Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-26/2022 29.11.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1984-cü il tarixdə ünvan 1 ünvanında yaşayan, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olaraq evin yataq otağında olan termonun üst siyirməsindən 583 və 585 əyarlı olmaqla, 2355 manat dəyərində, 27,70 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli qızıl boyunbağı-qolbaq dəstini, 144 manat dəyərində, 1,69 qram çəkidə, sarı rəngli bir ədəd qızıl boyunbağını, 240 manat dəyərində, 2,83 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli bir cüt qızıl sırğanı, 141 manat dəyərində, 1,66 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar olan (bəzi qaş yerləri boş), sarı rəngli bir ədəd qızıl üzüyü, 169 manat dəyərində, 1,99 qram çəkidə, üzərində bir ədəd rəngsiz, şəffaf qaş olan, sarı rəngli bir ədəd qızıl üzüyü, 200 manat dəyərində, 2,38 qram çəkidə, üzərində bir ədəd rəngsiz, şəffaf qaş olan sarı rəngli bir ədəd qızıl üzüyü və 206 manat dəyərində, 2,42 çəkidə, halqa formalı, qırmızımtıl-sarı rəngli bir ədəd qızıl üzüyü qəsdən gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 3455 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz şəhərində yaşayır. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdən tanıyır və həmin müddətdən sonra onunla aralarında sevgi münasibətləri yaranmış və o, bəzi vaxtlarda Elviranı görmək üçün onların yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə Elvira heç bir səbəb olmadan ondan ayrılmaq istədiyini bildirmiş, həmin gündən aralarında mübahisə yaranmışdır. xx.xx.2022-ci il tarixdə o, Elvira ilə mobil telefon vasitəsilə danişan zaman onların evinə gələcəyini bildirmişdir. Həmin gün spirtli içki qəbul etdiyindən Elviranın yaşadığı evə nə zaman və necə getdiyini dəqiqliyi ilə xatırlamır, ancaq həmin vaxt Elviranın yaşadığı evdə heç kimin olmadığı yadındadır. Sonradan özünün mobil telefonuna baxanda isə həmin gün Elviragilin evində olarkən ayaqqabılarını çıxarıb Elviranın otağına keçərək çarpayıda uzandığı, üst köynəyini də çıxararaq bu vəziyyətdə telefonla öz şəkillərini çəkdiyini görmüşdür. Elviranın qızıl zinət əşyalarını haradan və hansı şəraitdə götürdüyünü isə xatırlamır. Lakin bir müddət sonra Elviranın həmin otağa gəlməsi və onu evdə görüb gəlməsinin səbəbini soruşaraq barəsində polisə şikayət edəcəyini deməsi yadındadır. Bundan sonra Elvira polis şöbəsinə zəng edərək bu barədə məlumat vermiş, o isə həmin vaxt həyətə düşmüş, düşərkən öz ayaqqabılarını deyil, pilləkənin qarşısındakı tərlikləri geyinmişdir. Bundan sonra oraya polis əməkdaşları gəlmiş, həmin vaxt o, əlindəki qızıl zinət əşyalarını polis əməkdaşlarına göstərərək Elvira ilə barışmaq istədiyini, onunla barışarsa, qızılları verəcəyini demişdir. Həmin vaxt içkili oduğundan başqa nə dediyini dəqiqliyi ilə xatırlamır. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar və o, polis şöbəsində etdiyi oğurluq hadisəsini etiraf etmişdir. Elviranın yaşadığı evin həyətində tapılmış iki ədəd qızıl üzüyün isə o, həyətə düşərkən cibindən düşdüyünü güman edir, digər qızıl zinət əşyalarını isə özü könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, qeyd etdi ki, o, ilk dəfədir ki, cinayət hadisəsi törədir. Törətdiyi cinayət əməlini etiraf etmiş və əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxs yaşadığı evdən götürdüyü qızıl zinət əşyalarını könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin qızıl zinət əşyaları sonradan zərərçəkmiş şəxsə qaytarılmaqla ona dəymiş maddi ziyanı tam şəkildə aradan qaldırılmışdır. O, zərərçəkmiş şəxslə barışıb razılıq əldə etməyə təşəbbüs göstərsə də, zərərçəkmiş şəxs onu bağışlamamışdır. O, hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olaraq yaşadığı ərazidə çayxanada işləyir, işinin xüsusiyyətindən asılı olmaqla, onun iş rejimi əksər vaxtlarda səhər saatlarından gecə saatlarınadək davam edir. Hazırki vəziyyətdə həmin iş yeri onun yeganə dolanacaq mənbəyidir. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi onun özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən tanıyır, onunla ailə quracağını düşündüyü üçün aralarında ciddi münasibətlər yaranmışdır. Tanışlıq müddətində Tural onun yaşadığı evə gəlmiş və o, Turalı öz ailə üzvləri ilə tanış etmişdir. Tanışlıq müddətindən bir ay keçdikdən sonra o, Turalla ailə qura bilməyəcəyini anladığı üçün Turaldan ondan uzaqlaşmasını xahiş etmişdir. Lakin Tural onun mobil telefon nömrəsinə mütamadi olaraq zəng edib onu narahat etmiş, ayrılacağı təqdirdə onu biabır edəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadıqları evin küçə qapısının qarşısında anası Validə ilə söhbət edərkən havanın tədricən qaraldığını gördüyü üçün evə qayıtmış və öz otağına daxil olarkən evdə gecə işığının yandığını görmüşdür. Evin işığını yandıran zaman evdə yorğan-döşək yığılan çarpayının arxasında bir nəfərin olduğunu görmüşdür. O, qışqıraraq anasını köməyə çağırmış və anası otağa gələndə həmin şəxs çarpayının arxasından çıxaraq həyətə qaçmışdır. Bu zaman o, həmin şəxsin Tural olduğunu görmüş, bundan sonra polis şöbəsinə zəng edərək polis əməkdaşlarını köməyə çağırmışdır. Polis əməkdaşları gəldikdən sonra evə baxdıqda yataq otağının dağınıq vəziyyətdə olduğunu və otaqda olan termonun üst siyirməsində saxladığı özünə məxsus qızıl zinət əşyalarının yerində olmadığının şahidi olmuşdur. Polis əməkdaşları Turalı evin həyətində saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində Turalın polis əməkdaşlarına təhvil verdiyi qızıl zinət əşyaları saxlanılması üçün sonradan ona təqdim edilmiş, həmin əşyaların içərisində aşkar olunmayan iki ədəd qızıl üzük ertəsi gün onların yaşadığı evin həyətindən, yəni polis əməkdaşları Turalı saxlayaraq apardıqları yerdən tapılmışdır. Tural ilə aralarında ədavət və düşmənçilik olmamış, ancaq münasibətləri pozulduğuna görə o, Turalın onun yaşadığı evə gəlməsinə etiraz etmiş, buna baxmayaraq Tural ondan icazə almadan onların yaşadığı evə gələrək heç kimin görmədiyi şəraitdə evə daxil olmuş və ona məxsus qızıl zinət əşyalarını oğurlamışdır. Zərərçəkmiş şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, ona məxsus olan, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış qızıl zinət əşyaları istintaq orqanı tərəfindən saxlanılmaq üçün ona təqdim edilməklə sonradan ona qaytarılacağı təqdirdə də, o, təqsirləndirilən şəxsi bağışlamamış və onunla barışmamışdır. Hazırda da təqsirləndirilən şəxsdən şikayətçidir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş, Zərərçəkmiş şəxs anası Şahid1 qızı da hadisənin baş vermə şəraiti, yeri və vaxtı barədə zərərçəkmiş şəxsin ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdi. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində qeyd etmişdir ki, o, Oğuz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində əməliyyat istintaq qrupunun tərkibində olarkən ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs polis şöbəsinin növbətçi hissəsinə zəng edib bir nəfərin onun yaşadığı evə girərək onu narahat etməsi ilə bağlı müraciət etmişdir. Daxil olmuş məlumat əsasında o, əməliyyat istintaq qrupunun üzvləri Şahid3 və İlkin Məmmədov ilə birlikdə qeyd olunan ünvana getmişdir. Həmin vaxt xidmətdə olan polis nəfərləri Şahid5 və Şahid4 da oraya gəlmişlər. Onlar həmin yerə çatarkən Zərərçəkmiş şəxs yaşadığı evdə adı onlara sonradan məlum olan Təqsirləndirilən şəxs olduğunu görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs cibindən qızıl zınət əşyaları çıxarmış və Zərərçəkmiş şəxs onunla barışacağı təqdirdə həmin qızılları Elvira verəcəyini bildirərək qızıl zınət əşyalarını onlara təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən götürüb polis şöbəsinə gətirmiş, onu və təqdim etdiyi qızıl zinət əşyalarını növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Oğuz rayon Polis Şöbəsinin əməkdaşları Şahid3, Şahid5 və Şahid4 da Şahid2 ifadəsinin məzmununa uyğun ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarına əlavə edilmiş, Şahid2 tərəfindən Oğuz rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:15-də polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs və onun təqdim etdiyi qızıl zinət əşyaları növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokol və qeyd edilən protokola əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evdən oğurladığı və sonradan polis əməkdaşlarına təqdim etdiyi qızıl zinət əşyalarını əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokol və qeyd edilən protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə və evin içərisinə Təqsirləndirilən şəxs daxil olduğu yeri, evdə qızıl zinət əşyalarının saxlanıldığı yeri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokol və qeyd edilən protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən tapılmış iki ədəd qızıl üzüyə istintaq zamanı onun özünün iştirakı ilə baxış keçirilmişdir. İş materiallarına əlavə edilmiş “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə daxil olmaqla həmin evdən qızıl zinət əşyalarını oğurladığı yeri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onların yaşadığı, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə daxil olmaqla həmin evdən qızıl zinət əşyalarını oğurladığı yeri, həmçinin yaşadıqları evin həyətindən iki ədəd qızıl üzüyü tapdığı yeri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4719-9/6275 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən ekspertiza məmulatlarının metalı, əyarı, qaşlarının təbiəti və digər göstəriciləri nəzərə alınmaqla, 2022-ci ilin avqust ayı üçün orta bazar qiyməti ilə ümumi dəyəri, təxminən, 3455 manat manat miqdarında müəyyən edilir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 140 manat təşkil edir). İş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq zamanı verilmiş xx.xx.2022-ci il tarixli ərizədən müəyyən edilir ki, zərərçəkmiş şəxs ərizə verərək Təqsirləndirilən şəxs oğurladığı və Oğuz rayon Polis Şöbəsinə təqdim edilmiş qızıl zinət əşyalarının ekspertiza ilə müəyyən edilmiş dəyəri ilə bağlı hər hansı etirazının olmadığını və ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, bununla belə, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon X1 Qrupunun baş müstəntiqi Elçin İsmayılovun sübutların qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs oğurladığı və Oğuz rayon Polis Şöbəsinə təqdim edilmiş qızıl zinət əşyaları maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs oğurladığı və Oğuz rayon Polis Şöbəsinə təqdim edilmiş qızıl zinət əşyaları saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə saat 21:15-də Oğuz rayon Polis Şöbəsinə gətirilərək cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Oğuz rayon X1 Qrupunun baş müstəntiqi Elçin İsmayılovun xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmadan azad edilməklə onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş “Oğuz rayon Mərkəzi Xəstəxanası” X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 726 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayon Mərkəzi Xəstəxanasının “Ruhi-əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10- 0/742 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə həmin Nümayəndəliyin ərazisində yaşayır, onun ailəsi valideynləri və qardaşından ibarətdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Onun barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10- 0/910 nömrəli arayışdan, vergi ödəyicisinin qeydiyyatı barədə məlumatdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs hal-hazırda Oğuz şəhəri H.Əliyev küçəsindəki çay evində sahibkarlıq fəaliyyəti ilə məşğul olur və vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, cinayət nəticəsində əldə edilmiş əmlakların axtarışına və tapılmasına fəal kömək etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın könüllü olaraq aradan qaldırılması Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs digər şəxsə məxsus əmlakları gizli olaraq talasa da, onun törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etdiyini, həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmasa da, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb razılıq əldə etməyə təşəbbüs göstərdiyini onun şəxsiyyətini səciyyələndirən və xarakterizə edən hallar kimi nəzərə alaraq təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıb razılıq əldə etməyə təşəbbüs göstərdiyini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət örətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini könüllü etiraf etməsini, törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi zərərin miqdarını, həmin zərərin də ödənildiyini, o cümlədən, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın islah olunmasına təsiri imkanlarını nəzərə alaraq təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cəzalardan az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, eyni zamanda, zərərçəkmiş şəxsin hazırda da təqsirləndirilən şəxsdən şikayətçi olmasını işin faktiki halları kimi nəzərə alaraq həmin cəzanın 2 il müddətinə müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:15-dən xx.xx.2022-ci il tarixdə saat 16:45-dək şübhəli şəxs qismində saxlanıldığı müddət 2 gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq yaşadığı ərazidə çayxanada işlədiyini, işinin xüsusiyyətindən asılı olmaqla, onun iş rejiminin əksər vaxtlarda səhər saatlarından gecə saatlarınadək davam etdiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs faydalı işlə məğul olaraq özünün gündəlik dolanacaq xərclərini təmin edə bilməsinə şərait yaratmaq məqsədi ilə ona hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 24:00-dan saat 08:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs verilmiş, 583 və 585 əyarlı olmaqla, 27,70 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli qızıl boyunbağı-qolbaq dəsti, 1,69 qram çəkidə, sarı rəngli bir ədəd qızıl boyunbağı, 2,83 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli bir cüt qızıl sırğa, 1,66 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar olan (bəzi qaş yerləri boş), sarı rəngli bir ədəd qızıl üzük, 1,99 qram çəkidə, üzərində bir ədəd rəngsiz, şəffaf qaş olan, sarı rəngli bir ədəd qızıl üzük, 2,38 qram çəkidə, üzərində bir ədəd rəngsiz, şəffaf qaş olan sarı rəngli bir ədəd qızıl üzük və 2,42 çəkidə, halqa formalı, qırmızımtıl-sarı rəngli bir ədəd qızıl üzükdən ibarət qızıl zinət əşyaları hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə 140 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:15-dən xx.xx.2022-ci il tarixdə saat 16:45-dək şübhəli şəxs qismində saxlanıldığı müddət 2 gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 24:00-dan saat 08:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz şəhəri A.Əsgərov küçəsi ev 38 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə 140 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs verilmiş, 583 və 585 əyarlı olmaqla, 27,70 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli qızıl boyunbağı-qolbaq dəsti, 1,69 qram çəkidə, sarı rəngli bir ədəd qızıl boyunbağı, 2,83 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli bir cüt qızıl sırğa, 1,66 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar olan (bəzi qaş yerləri boş), sarı rəngli bir ədəd qızıl üzük, 1,99 qram çəkidə, üzərində bir ədəd rəngsiz, şəffaf qaş olan, sarı rəngli bir ədəd qızıl üzük, 2,38 qram çəkidə, üzərində bir ədəd rəngsiz, şəffaf qaş olan sarı rəngli bir ədəd qızıl üzük və 2,42 çəkidə, halqa formalı, qırmızımtıl-sarı rəngli bir ədəd qızıl üzükdən ibarət qızıl zinət əşyaları hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(054)-26/2022
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-26/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver