Məhkəmə qərarları › İş №1(054)-19/2024

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-19/2024

30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-19/2024 30.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, XX.XX.1948-ci ildə Ağdam rayonu Sarhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ibtidai təhsilli, evli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Sarhacılı kəndində qeydiyyatda olmala Oğuz rayonu “Süd zavodu” adlanan ərazidə zavodun binasında məskunlaşıb yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Oğuz rayonu “Süd zavodu” adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Oğuz rayonu Xalxal kəndinə gedən yolun kənarında yerləşən biçilmiş arpa sahəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əvvəldən tanıdığı Zərərçəkmiş şəxs sağ əlinin baş barmağına əlindəki ağacla(çomaqla) bir dəfə zərbə vurmaqla Zərərçəkmiş şəxs sağ əlinin baş barmağının sınığı ilə müşayət olunan, insan həyatı üçün təhlükəli olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib, qəsdən onun sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs əvvəldən tanıyır. Aralarında ədavət və düşmənçilik olmayıb. Heyvandarlıqla məşğul olur. Biçilmiş taxıl sahəsində özünə məxsus mal-qaranı otaran zaman heyvanlar biçilməmiş əraziyə girmiş, o da heyvanları qaytaran zaman yaxınlıqda qoyun otaran Zərərçəkmiş şəxs qaçaraq gəlib “mal-qaranı niyə əkin sahəsinə salırsan” deyib, onun ünvanına söyüş söyərək nalayiq ifadələr işlətmişdir. Buna görə də aralarında mübahisə yaranmış və o da əlindəki ağacı İsgəndər tərəfə “fırladan” zaman o, əlini qabağa vermiş və ağac onun barmağına dəymişdir. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanlığı ödəməyə və onunla barışmağa hazırdır. Əməli törədərkən özündən asılı olmayaraq bir qədər əsəbi olduğunu etiraf edir. Törətdiyi cinayət əməlindən peşmançılıq hissləri keçirir. Qeyd etdikləri və yaşı nəzərə alınmaqla ona qanunda nəzərdə tutulmuş yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır və əvvəllər həmin şəxslə aralarında heç bir narazılıq, ədavət və düşmənçilik olmamışdır. O xx.xx.2024-cü il tarixdə saat 16 radələrində şəxsi təsərrüfatında olan xırdabuynuzlu heyvanları Oğuz rayonu Xalxal kəndinə gedən yolun kənarında olan biçilmiş arpa sahəsində otaran zaman əvvəldən tanıdığı Təqsirləndirilən şəxs mal-qarasının oğlu Şahid nəzarət etdiyi biçilməmiş arpa sahəsinə girdiyini görərək əsəbləşmiş, nalayiq ifadə ilə Təqsirləndirilən şəxs mal-qaranı taxıl sahəsindən çıxarmasını tələb etmişdir. Ona görə də aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs əlindəki zoğal ağacından olan “çomaqla” onun sağ əlinin baş barmağına bir dəfə vurub xəsarət yetirmişdir. Aralarında olan mübahisə zamanı ətrafda heç kəs olmamış, evə gəldikdən sonra oğlu Vasif ondan nə baş verdiyini soruşmuş, o da hadisəni danışaraq Qaraşın onu “çomaqla” vurduğunu bildirmişdir. Oğlu Vasif dərhal DİN 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra xəstəxanaya getmiş, orada ona ilkin tibbi yardım göstərilən zaman barmağının sındığı bildirilmişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirdikdən sonra barışığa cəhd etməmişdir. Halbuki müalicəsi üçün 800 manat xərci çıxmışdır, buna baxmayaraq barmağı hələ sağalmayıb. Hazırda da Təqsirləndirilən şəxslə barışmamışdır və ona qanun çərçivəsində layiqli cəza verilməsini məhkəmədən xahiş edir. Şahid məhkəmə iclasında ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. xx.xx.2024-cü il tarixdə saat 15 radələrinə kimi taxıl sahəsinə o özü nəzarət etmişdir. Sonra qonağı olduğu üçün evə qayıtmış, atası isə təsərrüfatlarında olan qoyunları otarmaq və taxıl sahəsinə nəzarət etmək üçün qoyunları da apararaq onun nəzarət etdiyi taxıl sahəsinə getmişdir. Həmin vaxt onun nəzarət etdiyi taxıl sahəsinin yarısı biçilmiş, yarı hissəsi isə biçilməmiş olmuşdur. Hadisədən atası axşam saatlarında evə qayıtdıqdan sonra xəbər tutmuşdur. Atası İsgəndər hadisə olduqdan təxminən yarım saat sonra evə gəlmişdir. O dərhal DİN 102 xidmətinə məlumat verdikdən sonra onu X4 şöbəsinə aparmış, orada məlum olmuşdur ki, onun barmağı qırılıb. Sonra atasının əlinə (yəni, qırılmış barmaq olan nahiyə) “gips” qoydurmaq üçün X1 aparmışdır. O atasını müayinə üçün Gəncə şəhərinə də aparmışdır. Müayinə və müalicə ilə bağlı xərcləri çıxmışdır. Təqsirləndirilən şəxs atası ilə barışığa cəhd etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin Qəbələ rayon şöbəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 62 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ əlin İ barmağın daraq-falanqa oynağı nahiyəsinin çıxığı və sınığı xəsarətləri küt alətin-əşyalarin təsirindən törənməklə xx.xx.2024-cü il tarixinə uyğun gəlir. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətinə aiddir. (iş vərəqə:60-61) Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 5-68-12/2-367/2024 nömrəli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə nümayəndəliyin ərazisində yaşayır, onun barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. (iş vərəqə 58-59) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barədə heç bir məlumat yoxdur. ( iş vərəqə 56). Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki,cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Oğuz rayonu Xalxal kəndinə gedən yolun kənarında yerləşən biçilmiş arpa sahəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əvvəldən tanıdığı Zərərçəkmiş şəxs sağ əlinin baş barmağına əlindəki ağacla (çomaqla) bir dəfə zərbə vurmaqla Zərərçəkmiş şəxs sağ əlinin baş barmağının sınığı ilə müşayət olunan, insan həyatı üçün təhlükəli olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib, qəsdən onun sağlamlığına az ağır zərər vurmuş, beləliklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, onun törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, habelə törədilmiş cinayətin xarakterini və xəsarətin yetirilmə üsulunu, həmçinin törətdiyi cinayət əməlini səmimi etiraf etməsinə və zərərçəkmiş şəxslə barışıb razılıq əldə etməyə cəhd etməsinə baxmayaraq, zərərçəkmiş şəxsin ondan hazırda da şikayətçi olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Hökm çıxarılarkən iş üzrə mülki iddia tələbi, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayon ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu “Süd zavodu” adlanan ərazidə məskunlaşdığı evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. İş üzrə mülki iddia tələbi, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar