Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-38/2024 27.09.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü ildə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan (fəhlə), məhkum olunmamış, Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Xanlar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə baxış iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 11 avqust 2024-cü il tarixdə saat 01 radələrində Oğuz rayonu Xaçmaz kəndində yerləşən, yaşadıqları fərdi yaşayış evində ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı həyat yoldası Zərərçəkmiş şəxs başının sol təpə nahiyəsinə taxta parçası ilə bir dəfə zərbə vurmaqla Zərərçəkmiş şəxs başın sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurub xəsarət yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmisdir. Məhkəmənin icraatında olan məhkəməyədək sadələşdirilmiş icraat materialına əsasən Təqsirləndirilən şəxs polis şöbəsində araşdırma zamanı izahat verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır, 2 uşağı var. Ailə həyatı qurduqdan bəri münasibətləri normal olmuş, mübahisələri olmamışdır. 10 avqust 2024-cü il tarixdə saat 20 radələrində işdən evə gəlmiş və yemək yedikdən sonra otağına keçib yatmışdır. Gecə saatlarında yuxudan oyanmış, yoldaşı Güneldən içmək üçün su istəmişdir. Günel su gətirəcəyini deyərək otaqdan çıxmış, təkrar otağa qayıtdıqda onun suyu gətirmədiyini görmüşdür. Səbəbini soruşduqda aralarında mübahisə yaranmış, o, beşiyin nazik taxtasını çıxarıb Günelin baş nahiyəsindən bir dəfə vurmuş, bunun nəticəsində Günelin başından qan axmışdır. Daha sonra Günel onun digər otaqda olan atası Xanlara bu barədə məlumat vermiş, atası Xanlar isə DİN 102 xidmətinə zəng vuraraq onun Güneli döyməyi barədə məlumat vermişdir. Sözügedən materiala əsasən Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2017-ci ildə ailə həyatı qurmuşdur, birgə nikahdan 2 azyaşlı uşağı var. Ailədə münasibətləri normal olmuşdur. Qaynatası və qaynanası da onlarla birgə yaşayır. 10 avqust 2024-cü il tarixdə saat 20 radələrində Zaur işdən gəlmiş və yorğun olduğunu bildirib yatmışdır. 11 avqust saat 01 radələrində uşağın dərmanını götürmək üçün Zaurun yatdığı otağa keçmişdir. Həmin vaxt Zaur səsə yuxudan oyanaraq ondan su istəmişdir. Başı qarışdığı üçün Zaura su verməyi unutmuşdur. Təxminən 15 dəqiqə sonra otağa keçdikdə Zaur ondan suyu niyə gətirmədiyini soruşmuş, həmin səbəbdən aralarında mübahisə yaranmışdır. Zaur yerdən uşaqların oynadığı taxta parçasını götürüb onun başına bir dəfə vurmuş, beləliklə başından xəsarət almışdır. X3 bunu bilib DİN 102 xidmətinə zəng etmişdir. Materiala əsasən şahid X2 izahatında bildirmişdir ki, Zaur oğlu, Günel gəlinidir. Onlarla birlikdə Oğuz rayonu Xaçmaz kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. Oğlu ilə gəlininin münasibətləri həmişə normal olub.11 avqust 2024-cü il tarixdə o öz yataq otağında olarkən Günel gəlmiş və aralarındakı mübahisə səbəbli Zaurun onu döydüyünü demişdir. Əsəbləşərək DİN 102 xidmətinə zəng vurub məlumat vermişdir. Məhkəmə iclasında cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs- Təqsirləndirilən şəxs polis şöbəsində araşdırma zamanı verdiyi izahatı təsdiq etdi, özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxs kimi tanınmış arvadı Zərərçəkmiş şəxs ilə barışdığını bildirdi, bu barədə ərizə təqdim etdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs polis şöbəsində araşdırma zamanı verdiyi izahatı təsdiq etdi, ərizə təqdim edərək əri Təqsirləndirilən şəxs ilə barışdığını, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən ona dəymiş maddi-mənəvi ziyanın ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi publik hüquqi şəxs üzrə Qəbələ rayon şöbəsinin sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 82 saylı, 14 avqust 2024-cü il tarixli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində başın sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 11 avqust 2024-cü ildə törənə bilər. Həmin xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. (iş vər: 11-12). Sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən cinayət işi üzrə yoxlamalara dair tələbnaməyə Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (iş vər: 52). Oğuz rayonu İHB Xaçmaz İƏD üzrə nümayəndəliyinin sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli 5-68-12/2-M-354/2024 saylı arayışından, həmin tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailəli olub, himayəsində 2017 və 2020-ci il təvəllüdlü 2 azyaşlı övladı vardır, yaşayış yerindən müsbət xarakterizə olunur. (iş vər: 44, 46) Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, 17 sentyabr 2024-cü il tarixdə notarial qaydada imzaları təsdiq edilmiş, habelə 27 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında yazdıqları ərizələrindən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmiş, onun təqsirləndirilən şəxsdən heç bir tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmaqla zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi üçün kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən belə halda məhkəmə şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü, Cinayət Prosessual Məcəlləsinin 43.3 və 321-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-38/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-38/2024
27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver