Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-34/2025 07.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2001-ci ildə Rusiya Federasiyası Krasnoyarsk vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Oğuz rayonu “Qoşabulaq” kafesində ofisiant işləyən, məhkum olunmamış, Oğuz rayonu Bayan kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə baxış iclasında baxaraq MÜƏYYƏNETDİ: Oğuz rayon Bayan kənd sakini Təqsirləndirilən şəxs 23 noyabr 2024-cü il tarixdə saat 22 radələrində işlədiyi “Qoşabulaq” kafesinin mətbəxində Oğuz rayonu Kərimli kənd sakini Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə etmiş və onun alın nahiyəsinə başı ilə bir dəfə vurmaqla onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Hadisə ictimai yerdə baş versə də, bu zaman ictimai qaydaların kobud surətdə pozulması və ya cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlər olmadığından, o cümlədən hadisə şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş verdiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmənin icraatında olan məhkəməyədək sadələşdirilmiş icraat materialına əsasən Təqsirləndirilən şəxs polis şöbəsində araşdırma zamanı izahat verərək bildirmişdir ki, Oğuz rayonu Bayan kəndində yerləşən “Qoşabulaq” kafesində ofisiant işləyir. Zərərçəkmiş şəxs qiyabi olaraq tanıyıb, onunla ədavəti və düşmənçiliyi olmayıb. xx.xx.2024-cü il tarixdə işlədiyi kafedə iş yoldaşları Şahid3 və Şahid1la mətbəxdə əyləşmişlər. Bu zaman Zərərçəkmiş şəxs tanımadığı başqa şəxslə mətbəxə daxil olmuş və onlardan kafenin sahibi Simxa Yusubovun yerini soruşmuş, sonra isə ona araq verməyi tələb etmişdir. Həmin vaxt kafedə araq olmadığından həmin şəxsə araq verə bilməyəcəyini demişdir. Buna baxmayaraq Zərərçəkmiş şəxs israrla araq tələb etməyə davam etmişdir. Bu hərəkətinə görə onun sərxoş olduğunu başa düşmüşdür. Zərərçəkmiş şəxs daha sonra kafedə bağban işləyən Şahid1 ona araq tapıb gətirməsini tələb etmiş, Rahim ona rədd cavabı verəndə Ehtiram onun üzərinə getmiş və əli ilə yaxasından tutub dartmağa başlamışdır. O cəld ayağa qalxaraq onları ayırmaq istədikdə Ehtiram Rahimi buraxıb onun üzərinə gəlmiş, paltarının yaxasından tutaraq ünvanına nalayiq ifadə işlətmiş və onu vurmaq istəmişdir. O, Ehtiramı qabaqlayaraq başı ilə onun alın nahiyəsinə bir dəfə vurmuşdur. Zərbənin təsirindən Ehtiramın sifətindən qan axmağa başlamışdır. Orada olan şəxslər onları ayırmışlar. Zərərçəkmiş şəxs qarşı başqa heç bir zorakı hərəkət etməmişdir. Sözügedən materiala əsasən Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında həmkəndlisi Şahid2la birlikdə Oğuz rayonu Bayan kəndində yerləşən “Qoşabulaq” kafesinin sahibi Simxa Yusubovla görüşmək üçün həmin kafeyə getmişdir. Oraya çatdıqda Simxanın yerində olmadığını görmüşdür. Kafenin mətbəxinə gedərək Simxanın harada olduğunu soruşmuşdur. Kafedə işləyən həmkəndlisi Rahim Simxanın kafedə olmadığını bildirmişdir. Bundan sonra o, kafedə əyləşib araq sifariş vermişdir. Adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs ona kafedə araq olmadığını bildirmişdir. Buna görə həmin şəxslə aralarında mübahisə yaranmış və bu zaman Təqsirləndirilən şəxs başı ilə onun sifətinə bir dəfə zərbə endirmişdir. Aldığı zərbənin təsirindən başı gicəllənmiş və alnından qan axmağa başlamışdır. Daha sonra orada olan şəxslər onları ayırmış, Şahid2 onu yaşadığı Oğuz rayonu Kərimli kəndinə aparmışdır. Bir qədər sonra özünə gəlmiş və şikayət etmək üçün Oğuz rayon polis şöbəsinə getmişdir. Sözügedən materiala əsasən Şahid2, Şahid3 və Şahid1 Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Oğuz rayonu Bayan kəndində yerləşən “Qoşabulaq” kafesinin mətbəxində Zərərçəkmiş şəxs alın nahiyəsinə başı ilə vuraraq xəsarət yetirdiyini təsdiq etmişlər. Məhkəmə iclasında cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs- Təqsirləndirilən şəxs polis şöbəsində araşdırma zamanı verdiyi izahatı təsdiq etdi, özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs ilə barışdığını bildirdi, bu barədə ərizə təqdim etdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs polis şöbəsində araşdırma zamanı verdiyi izahatı təsdiq etdi, ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən ona dəymiş maddi-mənəvi ziyanın ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi publik hüquqi şəxs üzrə Qəbələ rayon şöbəsinin sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının canlı şəxsin 123 saylı, 28 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində-alında sol qaşın içəri bucağı hissəsinin, burnun üst nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol gözün üst qapağının və üzün sol tərəfinin qançırı küt alətin (əşyaların) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 23 noyabr 2024-cü ildə törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. (iş vər: 15-16). Sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən cinayət işi üzrə yoxlamalara dair tələbnaməyə Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (iş vər: 55). Oğuz rayonu İHB Bayan İƏD üzrə nümayəndəliyinin sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 5-68-12/2-214/2024 saylı arayışından, həmin tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Bayan kəndində qeydiyyatda olmaqla anası və bacısı ilə birgə yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. (iş vər: 53-54) Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, 28 dekabr 2024-cü il tarixli məhkəmə iclasında təqdim edilmiş ərizələrindən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmiş, onun təqsirləndirilən şəxsdən heç bir tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmaqla zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi üçün kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən belə halda məhkəmə şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü, Cinayət Prosessual Məcəlləsinin 43.3 və 321-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-34/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-34/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver