Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-36/2025 01.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1978-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, orta təhsilli, fəhlə işləyən, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olan, barəsində "xxxx" qətimkan tədbiri seçilmiş, hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 20:40 radələrində qonşusu Oğuz rayonu, Xaçmaz kənd sakini Zərərçəkmiş şəxs məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinin həyətinə çəpərdən keçməklə daxil olmuş, evin giriş qapısını sındırmaqla evin içərisinə qanunsuz olaraq daxil olaraq evin qonaq otağından kilosu 4 (dörd) manat olmaqla ümumi dəyəri 100 (yüz) manat olan 25 kq ağırlığında bir kisə fındıq, bir ədəd 150 (yüz əlli) manat dəyərində qədimi samovar, evin yataq otağından dolabın içərisindən 1 ədəd 100 (yüz) manat dəyərində qızıl üzük, hər biri 15 (on beş) manat olmaqla cəmi 30 (otuz) manat dəyərində olan iki ədəd bijuteriya qadın qol saatı, həmin otaqda dolabın üzərindən 15 (on beş) manat dəyərində olan bir ədəd bujuteriya qadın qol saatı, hər biri 5 (beş) manat olmaqla 10 (on) manat dəyərində olan iki ədəd bijuteriya üzük və həmin otaqda olan diplomatın içərisindən 2.000,0 (iki min) manat pulu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs ümumilidə cəmi 2405 (iki min dörd yüz beş ) manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bildi, ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 12:20-də tanışı Mayislə yaşadığı Oğuz rayonu Xaçmaz kəndində yerləşən Nəzər adlı şəxsin işlətdiyi adsız kafedə yeyib-içmişdir. Belə ki, həmin vaxt yüngül dərəcədə spirtli içki (araq) qəbul etmişdir. Həmin gün saat 15 radələrində kafedən çıxıb evə qayıdarkən qonşusu Sünbülün qapısını bağlayıb harasa getdiyini görmüşdür. Bundan sonra evə çıxıb getmişdir. Həmin gün saat 20:40 radələrində yenidən evdən çıxıb kəndin mərkəzinə getdiyi vaxt Sünbülün evinin işıqlarının sönülü olduğunu görüb, bu vaxt Sünbülün hələdə geri qayıtmadığını başa düşərək, oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin vaxt çəpərdən Sünbülün yaşadığı evin həyətinə keçmiş, evin giriş qapısının kilid yerini əli ilə güc edib (köhnə taxta qapı) sındırmış və içəri daxil olmuşdur. Bundan sonra ilk otağa daxil olmuş, həmin otaqda somavar və bir kisə fındıq olduğunu aşkar etmişdir. İlk öncə fındıqla somavarı həyətə çıxarmışdır. Bundan sonra qalan otaqları gəzmək üçün təkrarən evə girmişdir. Girdiyi digər otağı axtarmağa başlamış, ilk öncə dolabın üzərindən bir ədəd qızıl qadın üzüyü və büjüteriya olan bir ədəd qol saatı, iki ədəd əlavə üzük tapmış və həmin əşyaları cibinə qoymuşdur. Bundan sonra evdən çıxıb getmişdir. Həmin gecə samovarla fındığı yaşadığı evə aparıb həyətə qoymuş və yatmışdır. Səhəri gün yəni xx.xx.2024-cü il tarixdə saat 06 radələrində yuxudan durub həmkəndlisi taksi sürücüsü Raminə zəng etmiş və onu Qəbələ rayon ərazisində yerləşən “Nic” bazarına aparmasını istəmişdir. Həmin vaxt yeznəsi Təbrizə də, zəng edərək, onunla getməsini demişdir. Bundan sonra birlikdə həmin bazara gedib fındığı kilosunu 4,0 (dörd) manata satmışdır. Həmin fındıq 21 kq olmuşdur bazarda tanımadığı şəxsə satmışdır. Təbriz və Raminə isə fındığı həyətindən yığdığını demişdir. Raminə taksi kimi 10 (on) manat pul vermişdir. Həmin gün saat 12 radələrində üzüyü yeznəsi Təbirzə vermiş və qızı Gülçinə aparmasını istəmişdir. Təbrizə həmin üzüyü Gülçinə hədiyyə aldığını demişdir. xx.xx.2024-cü il tarixdə isə polis əməkdaşları ona zəng edərək, onu Oğuz RPŞ-yə dəvət etmişlər. O, həmçinin hadisəni törətməsi barədə heç kimə məlumat vermədiyini, qızıl üzüyü somavar və bujuteriyaların qaytarıldığını, oğurladığı fındığın pulunu zərərçəkmiş şəxsə qaytarmağa hazır olduğunu və Zərərçəkmiş şəxs evindən 2000 (iki min) manat pulu oğurlamadığını bildirdi. Əməlindən peşmandır cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs iştirak etdiyi məhkəmə iclasında ifadəsində göstərmişdir ki, xx.xx.2024cü il tarixdə saat 15:30 radələrində Oğuz rayonu Xaçmaz kəndində yaşayan qudası X3 onu evinə qonaq çağırdığı üçün evdən çıxıb getmişdir. Həmin gün gecə qayıtmayaraq qudasıgildə qalmışdır. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə saat 09:30-da evinə qayıtmışdır. Bu vaxt həyətin dəmir qapısının açıq olduğunu görmüşdür. Daha sonra evin taxta qapısının sındırıldığını aşkar etdikdə, içəri girməyə qorxmuş və Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra evə daxil olduqda evin otaqlarının birində olan bir kisə fındıq və samavarın yerində olmadığını, digər otağa (yataq) keçdikdə həmin otaqda dolabın içində olan qızıl üzüyün, iki ədəd bujuteriya saatın, dolabın üstün olan iki bujuteriya üzük və bir ədəd bujuteriya saatın yerində olmadığını aşkar etmişdir. Bundan sonra yataq otağında qara qədimi diplomatın içərisinə baxdıqda 2000 (iki min) manat pulun da, yerində olmadığını aşkar etmişdir. Həmin vaxt əlavə olan 2 ədəd 7.5 qramlıq qızıl klonun və üzüyündə diplomatın içərisindən oğurlandığını zənn edib bu barədə ərizə vermişdir. Ancaq səhəri günü həmin qızılları ordan tapmışdır. Həmin vaxt həyəcanlı olduğundan həmin qızıllarında oğurlandığını zənn etmişdir. İlk dəfə evindən oğurluq olduğunu, evindən 150 (bir yüz əlli) manat dəyərindəki somavar, hər biri 15 (on beş) manat olmaqla 3 ədəd bujuteriya saat, hər biri 5 (beş) manat olmaqla 2 ədəd bujuteriya üzük, 100 (yüz) manat dəyərində bir ədəd qızıl üzük və 2000 (iki min) manat pulu oğurlandığını qeyd etdi. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir. Ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən “Nic bazarı” adlanan bazar vardır. Həmin bazar ancaq həftənin bazar günləri fəaliyyət göstərir. Hər bazar tanışı Raminlə həmin bazara gedib, lazım olan məmulatları alırlar. Qaynatası Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə səhər saat 05:40-da ona zəng edərək, “Nic bazarına” gedib-getməyəcəyini soruşmuşdur. Həmin vaxt Polada Raminlə birlikdə bazara gedəcəyini demişdir. Polad yanacaq puluna köməklik göstərəcəyini deyib, bazara getmək istədiyini demişdir. O, bu barədə Raminə demişdir. Bundan sonra Ramin idarə etdiyi özünəməxsus “Opel Astra minik” markalı avtomobillə ilk öncə Poladı yaşadığı evdən götürmüş, daha sonra isə onu götürərək birlikdə Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən “Nic bazarına” getmişlər. Həmin bazara çatdıqda Polad avtomobilin arxasından bir kisə fındıq götürmüş və satmağa gəldiyini demişdir. Bu vaxt Polada “sənin fındıq ağacın var? Hardan tapmısan fındığı?” soruşmuşdur. Polad ona həmin fındığı tanışının verdiyini bildirmişdir. Bundan sonra Raminlə baytarlıq aptekindən heyvanlara dərman almışlar. Dərman aldıqları vaxt isə Polad onlardan ayrılaraq fındığı satmışdır. O, həmçinin Poladın fındığı kimə və neçiyə satdığını bilmədiyini, ancaq Poladın Raminə 10 (on) manat yanacaq pulu verdiyini görmüşdür. Oğuz rayonuna geri qayıdarkən Poladın ona 58 manat pul borcu olduğundan avtomobildə Polada “fındığı satmısan mənə olan borcunu ver” demişdir. Belə ki, əvvəllər qəssabxanada işlədiyi vaxtlarda Polad ondan nisiyə ət almışdır. Bu vaxt Polad cibindən bir ədəd qızıl qadın üzüyü çıxararaq ona vermiş, bunu nəvələrimə “pay” verirəm demişdir. Poladdan üzüyün kimin olduğunu soruşduqda, Polad ona Rusiyada yaşayan bibisinin olduğunu, həmin üzüyü əvvəllər ona hədiyyə verdiyini bildirib. Təqsirləndirilən şəxs oğurluq hadisəsi etməsindən xəbəri olmayıb. Poladın verdiyi üzüyü səhəri gün Gəncə şəhərində satmışdır. Hadisədən sonra xəbər tutmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən “Nic bazarı” adlanan bazar vardır. Məşğulluq idarəsi tərəfindən ona verilmiş iribuynuzlu heyvanlara dərman almaq üçün tanışı Təbrizlə xx.xx.2024-cü il tarixdə səhər 06 radələrində həmin bazara getməli olmuşlar. Həmin gün evdən çıxdıqda qonşusu Poladın qapının ağzında gözlədiyini görmüşdür. Bu vaxt Poladdan nə üçün gözlədiyini soruşduqda, Polad onunla birlikdə “Nic bazarına” gedəcəyini, bu barədə Təbrizin məlumatı olduğunu dedi. Bundan sonra Poladla birlikdə Təbrizi götürüb, atasına məxsus etibarnamə ilə idarə etdiyi “Opel Astra minik” markalı **- FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən “Nic bazarına” getmişdir. Həmin vaxt Polad ona 10 (on) manat yanacaq pulu vermişdir. Polad avtomobilə minərkən əlində bir kisə fındıq olmuşdur. Həmin fındığı isə Polad ona satmağa apardığını demişdir. Bazara çatdıqdan sonra Təbrizlə Poladdan ayrılıb baytar aptekindən dərmanları almışdır. Həmin əsnada isə Polad fındığı satmağa getmişdir. Poladın fındığı kimə və neçiyə satdığını bilmir. Bundan sonra Oğuz rayonuna geri qayıdarkən avtomobildə Polad Təbrizə bir ədəd qızıl qadın üzüyü vermişdir. Onların söhbətindən başa düşdüyünə görə Poladın Təbrizə borcu olmuşdur. Lakin Polad həmin üzüyü nəvələrinə hədiyyə kimi verdiyini dedi. Polad Təbrizə həmin üzüyü Rusiyada yaşayan bibisinin ona verdiyini dedi. Təqsirləndirilən şəxs oğurluq hadisəsi etməsindən xəbəri olmayıb. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişlər. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək səhhəti ilə əlaqədar gələ bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid3 ifadəsi məhkəmə iclasında elan edilmişdir. Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 şəxsən tanımır, həmin şəxslərlə hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Gəncə şəhəri Nizami prospekti 19-da “Hade Gümüş” adlı qızıl, gümüş və bujuteriyalar satılan mağazası vardır. Həmin mağazada qızıl-alqı satqısı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə günorta radələrində xatırlamadığı saatda sonradan adı ona məlum olan Təbriz adlı şəxs mağazasına gələrək, qızıl üzük satmaq istədiyini bildirmişdir. Həmin üzüyü “qram tərəzisində” çəkilmiş, üzüyün çəkisi 0,78 qram, əyyarı isə 583 əyyar olmuşdur. Həmin qızıl üzüyü Təbrizdən 55 (əlli beş) manata almışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə polis əməkdaşları Təbrizlə birlikdə mağazasına gələrək, həmin üzüyün oğurluq olduğunu bildirmişlər. Bundan sonra həmin üzüyü polis əməkdaşlarına təqdim etmişdir. O, həmçinin həmin üzüyün oğurluq olmasından xəbərinin olmadığını, hal-hazırda Təbrizdən onu aldadaraq oğurluq mal satdığı üçün heç bir şikayət və tələbi olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokol və fotoşəkillərdən müəyyən edilir ki, oğurluq hadisəsi törədilən evə baxış keçirilmişdir. (i.v. 06-10, 33-42) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti aparılmışdır. (i.v. 77-85) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. (i.v. 174-175) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizsının 10 yanvar 2025-ci il tarixli, 9/8257 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 02 adda malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 10,00 manat, ekspertiza tədqiqatına təqdim edilməyən, qərarda göstərilən iki adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 170,20 manat müəyyən edilir. Təqdim edilmiş fotoşəkillərdə göstərilən 01 ədəd somavar barədə ətraflı məlumat (həcmi, hazırlandığı material və s) olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. (i.v. 215-217) İş üzrə təyin edilmiş 10 yanvar 2025-ci il tarixli, 9/8257 nömrəli ekspertizanın rəyindən görünür ki, 02 adda malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 10,00 manat, ekspertiza tədqiqatına təqdim edilməyən, qərarda göstərilən iki adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 170,20 manat müəyyən edilmiş, təqdim olunmuş fotoşəkillərdə göstərilən 01 ədəd somavar barədə ətraflı məlumat (həcmi, hazırlandığı material və s) olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs ekspertiza rəyində göstərilənlərlə razılaşmayaraq ona dəymiş maddi ziyanın özünün qeyd etdiyi kimi götürülməsini xahiş etmişdir. Odur ki, 10 yanvar 2025-ci il tarixli, 9/8257 nömrəli ekspertiza rəyi ilə malların qiyməti tam dəqiqiliklə müəyyən olunmadığından zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləği kimi onun dediyi qiymətlər əsas götürülmüşdür. (cinayət işinin materialları) “Könüllü olaraq təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Oğuz RPİ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Mehdi Hüseynzadə ********* saylı cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq istintaqa Şahid3 könüllü olaraq təqdim etdiyi 01 ədəd 0,78 qram qızıl üzüyü cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürmüşdür; (i.v.-132) Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-103/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.(i.v.148) Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(008)-247/2024 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 06 ay 09 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir.(i.v.-139) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Oğuz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli 05-P nömrəli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2024-cü il tarixdə başa çatmış və qeydiyyatdan çıxarılmışdır. (i.v. 226) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsi tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(054)-26/2024 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 2 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(054)-36/2024 nömrəli digər qərarı ilə onun həbsdə olma müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. (i.v. 116, 205) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə 01 il 11 ay 28 gün müddətə azadlqıdan məhrumetmə cəzasına məhkum edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 06 ay 09 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. (i.v. 119-120) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Oğuz RMX PHŞ-dən daxil olmuş 24 sentyabr 2024-cü il tarixli, 18-1-64/2-1146/2024 nömrəli məktubdan müəyyən edilir ki, Oğuz rayon Xaçmaz kənd sakini xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Oğuz RMX-nın poliklinika şöbəsinin “Narkoloji” və “Ruhi əsəb” kabinetlərində qeydiyyatda yoxdur.( i.v. 125) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən cinayət işi üzrə Oğuz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən Oğuz RPŞ-nə daxil olmuş 14 noyabr 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi tək özündən ibarətdir və yaşadığı yerdə mənfi xarakterizə olunur. (i.v. 161-162, 165) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bujiteriya qadın qol saatı, 2 ədəd bujiteriya qadın üzüyü, bir ədəd qədimi somavar, Şahid3 götürülmüş bir ədəd qızıl qadın üzüyünün maddi sübut kimi tanınmışdır. (i.v. 219-220) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsini qismən etiraf etsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin (mülki iddiaçılar) və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlini qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə məqsədi ilə verildiyi qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusata, yəni Zərərçəkmiş şəxs məxsus “diplomatın” içərisindən 2.000,0 (iki min) manat pulu götürməsi ilə bağlı xüsusatı etiraf etməməsi məsələsinə tənqidi yanaşır və həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə istintaq hərəkəti protokolu və işdə olan digər sübutlarla tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: -Zərərçəkmiş şəxs ifadəsində özünə məxsus “diplomatın” içərisində 2000(iki min) manat pulun olmasını göstərmişdir; - Belə ki, istintaq zamanı ifadələri arasında yaranmış ziddiyyətlərlə bağlı xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadələsində göstərdiyi xüsusatları iş üzrə Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə, sonuncunun onun evindən 25 kq ağırlığında bir kisə fındıq, bir ədəd 150 (yüz əlli) manat dəyərində qədimi samovar, evin yataq otağından dolabın içərisindən 1 ədəd 100 (yüz) manat dəyərində qızıl üzük, hər biri 15 (on beş) manat olmaqla cəmi 30 (otuz) manat dəyərində olan iki ədəd bijuteriya qadın qol saatı, həmin otaqda dolabın üzərindən 15 (on beş) manat dəyərində olan bir ədəd bujuteriya qadın qol saatı, hər biri 5 (beş) manat olmaqla 10 (on) manat dəyərində olan iki ədəd bijuteriya üzük və həmin otaqda olan diplomatın içərisindən 2.000,0 (iki min) manat pulu gizli yolla taladığını bildirmişdir. (i.v. 174-175) Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və digər məhkəmə-istintaq materialları ilə tам təsdiq edildiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 -cü maddəsi ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177.2.3 maddəsinə əsasən eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs ifadəsində onun tərəfindən oğurluq edilməməsinə dair göstərdiyi dəlillər tam təkzib olunur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək Təqsirləndirilən şəxs yaşayış sahələrinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talaması ilə bağlı verilmiş ittihamın öz təsdiqini tapması nəticəsinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Cüm oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cüm oğlunun əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-in: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 83.3.3 və 83.3.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarına əsasən CM-in 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. CM-in 83-cü maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, CM-in 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Məhkəmə qeyd edir ki, az ağır cinayət törətdiyi üçün (cəzasının əvvəli 23 sentyabr 2022-ci il) Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 fevral 2023cü il tarixli, 1(001)-103/2023 saylı hökmü ilə təyin edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 7(008)-247/2024 saylı qərarı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 ay 09 gün hissəindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğluna Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 1(001)-103/2023 saylı hökmü ilə ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 06 ay 09 gün vaxtından əvvəl şərti azad edilmişdir (Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(008)-247/2024 saylı qərarı). Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini 15 sentyabr 2024-cü tarixdə, yəni cəzadan vaxtından əvvəl şərti olaraq azad edildiyi dövrdə törətmişdir və həmin əməlləri törədərkən onun məhkumluğu ödənilməmişdir (CM-in 83.4-cü maddəsi). Beləliklə, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəl azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu, həmçinin yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün onun əməlində cinayətlərin residivi yaranmış olur. CM-in: 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-in 65.1-ci maddəsində sadalanan hallarla yanaşı, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 1(001)-103/2023 saylı hökmü ilə ona qəti olaraq təyin olunmuş cəzanın çəkilməmiş hissəsindən 06 (altı) ay 9 (doqquz) gün vaxtından əvvəl şərti olaraq azad edildiyi müddətdə törətmişdir (Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(008)-247/2024 saylı qərarı ilə endirilmiş). Bu səbəbdən, CM-in 76.6, 76.6.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv olunmalı və CM-in 67.1-ci maddəsinə əsasən qeyd edilən cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, CM-in 65.1-ci maddəsində sadalanan hallar, həmçinin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 1(001)-103/2023 saylı hökmü ilə təyin olunmuş (Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(008)-247/2024 saylı qərarı ilə endirilmiş) cəzanın çəkilməmiş 06 (altı) ay 9 (doqquz) günündən vaxtından əvvəl şərti azad olunma ləğv edilməli, həmin cəzanın çəkilməmiş 06 (altı) ay 9 (doqquz) günü hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti cəza müəyyən edilməli (CM-76.6.3, 67.1), cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 18 sentyabr 2024-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə 50,00 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübutlar- Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bujiteriya qadın qol saatı, 2 ədəd bujiteriya qadın üzüyü, bir ədəd qədimi somavar, bir ədəd qızıl qadın üzüyü maddi sübüt saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarıldığı və Zərərçəkmiş şəxs dəymiş 2405 (iki min dörd yüz beş) manatdan 275 ( iki yüz yetmiş beş) manat (somavar-150 manat, bujiteriya qadın qol saatı 15 manat, bujiteriya qadın üzüyü hər biri 5 manat olmaqla 10 manat, bir ədəd qızıl qadın üzüyü 100 manat) ödənildiyi nəzərə alınmalıdır. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)-247/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-103/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 6 (altı) ay 9 (doqquz) gün vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə qərar ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 103/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 6 (altı) ay 9 (doqquz) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – 1 ədəd bujiteriya qadın qol saatı, 2 ədəd bujiteriya qadın üzüyü, bir ədəd qədimi samovar, bir ədəd qızıl qadın üzüyünün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM,VÖEN **********, hesab №AZ34CTRE********************, X2, KOD– 210005, VÖEN**********, m/h AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №1(054)-36/2025
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-36/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver