Məhkəmə qərarları › İş №1(054)-24/2023

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-24/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-24/2023 12.12.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Oğuz rayonu Kərimli Bələdiyyəsinin nümayəndəsi - bələdiyyənin sədri Nümayəndə, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1972-ci il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Oğuz rayonu Kərimli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, 2023-cü ilin mart ayının əvvvəllərində istintaqa dəqiq vaxtı məlum olmayan tarixdə meşə fonduna daxil olmayan Oğuz rayonu, Kərimli bələdiyyəsinə məxsus qəbristanlıq ərazidən 1 ədəd 300 (üç yüz) manat dəyərində 30 sm diametrdə, 1 ədəd 350 (üç yüz əlli) manat dəyərində 34 sm diametrdə, 1 ədəd 600 (altı yüz) manat dəyərində 44 sm diametrdə, 1 ədəd 1000 (bir min) manat dəyərində 52 sm diametrdə və 1 ədəd 3900 (üç min doqquz yüz) manat dəyərində 110 sm diametrdə olmaqla ümumilikdə 5 ədəd palıd cinsindən olan köküstə yaş ağaclari aidiyyatı dövlət orqanlarının müvafiq icazəsi olmadan markası istintaqa məlum olmayan motorlu mişarla qanunsuz olaraq torpağa bitişik kök boğazından kəsməklə Oğuz rayonu, Kərimli bələdiyyəsinə ümumilikdə 6150 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, evində yandırmağa odun olmadığı üçün ağac kəsmək qərarına gəlmişdir. Bunun üçün 2023-cü ilin mart ayının əvvəllərində özünə məxsus motorlu mişarla Oğuz rayonu, Kərimli kəndi ərazisində yerləşən qəbristanlıq ərazidən 5 ədəd palıd cinsindən olan kök üstə yaş ağacları kəsmişdir. xx.xx.2023-cü il tarixdə atası Şahid1 onun qanunsuz kəsdiyi ağacları qəbristanlıq (ziyarətgah) ərazisindən kəsdiyindən məlumatı olduğu üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bu barədə məlumat vermişdir. 10 aprel 2023-cü il tarixdə qeyd etdiyi ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları həmin yerə gələrək akt tərtib etmişlər. Qəbristanlıq (ziyarətgah) ərazisindən 5 ədəd (1 ədədinin diametri 30 sm, 1 ədədinin diametri 34 sm, 1 ədədinin diametri 44 sm, 1 ədədinin diametri 52 sm və 1 ədədinin diametri isə 110 sm) palıd cinsindən olan köküstə yaş ağacları özünə məxsus motorlu mişarla tək kəsmişdir. Ağac kəsərkən müvafiq orqanlardan icazə almamış və heç kimin köməyindən istifadə etməmiş, başqa heç yerdən ağac kəsməmiş, ağacları kəsərkən istifadə etdiyi motorlu mişarı tanımadığı adama satmışdır.Törətdiyi cinayət əməlini könüllü etiraf edir. Həmin əməlin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini dərk edərək əməlindən səmimi peşman olmuşdur. Ağacları qanunsuz olaraq kəsməsi nəticəsində təbiətə dəymiş, ekspertiza rəyi ilə müəyyən edilmiş maddi ziyana görə ödənilməli olan 6150,00 manat məbləği maddi imkansızlıq üzündən indiyədək könüllü olaraq ödəyə bilməmişdir. Özünün təqaüdçü olduğunu və təbiətə dəymiş maddi ziyanı ayda 100-200 manat olmaqla hissəhissə ödəyə biləcəyini bildirdi və qeyd etdiklərinin cəza təyin edilən zaman nəzərə alınmasını və ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş hüquqi şəxs Oğuz rayonu Kərimli Bələdiyyəsinin nümayəndəsi - bələdiyyənin sədri Nümayəndə iştirak etdiyi məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Oğuz rayonu Kərimli Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq kəsdiyi ağacların yerləşdiyi yerə nəzarəti Oğuz rayonu, Kərimli Bələdiyyəsi edir. Belə ki, 2023-cü ilin mart ayının əvvəllərində o, Təqsirləndirilən şəxs əlində motorlu mişarla 05 ədəd palıd cinsindən olan ağacları (1ədədinin diametri 30 sm, 1 ədədinin diametri 34 sm, 1 ədədinin diametri 44 sm, 1ədədinin diametri 52 sm və 1 ədədinin diametri isə 110 sm) kəsərkən görmüşdür. Bununla bağlı polisə məlumat verilmişdir. Kəsilmiş ağacların “qol-budaq” hissəsi odun kimi istifadə edilməsi üçün Kərimli kəndində yerləşən uşaq bağçasına aparılmışdır. Ağacların “işlik material” hissəsi isə Təqsirləndirilən şəxs tərəfindən satılmışdır. 10 aprel 2023-cü il tarixdə qeyd etdiyi ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları həmin yerə gələrək akt tərtib etmişlər, həmin vaxt o özü, Oğuz rayonu, Kərimli Bələdiyyəsinin qulluqçusu Əlibaba Əlibalayev və Təqsirləndirilən şəxs atası Şahid1 da orada iştirak etmişlər, daha sonra adları qeyd olunan şəxslər tərəfindən aktın doğru olmasına imza atmışlar. Oğuz rayonu, Kərimli bələdiyyəsinin mülkiyyətində olan qəbristanlıq ərazidən 05 ədəd (1 ədədinin diametri 30 sm, 1ədədinin diametri 34 sm, 1 ədədinin diametri 44 sm, 1 ədədinin diametri 52 sm və 1ədədinin diametri 110 sm olan) palıd cinsindən olan köküstə yaş ağaclar 2023-cü ilin mart ayının əvvəllərində Oğuz rayonu, Kərimli kənd sakini Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq kəsilmişdir, kəsilmiş həmin ağaclara görə Oğuz rayonu, Kərimli Bələdiyyəsinə 6150 manat (altı min bir yüz əlli) maddi ziyan dəymişdir. O, Kərimli Bələdiyyəsinin sədri olaraq həmin ziyanın ödənilməsini təqsirləndirilən şəxsə təklif etmişdir. Oğuz rayonu Kərimli Bələdiyyəsinin təqsirləndirilən şəxsə qarşı başqa hər hansı tələbi yoxdur. Məhkəmə iclsında Şahid4 ifadə verərək bildirdi ki, Oğuz rayonu, Kərimli Bələdiyyəsində kənd təsərrüfatı mütəxəssisi işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq kəsdiyi ağacların yerləşdiyi yerə nəzarəti Oğuz rayonu, Kərimli Bələdiyyəsi edir. Təqsirləndirilən şəxs bələdiyyə ərazisindən 2023-cü ilin mart ayının əvvəllərində motorlu mişarla 05 ədəd palıd cinsindən olan ağacları kəsmişdir. Bununla bağlı polisə məlumat verilmişdir. Kəsilmiş ağacların “qol-budaq” hissəsi odun kimi istifadə edilməsi üçün Kərimli kəndində yerləşən uşaq bağçasına aparılmışdır. Ağacların “işlik material” hissəsi isə Təqsirləndirilən şəxs tərəfindən satılmışdır. 10 aprel 2023-cü il tarixdə qeyd etdiyi ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları həmin yerə gələrək akt tərtib etmişlər, həmin vaxt o özü, Kərimli Bələdiyyəsinin sədri və Təqsirləndirilən şəxs atası Şahid1 da orada iştirak etmişlər, daha sonra adları qeyd olunan şəxslər tərəfindən aktın doğru olması imzalarla təsdiq edilmişdir. Oğuz rayonu, Kərimli bələdiyyəsinin mülkiyyətində olan qəbristanlıqdan 05 ədəd (1 ədədinin diametri 30 sm, 1ədədinin diametri 34 sm, 1 ədədinin diametri 44 sm, 1 ədədinin diametri 52 sm və 1ədədinin diametri 110 sm olan) palıd cinsindən olan köküstə yaş ağaclarin 2023-cü ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq kəsilməsi nəticəsində Oğuz rayonu, Kərimli Bələdiyyəsinə 6150 manat (altı min bir yüz əlli) maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şahid1 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs oğludur. O qış ayları olduğuna görə bələdiyyə sədri Nümayəndə Babəkə odun kimi istifadə etməsi üçün ağac verməsini xahiş etmiş, bələdiyyə sədri Nümayəndə da Babəkə bir ədəd balaca əyri ağac vermişdir. 2023-cü ilin mart ayının sonlarında oğlu Babək tərəfindən Oğuz rayonu, Kərimli Bələdiyyəsinə məxsus olan qəbristanlıqdan (ziyarətgah) 5 ədəd palıd cinsindən olan yaş ağacları kəsməsi ona məlum olmuşdur. Ona görə də bu barədə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat vermişdir. 10 aprel 2023-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları qeyd etdiyi əraziyə gələrək oğlu Babək tərəfindən kəsilmiş ağacların olduğu yerə onun, Kərimli Bələdiyyəsinin sədri Nümayəndə və bələdiyyə işçisi Əlibaba Əlibalayevin iştirakı ilə baxış keçirərək akt tərtib etmişlər, o da aktın doğruluğuna imza atmışdır. Qanunsuz kəsilmiş 05 ədəd palid cinsindən olan ağacları oğlu Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayinin əvvəllərində kəsib, bu barədə məlumatı sonradan olub, oğlu Babəklə söhbət edərkən ağacların onun tərəfindən kəsildiyini demişdir. Məhkəmə iclasında Şahid2 ifadə verərək bildirdi ki, 2009-cu il tarixdən Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 sayli Regional Ekologiya vəTəbii Sərvətlər İdarəsinin Ətraf mühitin Mühafizəsinə nəzarət və Ekoloji monitorinqi sektorunda aparıcı məsləhətçi-müfəttiş vəzifəsində işləyir. Oğuz rayonu Kərimli kənd sakini Şahid1 tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə daxil olmuş xx.xx.2023cü il tarixli İD 17357 saylı müraciət əsasında 10 aprel 2023-cü il tarixdə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli 79 saylı sərəncamına əsasən İdarənin mühafizə yegeri Şahid3lə birlikdə Oğuz rayonu, Kərimli kəndi ərazisində yerləşən qəbristanlığa getmişlər. Həmin vaxt qəbristanlıqda 1 ədədinin diametri 30 sm, 1 ədədinin diametri 34 sm, 1 ədədinin diametri 44 sm, 1 ədədinin diametri 52 sm və 1 ədədinin diametri 110 sm olan kök üstə yaş palıd cinsindəki ağacların müvafiq orqanların icazəsi olmadan kəsildiyi müəyyən olunmuşdur. Dərhal bələdiyyə sədri Nümayəndə, bələdiyyə işçisi Əlibala Əlibabayevin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mühafizə yegeri Şahid3 və Şahid1 iştirakı ilə akt tərtib etmiş, adları qeyd olunan şəxslər də aktın doğru olduğunu imzaları ilə təsdiq etmişlər. Söhbət zamanı Şahid1 həmin ağacların oğlu Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kəsildiyini bildirmişdir. Qeyd edilən ərazidə kəsilmiş 05 ədəd palıd cinsindən olan köküstə yaş ağacın kəsilməsi ilə bağlı müfəttiş tərəfindən ziyanliq hesablanaraq çıxarılmiş, dəymiş zərərin cəmi 6150 (altı min bir yüz əlli) manat olmasi müəyyən edilmiş və tərtib edilən akt həcm qiymət cədvəli ilə birlikdə hüquqi qiymət verilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. Məhkəmə iclasında Şahid3 ifadə verərək bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 sayli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mühafizə yegeri vəzifəsində işləyir. Oğuz rayonu Kərimli kənd sakini Şahid1 tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə daxil olmuş xx.xx.2023-cü il tarixli İD 17357 saylı müraciət əsasında 10 aprel 2023-cü il tarixdə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli 79 saylı sərəncamına əsasən 7 sayli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və Ekoloji monitorinqi sektorunda aparıcı məsləhətçi müfəttiş vəzifəsində işləyən Şahid2lə birlikdə Oğuz rayonu, Kərimli kəndi ərazisində yerləşən qəbristanlığa getmişlər. Orada 1 ədədinin diametri 30sm, 1 ədədinin diametri 34 sm, 1 ədədinin diametri 44 sm, 1 ədədinin diametri 52 sm və 1 ədədinin diametri 110 sm olan kök üstə yaş palıd cinsindəki ağacların müvafiq orqanların icazəsi olmadan kəsilməsi müəyyən olunmuşdur. Şahid2 tərəfindən dərhal bələdiyyə sədri Nümayəndə, bələdiyyə işçisi Əlibala Əlibabayevin, Şahid1 və onun iştirakı ilə akt tərtib edilmiş, adları qeyd olunan şəxslər də aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Söhbət zamanı Şahid1 həmin ağacların oğlu Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kəsilməsini bildirmişdir. Qeyd edilən ərazidə kəsilmiş 05 ədəd palıd cinsindən olan köküstə yaş ağacın kəsilməsi ilə bağlı müfəttiş tərəfindən ziyanliq hesablanaraq çıxarılmiş, dəymiş zərərin cəmi 6150 manat olmasi müəyyən edilmiş və tərtib edilən akt həcm qiymət cədvəli ilə birlikdə hüquqi qiymət verilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş protokoldan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə “Hadisə yerinə baxış keçirilmiş”, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (cinayət işi vər. 12-18) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Kərimli Bələdiyyəsinin mülkiyyətində olan qəbristanlıqdan yaş kök üstə ağacları qanunsuz olaraq kəsdiyi yeri əyani şəkildə göstərmişdir. (cinayət işi vər. 68-72) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 18 sentyabr 2023-cü il tarixli qərarla və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Oğuz rayonu Kərimli Bələdiyyəsi hüquqi şəxs olaraq zərər çəkmiş şəxs qismində, həmin tarixdə isə Oğuz rayonu Kərimli Bələdiyyəsinin sədri Nümayəndə isə zərərcəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. (cinayət işi vər. 39-45) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 10 aprel 2023-cü il tarixli 78507 nömrəli aktdan və “Yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması” cədvəlindən göünür ki, 5 ədəd (1 ədədinin diametri 30 sm, 1 ədədinin diametri 34 sm, 1 ədədinin diametri 44 sm, 1 ədədinin diametri 52 sm və 1 ədədinin diametri 110 sm) palıd cinsindən olan ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə 6150 manat (altı min bir yüz əlli) maddi ziyan vurulmuşdur (cinayət işi vər. 07-08) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəməəmtəşünaslıq ekspertizasının 10 iyul 2023-cü il tarixli 9/4600 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına 7 saylı RETSİ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 78507 nömrəli aktda göstərilən, Oğuz rayonu Kərimli kəndində yerləşən, bələdiyyə mülkiyyətinə aid olan qəbristanlıq ərazisindən ümumilikdə 5 ədəd palıd ağacının qanunsuz kök üstə yaş kəsilərək (tikinti və abadlaşdırma istisna olmaqla) təbiətə dəymiş ziyanın məbləği 6150 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 manat təşkil edir. (cinayət işi vər. 26-29) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 5 ədəd palıd cinsindən olan ağacları tək kəsdiyi, digər şəxslərlə əlaqəsinin olmadığı müəyyən edilmiş, lakin qeyd edilən ağacları kəsərkən istifadə etdiyi motorlu mişarı satdığı şəxslərin dairəsi müəyyən edilməmişdir (cinayət işi vər. 67) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan və həmin tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqıda iltizam” qətimkan tədbiri seçilmişdir. (cinayət işi vər. 102-104) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş tələbnaməyə Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə Oğuz RPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, Azərbaycan Respublikası CPM-nin 73.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Habelə onun barəsində xx.xx.2020-ci ildə Oğuz RPŞ tərəfindən CM-nin 177.1-ci maddəsi ilə CPM-nin 40.3 (CM 72.2) maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (cinayət işi vər.73-74) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Azərbaycan Respublikası TƏBİB “Oğuz Rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş 30 sentyabr 2023-cü il tarixli 18-1-64/2-780/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Mərkəzi X1 Ruhi-əsəb kabinetində qeydiyyatda deyil, Narkoloji kabinetdə xx.xx.2020-ci il tarixdən “F10.2 Alkoqol qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. (cinayət işi vər. 57) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Oğuz rayon İcra Hakimiyyəti başçısının Kərimli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs təqaüdçüdür, Oğuz rayonu Kərimli kəndində qeydiyyatda olmaqla tək yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmur, belə ki, spirtli içkiyə meyllidir, bu səbəbdən yaratdığı ailə münaqişələri ilə bağlı məhkəmə qərarı ilə iki dəfə həbs edilmiş, bir neçə dəfə məcburi müalicəyə göndərilsə də bundan nəticə çıxarmamış, nəticədə ailəsi boşanmışdır. (cinayət işi vər. 60-62) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs qanunsuz olaraq kök üstə yaş ağacları kəsməklə Oğuz rayonu Kərimli Bələdiyyəsinə maddi ziyan vursa da, onun törətdiyi əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və artıq islah olunmağa başlamışdır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə məhkəmələrə izah edilir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsinə baxarkən cinayət və cinayət-prosessual qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini könüllü etiraf etməsini, törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi zərərin miqdarını, eyni zamanda zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin təqsirləndirilən şəxsdən şikayətçi olmasını işin faktiki halları kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət edən müddətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsəd və səmərəliliyini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməklə barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzasının çəkilmə müddətinin başlanğıcı onun tutularaq həbsə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə 50,00 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməklə barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı 12 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə 50(əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ 013601**********3944, SWİFT Bik: CTREAZ 22 hesabına köçürülsün. İş üzrə maddi sübut və digər məhkəmə xərclərinin olmadığı, mülki iddia tələbinin verilmədiyi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar