Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-21/2023 29.08.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, cinayət qanunda nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi Müdafiəçi Mayıl oğlunun iştirakı ilə, xx xxxx 1979-cu il tarixdə Oğuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Cinayət qanunda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, günorta saatlarında yaşadığı Oğuz şəhəri Xətai küçəsi ev 12 ünvanındakı evin həyətində spirtli içki qəbul edərək orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində arvadı Zərərçəkmiş şəxs ona spirtli içki içməsini irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamani qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əli ilə vurmaqla və onun saçindan tutaraq başını stola vurmaqla ona sol göz ətrafinın dərialtı hematoması, sol gözün buynuz qişasına qansızma və başın sol təpə nahiyəsinin qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Özü heç bir yerdə işləmir və spirtli içki aludəçisi_olduğundan bir müddət narkoloji dispanserdə müalicə almışdır. Uzun müddət atası Əbülfətin təsiri ilə spirtli içki qəbul etməmişdir. xx.xx.2023-cü il tarixdən yenidən spirtli içki qəbul etməyə başlamışdır xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığıda yerləşən marketdən 1 litir spirtli içki olan çaxır alaraq, evdə tək qəbul etmişdir. Bu zaman həyat yoldaşı Raisa ona spirtli içki qəbul etdiyinə görə irad bildirmişdir. Həyat yoldaşının sözləri onu əsəbləşdirmiş və onunla mübahisə etmişdir. Mübahisə zamanı spirtli içkinin təsiri altında olduğundan ayağa qalxaraq Raisanın saçından tutmuş və əli ilə onun sifət nahiyəsinə bir neçə dəfə vurmuşdur. Daha sonra evi tərk edərək yaxınlıqdakı parka getmişdir. Sonradan arvadı Raisanın baş vermiş hadisə barədə şikayət etdiyini eşitmişdir. Törətdiyi əməli etiraf edir, peşman deyil, zərərçəkmiş şəxsin təqsiri olmasa onu vurmazdı. Ümumiyyətlə artıq onunla bir ailədə yaşamaq istəmir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanunamüvafiq cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. 2008-ci ildə ailə həyatı qurmuşlar, birgə nikahdan iki övladı doğulmuşdur. Təqsirləndirilən şəxs atasına məxsus evdə yaşamışlar. Təqsirləndirilən şəxs spirtli içki aludəçisidir. O bununla bağlı narkoloji dispanserdə müalicə almış, bundan sonra xeyli müddət spirtli içki qəbul etməmişdir. xx.xx.2023-cü il tarixdə qaynatası Əbülfət Şunqarov qızının nişan məclisində iştirak etmək üçün bir neçə günlüyə Bakı şəhərinə getmişdir. Valideynlərinin evdə olmamasından istifadə edən Zaur ardıcıl olaraq hər gün spirtli içki qəbul etməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarinda Zaur yaşadıqları evin yaxınlığındakı marketdən 1 litir spirtli içki olan çaxir alaraq evə gətirmiş, həyətdəki stolda əyləşərək həmin çaxırın yarısını içdikdən sonra o, Zaura çox spirtli içki qəbul etməsinə görə irad bildirmişdir. Zaur onun bu sözlərindən əsəbləşmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zaur əsəbləşərək əyləşdiyi stuldan qalxmış, sol əli ilə onun saçından tutaraq, sağ əli ilə sifət nahiyəsinə bir neçə dəfə şillə ilə vurmuşdur. Daha sonra onun sifət nahiyəsini stolun üzərinə çırparaq həyəti tərk edib getmişdir. O aldığı xəsarətlərdən özünü itirmiş, ancaq bir neçə dəqiqədən sonra özünə gəlmiş, atasi Şahid zəng edərək, baş vermiş hadisə barədə ona məlumat vermişdir. Atası Şahid onun yaşadığı ünvana gəlmiş və Oğuz RPŞ-yə baş vermiş hadisə ilə əlaqədar şikayət etmişdir. Təqsirləndirilən şəxsla barışmışdır və hazırda ondan şikayətçi deyil və heç bir tələbi yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Bundan əlavə Zaurun arzusu ilə məhkəməyə boşanma ilə bağlı ərizə verəcək. Qeyd etdikləri nəzərə alınaraq Təqsirləndirilən şəxs güzəşt edilməsini məhkəmədən xahiş edir. Şahid məhkəmə iclasında ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs qızıdır. Raisa 2008-ci ildə onun razılığı olmadan Təqsirləndirilən şəxsla ailə həyatı qurmuşdur. Zaur uzun müddət spirtli içki alüdəçisi olmuş, bu səbəbdən dəfələrlə müalicə olunmuşdur. Təqsirləndirilən şəxs nəinki Raisanı, hətta dəfələrlə valideynlərini belə vurmuşdur. Son bir neçə ayda Zaur atasının nəzarəti altında olduğu üçün spirtli içki qəbulunu azaltmışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Raisa ona zəng etmiş, əri Zaurun sərxoş vəziyyətdə onu döyərək xəsarət yetirdiyini bildirmişdir. O dərhal qızının yaşadiği ünvana getmiş və onun sifət nahiyəsinin qan içində olduğunu görərək ona ilkin tibbi yardım göstərmişdir. Daha sonra Oğuz RPS-yə müraciət edərək Zaur barəsində tədbir görülmasini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Qəbələ rayon şöbəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 44 nömrəli ekispert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol göz ətrafının dərialtı hematoması, sol gözün buynuz qişasına qansızma və başin sol təpə nahiyəsinin qançıri kimi xəsarətlər küt alətin təsirindən törənməklə xx.xx.2023-cü il tarixinə uyğun gəir. Həmin xəsarətlər ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərər vurmanın əlamətlərinə aiddir.( iş vərəqə 31-32) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan və xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Oğuz RPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli qərarla barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.( iş vərəqə 27-29, 58) Sözügedən qərardan görünür ki, Təqsirləndirilən şəxs valideynlərinin şikayəti əsasında aparılmış həmin araşdırma ilə onun atası X1 yüngül xəsarət, anası X3 dərəcəsi müəyyən edilməyən xəsarətlər yetirdiyi müəyyən olunmuş, hər iki valideynin təkrar ərizə ilə Oğuz RPŞ-nə müraciət edərək Təqsirləndirilən şəxs onlardan üzr istəməsi, hal-hazırda barışdığı, onun barəsində şikayət və tələblərinin olmadığı, araşdırmanın dayandırılmasını xahiş etdikləri nəzərə alınmaqla qeyd edilən qərar qəbul edilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Oğuz Rayon Mərkəzi Xəstəxanası” X7 iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6- 64/2-502/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Oğuz RMX-nın Poliklinika şöbəsinin “Narkoloji” kabinetində “F10.2 asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. Oğuz RMX-nın Poliklinika şöbəsinin “Ruhi əsəb” kabinetində qeydiyyatda yoxdur.( iş vərəqə 26) Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 5-68-12/2-533/2023 saylı arayışından və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri-valideynləri, arvadı, 2009-cu il təvəllüdlü qızı və 2013-cü il təvəllüdlü oğlu ilə birlikdə ünvan 3 ünvanında yaşayır, onun barəsində nümayəndəliyə şikayət xarakterli yazılı və şifahi müraciət daxil olmamışdır. .( iş vərəqə 24-25) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, cinayət qanunda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, günorta saatlarında yaşadığı Oğuz şəhəri Xətai küçəsi ev 12 ünvanındakı evin həyətində spirtli içki qəbul edərək orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində arvadı Zərərçəkmiş şəxs ona spirtli içki içməsini irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamani qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əli ilə vurmaqla və onun saçindan tutaraq başını stola vurmaqla ona sol göz ətrafinın dərialtı hematoması, sol gözün buynuz qişasına qansızma və başın sol təpə nahiyəsinin qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində zərərçəkmiş şəxsin onunla barışması, ondan şikayət və tələbinin olmaması, həmçinin himayəsində 2009 və 2013-cü il təvəllüdlü iki uşağının olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Beləliklə məhkəmə iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışaraq ondan şikayət və tələbinin olmamasına dair ərizəsinə hüquqi qiymət verərək bildirir ki, 2019-cu ildə Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində göstərilən əməli törətsə də, həmin xüsusat üzrə zərərçəkmiş şəxslə barışması əsasına görə barəsində olan cinayət təqibinə xitam verildiyindən, hazırda eyni əsasa görə təkrarən cinayət məsuliyyətindən azad edilməsi mümkün deyildir və o, CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza tətbiq edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi lazım bilir ki, zərərçəkmiş şəxsin barışıqla bağlı ərizəsinə baxmayaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmamış, əksinə törətdiyi əmələ görə peşman olmadığını bildirdiyindən CM-nin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi mümkün deyildir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin tələblərini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 2009 və 2013-cü il təvəllüdlü iki uşağının olmasını və əməlində ağırlaşdırıcı halın olmadığını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, habelə, onun tərəfindən törədilmiş cinayətin xarakterini və xəsarətin yetirilmə üsulunu nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş həddə cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə mülki iddia tələbi, ekspertiza və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının icrası Oğuz rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia tələbi, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-21/2023
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-21/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver