Məhkəmə qərarları › İş №1(054)-18/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-18/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-18/2025 04.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.2006-cı ildə Oğuz rayonu, Calut kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Oğuz rayonu Calut kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o xx.xx.2006-cı il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmış şəxs olduğu halda xx.xx.2010-cu il tarixdə anadan olmaqla on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan tanışı Zərərçəkmiş şəxs ilə xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Oğuz şəhəri ərazisində yerləşən 02 saylı meşə zolağında görüşüb, aşkar surətdə on dörd yaşına çatmadığını bilərək Zərərçəkmiş şəxs razılığı əsasında öz kişi cinsiyyət orqanını qəsdən bir dəfə sonuncunun düz bağırsağına salaraq qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, onun heç bir psixi xəstəliyi yoxdur. Hərəkətlərini sərbəst ölçüb-biçmək və idarə etmək iqtidarındadır. O, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Oğuz şəhər sakini Zərərçəkmiş şəxs bir müddətdir ki, tanıyır. Aynişan onun sevgilisi olmuşdur. O, Aynişanla qonşuluqda yaşasa da, Aynişan ona bir neçə il əvvəl “İnstaqram” sosial şəbəkəsində yazaraq onunla əvvəlcə başqa adla tanış olmuş, lakin sonradan ona yazan şəxsin Aynişan olduğunu bilmiş və Aynişanla sevgili olmuşlar. Onun Aynişanla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2024-cü ilin aprel ayının ortalarında hazırda dəqiq tarixini xatırlamadığı vaxtda Aynişan ona mobil telefonla zəng edib əlaqə saxlayan zaman onunla görüşmək istədiyini bildirmişdir. Həmin vaxt həftə içi olduğundan Aynişan məktəbdə olmuşdur. O, Aynişandan nə vaxt görüşmək istədiyini soruşan zaman Aynişan saat 14:20-də 7-ci dərsinin bitəcəyini və həmin vaxtdan sonra görüşə biləcəklərini demişdir. Həmçinin Aynişan onu məktəbin “aşağı tərəfində” olan “Qızıltac” şadlıq sarayının arxa küçəsindən götürməyini istəmişdir. O, Aynişanla razılaşmış və Aynişanı dərsdən sonra götürəcəyini demişdir. Həmin vaxt Aynişan gələrkən onun üçün dükandan şokalad və digər şiriniyyatlar almağını istəmişdir. Həmin gün o qeyd etdiyi tarixdə Aynişanın oxuduğu məktəbin yaxınlığında olan həmin yerə getmiş, orada Aynişanla görüşdükdən sonra Aynişan Oğuz şəhərinin yuxarı hissəsində “Bəbəgül” adlanan meşəlik əraziyə getmək istədiyini və oradakı su hovuzunun yaxınlığında istirahət etmələrini təklif etmişdir. Bundan sonra o, Aynişanla birlikdə piyada həmin əraziyə getmişdir. Həmin yerə çatdıqdan sonra Aynişan orada əyləşməyi təklif etmiş və həmin gün təxminən saat 14:40 radələrində o əynində olan gödəkçəsini çıxarıb əyləşən zaman şalvarının bulaşmaması üçün gödəkçəsini yerə sərdikdən sonra yerdə əyləşib bir müddət siqaret çəkmişdir. Həmin vaxt isə Aynişan ayaq üstə dayanmışdır. O, siqaret çəkib qurtardıqdan sonra Aynişan onun arxa tərəfinə keçib əli ilə onun saçını və boğazını oxşamağa başlamışdır. Həmin vaxt o ehtiraslanmış, daha sonra Aynişan onun boğaz nahiyəsindən öpməyə başlamış, həmin vaxt onun özü də Aynişanı öpmüşdür. O, Aynişanla öpüşən zaman artıq boşalmış və onun cinsiyyət orqanından sperma ifraz olunmuşdur. Daha sonra Aynişan ona toxunmağını istədiyini bildirmişdir. O, Aynişana hansı yolla toxunmağı istədiyini soruşduqda Aynişan öndən onunla cinsi əlaqədə olmaq istədiyini demişdir. O, Aynişana qız uşağı olduğunu dedikdə bu zaman Aynişan onunla arxa tərəfdən cinsi əlaqədə ola biləcəyini demişdir. Bundan sonra o, Aynişanla təxminən 2-3 dəqiqə müddətdə yer səthi üzərində gödəkçəsinin üstündə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxt onun cinsiyyət orqanı Aynişanın anus dəliyinə daxil olmuş, lakin sonradan Aynişan onunla cinsi əlaqədə olmaq istəmədiyini demişdir. Bundan sonra o, Aynişandan ayrılmış və gödəkçəsini götürüb təmizlədikdən sonra əyninə geyinmişdir. Həmin vaxt Aynişan da əynini geyindikdən sonra oradan yaşadığı evə doğru çıxıb getmişdir. O, Aynişana qarşı heç bir zorakılıq hərəkəti etməmişdir. Aynişan onunla öz istəyi ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. O, Aynişanla cinsi əlaqədə olan zaman bunun cinayət əməli olduğunu bilməmişdir. Törətdiyi cinayət əməlinə görə çox peşman olmuşdur. O, Aynişanı təxminən 2 ildir ki, tanıyır, onunla sevgili olub, Aynişanla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O, Zərərçəkmiş şəxs qarşı zorakılıq hərəkəti etməmişdir. Aynişanın 2009-cü il təvəllüdlü olduğunu bilmiş, Aynişan özü ona 9-cu sinifdə oxuduğunu demişdir. O, bu barədə heç kimə deməmiş, lakin Aynişan sonradan bu barədə öz anasına danışmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində əvvəlcə göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə münasibətlərində ona qarşı heç bir pis niyyəti olmamışdır, onlar sadəcə sevgili olmuşlar. İbtidai istintaq aparılarkən həyəcanlı olduğuna və qorxduğuna görə təzadlı ifadə vermişdir, lakin onların arasında təbii və ya qeyri-təbii yolla cinsi əlaqə olmamışdır. Təqsirləndirilən şəxs növbəti məhkəmə iclasında bildirmişdir ki, o ilk dəfədir ki, cinayət törədir. Törətdiyi cinayət əməlini könüllü etiraf edib əməlindən səmimi peşman olmuşdur. Qeyd etdiyi halların cəza təyin edilən zaman nəzərə alınmasını və iş üzrə ədalətli qərar verilməsini məhkəmədən xahiş edir. İş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə toplanmış digər mötəbər sübutlarla sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, ünvan 3 ünvanında yaşayır, hərəkətlərini sərbəst ölçüb-biçmək iqtidarındadır. O, ünvan 4 orta məktəbin 8-ci sinfində təhsil alır. Oğuz şəhər sakini Təqsirləndirilən şəxs təxminən 5 ilə yaxındır ki tanıyır, Elşən onunla qonşuluqda yaşayır. 2 ilə yaxın Elşənlə sevgili kimi telefon və sosial şəbəkələr vasitəsi ilə danışmışdır. Onun əvvəllər Elşənlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Elşən bir neçə il əvvəl onu sevdiyini bildirmiş və onun özünün də Elşəndən xoşu gəldiyi üçün onunla sevgili olmuşdur. Elşənlə mütəmadi olaraq sosial şəbəkələr vasitəsi ilə və mobil telefonla əlaqə saxlamışdır. O, Elşənlə sevgili kimi bir neçə dəfə görüşüb söhbət etsə də, əvvəllər onunla heç bir cinsi münasibətdə olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində təhsil aldığı Oğuz şəhər 1 nömrəli tam orta məktəbdə dərsdə olduğu zaman Elşən onunla əlaqə saxlayıb əvvəlcədən razılaşdıqları kimi həmin gün görüşmək istəmişdir. O, dərsi bitdiyi üçün Elşənə onu məktəbdən götürməsini bildirmişdir. Həmin gün saat 14 radələrində Elşən onun oxuduğu məktəbin yaxınlığına gəldikdən sonra Elşənlə birlikdə Oğuz şəhərinin yuxarı hissəsində “Bəbəgül” adlanan əraziyə getmiş və orada Elşənlə meşə kənarında dayanıb söhbət etməyə başlamışdır. Həmin vaxt Elşən isti olduğunu deyib əynində olan gödəkçəsini çıxarıb yerə sərdikdən sonra gödəkçənin üzərində oturub siqaret çəkməyə başlamışdır. Elşən daha sonra onu yanına çağırıb yerdə əyləşməyini istəmişdir. O, bundan sonra Elşənin yanında əyləşmişdir. Həmin vaxt Elşən ona xoş sözlər deyərək sevgisini ifadə edən zaman bir anda əlləri ilə onun sinəsinə və bədəninin müxtəlif nahiyələrinə toxunaraq onu ehtirasla qucaqlamağa başlamışdır. Həmin vaxt onun özü də ehtiraslanmağa başlamış və Elşənin boyun nahiyəsindən öpməyə başlamışdır. Bu zaman Elşənlə razılaşıb onunla cinsi əlaqədə olmaq qərarına gəlmişdir. Həmin vaxt Elşən onunla arxadan, yəni qeyri-təbii yolla 2-3 dəqiqə ərzində cinsi əlaqədə olmuşdur. Həmin vaxt Elşənin cinsiyyət orqanı onun anus dəliyinə daxil olmuş, lakin sonradan o, Elşənlə cinsi əlaqədə olmaq istəmədiyini demişdir. Bundan sonra Elşən ondan ayrılmış və gödəkçəsini götürüb təmizlədikdən sonra əyninə geyinmişdir. Həmin vaxt onun özü də əynini geyindikdən sonra oradan yaşadığı ev istiqamətinə qayıtmışdır. Elşən həmin vaxt ona qarşı heç bir zorakılıq hərəkəti etməmişdir. O özü Elşənlə öz istəyi ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Elşən onunla bir dəfə xx.xx.2024-cü il tarixdə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Elşən heç vaxt onunla təbii yolla cinsi əlaqədə olmamışdır. O əvvəlki ifadəsində valideynlərindən qorxduğu üçün Elşənin ona qarşı zorakılıq hərəkətləri etdiyini və onunla məcburi şəkildə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Halbuki Elşənlə öz razılğı əsasında qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Hadisə zamanı əynində hansı paltarın olduğunu xatırlamır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə ifadə verərkən həmçinin bildirmişdir ki, evdə həvəskar idmanla məşğul olur, müxtəlif bədən hərəkətləri edir. Sonuncu dəfə təxminən bir ay əvvəl evdə pilləkənlərdən sürətlə enərkən ehtiyatsızlıqdan yıxılmış, onun cinsiyyət orqanından qan şəklində maye gəlmiş, bunun aybaşı ola biləcəyini düşünmüşdür. Ola bilər ki, həmin vaxt onun qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxslə sadəcə sevgili olmuş, onların arasında təbii və ya qeyri-təbii yolla cinsi əlaqə olmamışdır. Polis şöbəsində əməkdaşlar ifadəsini bildikləri kmi yazdırmışlar. İş materiallarında olan ekspert rəyini qəbul edir, barəsində təkrar ekspertiza təyin edilməsini istəmir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın ödənildiyini bildirmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında həmçinin iş üzrə şahid qismində dindirilərkən bildirdi ki, ünvan 3 ünvanında 3 övladı ilə birlikdə yaşayır. Oğuz şəhər sakini Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Onun əvvəllər Elşənlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır.O, Təqsirləndirilən şəxs onun qızı Aynişanla bir müddətdir ki, sevgi münasibətində olduğunu bilmişdir. Belə ki, o, son aylarda bu barədə öyrəndikdən sonra azyaşlı qızı Aynişanı tənbeh etmiş və Elşənlə münasibətinə son qoymasını bildirmişdir. Lakin Elşənin onun qızı Aynişana qarşı hərhansı əxlaqsız hərəkətlər etdiyini bilməmişdir. Belə ki, hadisə barədə qızı Aynişan ona xx.xx.2024-cü il tarixdə məlumat vermiş, Elşənin ona qarşı qeyri-əxlaqı hərəkətlər etdiyini bildirdikdən sonra onun özü ərizə ilə Oğuz RPŞ-nə müraciət etmiş, Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Əslində Aynişanın ona bu barədə məlumat verməsinə əsas səbəb onun xalasının nəvəsi Ramizin idmanla bağlı uşaqlarla Şəkidən Oğuz rayonuna gəlməsi olub. Belə ki, Ramiz onlara gələndə Aynişanla bağlı söz-söhbət eşidib, buna görə Elşəngilə gedib. Orada problem yaranıb, Ramizlə gələn oğlanın telefonunu Elşənin atası İdris alıb. Aynişan ora gedib, orada həmin oğlan Aynişanın telefonu ilə 102 xidmətinə İdrisdən şikayət edib, ona görə uşaqları danışdırıblar, daha sonra məlum hadisə ilə bağlı onu və qızı Aynişanı Oğuz RPŞ-yə çağırmışlar. Orada ona bildirilmişdir ki, Təqsirləndirilən şəxs onun qızı Aynişanla xx.xx.2024-cü il tarixdə bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Lakin Aynişan bu barədə ona heç nə demədiyinə görə onun bundan xəbəri olmamışdır. Əvvəlcə şikayət etməyib, sonra rəis ona “sən necə anasan” demişdir. Polis şöbəsində o bu barədə qızı Aynişandan soruşduqda o, faktı təsdiq etmişdir. Lakin sonradan qızı Aynişan atasından qorxduğu üçün belə dediyini, Təqsirləndirilən şəxslə sadəcə sevgili olduqlarını, Elşənin ona qarşı zorakılıq hərəkətləri etmədiyini və onunla məcburi cinsi əlaqədə olmadığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışlar, qızı Aynişana dəyən maddi və mənəvi ziyan ödənilib, Təqsirləndirilən şəxs şikayətçi deyillər, gələcəkdə də şikayətləri olmayacaq. Qanuni nümayəndə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi məhkəməyə eyni məzmunda ərizə təqdim edərək təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını bildirmiş, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və 4 ədəd fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə, polis əməkdaşlarının. iki nəfər hal şahidinin iştirakı ilə, Oğuz şəhərinin şimal-qərb hissəsində yerləşən, yaşayış evlərindən 150 metr kənarda, 02A saylı meşə zolağında Təqsirləndirilən şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olduğu sahəni göstərmişdir. (i.v. 06-09) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə keçirilmiş istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları yerində əyani olaraq təsdiq etmiş, bununla bağlı protokol tərtib edilmiş və aparılmış foto-çəkiliş nəticəsində əldə edilmiş fotoşəkillər iş materiallarına əlavə edilmişdir. (i.v. 88-92) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 526 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayəti törətdiyi zaman və ona qədər hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs ona şamil edilən cinayəti törədərkən öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. O öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 168-170) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin Qəbələ rayon şöbəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 49 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir.(i.v. 134-135) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin Qəbələ rayon şöbəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 46 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur.Qızlıq pərdəsinin tamlığının pozulma müddəti müayinə olunan vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs arxa keçəcək (anus dəliyi) ətrafında qeyd olunan xəsarətlər və əlamətlər onunla mütəmadi olaraq qeyri-təbii yolla (anus dəliyi vasitəsi ilə) cinsi əlaqədə olma zamanı törənə bilərlər və törənmə müddəti müayinə olunan vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən 2 həftədən artıqdır. (i.v. 19-20) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 346 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya və anomaliya aşkar edilməmişdir. (i.v. 172-175) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin X6 şöbəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 558 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı fərdipsixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir, ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi-emosional halda olmuşdur. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, ona edilən hərəkətlərin xarakter və mənasını qavrayıb həmin hadisə barəsində düzgün ifadə verə bilər. (i.v. 177-179) Azərbaycan Respublikası “TƏBİB” publik hüquqi şəxs “Oğuz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 10 iyun 2024-cü il tarixli, 16-1-64/2-577/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs, Qanuni nümayəndə və Zərərçəkmiş şəxs Oğuz RMX-nın Poliklinika şöbəsinin “Narkoloji” və “Ruhi əsəb” kabinetlərində qeydiyyatda yoxdur. (i.v. 132) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 137-138) Oğuz rayon İHB-nın Calut İƏD üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 21 avqust 2024-cü il tarixli, 5-68-12/2-164/2024 və 5-68- 12/2-165/2024 saylı arayışlarından, həmçinin həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu, Calut kəndində qeydiyyatda olmaqla hal-hazırda Oğuz şəhəri, Gənclik qəsəbəsində yaşayır, ailə tərkibi atası X4, anası X5, bacıları X7 və X2 ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 181-183) Oğuz şəhəri, H.Babayev adına 1 nömrəli tam orta məktəbdən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, Oğuz rayon Polis şöbəsində xx.xx.2024-cü il tarixdə qeydə alınmış xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs təhsil aldığı məktəbdə müsbət xarakterizə olunur. (i.v. 133) Qanuni nümayəndə imzası xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən ərizəsindən görünür ki, qızı Zərərçəkmiş şəxs qismində tanındığı iş üzrə onun qanuni nümayəndəsi olaraq Oğuz rayon polis şöbəsinin istintaq bölməsində Təqsirləndirilən şəxs barəsində aparılan cinayət işi üzrə heç bir şikayəti və tələbi yoxdur. (i.v. 116) Məhkəmə istintaqı vaxtı təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və Qanuni nümayəndə Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir, ondan şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin sözügedən əməli törətməsi özünün qismən etirafı, Zərərçəkmiş şəxs qarşı əməlin törədildiyi yerdə foto-çəkilişlə keçirilmiş baxış protokolu, onunla Təqsirləndirilən şəxs arasında video çəkilişdən istifadə edilməklə keçirilmiş üzləşdirmə istintaq hərəkəti, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünün və dəqiqliyinin müəyyən edilməsi üçün foto-çəkilişlə keçirilmiş “ifadəsinin yerində yoxlanılması” istintaq hərəkəti, video-çəkilişlə aparılmış dindirmə protokolları, ekspertiza rəyləri və qanuni üsullarla əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdikləri ifadələr arasında, həmçinin həmin ifadələrlə ibtidai istintaq zamanı verdikləri ifadələr arasında ziddiyyəti törədilmiş əməlin cəmiyyətdə mənfi qarşılanması nəticəsində təqsirləndirilən şəxsin özünü müdafiəsi kimi, zərərçəkmiş şəxsin isə milli mentalitetə uyğun olmayan davranışla əlaqədar mənfi düşüncələrin qarşısının alınmasına yönəldilmiş hərəkət kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Zərərçəkmiş şəxslə barışması, onun və qanuni nümayəndəsinin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmaması, maddi və mənəvi ziyanın ödənilməsi, təqsirini qismən etiraf etməsi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində onun cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında könüllü razılıq əsası ilə münasibət yaranmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqının sonunda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü olmaqla 18 yaşı cinayət əməlini törətməzdən 1 ay əvvəl tamam olmuşdur. Məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən qanunvericiliyin qeyd edilən tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, onun cinayət əməlini qismən etiraf edib səmimi peşman olmasını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, şəxsiyyətini xarakterizə edən xüsusiyyətləri, kənar şəxslərin ona təsirini, təyin ediləcək cəzanın onun islah olunmasına, habelə ailəsinə təsiri imkanlarını nəzərə alaraq cəzanın səmərəliliyinə, məqsədəuyğunluğuna və məhkumun islah olunmasına təsirinə nail olmaq üçün hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan kifayət edən həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini və işin göstərilən faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cinayət hadisəsinin aşkar edildiyi vaxtdan sonra keçən 9 aydan artıq müddət ərzində cəmiyyət arasında olub hər hansı qanun pozuntusuna yol verməməklə artıq cəmiyyətdən təcrid olunmadan da islah olunmağa başlamışdır. Buna görə də məhkəmə təqsirləndirilən şəxsə ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, yuxarıda qeyd olunan əsaslara görə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını bildirməklə onun cəza çəkmədən islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia tələbi, müsadirə olunması təklif olunan əmlak, alət və vasitə, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm icra edilməsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinin müəyyən etdiyi vaxtlarda həmin orqana gəlmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia tələbi, müsadirə olunması təklif olunan əmlak, alət və vasitə, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar