Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-3/2025 11.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Yusifov Arif İxtiyar oğlunun, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1974-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, N saylı hərbi hissədə operator işləmiş, məhkumluğu olan, Ağsu şəhəri, M.Ə.Sabir küçəsi, ev 12-də qeydiyyatda olmaqla Şəmkir şəhəri 2-ci hərbi şəhərcikdə yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs1 2023-cü ilin mart ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində həkim komissiyasından keçərək, müsbət nəticə əldə edib, əlilliyinin bərpa olunması üçün köməklik göstərilməsi ilə bağlı ona etdiyi müraciətinə əsasən, həmin agentlikdə işləyən tanışlarının əlaqəsindən istifadə edərək onun əlilliyini bərpa etmək imkanına malik olduğunu yalandan bildirib, sonuncunu inandırmaq üçün şəxsiyyət vəsiqəsinin və tibbi sənədlərinin surətini götürərək, onun inam və etibarını qazandıqdan sonra bu məsələni 4000 (dörd min) manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini yalandan vəd verib inandıraraq, həmin adla xx.xx.2023-cü il tarixdə saat 20:13-də Oğuz rayonu, Xaçmaz kəndində yerləşən “Murad” marketdə olan ödəmə terminalı vasitəsi ilə 500 (beş yüz) manat "xxxx" ASC-nin ********67707640 nömrəli adına olan bankomat kartına, xx.xx.2023-cü il tarixdə saat 18:43-də Oğuz rayonu, Xaçmaz kəndində yerləşən “OBA” marketdə olan ödəmə terminalı vasitəsi ilə 500 (beş yüz) manat "xxxx" ASC-yə məxsus 416973******7660 nömrəli adına olan bankomat kartına və xx.xx.2023-cü il tarixdə Oğuz rayonu, Xaçmaz kəndində yerləşən “Murad” marketdə olan ödəmə terminalı vasitəsi ilə 1100 (bir min yüz) manat vəsaitin "xxxx" ASC-nin ********67707640 nömrəli adına olan bankomat kartına göndərilməsinə nail olaraq ümumilikdə cəmi 2100 (iki min yüz) manat pul vəsaitini vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs1 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən eyni niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid vasitəsi ilə tanış olduğu Oğuz rayonu, Xaçmaz kənd sakini Zərərçəkmiş şəxs2 2023-cü ilin mart ayının sonlarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində həkim komissiyasından keçərək, müsbət nəticə əldə edib, əlilliyinin bərpa olunması üçün köməklik göstərilməsi ilə bağlı ona etdiyi müraciətinə əsasən, həmin agentlikdə işləyən tanışlarının əlaqəsindən istifadə edərək onun əlilliyini bərpa etmək imkanına malik olduğunu yalandan bildirib, Arifi inandırmaq üçün şəxsiyyət vəsiqəsinin və tibbi sənədlərinin surətini götürərək, onun inam və etibarını qazandıqdan sonra bu məsələni 5000 (beş min) manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini yalandan vəd verib inandıraraq, həmin adla 2023-cü ilin mart ayının sonlarında Oğuz rayonu, Xaçmaz kəndində Şahid vasitəsi ilə 2.000 (iki min) manat, 2023-cü ilin aprel ayının ortalarında Şahid vasitəsi ilə 1000 (bir min) manat, həmin ərəfədə istintaqla müəyyən olunmayan gündə Şahid vasitəsi ilə 100 (bir yüz) manat, 2023-cü ilin aprel ayının sonlarında Şahid vasitəsi ilə 1000 (bir min) manat, 2023cü ilin aprel ayının sonlarında Oğuz rayonu, Xaçmaz kəndində yerləşən “Murad” marketdə olan ödəmə terminalı vasitəsi ilə 300 manat vəsaitin istintaqla müəyyən olunmayan bankomat kartına köçürülməsinə nail olaraq ümumilikdə cəmi 4400 (dörd min dörd yüz) manat pul vəsaitini vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs2 ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli hesab etmiş və ifadə verərək bildirmişdir ki, əvvəllər Şəmkir rayonunda yerləşən N saylı hərbi hissədə baş leytenant rütbəsində, müxtəlif vəzifələrdə işləmiş, 2015-ci ildə N saylı hərbi hissədən yaş həddinə görə təqaüdə çıxmışdır. Şəmkir Rayon Məhkəməsində onun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmışdır. O əvvəllər də dələduzluq maddəsi ilə məhkum olunmuşdur. O Oğuz rayon sakini Şahid ilə Bakı şəhərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində həkim komissiyasından keçərkən tanış olmuşdur. Onların aralarında mehriban münasibətlər olmuş və həmin gün onlar birlikdə Bakı şəhərində yerləşən adını xatırlamadığı mehmanxanada qalmışlar. Həmin vaxt o özü də ürəyində yaranmış narahatçılıq ilə əlaqədar həkim komissiyasına getmiş, söhbət zamanı Adıgözələ onun həkim komissiyasında tanışı olduğunu və həmin tanışı vasitəsi ilə ona köməklik edə biləcəyini bildirmişdir. Onlar birlikdə iki gün Bakı şəhərində qalmışlar. Sonra yaşadığı Şəmkir rayonuna geri dönmüşdür. Həmin vaxtdan Adıgözəllə telefon vasitəsi ilə əlaqə saxlamışdır. 2023-cü ilin təxminən fevral ayında Adıgözəl Gəncə şəhərində hərbi xidmətdə olan oğluna baş çəkmək üçün Gəncə şəhərinə gəlmiş və o, Adıgözəl ilə görüşmüşdür. O, Adıgözəli özünün yaşadığı Şəmkir rayonuna qonaq aparmışdır. Adıgözəl onlarda qonaq olarkən, ona Oğuz rayonunda yaşadığı kənddə onun həmkəndlilərinin olduğunu, onların da əlilik sənədlərinin hazırlanmalı olduğunu demişdir. O, Adıgözələ bu işdə onlara köməklik edə biləcəyini demişdir. Bundan sonra Adıgözəl yaşadığı rayona geri dönmüş və 2023-cü ilin mart ayında xatırlamadığı gündə ona zəng etmişdir. Adıgözəl tanışı Zərərçəkmiş şəxs1 əlilliyinin hazırlanmasında ona köməklik etməyi ondan xahiş etmişdir. O, Adıgözələ bu işin həlli ilə əlaqədar olaraq 2100 manat pul verilməli olduğunu demişdir. Bundan sonra Şahid vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs1 2023-cü ilin mart ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində həkim komissiyasından keçərək, əlilliyinin bərpa olunmasında köməklik göstərəcəyini və eyni zamanda əlilliyinin bərpa olunması agentliyində işləyən tanışının olduğunu demiş və onu inandırmaq üçün İbrahimə şəxsiyyət vəsiqəsinin və tibbi sənədlərinin surətini ona göndərməsini bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə İbrahim onun istifadəsində olan "xxxx" ASC-nin ********67707640 nömrəli pul kartıma 500 (beş yüz) manat pul vurmuş və həmin pulu səhəri gün bankomatdan məxaric edərək öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan sonra İbrahim ona zəng etmiş və 2023-cü ilin aprel ayında onun istifadəsində olan "xxxx" ASCyə məxsus 416973******7660 nömrəli adına olan bankomat kartıma 500 (beş yüz) manat pul göndərmiş və həmin 500 manat pulu bankomatdan məxaric edərək öz şəxsi məqsədləri üçün xərcləmişdir. 2023-cü ilin aprel ayının ortalarında o, təkrar olaraq İbrahimlə telefonla danışarkən ona pul lazım olduğunu demiş və İbrahim onun istifadəsində olan "xxxx" ASC-nin ********67707640 nömrəli bankomat kartına 1100 manat pul vurmuşdur. O həmin pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. O, İbrahimdən ümumi olaraq 2100 (iki min yüz) manat pul almışdır. İbrahim onunla telefonla əlaqə saxlayarkən ona müxtəlif yalanlar danışmış, ona hər dəfə müxtəlif bəhanələr gətirərək onun pulunu geri qaytarçağını bildirmişdir. O, İbrahimdən onu aldadaraq öz şəxsi məqsədləri üçün pul alıb xərçlədiyinə görə cox peşman olmuşdur. Bundan başqa, o, Şahid vasitəsi ilə Oğuz rayon sakini Zərərçəkmiş şəxs2 tanımışdır. Belə ki, Şahid vasitəsi ilə tanış olduğu Oğuz rayonu, Xaçmaz kənd sakini Zərərçəkmiş şəxs2 ona mobil telefonla zəng edərək əlilliyinin hazırlanmasında köməklik etməyi xahiş etmişdir. O, Arif adlı şəxsə öz razılığını bildirmiş və bundan sonra Arif ilə 2023-cü ilin mart ayının sonlarında xatırlamadığı gündə mobil telefonla əlaqə saxlamışdır. O, telefonla danışarkən Arifi inandırmışdır ki, ona əlilliyinin hazırlanmasında köməklik göstərəcəkdir. O, Arifə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində həkim komissiyasında, əlilliyinin bərpa olunmasında ona köməklik göstərilməsi ilə bağlı həmin qurumda işləyən tanışının olduğunu bildirmişdir. O 2023-cü ilin mart ayının sonlarında Arif ilə telefonla danışarkən ona işin həlli ilə əlaqədar olaraq pul lazım olduğunu demiş və Arif ona həmkəndlisi Şahid vasitəsi ilə 2000 manat pul göndərmişdir. Bundan sonra o yenidən 2023-cü ilin aprel ayının ortalarında Arifdən işin həll olunması üçün pul istəmiş, Arif həmkəndlisi Şahid vasitəsi ilə ona 1000 (bir min) manat pul göndərmişdir. X3 Bilalovun vasitəsi ilə dəqiq xatırlamadığı gündə 100 (yüz) manat, 2023-cü ilin aprel ayının sonlarında 1000 (bir min) manat, 2023-cü ilin aprel ayının sonlarında yenidən ona 300 manat pul göndərmişdir. O ümumilikdə Arifdən əlilliyin hazırlanması ilə əlaqədar olaraq Adıgözəlin vasitəsi ilə 4400 (dörd min dörd yüz) manat pul almışdır. O, Arifdən aldığı pulları öz şəxsi məqsədləri üçün xərcləmişdir. O, həmin puldan Adıgözələ pul verməmişdir. Sonradan o, Arifin şikayət etməməsi üçün özünə məxsus təqaüd kartını sonuncuya vermişdir. Arif həmin kartdan 1200 manat pul çıxararaq, ona vurduğu ziyanın bir hissəsi olaraq özünə götürmüşdür. Məhkəmə gedişində Zərərçəkmiş şəxs2 1270 manat pul ödənilib. Qalan borc 1760 manatdır. Zərərçəkmiş şəxs1 isə 2100 manat pul ödəməlidir. Mülki iddiaları həmin məbləğdə qəbul edir. Qeyd etdiyi halların cəza təyin edilən zaman nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidin ifadələri və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Belə ki, Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı ifadə verərək bildirmişdir ki, rəsmi işi olmasa da fərdi əməklə məşğuldur. 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş, buna görə dövlətdən pensiya almışdır, lakin 2023-cü ilin mart ayında onun əlillik pensiyası kəsilmişdir. Şahid həmkəndlisidir, onunla qonşuluqda yaşayır. 2023-cü ilin mart ayının əvvəllərində Şahidla aralarında söhbət zamanı əlillik pensiyasının kəsilməsini Adıgözələ demiş, Adıgözəl isə ona əlillik pensiyasının bərpa olunmasında köməklik edə biləcəyini demişdir. O da həmin işin nə qədər pul müqabilində mümkün olacağını Adıgözəldən soruşmuş, Adıgözəl ona sənədlərinin surətini gətirməyini və sənədləri lazımi adama göstərdikdən sonra bu barədə danışa biləcəyini demişdir. O, da Adıgözəlin deməsi ilə əlillik pensiyası üçün lazım olan sənədlərin surətini çıxarmış və Adıgözələ vermişdir. Həmin gündən bir müddət sonra ona Adıgözəlin nömrəsindən zəng gəlmişdir. O, telefona cavab verdikdə Adıgözəl ona “səni gör kimlə danışdırıram” sözlərini demiş, daha sonra tanımadığı şəxs telefonu götürüb adının Ziyad olduğunu, pensiyasının bərpa olunmasında ona köməklik edəcəyini və ilkin sənədləşmə üçün 500 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt Adıgözəl ona “narahat olma, sənin puluna mən cavabdehəm, sən 500 manat pulu Ziyadın kartına göndər” sözlərini demişdir. O da onunla razılaşıb xx.xx.2023-cü il tarixdə Adıgözəlin ona dediyi kart hesabına, yəni Ziyadın kart hesabına 500 manat pul göndərmişdir. Həmin vaxtdan bir müddət sonra o, Adıgözəl ilə yaşadığı kənd ərazisində görüşmüş və əlillik pensiyasının bərpa olunmasına nə qədər xərci çıxacağını bir daha soruşmuş, Adıgözəl də, ilkin əməliyyatlar üçün 2000 manat pul, sənəd əlinə çatanda isə daha 2000 manat da lazım olduğunu bildirmişdir. Həmin vaxtdan bir müddət sonra Ziyad özünə məxsus ***-***-**-** saylı mobil telefonla ona zəng edərək daha 500 manat sənədləşmə üçün pul lazım olduğunu demişdir. O, Adıgözələ məxsus ***-***-**- ** saylı mobil telefonla danışmış və Ziyadın ondan 500 manat da əlavə pul istədiyini demişdir. Adıgözəl də ona narahat olmamağı, onun dediyi məbləği göndərməsini demişdir. O da Ziyadın telefonuna zəng edərək kart hesabı istəmişdir ki, qeyd edilən məbləği ona göndərsin. Ziyad da ona kart hesabı atmış və o, Ziyadın verdiyi kart hesabına xx.xx.2023cü il tarixdə daha 500 manat da pul göndərmişdir. Həmin vaxtdan bir müddət sonra Adıgözəl onu yanına çağıraraq sənədinin arasına digər sənəd qoyulmalı olduğunu, bunun üçün həkimdən sənəd almalı olduğunu demiş və onu Ziyadla telefonla danışdırmışdır. Ziyad da ona əlavə olaraq 1100 manat pul göndərməyini demiş və 20 gün ərzində onu Bakı şəhərinə çağıracaqlarını bildirmişdir. O, Ziyadla razılaşmış və yaxın günlərdə qeyd edilən məbləği göndərəcəyinə dair ona söz vermişdir. xx.xx.2023-cü il tarixdə o, həmkəndlisi Adıgözəllə görüşmüş, ona məsləhət etdikdən sonra onunla birlikdə yaşadığı kəndin ərazisində yerləşən marketdən terminal vasitəsilə Adıgözəlin verdiyi kart nömrəsinə 1100 manat pul göndərmişdir. O pulların hamısını yaşadığı kəndin ərazisində yerləşən marketdən terminal vasitəsilə Təqsirləndirilən şəxs kart hesablarına göndərmişdir. Həmin vaxtdan 20 gün sonra Ziyad ona zəng edərək adının siyahıya salındığını və yaxın günlərdə mobil telefonuna SMS gələcəyini demişdir. O qeyd edilən müddətdə gözləmiş, lakin onun mobil telefonuna heç bir SMS gəlməmişdir. O, Ziyadla bu barədə danışdıqda Ziyad ona müxtəlif bəhanələr gətirərək, onu məsələdən yayındırmışdır. O aldadıldığını bilmiş və Adıgözəlin ona vermiş olduğui mobil nömrəyə zəng etmiş, lakin nömrəyə zəng çatmamışdır. Şahid da bu işdə təqsirlidir, çünki Təqsirləndirilən şəxsla onun arasında vasitəçilik etmiş və onun aldadılmasına şərait yaratmışdır. Ümumilikdə Ziyad onun 2100 manat pulunu ələ keçirərək, dələduzluq etmişdir. Ziyad ona verməli olduğu məbləğdən heç bir ödəniş etməmiş, ona verəcəyi məbləğ 2100 manat təşkil edir. Ziyadın barəsində qanuni qərar çıxarılmaqla yanaşı mülki iddiasının təmin edilməsini, təqsirləndirilən şəxsdən 2100 manat pulun və ödəmiş olduğu 42 manat dövlət rüsumunun alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı ifadə verərək bildirmişdir ki, rəsmi işi olmasa da, fərdi əməklə məşğuldur. Şahidla qonşudurlar. 2023-cü ilin mart ayının əvvəllərində Şahidla söhbət edərkən Adıgözəl ondan Qarabağ müharibəsində iştirak etdiyi üçün pensiya alıb-almadığını soruşmuş o da heç bir pensiya almadığını Adıgözələ bildirmişdir. Adıgözəl ona demişdir ki, “nə üçün pensiyaya çıxmırsan və dövlətdən pensiya almırsan”.Sonra onu 5000 manat pul müqabilində Ziyad adlı dostunun vasitəsilə pensiyaya çıxara biləcəyini, ayda 450 manat dövlətdən pensiya ala biləcəyini demişdir. O da Adıgözəllə razılaşmış və onu pensiyaya çıxartmasına razılıq vermişdir. Həmin söhbətdən təxminən 15 gün sonra, yəni 2023-cü ilin mart ayının sonlarında Adıgözəl ilə yaşadığı kənddə görüşərək ona pensiya düzəltmək üçün razılaşdığını deyərək, 5000 manat puldan 2000 manat pulu ilkin olaraq Adıgözələ vermiş və terminaldan istifadə qaydasını bilmədiyindən 2000 manat pulu həmkəndlisi Adıgözəlin vasitəsi ilə Ziyadın hesab kartına vurmuşdur. O qalan 3000 manat pulu da tapıb ona verəcəyinə söz vermişdir. 2023-cü ilin aprel ayının əvvəllərində Adıgözəllə yaşadığı evin küçə qapısında görüşmüş, ona pensiya düzəltmək üçün borclu qaldığı 3000 manat puldan 1000 manat pulu Adıgözələ vermiş və terminaldan istifadə qaydasını bilmədiyindən 1000 manat pulu yenə də həmkəndlisi Adıgözəlin vasitəsi ilə Ziyadın hesab kartına göndərmişdir. Adıgözəlin onu pensiyaya çıxartması üçün razılaşdığı 5000 manat puldan Adıgözələ 2000 manat pul borcu qalmışdır. Daha sonra Adıgözəl ona bildirmişdir ki, “Bakı şəhərində yerləşən Zərifə Əliyeva adına göz xəstəxanasında müayinədən keçməlisən”. Adıgözəl daha sonra 100 manat pul qarşılığında ona xəstəxanada növbə alınacağını demişdir. O da razılaşmış və xəstəxanadan qeydiyyatdan keçirməsi üçün 2023-cü ilin aprel aynın ortalarında yaşadığı kəndin ərazisində 100 manat pulu Adıgözələ vermişdir. Adıgözələ vermiş olduğu 100 manat pulu o, terminaldan istifadə qaydasını bilmədiyindən Adıgözəlin vasitəsi ilə Ziyadın hesab kartına göndərmişdir. Bundan sonra Adıgözəl onunla görüşərək onu pensiyaya çıxartmaq üçün borclu qaldığı 1900 manat puldan 1000 manat pulu təcili Ziyadın kartına göndərməli olduğunu bildirmişdir. O, Adıgözəl ilə razılaşmış, 2023-cü ilin aprel ayının sonlarında Adıgözəlin yaşadığı evin küçə qapısında 1000 manat pulu Adıgözələ vermişdir. xx.xx.2023-cü il tarixdə o Bakı şəhərində yerləşən Zərifə Əliyeva adına göz xəstəxanasına getmiş, komissiyadan keçmişdir. Həkim komissiyasından qayıdıb gəldikdən sonra Adıgözəl ona Ziyadın kartına daha 300 manat pul göndərməli olduğunu bildirmiş o da Adıgözəllə razılaşıb, borclu qaldığı 900 manat puldan 300 manat pulu Adıgözəlin ona verdiyi kart nömrəsinə yükləmişdir. O Adıgözəllə razılaşmışdır ki, ona pensiya düzələnədək borclu qaldığı 600 manat pulu pensiya aldıqdan sonra Ziyadın kartına yükləyər. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yerləşən Zərifə Əliyeva adına göz xəstəxanasından imtina kağızı gəlmişdir. Bundan sonra aldadıldığını başa düşmüşdür. O, 2023-cü ilin mart ayının sonlarında Oğuz rayonu, Xaçmaz kəndində Şahid vasitəsi ilə Ziyad adlı şəxsin hesab kartına 2.000 (iki min) manat, 2023-cü ilin aprel ayının ortalarında Şahid vasitəsi ilə Ziyad adlı şəxsin hesab kartına 1000 (bir min) manat, həmin ərəfədə xatırlamadığı gündə Şahid vasitəsi ilə Ziyadın hesabına 100 (bir yüz) manat, 2023-cü ilin aprel ayının sonlarında Şahid vasitəsi ilə Ziyadın hesabına 1000 (bir min) manat, 2023-cü ilin aprel ayının sonlarında Oğuz rayonu, Xaçmaz kəndində yerləşən “Murad” marketdə olan ödəmə terminalı vasitəsi ilə Ziyadın hesabına 300 manat pul vəsaitini, ümumilikdə Ziyad adlı şəxsə cəmi 4400 (dörd min dörd yüz) manat pul göndərmişdir. Şahid da şikayətçidir, çünki Təqsirləndirilən şəxsla onun arasında vasitəçilik etmiş və onun aldadılmasına şərait yaratmışdır. Ümumilikdə Ziyad onun 4400 manat pulunu ələ keçirərək onu aldatmış, sonra borcdan müəyyən məbləğ qaytarmış, borcu 3030 manat qalmışdır. Məhkəmə icraatı gedişində təqsirləndirilən şəxsin adından ona 870 manat və 400 manat olmaqla cəmi 1270 manat pul da ödənilmişdir. Hazırda Ziyadın ona verəcəyi məbləğ 1760 manat təşkil edir. Ziyadın barəsində qanuni qərar çıxarılmaqla yanaşı mülki iddiasının təmin edilməsini, təqsirləndirilən şəxsdən 1760 manat pulun və ödəmiş olduğu 51 manat dövlət rüsumunun alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, rəsmi işi olmasa da fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmkəndliləridir, həm də birinci Qarabağ müharibəsi iştirakçısı olduqlarından yaxın münasibətləri vardır. Təqsirləndirilən şəxsla oğlu Gündüz Bakı şəhərində müalicə alarkən tanış olmuşdur. Ziyad ona oğlu Gündüzün 3 aylıq hərbi xidmətini gecikdirməkdə ona köməklik edəcəyini bildirmişdir. Ziyadla tanışlıq zamanı pensiyasının kəsilməsi haqda ona bildirərkən, Ziyad pensiyanın bərpa olunmasına köməklik göstərə biləcəyini demişdir. Həmin vaxtdan da Ziyadla münasibəti yaranmış, həmçinin Ziyad onun yaşadığı Oğuz rayon, Xaçmaz kəndində yerləşən evinə qonaq gəlmişdir. Ziyad ondan 2000 manat borc pul istəmiş, demişdir ki, dövlət tərəfindən ona ev veriləcək. Evi aldıqdan sonra onun borcunu qaytaracaq. O, həmkəndlisi Ariflə 2023-cü ilin mart ayının əvvəllərində söhbət edərkən ona “Qarabağ müharibəsinin iştirakçısı olmusan, bununla bağlı pensiya alırsanmı?” sualını vermiş, o da cavabında heç bir yerdən pensiya almadığını bildirmişdir. O da Arifə demişdir ki, onun Ziyad adında dostu var, istəsə onun vasitəsilə ona pensiya düzəlməsində köməklik edə bilər. O, Arifə hər ay dövlətdən pensiya alacağını demişdir. Arif onunla razılaşmış və ona pensiya almasına köməklik etməyini xahiş etmişdir. Bundan sonra o, Ziyadın mobil telefon nömrəsini Arifə vermiş və Arif özü Ziyadla bu barədə danışmağa başlamışdır. Bundan sonra Arif müxtəlif vaxtlarda onunla görüşərək ümumilikdə təxminən 2000 manat pulu Ziyada göndərməli olduğunu demişdir. Arif onun yanında Ziyadın kartına onun verdiyi qeyd etdiyi məbləğdə pulları vurmuşdur. Daha sonra həmkəndlisi İbrahim də onun kəsilmiş pensiyasının bərpa olunmasına köməklik etməsini ondan xahiş etmişdir. O, İbrahimə də Ziyadın nömrəsini verərək, onunla danışmasını, Ziyadın ona köməklik edəcəyini demişdir. Onlar danışıb özləri razılığa gəlmişlər. O, İbrahim və Arifə tanışı Ziyadın nömrəsini vermiş, onlar özləri danışıb işlərini özləri yola qoymasını Ziyadan xahiş etmişlər. Sonradan ona məlum olmuşdur ki, Ziyad həmkəndlisi İbrahimdən əililliyin bərpa olunması ilə əlaqədar olaraq 2100 manat pul almışdır. Lakin sonda ona məlum olmuşdur ki, Ziyad Arifə və İbrahimə qarşı dələduzluq edərək onları aldadıb pullarını ələ keçirmişdir. O özü Ziyadla dəfələrlə əlaqə saxlamış və ondan İbrahim və Arifdən əlillik sənədlərinin hazırlanması ilə əlaqədar almış olduğu pulları geri qaytarmasını xahiş etmişdir. Ziyad ona müxtəlif bəhanələr edərək pulu geri qaytarmamışdır. Onun məqsədi həmkəndlilərinə köməklik etmək olmuşdur. O, Ziyaddan bu işlərlə əlaqədar olaraq heç bir pul və sair nemət almamışdır. Eyni zamanda o, həmkəndlisi Arifin terminal vasitəsi pul göndərə bilmədiyindən onun pulunun bir hissəsini terminalla Arifin yanında Ziyadın hesab kartı göndərməsinə köməklik göstərmişdir. Ziyad onu da aldadıb, borclu olduğu pulu qaytarmayıb və onun pensiya məsələsini də həll etməyib, lakin bu məsələ onunla Ziyad arasındadır. Ziyadın pensiya kartı bir müddət onda olmuş, həmin kartdan müəyyən məbləğdə pul çıxarıb Ziyadın Arifə ödəməli olduğu pulun əvəzi olaraq ona vermişdir. Ziyadın pensiya kartına vurulan pulun əhəmiyyətli hissəsi onun banka olan borcuna çıxıldığından onun özünə və zərərçəkmiş şəxslərə olan borcunu ödəmək mümkün olmamışdır. Məhkəmə iclasları gedişində kart Ziyada qaytarılıb. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli 2 ədəd ödəniş qəbzinin və 1 ədəd tarixi oxunmayan (pozulmuş) qəbzin surətindən görünür ki, Oğuz rayon Xaçmaz kəndində yerləşən terminaldan Təqsirləndirilən şəxs adına iki dəfə 500 manat və 1 dəfə 1100 manat pul göndərilmişdir. (iş vər: 12) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş "xxxx" ASC-yə məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs məxsus ödəniş kartı üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Oğuz rayon Xacmaz kəndində yerləşən ATM ödəniş terminalından ayrıayrı vaxtlarda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs vermiş olduğu 4400 manat pulun qarşılığı olaraq 1370 manat pul çıxarılmışdır. (iş vər: 129-135) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Həmçinin Tovuz rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı ilə CPM-in 39.1.12-ci maddəsinə əsasən barəsində CM-nin 178.1-ci maddəsi ilə olan iş üzrə icraata xitam verilmişdir. (iş vər: 61-62) Şəmkir Rayon Məhkəməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 1(076)-111/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində 3800 manat cərimə cəzası saxlanılmışdır. Şəmkir rayon İcra və Probasiya şöbəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, 754/2025 saylı cavab məktubundan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-111/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 3800 manat cərimə cəzasından 3466 manat hissəsi məhkum tərəfindən ödənilmiş, onun çəkilməmiş cərimə cəzası 334 manat təşkil edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsi 3 saylı Mənzil-İstismar sahəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 74 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri- 1972-ci il təvəllüdlü arvadı, 2001 və 2003-cü il təvəllüdlü iki oğlu ilə Şəmkir şəhəri Hərbi şəhərcikdə ev 8, mənzil 4-də yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. (iş vər: 115-117) Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmə çağırışlarından qərəzli şəkildə yayındığına görə məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində axtarış elan olunmuş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs həqiqətən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, digər istintaq sənədləri, protokollar və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə CM-nin 59.1.14-cü maddəsinə əsasən ziyan məbləğini qismən ödəməsini, CMnin 59.2-ci maddəsinə əsasən yaşayış yerindən müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. CM-nin cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsasən, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığı göstərilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslərin hazırda da təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını, eyni zamanda təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildiyini və barəsində qanuni qüvvəyə minmiş hökmün olduğunu təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin birinə vurduğu maddi ziyanı qismən ödədiyini, habelə onun əməlində cəzasını yüngülləşdirən digər halları da nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan kifayət edən həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə uyğun və ədalətli hesab edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2024- cü il tarixdə saat 12:50-dən – xx.xx.2024-cü il tarixdə saat 13:15-dək olan müddət 2(iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(076)-111/2024 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının ödənilməmiş qalan 334 (üç yüz otuz dörd) manat hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki cəza ilə tam toplanmalı, üzərində qəti olaraq təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası və 334 manat cərimə cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı onun tutularaq həbsə alındığı xx.xx.2024-cü il tarixdən hesablanmalı, cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə verilmiş 2100 manat maddi ziyan və 42 manat dövlət rüsumu, habelə 1760 manat maddi ziyan və 51 manat dövlət rüsumu məbləğində mülki iddia tələbinə münasibətdə məhkəmə aşağıdakıları bildirir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinin məzmununa görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 2100 manat, Zərərçəkmiş şəxs2 isə ibtidai istintaq və məhkəmə icraatı zamanı ödənişlər edildikdən sonra 1760 manat maddi ziyan dəymiş və bu hal məhkəmə icraatı gedişində öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə zərərçəkmiş şəxslərin qeyd edilən məbləğdə mülki iddiaları təmin edilməli, təqsirləndirilən şəxsdən həmin məbləğlər, həmçinin mülki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumları tutularaq zərərçəkmiş şəxslərə ödənilməlidir. İş üzrə müsadirə olunması təklif olunan əmlak, alət və vasitənin, ekspertiza xərcinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2(iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2024- cü il tarixdə saat 12:50-dən – xx.xx.2024-cü il tarixdə saat 13:15-dək olan müddət 2(iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 2(iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(076)-111/2024 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının ödənilməmiş qalan 334 (üç yüz otuz dörd) manat hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki cəza ilə tam toplanaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 334 manat cərimə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı onun tutularaq həbsə alındığı xx.xx.2024-cü il tarixdən hesablansın. Cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia tələbi təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 2100 (iki min bir yüz) manat pul və ödənilmiş 42(qırx iki) manat dövlət rüsumu alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1, 1760 (bir min yeddi yüz altmış) manat pul və ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. İş üzrə müsadirə olunması təklif olunan əmlak, alət və vasitənin, ekspertiza xərcinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-3/2025
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-3/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver