Məhkəmə qərarları › İş №1(054)-3/2023

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-3/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-3/2023 14.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X9 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1967-ci ildə Qəbələ rayonu Topbağ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Qəbələ rayonu, Topbağ kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına əsasən 10 fevral 2023-cü il tarixdən həbsdə olan, , Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədi ilə Oğuz rayonu, Calud kənd sakini X1 xəstəliyi ilə bağlı əlillik dərəcəsinin təyin olunmasında köməklik göstərəcəyini yalandan vəd verib inandıraraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə xx.xx.2021-ci il il tarixdə Oğuz rayonu, Kərimli kəndində Şahid2 əri X3 məxsus 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək qəsdən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli hesab etmiş və ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2021-ci il tarixdə o, Qəbələ Rayon Mərkəzi Xəstəxanasında olarkən adı ona sonradan məlum olan Natiq adlı şəxsin arvadı Fatmaya xəstəliyi ilə bağlı əlillik düzəltmək üçün sənəd almaq istədiyini görmüş və dələduzluq niyyətini həyata keçirmək üçün Natiq Qəhrəmanovla orada tanış olmuşdur. Söhbət zamanı 1500 manat müqabilində Fatmaya Bakı şəhərindən belində yaranan xəstəliklə bağlı sənəd alınmasında köməklik edəcəyinə söz vermişdir. Daha sonra Natiqdən istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini götürmüşdür. Həmin günün səhəri, yəni xx.xx.2021-ci il tarixdə o, Oğuz rayonu Kərimli kəndinə gələrək Natiqə zəng etmiş və Fatmaya pensiya düzəltmək üçün aralarında razılaşdıqları 1500 manat pulu təcili gətirməsini və onun işi ilə bağlı Bakı şəhərinə gedəcəyini demişdir. Natiq də onunla razılaşaraq İbrahim adlı şəxslə birlikdə onun dediyi ünvana gəlmiş və arvadı Fatmaya pensiya düzətmək üçün sənədin alınması üçün ona 1500 manat pul vermişdir. Natiqdən dələduzluq yolu ilə aldığı pulu ehtiyacı olduğu üçün şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin vaxtdan sonra o, Natiqə müxtəlif vaxtlarda 500 (beş yüz) manat nağd şəkildə və 450(dörd yüz əlli) manat məbləğində pul vəsaitini isə zərərçəkmiş şəxsin kart hesabına ödəmişdir. Hazırda onun Zərərçəkmiş şəxs 550 (beş yüz əlli) manat borcu qalmışdır. Borcun qalan hissəsini də yaxın vaxtlarda ödəyəcəkdir. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadə verərək bildirmişdir ki, o, 2021-ci ilin sentyabr ayında arvadı Fatmanın belində yaranmış problemlərlə bağlı ona xəstəliyi ilə bağlı əlillik düzəltmək üçün Qəbələ rayon xəstəxanasına sənəd almaq üçün getmişdir. Həmin vaxt xəstəxanada Ramiz adlı şəxslə tanış olmuş və söhbət zamanı Təqsirləndirilən şəxs ona 1500 manat müqabilində Fatmaya Bakı şəhərindən belində “yırtıq” olmasıyla bağlı sənəd alınmasında köməklik edəcəyinə söz vermişdir. Bundan sonra Ramizlə razılaşıb onunla yaxın vaxtlarda görüşəcəyinə vəd verərək evə qayıtmışdır. Həmin günün səhəri, yəni xx.xx.2021-ci il tarixdə Ramiz ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə zəng edərək, Oğuz rayonu Kərmli kəndində olduğunu və təcili Fatmanın pensiyaya çıxmaq üçün vacib olan sənədi almaqdan ötrü Bakı şəhərinə gedəcəyini, buna görə də razılaşdıqları 1500 manat pulu ona çatdırmasını bildirmişdir. O da Ramizlə razılaşıb həmin gün həmkəndlisi İbrahimlə birlikdə Oğuz rayonu, Kərimli kəndinə gedərək İbrahimin yanında 1500 manat pulu Ramizə vermişdir. Daha sonra Ramiz vəd etdiyi sənədi gətirmədiyi üçün aldadıldığını bilib Azərbaycan Respublikası Baş Prokurorluğuna olanlarla bağlı müraciət etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda ona 500 (beş yüz) manat nağd şəkildə və 450(dörd yüz əlli) manat məbləğində pul vəsaitini isə kart hesabına ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs ona 550 (beş yüz əlli) manat borcu qalmışdır. Təqsirləndirilən şəxs uzun müddət ərzində onu müxtəlif bəhanələrlə aldatdığına və aldığı pulları indiyədək də tam şəkildə qaytarmadığına görə ondan şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, onun Zərərçəkmiş şəxsla qohumluq münasibətləri vardır. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə ona məxsus avtomobillə Oğuz rayonu Kərimli kəndinə gedərək arvadı Fatma Qəhrəmanovaya sənəd düzəltmək üçün 1500 manat pulu adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs vermişdir. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, belində yaranmış problemlərlə bağlı xəstəliyinə görə əlillik düzəltmək üçün 2021-ci ilin sentyabr ayında əri Natiqlə birlikdə Qəbələ rayon xəstəxanasına sənəd almaq üçün getmişdir. Həmin vaxt xəstəxanada əri Natiq Ramiz adlı şəxslə tanış olmuş və söhbət zamanı Ramiz 1500 manat müqabilində onun belində “yırtıq” olmasıyla bağlı Bakı şəhərindən xəstəxanadan sənəd alınmasında köməklik edəcəyinə söz vermişdir. Bundan sonra əri Natiq Ramizlə razılaşıb onunla yaxın vaxtlarda görüşəcəyinə vəd verərək evə qayıtmışdır. Həmin günün səhəri, yəni xx.xx.2021-ci il tarixdə Ramiz əri Natiqə mobil telefon vasitəsi ilə zəng edərək, Oğuz rayonu Kərmli kəndində olduğunu və sənədi almaqdan ötrü təcili Bakı şəhərinə gedəcəyini, buna görə də razılaşdıqları 1500 manat pulu ona çatdırmasını bildirmişdir. Əri Natiq də Ramizlə razılaşıb həmin gün həmkəndlisi İbrahimlə birlikdə Oğuz rayonu, Kərimli kəndinə gedərək İbrahimin yanında 1500 manat pulu Ramizə vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan, Qəbələ Rayon Mərkəzi Xəstəxanasından verilmiş xx.xx.2022-ci il tarixli, PHŞ/6.52-2-2022-379 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Poliklinika Şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda deyil.(iş vər: 51) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli cavabından, habelə məhkəmə qərarlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinməklə 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına və 3000 manat cərimə cəzasına (CM 67.1) məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə onun barəsində olan hökm üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi CM-nin 178.1-ci maddəsinə tövsif edilmiş, üzərində qəti olaraq 2 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə o 5 ay 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cərimə cəzası 01.il 06 ay müddətə islah işləri (15%) cəzası ilə əvəz olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ittiham hökmünün icrası müddətinin keçməsi ilə əlaqədar qazancından dövlət nəfinə 15% tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasını çəkməkdən azad edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.202021-ci il tarixli qərarı iləxx.xx.2021-ci il tarixli qərar ləğv edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzanı çəkməkdən azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Balakən RPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, həmin tarixdə CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilməklə o, qazancından dövlət nəfinə 15% tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasından azad edilmişdir. (iş vər: 38-40, 92-103, 107-111) Qəbələ rayon İcra və Probasiya şöbəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli, 6295/10 saylı cavab məktubundan görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə qazancından dövlət nəfinə 15% tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(025)-24/2021 saylı qərarına əsasən həmin cəzadan azad edilmişdir.(iş vər:112) Qəbələ rayon İcra Hakimiyyəti başçısının Topbağ İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli, 119 nömrəli arayışından və xx.xx.2022-ci il tarixli, 121 saylı xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi xx.xx.1965-ci il təvəllüdlü arvadı X4, xx.xx.1994-cü il təvəllüdlü X8 və xx.xx.1996-cı il təvəllüdlü X7 adlı gəlinindən ibarət olmaqla yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmə çağırışlarından qərəzli şəkildə yayındığına görə məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində axtarış elan olunmuş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs həqiqətən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, digər istintaq sənədləri, protokollar və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə CM-nin 59.1.14-cü maddəsinə əsasən ziyan məbləğini qismən ödəməsini, CMnin 59.2-ci maddəsinə əsasən yaşayış yerindən müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eyni zamanda, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildiyini və barəsində qanuni qüvvəyə minmiş hökmlərin olduğunu Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır. Həmçinin, məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı qismən ödədiyini, onunla barışıb razılıq əldə etməyə cəhd göstərmədiyini, zərərçəkmiş şəxsin hazırda da təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, habelə onun əməlində cəzasını yüngülləşdirən halları da nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsini cəzanın məqsədinə uyğun və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun tutulduğu andan-10 fevral 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci, digər məhkəmə xərcləri yoxdur və mülki iddia tələbi verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4(ay) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı tutulduğu andan - xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmadığı, mülki iddia tələbinin verilmədiyi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə hökmün ona verildiyi andan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə, bilavasitə və ya həbsdə saxlanılma yeri vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar