Məhkəmə qərarları › İş №1(054)-2/2023

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-2/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-2/2023 28.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü il tarixdə Ermənistan Respublikasının İcevan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Oğuz rayonu Calud kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, 08 iyun 2022-ci il tarixdə saat 04 radələrində X22 X12 meşəbəyliyinin 07 saylı meşə dolayından 03 ədəd ( 01 ədədi 60 sm diametrdə, 01 ədədi 64 sm diametrdə və 01 ədədi 76 sm diametrində) palıd cinsindən olan köküstə yaş ağacların aidiyyatı dövlət orqanlarının müvafiq icazəsi olmadan qanunsuz olaraq kəsməklə meşə fonduna ümumilikdə 1867,78 (bir min səkkiz yüz altmış yeddi manat yetmiş səkkiz qəpik) məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Oğuz rayonu Calud kəndində yaşayır. Evində yandırmağa odun olmadığı üçün ağac kəsmək qərarına gəlmişdir. Bunun üçün xx.xx.2022-ci il tarixdə saat 02 radələrində özünə məxsus motorlu mişarı götürüb Oğuz rayonu Bayan kəndi ərazisində olan 07 saylı meşə dolayına getmiş və orada olan 03 ədəd palıd cinsindən olan köküstə yaş ağacları qanunsuz kəsərək yerə aşırmışdır. Daha sonra həmkəndlisi Şahid3 zəng edərək, avtomobili ilə onu Oğuz rayonu, Bayan kəndi ərazisində yerləşən 07 saylı meşə dolayından yaşadığı Oğuz rayonu Calud kəndinə aparmasını xahiş etmişdir. Şahid3 onun sözünə etiraz etməyərək idarə etdiyi «Niva» markalı ** TX *** dövlət nömrə nişanlı avtomobili ilə yanına gəlmişdir. Bundan sonra o, motorlu mişarı həmin avtomobilə qoyaraq avtomobilə əyləşib oradan uzaqlaşmaq istəyərkən tanımadığı bir nəfər şəxsin avtomobilə əl edərək avtomobili saxlamaq istədiyini görmüşdür. Onlar da həmin şəxsi tanımadıqları üçün avtomobili saxlamayaraq oradan uzaqlaşmışlar. Sonradan onların avtomobilini saxlamaq istəyən şəxsin meşə gözətçisi Şahid1 olduğu onlara məlum olmuşdur. Şahid1 onun kəsdiyi həmin 3 ədəd palıd cinsindən olan köküstə yaş ağacların kəsilməsində Novhəldən şübhələndiyi üçün, avtomobili saxlamaq istəyərkən Novhəlin avtomobili onun üzərinə sürərək xəsarət yetirdiyi barədə polis şöbəsinə məlumat vermişdir. Qeyd edilən meşə dolayından kəsilmiş 3 ədəd palıd cinsindən olan ağacı özü tək kəsmişdir, ağac kəsərkən heç kimin köməyindən istifadə etməmişdir. Şahid3 onu evə aparmaq üçün idarə etdiyi «Niva» markalı, ** TX *** dövlət nömrə nişanlı avtomobili ilə oraya gəlmişdir. Şahid3 idarə etdiyi avtomobili Şahid1 üzərinə sürməmiş və avtomobillə ona heç bir xəsarət yetirməmişdir. Şahid1 bu barədə əsəbləşərək səhv məlumat vermişdir. Şahid3 da Şahid1 onun barəsində səhv məlumat verdiyi üçün əsəbləşib Sahibin ondan 500 manat pul alaraq meşə dolayına ağacları kəsmək üçün buraxması barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə yalan məlumat vermişdir. Qeyd edilən meşə dolayından 3 ədəd (60, 64 və 76 sm diametrdə) palıd cinsindən olan köküstə yaş ağacları özünə məxsus motorlu mişarla xx.xx.2022-ci il tarixdə saat 04 radələrində kəsmişdir. Ağac kəsərkən müvafiq orqanlardan icazə almayıb, başqa heç bir yerdən ağac kəsməyib. Ağacları kəsərkən istifadə etdiyi motorlu mişarı tanımadığı adama satmışdır. Qanunsuz olaraq meşədən ağac kəsməyinin səbəbi evinin istiliyini təmin etmək olmuşdur. Törətdiyi cinayət əməlini könüllü etiraf edib. Həmin əməlin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini dərk edərək əməlindən səmimi peşman olmuşdur. Ağacları qanunsuz olaraq kəsməsi nəticəsində təbiətə dəymiş, ekspertiza rəyi ilə müəyyən edilmiş maddi ziyana görə ödənilməli olan 1867,78 manat məbləği qismən qəbul edir, çünki ağacların dəyəri bir qədər çox hesablanıb və maddi imkansızlıq üzündən indiyədək könüllü olaraq heç bir ödəniş etməmişdir. X1 İ Qarabağ müharibəsində Ağdərə uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Qeyd etdiklərinin cəza təyin edilən zaman nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş hüquqi şəxs X22 Təsərrrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə Abdi oğlu məhkəmə iclasında ifadə verərək bildirdi ki, X22 Təsərrrüfatı Mərkəzində meşələrin qorunub-mühafizə olunması üzrə baş mühəndis vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə X22 X10 meşəbəyliyinin 07 saylı meşə dolayının meşə gözətçisi Şahid1 gözətçilik etdiyi meşə dolayından 03 ədəd palıd cinsindən olan köküstə yaş ağacların qanunsuz kəsilməsi barədə məlumat vermişdir. Həmin vaxt Şahid1 verdiyi məlumata əsasən X22 Təsərrrüfatı Mərkəzinin əməkdaşları Şahid2 və Şahid4 həmin əraziyə getmiş və orada 03 ədəd palıd cinsindən olan ağacların qanunsuz kəsildiyinin şahidi olmuşlar. Daha sonra qeyd edilən ağacların qanunsuz kəsilməsi ilə bağlı Şahid2 tərəfindən yerində akt tərtib edilərək kəsilmiş ağaclar 202 nömrə ilə damğalanmışdır. Bundan sonra kəsilmiş ağaclara görə dəymiş ziyanlıq hesablanaraq akta əlavə olunmuş, hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara göndərilmişdir.X22 X10 meşəbəyliyinin 07 saylı meşə dolayından qanunsuz kəsilmiş 03 ədəd ( 01 ədədi 60 sm diametrdə, 01 ədədi 64 sm diametrdə və 01 ədədi 76 sm diametrində) palıd cinsindən olan köküstə yaş ağacların xx.xx.2022-ci il tarixdə gecə saatlarında Oğuz rayonu Calud kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsildiyi müəyyən edilmiş, kəsilmiş həmin ağaclara görə meşə fonduna 1867,78 manat ziyanlıq hesablansa da, qanunsuz kəsilmiş ağaclar “başıbağlı” (sekvestr) olduğundan həmin məbləğdən 265 (iki yüz altmış beş) manat 78 (yetmiş səkkiz) qəpik çıxılmışdır. X19 X13 dəymiş maddi ziyanın məbləği 1602 (bir min altı yüz iki) manatdır. Bununla bağlı sənədi məhkəməyə təqdim etmişdir. Həmin ziyanın ödənilməsini təqsirləndirilən şəxsə təklif edir. X22 Təsərrrüfatı Mərkəzinin təqsirləndirilən şəxsə qarşı başqa hər hansı tələbi yoxdur. Təqsirləndirilən şəxs qanun çərçivəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclsında Şahid1 ifadə verərək bildirdi ki, X22 X10 meşəbəyliyinin 07 saylı meşə dolayının meşə gözətçisi vəzifəsində işləyir. Şahid3 bir neçə ildir tanıyır, aralarında ədavət və düşmənçilik olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 04 radələrində təsərrüfatında olan heyvanlara nəzarət etmək üçün gedərkən meşədən motorlu mişarın səsinin gəldiyini eşitmiş, səs gələn tərəfə gedərkən gözətçilik etdiyi meşə dolayından palıd cinsindən olan 3 ədəd ağacın kəsildiyini, Nofəl Qasımovun və adı ona sonradan məlum olan İbrahim adlı şəxsin kəsilən ağaclara tərəf yaxınlaşdığını görmüşdür. Həmin vaxt onların dayanmağını tələb etsə də, İbrahim adlı şəxs Nofəlin idarə etdiyi Nİva markalı, ** XT *** dövlət nömrə nişanlı avtomobilə əyləşib oradan qaçmışlar. O da həmin şəxslərin ona məhəl qoymayaraq oradan uzaqlaşdıqlarına görə əsəbləşib Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, Nofərin Niva markalı avtomobili üzərinə sürməsi və idarə etdiyi avtomobillə ona xəsarət yetriməsi barədə yalan məlumat vermişdir. Daha sonra telefon danışığı zamanı Nofəlin nə üçün avtomobili saxlamamasını soruşduqda, Nofəl onu tanımadığı üçün avtomobili saxlamadığını demişdir. Bundan sonra o, hadisə barədə rəhbərliyə məlumat vermiş və rəhbərlik tərəfindən oraya X22 Təsərrrüfatı Mərkəzinin əməkdaşları göndərilmişdir. Əməkdaşlar tərəfindən kəsilmiş ağaclara görə akt tərtib olunaraq hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara göndərilmişdir. X9 tərəfindən guya rüşvət alınaraq ağacların kəsilməsinə icazə verməyi barədə yalandan Azərbaycan Respublikası DİNnin 102 xidmətinə məlumat verməsini bilmişdir. Nofəl və İbrahimin ona xəsarət vurması barədə verdiyi məlumat, həmçinin Nofəlin onun barəsində verdiyi məlumat yalan olmuşdur. Heç kimi rüşvət alaraq ağac kəsməsi üçün meşə sahəsinə buraxmamışdır. Gözətçilik etdiyi meşə dolayından qanunsuz kəsilmiş 01 ədədi 60 sm diametrdə, 01 ədədi 64 sm diametrdə və 01 ədədi 76 sm diametrində palıd cinsindən olan 3 ədəd ağac Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə gecə saatlarında kəsilmidir. Məhkəmə iclasında Şahid2 ifadə verərək bildirdi ki, X22 X10 meşəbəyliyində meşəbəyi vəzifəsində işləyir. Oğuz meşəbəyliyinin 07 saylı meşə dolayının meşə gözətçisi Şahid1 xx.xx.2022-ci il tarixdə gözətçilik etdiyi meşə ərazisindən palıd cinsindən olan 03 ədəd ağacın kəsilməsi barədə rəhbərliyə məlumat vermiş, rəhbərlik tərəfindən o və X22 Təsərrrüfatı Mərkəzinin əməkdaşı Şahid4 ağacların kəsildiyi meşə ərazisinə göndərilmişlər. Daha sonra onlar tərəfindən kəsilmiş ağaclara görə akt tərtib olunaraq hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara göndərilmişdir. Məhkəmə iclasında Şahid4 ifadə verərək bildirdi ki, X22 Təsərrrüfatı Mərkəzinin əməkdaşıdır. Oğuz meşəbəyliyinin 07 saylı meşə dolayının meşə gözətçisi Şahid1 xx.xx.2022-ci il tarixdə gözətçilik etdiyi meşə ərazisindən palıd cinsindən olan 03 ədəd ağacın kəsilməsi barədə rəhbərliyə məlumat vermiş, rəhbərlik tərəfindən o və X22 X10 meşəbəyliyində meşəbəyi vəzifəsində işləyən Şahid2 ağacların kəsildiyi meşə ərazisinə göndərilmişlər. Daha sonra onlar tərəfindən kəsilmiş ağaclara görə akt tərtib olunaraq hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara göndərilmişdir. Məhkəmə iclasında Şahid3 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, həmçinin aralarında dostluq münasibətləri var. xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək, Oğuz rayonu, Bayan kəndi ərazisində yerləşən “Palma” restoranının arxasındakı 07 saylı meşə dolayında olduğunu və onu öz avtomobili ilə Oğuz rayonu Calud kəndinə aparmasını xahiş etmişdir. O, da etiraz etməyərək idarə etdiyi “Niva” markalı, ** TX *** dövlət nömrə nişanlı avtomobili ilə İbrahimin dediyi ünvana getmişdir. Həmin yerə çatanda İbrahim əlindəki motorlu mişarı avtomobilə qoyaraq özü də avtomobilə əyləşmişdir. Söhbət zamanı İbrahim evində yandırmağa odunu olmadığı üçün palıd cinsindən olan 03 ədəd ağacı icazəsiz kəsdiyini demişdir. O, da İbrahimin icazəsiz ağac kəsməsinə öz iradını bildirmiş və avtomobili hərəkətə gətirərək oradan uzaqlaşmaq istəyərkən tanımadığı bir nəfər şəxsin avtomobilə əl edərək avtomobili dayandırmaq istədiyini görmüşdür.Həmin şəxsi tanımadığı üçün avtomobili saxlamayaraq oradan uzaqlaşmışdır. Sonradan həmin şəxsin meşə gözətçisi Şahid1 olduğunu bilmişdir. Belə ki, Şahid1 onun mobil telefonuna zəng edərək, nə üçün ona maşın saxlamadığını soruşduqda, o tanımadığı üçün ona maşın saxlamadığını demişdir. Daha sonra Sahiblə görüşdükdə həmin ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini ona bildirmişdir. Sonradan Şahid1 həmin palıd cinsindən olan köküstə yaş 03 ədəd ağacın kəsilməsində ondan şübhələnərək, həmçinin avtomobili dayandırmaq istəyərkən avtomobili guya onun üzərinə sürərək xəsarət yetirməyi barədə polis şöbəsinə yalan məlumatlar verdiyini bilmişdir. O da Sahibin onun barəsində yalan məlumat verdiyindən əsəbləşib, Şahid1 ondan 500 (beş yüz) manat pul alaraq ağacları kəsmək üçün meşə dolayına buraxması barədə Azərbaycan Respublikası 102 xidmətinə yalan məlumat vermişdir. Qeyd edilən meşə dolayından palıd cinsindən olan 03 ədəd ağacı Təqsirləndirilən şəxs tək kəsmişdir, bu barədə öz avtomobili ilə İbrahimi aparmağa gələrkən məlumatı olmuşdur. Ağacların kəsilməsində İbrahimə kömək etməmişdir, idarə etdiyi avtomobili Şahid1 üzərinə sürməmiş və ona heç bir xəsarət yetirməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Bayan kəndi ərazisindən, Oğuz meşəbəyliyinin 07 saylı meşə dolayından yaş kök üstə ağacları qanunsuz olaraq kəsdiyi yeri əyani şəkildə göstərmişdir. (cinayət işi vərəq 62-66) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X22 Təsərrrüfatı Mərkəzi hüquqi şəxs olaraq zərərçəkmiş şəxs qismində tanınmışdır. (cinayət işi vərəq 72) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Qocayev X21 Regional Meşə Təsərrrüfatı Mərkəzi hüquqi şəxsinin nümayəndəsi kimi tanınmışdır. (cinayət işi vərəq 79) X22 Təsərrrüfatı Mərkəzinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Oğuz meşəbəyliyinin 07 saylı meşə dolayından cəmi 03 ədəd palıd cinsidən olan ağacı qanunsuz olaraq kəsməsi nəticəsində təbiətə cəmi 1867 (bir min səkkiz yüz altmış yeddi) manat 78 (yetmiş səkkiz) qəpik miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. (cinayət işi vərəq 89) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəməəmtəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/5898 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Bayan kəndi ərazisindən, Oğuz meşəbəyliyinin 07 saylı meşə dolayından aidiyyəti dövlət orqanlarının müvafiq icazəsi olmadan qanunsuz olaraq kəsdiyi 3 ədəd müxtəlif diametrli ağacların götürülməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 30 nömrəli qərarına əsasən palıd cinsindən olan ağaclara görə təbiətə dəymiş maddi ziyanın ümumi məbləği 1602,00 manatdır. Həmin ağacların ayrı-ayrılıqda diametrləri, həcmi və qiymətləri rəyin tədqiqat hissəsində göstərldiyi kimi 1867,78 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 manat təşkil edir. (cinayət işi vərəq 101-103) İş materiallarına əlavə edilmiş, məhkəmə istintaqı zamanı X22 Təsərrrüfatı Mərkəzi tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə iclasında tədqiq edilən meşə fonduna dəyən ziyanla bağlı xx.xx.2023-cü il tarixli dəqiqləşmə məktubundan görünür ki, Təqsirləndirilən şəxs Oğuz meşəbəyliyinin 07 saylı meşə dolayından palıd cinsidən olan cəmi 03 ədəd ağacı qanunsuz olaraq kəsməsi nəticəsində təbiətə cəmi-1602 (bir min altı yüz iki) manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinməklə 11 ay 27gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.(cinayət işi vərəq 99-100) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası TƏBİB “Oğuz rayon Mərkəzi Xəstəxanası” X23 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 636 nömrəli cavab məktubundan görünür ki, Oğuz rayon Calud kənd sakini, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Oğuz rayon Mərkəzi Xəstəxanasının “Ruhi-əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda yoxdur. (cinayət işi vərəq 70) Oğuz rayon İcra Hakimiyyəti başçısının Calut İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən və xx.xx.2022-ci il tarixli, 10/152 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayon Calut kəndində yaşamaqla yaşayış yerindən müsbət xarakterizə olunur. (cinayət işi vərəq 71, 104) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən doğum haqqında İ- ZJ 154076 saylı şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1971-ci il tarixdə Ermənistan SSR İcevan rayonu, Salah kəndində anadan olmuş, bu barədə İcevan rayonu Salah kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1971-ci il tarixdə 29 nömrə ilə qeyd edilmiş, atası X5, anası X8r. Oğuz Rayon Məhkəməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 2-38/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi X2 ərizəsi təmin olunmuş, onun oğlu X7 xx.xx.1994-cü il tarixdən itkin düşmüş hesab edilmişdir. Oğuz Rayon Məhkəməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 2(054)-829/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi X3 ərizəsi təmin olunmuş, onun X1 qətnamənin qanuni qüvvəyə mindiyi gündən ölmüş elan edilmiş, ölüm haqqında akt qeydində onun doğulduğu tarixin xx.xx.1971-ci il, doğulduğu yerin Ermənistan Respublikası İcevan rayonu Salah kəndi, milliyyətinin azərbaycanlı, daimi yaşadığı yerin Oğuz rayonu Calud kəndi, vəfat etdiyi yerin Ağdərə rayonu, ölümün səbəbinin hərbi əməliyyatlarda ölüm təhlükəsi törədən döyüş şəraitində həlak olma qeyd edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında AZ-İ 994669 saylı şəhadətnamənin surətindən görünür ki, X4 Ağdərə rayonu ərazisində hərbi əməliyyatlar nəticəsində odlu silahla törədilən zədələnmələrlə öldüyü müəyyən edildiyindən Oğuz rayon Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə öldüyünə dair ölüm haqqında xx.xx.2019-cu il tarixli, 02 saylı akt qeydi tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs qanunsuz olaraq kök üstə yaş ağacları kəsməklə Qəbələ Regional X13 maddi ziyan vursa da, onun törətdiyi əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və artıq islah olunmağa başlamışdır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını, habelə X1nun İ Qarabağ müharibəsində Ağdərə uğrunda gedən döyüşlərdə itkin düşməsini və məhkəmə qaydasında ölmüş elan edilməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə məhkəmələrə izah edilir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin onun həyat tərzinə, yaşayışına maddi, fiziki və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia yoxdur. İş üzrə 50 (əlli) manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Calut kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Eksperiza xərci hesabına Təqsirləndirilən şəxs 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 hesabına köçürülsün. İş üzrə maddi sübutun olmaması, mülki iddia tələbinin verilmədiyi, digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar