Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-37/2025 08.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1990-cı ildə Oğuz rayon Muxas kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Oğuz rayonu Muxas kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməklə məhkəməyə verilmişdir, ona görə ki, o tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü tarixdə saat 22 radələrində qonşusu Zərərçəkmiş şəxs Oğuz rayonu Muxas kəndində yerləşən fərdi yaşayış evinə daxil olmaqla həmin evin qonaq otağında olan qədimi çamadanın içərisindən 400 (dörd yüz) manat məbləğində pulu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi və ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə evdə tək 200 ml-lik spirtli içki (araq) içmişdir. Bundan sonra yaşadığı evin qarşısına, yəni küçəyə çıxdıqda qonşusu Turangilin evlərinin işıqlarının sönülü olduğunu görmüş və Turanla anası Sədaqətin yatdığını başa düşmüşdür. Daha öncədən Turan və anasının digər otaqda yatdığını bildiyindən evin başqa otağına girmək qərarına gəlmiş, bu səbəbdən saat 22 radələrində həmin evin həyətinə giriş hissədə yerləşən qapıya yaxınlaşmış və qapının açıq olduğunu görərək, öncə həyətə daxil olmuş, daha sonra evin içərisinə, yəni qonaq otağına girərək, pul axtarmağa başlamışdır. Otağın qapısı da açıq olmuşdur. Otaqda olan qədimi çamadanın içinə baxdıqda çamadanın içərisində 400 (dörd yüz) manat pul olduğunu görmüş, tez həmin pulu götürüb qaçaraq evdən çıxmışdır. Həyətdən qaçıb gedərkən səsə Turan arxasınca çıxmış, onu səsləmiş, hətta arxasınca qaçmışdır. O isə sürətlə qaçaraq çıxıb getmişdir. Turanın konkret olaraq onu görüb-görməməsini bilməmişdir. İlk dəfədir ki, oğurluq etmiş, həmin vaxt sərxoş olduğu üçün qeyd edilən cinayət əməlini törətmişdir. Törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmiş və əməlindən səmimi peşman olmuşdur. Maddi ehtiyacı olduğuna görə oğurluq etsə də, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə aradan qaldırmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Bununla bağlı ərizə məhkəməyə təqdim edilmişdir. Qeyd edilən halların cəza təyin edilən zaman nəzərə alinmasını və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, Oğuz rayonu Muxas kəndində fərdi yaşayış evi vardır. Həmin evdə anası Şahid ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə həmin evin ikinci otağında, yəni qonaq otağında yerləşən otaqda olan keçmişdən qalma qədimi sandığın işərisinə 500 (beş yüz) manat pul qoymuşdur. xx.xx.2024-cü il tarixdə həmin sandığın içərisində olan pulu götürmək istədiyi vaxt sandıqda 100 (yüz) manat pul qaldığını görmüşdür. Bu barədə anasından soruşduqda anası xəbərinin olmadığını demişdir. Bundan sonra 400 (dörd yüz) manat pulunun oğurlandığını başa düşmüşdür. Daha sonra Oğuz RPŞ-yə gələrək, evində olan sandığın içərisindən pul oğurlanması barədə ərizə vermişdir. Hadisənin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində baş verdiyini bilir, belə ki, həmin sandığa pulu xx.xx.2024-cü il tarixdə qoymuşdur. xx.xx.2024-cü il tarixdə isə götürmək istədiyi vaxt pulun yerində olmadığını görmüşdür. Hadisə nəticəsində konkret olaraq ona 400 (dörd yüz) manat maddi ziyan dəymişdir, çünki sandıqda 500 (beş yüz) manat pul olmasına baxmayaraq naməlum şəxs həmin puldan 400 (dörd yüz) manatını oğurlayarkən ola bilsin ki, pulun 100 (yüz) manatını görməmişdir. Konkret olaraq qonşusu Təqsirləndirilən şəxs şübhələnmişdir, çünki xx.xx.2024-cü il tarixdə gecə saat 22:45-də həyətində qaranlıqda kiminsə olduğunu görmüş və arxasınca qaçmış, həmin şəxsi arxadan Fazilə oxşatmş, ancaq konkret olaraq həmin şəxsin üzünü görmədiyindən Fazil olub-olmadığını bilməmişdir. Ancaq həmin şəxs kimdirsə oğurluğu da o törətmişdir. İlk dəfədir ki, evindən oğurluq olmuşdur. Konkret tələbi həmin naməlum şəxsin tapılması və ona dəymiş maddi ziyanın ödənilməsi olmuşdur. Həmin məbləğ ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Bu barədə ərizələrini həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında təqdim etmişdir. Qanuni qərar çıxarılmasını xahiş etdi. (Ərizələr işə əlavə edilmişdir). Şahid məhkəmə iclasında mahiyyət etibarı ilə oğlu Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “Baxış keçirilməsi haqqında” 19 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Oğuz RPŞ-nin İB-nin müstəntiqi X1 tərəfindən Oğuz rayonu Muxas kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində hadisə yerinə baxış keçirilmiş, baxış zamanı, hadisənin yaşayış sahəsində baş verməsi müəyyən edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmiş və tərtib edilmiş protokola əlavə olunmuşdur. Fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin qonaq otağında olan, pulun oğurlandığı çamadanı əyani şəkildə göstərmişdir. (iş vərəqə 09-20) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 07 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə onun ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı o, ifadəsində göstərdiklərini hadisə yerində bir daha təsdiq etmişdir. Bununla bağlı protokol tərtib edilmiş və istintaq hərəkətinin gedişatı foto-çəkilişlə çəkilərək iş materiallarına əlavə edilmişdir. (iş vərəqə- 69-65) Azərbaycan Respublikası “TƏBİB” publik hüquqi şəxs “Oğuz Rayon Mərkəzi Xəstəxanası” X5 tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 18-1-64/2-4/2025 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Ruhi-əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda yoxdur. (iş vərəqə 65). Oğuz rayon İcra Hakimiyyəti başçısının Muxas kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, 5-68-12/2-05/2025 saylı arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri-atası və anası ilə birlikdə Oğuz rayonu Muxas kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. (iş vərəqə 72, 76) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. ( iş vərəqə 84). Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən ona təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dəymiş maddi ziyanı tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışması CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs digər şəxsə məxsus pulu gizli olaraq talasa da, onun törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etdiyini, həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini, dəymiş zərəri ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını və yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə qeyd olunanları həmçinin CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61.1.-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən qanunvericiliyin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, onun cinayət əməllərini etiraf edib səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, şəxsiyyətini xarakterizə edən xüsusiyyətləri, kənar şəxslərin ona təsirini, təyin ediləcək cəzanın onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq cəzanın səmərəliliyinə, məqsədəuyğunluğuna və məhkumun islah olunmasına təsirinə nail olmaq üçün hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-358, 381,384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Oğuz rayonu Muxas kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, Oğuz rayonu ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Oğuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmk haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-37/2025
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-37/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver