Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-39/2024 27.09.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, 08 avqust 1987-ci ildə Oğuz rayonu Tayıflı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Oğuz rayonu Tayıflı kəndində qeydiyyatda olmaqla Oğuz rayonu Padar kəndində yaşayan Təqsirləndirilən şəxs Faiq oğlunun MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə saat 07 radələrində Oğuz rayonu Padar kəndində yerləşən, yaşadıqları fərdi yaşayış evində aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı həyat yoldası Zərərçəkmiş şəxs sağ qol, kürək, bel nahiyələrindən yumruq-təpiklə bir neçə dəfə zərbə vurmaqla Zərərçəkmiş şəxs sağ bazu oynağının əzilməsi, sağ bazu oynağının bayır tərəfinin, sağ kürək, bel-oma nahiyəsinin və sol budun bayır yuxarı 1/3-nin dərialtı hematomaları xəsarətləri ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmisdir. Məhkəmənin icraatında olan məhkəməyədək sadələşdirilmiş icraat materialına əsasən Təqsirləndirilən şəxs polis şöbəsində araşdırma zamanı izahat verərək bildirmişdir ki, 2012ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, 7 və 11 yaşlı 2 övladı vardır. Tez-tez mübahisələri olur, qardaşı və digər ailə üzvləri əxlaqi səbəblərlə onun arvadından ayrılmasını istəyirlər. Övladlarına görə Röyalədən ayrılmaq istəmədiyindən onunla birlikdə Oğuz rayonu Padar kəndində qaynatasına məxsus evdə yaşayır. 15 avqust 2024-cü il tarixdə səhər saatlarında Röyalə onun ailə üzvləri haqqında təhqiredici ifadələr işlətdiyindən və onunla ər-arvad münasibətində olmadığından mübahisələri olmuş, mübahisə zamanı o, Röyaləni yumruqla sağ qol, kürək nahiyələrindən, daha sonra isə arxa hissədən təpiklə vurmuş, Röyalə yerə yıxılmışdır. O özü isə çıxıb evə getmişdir. Sözügedən materiala əsasən Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Sakitlə 2012ci ildə ailə həyatı qurmuşdur, birgə nikahdan 2 oğlu var. Ailə həyatı qurduqdan sonra münasibətləri normal olsa da, son zamanlar münasibətləri pisləşmişdir. Sakitin ailəsi onun əxlaqsız olduğunu iddia etmiş, Sakitdən ayrılmasını istəmişlər. Həmin səbəbdən onunla Sakit arasında mübahisə olmuşdur. 15 avqust 2024-cü il tarixdə saat 07 radələrində Oğuz rayon Padar kəndində yerləşən yaşadıqları evdə Sakit onunla münasibətdə olmadığı üçün mübahisə etməyə başlamış, o isə Sakitin ailəsinin onun barəsində əxlaqsız dediyi, həmçinin Sakit ondan boşanma ilə bağlı məhkəməyə müraciət etdiyi üçün onunla münasibətdə olmayacağını demişdir. Bundan sonra Sakit onunla mübahisəyə davam etmiş və başqa şəxslə münasibətinin olduğunu demişdir. Daha sonra Sakit onun saçından tutmuş və yumruqla baş nahiyəsindən vurmuşdur. Bundan sonra onun sağ qolundan yumruqla, təpiklə isə arxa nahiyəsindən vuraraq onu döymüşdür. Daha sonra Sakit çıxıb getmişdir. O isə bu barədə DİN 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs- Təqsirləndirilən şəxs polis şöbəsində araşdırma zamanı verdiyi izahatı təsdiq etdi, özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxs kimi tanınmış arvadı Zərərçəkmiş şəxs ilə barışdığını bildirdi, bu barədə ərizə təqdim etdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs polis şöbəsində araşdırma zamanı verdiyi izahatı təsdiq etdi, ərizə təqdim edərək əri Təqsirləndirilən şəxs ilə barışdığını, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən ona dəymiş maddi-mənəvi ziyanın ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi publik hüquqi şəxs üzrə Qəbələ rayon şöbəsinin sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 83 saylı, 16 avqust 2024-cü il tarixli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində sağ bazu oynağının əzilməsi, sağ bazu oynağının bayır tərəfinin, sağ kürək, bel-oma nahiyəsinin və sol budun bayır yuxarı 1/3-nin dərialtı hematomaları kimi xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 15 avqust 2024-cü ildə törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunan xəsarətlər yerləşmə nahiyələrinə, forması və digər morfoloji xüsusiyyətlərinə görə həmin xəsarətlərin öz-özünə yetirilməsinə uyğun gəlmir. (iş vər: 10- 11). Sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən cinayət işi üzrə yoxlamalara dair tələbnaməyə Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. (iş vər: 52). Oğuz rayonu İHB Qumlaq İƏD üzrə nümayəndəliyinin sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 5-68-12/2- 303/2024 saylı arayışından, həmin tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Tayıflı kəndində qeydiyyatda olmaqla ailəliklə Oğuz rayonu Padar kəndində yaşayır, ailə üzvləri 1989-cu il təvəllüdlü arvadı Zərərçəkmiş şəxs, 2013 və 2017ci il təvəllüdlü 2 oğlundan ibarətdir, yaşayış yerindən müsbət xarakterizə olunur. (iş vər: 44, 47) Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, 27 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında təqdim edilmiş ərizələrindən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmiş, onun təqsirləndirilən şəxsdən heç bir tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmaqla zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi üçün kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən belə halda məhkəmə şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü, Cinayət Prosessual Məcəlləsinin 43.3 və 321-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-39/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-39/2024
27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver