Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-27/2025 14.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslər və eyni zamanda mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vəkili X3, Təqsirləndirilən şəxs, Müdafiəçi – Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Lənkəran şəhəri, Məmməd Əsədov küçəsi ev 23-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilənədək ünvan 1 ünvanında yaşamış və hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 övladı X14 Federativ Respublikasında yerləşən universitetlərdən birində təhsil almasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə 2022-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri Səbail rayonu, Neftçilər prospektində yerləşən “Azneft” dairəsinin yaxınlığında 4000 manat, Almaniya Federativ Respublikasının Bakı şəhərində yerləşən səfirliyindən viza almaq adı ilə xx.xx.2022-ci ildə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi İ. Nəbiyev küçəsində yerləşən marketdən “Milli ön” ödəmə terminalından onun kartına köçürdüyü 3300 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Moskva prospektində yerləşən marketdən “Milli ön” terminalı vasitəsi ilə onun bank kartına köçürdüyü 500 manat, 2022-ci il iyul ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 77 ünvanında yerləşən “Kukla Teatrı”nın qarşısında 1800 manat, daha sonra xx.xx.2022-ci il tarixdə yenidən Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 77 ünvanında yerləşən “Kukla Teatrı”nın qarşısında həmin vaxtın məzənnəsi ilə 1384 manat dəyərində 800 avro və 1218 manat, 2022-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu ərazisində Nizami metrostansiyasının qarşısında 600 manat, cəmi 12802 manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 xarici ölkələrin birində ali təhsil almış övladı Rəqsanə İbrahimovanın ali təhsil haqqında diplomunu 5000 (beş min) manat müqabilində Azərbaycan Respublikası ərazisində təsdiq edilməsini yalandan vəd edib vahid niyyətlə Yeganənin onun adına olan “Leo Banka” məxsus 4098 5844 6718 3677 saylı kart hesabına Oğuz şəhəri, H.Əliyev prospektində yerləşən “Meyvəli market” ərzaq mağazasında olan “eManat” ödəmə terminalı vasitəsilə xx.xx.2022-ci il tarixdə köçürdüyü 1850 manat, xx.xx.2022-ci il tarixdə köçürdüyü 200 manat, xx.xx.2022-ci il tarixdə köçürdüyü 640 manat və 20 manat, ünvan 4 ünvanında yerləşən “Oğuz mart” ərzaq mağazasında olan “PashaPay” ödəmə terminalı vasitəsilə xx.xx.2024-cü il tarixdə köçürdüyü 230 manat və 165 manat, Oğuz şəhəri, H.Əliyev prospektində yerləşən “Meyvəli market” ərzaq mağazasında olan “PashaPay” ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə köçürdüyü 100 manat, Oğuz şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən “Dost market” ərzaq mağazasında olan “Pashapay” ödəmə terminalı vasitəsilə xx.xx.2024-cü il tarixdə köçürdüyü 200 manat, ünvan 4 ünvanında yerləşən “Oğuz mart” ərzaq mağazasında olan “PashaPay” ödəmə terminalı vasitəsilə xx.xx.2023cü il tarixdə köçürdüyü 70 manat, sonuncu ünvandan “eManat” ödəmə terminalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə köçürdüyü 250 manat, həmin ünvandan “PashaPay” ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə köçürdüyü 50 manat, həmçinin istintaqa məlum olmayan tarixdə və yerdən köçürdüyü 800 manat, sonuncu dəfə isə Oğuz şəhəri, H.Əliyev pr. 67 ünvanında yerləşən “Araz Store” ərzaq mağazasında olan “eManat” ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə köçürdüyü 170 manat, cəmi 4745 (dörd min yeddi yüz qırx beş) manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ayrı-ayrılıqda epizodlar üzrə ifadəsində göstərmişdir ki: Zərərçəkmiş şəxs1 ilə 2019-2020-ci illərdə rəfiqəsi Şəhla xanımın vasitəsi ilə tanış olmuş və onunla normal münasibəti olmuşdur. 2022-ci ilin yay aylarında Faud Esmira ona demişdir ki, qızı Ayan Şükürzadə X7 magistr təhsili almaq istəmiş, hansısa təhsillə bağlı olan şirkətə müraciət etmiş və müraciəti qəbul etmişlər. O, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, onun tanışları var, onların vasitəsi ilə kömək edə bilər. Zərərçəkmiş şəxs1 razılıq vermiş və bildirmişdir ki, “bu işdə mənə köməklik edə bilərsən?” O da cavabında Zərərçəkmiş şəxs1 razılıq vermiş və tanışı Fidan Şabanovaya bu barədə demişdir. Fidan Şabanova görüşüb söhbət etməyi təklif etmişdir. O, Fidan Şabanova ilə onun ofisinə yaxın olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində olan “Mado”-restoranında görüşmüş və Zərərçəkmiş şəxs1 dediklərini ona danışmışdır. Fidan Şabanova təklif etmişdir ki, Almaniya Federasiyasında olan 14 universitetə müraciət edə bilər. Fidan Şabanova bilirdimişdir ki, bu işin xərci 2500 manatdır. O, bundan sonra Faud Esmiraya bildirmişdir ki, bu işin qiyməti 4000 manatdır. 2500 manat şirkətə, 1500 manatın da özünə çatacağını Esmiraya deməmişdir. Faud Esmira ona razılıq vermişdir. Bundan əlavə ona bildirmişdir ki, 4000 manat universitetə qəbul üçün, 3000 manat isə viza üçündür. 2022-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Azneft” dairəsi adlandırılan yerin yaxınlığında 4000 manat pulu almışdır. Bundan sonra xx.xx.2022-ci ilin iyun ayında Faud Esmira ona məxsus "xxxx" ASC-yə aid karta 3300 manat göndərmişdir. O, dediyindən əlavə olan 300 manatı viza işlərini tezləşdirmək üçün göndərməsini istəmişdir. Bundan sonra viza məsləsinin həlli üçün Zərərçəkmiş şəxs1 yenə pullar istəmişdir. Zərərçəkmiş şəxs1 21 iyun 2022-ci ildə eyni karta 500 manatda bir göndərmişdir. 2022-ci ilin iyul ayında yenə viza məsələsinə görə Zərərçəkmiş şəxs1 ona Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 77 ünvanında yerləşən “Kukla Teatrı”nın qarşısında 1800 manat pulu vermişdir. Daha sonra yenə də Zərərçəkmiş şəxs1 viza məsələsinin gecikdiyini, bu işi tezləşdirmək üçün əlavə olaraq 2600 manat pul lazım olduğunu bildirmişdir. 2022-ci ilin iyul ayının sonlarında “Kukla Teatrı”nın qarşısında Zərərçəkmiş şəxs1 ona 800 avro nəğd pul vermiş, həmin pul o vaxtın məzənnəsi ilə 1384 manat təşkil etmişdir. Qalan pulu isə kartını verərək oradan çıxarmağını istəmişdir. O, həmin kartı götürüb özü tək yaxınlıqdakı bankomata gedərək 1218 manat pulu çıxarmışdır ki, 2600 manat pul düzəlsin və gətirib kartı Zərərçəkmiş şəxs1 qaytarmışdır, əldə etdiyi 2602 manat pulu isə özü ilə götürmüşdür. Sonuncu dəfə isə 2022-ci ilin sentyabr ayının əvvəllərində viza məsələsi ilə bağlı görüş məsələsinin yubandığını deyib, bunu tezləşdirmək üçün Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonunda yerləşən Nizami metrostansiyasının qarşısında 600 manat pul almışdır. Əvvəl verdiyi ifadələrində bir dəfə 2022-ci ilin iyun ayının əvvəllərində Esmiranın ona göndərdiyi 3300 manatın 2200 manatını, 2022-ci ilin iyun ayının axırlarında Esmiranın verdiyi 1800 manat puldan 1300 manatı, bir dəfə də ondan iki-üç gün sonra Esmiranın verdiyi 1400 manat pulun 850 manat hissəsini əlbə-əl Fidan Səlimliyə verdiyini bildirmişdir. Əslində isə Fidana həmin pulları verməmişdir. Ona viza məsələsinin həlli üçün ödəniş etmişdir. Belə ki, 2022-ci ilin iyun ayının ortalarında Esmiranın ona göndərdiyi puldan 685 manatı Fidanın nişanlısı Ülvinin adına olan “Rabitəbank” a məxsus karta göndərmişdir. Fidan da lazım olan sənədləri hazırlamışdır. Ayan Şükürzadə 2022-ci ilin yay aylarında Almaniya Federativ Respublikasının Avropa Universitetinin “Biznesin İdarəolunması və Təşkili” fakültəsinə qəbul olunmuş və o bu barədə Faud Esmiraya bildirmişdir. Bundan sonra Fidan Şabanova bildirmişdir ki, universitetin ödənişi 18593 avrodur, 30 faiz ödənilməlidir. O da bu barədə Fuad Esmiyara demişdir. Sonradan Zərərçəkmiş şəxs1 ona demişdir ki, viza üçün görüş məsələsini özü həll edib və ona bildirmişdir ki, qızının sənədlərini ona təqdim etsin. O da sənədləri aparıb Zərərçəkmiş şəxs1 vermişdir. Sonradan isə Zərərçəkmiş şəxs1 qızının öz topladığı balla qəbul olunduğunu bildirərək ona verdiyi pulları geri istəmiş, o isə həmin pulları öz borclarına xərclədiyi üçün onun pulunu qaytara bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirdi ki, 2022-ci ilin dekabr ayının sonlarında tanışı taksi sürücüsü Mansur adlı şəxs Oğuz rayonunda tanışı olan Yeganə adlı qadının övladının xarici ölkələrdən birində təhsil alsa da Təhsil Nazirliyində həmin diplomu təsdiq etdirə bilmədiyini demiş, ona kömək edə bilibbilməyəcəyini soruşmuşdur. Həmin vaxt fikirləşmişdir ki, Təhsil Nazirliyində kimisə tapıb bu işi həll edə bilər və özünədə xeyir qalar. Yeganə xanımla danışıb ona əvvəlcə bu işin təxminən 3000 manata başa gəldiyini demiş və Yeganə də bununla razılaşmışdır. Lakin sonrdan həmin məbləğin bəs etməyəcəyini bildirib Zərərçəkmiş şəxs2 əlavə pullar da istəmiş və Zərərçəkmiş şəxs2 17 dekabr 2022-ci il tarixdən 30 mart 2023-cü il tarixədək olan müddət ərzində onun adına olan 4098 5844 6718 3677 saylı “Leobank” kart hesabına hissə-hissə olmaqla cəmi 4745 (dörd min yeddi yüz qırx beş) manat pul göndərmişdir. O, Zərərçəkmiş şəxs2 ilə danışıb ona kömək edə biləcəyini bildirdən sonra bu işi görə biləcək adam axtarmağa başlamışdır. Həmin vaxt qərara gəlmişdir ki, Fidanla görüşüb ondan məsləhət alsın. 2022-ci ilin dekabr ayının axırlarında Fidana zəng vuraraq onunla görüşmək istədiyini bildirmişdir. Fidan, onu iş yerinin yaxınlığında, Bakı şəhərində “İçərişəhər”də, Səid Rüstəmov küçəsində yerləşən “Kofein” adlı kafeyə dəvət etmiş və ora gedib Fidan Şabanova ilə görüşmüşdür. Həmin vaxt onun halı pisləşdiyi üçün Fidanla söhbət edə bilməmiş və taksi çağıraraq evə getmişdir, Zərərçəkmiş şəxs2 sənədləri olan qovluq isə yadından çıxaraq kafedə Fidanla birlikdə oturduqları masada qalmışdır. Bu barədə Fidan özü zəng edərək ona məlumat vermiş, o da Fidana bildirmişdir ki, sənədləri özündə saxlasın sonra görüşəndə ondan götürər. Sonraki günlərdə Fidanla danışanda Zərərçəkmiş şəxs2 qızının diplomunun təsdiq edilməsi üçün ondan məsləhət istəmişdir. Fidan maraqlanıb məlumat verəcəyini bildirmiş, sonradan həmin işi tanışının 7000 manata həll edə biləcəyini ona demişdir, lakin Yeganədən o qədər pul ala bilməyəcəyi üçün başqa bir tanışının həmin işi 5000 manata həll edəcəyini demiş, lakin bu işi həll edə bilməmişdir. Zərərçəkmiş şəxs2 qızının sənədləri də belə olub Fidan Şabanovada qalmışdır. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı epizodlar üzrə özünü tam təqsirli bilir. Cinayət işinin Zərərçəkmiş şəxs2 dair epizodu üzrə məsuliyyətə cəlb etmə müddətinin keçməsini nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 olan borcunun bir qismini ödədiyini, hazırda maddi imkanı olmadığından zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanı ödəyə bilmədiyini, lakin dəymiş maddi ziyanı qəbul etdiyini, yaxın vaxtlarda ödəyəcəyini bildirdi. Əməlindən peşmandır. Bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, qızı Ayan Şükürzadə 2021-ci ildə Türkiyə Respublikasının Muğla şəhərində yerləşən “Sıtqı Göçmen Universiteti”nin iqtisadiyyat fakultəsinin İşlətmə bölməsini türk dilində bitirmiş və Almaniya dövlətinin Berlin şəhərində yerləşən X1 (İCM) X6ması fakultəsinə daxil olmaq istəmişdir. Qızı Ayan 2021-ci ilin iyun ayında İzmir şəhərində imtahan vermiş, lakin keçərli 9 baldan 5 bal toplamış və Bakı şəhərinə gəlmişdir. 2021-ci ilin iyul ayında məlum olmuşdur ki, qızı Ayan Şükürzadə qeyd olunan Universitetə qəbul olsa da, Universitetdə “İELTS” imtahanından 6 bal toplamasına dair şərt qoyulub və buna görə də Almaniyanın Bakı şəhərində yerləşən səfirliyindən viza verilməmişdir. Ancaq qızı Ayan həmin universitetin “online” dərslərinə qoşulmuş və bir semestr dərslərdə iştirak etmişdir. 2021-ci ilin noyabr ayında qızı Ayan Bakı şəhərində yenidən ingilis dilindən hazırlıq kurslarına qoşulmuş və 12 dekabr 2021-ci ildə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Barattson” kurslarında imtahan verərək yekunda 5,5 bal toplamışdır. İmtahanda 6 bal toplamadığı üçün o, yenə də dövlət universitetinə düşə bilməmiş, lakin həmin bal özəl universitetlərə qəbul olunması üçün kifayət etmişdir. Qızı Ayan isə dövlət universitetində təhsil almaq istəmişdir. Çünki özəl universitetlələrdə təhsil haqqı çox olmuş və bunu qarşılamağa maddi imkanları çatmamışdır. O, 2022-ci ilin may ayında iş yoldaşı Şəhla Qurbanovanın vasitəsi ilə Təqsirləndirilən şəxs tanımış və onunla normal münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs onun qızı Ayan Şükürzadənin imtahanları barədə bilmiş və ona demişdir ki, “mən qızınız Ayan Şükürzadənin “İELTS” imtahanlarda 6,5 bal və 7 bal toplamasında köməklik edə bilərəm”. Mahuzər ona bildirmişdir ki, bu işin qiyməti 4000 manatdır. O, Təqsirləndirilən şəxs razılıq vermiş və 2022-ci ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində, “Azneft dairəsi” adlandırılan yerin yaxınlığında görüşüb 4000 manat pulu ona vermişdir. Həmin vaxt ondan və Təqsirləndirilən şəxs başqa yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs 4000 manat pulu alıb demişdir ki, “13 iyun 2022-ci il tarixində qızınız Ayan Şükürzadə “British Scholl” ofisində imtahana girsin və mən Ayan Şükürzadənin balını 6,5 və ya 7 yazdıracam”. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Almaniya səfirliyindən tez bir zamanda vizanı da ala bilər. Mahuzər, ona bildirmişdir ki, imtahana kömək edən Nazim müəllim bu işi 3000 manata edir. O, Təqsirləndirilən şəxs demişdir ki, 3000 manatı ona verəcək. Təqsirləndirilən şəxs bildirmişdir ki, “sizə kart şəkli göndərəcəm, həmin karta 3000 manat köçürərsiniz”. Təqsirləndirilən şəxs kartının şəklini ona göndərmişdir. O, da Mahuzərə zəng vurub demişdir ki, 3000 manatı göndərir. Təqsirləndirilən şəxs demişdir ki, 300 manat da əlavə göndər, viza məsələsində lazım olan sənədlər tez hazırlansın. 08 iyun 2022-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən 8 saylı notariat ofisinin yaxınlığında olan İ.Nəbiyev küçəsində yerləşən marketdən Təqsirləndirilən şəxs adına olan karta 3300 manat köçürmüş və qəbzin şəklini Təqsirləndirilən şəxs göndərmişdir. 13 iyun 2022-ci ildə qızı Ayan Şükürzadə qeyd olunan ofisdə imtahan vermiş və 18 iyun 2022-ci ildə imtahan nəticələri məlum olmuşdur ki, Ayan 5 bal toplamışdır. O, bu barədə Təqsirləndirilən şəxs bildirmiş, Mahuzər isə ona demişdir ki, həmin 5 balı arayış yazıb üstünə qoyacaqlar, 6,5 bal olaraq göstərəcəklər ki, yəni həmin 5 bal səhv nəticədir. Bundan sonra qızı Ayan Şükürzadə sənədlərini Almaniya, İngiltərə və X2 bir neçə universitetə qəbul olunmaq üçün hazırlamış, Təqsirləndirilən şəxs demişdir ki, Fidan adlı tanışı Ayanın sənədlərini göndərəcək və topladığı balın nəticəsinə görə qəbul alacaq. 21 iyun 2022-ci ildə Təqsirləndirilən şəxs zəng vurub demişdir ki, sənədlərin göndərilməsi üçün 685 azn göndərin, bu işi tezləşdirək. O Mahuzərə cəmi 500 manat pulunun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə ona demişdir ki, “185 manatı mən özümdən qoyaram, sonra verərsiniz”. 21 iyun 2022-ci ildə Təqsirləndirilən şəxs məxsus karta Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospekti, “Şamaxinka” dayanacağı adlanan yerin yaxınlığında olan marketdən 500 manat pul köçürmüş və qəbzin şəklini Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, həmin pul Fidana çatacaq. Bir müddətdən sonra sənəd gəlmişdir ki, qızı Ayan Berlin şəhərində olan Avropa Universitetinə qəbul olunub. Təqsirləndirilən şəxs bildirmişdir ki, bu məsələni Fidan həll edib. Bundan sonra görmüşdür ki, viza məsələsindən cavab çıxmadı və o, bu barədə Mahuzərə demişdir. Çarəsi kəsilən qızı Ayan heç olmasa “şengen vizası” ilə qəbul olduğu Universitetdə təhsilini davam etdirmək üçün Berlin şəhərinə getmək istədiyini söyləmişdir. Təqsirləndirilən şəxs demişdir ki, “qızın Ayan Şükürzadəyə “şengen vizası” alaq və onu tez bir zamanda Berlin şəhərinə göndərək”. Hətta özü də onunla Berlinə gedəcəyini, oradakı qohumlarının vasitəsi ilə ev və iş belə düzəldəcəyini söyləmişdir. Hər cür yalan və saxta mehribançılıqla etibarını qazanmağı bacaran Təqsirləndirilən şəxs “şengen vizası”na görə də ona 1800 manat verməli olduğunu bildirmişdir. Həmin pulun 200 manatını Fidana qəbul üçün verdiyi pulun əvəzinə istəmişdir. 2022-ci ilin iyul ayının axırları Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 77 ünvanında yerləşən “Kukla” teatrının qarşısında Təqsirləndirilən şəxs ilə görüşüb 1800 manat pulu ona vermişdir. Həmin vaxt ondan və Təqsirləndirilən şəxs başqa yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs 1800 manat pulu alıb demişdir ki, “şengen vizası” tez bir zamanda hazırlanacaq. Bir müddət keçsədə cavab çıxmamış və o, Təqsirləndirilən şəxs bu barədə soruşmuşdur. Təqsirləndirilən şəxs ona demişdir ki, “narahat olmayın, işlər alınmasa mən özümdən pul verəcəm ki, qızınız Almaniyaya getsin, daha sonra pul verdiyim adamlardan pulu mən özüm geri qaytaracam”. Təqsirləndirilən şəxs demişdir ki, viza üçün görüş, yəni “termin” olmasa viza verilməyəcək. Çünki 2022-ci ildə 3 dəfə görüş alıb səfirlikdə olmuşdu və İCM-nin tələb etdiyi “İELTS” imtahanından 6 bal ala bilmədiyinə görə viza verməmişdilər. Təqsirləndirilən şəxs demişdir ki, “narahat olmayın, düzələcək”. Bundan sonra Təqsirləndirilən şəxs demişdir ki, bir nəfər Vüqar adlı şəxs var, o, İran İslam Respublikasının vətəndaşından pulla “termin” alıb verə bilər. Ondan bu işin qiymətini soruşduqda ona 2600 manat olduğunu bildirmişdir. O, razılıq vermiş və 2022-ci ilin iyul ayının sonunda Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Kukla” teatrının yaxınlığında görüşüb ona 800 avro pul vermişdir. Həmçinin ona maaş kartını verərək içərisində 1700 manat pul olduğunu, pulun qalan hissəsini də oradan çıxardıb kartı özünə qaytarmasını istəmişdir. Təqsirləndirilən şəxs kartını götürərək getmiş və təxminən 20-30 dəqiqədən sonra gəlib demişdir ki, 2600 manatın düzəlməsi üçün kartından 1218 manat pul çıxarıbdır. Bir müddət də keçəndən sonra görmüşdür ki, viza üçün görüş məsələsi yenə yubanır və bu barədə Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs demişdir ki, 600 manat da verin bu məsələni tezləşdirim. Ona razılıq vermiş və 2022-ci ilin sentyabr ayının əvvəlləri Bakı şəhəri, Yasamal rayonu, “Nizami” metro stansiyasının qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüş və 600 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs ondan 600 manat pulu alıb demişdir ki, viza üçün görüş məsələsini tezləşdirəcək. Lakin bir müddət sonra yenə bir xəbər çıxmadığını görüb özü bu işin üstünə düşmüş və viza üçün sistemə girib görüş almışdır. Bundan sonra Təqsirləndirilən şəxs demişdir ki, “qızım Ayan Şükürzadənin sənədlərini verməmisən, onları mənə çatdır, viza üçün görüş məsələsini həll etdim”. Təqsirləndirilən şəxs qızı Ayan Şükürzadənin sənədlərini gətirib ona vermiş və 08 sentyabr 2022-ci ildə qızı Ayan Şükürzadə ilə birlikdə Almaniya səfirliyinə getmək istədikdə sənədlərə baxıb görmüşdür ki, Ayan 12 dekabr 2021-ci ildə özünün topladığı 5,5 balla Berlin şəhərində yerləşən Avropa Universitetinə qəbul olub. Bundan sonra Təqsirləndirilən şəxs bu barədə bildirmişdir və Təqsirləndirilən şəxs demişdir ki, “ola bilməz”. Həmin sənədləri ona göstərmiş və bundan sonra Təqsirləndirilən şəxs demişdir ki, “onda bizi aldadıblar”. O, Təqsirləndirilən şəxs ona verdiyi pulları geri qaytarmasını istəmişdir. Təqsirləndirilən şəxs də pulu geri qaytaracağını bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona milli pul vahidi ilə 340 manat təşkil edən 200 ABŞ dolları və 50 manat pul vermişdir. Bundan sonra isə hər dəfə pulunu tələb edəndə, Mahuzər müxtəlif bəhanələr gətirib pulları kimlərəsə verdiyini, onlardan alıb geri qaytaracağını bildirmişdir. Onun adını çəkdiyi şəxslərdən biri Fidan olmuş, o Mahzuzərlə birlikdə qızı Ayanla da görüşmüşdür. Bu məsələni aydınlaşdırmaq üçün Fidanla əlaqə saxlamışdır. Mahuzərin ona pul veribvermədiyini soruşmuşdur. Həmin vaxt Fidan bildirmişdir ki, Mahuzər ona yalnız viza məsələsi üçün 685 manat pul verib, o da Ayana “şengen vizası” alıb, həmçinin qızı Ayanın Berlin şəhərində yerləşən Avropa Universitetinə qəbul olunması məsələsini həll edib. Ayan elə həmin Universiteti də oxuyub bitirmişdir. Mahuzər isə bu günə qədər onun pulunu geri qaytarmamışdır. Esmira Faud həmçinin ifadəsində qeyd etdi ki, Təqsirləndirilən şəxs viza almaq üçün Nazim və Vüqar adlı şəxslərin vasitəsilə köməklik göstəriləcəyini bildirsə də, həmin şəxsləri tanımır, onların kim olduqlarını bilmir. Mahuzər həmin adamlarla onu heç vaxt əlaqələndirməmişdir və bəlkə də həqiqətdə elə şəxslər yoxdur. Mahuzər guya həmin şəxslərdən onun pulunu alıb geri qaytaracağını deyəndə, həmin şəxslərlə onu görüşdürməsini istəmiş, Mahuzər isə müxtəlif bəhanələr gətirmişdir. O, fikirləşir ki, Mahuzər onların adını yalandan, onu özünə inandırmaq üçün çəkmişdir. X4 qəbul olunması və viza alınması məsələsinə görə də Fidan Səlimli ilə onun heç bir danışığı olmamışdır. Fidan yalnız bir dəfə Mahuzərlə birlikdə qızı Ayan ilə görüşüb. Fidan hər hansı xidmətin göstərilməsi ilə bağlı ondan hər hansı məbləğdə pul istəməmişdir. O, qızının adına “şengen vizası” almış, lakin onlara milli viza lazım olduğu üçün həmin vizadan istifadə etməmişlər. Həmçinin qızı Ayanın təhsil aldığı universitətə qəbul prosedurunu da Fidan həll etmişdir. Mahuzər ona Fidana gördüyü işə görə nə qədər pul verdiyini deməmişdir. Mahuzərin onu aldatdığını başa düşdükdən sonra və ondan aldığı pulu verdiyi şəxslərlə onu əlaqələndirməməsini gördükdə, Fidanla o özü əlaqə saxlamışdır. Həmin vaxt Fidan, Mahuzərin ona yalnız 685 manat pul verdiyini demişdir. Sonrakı danışıqlarında da, Mahuzər Fidana 685 manatdan əlavə pul verməsi ilə bağlı ona heç nə deməmişdir. X21 heç bir şikayəti və tələbi yoxdur. O, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş 12802 manat maddi ziyandan Mahuzərə güzəşt edərək 10000(on min) manat ziyanlığını tələb etdiyini, bu barədə mülki qaydada ərizəsini məhkəməyə təqdim etdiyini bildirdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs –eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, 2019-cu ildə qızı X9 Universitetinin Tiflis filialının Hüquq fakültəsini bitirmiş və diplom almışdır. Həmin diplomu Azərbaycanda təsdiq etdirmək istəsələr də, çətinliklə rastlaşmışlar. 2022-ci ilin dekabr ayında tanışı Mənsur adlı şəxslə söhbət zamanı bu məsələ barədə ona danışmışdır. Mənsur Azərbaycan Respublikasının Təhsil Nazirliyində işləyən Mahuzər adlı şəxsi tanıdığını, onun bu işlərdə kömək edə biləcəyini demişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində mobil telefon vasitəsi ilə həmin Mahuzər adlı qadınla danışmış və o, diplomu 3000 manata təsdiq etdirə biləcəyini demişdir. O, isə pulu hissə-hissə kart hesabına göndərməsini istəmişdir. Mahuzər öz adına olan 4098 5844 6718 3677 nömrəli, "xxxx" ASC-yə məxsus “Leobank” kart hesabının nömrəsini onun vhatsapp hesabına yazıb göndərmişdir. İlk dəfə xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Heydər Əliyev prospektində yerləşən “Meyvəli Market”də quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına 1850 manat pul köçürmüş və Mahuzərə zəng edib pulu alıb almadığını soruşmuşdur. Mahuzər isə pulu götürdüyünü demişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Heydər Əliyev prospektində yerləşən “Meyvəli Market”də quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına 200 manat pul köçürmüş və Mahuzərə zəng edib pulu alıb almadığını soruşmuşdur. Mahuzər də pulu götürdüyünü demişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Heydər Əliyev prospektində yerləşən “Meyvəli Market”də quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına iki dəfəyə 20 manat və 640 manat pul köçürmüş və Mahuzərə zəng edib pulu alıb almadığını soruşmuşdur. Mahuzər də pulu götürdüyünü demişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Cavanşir küçəsində yerləşən “Oğuz Market”də quraşdırılmış “Millön” ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına 230 manat və təxminən 1 saat sonra həmin terminaldan 165 manat pul köçürmüş və Mahuzərə zəng edib pulu alıb almadığını soruşmuşdur. Mahuzər də pulu götürdüyünü demişdir. Mahuzər 3000 manatın bəs etmədiyini, əlavə pullar vermək lazım olduğunu dediyi üçün ona əlavə pullar da göndərmişdir. Belə ki, Mahuzərin qeyd etdiyi kart hesabına H.Əliyev prospektində yerləşən “Meyvəli market” ərzaq mağazasında olan “PashaPay” ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə 100 manat, Oğuz şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən “Dost market” ərzaq mağazasında olan “Pashapay” ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə 200 manat, ünvan 4 ünvanında yerləşən “Oğuz mart” ərzaq mağazasında olan “PashaPay” ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə 70 manat, sonuncu ünvandan “eManat” ödəmə terminalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 250 manat pul köçürmüşdür. Bir dəfə də həmin kartın hesabına 800 manat pul köçürmüşdür, lakin həmin qəbz terminaldan yaxşı çıxmadığı üçün həmin məbləğin dəqiq olaraq nə vaxt və haradan göndərdiyi yadında qalmamışdır. Sonuncu dəfə isə Oğuz şəhəri, H.Əliyev pr. 67 ünvanında yerləşən “Araz Store” ərzaq mağazasında olan “eManat” ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə 170 manat olmaqla ümumilikdə Mahuzərin kartına 4745 (dörd min yeddi yüz qırx beş) manat pul köçürmüşdür. Hər dəfə pulu köçürəndən sonra da Mahuzərə zəng edib pul köçürdüyünü xəbər etmiş, o da pulu almağı barədə məlumat vermişdir. Hər dəfə işlə maraqlananda Mahuzər işin qısa müddətə həll olunacağını demiş, lakin məsələ öz həllini tapmamışdır. Bir neçə ay Mahuzər müxtəlif bəhanələr gətirərək onu gözlətmiş, o, diplomun təsdiq edilmədiyini görüb Mahuzərə sənədləri və ona verdiyi pulları geri qaytarmasını bildirmişdir. Mahuzər isə bundan sonra onun zənglərinə cavab verməməyə başlamışdır. Ən sonda Mahizər ona sənədlərinin Fidan adlı bir xanımda olduğunu deyib həmin şəxsin nömrəsini vermişdir. O, Fidan adlı xanımla əlaqə saxlayıb qızının diplomunun və digər sənədlərinin onda olub-olmadığını, Mahuzərin ona pul verib-vermədiyini soruşmuşdur. Fidan ona bu işlə bağlı Mahuzərin ondan məsləhət aldığını, lakin işi başqa şəxsə həll etdirəcəyini bildirdiyini, sənədlərin də onda olmadığını və Mahuzərin həmin məsələ ilə bağlı ona pul vermədiyini demişdir. Bundan sonra Mahuzərin onu aldatdığını başa düşmüş və onun barəsində şikayət etmişdir. Şikayətindən sonradan qızının diplomunu və digər sənədləri ona Yasamal Rayon Polis İdarəsində təhvil verilmişdir. Həmin vaxt ona məlumat verilmişdir ki, həmin sənədləri Fidan gətirib onlara təqdim edib. Fidan ona bildirmişdir ki, Mahuzər həmin sənədləri ondan məsləhət almaq üçün görüşəndə masada unudub və belə olub sənədlər onda qalıb, lakin ondan sənədləri istəyəndə bu yadına düşməyib və sonradan həmin sənədləri taparaq polisə təqdim edib. Zərərçəkmiş şəxs2 həmçinin ifadəsində göstərdi ki, Mahuzər özünü ona Təhsil Nazirliyinin işçisi kimi təqdim etmiş, işi özünün həll edəcəyini demiş, ona göndərdiyi pulları kiməsə verəcəyini bildirməmişdir. Lakin onun işini həll etmədiyini görüb, diplomu, digər sənədləri və pulu geri istədikdə onları Fidan adlı xanıma verdiyini deyib həmin şəxsin nömrəsini ona vermiş, həmin vaxda qədər Fidanın adını onun yanında çəkməmişdir. O, Fidanla telefonla danışmış, Fidan ona Mahuzərin yalan dediyini, Mahuzərin həmin məsələ ilə bağlı ondan kömək istədiyini, lakin işi başqa şəxsə həll etdirəcəyini dediyini, sənədlərin onda olmadığını və Mahuzərin ona pul vermədiyini, bu məsələni onun həll edəcəyi barədə Mahuzərlə hər hansı danışığının olmadığını bildirmişdir. Lakin sonradan sənədlərinin arasına baxanda Mahuzərin unudaraq masada qoyub getdiyi onun qızına məxsus sənədlərin həqiqətən onda qaldığını görmüş, Mahuzərin isə həmin sənədləri ondan götürmədiyini bildirmişdir. Bundan sonra o polis idarəsinə getmiş qızına məxsus sənədləri təkidlə tələb etdiyindən Fidanın əri sənədləri Yasmal Rayon Polis İdarəsinə gətirmiş və həmin sənədlər polis idarəsində ona qaytarılmışdır. O, bildirdi ki, Təqsirləndirilən şəxs şikayətçidir, onun cəzalandırılmasını istəyir. Ona dəymiş ziyanlığın bir hissəsi Mahuzər tərəfindən ödənilmiş, hazırda ondan 2600 (iki min altı yüz) manat pulunu tələb edir. Bu barədə mülki qaydada ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayında onun idarə etdiyi avtomobilə sərnişin kimi bir neçə dəfə mindiyi üçün tanımışdır, onun uşağını məktəbə, anasını xəstəxanaya aparmışdır. Mahuzər özünü ona Təhsil Nazirliyində işləyən şəxs kimi təqdim etmişdir. Mahuzəri Bakı şəhər Təhsil İdarəsinə 2 dəfə aparıb gətirmişdir. Oğuz şəhər sakini Zərərçəkmiş şəxs2 da təxminən 15 il əvvəl Oğuz rayonunda sürücü işləyən zaman tanımışdır. 2022-ci ilin dekabr ayında Yeganə ona zəng vuraraq qızının xarici ölkələrdən birində təhsil alsa da Təhsil Nazirliyində həmin diplomu təsdiq etdirə bilmədiyini demişdir. O, bu zaman yüksək səs rejimində danışdığı üçün Mahuzər bu söhbəti eşitmiş və bu işi həll edə biləcəyini ona demişdir. O da öz növbəsində bunu Yeganəyə demiş və Mahuzərin mobil nömrəsini Yeganəyə vermişdir. Bundan 5-10 gün sonra Yeganə ona zəng edərək Mahuzərin bank kartı hesabına 1800 manat göndərdiyini, cəmi 3000 manat istədiyini demişdir. Həmçinin sənədləri də Mahuzərə göndərdiyini demişdir. O, həmin sənədləri avtovağzaldan götürüb aparıb Mahuzərə yaşadığı Buzovna qəsəbəsində vermişdir. Mahuzər isə ona 10 manat taksi pulu vermişdir. Bundan sonra isə Yeganə ona demişdir ki, Mahuzərə cəmi 4700 manat pul göndərmişdir, Mahuzər verdiyi vədə əməl etməyib diplomu təsdiq etdirməmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X17 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X17 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayının sonlarında “Cleverest Academy” təhsil və dil kursu şirkətində təcrübəçi işlədiyi vaxt tanış olduğu, digər bir təhsil şirkətində işləyən Kənan adlı şəxsin vasitəsi ilə tanımışdır. Mahuzər onun mobil nömrəsini götürmüş, həmçinin öz mobil nömrəsini də ona vermişdir. 2022-ci ilin iyul ayının əvvəllərində Kənan adlı tanışı onun mobil nömrəsiə zəng edərək Mahuzərin tanışı olan bir nəfər xanımın Almaniyada magistratura təhsili almaq istədiyini demiş, ondan nə məsləhət verə biləcəyini soruşmuşdur. O, da həmin xanımın ali təhsilinin hansı ixtisas üzrə olmasını öyrənib Almaniyada buna uyğun ali məktəbləri araşdırmış və Kənan onu Mahuzərlə əlaqələndirmişdir. Mahuzərlə danışıb həmin vaxt rəsmi əmək müqaviləsi olmasa da təcrübəçi işlədiyi “Cleverest Academy”nin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsindəki “Mado” restoranında görüşmüşlər. Mahuzər ona Ayan Şükürzadə adlı tanışının Türkiyədə bakalavr təhsili aldığını, hazırda Almaniyada magistr təhsili almaq istədiyini demiş və ondan bu işdə hansı köməklik edə biləcəyini, nə məsləhət verə biləcəyini soruşmuşdur. Mahuzər ondan təhsil almaq üçün qeydiyyat prosesi, viza alınması, getmək, orada yerləşmək və s. bu kimi işlərin yerinə yetirilməsində vasitəçi olmağını istəmişdir. O isə X11 şəhərində yerləşən “Europian University of applied sciense” universitetinə qəbul olunmağın mümkün olduğunu, viza alınması və digər işlərə kömək edə biləcəyini və bu işlərə görə şirkətlə müqavilə bağlanmasını təklif edib 2500 manat xidmət haqqı olduğunu bildirmişdir. Mahuzər isə müqavilə bağlamaq istəmədiyini, yalnız ona hörmət edə biləcəyini deyib dəqiq məbləğ barədə heç nə deməmişdir. O, özü şəxsən X4 qəbul olunması üçün elektron qeydiyyat işləmlərini şirkətdə və evdə həyata keçirmişdir. Ayanı bir dəfə Mahuzərin yanında görmüş, anası Esmiranı isə bu problemlər ortaya çıxandan sonra bir dəfə görmüşdür. Nəticədə Ayan topladığı 5,5 bal göstəricisi ilə “Europian University of applied sciense” universitetinə qəbul olmuş və ora təhsil almağa getmişdir. Bundan sonra Ayanın anası Esmira onun mobil nömrəsinə zəng edib Ayanın milli təhsil vizası almalı olduğu halda müvəqqəti “Şengen” vizası aldığını deyib Mahuzərin onları aldatdığını, Ayanın “İELTS” balını hansısa üsulla qaldırmağa da söz verdiyini, lakin vədlərinə əməl etmədiyini bildirmiş, Mahuzərin bu işlərin müqabilində ona hər hansı pul verib-vermədiyini soruşmuşdur. O isə Mahuzərin ona yalnız “Şengen” vizası üçün 500 manat xidmət haqqı verdiyini, başqa hər hansı pul vermədiyini, bal artırmaq ilə bağlı isə aralarında heç bir söhbət olmadığını demişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qızına Şengen vizası almaq üçün onun həmin vaxt nişanlısı olan Ülvi Səlimlinin adına olan "xxxx"ya məxsus kart hesabına 500 manat pul köçürmüşdür. O, da bunun müqabilində sənədləri toplamış, lakin Mahuzər sonradan buna ehtiyac olmadığını demişdir. O, da Esmiranın qızı Ayan üçün Almaniyada yerləşən universitetə qəbul almış və Ayan məhz həmin universiteti oxuyub bitirmişdir. Esmira ilə sonuncu dəfə 2023-cü ilin iyun ayında görüşəndə ona demişdir ki, Mahuzərə ümumi olaraq 12000 manata yaxın pul versələr də Mahuzər onlar üçün heç bir iş görməmiş, verdiyi vədlərini yerinə yetirməmişdir. Həmin vaxt Esmira özü də ona bildirdi ki, onun qızının universitetə qəbul məsələsini o həll etdiyi üçün bununla bağlı ondan hər hansı narazılığı və tələbi yoxdur. Mahuzər ona yalnız gördüyü işin müqabilində pul vermişdir və bunun müqabilində də, o xidmət göstərək Ayana viza almış, həmçinin onun universitetə qəbul prosedurunu həyata keçirmişdir. Hətta Mahuzər özü ona pula ehtiyacı olduğunu deyib ondan bir neçə dəfə borc istəmiş və o, 2022-ci ilin sentyabr-oktyabr aylarında telefonundnan köçürmə vasitəsi ilə Mahuzərə ümumilikdə 1340 manat borc pul vermişdir. Mahuzər isə həmin puldan ona Azərbaycan manatı ilə 510 manat dəyərində 300 ABŞ dolları qaytarmış geri qalanını isə qaytarmamışdır. Fidan Səlimli həmçinin ifadəsində qeyd etmişdir ki, 2022-ci ilin dekabr ayının axırlarında Təqsirləndirilən şəxs ona zəng vuraraq görüşmək istədiyini demiş və Mahuzəri iş yerinə yaxın olan “Cofein” adlı kafeyə dəvət etmişdir. Mahuzər ora gəlmiş və 5-10 dəqiqə oturandan sonra halı pisləşdiyi üçün taksi çağırmış və Mahuzər getmişdir. Bundan sonra görmüşdür ki, Mahuzərin əlində gətirdiyi qovluq içərisindəki sənədlərlə birlikdə masanın üzərində qalmışdır. O, zəng vurub bu barədə Mahuzərə demiş, Mahuzər də ondan həmin sənədləri götürüb özündə saxlamağını xahiş etmişdir. Növbəti günlərdə Mahuzərlə danışanda demişdir ki, onda olan sənədlər Ukraynada təhsil alan bir nəfər şəxsin ali təhsil haqqında diplomunun nostrifikasiyası üçün olan sənədlərdir. Ondan həmin diplomun təsdiqi işinin başa çatdırılması üçün məsləhət istəmiş, o da bu məqsədlə Ləman adlı tanışı ilə danışmışdır. Ləman ona bu işi görməklə bağlı xidmətin təxminən 7000 manata başa gəldiyini demişdir. O da bu barədə Mahuzərə məlumat vermişdir. Mahuzər isə bu işi 5000 manata başqa şəxsə gördürəcəyini demişdir. Mahuzər ona bu işlə bağlı heç bir pul məbləği verməmişdir. Təxminən 2024-cü ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs2 ona zəng vurmuşdur. Həmin vaxta kimi həmin şəxslə danışmamışdır. Yeganə ona Mahuzərə qızının diplomunu verdiyini, Mahuzərin də həmin diplomu ona verməsini dediyini bildirib diplomu geri qaytarmağını istəmişdir. Həmin vaxt diplomu Mahuzərə qaytarmış olduğunu zənn etdiyindən Yeganəyə onda heç bir sənəd olmadığını bildirmişdir. Lakin sonradan sənədlərinin arasına baxanda Mahuzərin masada unudaraq getdiyi Yeganənin qızına məxsus sənədlərin həqiqətən onda qaldığını, Mahuzərin onları götürmədiyini görmüşdür. Sonradan həmin sənədləri həyat yoldaşı Ülvi Səlimli aparıb istintaq orqanına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən 27.05 2023-cü il tarixdə alınmış tələbnamədən görünür ki, xx.xx.1992-ci ildə Lənkəran şəhərində doğulmuş Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Yasamal Rayon Prokuroru baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən AR CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq Bölməsinə göndərilmişdir. (cild 01, i.v. 01-02) Cinayət işinin başlanmasına səbəb Oğuz şəhəri, Gənclik qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 Oğuz RPŞ-yə ərizə ilə müraciət edərək xarici ölkələrin birində ali təhsil almış qızı Rəqsanənin diplomunun təsdiq edilməsi adı ilə Təqsirləndirilən şəxs aldatma yolu ilə 4000 manat miqdarda pul vəsaitini ələ keçirməsi ilə bağlı etdiyi müraciəti, əsas isə həmin müraciət əsasında toplanmış material olmuşdur. (cild 01, i.v. 07-47) İş materiallarında olan 26 aprel 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Səbuhi İsmayılov tərəfindən Təqsirləndirilən şəxs dələduzluq etməsi faktına görə Azərbaycan Respublikası CMin 178.2.4-cü madddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaqı aparılmışdır. (cild 01, i.v. 65) İş materiallarından görünür ki, cinayət işinin başlanılmasına səbəb Zərərçəkmiş şəxs1 Nizami RPİ-yə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə qızı X10 yerləşən ali məktəbə qəbul olmaq üçün verdiyi imtahandan əldə etdiyi nəticənin göstəricilərinin yaxşılaşdırılacağını vəd edib 2022ci ilin iyun ayından 2022-ci ilin sentyabr ayınadək olan müddət ərzində müxtəlif ünvanlarda, sonuncu dəfə isə Bakı şəhəri, Nizami rayonu “Qara Qarayev” metrostansiyasının yaxınlığında hissə-hissə olmaqla ümumilikdə cəmi 12.800,0 manat pulunu ələ keçirməsinə dair müraciəti, əsas isə həmin məlumat əsasında toplanmış material olmuşdur. (cild 01, i.v. 59-91) İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, müstəntiq Səbuhi İsmayılov tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (cild 01, i.v. 111-112) İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq istintaqa təqdim edildiyindən Nizami RPİ-nin İŞnin müstəntiqi, polis mayoru Səbuhi İsmayılov tərəfindən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona göstərilən maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 01, i.v. 122-124, 143, 156) Cinayət işi üzrə aparılmış ilkin istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aldatma yolu ilə Zərərçəkmiş şəxs1 övladı X10 yerləşən ali məktəbə qəbul olmaq üçün verdiyi imtahandan əldə etdiyi nəticənin göstəricilərinin yaxşılaşdırılacağını vəd edib 2022-ci ilin iyun ayından 2022-ci ilin sentyabr ayınadək olan müddət ərzində sonuncu dəfə Bakı şəhəri Yasamal rayonunda Nizami metrostansiyasının qarşısında 600 manat olmaqla hissə-hissə cəmi 12.800,0 manat pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nizami RPİnin İŞ-nin müstəntiqi, polis mayoru Səbuhi İsmayılov tərəfindən ********* nömrəli cinayət işinin aidiyyatı üzrə Yasamal RPİ-nin istintaq şöbəsinə göndərilməsi haqqında qərar qəbul olunmuşdur. (cild 01, i.v. 168-169) İş materiallarında olan 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq Mehman Ələsgərov tərəfindən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CPM-in 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. (cild 01, i.v. 189) İş materiallarında olan 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq Mehman Ələsgərov tərəfindən ********* nömrəli cinayət işi istintaq hərəkətlərinin aparılması zərurəti yarandığından təzələnmişdir. (cild 01, i.v. 191) İş materiallarında olan 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Mehman Ələsgərov tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (cild 01, i.v. 201-204) İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, müstəntiq Mehman Ələsgərov tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.4cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək həmin cinayət işi icraatında Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq sonuncu nömrə altında davam etdirilmişdir. (cild 01, i.v. 62) Cinayət işinin materiallarından görünür ki, ilkin istintaq zamanı Təqsirləndirilən şəxs göstərilən iki epizodda dələduzluq cinayətini X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyi hesab edildiyi üçün xx.xx.2024-cü il tarixdə müstəntiq Mehman Ələsgərov tərəfindən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs və X17 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindikləri üçün təqsirləndirilən şəxs qismində cəlb edilmiş və hər birinin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 01, i.v. 225-226, 236, 246, 258, 267) İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, müstəntiq Mehman Ələsgərov tərəfindən cinayət işinin istintaq aidiyyəti üzrə Oğuz RPŞ-nin istintaq bölməsinə göndərilməsi haqqında qərar qəbul olunmuşmuşdur. (cild 02, i.v. 01-02) İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə cinayət işi Oğuz RPŞnin İB-nin sabiq baş müstəntiqi Elton Kərimov tərəfindən icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. (cild 02, i.v. 04-05) İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə müstəntiq Elton Kərimov tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (cild 02, i.v. 12-14, 17-18) İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Oğuz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilmiş və həmin tarixdə Oğuz RPŞ-nin istintaq bölməsinin baş müstəntiqi, polis baş leytenantı Amid Eyvazov tərəfindən cinayət işi üzrə icraat təzələnərək icraatına qəbul edilmişdir. (cild 02, i.v. 23-26) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə barəsində seçilmiş qətimkan tədbirinin şərtləri pozması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə müstəntiq Amid Eyvazov tərəfindən sonuncu barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırmış, lakin Oğuz rayon prokuroru vəzifəsini icra edən, baş ədliyyə müşaviri Nazim Babayev tərəfindən vəsatətin müdafiə edilməsindən imtina barədə qərar qəbul olunmuş və həmin tarixdə müstəntiq Amid Eyvazov trəfindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri” seçilmişdir. (cild 02, i.v. 43-55) İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Oğuz Rayon Polis X8 müstəntiqi Ələkbər Əsgərova həvalə olunaraq ibtidai istintaqı davam etdirilmişdir. (cild 02, i.v. 63-65) İş materiallarından görünür ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay olmaqla 5 aya kimi, yəni 28 avqust 2024-cü tarixdən 28 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. (cild 02, i.v. 80-82) İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Oğuz Rayon Polis X8 müstəntiqi Ələkbər Əsgərov tərəfindən X12 barəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə aparılan cinayət təqibinə xitam verilməklə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild 02, i.v. 130-144) İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Oğuz Rayon Polis X8 müstəntiqi Ələkbər Əsgərov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilərək ona həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. (cild 02, i.v. 146-148) İş materiallarında olan Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarından yayındığına görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” dəyişdirilərək barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. Oğuz Rayon Polis Şobəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdəOğuz RPŞ-yə könüllü gəldiyinə görə barəsində açılmış axtarış işinə xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X5 xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Oğuz RPŞ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün xx.xx.2025-ci il tarixdə həmin müəssisəyə təhvil verilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (054)-27/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 43.1.1-ci maddəsinə əsasən, yəni dövlət ittihamçısı CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi-Zərərçəkmiş şəxs2 4745(dörd min yeddi yüz qırx beş) manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı epizod üzrə irəli sürülmüş ittihamdan imtina etdiyi üçün o, həmin epizod üzrə cinayət məsuliyyətindən azad edilmiş və həmin epizod üzrə icraata xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-in 144-146-cı maddələri). Məhkəmə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarındakı mövqeyini rəhbər tutur. Belə ki, həmin qərara əsasən təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan CM-in Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin qərarda bir daha vurğulanmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, CMin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CM-in 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə -dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin, bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının 35-ci bəndində məhkəmələrə izah edilmişdir ki, dələduzluğun təkrarən törədilməsi (CM-in 178.2.2-ci maddəsi) məsələsi CM-in 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hal kimi nəzərə alır: - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; törətdiyi əməli etiraf edib peşman olmasını; Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı qismən ödəməsini; himayəsində xx.xx.2014-cü il təvəllüdlü X13 (ş/v -AZE 18221788 ) və xx.xx.2024-cü il təvəllüdlü X16 (xx.xx.2025-ci il tarixli AZ-1 N472874 nömrəli atalığın müəyyən edilməsi barədə şəhadətnamə) adlı azyaşlı uşaqlarının olmasını; İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən olunmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2023-cü il tarixdə saat 00:10-dan xx.xx.2023-cü il tarixədə saat 11:00-dək olan müddət 2 gün, xx.xx.2024-cü il tarixdə saat 08:40-dan xx.xx.2024-cü il tarixə saat 14:30-a dək olan müddət 2 gün, onun tutularaq həbsə alındığı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət 1 ay 17 gün, ümumilikdə 1 ay 21 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddialara dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə baddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, baş vermiş oğurluq hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə məxsus zinət əşyalarının və pulun oğurlanması nəticəsində dəymiş maddi ziyanın mülki cavabdehdən tutularaq mülki iddiaçılara ödənilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mülki iddialarının tam təmin edilməsi qənaətinə gəlir. Belə ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Baş vermiş cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 4745(dörd min yeddi yüz qırx beş) manat məbləğində, Zərərçəkmiş şəxs1 isə 12802 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın cəmi 17547 (on yeddi min beş yüz qırx yeddi) manat miqdarında olması iş materialları və işin digər faktiki halları ilə müəyyən edilmişdir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs- mülki cavabdeh Təqsirləndirilən şəxs 2600 (iki min altı yüz) manat və ödənilmiş 46(qırx altı) manat dövlət rüsumu, digər zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 isə 10000 (on min) manat pul və ödənilmiş 120(bir yüz iyirmi) manat dövlət rüsumunun ödənilməsini tələb etdiyindən və hazırki ittihamda qeyd edilən cinayət hadisəsinin Təqsirləndirilən şəxs təqsiri üzündən baş verdiyi məhkəmə araşdırması zamanı tam sübuta yetirilsə də, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı indiyədək ödəmədiyinə görə məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs 2600 (iki min altı yüz) manat pul və ödənilmiş 46(qırx altı) manat dövlət rüsumu zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2, 10000 (on min) manat pul və ödənilmiş 120(bir yüz iyirmi) manat dövlət rüsumu zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə digər məhkəmə xərcləri yoxdur.. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:10-dan xx.xx.2023-cü il tarixədə saat 11:00-dək olan müddət 2 gün, xx.xx.2024-cü il tarixdə saat 08:40-dan xx.xx.2024-cü il tarixə saat 14:30-a dək olan müddət 2 gün, onun tutularaq həbsə alındığı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət 1 ay 17 gün, ümumilikdə 1 ay 21 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 8(səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs- mülki cavabdeh Təqsirləndirilən şəxs 2600 (iki min altı yüz) manat pul və ödənilmiş 46(qırx altı) manat dövlət rüsumu alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2, 10,000 (on min) manat pul və ödənilmiş 120(bir yüz iyirmi) manat dövlət rüsumu alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №1(054)-27/2025
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-27/2025
14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver