Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-26/2024 27.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X2 iştirakı ilə, xx xxxxxxxx 1986-cu ildə Oğuz rayon Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, cavabdeh kimi ondan xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 100,00 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi barədə Oğuz Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(054)-332/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Oğuz Rayon Məhkəməsinin 3(054)-152/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasi İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün inzibati həbs olunmus, həmin məhkəmənin 3(054)-82/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasi İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 gün inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə məsuliyyət elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 26 fevral 2024-cü tarixədək 6273,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş X4 qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşi ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Cinayət işinin materiallarına əsasən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmis ittihamda özünü təqsirli bilməklə göstərmişdir ki, X7 ilə ailə quraraq evlənmiş və birgə nikahdan övladları anadan olmuşdur. Bir-birlərini başa düşmüşlər, aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailədə yaranmış mübahisələr nəticəsində birgə yaşayışları mümkünsüz olmuş və mövcud nikah əlaqələri faktiki olaraq kəsilmişdir. Oğuz Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(054)- 332/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 100,00 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmiş, icra orqanının tələblərinə baxmayaraq maliyyə cətinlikləri olduğu üçün təqdimat verilənədək alimenti ödəyə bilməmiş və həmin vaxta 6273,00 manat aliment borcu yaranmışdır. Fərdi əməklə məşğul olaraq müxtəlif təsərrüfatlarda fəhlə kimi çalışmışdır. 200-300 manat arası aylıq qazancı olur. İcra məmuru aliment borcunun ödənilməsi ilə əlaqədar ondan izahatlar almiş, hətta Oğuz Rayon Məhkəməsinin 3(054)-152/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün inzibati həbs olunmuş, həmin məhkəmənin 3(054)-82/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 gün inzibati qaydada həbs olunmasina və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıq olunmasına, müvafiq əmək fəaliyyətilə məşğul olaraq, əmək haqqı almasına baxmayaraq alimenti ödəməmişdir. Alimentin ödənilməməsinin səbəbi maddi imkanının az olması ilə əlaqədardır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ailə qurduqdan sonra birgə nikahdan övladları xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X10 anadan olmuşlar. Ayrıldıqdan sonra övladları onun himayəsində qalmışdır. Aliment tələbi ilə məhkəmədə iddia qaldırmış və Oğuz Rayon Məhkəməsinin qanuni güvvəyə minmis 2(054)-332/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi Təqsirləndirilən şəxs uşağların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay 100,00 manat, cəmi 300 manat vəsaitin ona verilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Oğuz rayon İcra və probasiya şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, Təqsirləndirilən şəxs isə alimenti tam olaraq ödəməkdən birmənalı şəkildə imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Oğuz Rayon Məhkəməsinin 3(054)-152/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasi İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün inzibati həbs olunmus, həmin məhkəmənin 3(054)-82/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 gün inzibati həbs edilmisdir. Bundan sonra da icra məmuru alimentin ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim etməsinə baxmayaraq o, məhkəmə aktını qərəzli şəkildə icra etməmisdir. Cinayət işinin materiallarına əsasən Oğuz rayon İcra və probasiya şöbəsinin şahid qismində dindirilmiş rəisi Şahid2 və icra məmuru Şahid1 da eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdi, ərizə təqdim edərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bildi, zərərçəkmişin ərizəsi ilə tanış olduğunu, ərizəyə iradının olmadığını bildirdi, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini və xx.xx.2024-cü il tarixli ərizəsinin məzmununu təsdiq etdi, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə Oğuz Rayon Məhkəməsinin icraatında olan cinayət təqibinə xitam verməklə onun məsuliyyətdən azad olunması barədə qərar çıxarılmasını xahiş etdi. Oğuz Rayon Məhkəməsinin işdə olan və məhkəmə iclasında tədqiq edilən 02 sentyabr 2021-ci il tarixli qətnaməsinin və həmin tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı X7 ilə cavabdeh Təqsirləndirilən şəxs arasında xx.xx.2012-ci ildə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində 27 nömrə ilə qeydə alınmış nikah pozulmuş, azyaşlı uşaqlar iddiaçının himayəsində saxlanmaqla xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ciil təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat alimentin xx.xx.2021-ci il tarixdən Təqsirləndirilən şəxs tutularaq X4 ödənilməsi qət edilmişdir. (iş vər: 13-15). Oğuz rayon İcra və probasiya şöbəsinin işdə olan və məhkəmə iclasında tədqiq edilən tələbin könüllü icrası haqqında 217668/2021-31-5-004 saylı, 07 sentyabr 2021-ci il tarixli bildirişinin, 08 sentyabr 2021-ci il tarixli çağırışın, xx.xx.2022-ci il tarixli, xx.xx.2022ci il tarixli izahat və iltizamın, həmin tarixli rəsmi xəbərdarlığın, xx.xx.2022-ci il tarixli izahat və məktubun, xx.xx.2022-ci il tarixli SMS bildirişin, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli izahatların, xx.xx.2022-ci il tarixli cinayət xəbərdarlığının, xx.xx.2023-cü il tarixli məktub və xx.xx.2023-cü il tarixli cinayət xəbərdarlığının, həmin tarixli izahat və iltizamın, xx.xx.2023-cü il tarixli izahatın, xx.xx.2023-cü il tarixli cinayət xəbərdarlığının və SMS bildirişin,xx.xx.2023-cü il tarixli cinayət xəbərdarlığının və izahatın, xx.xx.2023-cü il tarixli izahatın, xx.xx.2023-cü il tarixli cinayət xəbərdarlığının, xx.xx.2023-cü il tarixli izahatın və cinayət xəbərdarlığının, xx.xx.2023-cü il tarixli cinayət xəbərdarlığının, xx.xx.2023-cü il tarixli izahat və cinayət xəbərdarlığının, xx.xx.2024-cü il tarixli izahat və cinayət xəbərdarlığının surətindən görünür ki, Təqsirləndirilən şəxs qətnamənin könüllü icrası təklif edilmiş, əks təqdirdə məsuliyyət daşıdığı barədə dəfələrlə xəbərdarlıq edilmişdir.(iş vər: 19-20, 21, 33-34, 42-43, 44, 46-48,51,59, 65, 67-70, 75, 81-82, 85-86, 99-100,105- 107, 115-116,121-122). Oğuz Rayon Məhkəməsinin işdə olan və məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında iş üzrə xx.xx.2022-ci il tarixli, 3(054)-152/2022 saylı və xx.xx.2023-cü il tarixli, 3(054)-82/2023 saylı qərarlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 və 12 gün inzibati qaydada həbs edilmişdir. (iş vər: 63-64, 79-80) Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin işdə olan və məhkəmə iclasında tədqiq edilən cinayət işi üzrə yoxlamalara dair tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (iş vər: 185-186) Zərərçəkmiş şəxs işdə olan və məhkəmə iclasında tədqiq edilən notarial qaydada təsdiq olunmuş 22 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırki vaxta ona olan aliment borcunu tam şəkildə ödəmiş, heç bir qalıq borcu yoxdur. Onunla barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə Oğuz Rayon Məhkəməsinin icraatında olan cinayət təqibinə xitam verməklə onun məsuliyyətdən azad olunmasını və Oğuz rayon İcra qurumundan bundan sonrakı aliment ödənişi üzrə icraatın “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsinə əsasən dayandırılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün, zərərçəkmiş şəxsin və şahidlərin cinayət işi materiallarında olan ifadələri, sənədlər və iş üzrə araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutlara obyektiv hüquqi qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən əməli həmin maddə ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ərizələri və məhkəmə iclasında verdikləri ifadələri ilə bağlı cinayət prosessual qanunvericiliyin aşağıdakı tələblərini nəzərə çatdırır. 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.138.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd “ hissəsinə edilmiş əlavəyə əsasən bu Məcəllənin 306.1 və 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Qanunun 2.7-ci maddəsinə görə bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd olunan Məcəllənin 321-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-26/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-26/2024
27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver