Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-4/2023 28.03.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Nəsirov Təqsirləndirilən şəxs və onun müdafiəçisi İsmayılov İsmayıl Mayıl oğlunun iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Oğuz rayon Kərimli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Nəsirov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Nəsirov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, cavabdeh kimi ondan 10 may 2019-cu il tarixdən başlayaraq 04 aprel 2015-ci il tarixdə anadan olmuş Nəsirli Ruslan Təqsirləndirilən şəxs oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 140,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə, həmçinin dövlət rüsumuna görə 30,00 manat pulun tutularaq dövlət büdcəsinə ödənilməsinə dair Oğuz Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(054)-243/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib sonuncu dəfə 18 avqust 2021-ci il tarixdə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 29 sentyabr 2021-ci il tarixədək şəxsi maraq niyyətilə cəmi 3980,00 manat aliment borcunu və 30,00 manat dövlət rüsumunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməyərək zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs Nəsirov Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli hesab etdi və ifadə verərək bildirdi ki, 08 noyabr 2012-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 04 aprel 2015-ci il tarixdə Ruslan adlı övladı anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan faktiki ayrılmışlar. Ayrılarkən uşaq ananın himayəsində qalmışdır. Bir müddət ayrı yaşadıqdan sonra arvadı Sevinc aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün 120 (bir yüz iyirmi) manat məbləğində alimentin ondan tutulması müəyyən edilmişdir. Bacardığı qədər həmin aliment məbləğini ödəmişdir. Bir müddət sonra Sevinc alimentin artırılması tələbi ilə yenidən məhkəməyə müraciət etmiş və Oğuz Rayon Məhkəməsi ondan cavabdeh kimi qətnamənin qanuni qüvvəyə mindiyi gündən, yəni 10 may 2019-cu il tarixdən başlayaraq 04 aprel 2015-ci il tarixdə anadan olmuş Nəsirli Ruslan Təqsirləndirilən şəxs oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə, 30 manat dövlət rüsumunun isə tutularaq dövlət büdcəsinə ödənilməsinə dair 09 aprel 2019-cu il tarixli qətnamə çıxarmışdır. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur, lakin maddi imkanı zəif olduğundan aliment məbləğini ödəməmişdir. Alimenti ödəmədiyinə görə üç dəfə inzibati qaydada həbs edilmişdir. Belə ki, uzun müddət Bakı şəhərində fəhlə işləmiş və aylıq 400-450 manat qazancı olmuşdur. Qazancı ilə kirayə pulunu və digər şəxsi tələbatını ödəmişdir. Buna görə də alimenti ödəməmişdir. Yaranmış aliment borcunu hazırda da ödəyə bilmir. Çalışıb borcunu ödəyəcəkdir. Bunu nəzərə alaraq ona yüngül cəza verilməsi barədə hökm çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs Nəsirov Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməli onun özünün səmimi etirafından əlavə işin məhkəmə iclasında tədqiq edilən halları ilə də aşağıdaki qaydada sübuta yetir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, həqiqətən 08 noyabr 2012-ci il tarixdə Nəsirov Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahlarından 04 aprel 2015-ci il tarixdə Ruslan adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət normal ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Ayrılarkən uşaq onun himayəsində qalmışdır.Ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqla maraqlanmamış və onun saxlanılmasına maddi köməklik göstərməmişdir. Həmçinin bir ailə kimi yaşamaları da mümkünsüz olmuşdur, odur ki, nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, həmçinin Nəsirov Təqsirləndirilən şəxs birgə nikahlarından anadan olmuş Ruslan adlı uşağın saxlanılması üçün 120 (bir yüz) manat alimentin tutulması müəyyən edilmişdir. Həmin aliment məbləği ilə uşağın zəruri xərclərini ödəmək mümkün olmadığından alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsi iddiasını qismən təmin edərək Nəsirov Təqsirləndirilən şəxs cavabdeh kimi qətnamənin qanuni qüvvəyə mindiyi gündən, yəni 10 may 2019-cu il tarixdən başlayaraq 04 aprel 2015-ci il tarixdə anadan olmuş Nəsirli Ruslan Təqsirləndirilən şəxs oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair 09 aprel 2019-cu il tarixli qətnamə çıxarmışdır. Qətnamənin qəbul edilməsindən iki ilə yaxın müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti ödəməmişdir. Halbuki, Təqsirləndirilən şəxs uzun müddət Rusiya Federasiyasında, sonra isə Bakı şəhərində fərdi qaydada işləmiş və onun alimenti ödəməyə maddi imkanı olmuşdur. Buna baxmayaraq o, qazancını spirtli içkilərə xərcləmiş, müəyyən edilmiş aliment məbləğini isə ödəməmişdir. Uşaq böyüdüyündən onun maddi tələbatı da xeyli artmışdır. Təkbaşına uşağa baxmaqda maddi çətinlik çəkir. Buna görə də müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına müraciət etmiş, icra məmurları tərəfindən zəruri tədbirlərin görülməsinə baxmayaraq Təqsirləndirilən şəxs Nəsirov yenə də alimenti ödəməmiş, ümumiyyətlə son iki ildə uşaqla görüşməmiş və onunla maraqlanmamışdır. Onun istəyi aliment borcunun tam ödənilməsidir. Odur ki, uşağın maddi tələbatının ödənilməsində çətinliklər çəkdiyini nəzərə alaraq Təqsirləndirilən şəxs Nəsirovdan 29 sentyabr 2021-ci il tarixədək yaranmış 3980,00 manat aliment borcunun, habelə həmin vaxtdan sonra yığılmış aliment məbləğinin alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş edir. Təqsirləndirilən şəxs Nəsirovdan şikayətçidir. Bunu nəzərə alaraq Təqsirləndirilən şəxs Nəsirov barəsində qanuni qərar çıxarılmasını xahiş etdi. Şahid məhkəmə iclasında ifadə verərək bildirdi ki, 13 may 2019-cu il tarixli qərarla icraata başlanılmış Oğuz Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(054)-243/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədlərinə əsasən Nəsirov Təqsirləndirilən şəxs borclu kimi qətnamənin qanuni qüvvəyə mindiyi gündən, yəni 10 may 2019-cu il tarixdən başlayaraq 04 aprel 2015-ci il tarixdə anadan olmuş Nəsirli Ruslan Təqsirləndirilən şəxs oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməli, həmçinin dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi icraata qəbul edilərək tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin müəyyən edilmiş müddətdə tələbin könüllü icrası təmin edilmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Borclunun adına tələbin yönəldilə biləcək əmlak və gəlirlərinin olub-olmamasını müəyyən etmək məqsədilə müvafiq sorğular verilmiş, nəticədə hər hansı əmlak və ya gəlirləri aşkar edilməmişdir. Həmçinin borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından görülmüş icra tədbirlərinə əsasən barəsində 04 sentyabr 2019-ci il tarixli qərarla axtarış elan edilmişdir. Borclu 17 noyabr 2019-cu il tarixdə Oğuz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Oğuz rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Şöbədə icra sənədinin mahiyyəti borcluya izah olunmuş və müəyyən edilmiş aliment məbləğinin ödənilməsi ondan tələb olunmuşdur. Borclu yaranmış aliment borcunu qısa müddətdə ödəyəcəyini bildirərək ona alimenti ödəməsi üçün vaxt verilməsini xahiş etmişdir.Borcluya alimentin ödənilməsi üçün vaxt verilmiş, lakin o xeyli müddətin keçməsinə baxmayaraq ödəniş etməmişdir. Odur ki, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Oğuz Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli 3(054)- 13/2020 saylı qərarına əsasən Nəsirov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş, aliment borcunun ödənilməsi dəfələrlə borcludan tələb olunmuşdur. Həmçinin borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində yenidən 06 oktyabr 2020-ci il tarixli qərarla axtarış elan edilmişdir. Borclu 01 mart 2021ci il tarixdə Oğuz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Oğuz rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. İcra şöbəsində aliment borcunun ödənilməsi bir daha borcludan tələb olunmuşdur. Borclu müəyyən edilmiş aliment məbləğini ödəməkdən yayındığı üçün barəsində 01 mart 2021-ci il və 18 avqust 2021-ci il tarixlərdə inzibati protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Oğuz Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 3(054)-40/2021 saylı qərarına əsasən Nəsirov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə, 18 avqust 2021-ci il tarixli qərarına əsasən isə 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sonuncu dəfə inzibati məsuliyyətə cəlb edildikdən sonra da qətnamənin icrası borcludan tələb edilmiş, məsuliyyəti barədə xəbərdarlıqlar edilmişdir. Borclu hər dəfə alimentin ödənilməsi ilə bağlı müxtəlif vədlər versə də, ödəniş etməmişdir. Eyni zamanda icra sənədinin icrası istiqamətində borclu Təqsirləndirilən şəxs Nəsirovla fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır.İcra sənədinin icraya yönəldilməsindən uzun müddətin keçməsinə, alimentin ödənilməsi üçün dəfələrlə vaxt verilməsinə, həmçinin üç dəfə inzibati qaydada məsuliyyətə cəlb edilməsinə və cinayət məsuliyyəti barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs Nəsirov görülmüş tədbirlərdən nəticə çıxarmamış, 29 sentyabr 2021-ci il tarixədək 3980 (üç min doqquz yüz səksən) manat aliment borcunu, həmçinin 30 (otuz) manat dövlət rüsumunu ödəməməklə qətnamənin icrasından yayınmaqda davam etmişdir. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə İcra və Probasiya şöbəsinə müraciət edərək uşağa baxmaqda çətinliklər çəkdiyini və maddi vəziyyətinin ağır olduğunu bildirərək Təqsirləndirilən şəxs Nəsirovdan yaranmış aliment borcunun alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Nəsirov Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün xx.xx.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilən tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişin, ona əlavə edilmiş icraata başlamaq haqqında qərarın, xx.xx.2019cu il tarixli çağırışın, xx.xx.2021-ci il, xx.xx.2021-ci, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, Nəsirov Təqsirləndirilən şəxs qətnamənin icrası barədə xəbərdarlıq edilmiş və məsuliyyət daşıdığı ona bildirilmişdir. (cinayət işi vər: 15-17,46,72,78,81) Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilən borclunun axtarışı haqqında xx.xx.2019cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli qərarların surətindən görünür ki, borclu Nəsirov Təqsirləndirilən şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş, qərarlar icra edilməsi üçün Oğuz rayon Polis şöbəsinə göndərilmişdir. (cinayət işi vər: 27, 51,68) Oğuz Rayon Məhkəməsinin cinayət işində olan və məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında iş üzrə xx.xx.2020-ci il tarixli, 3(054)-13/2020 saylı, xx.xx.2021-ci il tarixli, 3(054)-40/2021 saylı, xx.xx.2021-ci il tarixli, 3(054)-147/2021 saylı qərarlarının surətindən görünür ki, Nəsirov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib müvafiq olaraq 10, 10, 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. (cinayət işi vər: 34-35, 59-60,76-77) Oğuz Rayon Məhkəməsinin cinayət işində olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2020-ci il tarixli, 8(054)-20/2020 saylı qərarının surətindən görünür ki, borclu Nəsirov Təqsirləndirilən şəxs ölkədən getmək hüququ borcunu ödəyənədək məhdudlaşdırılmışdır. (cinayət işi vər: 41-42) Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Nəsirov Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, təqsirləndirilən şəxsin axtarışı səbəbli xx.xx.2022-ci il tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. (cinayət işi vər: 100). Yevlax Rayon Məhkəməsinin cinayət işində olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli, 1(039)-194/2022 saylı hökmündən görünür ki, Nəsirov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 2(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(cinayət işi vər:147-150). Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilən Oğuz rayon İHB Kərimli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 226 saylı xasiyyətnamənin surətindən görünür ki, Nəsirov Təqsirləndirilən şəxs yaşayış yerindən mənfi xarakterizə olunur, belə ki, o, Kərimli kəndində yaşadığı müddət ərzində son illər ailə daxilində birgəyaşayış qaydalarını kobud surətdə pozmuş, mütəmadi olaraq həyat yoldaşı ilə münaqişə yaratmış, həyat yoldaşı ondan boşanmışdır. Spirtli içkiyə meyllidir. İctimai yerlərdə özünü qeyri-səmimi aparır, heç bir ictimaifaydalı əməklə məşğul olmur, tüfeyli həyat tərzi keçirir. (iş vər:79) Oğuz rayon İcra və Probasiya şöbəsinin cinayət işində olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 23-p saylı məktubundan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)-194/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Nəsirov Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şöbədə qeydiyyata alınmış, onun cəzasının çəkilməmiş hissəsi 2 il 8 ay 14 gün təşkil edir. Nəsirov Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, sənədlər və iş üzrə araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri-digərini tamamlayan sübutlara obyektiv hüquqi qiymət verməklə hesab edir ki, Nəsirov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən əməli həmin maddə ilə düzgün tövsif olunmuş və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə (köhnə redaksiyada) inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qsimində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. CM-nin cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsasən, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığı göstərilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə təqsirləndirilən şəxs Nəsirov Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın səmərəliliyini, məqsədəuyğunluğunu və məhkumun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs Nəsirov Təqsirləndirilən şəxs əməlini etiraf edib hərəkətindən peşmançılıq çəkməsini CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Nəsirov Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə icraatı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 3(üç)ay 12(on iki) gününü çəkmiş, onun cəzasının çəkilməmiş hissəsi 2 il 8 ay 14 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Beləliklə, məhkəmə iş üzrə bütün halları qiymətləndirməklə hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar, onun törətdiyi cinayət əməlinin xarakteri, dəymiş zərəri ödəməməsi, zərərçəkmiş şəxsin ondan şikayətçi olması nəzərə alınmaqla Nəsirov Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi həm cəzanın məqsədinin təmin edilməsi baxımından, həm də təqsirləndirilən şəxsin törətdiyi əmələ və şəxsiyyətinə uyğun olduğundan təqsirləndirilən şəxs Nəsirov Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsinin sanksiyasında göstərilən azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Nəsirov Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)-194/22 saylı hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəaları tətbiq edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, hazıradək çəkmiş olduğu 3 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzası müddəti CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza müəyyən edilməli, cəzasının əvvəli bu gündən, yəni 28 mart 2023-cü ildən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə və ekspertiza xərcləri yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Nəsirov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Nəsirov Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1 (039) - 194 / 2022 nömrəli hökmü ilə təyin edilmiş 2(iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 1 il 5 ay, 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Nəsirov Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar tamamilə birləşdirilməklə onun üzərində 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Nəsirov Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1 (039) - 194 / 2022 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından hazıradək çəkmiş olduğu 3 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 1 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və həmin müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 il 4 ay 7 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Nəsirov Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Nəsirov Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Nəsirov Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan – xx.xx.2023-cü il tarixdən hesablansın. Nəsirov Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)-194/2022 saylı hökmünə əsasən ona təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qanuni qüvvəyə minir. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-4/2023
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-4/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver