Məhkəmə qərarları › İş №1(054)-19/2023

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-19/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-19/2023 29.08.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X10 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1970-ci il tarixdə Oğuz rayonu Filfilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Oğuz rayonu Bayan kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Oğuz rayonu Bayan kəndində yaşayan X7 xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində yaşadığı kəndin ətrafinda yerləşən biçilmiş taxıl sahəsində, həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs baş və çiyin nahiyəsinə küt alətlə vurmaqla ona başin arxa ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası və sol çiynin üst səthinin qançırı xəsarətləri ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasina səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. X7 məhkəmə iclasında özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir. Əvvəldən aralarında ədavət və düşmənçilik olmayıb. Heyvandarlıqla məşğul olur. Yaşadığı kəndin ətrafinda ona məxsus torpaq sahəsi vardır və o həmin sahədə taxıl və yonca əkibbiçir.İşi ilə bağlı problemləri olduğundan vaxtilə əsəb xəstəliyindən müalicə alıb. Zərərçəkmiş şəxs 5-10 il əvvəl bir-iki dəfə şəxsi təsərrüfatında olan heyvanları onun tərəvəz yerinə buraxaraq ona ziyan vurmuşdur. Həmin vaxt məsələni yona qoymuşlar. Təxminən 01 iyul 2023-cü il tarixdə taxılı biçib götürmüş, taxılın yerdə qalmış samanından “tay” (“pres”) bağlayacağını düşünmüşdür. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində həmin taxıl sahəsinin yaxınlığında olan yonca sahəsində oğlu Şahidla birlikdə “pres” bağlayarkən qoyun sürüsünün onun taxılı biçdiyi yerə daxil olduğunu görmüşdür. Həmin yerə yaxınlaşdıqda qoyun sürüsünü oraya Zərərçəkmiş şəxs buraxdığını müəyyən etmişdir. Həmin şəxsdən sürünü sahəyə buraxmasının səbəbini soruşduqda Zərərçəkmiş şəxs sahənin artıq biçildiyini əsas gətirərək ona kobud cavab vermişdir.Bu səbəbdən aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs üzərinə gələrək əlində olan çubuqla onu vurmaq istəmişdir, lakin o, özündən asılı olmadan daha cəld tərpənərək əlində olan yaba ilə Zərərçəkmiş şəxs baş və çiyin nahiyəsinə vurmuşdur. Həmin səxs aldığı zərbənin təsirindən yerə yıxılmış, o isə oradan uzaqlaşaraq DİN-nin "102” xidmətinə zəng edib etdiyi hərəkət barədə məlumat vermiş, Zərərçəkmiş şəxs xəsarət yetirdiyini etiraf etmişdir. Aralarında olan dava-dalaş qısa müddət ərzində davam etmiş, oğlu Hikmət hadisəni bir qədər aralıdan görmüşdür. Zərərçəkmiş şəxs ona heç bir fiziki xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs ilə barışmağa cəhd etsə də Zərərçəkmiş şəxs onunla barışmamışdır. Əməli törədərkən özündən asılı olmayaraq bir qədər əsəbi olduğunu etiraf edir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissləri keçirir. Qeyd etdikləri, ailə vəziyyəti nəzərə alınmaqla ona qanunda nəzərdə tutulmuş yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir və əvvəllər həmin şəxslə arasinda heç bir narazılıq, ədavət və düşmənçilik olmamışdır. Yaşadığı Bayan kənd sakinləri, o cümləden Sadiq Mikayilov şəxsi təsərrüfatlarında olan xırdabuynuzlu heyvanlari bir sürüyə qataraq novbəli şəkildə otarırlar. xx.xx.2023-cü il tarixdə sürünü otarmaq növbəsi ona çatmışdır. O səhər tezdən kəndin qoyun sürüsünü Bayan kəndinin ətrafında yerləşən yeni biçilmiş taxıl sahəsinə apararaq orada otarmışdır. Həmin vaxt Sadiq Mikayilovun yaxiliqda olan yonca sahəsində saman “tay”ı (“pres”) bağladığını görmüşdür. Bu zaman onun otardığı qoyun sürüsündən bir neçə baş heyvan Sadiq Mikayilovun biçilmiş taxıl sahəsinə daxil olmuşdur. Sahəyə daxil olan heyvanlardan bəzilərinin təsadüfən Təqsirləndirilən şəxs öz heyvanlari olmasına baxmayaraq cəld heyvanları həmin yerdən kənara çıxarılmışdır. Təqsirləndirilən şəxs uzadqan bunu görərək söyüşlər söyə-söyə onun üzərinə gəlmiş, ona çatdıqda əlində olan yaba ilə əvvəl bas, sonra isə çiyin nahiyəsinə olmaqla iki dəfə ona zərbə endirmişdir. O aldığı zərbələrin təsirindən yerə yıxılmışdır. Təqsirləndirilən şəxs isə oradan uzaqlaşaraq çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra çətinliklə özünə gələrək həmin yerdən uzaqlaşmış və daha sonra şikayət etmək üçün polis şöbəsinə getmişdir. Hadisə kəndin ətrafında yerləşən biçilmiş sahədə baş vermiş, qısa müddət ərzində davam etmiş, həmin vaxt onun əlində ağac olmamış, X8 adlı oğlu bu vaxt onlardan bir qədər aralıda olduğundan baş vermiş hadisəni görmüşdür. Təqsirləndirilən şəxs ona xəsarət yetirdikdən sonra barışığa cəhd etməmişdir. Halbuki müalicəsi üçün 1000 manat xərci çıxmışdır, buna baxmayaraq başıhələ sağalmayıb. Təqsirləndirilən şəxs özünü xəstə kimi göstərsə də,heç bir xəstəliyi yoxdur. Hazırda da Sadiq Mikayilovla barışmamışdır və ona qanun çərçivəsində layiqli cəza verilməsini məhkəmədən xahiş edir. Şahid ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi, Sadiq Mikayilov isə atasıdir. 07.07 2023-cü il tarixdə saat 09 radələrində o, atası ilə birlikdə yaşadığı Bayan kəndinin ətrafında yerləşən biçilmiş taxil sahəsinin yaxınlığında olan yonca sahəsində saman “tay”ı (“pres”) bağlayarkən Zərərçəkmiş şəxs otardığı qoyun sürüsünü onlara məxsus biçilmiş sahəyə buraxdığını görmüşlər.Atası Sadiq onu çağıraraq qoyun sürüsünü oradan çıxarmağı tapşırsa da məsafə uzaq olduğu üçün o, atasının nə dediyini başa düşməmişdir. Belə olduqda atası Sadiq özü qoyun sürüsünün olduğu yerə doğru getmiş və orada sürünü sahəyə buraxan Zərərçəkmiş şəxsla mübahisə etmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs atasının üzərinə getmiş və onu əlində olan ağacla vurmaq istəmişdir. Lakin atası X9 Cabbarovdan cəld tərpənərək əlində olan yaba ilə həmin şəxsi vurmuşdur. O, həmin yerə çatana qədər atasi oradan uzaqlasmıs, oraya çatdiqda Zərərçəkmiş şəxs yerdə yatdiğını və başından qan axdığını görmüşdür. O, Zərərçəkmiş şəxs köməklik göstərmiş, bir neçə dəqiqədən sonra həmin şəxs də ayağa qalxaraq oradan uzaqlaşmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 36 nömrəli ekspert rəyindən görünür ki, X1 üzərində başın arxa ənsə nahiyəsinin əzilmiş-cırılmiş yarası və sol çiynin üst səthinin qançırı xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk-küt əşyalarin təsirindən törənməklə 07 07.2023-cü il tarixinə uyğun gəlir. Dərəcəsinə görə başın arxa ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, sol çiynin üst səthinin qançırı isə sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. (iş vərəqə:13-14) Oğuz rayon İcra Hakimiyyəti başçısının Bayan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023cü il tarixli, 5-68-12/2-28/2023 nömrəli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə nümayəndəliyin ərazisində yaşayır, onun barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. (iş vərəqə 33-34) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barədə heç bir məlumat yoxdur. ( iş vərəqə 50). “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Oğuz Rayon Mərkəzi Xəstəxanası” X14 iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/2-473/2023 saylı və xx.xx.2023-cü il tarixli PHŞ-6-64/2-569/2023 saylı məktublarından görünür ki, X2 RMX-nın Poliklinika şöbəsinin “Ruhi əsəb” kabinetində qeydiyyatda deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 1021 saylı məktubundan görünür ki, X3 Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs X7 xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində yaşadığı kəndin ətrafinda yerləşən biçilmiş taxıl sahəsində, həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs baş və çiyin nahiyəsinə küt alətlə vurmaqla ona başin arxa ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası və sol çiynin üst səthinin qançırı xəsarətləri ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasina səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirmiş, beləliklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə X6 cəza təyin edərkən cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs X5 törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs X6 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, onun törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıb razılıq əldə etməyə cəhd etməsini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, habelə törədilmiş cinayətin xarakterini və xəsarətin yetirilmə üsulunu, həmçinin, zərərçəkmiş şəxsin ondan hazırda da şikayətçi olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə müəyyən edilmiş kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə mülki iddia tələbi, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalı,İş üzrə maddi sübut-Oğuz RPŞ-nin saxlanc yerində saxlanılan 1(bir) ədəd kənd təsərrüfatı aləti olan yaba məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın çəkilməsinin başlanğıcı X5 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X5 üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayon ərazisini, eləcə də saat 22:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Bayan kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. X5 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X5 üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. X7 cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti X5 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. İş üzrə maddi sübut-Oğuz RPŞ-nin saxlanc yerində saxlanılan 1(bir) ədəd kənd təsərrüfatı aləti olan yaba məhv edilsin. İş üzrə mülki iddia tələbi, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar