verdikdən sonra Muxtar Muradovun idarə etdiyi “Opel Astra H” markali avtomobildə olmuş sərnişin, sonradan adını bildikləri Şahid1 gəlib üzr istəyərək “içkili” olduqlarını bildirmişdir. Həmin vaxt ətrafa toplaşan tanımadığı şəxslərdən biri təcili tibbi yardıma zəng etmiş və bir qədər sonra isə hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları onları Oğuz RMX-na aparmışlar. X1 xx.xx.2023-cü il tarixdə təxminən saat 02:00 radələrində Şəki RMX-da ölməsi ona məlum olmuşdur. Hadisədən sonra Rahib ona maddi və mənəvi köməklik göstərib. Buna görə onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur.(Notarial qaydada təsdiq olunmuş ərizəsi işə əlavə olunmuşdur). İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Yaqublu kəndində yaşayan qohumu X6 evinə qonaq gəlmişdir. O, orada olduğu zaman Sumqayıt şəhərində yaşayan qonşusunun Oğuz rayonu Padar kəndinə gəldiyini eşitmişdir. xx.xx.2023-cü il tarixdə o, qohumu Muxtar Muradovdan xahiş etmişdir ki, onu Padar kəndinə aparsın ki, qonşusu ilə Sumqayıt şəhərinə geri qayıtsın. Muxtar qohumunun Opel Astra H markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilini götürmüş və qaldıqları Oğuz rayonu Yaqublu kəndindən çıxıb Oğuz rayonu Padar kəndi istiqamətində yola düşmüşlər. Həmin vaxt o, avtomobilin salonunda qabaq sağ oturacaqda əyləşmiş, Muxtar Muradov isə Opel Astra H markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Onlar Oğuz rayonu Padar kəndi ərazisində yerləşən “Padar dörd yolu” adlanan əraziyə çatan zaman yolu səhv saldıqlarını bilib yenidən ordan geri qayıtmışlar. xx.xx.2023-cü il tarixdə təxminən saat 14:00 radələrində Qaraməryəm-İsmayılı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən 103-cü km-də, yolun sağ yanı ilə hərəkətdə olan zaman o və Muxtar Muradov arxaya baxmış, arxalarından maşın gəlmədiyini görmüşlər. Bundan sonra gedəcəkləri yola daxil olmaqdan ötrü sola dönmək üçün sürəti azaldaraq kənd yoluna daxil olan zaman qəflətən arxadan eyni istiqamətdə gələn avtomobil Muxtar Muradovun idarə etdiyi Opel Astra H markali avtomobilin sol yan hissəsindən güclü zərbə ilə toqquşmuşdur. Zərbədən hər iki avtomobil qarşıya doğru hərəkət edib yolun sol yan hissəsində olan səkiyə dəyib dayanmışdır. Nəticədə o, heç bir xəsarət almasa da, Opel markalı avtomobilin sürücüsü qohumu X15 xəsarət almışdır. Bundan sonra o, avtomobildən düşmüş və həmin vaxt ətrafa toplaşan tanımadığı şəxslərin köməyi ilə Muxtar Muradovu avtomobildən çıxarmışlar. Bu zaman ətrafa toplaşan tanımadığı şəxslərdən biri təcili tibbi yardıma zəng etmiş və bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları X32 ŞRMX-na aparmışlar. Sonradan ona məlum olmuşdur ki, salonunda olduğu Opel Astra H markalı avtomobillə toqquşmuş, sonradan adını bildiyi Volkswagen Passat markali ** BP *** dövlət qeydiyyat nişanli avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və həmin avtomobilin salonunda olan sərnişinlər Zərərçəkmiş şəxs qizi, azyaşlı X20 da xəsarət alaraq Oğuz RMXna daxil olmuşlar, lakin avtomobilin salonunda olan digər sərnişin azyaşlı X18 heç bir xəsarət almamışdır. X1 xx.xx.2023-cü il tarixdə təxminən saat 02:00 radələrində Şəki RMX-da ölməsi ona məlum olmuşdur.Hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs heç bir üzrxahlıq etməyib və içkili olduqlarını bildirməyib. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Yaqublu kəndində yaşayan qohumlarına qonaq gəlmişdir. Orada olduğu zaman xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində yaşayan qohumu Şahid1 qonaq gəldiyini eşitmişdir. xx.xx.2023-cü il tarixdə o bir neçə qohumu birlikdə Qəbələ rayonuna getməyə hazırlaşmışlar. Bu zaman qohumu X35 rayonu Padar kəndinə getmək üçün ona məxsus olan Opel Astra H markali ** SN *** dövlət qeydiyyat nişanli avtomobili götürmək istədiyini bildirmişdir. Muxtar Muradovun sürücülük vəsiqəsi olduğuna görə etiraz etməmişdir. Bundan sonra o və digər qohumları Qəbələ rayonuna getmişlər. Onlar Qəbələ rayonuna təzə çatdıqları zaman onun mobil telefonuna zəng gəlmiş, Muxtar Muradovun yol-nəqliyyat hadisəsi nəticəsində Şəki ŞRMX-na daxil olması barədə məlumat vermişlər.Dərhal Qəbələ rayonundan çıxıb Şəki ŞRMX-na getmişdir. Ora çatanda hadisə barədə maraqlanarkən ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 14:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 103-cü km-də, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Volkswagen Passat markalı ** BP *** dövlət qeydiyyat nişanli avtomobillə, qohumu X6 idarə etdiyi Opel Astra H markali ** SN *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. X36 H markalı avtomobili idarə edən qohumu X15 xəsarət alaraq Şəki ŞRMX-na daxil olmuş, həmçinin sonradan adlarını bildiyi Volkswagen Passat markali avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, onun idarə etdiyi avtomobilin salonunda olan sərnişinlər Zərərçəkmiş şəxs, azyaşlı X20 da xəsarət alaraq Oğuz RMX-na daxil olmuşlar, lakin avtomobilin salonunda olan digər sərnişin-azyaşlı X18 heç bir xəsarət almamışdır. X1 xx.xx.2023-cü il tarixdə təxminən saat 02:00 radələrində Şəki ŞRMX-da ölməsi ona məlum olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona məxsus olan Opel Astra H markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilə 3210 (üç min iki yüz on) manat ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq ona məxsus olan Opel Astra H markali ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə heç bir tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş xx.xx.2008-ci ildə anadan olmuş,yetkinlik yaşına çatmayan Şahid3 atası X5 iştirakı ilə məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 13:30 radələrində atası X5 işlədiyi, Oğuz rayonu Padar kəndinin girişində yerləşən avtomobil təmiri sexinə getmək üçün Padar kəndindəki evlərindən çıxmışdır. Təxminən saat 14:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 103-cü km-də, yol ayrıcına çatmağına az qalmış sol tərəfdən avtomobil gəlmədiyini, sağ tərəfdən isə Qəbələ rayonu istiqamətindən Oğuz şəhəri istiqamətində sonradan adını bildiyi X6 idarə etdiyi Opel Astra H markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ yan kənarı ilə gəldiyini, onun arxası ilə eyni istiqamətdə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi Volkswagen Passat markalı ** BP *** dövlət qeydiyyat nişanli avtomobillə gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi Volkswagen Passat markalı avtomobilin Muxtar Mürşüdovun idarə etdiyi Opel Astra H markalı avtomobilə çatmağına çox az məsafə qalmış qəflətən Muxtar Mürşüdov idarə etdiyi avtomobillə sola doğru manevr edib Padar kəndinə doğru dönmə əməliyyatı aparmış və Təqsirləndirilən şəxs idarə etdiyi Volkswagen Passat markalı avtomobilin qarşısına çıxmışdır. Təqsirləndirilən şəxs Muxtar Muradovun idarə etdiyi Opel Astra H markalı avtomobillə toqquşmamaq üçün idarə etdiyi avtomobili sola doğru istiqamətləndirmiş və Padar kəndinin girişində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə, Muxtar Muradovun idarə etdiyi avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Zərbədən hər iki avtomobil yolun soluna doğru istiqamətlənib yol kənarında olan səkiyə dəyib dayanmışdır. Qorxduğuna görə avtomobillərə yaxınlaşmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs arxada əyləşmişdir. Hadisə baş verdikdən dərhal sonra Opel Astra H markalı avtomobildən tanımadığı şəxs çıxaraq Rahibin üzərinə qaçmış, onun Rahibə nə dediyini eşitməmişdir. Bundan sonra ətrafa toplaşan tanımadığı şəxslərin köməyi ilə avtomobillərdə olan xəsarət almış şəxslər avtomobillərdən düşmüşlər. Həmin vaxt ətrafa toplaşan tanımadığı şəxslərdən biri təcili tibbi yardıma zəng etmiş və bir qədər sonra isə hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları xəsarət alan şəxsləri xəstəxanaya aparmışlar. İş üzrə şahid qismində dindirilmiş X19 məhkəmə iclsında verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə şəxsi işi ilə əlaqədar Oğuz şəhərinə gedərkən Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 103-cü km-də yol nəqliyyat hadisəsi baş verdiyini görmüşdür. Hadisə baş verən vaxt həmin yerdə olmamışdır. O, hadisə yerinə gələn polis əməkdaşına yaxınlaşıb hadisə barədə məlumat aldıqda ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 14:00 radələrində Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 103-cü km-də, sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Volkswagen Passat markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə, X6 idarə etdiyi Opel Astra H markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, X36 H markalı avtomobilin sürücüsü X15, Volkswagen Passat markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və həmin avtomobilin salonunda olan sərnişinlər müxtəlif bədən xəsarətləri almışlar. Sonra isə o,hadisə yerində olan digər hal şahidi və polis əməkdaşı ilə birlikdə hadisə yerinə baxış keçirilməsində axıra qədər iştirak edərək hadisə haqqında tərtib olunmuş protokol və sxem ilə tanış olmuş və digər iştirakçılarla bərabər imza etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA 5-ci tağımının YPX inspektoru vəzifəsində işləyir, polis serjantıdır. Bildirmişdir ki,xx.xx.2023-cü il tarixdə xidmətdə olduğu zaman Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 103-cü km-də yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. O həmin məlumata əsasən qeyd olunan əraziyə getmiş, orada ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 14:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 103-cü km-də Təqsirləndirilən şəxs idarə etdiyi Volkswagen Passat markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə, X6 idarə etdiyi Opel Astra H markali ** SN *** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuş, X36 H markalı avtomobilin sürücüsü X15, Volkswagen Passat markali avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, həmin avtomobilin salonunda olan sərnişinlər, sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs və azyaşlı X20 müxtəlif bədən xəsarətləri almışlar. Sonra isə o, hadisə yerini mühafizə edərək baxış keçirilməsində iştirak etmiş və bu barədə tərtib olunmuş protokol və sxemə digər iştirakçılarla birlikdə imza etmişdir. X2 xx.xx.2023-cü il tarixdə təxminən saat 02:00 radələrində Şəki RMX-da ölməsini eşitmişdir. Azərbycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Şəki rayon şöbəsinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 28 nömrəli ekspert rəyindən görünür ki,X6 məhkəmətibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarətlər:- baş beynin travması, dəqiqləşdirilməmiş koma, bilateral alın-m təpə paylarında daha qabarıq olmaqla bütün paylarda səpələnmiş halda yerləşmiş 3,0-11,0 mm olçülərdə çoxsaylı itraparenxematox hematomalar,diffuz aksonal zədələnmə, subaraxnoidal sahələrin ödemi, sol tərəfdə ənsə nahiyəsində dəri altı yumşaq toxumaların əzilməsi, dəri altı hematomalar, hər iki ağciyərdə alveolyar hemmorragiya, sol körpücük sümüyündə orta hissədə yerdəyişən fraqmentli siniq bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixinə uyğundur, xəsarətin yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamliğa ağır zərər vurmaya aiddirlər. (İ cild; iş vərəqə 94-97) Azərbycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Şəki rayon şöbəsinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş meyidin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 13 saylı ekspert rəyindən görünür ki, 1982-ci il təvəllüdlü mər. X6 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakılar aşkar edilmişdir:- baş beynin travması, dəqiqləşdirilməmiş koma, birateral alın-m təpə paylarında daha qabariq olmaqla bütün paylarda səpələnmiş halda yerləşmiş 3,0-11,0 mm ölçülərdə çoxsaylı itraparenxematoz hematomalar, diffuz aksonal zədələnmə, subaraxnoidal sahələrin ödemi, sol tərəfdə ənsə nahiyyəsində dəri altı yumşaq toxumalarin əzilməsi, dəri altı hematomalar, hər iki ağciyərdə alveolyar hemmorragiya,sol körpücük sümüyündə orta hissədə yerdəyişən fraqmentli sınıqdır. X3 meyitində aşkar edilmiş xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd edilən şəraitdə və tarixdə yəni, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür. X3 ölümünə səbəb beyin qişa və maddələrinə qansızma və baş beyinin əzilməsi olmuşdur, dərəcəsinə görə ölümünə səbəb olduğundan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamliğa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və onun ölümü meyit müayinə olunan vaxtdan 2-3 saat əvvəl baş vermişdir. (İ cild; iş vərəqə179-184) Azərbycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Şəki rayon şöbəsinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 26 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamani müəyyən edilmiş xəsarəti:- sol bazu sümüyünün orta 1/3-nin qəlpəli yerdəyişmiş sınığı bərk-küt əşyanin (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixinə uyğundur, xəsarətin yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və xəsarətlərin dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya və yaxud dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olması vətəndaşın sol bazu sümüyünün rentgen müayinəsinin nəticəsi ekspertizaya təqdim olunduqdan sonra veriləcəkdir. (İ cild; iş vərəqə 87-90) Azərbycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Şəki rayon şöbəsinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 03/26 nömrəli ekspert rəyinə əlavədən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarət:- sol bazu sümüyünün orta 1/3-nin qəlpəli yerdəyişmiş sınığı bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixinə uyğundur, xəsarətin yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və xəsarətlərin dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (İ cild iş vərəqə 185-188) Azərbycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Şəki rayon şöbəsinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 27 nömrəli rəyindən görünür ki, xx.xx.2014-cü ildə anadan olmuş azyaşlı X13 məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarətlər:qapalı kəllə beyin travmasi,baş beyin silkələnməsi, sol diz oynağının yumşaq toxumalarının əzilməsi bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023cü il tarixinə uyğundur,xəsarətin yol-nəqliyyat hadisəsi zamanı əmələgəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (İ cild iş vərəqə 91-93) Azərbaycan Respublikası ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2023-ci il tarixli 8/921 nömrəli rəyindən görünür ki, 1a. istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Opel Astra H markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasi Qanunun 42-ci maddəsinin 6-cı hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 1b. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Volkswagen Passat markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasi Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısıni almağa texniki imkani olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasi Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. (İ cild iş vərəqə 189-193) İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barədə heç bir məlumat yoxdur. (İ cild, iş vərəqə 82). İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Oğuz Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli 033 və 034 nömrəli aktlarından görünür ki, X16 və X9 həmin tarixdə alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. (İ cild, iş vərəqə 22-23). İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Şəki rayonu "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 147 sayli rəyindən görünür ki, Opel Astra H markalı ** SN *** dövlət qeydiyyat nişanli avtomobilə 3210 (üç min iki yüz on) manat dəyərində ziyan dəymişdir. (İ cild, iş vərəqə 53-54). İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Şəki rayonu "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 148 sayli rəyindən görünür ki, Volkswagen Passat markalı ** BP *** dövlət qeydiyyat nişanli avtomobilə 5840 (beş min səkkiz yüz qırx) manat dəyərində ziyan dəymişdir. (İ cild, iş vərəqə 55-56). X37 Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2023-ci il tarixli 3-13-16/2-11710/2023 nömrəli məktubundan görünür ki, Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasinda xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BD 009472 nömrəli B1, B, C1,C kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdir. (İ cild, iş vərəqə 79). Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2023-ci il tarixli 3-13-16/2-11713/2023 nömrəli məktubundan görünür ki, Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasında xx.xx.1982-ci il təvəllüdlü X10 xx.xx.2010-cu il tarixdə (xx.xx.2020-ci il tarixədək müddətə etibarlı olan) AB 306361 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamişdir. (İ cild, iş vərəqə 80). Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş, işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onlar barışmış, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X6 hüquqi varisi X11 notarial qaydada təsdiq edilmiş, işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, X6 ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi zamanı dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, onlar barışmışlar. X11 Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. “NEW MED” klinikasının işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2023cü il tarixli rentgenoloji müayinəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs onurğasının bel hissəsində sola doğru birinci dərəcəli skolioz aşkar olunur. Beləliklə Təqsirləndirilən şəxs özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə onun Azərbaycan Respublikasının CMnin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq onun əməli CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. CM-nin cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsasən, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları o, cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında, nəqliyyat vasitəsindən idarə etmə hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərər çəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən dəymiş ziyanı ödəməklə Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs X3 hüquqi varisi ilə barışması, onların təqsirləndirilən şəxsdən şikayətçi olmamalarını, habelə himayəsində xx.xx.2014-cüil təvəllüdlü azyaşlı övladının olmasını məhkəmə cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmaması, hadisəni törətdikdən sonrakı davranışı, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olmamasını, habelə himayəsində azyaşlı övladının olmasını nəzərə almaqla təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla, onun şəxsiyyətinə və cəzanın məqsədinə uyğundur. Məhkəmə cəzanın həddinə münasibətdə aşağıdakıları bildirir: iş materialları ilə müəyyən edildiyi kimi sözügedən iş üzrə təyin edilmiş yol-nəqliyyat hadisələri ekspertizaları ilə hər iki sürücünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasi Qanununun tələblərinə uyğunsuzluq olduğu (Opel Astra H markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasi Qanunun 42-ci maddəsinin 6-cı hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin, Volkswagen Passat markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasi Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olduğu) və onların həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanlarının olduğu bildirilmişdir. Deməli təqsirləndirilən şəxslə birlikdə mərhum Muxtar Muradovun hərəkətləri ilə də hadisənin baş verməsində səbəbli əlaqə olduğundan təqsirləndirilən şəxsə cəza təyin edilərkən həmin xüsusatlar cəzanın həddinə münasibətdə nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmaqla dəyişdirilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Ekspertiza tədqiqatının dəyəri olan 128 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinın 344-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesab edilsin. Hökmün icrası Oğuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmaqla dəyişdirilməsin. İş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 128 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar