Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-20/2024 30.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X7 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Sadəddin oğlunun iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Vartaşen rayonu Dəymədərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, DOST MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Oğuz rayonu Dəymədərə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərcəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 09 yanvar 2024-cü il tarixdə, saat 10 radələrində sürücülük hüququ olmaqla, ƏN-İİİ 887952 saylı baş etibarnamə əsasında idarə etdiyi, atası X4 adına olan “Mercedes Benz 190 minik” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz rayon Padar kəndi ərazisində, kəndin mərkəzindən rayonun Yemişənli kəndinə doğru kəndarası asfalt yol ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunlara əməl etməmiş və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsi olan Oğuz rayon Padar kəndi ərazisində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə, yəni 80 km/saat sürətlə idarə edərkən avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməmiş, idarə etməni itirərək avtomobili yolun sol tərəfinə əks hərəkət zolağina çıxarmış, oradan isə öz hərəkət zolağına qayıdaraq yolun sağına çıxıb yol kənarında, avtomobilin hərəkət istiqamətində yolun sağ çiynində dayanaraq telefon xəttini təmir edən Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan onun qapalı kəllə beyin travması, başbeyin silkələnməsi, sağ bazu sümüyünün cərrahı boyunu adlanan hissədən qapalı qəlpəli yerini dəyişən sınığı və oynağın travmatik çıxığı, sağ bud sümüyünün yuxarı 1/3-nin qapali qəlpəli yerini dəyişən sınığı, sol bud sümüyünün proksimal hissəsinin və aşağı 1/3-nin qapalı qəlpəli yerini dəyişən sınığı, döş qəfəsinin sağ tərəfdən Vİİ qabırğanın sınığı və travmatik şok kimi dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid xəsarətlər almasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, 09 yanvar 2024-cü il tarixdə Oğuz rayon Padar kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyadanın vurulduğu nəqliyyat vasitəsi onun tərəfindən idarə olunmuşdur. Belə ki, “Mercedes Benz minik” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil atası Arif Məmmədova məxsusdur. Həmin avtomobili etibarnamə əsasında idarə edir. Sürücülük vəsiqəsi də vardır. O, DOST mərkəzi tərəfindən işləmək üçün Aztelecom MMC-nin ŞQRF-nın Oğuz şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində rayonun Padar kəndində abonentin telefonu işləmədiyi üçün montyor Zərərçəkmiş şəxs onun evinə gedən telefon xəttini təmir etməli olduğundan Zərərçəkmiş şəxslə birlikdə oraya getmişlər. Telefon xəttini birləşdirmək üçün taxta materialından olan salbana çıxmaq lazım olduğundan Zərərçəkmiş şəxs ondan xahiş etmişdir ki, kənd ATS-nə gedib şalbana çıxmaq üçün olan kəməri gətirsin. Təvəkül özü isə telefon xətti qırılan yerdə, yəni şalbanın yanında dayanıb abonentin qırılmış telefon xəttini birləşdirirdi. O, kəməri gətirməyə idarə etdiyi “Mercedes Benz minik” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə getmişdir. Geri qayıdarkən avtomobili təxminən 80-90 km/saat sürətlə idarə etmişdir. Zərərçəkmiş şəxs yanına çatmağa az qalmis sağ tərəfdən yola it çıxmış və iti vurmamaq üçün avtomobili əks hərəkət zolağına, oradan isə öz hərəkət zolağına qaytarmaq istəyərkən idarəetməni itirmis, beləliklə, avtomobilin qabaq tərəfi ilə yolun sağ kənarında olan Zərərçəkmiş şəxs vurmuşdur. Zərbədən sonra Zərərçəkmiş şəxs ayaqları yolun kənarı ilə gedən dəmir qaz borusu ilə avtomobilin arasında sıxılmış və avtomobil də yoldan çıxaraq su arxına düşmüşdür. Özü həmin hadisə zamanı heç bir xəsarət almasa da, Zərərçəkmiş şəxs ayaqlarının sındığı ona məlum olmuşdur. Bundan sonra ora təcili yardım çağırılmış, Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır. O isə polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Zərərçəkmiş şəxslə birlikdə işləmişdir, münasibətləri yaxşı olmuşdur, onunla arasında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Hadisədən sonra da, gücü çatan qədər Zərərçəkmiş şəxs maddi yardım göstərmişdir. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş və sərxoş olmamışdır. Hadisə zamanı yolda heç kim olmamış və hadisəni başqa kimsə görməmişdir. Hadisədən əvvəl avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, nəqliyyat vasitəsində yük və ya sərnişin olmamışdır. Özünü təqsirli hesab edir. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş maddi və mənəvi ziyanı ödəmişdir. Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbi yoxdur. Qanunvericiliyə uyğun olaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməli işin məhkəmə iclasında tədqiq edilən halları ilə aşağıdakı qaydada sübuta yetir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Padar kəndində abonentin ev telefonu işləmədiyi üçün onun evinə gedən telefon xəttini təmir etmək üçün getmişdir. Həmin vaxt orada ona kömək üçün verilmiş DOST mərkəzinin işçisi Təqsirləndirilən şəxs ilə birlikdə olmusdur.Telefon xəttini birləşdirmək üçün taxta materialından olan şalbana çıxmaq lazım gəldiyindən Təqsirləndirilən şəxs göndərmişdir ki, kənd ATS-nə gedib şalbana çıxmaq üçün kəmər gətirsin. Özü isə telefon xətti qırılan yerdə, yəni şalbanın yanında dayanıb abonentin qırılmıs telefon xəttini birləşdirməyə davam etmişdir. Təqsirləndirilən şəxs kəməri gətirməyə idarə etdiyi “Mercedes Benz minik” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə getmişdir. Elmir geriyə-onun yanına qayıdarkən uzaqdan avtomobili görsə də, əlində iş gördüyü üçün fikri işdə olmuşdur.Həmin vaxt necə olmuşsa Təqsirləndirilən şəxs avtomobilin idarə etməsini itirmiş və onu avtomobilin qabaq tərəfi ilə vurmuşdur. Özünə gələndə görmüşdür ki, yolun kənarında olan su kanalındadır. Ora gəlmis kənd sakinləri ona kömək edib kanaldan çıxarmışlar. Hadisə zamanı hər iki ayağı sındığından bərk ağrı hiss etmişdir. Bir qədər sonra təcili yardım avtomobili gəlmiş və onu xəstəxanaya aparmışdır. Hadisə vaxtı yolda hərəkət edən başqa nəqliyyat vasitəsi və ya piyada olmamış, baş vermiş hadisəni kənardan heç kim görməmiş, ora gələn şəxslər də hadisə baş verdikdən sonra gəlmişlər. Elmirin avtomobilini hələ uzaqda olanda görmüşdür, sonra avtomobilə baxmamışdır, onun avtomobili dəqiq hansı sürətlə idarə etməsini bilməmişdir, amma təxmin etdiyinə görə sürət yüksək olmuşdur. Təqsirləndirilən şəxs avtomobili idarə etməni itirməsinin səbəbini də bilməmişdir. Hadisədən əvvəl yol boş olmuş, heç bir maneə və ya heyvan olmamışdır. Təqsirləndirilən şəxs qarşısına it çıxıbsa da o bunu görməmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışlar, ona dəyən maddi və mənəvi ziyan Elmir tərəfindən tam ödənilmişdir, ondan şikayət və tələbi yoxdur. Cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. (notarial qaydada təsdiq olunmuş ərizəsi işə əlavə edilmişdir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 22 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ bazu sümüyünün cərrahı boyunu adlanan hissədən qapalı qəlpəli yerini dəyisən sınığı və oynağın travmatik çıxığı, sağ bud sümüyünün yuxarı 1/3-nin qapalı qəlpəli yerini dəyişən sınığı, sol bud sümüyünün proksimal hissəsinin və aşağı 1/3-nin qapalı qəlpəli yerini dəyişən sınığı, döş qəfəsinin sağ tərəfdən Vİİ qabırğanın sınığı və travmatik sok kimi xəsarətlər küt alətin (əşyanın) təsirindən qərarda göstərilən tarixdə və səraitdə, yəni 09 yanvar 2024-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyadada törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla itirilməsinə səbəb olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə aiddir. (iş vər: 33-35). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/961 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Mercedes-Benz 190” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60km/saat sürətdən artıq sürətlə, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-cibəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (iş vər: 45-48). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan cinayət işi üzrə yoxlamalara dair tələbnaməyə Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(iş vər:105). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan AE 720573 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək BC kateqoriya üzrə avtomobil idarə etmək hüququ verilmişdir. (iş vər:19) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-İİİ 887952 saylı etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X5 məxsus «Mersedes Benz 190 minik» markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixdə mülkiyyətçi tərəfindən nəqliyyat vasitəsini idarə etmək səlahiyyətilə 10 il müddətinə Təqsirləndirilən şəxs etibar edilmişdir. (iş vər:21) Azərbaycan Respublikası TƏBİB Oğuz RMX PHŞ-in işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2024-cü il tarixli 18-1-64/2-572/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Mərkəzi Xəstəxanası Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. (iş vər: 79). Oğuz rayon İHB Padar kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2024-cü il tarixli, 5-68-12/2-66/2024 saylı və 5-68-12/2-67/2024 saylı arayışlarından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayon Dəymədərə kəndində qeydiyyatda olmaqla yaşayır, ailə üzvləri 1949-cu il təvəllüdlü atasından, 1950-ci il təvəllüdlü anasından ibarət olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vər: 75-77). Zərərçəkmiş şəxs Arif oğlunun cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş, notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmişə dəyən maddi və mənəvi ziyanı tam ödəmiş, sığorta məbləği zərərçəkənə veriləcək, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin (İdarə) cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, X6 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Oğuz rayon Dəymədərə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs inzibati xətaya yol verməsi və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə İdarənin mərkəzi informasiya sistemində hər hansı məlumat qeydə alınmayıb. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri-digərini tamamlayan sübutlara obyektiv hüquqi qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən əməli həmin maddə ilə düzgün tövsif olunmuşdur. Məhkəmə icraatı gedişində zərərçəkmiş şəxs notarial qaydada imzası təsdiq olunmuş ərizəsi ilə Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona dəyən maddi və mənəvi ziyanın tam şəkildə ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Qeyd olunanlarla bağlı məhkəmə cinayət-prosessual qanunvericiliyin aşağıdakı tələblərini nəzərə çatdırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd olunan Məcəllənin 321-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. Ekspertiza xərci hesabına Təqsirləndirilən şəxs 85 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-20/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-20/2024
30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver