Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-3/2024 28.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi5, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi3 Vəlyəddin oğlunun iştirakı ilə xx xxxxxx 1991-ci il tarixdə Oğuz rayonu Padar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, məhkum olunmamış, Oğuz rayonu Padar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə, 07 iyul.1988-ci il tarixdə Zaqatala rayonu Çökək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, məhkum olunmamış, Zaqatala rayonu Çökək kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə,təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Belə ki, o texniki cəhətdən saz vəziyyətdə olan, idarə etdiyi Vaz-21063 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 13 iyun 2023-cü il tarixdə saat 18:15 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 104-cü kilometrliyində Qəbələ rayonu istiqamətində hərəkətdə olan zaman qanunvericiliklə tənzimlənən tələblərə riayət etməyib (yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, 1.1 üfüqi nişanlanma xəttini (bütov xətti) kəsib keçməməlidir) “X14” Azərbaycan Respublikasi Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq həmin tələblərə riayət etməyərək ehtiyatsızlıqdan qarşı hərəkət zolağına çıxaraq həmin zolaqda Oğuz şəhəri istiqamətində hərəkətdə olan, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Corolla” markalı 77- XR-134 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, ehtiyatsızlıqdan hadisə nəticəsində “Toyota Corolla” markali avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sol baldır sümüyünün sınığı, hər iki göz ətrafı nahiyəsinin cırılmış yaraları kimi dərəcəsinə görə sağlamlığın uzun müddet pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət, Vaz-21063 markalı avtomobildə olan sərnişin X6 baş beynin travması, dəqiqləşdirilməmiş koma, bilateral alın təpə paylarında daha qabarıq olmaqla bütün paylarda səpələnmiş halda yerləmiş 3,0-11,0 mm ölçülərdə çoxsaylı intraparenxematoz hematomalar, diffuz aksonal zədələnmə, subaraxnoidal sahələrin ödemi, sol tərəfdə ənsə nahiyəsində dəri altı yumşaq toxumaların əzilməsi, dəri altıhematomalar, hər iki ağciyərlərdə alveolyar hemmorragiya, sol körpücük sümüyündə orta hissədə yerdəyişən fraqmentli sınıq həyati və ölümlə birbaşa səbəbli əlaqəli olan, bunlardan ölümünə səbəb beyin qişa və maddələrinə qansızma və baş beynin əzilməsi kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Belə ki, o texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi Toyota Corolla markal **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 13 iyun 2023-cü il tarixdəsaat 18:15 radələrində Qaraməryəm-lsmayılli-Şəki avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 104-cü kilometrliyində Oğuz şəhəri istiqametindəhərəkətdə olan zaman yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şəraityaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarina, onlarinnəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamali, 1.1 üfüqi nişanlanma xəttini(bütov xətti) kəsib keçməməli, avtomobilin yarı, yəni sol hissəsini qarşı hərəkət zolağına çıxartmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamali olduğu haldahəmin tələblərə riayət etməyib “X14" Azərbaycan RespublikasıQanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-cihissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texnikiimkanı olmasına baxmayaraq həmin tələblərə riayət etməyib ehtiyatsızlıqdan idarəetdiyi avtomobil ilə yolun ortasında olan bütöv xətti kəsərək avtomobilin yari hissəsini, yəni sol hissəsini qarşı hərəkət zolağına çıxartmaqla hərəkət etdirib qarşıdan əks istiqamətdən hərəkətdə olan Vaz-2106 markalı **- BE-*** dövlət qeydiyyat nişanli avtomobilin sürücü Təqsirləndirilən şəxs1 hərəkəti üçün təhlükə yaratmasi səbəbindən sonuncu idarə etdiyi avtomobili sola istiqamətləndirərək qarşı sol hərəkət hissəsinə çıxartması səbəbindən idarə etdiyi Toyota Corolla markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə öz yoluna qayıtması nəticəsində Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz-2106 markali **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, ehtiyatsızlıqdan hadisə nəticəsində Toyota Corolla markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sol baldir sümüyünün siniği, hər iki göz ətrafi nahiyəsinin cirilmiş yaralari kimidərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət, Vaz-21063 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 bud çanaq oynağında bud sümüyünün çıxığı, oynaqda hərəkət məhdudluğu, çənənin çıxığı, alin, sağ gicgah, sağ qaşaltı, sağ yanaq, sağ çənə bucağı, sağ çənə, boynun, sağ çiyin, sol diz nahiyələrinin əzilmiş-cırılmiş yaralarl,sol əlin üst nahiyəsində yumşaq toxumalarının əzilməsi, travmatik şişkinliyi, sol əlin İlvə llİ barmaqlarının əzilmiş sıyrılmış yaraları, sol dizin əzilmiş-sıyrılmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağir zərər vurmaya aid xəsarət, Vaz-21063 markalı avtomobildə olan sərnişin Abbasov llqar Aydin oğluna baş beynin travması, dəqiqləşdirilməmiş koma, bilateralalin təpə paylarında daha qabarıq olmaqla bütün paylarda səpələnmiş haldayerləmiş 3,0-11,0 mm ölçülərdə çoxsaylı intraparenxematoz hematomalar, diffuzaksonal zədələnmə, subaraxnoidal sahələrin ödemi, sol tərəfdə ənsə nahiyəsində dəri altı yumşaq toxumaların əzilməsi, dərialtı hematomalar, hər iki ağciyərlərdə alveolyar hemmorragiya, sol körpücük sümüyündə orta hissədə yerdəyişən fraqmentli sınıq həyati və ölümlə birbaşa səbəbli əlaqəli olan, bunlardan ölümünə səbəb beyin qişa və maddələrinə qansızma və baş beynin əzilməsi kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, idarə etdiyi VAZ-21063 markali **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur, avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində şəxsi işi ilə əlaqədar olaraq idarə etdiyi VAZ-21063 markal 48-BE -878 dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Oğuz rayonu Padar kəndindən çıxıb Kərimli kəndinə getmişdir. Orada işlərini bitirdikdən sonra öz avtomobili ilə yaşadığı Oğuz rayonu Padar kəndinə geri qayıtmışdır. Geri qayıdan zaman yolda həmkəndlisi X10 avtomobili saxlamaq üçün ona işarə vermiş, o da idarə etdiyi VAZ-21063 markali avtomobili yolun sağ yan hissəsində saxlamışdır. Həmin vaxt İlqar Abbasov kəndə getdiyini, onu da kəndə apara bilib-bilməyəcəyini soruşmuş, o da İlqara onu apara biləcəyini bildirmiş, bundan sonra İlqar Abbasov onun idarə etdiyi avtomobilin qabaq sağ oturacağında oturmuşdur. Sonra o, idarə etdiyi VAZ-21063 markali avtomobili Oğuz şəhəri istiqamətindən Qəbələ rayonu istiqamətində təxminən 60 km/saat sürətlə idarə etmişdir. Padar kəndinə çatan zaman qarşı yolda hərəkətdə olan avtomobil onun yoluna çıxaraq üzərinə gəlmiş, o, toqquşmadan yayınmaq istəsə də qəza baş vermişdir. Hadisədən sonra huşunu itirmiş, həmin gün təxminən 23 radələrində Şəki ŞRMX-da özünə gələn zaman orada ona məlum olmuşdur ki, təxminən saat 18:15 radələrində Qaraməryəm- İsmayılli-Şəki avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 104-cü km-də, idarə etdiyi VAZ-21063 markali avtomobillə Oğuz şəhəri istiqamətindən Qəbələ rayonu istiqamətində hərəkətdə olduğu zaman əks hərəkət zolağına çıxaraq Qəbələ rayonu istiqamətindən Oğuz şəhəri istiqamətində hərəkətdə olan, sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Corolla” markalı **-XR-*** dövlət qeydiyyat nişanli avtomobillə onun hərəkət zolağında toqquşmuşdur. Qəza nəticəsində o özü, sonradan adlarını bildiyi digər sürücü Təqsirləndirilən şəxs2, onun idarə etdiyi avtomobilin salonunda olan sərnişinlər Zərərçəkmiş şəxs, Şahid2 və Şahid1 da xəsarət almışdır. İdarə etdiyi VAZ-21063 markali avtomobilin salonunda olan sərnişin həmkəndlisi X11 isə aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Toqquşma zamanı huşunu itirdiyinə görə hadisə yerinə baxış keçirilməsində iştirak edə bilməmiş, sonradan tərtib olunmuş protokol və sxemlə tanış olmuşdur. Hadisə baş verən vaxt həmin yerdə olan həmkəndlisi Şahid3 sonradan ona bildirmişdir ki, qəza baş verməmisdən əvvəl “Toyota Corolla” markalı **-XR-*** dövlət qeydiyyat nişanli avtomobil onun yoluna çıxmış, yenidən təkrar öz yoluna qayıdan zaman toqquşmamaq üçün əks hərəkət yoluna çıxmışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə 1 nəfər sərnişin olmuş, hadisədən əvvəl avtomobili təxminən 60 km/saat sürətlə idarə etmiş, hadisə baş verməzdən əvvəl spirtli içki qəbul etməmiş, ayıq olmuş, baş vermiş toqqusma zamanı huşunu itirdiyinə görə hərəkəti üçün təhlükənin nə zaman yarandığını bilmir. İdarə etdiyi avtomobillə necə olub düz xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxıb qarşı yolda hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Corolla” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu xatırlamır. “Toyota Corolla” markali **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2, həmin avtomobilin salonunda olan sərnişinlər Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 istintaq orqanına verdikləri ifadələrində bildiriblər ki, toqquşma baş verməzdən əvvəl o idarə etdiyi “VAZ-21063” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə düz xəttin tələbini pozaraq qarşısında eyni istiqamətdə hərəkətdə olan iki avtomobili ötmə əməliyyatına çıxmışdır, lakin bu baradə heç bir nüansı xatirlamır. İdarə etdiyi VAZ-21063 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan sərnişin mərhum X10 həmkəndlisi olub. “Toyota Corolla” markalı **-XR-*** dövlət qeydiyyat nişanli avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 həmin avtomobilin salonunda olan sərnişinlər Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 əvvəllər tanımayıb, onlarla arasında hər hansı düşmənçilik və ya ədavəti olmayıb.Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi yoxdur. Ailə vəziyyətini, himayəsində azyaşlı övladlarının olduğunu nəzərə almaqla ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, idarə etdiyi Toyota Corolla markalı **-XR-*** dövlət qeydiyyat nişanli avtomobil X2 məxsusdur, həmin avtomobili etibarnamə əsasında idarə edir və avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə şəxsi işi ilə əlaqədar olaraq idarə etdiyi Toyota Corolla markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Zaqatala rayonundan çıxıb Bakı şəhərinə getmişdir. Orada işlərini bitirdikdən sonra geriyə-yaşadığı Zaqatala rayonuna qayıtmaq üçün yola düşmək istəyən zaman qohumu Zərərçəkmiş şəxs ona zəng edərək onları da Zaqatala rayonuna aparmağı xahiş etmişdir. O razılaşaraq Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 götürdükdən sonra təxminən saat 13 radələrində Bakı şəhərindən Zaqatala rayonuna yola düşmüşdür. Həmin vaxt Şahid2 avtomobilin salonunda qabaq sağ oturacaqda, Zərərçəkmiş şəxs arxa oturacaqda sağ tərəfdə, Şahid1 isə avtomobilin salonunda arxa sol tərəfdə əyləşmişlər. O idarə etdiyi Toyota Corolla markalı avtomobili Qəbələ rayonu istiqamətindən Oğuz şəhəri istiqamətində təxminən 60 km/saat sürətlə idarə etmişdir. Təxminən saat 18:15 radələrində Qaraməryəm-İsmayılli-Şəki avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 104-cü km-də, idarə etdiyi Toyota Corolla markalı avtomobillə Qəbələ rayonu istiqamətindən Oğuz şəhəri istiqamətində öz yolunda hərəkətdə olan zaman qarşıdan Oğuz şəhəri istiqamətindən Qəbələ rayonu istiqamətində əks hərəkət zolağı ilə iki avtomobilin gəldiyini görmüşdür. Bu zaman əks hərəkət zolağı ilə hərəkətdə olan iki avtomobilin arxasından təxminən 40-50 metrlikdən, sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-2106 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəflətən onun hərəkət zolağına çıxdığını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqqusmamaq üçün idarə etdiyi Toyota Corolla markalı avtomobilin tormoz əyləcindən istifadə edib öz hərəkət istiqamətində yolun sağ tərəfinə çəksə də qəzadan yayınması mümkün olmamış, Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-2106 markalı avtomobilin qabaq sağ hissəsi ilə onun idarə etdiyi Toyota Corolla markalı avtomobilin qabaq sağ hissəsi toqquşmuş və qəza baş vermişdir. Zərbənin təsirindən onun idarə etdiyi Toyota Corolla markalı avtomobil fırlanaraq toqquşma yerində qalsa da Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-2106 markali avtomobil əks hərəkət zolağında yolun sol yan hissəsində olan ehtiyat sahədə dayanmışdır. Nəticədə o idarə etdiyi avtomobilin salonunda olan sərnişinlər Zərərçəkmiş şəxs, Şahid1 və digər sərnişin Şahid2 xəsarət almışdır. Bundan sonra o avtomobildən düşmüşdür. Həmin vaxt VAZ-2106 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 xəsarət aldığını, onun idarə etdiyi avtomobilin salonunda olan sərnişin sonradan adını bildiyi Abbasov llqar Aydın oğlunun isə öldüyünü görmüşdür. Bu zaman ətrafa toplaşan tanımadığı şəxslərdən biri təcili tibbi yardıma zəng etmiş və bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları onları ilk öncə Oğuz RMX-na, oradan isə Şəki ŞRMX-na aparmışlar. Ona görə də hadisə yerinə baxış keçirilməsində iştirak edə bilməmişdir. Tərtib olunmuş protokol və sxemlə tanış olmuşdur, istintaq zamanı ifadə verib, ancaq sənədləri oxumadan imzalayıb. İdarə etdiyi Toyota Corolla markali ** XR *** dövlət qeydiyyat nişanli avtomobil X2 məxsus olub, həmin avtomobili etibarnamə əsasında idarə edb, avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi olub, hadisə zamanı idarə etdiyi avtomobildə üç nəfər sərnişin olub, hadisədən əvvəl avtomobili təxminən 60 km/saat sürətlə idarə edib. Hərəkəti üçün təhlükə Qaraməryəm-İsmayılli-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən 104-cü km-də, Qəbələ rayonu istiqamətindən Oğuz şəhəri istiqamətində hərəkətdə olan zaman qarşıdan əks hərəkət zolağı ilə gələn, sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-2106 markali **-BE-*** dövlət qeydiyyat nişanli avtomobillə qəflətən əks hərəkət zolağına çıxıb onun hərəkət zolağına istiqamətlənərək qarşısına çıxdığı andan yaranmışdır. Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-2106 markali **-BE-*** dövlət qeydiyyat nişanli avtomobil təxminən 40-50 metrlikdən onun hərəkət zolağına çıxmışdır. Onun idarə etdiyi Toyota Corolla markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan sərnişinlər Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 əvvəldən tanıyıb, VAZ-2106 markali ** BE *** dövlət qeydiyyat nişanli avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 və onun avtomobilinin salonunda olan sərnişin mərhum X7 əvəllər tanımayıb, onlarla aralarında hər hansı düşmənçilik və ya ədavəti olmayıb. Cinayət işində istinad edilmiş ekspert rəyləri ilə razı deyil. Barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunan cinayət əməli işin məhkəmə iclasında tədqiq edilən halları ilə aşağıdakı qaydada sübuta yetir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mərhum X10 onun əri olmuş, xx.xx.2008-ci il tarixdə birgə nigaha daxil olmuş, birgə nigahlarından iki övladları vardır. xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində əri İlqar Abbasov işə getmək üçün evdən çıxıb getmişdir. Həmin gün təxminən saat 19:15 radələrində əri İlqar Abbasovun yol-nəqliyyat hadisəsinə düşərək Şəki ŞRMX-na aparılması baradə məlumat almışdır. Bundan sonra Şəki ŞRMX-na getmiş və hadisə barədə maraqlanarkən ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 18:15 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 104-cü km-də, Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-2106 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz şəhəri istiqamətindən Qəbələ rayonu istiqamətində hərəkət edərkən əks hərəkət zolağına çıxaraq qarşıdan Qəbələ rayonu istiqamətindən Oğuz şəhəri istiqamətində hərəkət edən Təqsirləndirilən şəxs2 idarə etdiyi Toyota Corolla markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə VAZ-2106 markalı avtomobilin salonunda olan sərnişin onun mərhum əri Abbasov llqar Aydın oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüş, VAZ-2106 markali avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1, “Toyota Corolla” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 və “Toyota Corolla” markalı avtomobilin salonunda olan sərnişinlər xəsarət almışlar. “Toyota Corolla” markali **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2, həmin avtomobilin salonunda olan sərnişinlər Zərərçəkmiş şəxs, Şahid1, Şahid2, VAZ-2106 markalı 48-BE -878 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 əvvəllər tanımayıb və onlarla aralarında hər hansı düşmənçilik və ya ədavəti olmayıb. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayət və tələbinin olmadığına, onlarla barışdığına dair notarial qaydada tərtib edilmiş ərizələri məhkəməyə təqdim etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə qızı Şahid1 ata yurdu Gürcüstan Respublikasına getmişdir. xx.xx.2023-cü il tarixdə o özü və oğlu Şahid2 birlikdə Gürcüstan Respublikasına getmişlər. Bundan sonra onlar xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasina geri qayıtmışdır. Bakı şəhərində olan zaman yaşadığı Zaqatala rayonuna getmək üçün oğlu Muradın rayon adamı kimi əvvəldən tanıdığı Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayaraq onları Bakı şəhərindən yaşadıqları Zaqatala rayonuna aparmağı xahiş etmişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs2 onları Bakı şəhərində olan X9 Aeroportundan götürdükdən sonra təxminən saat 13 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Corolla” markali **-XR-*** dövlət qeydiyyat nişanli avtomobillə yola düşmüşlər. Həmin vaxt o, avtomobilin salonunda arxa oturacaqda sağ tərəfdə, oğlu Şahid2 avtomobilin salonunda qabaq sağ oturacaqda, qızı Şahid1 avtomobilin salonunda arxa oturacaqda sol tərəfdə əyləşmiş, Təqsirləndirilən şəxs2 isə avtomobili idarə etmişdir. Həmin gün təxminən saat 18:15 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 104-cü km-də, Qəbələ rayonu istiqamətindən Oğuz şəhəri isitqamətində öz yollarında hərəkətdə olan zaman qarşıdan Oğuz şəhəri istiqamətindən Qəbələ rayonu istiqamətində əks hərəkət zolağı ilə iki avtomobilin gəldiyini görmüşdür. Bu zaman əks hərəkət zolağı ilə hərəkətdə olan iki avtomobilin arxasından sonradan adını bildiyi, Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21063 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəflətən onların hərəkət zolağına çıxdığını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşmamaq üçün idarə etdiyi “Toyota Corolla” markalı avtomobilin tormoz əyləcindən istifadə edib sağa çəkmək istəsə də bu mümkün olmamış və Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-2106 markali avtomobilin qabaq sağ hissəsi ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi Toyota Corolla markalı avtomobilin qabaq sağ hissəsi toqquşmuşdur. Zərbənin təsirindən Təqsirləndirilən şəxs2 idarə etdiyi Toyota Corolla markalı avtomobil fırlanaraq toqquşma yerində qalsa da Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-2106 markalı avtomobil isə əks hərəkət zolağında yolun sol yan hissəsində olan ehtiyat sahədə dayanmışdır. Nəticədə o, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2, həmçinin avtomobilin salonunda olan digər sərnişinlər qızı Şahid1 və oğlu Şahid2 xəsarət almışdır. Hadisə baş verdikdən sonra avtomobildən düşmüşdür. Həmin vaxt VAZ-2106 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 xəsarət aldığını, onun idarə etdiyi avtomobilin salonunda olan sərnişin, sonradan adını bildiyi X4 isə öldüyünü görmüşdür. Bu zaman ətrafa toplaşan tanımadığı şəxslərdən biri təcili tibbi yardıma zəng etmiş və bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları onları əvvəlcə Oğuz RMX-na, oradan isə Şəki ŞRMX-na aparmışlar. Toyota Corolla markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 rayon adamı kimi öz oğlu Murad vasitəsi ilə tanıyır, VAZ-2106 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 və onun idarə etdiyi avtomobilin salonunda olan sərnişin mərhum X7 əvvəllər tanımayıb, onlarla arasında hər hansı düşmənçilik və ya ədavəti olmayıb, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayəti yoxdur, gələcəkdə də bununla bağlı hər hansı tələbinin olmayacağına dair notarial qaydada tərtib edilmiş ərizələri məhkəməyə təqdim etmişdir. İbtidai istintaq vaxtı iş üzrə şahid qismində dindirilmiş Şahid1 səhhəti ilə bağlı Gürcüstan Respublikasında olduğundan, digər Şahid2 hərbi xidmətdə olduğundan məhkəmə iclaslarına gəlməmiş, Şahid2 məhkəməyə teleqram göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Hər iki şahidin anaları Zərərçəkmiş şəxs ifadəsinə uyğun verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Oğuz rayonunun Padar kəndinin ərazisində yerləşən avtomobillərin təmiri sexində çilingər işləyir. xx.xx.2023-cü il tarixdə təxminən saat 18:00 radələrində işlədiyi avtomobillərin təmiri sexindən çıxıb yaşadığı Oğuz rayonu Padar kəndinə getmək üçün yolun sağ ehtiyat sahəsində dayanmışdır. Həmin vaxt təxminən saat 18:15 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 104-cü km-də, Qəbələ rayonu istiqamətindən Oğuz şəhəri istiqamətində sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 idarə etdiyi Toyota Corolla markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin düz xəttin ortası ilə gəldiyini görmüşdür. Bu zaman Oğuz şəhəri istiqamətindən Qəbələ rayonu istiqamətində həmkəndlisi Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21063 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan vaxt Toyota Corolla markalı avtomobilin düz xəttin ortası ilə üzərinə gəldiyini görüb avtomobili sola doğru sürüb keçmək istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 idarə etdiyi Toyota Corolla markalı avtomobili yenidən öz hərəkət zolağına qaytarmışdır. Təqsirləndirilən şəxs1 avtomobillərin toqquşmaması üçün tormoz əyləcindən istifadə etmiş və avtomobilin idarə etməsini itirmişdir. Təqsirləndirilən şəxs1 əks hərəkət zolağında idarə etdiyi VAZ-21063 markalı avtomobilin qabaq hissəsi ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi Toyota Corolla markalı avtomobilin qabaq hissəsi toqquşaraq qəza baş vermişdir. Zərbənin təsirindən Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21063 markalı avtomobil yolun sol ehtiyat hissəsində, Təqsirləndirilən şəxs2 idarə etdiyi Toyota Corolla markalı avtomobil isə toqquşma yerində qalmışdır. Bundan sonra o dərhal toqquşma yerinə yaxınlaşıb xəsarət alan sərnişin və sürücülərə kömək etmişdir. Bu zaman həmkəndlisi Təqsirləndirilən şəxs1 xəsarət aldığını, onun idarə etdiyi avtomobilin salonunda olan sərnişin, həmkəndlisi X4 aldığı xəsarətlərdən hadisə yerində öldüyünü, Toyota Corolla markali avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 və onun idarə etdiyi avtomobilin salonunda olan sərnişinlər-sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 xəsarət aldıqlarını görmüşdür. Bundan sonra ətrafa toplaşan tanımadığı şəxslərin köməyi ilə xəsarət alanları avtomobillərdən çıxarmışlar. Həmin vaxt tanımadığı şəxslərdən biri təcili tibbi yardıma zəng etmiş, bir qədər sonra hadisə yerinə təcili tibbi yardım əməkdaşları gələrək xəsarət alanları Oğuz RMX-na aparmışdır. Hadisə nəticəsində ölmüş şəxs X10 həmkəndlisi olub, Toyota Corolla markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2, həmin avtomobilin salonunda olan sərnişinlər Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 əvvəllər tanımayıb, onlarla arasında hər hansı düşmənçilik və ya ədavət olmayıb. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş, 13 iyun 2023-cü il tarixdə yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 104-cü km-də baş vermişdir. Hadisə yerinə baxiş Oğuz şəhəri istiqamətindən Qəbələ rayonu istiqamətində keçirilmişdir. Hadisə baş verən yer yaşayış məntəqəsi daxilidir. Yol iki tərəfli hərəkət istiqamətlidir, hər istiqamətdə bir hərəkət zolağı vardır, hərəkət hissəsi asfalt-beton örtüklüdür, qurudur, düzdür. Hər iki istiqamətdə görünüş məsafəsində məhdudiyyət və maneə yoxdur, qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa düz nişanlanma xətti vardır.Yolun sağ çiyni çınqıl-daş örtüklüdür, eni 1.5 metrdir, sağ çiynə btişik ərazi kənd tipli tikililərdir. Yolun sol çiyni çınqıl-daş örtüklüdür, eni 2.3 metrdir, sol çiynə bitişik ərazi çökəklikdir, kənd tipli tikililərdir. Toqquşma Oğuz şəhəri istiqamətindən Qəbələ rayonu istiqamətində hərəkət edən VAZ-2106 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətinə görə yolun solunda əks hərəkət zolağı ilə qarşıdan Qəbələ rayonu istiqamətindən Oğuz şəhəri istiqamətində hərəkət edən Toyota Corolla markali **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yolunda baş vermişdir. Toqquşma yeri müəyyən olunmuş və məlum olmuşdur ki, toqqusma yerindən yolun soluna 1.5 m, yolun sağına 5.9 m, soldan geriyə Padar kəndinə dönən yolun sol küncünə 25.8 m, qarşıya 60 yol nişanına isə 8.4 m-dir. Hadisədən sonra Toyota Corolla markalı avtomobil yolun sağ, VAZ-2106 markalı avtomobil isə yolun soluna doğru dayanmışdır. (iş vərəqə 05-16). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş yol-nəqliyyat hadisəsi ekspertizasının 29 sentyabr 2023-cü il tarixli, 8/2402 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumata əsasən “VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «X14» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət eməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Qeyd olunan rəydə həmçinin göstərilmişdir ki, “Toyota Corolla” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. (iş vərəqə 180-183). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş yol-nəqliyyat hadisəsi ekspertizasının 29 sentyabr 2023-cü il tarixli, 8/2518 saylı rəyindən görünür ki, ilkin kontakt anında “Toyota Corolla” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı və “VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillərin bir-birinə nəzərən qarşılıqlı vəziyyətləri rəyin tədqiqi hissəsində göstərildiyi kimi nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma Toyota Corolla markalı avtomobilin qabaq sağ hissəsi ilə VAZ 2106 markalı avtomobilin qabaq sağ tin hissəsi arasında təxminən 30-40 dərəcə bucaq altında baş vermişdir. Hadisə yerində toqquşmaya kimi avtomobillərə məxsus təkər izi qalmadığından ilkin kontakt anında avtomobillərin yola nəzərən vəziyyətlərini, nəticə etibarı ilə real hadisənin baş vermə mexanizmini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Ona görə sürücülərin göstərdikləri hadisə mexanizmindən hansının real hadisə mexanizminə uyğun olubolmamasını ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. (iş vərəqə 184-188). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş yol-nəqliyyat hadisəsi ekspertizasının 18 oktyabr 2023-cü il tarixli, 8/3093 saylı rəyindən görünür ki, hazırki rəyin nəticəsi ilə əvvəlki 8/2402 saylı rəyin nəticəsi arasındakı fərq hazırki ekspertiza zamanı əvvəlki ekspertizadan fərqli olaraq istintaq tərəfindən hadisə mexanizmi üzrə yeni məlumatların təqdim olunması ilə əlaqədardır. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Corolla” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «X14» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət eməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «X14» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (iş vərəqə 246-250). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş yol-nəqliyyat hadisəsi ekspertizasının 01 noyabr 2024-cü il tarixli, 8/1885 saylı rəyindən görünür ki, ekspertiza yolu ilə real hadisənin baş vermə mexanizmini, yəni xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ekspertizaların təyin edilməsi barədə qərarda istintaq orqanı tərəfindən göstərilən hadisə mexanizmlərindən hansının real hadisə mexanizminə uyğun olmasını müəyyən etmək mümkün olmadığından və məhkəmə tərəfindən hazırki ekspertizanın təyini haqqında qərarda konkret olaraq qiymətləndirilmiş hadisə mexanizmi təqdim edilmədiyindən sürücülərin hadisənin qarşısını alması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat istintaq tərəfindən müəyyən edilmiş hər iki mexanizm üzrə aparılır. İ variant: Sürücü Təqsirləndirilən şəxs1 “VAZ 2106” markalı avtomobili 60 km.saat sürətlə idarə edərkən 1.1 üfüqi nişanlanma xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxmış və bu zaman qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə 60 km.saat sürətlə hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə toqquşmuşdur.Sürücü Təqsirləndirilən şəxs2 hərəkəti üçün təhlükə “VAZ 2106” markalı avtomobilin əks hərəkət yoluna çıxdığı anda yaranmış və həmin an avtomobillər arasında 40- 50 metr məsafə olması şəraitində: “VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «X14» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Toyota Corolla” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. İİ variant: Sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Corolla” markalı avtomobili Oğuz şəhəri istiqamətində 60 km.saat sürətlə hərəkət etdirərkən qarşıdan əks istiqamətdə hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs1 60 km.saat sürətlə idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə toqquşması və Şahid3 ifadəsi yerində yoxlanılarkən ifadəsini təsdiq edərək “Toyota Corolla” markalı avtomobil onun yanından keçərkən həmin avtomobilin yarı hissəsinin qarşı sol hərəkət zolağına çıxmaqla hərəkətdə olduğunu göstərməsi və ifadənin yerində yoxlanılması zamanı “Toyota Corolla” markalı avtomobilin yarı hissəsi qarşı sol hərəkət zolağına çıxmaqla onun yanından keçdiyi yerdən toqquşma yerinə kimi 24 metr məsafə qət etməsi şəraitində: “VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «X14» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət eməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Toyota Corolla” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «X14» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət eməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” publik hüquqi şəxsin Şəki rayon şöbəsinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş meyitin məhkəmətibbi ekspertizasının 13 iyun 2023-cü il tarixli 27 saylı rəyinə əsasən X1 meyitinin məhkəmətibbi ekspertizası zamanı aşağıdakılar aşkar edilmişdir - baş beynin travması, dəqiqləşdirilməmiş koma, bilateral alın-m təpə paylarında daha qabarıq olmaqla bütün paylarda səpələnmiş halda yerləşmiş 3,0-11,0 mm ölçülərdə çoxsaylı intraparenxematoz hematomalar, diffuz-aksonal zədələnmə, subaraxnoidal sahələrin ödəemi, sol tərəfdə ənsə nahiyəsində dərialtı yumşaq toxumaların əzilməsi, dərialtı hematomalar, hər iki ağciyərdə alveolyar hemmorragiya, sol körpücük sümüyündə orta hissədə yerdəyişən fraqmentli sınıq. X1 meyitində aşkar edilmiş xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd edilən şəraitdə və tarixdə, yəni yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür. X1 ölümünə səbəb beyin qişa və maddələrinə qansızma və baş beynin əzilməsi olmuşdur, dərəcəsinə görə ölümünə səbəb olduğundan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və onun ölümü meyit müayinə olunan vaxtdan iki-üç saat əvvəl baş vermişdir.(iş vərəqə 114-118). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” publik hüquqi şəxsin Şəki rayon şöbəsinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş canlı şəxsin ekspertizasının 17 iyul 2023-cü il tarixli 271 saylı rəyinə əsasən Şahid2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol baldırın əzilmiş-cırılmış yarası, sol topuq nahiyəsinin əziyi bərk-küt əşyanın təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 13 iyun 2023-cü il tarixinə uyğundur, xəsarətin yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.(iş vərəqə 119-121). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” publik hüquqi şəxsin Şəki rayon şöbəsinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş canlı şəxsin ekspertizasının 17 iyul 2023-cü il tarixli 272 saylı rəyinə əsasən Şahid1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: çənə nahiyəsinin travmatik şişkinliyi, yumşaq toxumalarının əzilməsi, sol diz qapağının sıyrıqları bərk-küt əşyanın təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 13 iyun 2023-cü il tarixinə uyğundur, xəsarətin yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir.(iş vərəqə 122-121). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” publik hüquqi şəxsin Şəki rayon şöbəsinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş canlı şəxsin ekspertizasının 17 iyul 2023-cü il tarixli 275 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmətibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol baldır sümyünün sınığı, hər iki göz ətrafı nahiyəsinin cırılmış yaraları bərk-küt əşyanın təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 13 iyun 2023-cü il tarixinə uyğundur, xəsarətin yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddir.(iş vərəqə 132-134). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” publik hüquqi şəxsin Şəki rayon şöbəsinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş canlı şəxsin ekspertizasının 17 iyul 2023-cü il tarixli 274 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət: sol döş nahiyəsinin yumşaq toxumalarının əzilməsi bərk-küt əşyanın təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 13 iyun 2023-cü il tarixinə uyğundur, xəsarətin yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.(iş vərəqə 129-131). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” publik hüquqi şəxsin Şəki rayon şöbəsinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş canlı şəxsin ekspertizasının 17 iyul 2023-cü il tarixli 273 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: bud-çanaq oynağında bud sümüyünün çıxığı, oynaqda hərəkət məhdudluğu, çənənin çıxığı, alın, sağ gicgah, sağ qaşaltı, sağ yanaq, sağ çənə bucağı, sağ çənə, boynun, sağ çiyin, sol diz nahiyələrinin əzilmiş-cırılmış yaraları, sol əlin üst nahiyəsinin yumşaq toxumalarının əzilməsi, travmatik şişkinliyi, sol əlin İİ və İİİ barmaqlarının əzilmiş-sıyrılmış yaraları, sol dizin əzilmiş-sıyrılmış yaraları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 13 iyun 2023-cü il tarixinə uyğundur, xəsarətin yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddir. (iş vərəqə 125-128). Azərbaycan Respublikası TƏBİB Oğuz RMX PHŞ-in işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş 11 oktyabr 2023-cü il tarixli 18-1-64/2-8183/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Oğuz Rayon Mərkəzi Xəstəxanası Poliklinika şöbəsinin ruhi və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (iş vərəqə 190). Azərbaycan Respublikası TƏBİB Zaqatala RMX PHŞ-in işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş 12 avqust 2023-cü il tarixli PHŞ/6-78/2-903/2023 saylı məktubundan görünür ki, Saadov X5 Rayon Mərkəzi Xəstəxanası Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (iş vərəqə 174). İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş cinayət işi üzrə yoxlamalara dair tələbnamələrə Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində heç bir məlumat yoxdur (iş vərəqə 99-100). Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2023-cü il tarixli, 3-13-16/2-85505/2023 saylı məktubundan görünür ki, İdarənin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 xx.xx.2017-ci il tarixdə (xx.xx.2027-ci il tarixədək etibarlı olan) AE 722458 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmayıb. (iş vərəqə 105). Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2023-cü il tarixli, 3-13-16/2-85482/2023 saylı məktubundan görünür ki, İdarənin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 xx.xx.2015-ci il tarixdə (xx.xx.2025-ci il tarixədək etibarlı olan) AE 713581 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmayıb. (iş vərəqə 106). Oğuz rayon İHB Padar İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2023-cü il tarixli, 5-68-12/2-148/2023 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Oğuz rayon Padar kəndində qeydiyyatda olmaqla yaşayır, ailəlidir, himayəsində 2017 və 2018-ci il təvəllüdlü iki azyaşlı övladı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vərəqə 66-67). Zaqatala rayon İHB Göyəm kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2023-cü il tarixli, 5-82-22/2-827/2023 saylı arayışlarından və xasiyyətnaməsindən görünür ki, Saadov X5 rayon Çökək kəndində qeydiyyatda olmaqla yaşayır, ailəlidir, himayəsində 2010, 2011 və 2021-ci il təvəllüdlü üç azyaşlı övladı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vərəqə 68-70). Zərərçəkmiş şəxs X4 hüquqi varisi X3 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə imzası notarial qaydada təsdiq edilmiş, işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş ərizələrindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Fərux oğlu ilə barışmış, onlardan şikayətçi deyil, gələcəkdə də bununla bağlı heç bir iddiası və tələbi olmayacaq. (iş vərəqə 116, 129). Zərərçəkmiş şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə imzası notarial qaydada təsdiq edilmiş, işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş ərizələrindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Fərux oğlu ilə barışmış, onlardan şikayətçi deyil, gələcəkdə də bununla bağlı heç bir iddiası və tələbi olmayacaq. (iş vərəqə 163-164). Beləliklə məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21063 markalı minik avtomobili ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi Toyota Corolla markalı minik avtomobili toqquşmuş, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində VAZ-21063 markalı avtomobildə olan sərnişin X10 hadisə yerində ölmüş, hər iki sürücü, digər avtomobildə olan üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. İbtidai istintaq zamanı təyin edilmiş yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/2518 saylı ekspert rəyi ilə ilkin kontakt anında “Toyota Corolla” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı və “VAZ 21063” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillərin bir-birinə nəzərən qarşılıqlı vəziyyətlərinə əsasən rəyin tədqiqi hissəsində göstərildiyi kimi nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşmanın Toyota Corolla markalı avtomobilin qabaq sağ hissəsi ilə VAZ 21063 markalı avtomobilin qabaq sağ tin hissəsi arasında təxminən 30-40 dərəcə bucaq altında baş verdiyi, hadisə yerində toqquşmaya kimi avtomobillərə məxsus təkər izi qalmadığından ilkin kontakt anında avtomobillərin yola nəzərən vəziyyətlərinin, nəticə etibarı ilə real hadisənin baş vermə mexanizminin ekspertiza yolu ilə müəyyən etməyin mümkün olmadığı, ona görə sürücülərin göstərdikləri hadisə mexanizmindən hansının real hadisə mexanizminə uyğun olubolmamasının ekspertiza yolu ilə müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Bundan əlavə təyin edilmiş digər yol-nəqliyyat ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/2402 saylı ekspert rəyi ilə bildirilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumata əsasən “VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «X14» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət eməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Qeyd olunan rəydə həmçinin göstərilmişdir ki, “Toyota Corolla” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixli vəsatətinə əsasən xx.xx.2023-cü il tarixdə ifadəsi alınmış Şahid3 ifadəsi xx.xx.2023-cü il tarixdə yerində yoxlanılaraq həmin tarixli qərarla əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir.Buna uyğun olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 8/3093 saylı rəylə bildirilmişdir ki, hazırki rəyin nəticəsi ilə əvvəlki 8/2402 saylı rəyin nəticəsi arasındakı fərq hazırki ekspertiza zamanı əvvəlki ekspertizadan fərqli olaraq istintaq tərəfindən hadisə mexanizmi üzrə yeni məlumatların təqdim olunması ilə əlaqədardır. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Corolla” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «X14» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət eməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «X14» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə icraatı gedişində Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 vəsatəti nəzərə alınmaqla cinayət işi üzrə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Keçirilmiş ekspertizanın xx.xx.2024-cü il tarixli, 8/1885 saylı rəyi ilə aşağıdakılar bildirilmişdir: Ekspertiza yolu ilə real hadisənin baş vermə mexanizmini, yəni xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ekspertizaların təyin edilməsi barədə qərarda istintaq orqanı tərəfindən göstərilən hadisə mexanizmlərindən hansının real hadisə mexanizminə uyğun olmasını müəyyən etmək mümkün olmadığından və məhkəmə tərəfindən hazırki ekspertizanın təyini haqqında qərarda konkret olaraq qiymətləndirilmiş hadisə mexanizmi təqdim edilmədiyindən sürücülərin hadisənin qarşısını alması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat istintaq tərəfindən müəyyən edilmiş hər iki mexanizm üzrə aparılır. İ variant: Sürücü Təqsirləndirilən şəxs1 “VAZ 2106” markalı avtomobili 60 km.saat sürətlə idarə edərkən 1.1 üfüqi nişanlanma xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxmış və bu zaman qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə 60 km.saat sürətlə hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə toqquşmuşdur.Sürücü Təqsirləndirilən şəxs2 hərəkəti üçün təhlükə “VAZ 2106” markalı avtomobilin əks hərəkət yoluna çıxdığı anda yaranmış və həmin an avtomobillər arasında 40- 50 metr məsafə olması şəraitində: “VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «X14» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Toyota Corolla” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. İİ variant: Sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Corolla” markalı avtomobili Oğuz şəhəri istiqamətində 60 km.saat sürətlə hərəkət etdirərkən qarşıdan əks istiqamətdə hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs1 60 km.saat sürətlə idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə toqquşması və Şahid3 ifadəsi yerində yoxlanılarkən ifadəsini təsdiq edərək “Toyota Corolla” markalı avtomobil onun yanından keçərkən həmin avtomobilin yarı hissəsinin qarşı sol hərəkət zolağına çıxmaqla hərəkətdə olduğunu göstərməsi və ifadənin yerində yoxlanılması zamanı “Toyota Corolla” markalı avtomobilin yarı hissəsi qarşı sol hərəkət zolağına çıxmaqla onun yanından keçdiyi yerdən toqquşma yerinə kimi 24 metr məsafə qət etməsi şəraitində: “VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «X14» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət eməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Toyota Corolla” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «X14» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət eməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə xx.xx.2024-cü il tarixli, 8/1885 saylı ekspert rəyinin İİ variantında müəyyən edilən halları sübut kimi qəbul edərək bildirir ki, təqsirləndirilən şəxslərin özlərinin ifadəsi ilə qismən, ekspertiza rəyləri, şahid ifadələri və digər iş materialları ilə hər iki təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir.Buna görə də məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Fərrrux oğlunun əməli CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və onlara həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmə bu mövqeyi qəbul edərkən Təqsirləndirilən şəxs2 Qərib oğlunun müdafiəçisinin bəraət hökmünün çıxarılmasına dair yazılı nitqində qeyd etdiyi hallara, yəni Şahid3 ziddiyyətli ifadə verməsi, habelə hal şahidləri qismində iştirak etmiş iki şəxsin şahidin qohumu olması fikrinə tənqidi yanaşaraq bildirir ki, əvvəla adı qeyd edilən şahidin ifadəsi xx.xx.2023-cü ildə, yəni həm məhkəməyə təqdim edilmiş digər şahidlər, həm də təqsirləndirilən şəxslərin dindirilməsinə yaxın müddətdə, yəni yol-nəqliyyat hadisəsi ilə bağlı ilkin araşdıma aparılan dövrdə alınmış, ilk ekspertiza sentyabr ayında keçirilmiş, növbəti ekspertiza isə Təqsirləndirilən şəxs1 vəsatətinə uyğun olaraq Şahid3 ifadəsi yerində yoxlanıldıqdan sonra təyin edilmiş, həmin ekspertizanın rəyi ilə hər iki təqsirləndirilən şəxsin hadisənin qarşısını almağa texniki imkanının olduğu bildirlmişdir. Şahid3 ifadəsinə istinad edilməsinin Təqsirləndirilən şəxs1 vəziyyətinin yüngülləşməsinə xidmət etdiyinə dair məlumatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Buna görə də məhkəmə hesab edir ki, təyin edilmiş sonuncu ekspertiza keçirildikdən sonra rəydə göstərilən İİ varianta uyğun nəticənin real vəziyyəti əks etdirdiyi qəbul edilməli və çıxarılacaq yekun qərar da bununla əsaslandırılmalı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisinin mövqeyi isə özünü müdafiə kimi qiymətləndirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. CM-nin cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsasən, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları o, cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında, nəqliyyat vasitəsindən idarə etmə hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərər çəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə icraatı zamanı müəyyən edilənlərə əsasən Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar onun məhkumluğunun olmaması, himayəsində iki azyaşlı övladının olması, özünü qismən təqsirli hesab etməsi, yaşayış yerindən müsbət xarakterizə olunması, cinayət nəticəsində vurulmuş zərəri tamamilə ödəməsi, zərərçəkmiş şəxs X4 hüquqi varisinin, habelə Zərərçəkmiş şəxs onunla barışmasıdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmaması, hadisəni törətdikdən sonrakı davranışı, özünün də xəsarət alması, cinayət nəticəsində vurulmuş zərəri tamamilə ödəməsi, mərhum zərərçəkmiş şəxsin hüquqi varisi ilə, eləcə də Zərərçəkmiş şəxs ilə barışması, ailəli olmaqla himayəsində iki azyaşlı övladının olması nəzərə alınmaqla təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş kifayət edən həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla, onun şəxsiyyətinə və cəzanın məqsədinə uyğundur. Məhkəmə icraatı zamanı müəyyən edilənlərə əsasən həmçinin Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar onun məhkumluğunun olmaması, himayəsində üç azyaşlı övladının olması, yaşayış yerindən müsbət xarakterizə olunması, cinayət nəticəsində vurulmuş zərəri tamamilə ödəməsi, zərərçəkmiş şəxs X4 hüquqi varisinin, eləcə də Zərərçəkmiş şəxs onunla barışmasıdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmaması, cinayət nəticəsində vurulmuş zərəri tamamilə ödəməsi, mərhum zərərçəkmiş şəxsin hüquqi varisinin, habelə Zərərçəkmiş şəxs ondan şikayətçi olmaması, habelə ailəli olmaqla himayəsində üç azyaşlı övladının olması nəzərə alınmaqla təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş kifayət ən həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla, onun şəxsiyyətinə və cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxslər barəsində olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmaqla dəyişdirilməməlidir. İş üzrə maddi sübut olmaqla BDYPİ-nin YPXA-nın Şəki rayon ərazisində yerləşən stasionar postunun duracağında saxlanılan “VAZ-21063” markalı ** BE *** dövlət qeydiyyat nişanlı minik avtomobili və “Toyota Corolla” markalı ** XR *** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahiblərinə qaytarılmalıdır. İşdə mülki iddia, maddi ziyan və əmlak müsadirəsi yoxdur. Ekspertiza tədqiqatının dəyəri olan 413 manat və 128 manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinın 344-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Rəşid oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs1 məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesab edilsin. Hökmün icrası Oğuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmaqla dəyişdirilməsin. İş üzrə maddi sübut olmaqla BDYPİ-nin YPXA-nın Şəki rayon ərazisində yerləşən stasionar postunun duracağında saxlanılan “VAZ-21063” markalı ** BE *** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs2 məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesab edilsin. Hökmün icrası Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmaqla dəyişdirilməsin. İş üzrə maddi sübut olmaqla BDYPİ-nin YPXA-nın Şəki rayon ərazisində yerləşən stasionar postunun duracağında saxlanılan “Toyota Corolla” markalı ** XR *** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılsın. İş üzrə mülki iddianın, maddi ziyanın və əmlak müsadirəsinin olmaması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 413 və 128 manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE**********0002088501, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-3/2024
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-3/2024
28.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver