Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-32/2025 04.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xudiyev Araz Sadəddin oğlunun iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Qəbələ rayonu Qəmərvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu Qəmərvan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o qəsdən dələduzluq, yəni aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə tanışı, Oğuz rayonu Xaçmazqışlaq kənd sakini Zərərçəkmiş şəxs ilə Oğuz rayonu Sincan kənd ərazisində görüşüb Zərərçəkmiş şəxs məxsus, yararsız vəziyyətdə olan “Zil-131 yük” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili və 3000 (üç min) manat pul verəcəyi təqdirdə ona yalandan vəd verməklə yeni “Zil-131 yük” markalı avtomobil gətirəcəyi barədə bildirmiş və xx.xx.2024-cü il tarixdə həmin ünvanda yenidən Zərərçəkmiş şəxsla görüşüb sənədləşmə işləri üçün lazım olduğunu deyib onun şəxsiyyət vəsiqəsini almış, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs göndərdiyi kart hesabına sonuncu tərəfindən 2500 (iki min beş yüz) manat göndərildikdən sonra müxtəlif vaxtlarda hissə-hissə sənədləşmə xərcləri bəhanəsi ilə ondan 410 (dörd yüz on) manat pul almış, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək, yararsız vəziyyətdə olan 1500 (min beş yüz) manat dəyərindəki “Zil-131 yük” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb aparmaqla Zərərçəkmiş şəxs ümumilikdə 4.410,00 (dörd min dörd yüz on) manat məbləğində maddi ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə onun əmlakını ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə tanışı Arif ona “Zil-131 yük” markalı avtomobil almaq istədiyini demişdir. Arifə avtomobil tapa biləcəyini, ancaq qarşılığında pul alacağını demiş və həmin məbləği isə Arifə hesablayıb deyəcəyini bildirmişdir. Bir neçə gün sonra Ariflə telefon əlaqəsi saxlamış, bu zaman Arif ona həyətində köhnə “Zil-131 yük” markalı avtomobil olduğunu, avtomobili satmaq istədiyini, həmin avtomobili ona verə biləcəyini, haqqhesabda həmin avtomobilin dəyər qiymətini ümumi xərcdən çıxmağını təklif etmişdir. Bundan sonra Ariflə razılaşmış və söhbət etmək üçün xx.xx.2024-cü il tarixdə Ariflə görüşmüşdür. Həmin vaxt Arifə həyətində olan “Zil -131 yük” markalı avtomobili aparıb satacağını, bundan əlavə ondan 3000 (üç min) manat pul alacağını bildirmiş və qısa müddət ərzində işlək vəziyyətdə olan “Zil-131 yük” markalı avtomobil tapacağı barədə vəd vermişdir. Arif səhəri günü kart hesabına pul atacağını deyib ondan hesab nömrəsini istəmiş, həmin vaxt özünə məxsus kart hesabı blokda olduğundan dostu Şahid2 kartını istəmişdir. Həmin kart "xxxx" ASC-yə məxsus kart hesabı olmuşdur. Hal-hazırda kartın nömrəsini xatırlamır. Həmin kartın şəklini Zərərçəkmiş şəxs atdıqdan sonra Arif həmin hesaba 2500 (iki min beş yüz) manat pul atmış və ona zəng edərək, 500 (beş yüz) manat pulu daha sonra atacağını demişdir. xx.xx.2024-cü il tarixdə Arifin yaşadığı Oğuz rayonu, Xaçmazqışlaq kəndinə getmiş, həmin vaxt Arif evdə olmamış, Arifin adını bilmədiyi oğlu onu qarşılamışdır. Arifin həyətində olan köhnə “Zil-131 yük” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili götürmüş, həmçinin Arifin oğlundan evakuator haqqı kimi 150 (yüz əlli) manat pul almışdır. Həmin evakuator sürücüsünü tanımamışdır. Daha sonra Arifə zəng edərək, yalandan yol xərcinə həmin pulun çatmadığını bildirib, əlavə 60 (altmış) manat pul istəmişdir. Arif ona verdiyi kart hesabına 60 (altmış) manat pul atmışdır. Təxminən 2 gün sonra ona pul lazım olduğu üçün bir bəhanə ilə Arifə zəng edərək, sənədləşmə işləri üçün təcili 200 (iki yaz) manat pul lazım olduğunu demişdir. Arif həmin pulu da onun verdiyi kart hesabına atmışdır. Apardığı avtomobili isə Qəbələ rayon ərazisində 833 (səkkiz yüz otuz üç) manata tanımadığı şəxsə sənədsiz (dəmir kimi) satmışdır. Bundan sonra Arif tez-tez ona zəng edərək, işin nə yerdə olduğunu soruşmuş, onun Arifi aldatdığının başa düşülməməsi üçün Arifə şərikli iş gördüyü Cəmil Yusifov adlı şəxs olduğunu, bu məsələdə ona köməklik edəcəyini demişdir. Əslində isə Cəmil Yusifov adını özü uydurmuşdur. Bu adda şəxs olmamışdır. Bundan sonra öz adına Qəbələ rayon ərazisində yerləşən “Sim-Sim” adlı Azərcell mağazasından ***-***-**-** saylı sim mobil nömrə alaraq “Getcontakda” həmin nömrənin adını Yusif Təchizat kimi yazmış, həmin nömrəni Arifə verərək, Yusiflə əlaqə saxlaya biləcəyini demişdir. Arif həmin nömrəyə zəng edərək, avtomobil barədə soruşduqda burnunu tutaraq səsini dəyişdirib Ariflə danışmış, belə ki, Arifə nəqliyyat vasitəsinin Goranboy rayonunda olduğunu, yaxın günlərdə təhvil verəcəyini deyib sağollaşmışdır. Hadisə 2024-cü ilin yanvar ayında baş vermişdir, çünki Arifdən avtomobili və pulları həmin ayda alıb. Arif həmin pulları onun kart hesabına atıb, ancaq 150 (yüz əlli) manat pulu Arifin yaşadığı Oğuz rayonu, Xaçmazqışlaq kəndində yerləşən fərdi yaşayış evinin həyətində Arifin adını bilmədiyi oğlundan əlbəəl alıb. Həmin ərəfələrdə çoxlu borcları olduğundan Arifi aldadaraq pulu almaq fikrinə düşdüyündən bu məqsədlə ondan həmin pulları və avtomobili almışdır. Belə ki, 5-6 ay Arifi fırladaraq daha sonra həmin pulu geri ödəyəcəyini fikriləşmişdir. Həmin pulları Qəbələ rayon ərazisində yerləşən müxtəlif bankomatlardan çıxarmışdır. Dələduzluq edərək, Arifin 2910 (iki min doqquz yüz on) manat pulunu və 1500 (min beş yüz ) manat dəyərindəki “Zil-131 yük” markalı avtomobilini ələ keçirmişdir. Həmin avtomobilin qiyməti 1500 manat olsa da, ona təcili pul lazım olduğundan həmin avtomobili 833 manata Qəbələ rayonu ərazisində tanımadığı şəxsə satmışdır. Dələduzluq yolu ilə ələ keçirdiyi pullardan başqa Arifə 590 (beş yüz doxsan) manat borcu olmuş, həmin pulu geri qaytarmışdır. Özünü təqsirli hesab edir. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş maddi və mənəvi ziyanı ödəmişdir. Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbi yoxdur. Qanunvericiliyə uyğun olaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. (Eyni məzmunlu ərizə işə əlavə edilmişdir.) Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməli işin məhkəmə iclasında tədqiq edilən halları ilə aşağıdakı qaydada sübuta yetir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, onun 1980-cı ilin buraxılışlı, yararsız vəziyyətdə olan “Zil-131 yük” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. 2024-cü ilin yanvar ayında Orxan ona zəng edərək, köhnə avtomobilini verib, yerinə yeni avtomobil ala biləcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Sincan kəndində Orxanla görüşüb razılığa gəlmişdir. Razılaşmalarına əsasən özünə məxsus köhnə “Zil-131 yük” markalı **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobili və üstündə 3000 (üç min) manat pulu Orxana verməli olmuşdur. Orxan isə əvəzində ona işlək vəziyyətdə olan “Zil-131 yük” markalı avtomobil gətizdirəcəyinə vəd vermişdir. xx.xx.2024-cü il tarixdə Orxanla yenidən yaşadığı Oğuz rayonu Sincan kəndində görüşmüş, Orxan bəzi sənədləşmə işlərini aparacağını dediyindən şəxsiyyət vəsiqəsini Orxana vermişdir. Həmin vaxt Orxana 3000 (üç min) manat pulu düzəldən kimi göndərəcəyini bildirmişdir.xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Sincan kəndində yerləşən mağazada olan “Million” aparatından Orxanın ona göndərdiyi kart hesabına 2500 (iki min beş yüz) manat pul atmışdır. Həmin vaxt Orxana zəng edərək, 500 (beş yüz) manatı daha sonra göndərəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Orxan onun yaşadığı ünvana gələrək, “Zil-131 yük” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilini evakuatorla götürüb aparmışdır. Həmin vaxt özü evdə olmamışdır. Orxan isə avtomobilin daşınma xərci kimi oğlundan 150 manat pul almışdır. Belə ki, oğlu ona zəng edərək, həmin pulu verib-verməməsi barədə soruşduqda oğlundan həmin pulu verməsini istəmişdir. Həmin gün Orxan yenidən ona zəng edərək yol xərcinin çox çıxdığını demiş və ondan əlavə 60 (altmış) manat pul istəmişdir. Bundan sonra Orxanın öncədən verdiyi həmin kart hesabına Oğuz rayonu Sincan kəndində yerləşən mağazada olan “Million” aparatından 60 (altmış) manat pul atmışdır. Təxminən iki gün sonra Orxanla telefon vasitəsilə əlaqə saxlayanda Orxan bütün sənədləşmə işinin hazır olduğunu deyib, əlavə ondan 200 (iki yüz) manat pul istəmişdir. Həmin ünvandan Orxanın kart hesabına 200 (iki yüz) manat pulu da atmışdır. Hadisə 2024-cü ilin yanvar ayında baş vermiş, Orxana 2500, (iki min beş yüz), 60 (altmış) və 200 (iki yüz) manat olmaqla, cəmi 2760 manat pulu yaşadığı Oğuz rayonu Sincan kəndində yerləşən “Million” aparatından Orxanın verdiyi kart hesabına atmışdır. 150 (yüz əlli) manat pulu isə oğlu yaşadıqları Oğuz rayonu Sincan kəndində yerləşən fərdi yaşayış evinin həyətində Orxana vermişdir. Orxan dələduzluq yolu ilə konkret olaraq 2910 (iki min doqquz yüz on) manat pulunu və 1500 (min beş yüz) manat dəyərindəki avtomobilini ələ keçirmişdir. Orxanla aralarında bu söhbətlər olmamışdan daha öncə Orxana əl borcu olaraq 590 (beş yüz doxsan) manat pul vermiş, Orxan isə həmin pulu geri qaytarmadığı üçün həmin pulu Orxanın dələduzluq yolu ilə ələ keçirdiyi pulun üstünə gəlmişdir. Orxan daha sonra ona borclu olduğu 590 (beş yüz doxsan) manat əl borcunu geri qaytarmışdır. Beləliklə ona 4410 (dörd min dörd yüz on) manat (yəni 2910+1500) maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Qanunvericiliyə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi.(Eyni məzmunlu ərizə işə əlavə edilmişdir.) Məhkəmə iclasında Şahid1 verdiyi, mahiyyət etibarı ilə atası Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadəsi, habelə şahid X2 elan olunmuş ifadəsi ilə də Təqsirləndirilən şəxs sözügedən əməli törətməsi təsdiq edilmişdir. Oğuz şəhər bazarının müdiri Mayıl Qurbanovun cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, buraxılış ili 1980-cı il olan, furqon, müdafiə rəngində “Zil-131 yük” markalı köhnə yararsız vəziyyətdə olan avtomobilin xx.xx.2024-cü il tarixə olan ümumi orta bazar qiyməti 1500 (min beş yüz) manatdır. (iş vər: 109). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş cinayət işi üzrə yoxlamalara dair tələbnaməyə Azərbaycan Respublikası DİN BƏSİİnin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(iş vər:59). Azərbaycan Respublikası TƏBİB Qəbələ RMX PHŞ-in cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2024-cü il tarixli 18-1-52/2-2353/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Mərkəzi Xəstəxanası Poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. (iş vər: 105). Qəbələ rayon İHB Qəmərvan kənd İƏD üzrə nümayəndəliyinin cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2024-cü il tarixli, 5-59-26/2-204/2024 saylı arayışından və həmin tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayon Qəmərvan kəndində qeydiyyatda olmaqla yaşayır, ailə üzvü 1992-ci il təvəllüdlü həyat yoldaşından ibarət olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vər: 37,39). Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri-digərini tamamlayan sübutlara obyektiv hüquqi qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən əməli həmin maddə ilə düzgün tövsif olunmuşdur. Məhkəmə icraatı gedişində zərərçəkmiş şəxs ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona dəyən maddi və mənəvi ziyanın tam şəkildə ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmiş, habelə təqsirləndirilən şəxs eyni məzmunlu ərizə təqdim edərək onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlarla bağlı məhkəmə cinayət-prosessual qanunvericiliyin aşağıdakı tələblərini nəzərə çatdırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Qeyd olunan Məcəllənin 321-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1, Cinayət-Prosessual Məcəlləsinin 40.1, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-32/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-32/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver