Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-21/2022 27.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas X1, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Oğuz rayonu Padar kəndində qeydiyyatda olan və yaşayan, subay (boşanmış), iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının əvvəllərində Oğuz rayonu Padar kəndində, yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan 11 ədəd, yəni xeyli miqdarda çətənə bitkilərini qanunsuz olaraq əkmiş, həmin çətənə bitkilərinin yetişməsi üçün xüsusi qaydada aqrotexniki qulluq göstərib davamlı olaraq onları suvarmaqla gübrə vermiş, ətrafını alaqlardan təmizləyərək yetişdirmiş və kultivasiya etmiş, xx.xx.2022-ci il tarixdə Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq yaşadığı evin həyətinə həmin tarixdə baxış keçirilərkən onun qanunsuz olaraq kultivasiya etdiyi, ümumi təmiz çəkisi 145,0 qram olan 11 ədəd xeyli miqdarda narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və məhkəmə istintaqında həmin ifadənin məzmununa uyğun ifadə verərək göstərdi ki, o, anası ilə birlikdə Oğuz rayonu Padar kəndində yaşayır və daimi olaraq heç yerdə işləmir. Əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonuncu cəza müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Cəzasını çəkib qutardıqdan sonra arabir narkotik vasitədən istifadə etmişdir. Ona görə də qərara gəlmişdir ki, özü istifadə etmək üçün yaşadığı evin həyətində çətənə bitkisi yetişdirib ondan narkotik vasitə əldə etsin. 2022-ci ilin may ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı vaxtda Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində “Daş bazarı” adlanan yerin yaxınlığıda “Çinar” adlı kafedə olarkən təsadüfən bir nəfərlə tanış olmuşdur. Onlar orada çay içərkən narkotik vasitələrdən söhbət düşmüşdür. Həmin şəxsə arabir narkotik vasitə istifadə etdiyini, lakin özünə narkotik vasitə tapa bilmədiyini, çətənə bitkisinin toxumunu həyətində əkib özü üçün narkotik vasitə əldə etmək istədiyini bildirmişdir. Həmin şəxs də ona çətənə bitkisinin toxumlarını verə biləcəyini bildirmiş, o da həmin şəxslə razılaşmışdır. Bundan sonra həmin şəxs hara isə gedib bir müddət sonra geri qayıtmış və ona 11 ədəd toxum verərək çətənə bitkisinin toxumu olduğunu bildirmişdir. O da toxumları götürmüş, Oğuz rayonuna qayıtdıqdan sonra əvvəlcə həmin toxumları tənzifin arasına qoyaraq iki gün nəm saxlamış, daha sonra dəmir vedrəyə torpaq doldurmaqla həmin toxumları basdırmışdır. Dəmir vedrəni fındıq bağında gicitkən kollarının arasında gizlətmişdir. Toxumlardan 11 ədəd şitil əldə etdikdən sonra həmin şitillərin 7 ədədini fındıq bağında gicitkən kollarının arasında, 3 ədədini isə fındıq topalarının aşağı hissəsində torpağa əkmişdir. 1 ədəd şitil isə dəmir vedrədə qalmışdır. Bundan sonra vedrəni evin qarşısında güllərin arasında gizlətmişdir. O şitillərə peyin vermiş, ara-sıra onlara qulluq edib sulamış və diblərini təmizləmişdir. xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində yaşadığı Oğuz rayon Padar kəndində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, narkotik tərkibli çətənə bitkiləri kultivasiya etməkdə şübhəli olduğunu ona bildirmiş və onu Polis Şöbəsinə aparmışlar. O, Polis Şöbəsində şübhəli şəxs qismində tutulmuş və vəkil ilə təmin edilmişdir. Əvvəlcə üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. O, həyətində çətənə bitkiləri əkdiyini etiraf etmiş və onları polis əməkdaşlarına təqdim etmək istədiyini bildirmişdir. Bundan sonra onun Oğuz rayon Padar kəndində yerləşən evinin həyətinə getmişlər. Orada vəkilin, iki nəfər hal şahidinin, aqronomun və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə, evin həyətinə və bağ sahəsinə baxış keçirilmişdir. Baxış keçirilərkən 11 ədəd kultivasiya edərək yetişdirdiyi çətənə bitkilərini özü polis əməkdaşlarına təqdim etmiş və həmin bitkilər polis əməkdaşları tərəfindən yerdən çıxarılaraq götürülmüşdür. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və o, vəkilin iştirakı ilə protokolla tanış olub imza etmişdir. Yaşadığı evin həyətində aşkar olunmuş 11 ədəd narkotik tərkibli çətənə bitkisindən heç kimin məlumatı olmamış, çətənə bitkisi əkib-yetişdirməyi barədə heç kimə heç nə deməmişdir. Başqa hər hansı yerdə narkotik tərkibli bitkilər əkməmiş, heç vaxt heç kimə narkotik vasitə də satmamışdır. Əkibyetişdirdiyi narkotik təribli çətənə bitkisinin toxumlarını aldığı şəxsi yalnız bir dəfə çətənə bitkisinin toxumlarını alarkən görmüş, onlar təsadüfən kafedə tanış olmuşlar. Həmin şəxs tanışlıq zamanı adını desə də, hal-hazırda onun adını unutmuşdur. Həmin şəxs çətənə bitkisi toxumlarının müqabilində ondan heç nə istəməmiş, o da həmin şəxsə heç nə verməmişdir. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, törətdiyi cinayət əməlini könüllü etiraf edir. Tərkibində narkotik vasitə olan bitkiləri əkib-becərdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Onun iki azyaşlı uşağı vardır. Arvadından rəsmi olaraq ayrılsa da, uşaqların maddi ehtiyaclarını ödəyərək digər qayğıları ilə də maraqlanır, onların saxlanmaları üçün aliment verir. Ailəsində ondan başqa əmək qabiliyyətli şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid Oğuz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid5 ifadə verərək göstərdi ki, Oğuz rayonu Padar kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, o, dərhal bu barədə raportla Polis Şöbəsinin rəhbərliyinə müraciət etmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Onun və Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid6 birlikdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Oğuz rayon Padar kəndi ərazisində olması müəyyən edilmiş və o, xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək, ona narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olması ilə əlaqədar saxlanıldığı barədə məlumat vermiş və onu Oğuz rayon Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs vəkil ilə təmin edilməklə şübhəli şəxs qismində tutulmuş, ona hüquqları və vəzifələri izah olunmuşdur. Daha sonra vəkilin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən sərbəst dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən yaşadığı evdə çətənə bitkiləri əkdiyini, lakin onların hələ tam yetişmədiyini səmimi etiraf etmiş və onları polis əməkdaşlarına təqdim etmək istədiyini bildirmişdir. Bundan sonra vəkilin, hal şahidlərinin və aqronomun iştirakı ilə Oğuz rayon Padar kəndində Təqsirləndirilən şəxs yaşadığı evə, evin həyətinə və bağ sahəsinə baxış keçirilmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs fındıq bağında gicitkən kollarının arasında xüsusi hazırlanmış yerdə əkilmiş 7 ədəd, həmin yerdən 10 metr kənarda fındıq topalarının aşağı hissəsində əkilmiş 3 ədəd və evin qarşısında gül kollarının arasında dəmir vedrədə əkilmiş 1 ədəd - cəmi 11 ədəd bitkini təqdim edərək onların narkotik tərkibli çətənə bitkiləri olduğunu, həmin bitkiləri özünün əkib-becərdiyini, onlara qulluq göstərdiyini bildirmişdir. Baxışda iştirak edən X13 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahid2 isə həmin 11 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini, onların diblərinin təmizləndiyini, gübrə verildiyini və mütəmadi olaraq suvarıldığını bildirmişdir. Həmin bitkilər yerdən çıxarılaraq qablaşdırılmış, həmçinin, həmin yerdəm torpaq nümunələri də götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdən, həyətdən və bağ sahəsindən qanunla sərbəst dövriyyəsi qadağan olunmuş başqa hər hansı əşya aşkar edilməmişdir. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, iştirakçıların hər biri protokolla tanış olub onun düzgün tərtib edildiyini imzaları ilə təsdiq etmişlər.Təqsirləndirilən şəxs özü və vəkili də protokola imza etmişlər. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Oğuz rayon Polis Şöbəsinin əməkdaşı Şahid5 da Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid2 ifadə verərək göstərdi ki, o, X13 İnkişaf Mərkəzində bitkiçilik sektorunun müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə heç bir münasibətim olmamışdır. xx.xx.2022-ci il tarixdə o, Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə və həyətinə baxış keçirilməsi üçün mütəxəssis qismində dəvət edilmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs fındıq bağında gicitkən kollarının arasında xüsusi hazırlanmış yerdə 7 ədəd, həmin yerdən 10 metr kənarda fındıq topalarının aşağı hissəsində 3 ədəd və evin qarşısında gül kollarının arasında dəmir vedrədə 1 ədəd narkotik tərkibli çətənə bitkilərini göstərib onları özünün əkib-yetişdirdiyini bildirmişdir. Həmin bitkilərin dibinə baxış keçirərkən müəyyən etmişdir ki, oların dibi bellənmiş, alaq otlarından təmizlənmiş, gübrə verilmiş və mütəmadi olaraq suvarılaraq onlara aqrotexniki qaydada qulluq göstərilmişdir. Təqsirləndirilən şəxs özü də bitkilərə qulluq göstərdiyini etiraf etmişdir. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və iştirakçılar protokolla tanış olub imza etmişlər. Həmçinin, aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri ilə bağlı onun tərəfindən müvafiq rəy tərtib edilərək polis əməkdaşlarına verilmişdir. Şahid3 ifadə verərək göstərdi ki, o, Oğuz rayonu Padar kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onunla qohumluq münasibəti, həmçinin, aralarında ədavət və ya düşmənçilik yoxdur. xx.xx.2022-ci il tarixdə Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə və həyətinə baxış keçirilməsi üçün hal şahidi qismində dəvət edilmişdir. Baxışda onun həmkəndlisi Şahid4 da hal şahidi qismində iştirak etmişdir. Baxış keçirilməzdən əvvəl onlara hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra onların, Təqsirləndirilən şəxs, onun vəkilinin, aqronomun və polis əməkdaşlarının iştirakı evin həyətinə baxış keçirilmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs fındıq bağında gicitkən kollarının arasında 7 ədəd, fındıq topalarının aşağı hissəsində 3 ədəd və evin qarşısında gül kollarının arasında dəmir vedrədə 1 ədəd narkotik tərkibli çətənə bitkilərini göstərib onları özünün əkib-yetişdirdiyini bildirmişdir. Həmin bitkilər polis əməkdaşları tərəfindən yerdən çıxarılaraq qablaşdırılıb götürülmüşdür. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, o özü və digər hal şahidi də protokolu imzalamışlar. İş üzrə şаhid qismində dindirilmiş Şahid4 da Şahid3 ifadəsini məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs anasıdır və onlar Oğuz rayonu Padar kəndində birlikdə yaşayırlar. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları oğlu Eldənizlə birlikdə onların yaşadığı evə gəlmişlər. Onlar Eldənizin narkotik tərkibli bitkilər əkib-yetişdirməkdə şübhəli olduğunu, Eldənizin həmin bitkiləri könüllü təqdim etmək istədiyini, evə və həyətə baxış keçirilməsinə razılıq verdiyini bildirmişlər. Bundan sonra polis əməkdaşları hal şahidləri dəvət edərək həyətə baxış keçirmişlər. Eldəniz həyətdəki fındıq ağaclarının yaxınlığında gicitkən kollarının arasında və evin qarşısında güllərin arasında dəmir vedrədə olan cəmi 11 ədəd bitkini polis əməkdaşlarına təqdim edərək onların narkotik tərkibli çətənə bitkiləri olduğunu, həmin bitkiləri özü əkib qulluq edərək yetişdirdiyini bildirmişdir. Həmin bitkilər polis əməkdaşları tərəfindən torpaqdan çıxarılaraq götürülmüşdür. O, Eldənizin həmin bitkiləri nə vaxt əkməsini bilməmiş, onun həmin bitkilərə qulluq etməsini görməmiş, Eldəniz özü də ona bu barədə heç nə deməmişdir. O, ümumiyyətlə heç vaxt çətənə bitkisi görməmişdir və onun necə olduğunu bilmir. O, gül kollarının arasında dəmir vedrədə olan bitkini də görməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və qeyd olunan protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, həmin tarixdə saat 18:00-dan başlayaraq Oğuz rayon Polis Şöbəsinin inzibati binasında polis əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun üzərindən qanunla sərbəst dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar edilməmiş, lakin o, yaşadığı evdə çətənə bitkiləri əkdiyini, lakin onların hələ tam yetişmədiyini səmimi etiraf etmiş və polis əməkdaşlarına onları təqdim etmək istədiyini bildirmişdir. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü və onun vəkili də protokola imza etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli protokoldan və qeyd olunan protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, həmin tarixdə saat 19:00-dan başlayaraq Oğuz rayonu Padar kəndində Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vəkilin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs kultivasiya edərək yetişdirdiyi 11 ədəd çətənə bitkilərini polis əməkdaşlarına özü təqdim etmiş, həmin bitkilər polis əməkdaşları tərəfindən yerdən çıxarılmış və qablaşdırılaraq götürülmüşdür. Həmçinin, həyətyanı sahədən torpaq nümunələri götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdən, həmçinin həyətdən və bağ sahəsindən qanunla sərbəst dövriyyəsi qadağan olunmuş başqa hər hansı əşya aşkar edilməmişdir. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü, onun vəkili və hal şahidləri də protokola imza etmişlər. İş materiallarına əlavə edilmiş, X13 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahid2 tərəfindən verilmiş rəydə qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli Oğuz rayonu Padar kəndi ərazisində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərildiyi torpaq sahəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar edilmiş 11 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyi müəyyən edilmişdir. Aşkar edilmiş bitkilərin hündürlüyü 16 sm, 17 sm, 20 sm, 20 sm, 30 sm, 30 sm, 40 sm, 40 sm, 50 sm, 54 sm və 60 sm ölçülərdə olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/545 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd sintetik kisənin içərisindəki yaş vəziyyətdə ümumi təmiz çəkisi 145,0 qram olan 11 ədəd bitki nümunələri əkilib-beçərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən tədqiqata təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqat obyektinin 0,55 qramdan ibarət hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 144,45 qram olan hissəsi bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır (Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir). İş materiallarına əlavə edilmiş Oğuz rayon X6 Qrupunun müstəntiqi Ələkbər Əsgərovun sübutların qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2-ci və 237.2.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatı zamanı istifadə edildikdən sonra yaş vəziyyətdə həmin dövr üçün ümumi çəkisi 144,45 qram olan, bir ədəd sintetik kisədə qablaşdırılmış 11 ədəd çətənə bitkisi və iki ədəd sellofan kisədə qablaşdırılmış torpaq nümunələri maddi sübut kimi tanınaraq saxlanılması üçün Oğuz rayon Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 938 nömrəli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “Oğuz rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 608 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayon Mərkəzi Xəstəxanasının “Ruhi-əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli raportdan və “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində saxlanılaraq Oğuz rayon Polis Şöbəsinə gətirilmiş və həmin gün saat 17:50-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Oğuz rayon X6 Qrupunun müstəntiqi Ələkbər Əsgərovun qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:15-də şübhəli şəxs qismində tutulmadan azad edilməklə onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1 (054) - 35 / 2015 nömrəli hökmündən və xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Padar İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/136 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Padar kəndində anası ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Padar İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs əvvəllər iki dəfə cinayət, bir dəfə inzibati məsuliyyətə cəlb olunduğu qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (054) - 192 / 2020 nömrəli qətnaməsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs X4 ilə birgə nikahından xx.xx.2012-ci il tarixdə X2 və xx.xx.2013-cü il tarixdə X5 adlı iki uşağı anadan olmuş, onlar arasında bağlanmış nikah həmin məhkəmə qətnaməsinə əsasən pozulmuş və boşanmadan sonra azyaşlı uşaqların X3 yanında qalması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə X4 arasında bağlanmış nikah nəhkəmə qaydasında pozulduqdan sonra azyaşlı uşaqların X3 yanında qalmaları müəyyən edilsə də, məhkəmə hesab edir ki, həmin xüsusat Təqsirləndirilən şəxs azyaşlı uşaqlarının olmadığını deməyə əsas vermir və bu hal onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasına maneə deyildir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini qanunsuz olaraq əkib-becərsə də, polis əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən onun narkotik tərkibli çətənə bitkilərini və onların əkildiyi yeri könüllü olaraq təqdim etdiyini və törətdiyi əməli etiraf etdiyini, həmçinin, narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət örətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi, fiziki və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, narkotik vasitənin miqdarını nəzərə alaraq həmin cəzanın 2 (iki) il 6 (altı) ay müddətində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:30-dan xx.xx.2022-ci il tarixdə saat 11:15-dək şübhəli şəxs qismində saxlanıldığı müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görüldüyündən o, narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra yaş vəziyyətdə həmin dövr üçün ümumi çəkisi 144,45 qram olan, bir ədəd sintetik kisədə qablaşdırılmış 11 ədəd çətənə bitkisi və iki ədəd sellofan kisədə qablaşdırılmış torpaq nümunələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 34,55 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:30-dan xx.xx.2022-ci il tarixdə saat 11:15-dək şübhəli şəxs qismində saxlanıldığı müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq (2 (iki) 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayon ərazisini, eləcə də saat 21:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Padar kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya orqanı həyata keçirsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra yaş vəziyyətdə həmin dövr üçün ümumi çəkisi 144,45 qram olan, bir ədəd sintetik kisədə qablaşdırılmış 11 ədəd çətənə bitkisi və iki ədəd sellofan kisədə qablaşdırılmış torpaq nümunələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 34,55 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(054)-21/2022
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-21/2022
27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver