Məhkəmə qərarları › İş №1(054)-39/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-39/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-39/2025 08.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi – Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Lənkəran rayonu, Haftoni kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum оlunmuş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 124-də qeydiyyatda olan və yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 2022ci ilin sentyabr ayında tanışı Zərərçəkmiş şəxs oğlu Şahid1 hərbi xidmətdən saxlanmasına köməklik göstərməsi ilə bağlı ona etdiyi müraciətinə əsasən özünü işgüzar və çoxşaxəli əlaqəlarə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə sonuncunun övladını xəstəliyi ilə bağlı hərbi xidmətdən saxlanmasına nail olacağını yalandan vəd verib aldadaraq 2022-ci ilin sentyabr ayının əvvəlində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon şöbəsinin inzibati binasının qarşısında 3000 (üç min) manat pulu şəxsən Zərərçəkmiş şəxs alaraq özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 taksi fəaliyyəti ilə məşğul olmaq üçün kreditə avtomobil almaqda köməklik göstərməsi ilə bağlı ona etdiyi müraciətinə əsasən özünü işgüzar və çoxşaxəli əlaqəlarə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə sonuncuya “Toyota Prius” markalı avtomobili güzəştli şərtlərlə kredit alaraq ona verəcəyini yalandan vəd verərək 2022-ci ilin sentyabr ayının sonlarında Oğuz şəhəri, H.Əliyev küçəsində yerləşən avtovağzalın qarşısında 1500 (bir min beş yüz) manat pulu şəxsən Şahid1 atası Zərərçəkmiş şəxs alaraq özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, Oğuz rayonu Kərimli kənd sakini Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayından tanıyır, onunla əvvəllər münasibəti həmişə yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. O, həmin şəxsin, yəni Zərərçəkmiş şəxs qardaşı qızı olan X1, onunla evlənmək fikiri olmuşdur. Həmin xanımı sevməyini Zərərçəkmiş şəxs oğlu Şahid1 bilmiş, Muradla onu sevdiyi xanım tanış etmişdir. Belə ki, 2022-ci ilin sentyabr ayının əvvələrində, dəqiq yadında qalmayan tarixdə sevdiyi xanım olan Pünhanla telefonla söhbət əsnasında onun yanına əmisi oğlu Şahid1 yaxınlaşmış, onunla salamlaşmış və daha sonra sevdiyi xanım ona bildirmişdir ki, əmisi oğlu Murad sürücülük vəsiqəsi almaq istəyir, amma müəyyən məbləğdə pulu çatmır. O, da həmin vaxt onlara bildirmişdir ki, pul ilə sürücülük vəsiqəsi alınmır, amma nə lazımdırsa köməklik göstərər. Bundan sonra Şahid1 dəqiq yadında qalmayan tarixdə ona məxsus karta 800 manat pul göndərmişdir ki, sürücülük vəsiqəsi alınan zaman ona köməklik göstərsin. O, da söz verdiyi kimi Şahid1 köməklik göstərmiş və o, sürücülük vəsiqəsini almışdır. Bundan sonra onlar biri-birilərinin evinə bir ailə kimi gedib gəlmişlər. 2022-ci ilin sentyabr ayında Şahid1 onunla telefon əlaqəsi saxlamış və bildirmişdir ki, onun bir problemi də var. Ondan probleminin nə olduğunu soruşan zaman Murad bildirmişdir ki, onun ayağında dəri xəstəliyi problemi var, ancaq buna baxmayaraq onu 2022-ci ilin aprel ayında hərbi xidmətə çağırırlar. Ancaq atası Ağalar oğlunun getməməsi üçün hərbi komissarlığın qarşısında narazılığını bildirərək müalicə üçün müddət istəyib və Murad iki çağırış hərbi xidmətə getməyib. Murad telefonda onu da bildirmişdir ki, yoxlama zamanı sağlam olduğu müəyyən edilib və onu 2022-ci ilin oktyabr ayında hərbi xidmətə çağırıblar. Murad bunları ona danışdıqdan sonra ondan kömək istəmişdir ki, növbəti 3 il müddətində hərbi xidmətə getməsin, möhlət alsın. Həmin vaxt Murada bildirmişdir ki, “narahat olma, bir şey fikirləşərəm görək sənə nə kimi köməklik göstərmək olar”. Bundan sonra, 2022-ci ilin sentyabr ayında yaşadığı Bakı şəhərindən Oğuz rayonuna gəlmiş və ümumi tanışlarının vasitəsilə halhazırda adı və soyadı yadında qalmayan Hərbi Komissarlığın rəisinin qəbuluna getmişdir. Həmin vaxt Hərbi Komissarlığa Murad və atası Zərərçəkmiş şəxs ilə birlikdə getsə də Komissarlığın rəisi onları qəbul etməmiş, sadəcə onu qəbul etmişdir. Həmin vaxt Muradın məsələsi ilə bağlı söhbət edən zaman komissarlığın rəisi ona bildirmişdir ki, Muradın atası Zərərçəkmiş şəxs onlara qarşı haqsız hörmətsizlik edib, buna görə də Murad 2022-ci ilin oktyabr ayında birmənalı hərbi xidmətə gedəcək. Həmin vaxt bir daha komissarlığın rəisindən xahiş etmişdir ki, Murada necə köməklik göstərmək olar. Komissarlığın rəisi də bildirmişdir ki, onun xətrinə Muradı yenidən həkim komissiyasına göndərər. Bundan sonra onlar, yəni o, Murad və atası Zərərçəkmiş şəxs birlikdə komissarlığın yaxınlığında yerləşən kafedə oturmuşlar, orada söhbət zamanı komissarlığın rəisinin sözünü onlara demişdir, daha sonra komissiyadan keçmək üçün birlikdə həkim tapmışlar. Komissiyadan keçmək və möhlət almaq üçün Muraddan 3000 manat pul istənilmişdir. Həmin vaxt Murad atası Ağalardan 3000 manat pulu götürmüş və kənarlaşaraq gedib həmin 3000 manat pulu adını xatırlamadığı həkimin kartına göndərmişdir. Bundan sonra onlar həmin məsələnin cavabını gözləməli olmuşlar. Komissiyanın müsbət cavabı Oğuz rayon Poliklinika şöbəsində işləyən Sara adlı həkimə gəldiyi üçün həmin həkimin yanına gedib komissiyanın cavabının müsbət gəlib-gəlməməyini söruşmuşlar, bu zaman Sara həkim bildirmişdir ki, Muradın hərbi xidmətə yararsız olması barədə cavab gəlmişdir və onlara bildirmişdir ki, cavabı Hərbi Komissarlığa göndərəcək. Daha sonra necə oldusa Muradı 2022-ci ilin oktyarb ayının 28-si hərbi xidmətə aparmışlar. Bundan sonra bir müddət keçmiş, Murad onunla danışıq zamanı bildirmişdir ki, avtomobil icarəyə götürmək istəyir. O da Murada köməklik göstərəcəyini bildirmiş və birlikdə Oğuzda qaldıqları evdə “İnstaqram” sosial şəbəsi vasitəsilə tapdıqları Aydın Kəbiri adlı şəxslə o, Murada məxsus mobil telefonla danışmışdır. Murad üçün icarəyə götürülməli avtomobilin şəkillərini Murada göndərmişdir və şərtlər belə olmuşdur ki, 1500 manat ilkin ödəniş, 36 ay ərzində də hər ay 750 manat pul ödəməlidir. Murad da razılaşmış və 1500 manat pulu həmin avtomobili tapan şəxsin kartına göndərmişdir. Lakin sonradan Ağalargilin şəxsi problemləri ucbatından həmin avtomobil üçün də verilən pul 3 ay icarə pulu verilmədiyindən geri qaytarılmamışdır. Bundan sonra, yəni həmin vaxtdan 2 il yarım keçəndən sonra eşitmişdir ki, Zərərçəkmiş şəxs ondan şikayət edib ki, guya ona qarşı 4500 manat miqdarında dələduzluq etmişdir, halbuki ona bu müddət ərzində ünvanını bildikləri halda heç kim məlumat verməmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışıb, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu Şahid1 vasitəsilə tanımışdır, həmin şəxs oğlu Muradın dostudur. Təqsirləndirilən şəxslə aralarında heç bir mübahisələri, həmçinin ədavət və düşmənçik olmamışdır. Təqsirləndirilən şəxs oğlu Muradla yaxın dost olduğu üçün tez-tez Tural Oğuz rayonu Kərimli kəndində yerləşən evinə qonaq gələrək qalmış, həmçinin oğlu Murad da dostu Turalın Bakı şəhərində tanımadığı ünvanda yerləşən evində qalmışdır. Bundan sonra onun da oğlu Muradın dostu Turalla münasibəti yaranmışdır. 2022-ci ilin sentyabr ayının əvvəllərində Tural Oğuz rayonunda yaşadıqları evdə olduqları vaxt söhbət əsnasında Tural ona oğlu Muradı əsgərlikdən saxlatdıra biləcəyini demişdir. Belə ki, oğlu Muradın mədə xəstəliyi olmuş, Tural oğlu Muradı əsgərlikdən müvəqqəti saxlatdırmağa görə ondan 3000 (üç min) manat pul istəmişdir. O, da Turalla razılaşmış və həmin ərəfələrdə 3000 manat pulu Oğuz şəhərində yerləşən Komissarlığın qarşısında olan adsız çay evində Turala vermişdir. Daha sonra isə Turalla danışıq zamanı oğlu Murad üçün avtomobil almaq istədiyini bildirmişdir, Tural ona bu məsələdə də köməklik göstərəcəyini deyib ilkin olaraq 1500 manat pul verməyini bildirmişdir. O da razılaşmış və həmin 1500 manat pulu Oğuz şəhəri ərazisində yerləşən avtovağzalın yaxınlığında oğlu Muradın iştirakı ilə Turala vermişdir. Ancaq oğlu Muradı əsgər aparmışlar və avtomobilin alınması məsələsi düzəlməmişdir. Bu vaxt başa düşmüşdür ki, Tural dələdzuluq edərək, onu aldatmaqla ümumillikdə 4500 (dörd min beş yüz) manat pulunu ələ keçirmişdir. O, bundan sonra dəfələrlə Turalın qardaşı Pərvinlə əlaqə saxlayaraq Turalın ona qarşı etdiyi hərəkətləri bildirmişdir. Lakin Turalın qardaşı da bu məsələdə heç bir köməklik etməmişdir. Həmin müddət ərzində Təqsirləndirilən şəxs atası Ərəstun Əliyevə özünə məxsus kartını göndərmişdir ki, ona qarşı edilən dələzuluq nəticəsində ona dəymiş ziyan ödənilsin, lakin ona dəymiş ziyan ödənilməmişdir. O da bu barədə rəsmi ərizə ilə Oğuz rayon polis şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında cinayət işi başlanılaraq istintaqı aparılmış və istintaq zamanı Təqsirləndirilən şəxs atası Ərəstun Əliyev ona dəymiş 4500 manat ziyanı ödəmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində, Təqsirləndirilən şəxs komissiyadan keçib hərbi xidmətdən möhlət almaq üçün Muraddan 3000 manat pul istənilməsi, Muradın ondan 3000 manat pulu götürüb adını xatırlamadığı həkimin kartına göndərməsi barədə bildirdiklərinin, həmçinin avtomobili almaq üçün avtomobili tapan şəxsin kartına Muradın 1500 manat pul göndərməsi barədə qeyd etdiklərinin yalan olduğunu, Muradın ondan 3000 manatı götürüb hər hansısa bir həkimin kartına göndərmədiyini, həmin məbləği Turalın şəxsən onun özündən əlbəəl aldığını, həmçinin Sara həkimə də bu məsələ ilə bağlı hər hansı məbləğ verilmədiyini, həmçinin Turalın oğlu Murada avtomobil şəkilləri göndərib ilkin 1500 manat, 36 ay ərzində hər ay 750 manat ödənilməli olduğunu, sonda isə avtomobilin ona qalacağını bildirdiyini, oğlu Murad da bu barədə ona dediyini, lakin həmin avtomobili icarəyə götürmək üçün Muradın kiminsə kartına 1500 manat göndərmədiyini, həmin məbləği də şəxsən özü Oğuz şəhər avtovağzalının qarşısında əlbəəl Turala verdiyini, Tural həmin məbləği götürdükdən sonra Murada hər hansı avtomobil verilmədiyini göstərmiş, Tural məsuliyyətdən yayınmaq, pulu guya özünün almadığını sübut etmək üçün həqiqətə uyğun olmayan məlumatlar verdiyini qeyd etdi. Zərərçəkmiş şəxs hazırda ona dəymiş maddi ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs ilə dost olmuşdir. Təqsirləndirilən şəxslə aralarında heç bir mübahisələri, həmçinin ədavət və düşmənçik olmamışdır. Təqsirləndirilən şəxs onunla dost olduğu üçün tez-tez onların Oğuz rayonu Kərimli kəndində yerləşən evinə qonaq gələrək qalmış, həmçinin özü də Turalın Bakı şəhərində tanımadığı ünvanda yerləşən evində qonaq qalmışdır. 2022-ci ilin sentyabr ayının əvvəllərində Tural Oğuz rayonunda yaşadıqları evdə olduğu vaxt söhbət əsnasında Tural, atası Ağalara onu əsgərlikdən saxlatdıra biləcəyini demişdir. Belə ki, onun mədə xəstəliyi olmuş, Tural da onu əsgərlikdən müvəqqəti saxlatdırmağa görə atası Ağalardan 3000 (üç min) manat pul istəmişdir. Atası Ağalar da Turalla razılaşmış və həmin ərəfələrdə 3000 manat pulu Oğuz şəhərində yerləşən Komissarlığın qarşısında olan adsız çay evində Turala vermişdir. Daha sonra isə Turalla danışıq zamanı ona avtomobil almaq istədiyini bildirmişdir, Tural ona bu məsələdə də köməklik göstərəcəyini deyib ilkin olaraq 1500 manat pul verməyini bildirmişdir. O da razılaşmış və həmin 1500 manat pulu atası Ağalar Oğuz şəhəri ərazisində yerləşən avtovağzalın yaxınlığında onun iştirakı ilə Turala vermişdir. Ancaq onu əsgər aparmışlar və avtomobilin alınması məsələsi düzəlməmişdir. Belə olan halda başa düşmüşlər ki, Tural dələdzuluq edərək, onları aldatmaqla ümumillikdə 4500 (dörd min beş yüz) manat pulunu ələ keçirmişdir. Bu barədə atası Ağalar dəfələrlə Turalın qardaşı Pərvinlə əlaqə saxlayaraq Turalın onlara qarşı etdiyi hərəkətləri bildirmişdir. Lakin Turalın qardaşı da bu məsələdə heç bir köməklik etməmişdir. Onlara dəymiş ziyan ödənilmədiyindən atası Ağalar bu barədə rəsmi ərizə ilə Oğuz rayon polis şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında cinayət işi başlanılaraq istintaqı aparılmış və istintaq zamanı Təqsirləndirilən şəxs atası Ərəstun Əliyev dəymiş 4500 manat ziyanı ödəmişdir. Şahid1 həmçinin ifadəsində bildirdi ki, komissiyadan keçib hərbi xidmətdən möhlət almaq üçün 3000 manat pul istənilməsi, onun 3000 manat pulu götürüb adını xatırlamadığı həkimin kartına göndərməsi, həmçinin avtomobili almaq üçün avtomobili tapan şəxsin kartına onun 1500 manat pul göndərməsi barədə Turalın qeyd etdikləri yalandır, o, 3000 manat pulu hansısa bir həkimin kartına göndərməyib, həmin məbləği Tural şəxsən onun atasından əlbəəl almış, həmçinin Sara həkimə də bu məsələ ilə bağlı hər hansı məbləğdə pul verilməmişdir. Turalın ona avtomobil şəkilləri göndərib ilkin 1500 manat, 36 ay ərzində hər ay 750 manat ödənilməli olduğunu, sonda isə avtomobilin ona qalacağını bildirdiyini, onun kiminsə kartına avtomobil üçün 1500 manat göndərməsi də yalandır. Həmin məbləği də şəxsən atası Ağalar Oğuz şəhər avtovağzalının qarşısında əlbəəl Turala vermişdir. Tural həmin məbləği götürdükdən sonra ona hər hansı avtomobil verilməmişdir. Tural məsuliyyətdən yayınmaq, pulu guya özünün almadığını sübut etmək üçün həqiqətə uyğun olmayan məlumatlar verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Oğuz rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində dermotoloq veneroloq işləyir, həmçinin hərbi həkim komissiyasının üzvüdür. Şahid1 əvvəllər tanımamış, həmin şəxslə heç bir münasibəti olmamışdır. Şahid1 2022-ci ilin sentyabr ayında hərbi xidmətə çağırışla əlaqədar Oğuz rayon Komissarlığı tərəfindən yoxlanışa göndərildiyi üçün tanımışdır. Şahid1 dəri xəstəliyi olduğu üçün ona hərbi xidmətdən bir neçə dəfə möhlət verilmişdir. Lakin 2022-ci ilin sentyabr ayında Şahid1 hərbi xidmətdən möhlət verilməsi üçün hər hansı ciddi xəstəlik aşkar olunmamış və komissiya onun hərbi xidmətə yararlı olması barədə rəy vermişdir. Şahid2 həmçinin ifadəsində göstərdiki, Təqsirləndirilən şəxs tanımır, onun kim olduğunu bilmir. Zərərçəkmiş şəxs komissiyadan keçərkən onun yanında bir nəfər şəxs olmuş, lakin üzərindən çox müddət keçdiyi üçün həmin şəxsin Təqsirləndirilən şəxs olub-olmadığını bilmir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Sara adlı həkim özüdür, Şahid1 hərbi xidmət keçməyə möhlət verilməsi üçün həkim komissiyasından kiməsə 3000 manat pul vermələri barədə heç bir məlumatı yoxdur. Onlardan nə onun, nə də ki, komissiyanın üzvü olan başqa bir həkimin pul alaraq hərbi xidmətə yararsız olması barədə yalan rəy verməsi qeyri-mümkündür. Həmçinin onlara, Muradın hərbi xidmətə yarasız olması barədə cavab gəlməsi və cavabı komissarlığa göndərəcəyi barədə Təqsirləndirilən şəxs göstərdikləri doğru deyil, onlara belə bir şey deməmişdir. Şahid1 yoxlanışlardan sonra hərbi xidmətə yararlı hesab olunmuş və komissarlığa da həmin cavab göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə dəfələrlə Oğuz rayon polis şöbəsinin istintaq bölməsinə dəvət edilməsinə baxmayaraq, çağırışlara üzürsüz səbəblərdən gəlməmiş, istintaqı həyata keçirən orqandan qaçıb gizlənməsi səbəbindən sonuncuya təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarın elan edilməsi mümkün olmamış, buna görə də 07 noyabr 2024-cü il tarixdə Oğuz RPŞ-nin İB-nin sabiq baş müstəntiqi Amid Eyvazov tərəfindən ittiham elan edilməsi üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulması haqqında qərar qəbul edilmiş və həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır.(i.v. 47, 50) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 23 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq Oğuz RPŞ-nin MSY-nə təhvil verilməklə istintaqa təqdim edilmişdir. Buna görə də, Oğuz RPŞ-nin İB-nin sabiq baş müstəntiq Amid Eyvazov tərəfindən həmin tarixdə iş üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilməklə ibtidai istintaq davam etdirilmişdir. (i.v. 56-57, 58) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Oğuz rayon məhkəməsinin qərarı ilə «həbs» qətimkan tədbiri seçilmişdir. (i.v. 104-106) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Oğuz RPŞ-nin İB-nin sabiq baş müstəntiq Amid Eyvazov tərəfindən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsindən həmin məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur.(i.v. 113- 114, 116-117) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Oğuz rayon Məhkəməsinin qərarı ləğv edilərək Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir.(i.v. 164-170) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Oğuz RPŞ-nin İB-nin sabiq baş müstəntiq Amid Eyvazov tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 171-172) İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Oğuz RPŞ-nin istintaq bölməsinin sabiq baş müstəntiqi Amid Eyvazovun xidməti vəzifəsinin dəyişməsi ilə əlaqədar ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Ələkbər Əsgərova həvalə olunmuş və həmin cinayət işi xx.xx.2025-ci il tarixdə onun icraatına qəbul edilmişdir.(i.v. 185, 186-187) İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs çağırışlara üzürlü səbəb olmadan gəlməməsi ilə əlaqədar barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPMin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (i.v. 191-192, 195-197) İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs özü könüllü olaraq istintaq orqanına gəlmiş və həmin tarixdə müstəntiq tərəfindən cinayət işi üzrə icraat təzələnmişdir.(i.v. 202-203, 204-205) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən 12.10 2024-cü il tarixdə alınmış tələbnamədən görünür ki, Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü və Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və cinayət işinin icraatına xitam verilmişdir. Bundan sonra Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək yenidən Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 01 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bundan başqa o, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti olaraq 02 il 01 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 35-37, 143-163, 210-215) İş materiallarında əlavə edilmiş xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən Oğuz RPŞ-yə təqdim edilmiş ərizdə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyi, həmin şəxslə barışdığı, ona qarşı heç bir iddia və tələbinin olmadığını qeyd edilmişdir.( i.v. 102) İş materiallarında əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixlərdə məhkəməyə təqdim edilmiş ərizələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənilmiş, həmin şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında əlavə edilmiş xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən müəyyən edilir ki, iş üzrə özünü təqsirli bilir və zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə çıxışları zamanı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 4500 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı irəli sürülmüş ittihamdan cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən imtina etdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 4500 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in 32.2.8-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. Bu Məcəllənin 41.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. CPM-in 43.1.1-ci maddəsi dövlət ittihamçısının və xüsusi ittihamçının cinayət təqibindən imtina etməsini məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması hallarından biri kimi müəyyənləşdirmişdir. Ümumiyyətlə, ittihamdan imtina etmək anlayışının təkcə tam deyil, habelə özünün tərkib hissəsinin elementi kimi qismən imtinanı da əhatə etməsini nəzərdə tutan yanaşma «Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanununda da əksini tapmışdır. Belə ki, həmin Qanunun 19-cu maddəsinin 4-cü bəndində prokurorun ittihamın müdafiəsindən tam və ya qismən imtina etmək səlahiyyəti müəyyən edilmişdir. Beləliklə, CPM-in 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən (o cümlədən, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə) imtina edilməsini ehtiva edir. ” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən “Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 314.2-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir.” Məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir ki, hazırkı cinayət işi üzrə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 4500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Məhkəmə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarındakı mövqeyini rəhbər tutur. Belə ki, həmin qərara əsasən təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan CM-in Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin qərarda bir daha vurğulanmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, CMin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən ona istinad edilən cinayət əməlləri 2022-ci ilin sentyabr ayının əvvəli və 2022-ci ilin sentyabr ayının axırları törədilmişdir. Məhkəmə qeyd edir ki, cinayət əməlləri təqsirləndirilən şəxs tərəfindən vahid niyyət ilə törədilməmişdir. Bu səbəbdən hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablanmalıdır. Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs X2 3000 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı əməl 2022-ci ilin sentyabr ayının əvvəllərində, 1500 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı əməl isə 2022-ci ilin sentyabr ayının sonlarında törədilmişdir. Məhkəmə hesab edir ki, cinayət əməlləri təqsirləndirilən şəxs tərəfindən vahid niyyət ilə törədilmədiyindən hazırki iş üzrə hər epizoda ayrı qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, X2 qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs həmin əməlləri 2022-ci ilin sentyabr ayında dəqiq məlum olmayan günlərdə törətmişdir və bu əməllər ayrı-ayrılıqda böyük ictimai təhlükə törətməyən cinayətdir. CM-in 75.1 və 75.1.1-ci maddələrinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarındakı mövqeyinə əsasən həmin epizodların hər birinə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablanmalıdır. Həmçinin, həmin epizodlar üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müddəaların tətbiq edilməsini xahiş etdiyindən sözügedən epizodlar üzrə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Göründüyü kimi təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs X2 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı əməl 2022-ci ilin sentyabr ayının əvvəllərində 3000, manat 2022-ci ilin sentyabr ayının sonlarında 1500 manat cəmi, 4500 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti xx.xx.2024-cü il tarixdə keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir.” Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan zərərçəkmiş şəxs X2 4500 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini yazılı formada xahiş etmişdir. Yuxarıda göstərilənlərə həmçinin Dövlət ittihamçısı ittihamdan imtinasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair zərərçəkmiş şəxs X2 4500 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.1.1, 43.3., 314.2, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini maddələrini rəhbər tutub, məhkəmə QƏRARVERDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 43.1.1-ci maddəsinə əsasən, yəni dövlət ittihamçısı həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş zərər çəkmiş şəxs X2 4500 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı irəli sürülmüş ittihamdan imtina etdiyi üçün o, cinayət məsuliyyətindən azad edilsin və icraata xitam verilsin. Qərardan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar