Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-26/2025 08.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, xx.xx.1985-ci ildə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Xaçmaz kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Belə ki o xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Oğuz rayonu, Xaçmaz kəndində yerləşən “Zirvə” şadlıq sarayının həyətyanı sahəsində olan eyni adlı kafedə həmkəndlisi Zərərçəkmiş şəxs1 ilə oturub spirtli içki qəbul edən zaman Etibarın onu təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı vətəndaşlаrın gözləri qarşısında söyüşlər söyməklə Etibarı təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozаn, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 üzərinə hücum edib, zor tətbiq etməklə onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə qəsdən bir neçə dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs1 alnın orta hissəsinin, burunun, alt dodağın sol tərəfinin, sol dirsək oynağının arxa səthinin, sağ kürəyin bayır yuxarı hissəsinin, sağ saidin arxa orta 1/3-nin, sol dizin ön aşağı hissəsinin sıyrığı ilə müşayiət olunan xəsarətlər yetirmiş, bundan sonra özünün ictimai təhlükəli əməlini davam etdirərək Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2la aralarında yaranmış mübahisə zamanı onun burun nahiyəsinə qəsdən bir neçə dəfə yumruq vurmuş, Zərərçəkmiş şəxs2 burunun sıyrığı ilə müşayiət olunan xəsarət yetirməklə 20 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində həmkəndlisi Samir adlı şəxsin qız övladına Oğuz rayonu Xaçmaz kəndində yerləşən “Zirvə” şadlıq sarayında təşkil etdiyi toy məclisinə getmişdir. Etibar da həmin toy məclisinə dəvətli olmuşdur. Ancaq İlqarı həmin toy məclisində görməmişdir. Toy şənliyi bitdikdən sonra təxminən saat 18 radələrində Etibarla söhbətləşib pivə içmək qərarına gəlmişlər. Bu səbəblə şadlıq sarayının ərazisində yerləşən kafeyə getmişlər. (pivəxana). Etibar da, özü də həmin gün toy şənliyində spirtli içki (araq) qəbul etmişlər. Etibarla kafedə oturub 6 bakal pivə içdikdən sonra zarafatlaşmağa başlamışlar. Zarafat əsnasında Etibar yumruğu ilə stola vurmuş və stolun üstündə olan qab-qacaq yerə dağılmışdır. Bundan sonra hər ikisi sərxoş olduqları üçün aralarında olan mübahisə daha da qızışmış və əlbəyaxa olmuşlar. O ilk öncə Etibarın burun nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Həmin vaxt Etibar xəsarət almışdır. Etibar da ona qarşılıq verərək, sol göz nahiyəsinə bir dəfə yumruqla vuraraq ona xəsarət yetirmişdir. Yaranmış səs-küyə Etibarın qardaşı İlqar gəlmiş və İlqarla da arasında mübahisə yaranmış, onunla da əlbəyəxa olmuşlar. Həmin vaxt İlqarın da burun və bədən nahiyələrinə bir neçə dəfə yumruqla vurmuşdur. Həmçinin İlqar da onun bədən və sağ qol nahiyəsinə bir neçə dəfə yumruqla vuraraq onu döymüşdür. Həmin vaxt sağ qol nahiyəsindən yüngül xəsarətlər almışdır. Bundan sonra həmin kafedə istirahət edən müştərilər, səs-küyə toplaşmış digər şəxslər onları aralaşdırmışlar. Həmin vaxt yüksək dərəcədə sərxoş olduğu üçün ətrafda kimlərin olmasını xatırlamır. Qardaşlarla arasında olan söz-söhbət və dava-dalaş təxminən 20 dəqiqə davam edə bilərdi. Etdiyi əməldən peşmandır, amma xuliqanlıq etdiyini qəbul etmir. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır, onlara dəyən maddi və mənəvi ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi yoxdur. Onların bu barədə notarial qaydada təsdiq edilmiş ərizələri məhkəməyə təqdim edilmişdir. Ailəlidir, himayəsində iki azyaşlı övladı vardır. Müdafiəçinin çıxışını təsdiq edərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Belə ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, təqsirləndirilən şəxs Əlvanla ataları xalauşağıdırlar. Əvvəllər Əlvanla küsülü olublar. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində həmkəndlisi Samir adlı şəxsin qız övladına Oğuz rayonu Xaçmaz kəndində yerləşən “Zirvə” şadlıq sarayında təşkil etdiyi toy məclisinə getmişdir. İlqar da həmin toy məclisinə dəvətli olmuşdur. Ancaq İlqarı həmin toy məclisində görməmişdir. Toyda Əlvanı çölə çağırmış və onunla ədavətinin olub-olmadığını soruşmuşdur. Əlvan ədavətinin olmadığını dedikdən sonra qucaqlaşıb barışmışlar. Toy şənliyi bitdikdən sonra təxminən saat 18 radələrində Əlvanla söhbətləşib pivə içmək qərarına gəlmişlər. Bu səbəblə şadlıq sarayının ərazisində yerləşən kafeyə getmişlər (pivəxana). Həmin gün ikisi də toy şənliyində spirtli içki (araq) qəbul etmişlər. Əlvanla kafedə oturub 6 bakal pivə içdikdən sonra zarafatlaşmağa başlamışlar. Zarafat əsnasında Əlvan nalayiq ifadələr işlətmişdir. Bu vaxt əsəbləşmiş, öz telefonunu yerə çırpmış və stolun üstünə yumruqla vurmuşdur. Bundan sonra Əlvan onun üstünə cummuş və əlbəyaxa olmuşlar. Həmin vaxt Əlvan onun burun və bədən nahiyələrinə bir neçə dəfə yumruqla vuraraq onu döymüşdür. O da Əlvanın göz nahiyəsinə yumruqla vurmuşdur. Hadisə nəticəsində huşunu itirərək yerə yıxılmışdır. Bu vaxt qardaşı İlqar gəlmiş, Əlvanla İlqarın arasında dava-dalaş yaranmışdır. Dava-dalaş zamanı huşu yarı itmiş vəziyyətdə gözlərini açdıqda İlqarın yerdə uzandığını, Əlvanın onu təpiklədiyini görmüşdür. Sonradan yenə huşunu itirmişdir. Əlvan həmin vaxt İlqarın barmağını dişləmişdir.Yüksək dərəcədə sərxoş olduğu üçün ətrafda kimlərin olmasını xatırlamır, ancaq həmin vaxt kafedə oturan müştərilər və yaranmış səs-küyə gələn digər şəxslər olmuşdur. Belə ki, ayılanda ətrafda olan şəxslərin sakitçilik yaratdığını görmüşdür. Aralarında olan mübahisə və dava-dalaş təxminən 20 dəqiqə davam etmişdir. Davanın səhəri günü barışmışlar. Onları polisə bir neçə gün sonra dəvət etmişlər. Əlvan kənar şəxslərin ünvanına söyüş söymüş, o isə söyüş söyməməsini, çıxıb getməsini söyləmişdir. Onun xəsarəti burnundan və kürəyindən olub. Qolunda olan yanıq xəsarətlərinin hazırki məsələyə aidiyyəti yoxdur, maşında radiatordan su qaynayanda yanıb. Hazırda təqsirləndirilən şəxs tərəfindən onlara dəyən maddi və mənəvi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Barışmışlar. Bu məzmunda imzaları notarial qaydada təsdiq edilmiş ərizələrini də məhkəməyə təqdim etmişlər. Əlvanın cəzalanmasını istəmir. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla həm də qohumluq əlaqələri vardır. Onunla düşmənçilik və ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yaşadığı Oğuz rayonu Xaçmaz kəndində yerləşən “Zirvə” şadlıq sarayının ərazisində olan kafeyə getmiş, Natiq və adını bilmədiyi bir nəfər şəxslə domino oynamağa başlamışdır.O, kafeyə gələndə qardaşı Etibar və Əlvan oturub pivə içirdilər. Onlardan bir az aralı otursa da hər ikisinin sərxoş olduğunu bilmişdir. Həmin gün onların hər ikisi şadlıq sarayında həmkəndliləri Samirin qızının toy məclisindən çıxmışdılar. Kənardan baxdıqda aralarında gərginlik hiss olunurdu. Sonra onlar arasında mübahisə başladı və əlbəyaxa oldular. Ayağında mil olduğundan və yeriməkdə çətinlik çəkdiyindən, qıçının yenidən qırılacağından qorxduğundan, həmçinin həkim ona ehtiyatlı olmağı tövsiyə etdiyindən onlara yaxınlaşmamışdır. Sonra Əlvanın qardaşının burnundan yumruqla vurduğunu və Etibarın yerə yıxıldığını görüb yaxınlaşmış və Əlvanın yaxasından tutaraq itələmişdir. Əlvan onun da burun nahiyəsindən vurmuş, zərbənin təsirindən yerə yıxılmışdır. Əlvan onu təpikləməyə başlamışdır. Özünü müdafiə etmək üçün əl-qol atarkən Əlvan onun barmağından dişləmişdir. Bundan sonra ətrafda olan şəxslər və kafeyə gəlmiş adamlar onları aralamışlar. Həmin vaxt o, sərxoş olmayıb. Mübahisə kiminsə barəsində öz aralarında olan söhbətə görə başlayıb. Onlardan 5-6 metr aralıqda olub. Qulağı ağır eşitdiyindən söhbətin nədən getdiyini bilməyib. Onlar toydan çıxmışdılar. Yoldakı adamlar aralıda idilər.Kimin-kimi vurduğunu bilməyib. Hazırda təqsirləndirilən şəxs tərəfindən onlara dəyən maddi və mənəvi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Barışmışlar. Bu məzmunda imzaları notarial qaydada təsdiq edilmiş ərizələrini də məhkəməyə təqdim etmişlər. Əlvanın cəzalanmasını istəmir. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Şahid1 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs, Etibar və Zərərçəkmiş şəxs2 qardaşlarını tanıyır, hər üçü onun həmkəndlisidir, aralarında ədavət və düşmənçilik yoxdur. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Oğuz rayonu Xaçmaz kəndində yerləşən “Zirvə” adlı şadlıq sarayının yaxınlığında olan “Oba” marketə getmişdir. Həmin vaxt kənardan şadlıq sarayının həyətyanı sahəsində yerləşən eyni adlı kafedə nə isə qarışıqlıq düşdüyünü görmüş, orada yüksək dərəcədə hay-küy düşmüş, söyüş səsləri eşidilmişdir. Bir az kənarda gözlədikdən sonra həmin kafeyə getmiş, Əlvan, Etibar və İlqar adlı şəxslərin arasında dava-dalaş olduğunu, ətrafda olan tanımadığı şəxslərin həmin şəxsləri aralaşdırdığını bilmişdir. Belə ki, dava-dalaşın sonuna doğru kafeyə getmişdir. Ürəyi xəstə olduğu üçün hay-küyü kənardan eşidib kafeyə getməyə qorxmuşdur. Ətrafda kimlərin olmasını xatırlamır, ancaq yaranmış səs-küyə çoxlu şəxslərin yığışdığını görmüşdür. Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan olunan, xx.xx.2025-ci il tarixdə daxil olmuş teleqramı ilə təsdiq etdiyi ifadəsi ilə də Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi sübut edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş üç ədəd fotoşəkildən görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadələrində göstərdiklərini hadisə yerində bir daha təsdiq etmiş, bununla bağlı protokol tərtib edilmiş və istintaq hərəkətinin gedişatı zamanı çəkilmiş fotolar iş materiallarına əlavə edilmişdir. (iş vər: 125-129) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən baxış keçirilməsi və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş yeddi ədəd fotoşəkildən görünür ki, Oğuz rayonu Xaçmaz kəndində yerləşən “Zirvə” şadlıq sarayının həyətində olan eyni adlı kafenin həyətyanı sahəsində hadisə yerinə baxış keçirilmiş, baxış zamanı hadisənin ictimai yerdə baş verməsi müəyyən edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmiş və tərtib edilmiş protokola əlavə olunmuşdur. (iş vər: 24-31) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxs üzrə Qəbələ rayon şöbəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 85 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki,. Zərərçəkmiş şəxs1 bədəni üzərində alnın orta hissəsinin, burunun, alt dodağın sol tərəfinin, sol dirsək oynağının arxa səthinin, sağ kürəyin bayır yuxarı hissəsinin, sağ saidin arxa orta 1/3-nin, sol dizin ön aşağı hissəsinin sıyrığı və sol saidin içəri aşağı milbilək oynağı nahiyəsinin yarası kimi xəsarətləri vardır. Alının, burunun, sol dirsək oynağının arxa səthinin, sağ kürəyin bayır yuxarı hissəsinin, sağ saidin arxa orta 1/3-nin, sol dizin ön aşağı hissəsinin sıyrığı və sol dizin ön aşağı hissəsinin sıyrığı küt alətin (əşyanın) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 17 avqust 2024cü ildə törənə bilər, həmin xəsarətlər zərər vurmayan bədən xəsarətlərinə aiddir. Sol saidin içəri aşağı mil-bilək oynağı nahiyəsinin yarası yüksək hərarətin (qaynar mayenin –suyun) təsirindən müayinə olunan vaxtdan yəni 21 avqust 2024-cü ildən 13-15 gün əvvəl törənə bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. ( iş vər: 160-161) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxs üzrə Qəbələ rayon şöbəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 87 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki,. Zərərçəkmiş şəxs2 bədəni üzərində burunun sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyanın) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 17 avqust 2024-cü ildə törənə bilər, həmin xəsarət zərər vurmayan bədən xəsarətlərinə aiddir. ( iş vər: 163-164) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxs üzrə Qəbələ rayon şöbəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 86 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol gözün alt hissəsinin, sağ çiynin arxa səthinin, sol bazunun arxa orta 1/3-nin, sol saidin bayır yuxarı və sol baldırın ön yuxarı 1/3-nin sıyrığı kimi xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 17 avqust 2024-cü ildə törənə bilər, həmin xəsarətlər zərər vurmayan bədən xəsarətlərinə aiddir. ( iş vər: 157-158) Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxs Oğuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 18-1-64/2-1027/2024 saylı məktubundan görünür ki, Oğuz rayon Xaçmaz kənd sakini Təqsirləndirilən şəxs Oğuz RMX-nin Poliklinika şöbəsinin “Narkoloji” və “Ruhi-əsəb” kabinetlərində qeydiyyatda deyildir. (iş vər. 155) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024cü il tarixli tələbnaməsindən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur. (iş vər: 195). Oğuz rayon İHB-nın Xaçmaz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 5- 68-12/2-A-447/2024 saylı arayışından və həmin tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayon Xaçmaz kəndində qeydiyyatda olmaqla ailə tərkibi 1961ci il təvəllüdlü atası, 1963-cü il təvəllüdlü anası, 1992-ci il təvəllüdlü arvadı, 2012 və 2014cü il təvəllüdlü iki azyaşlı övladından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ( iş vər. 192, 194) Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ondan heç bir şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi onun özünün ifadəsi ilə, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və bütün iş materialları ilə tam təsdiq olunduğundan məhkəmə hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarından göründüyü kimi törədilmiş əməlin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmadığından məhkəmə təqsirləndirilən şəxs barəsində ittiham hökmümün çıxarılmasını qanuna müvafiq hesab edir. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-nin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda, məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr tərəfindən təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında”, “X1 və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Presedentlərinin Tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli 5 saylı Qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X2 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslığını təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qutsardi İtaliyaya qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur, məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin azadlıqdan məhrum edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladlarının olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, habelə 59.2-ci maddəsinə əsasən yaşayış yerindən müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmadığını qeyd etməklə, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamalarını, eyni zamanda təyin olunan cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin maddənin sanksiyasında göstərilən kifayət edən həddə cərimə cəzasına məhkum edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət CMnin 69.4-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunması təklif edilən əmlak, alət və vasitə, mülki iddia tələbinin və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının CPM-nın 344-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1200 manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1000 manat cərimə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutun, xüsusi müsadirə olunması təklif edilən əmlakın, alət və vasitənin, mülki iddia tələbinin və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-26/2025
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-26/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver