Məhkəmə qərarları › İş №1(054)-4/2024

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-4/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-4/2024 23.01.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Müdafiəçi3 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Oğuz rayonu Sincan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, Oğuz rayonu Sincan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, xx.xx.1993-cü il tarixdə Oğuz rayonu, Sincan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, Oğuz rayonu, Sincan kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 -cü maddələri ilə, xx.xx.1998-ci il tarixdə Oğuz rayonu, Sincan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Oğuz rayonu, Sincan kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2023-cü ilin avqust ayının 23-dən 24-nə keçən gecə Oğuz rayonu, Sincan kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinin həyətinə qanunsuz daxil olaraq həyətyanı sahədə olan xüsusi saxlanc yeri - yardımçı tikilidən 2 kisə 62 kiloqram çəkidə ümumi dəyəri 372 manat təşkil edən təmizlənməmiş (qərzəkli) fındığı gizli yolla talayıb Zərərçəkmiş şəxs3 təxminən 372 (üç yüz yetmiş iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan sonra o, təkrarən həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2023-cü ilin avqust ayının 25-dən 26-na keçən gecə Oğuz rayonu, Sincan kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinin həyətinə qanunsuz daxil olaraq xüsusi saxlanc yeri - yardımçı tikilidən 2 kisə 65 kiloqram çəkidə 910 (doqquz yüz on) manat dəyərində olan təmizlənmiş (qərzəksiz) fındığı gizli yolla talayıb Zərərçəkmiş şəxs2 910 (doqquz yüz on) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq cinayətini törətmişdir. Bundan sonra o, təkrarən həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində Oğuz rayonu, Dəymədağlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin həyətinə qanunsuz daxil olaraq xüsusi saxlanc yeri - yardımçı tikilidən 6 kisə 200 kiloqram çəkidə 2800 manat dəyərində olan təmizlənmiş (qərzəksiz) fındığı gizli yolla talayıb Zərərçəkmiş şəxs1 2800 (iki min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2023-cü ilin avqust ayının 23-dən 24-nə keçən gecə Oğuz rayonu, Sincan kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinin həyətinə qanunsuz daxil olaraq həyətyanı sahədə olan xüsusi saxlanc yeri - yardımçı tikilidən 2 kisə 62 kiloqram çəkidə ümumi dəyəri 372 manat təşkil edən təmizlənməmiş (qərzəkli) fındığı gizli yolla talayıb Zərərçəkmiş şəxs3 təxminən 372 (üç yüz yetmiş iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan sonra o, təkrarən həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2023-cü ilin avqust ayının 25-dən 26-na keçən gecə Oğuz rayonu, Sincan kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinin həyətinə qanunsuz daxil olaraq xüsusi saxlanc yeri - yardımçı tikilidən 2 kisə 65 kiloqram çəkidə 910 (doqquz yüz on) manat dəyərində olan təmizlənmiş (qərzəksiz) fındığı gizli yolla talayıb Zərərçəkmiş şəxs2 910 (doqquz yüz on) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq cinayətini törətmişdir. Bundan sonra o, təkrarən həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində Oğuz rayonu, Dəymədağlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin həyətinə qanunsuz daxil olaraq xüsusi saxlanc yeri - yardımçı tikilidən 6 kisə 200 kiloqram çəkidə 2800 manat dəyərində olan təmizlənmiş (qərzəksiz) fındığı gizli yolla talayıb Zərərçəkmiş şəxs1 2800 (iki min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü cü maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində Oğuz rayonu, Dəymədağlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin həyətinə qanunsuz daxil olaraq xüsusi saxlanc yeri - yardımçı tikilidən 6 kisə 200 kiloqram çəkidə 2800 manat dəyərində olan təmizlənmiş (qərzəksiz) fındığı gizli yolla talayıb Zərərçəkmiş şəxs1 2800 (iki min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir. Rəsmi olaraq heç bir yerdə işləmir. Muradla fəhlə kimi iş olduqda günəmuzd işləyirlər. Murad onun uzaq qohumudur. Onların hər ikisinin borcu olmuş, maddi imkanları aşağı olduğuna görə borclarını ödəyə bilməmişlər. Ona görə də Muradla fındıq sezonu olması ilə əlaqədar kənddə fındığı olan şəxslərdən oğurluq etmək qərarına gəlmişlər. Qabaqcadan planlaşdırdıqları kimi birinci dəfə xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs3 həyətinə daxil olaraq həyətdə olan yardımçı tikili talvarın altına qoyulmuş 3 kisə fındıqdan, hərəsi birini, yəni 2 kisə fındığı götürmüşlər. Həmin fındıq qabıqlı olmuşdur. Onlar kisələri sahədə kolluq ərazidə gizlətmişlər. Bundan 2 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində o və Murad bu dəfə həmkəndlisi Zərərçəkmiş şəxs2 yaşadığı həyətə daxil olmuşlar. Onlar həyətdə olan yardımçı tikilinin altından hərəsi bir kisə, yəni 2 kisə fındıq götürərək yaşadığı həyətin arxa tərəfinə gətirmişlər. Həmin fındığın qabığı təmizlənmiş halda olmuşdur. Səhər açıldıqda həmin 2 ədəd kisədə olan fındığı və əvvəlcədən oğurladıqları 2 ədəd kisədə olan qabıqlı fındığı satmaq üçün həmkəndliləri Elnuru çağırmışlar. Onlar Elnurdan xahiş etmişlər ki, onun avtomobili ilə fındığı aparıb satsınlar. Fındıqları Elnura məxsus “VAZ 2107” markalı avtomobilin yük yerinə qoymuşlar. Murad Elnurla birlikdə 4 kisə fındığı Oğuz rayonu, Xaçmaz kəndinə aparıb tanımadığı şəxsə satdıqdan sonra Elnura taksi xidməti göstərdiyi üçün 15 manat, 140 manat isə ona vermişdir. Muradın özünə də 140 manat pul qalmışdır. xx.xx.2023-cü il tarixdə Murad və Elnur Dəymədağlı kənd sakini Zərərçəkmiş şəxs1 fındıq bağını silkələyib qurtardıqdan sonra birlikdə Oğuz şəhərinə gəlmişlər. Oğuz şəhərində kafedə çay və pivə içmişlər. Orada Zərərçəkmiş şəxs1 bağına gedərək fındıq oğurlamaq barədə razılaşmışlar. xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində Elnur özünə məxsus avtomobillə onu və Muradı Dəymədağlı kəndinə düşürərək Sincan kəndinə qayıtmışdır. O, Muradla birlikdə Qərib adlı şəxsin həyətinə daxil olmuşlar. Onlar qapıdan içəri daxil olaraq həyətin kənarına qoyulmuş 6 kisə fındığı qapıdan çölə çıxararaq yolun kənarına yığmışlar. Daha sonra Elnura zəng etmişlər və Elnur özünə məxsus “VAZ 2107” markalı avtomoibili ilə gələrək fındıq kisələrini oradan çıxarmağa onlara kömək etmişdir. Daha sonra həmin kisələri Elnurun avtomobilinin yük yerinə yığmışlar. Həmin günün səhəri Elnurun avtomobili ilə Qəbələ rayonuna getmişlər. Qəbələ rayon bazarında həmin 6 kisə fındığı tanımadıqları şəxsə 1 kiloqramı 3 manat 20 qəpikdən satmışlar. Fındıq 200 kiloqram olmuş, 640 manat pul əldə etmişlər. Benzin pulunu çıxdıqdan sonra hərəsinə 200 manat pul qalmışdır. xx.xx.2023-cü il tarixdə isə polis əməkdaşları yaşadığı evə gələrək onun oğurluqda şübhəli olduğunu bildirmişlər və onu Oğuz rayon polis şöbəsinə gətirmişlər. O, da törətdiyi əməli etiraf etmiş və bu əməllərindən səmimi peşman olduğunu bildirmişdır. O, qeyd etdiklərindən başqa heç bir oğurluq hadisəsi törətməmişdir. Həmin oğurluq hadisələrindən özlərindən başqa heç kimin xəbəri olmamışdır. Fındığı satarkən onun oğurluq yolu ilə əldə edilməsini bildirməmişlər. Həmin fındığı satarkən alıcılara fındığın özlərinə məxsus olmasını demişlər. Oğurluğu maddi imkansızlıqdan etmişdir, əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanlıq tam şəkildə ödənilmiş və onlarla barışmışdır. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Evlidir, ailəsini günəmuzd işləməklə dolandırır. Qeyd etdiklərinin və ailə vəziyyətinin ağır olduğunun cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 həmkəndlisidir. Dilavərlə fəhlə kimi iş olduqda günəmuzd işləyirlər. Həmçinin Dilavər onun uzaq qohumudur. Onun borcu olmuş, maddi imkanı aşağı olduğu üçün borclarını ödəyə bilməmişdir. Belə olduqda Dilavərlə fındıq sezonu olması ilə əlaqədar kənddə fındığı olan şəxslərdən oğurluq etmək qərarına gəlmişlər. Qabaqcadan planlaşdırdıqları kimi birinci dəfə xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs3 həyətinə daxil olaraq həyətdə olan yardımçı tikili talvarın altına qoyulmuş 3 kisə fındıqdan hərəsinə birini, yəni 2 kisə fındığı götürmüşlər. Bu kisələrdə olan fındıqlar təmizlənməmiş, yəni qabıqlı olmuşdur. Həmin kisələri sahədə kolluq ərazidə gizlətmişlər. 2 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində o və Dilavər bu dəfə həmkəndlisi Zərərçəkmiş şəxs2 yaşadığı həyətə daxil olmuşlar. Həyətdə olan yardımçı tikilinin altından hərəsinə bir kisə, yəni 2 kisə fındıq götürərək Dilavərin yaşadığı həyətin arxa tərəfinə gətirmişlər. Həmin kisələrdə olan fındıq qərzəkdən təmizlənmiş olmuşdur. Sahədə gizlətdikləri 2 kisə qərzəkli fındığı da Dilavərgilin həyətinə gətirmişlər. Həmin fındığı satmaq üçün həmkəndliləri Elnuru çağırıb xahiş etmişlər ki, avtomobili ilə fındığı aparıb satsın. Həmin fındıqları Elnurun “VAZ 2107” markalı avtomobilinin yük yerinə qoymuşlar. Elnurla birlikdə 4 kisə fındığı Oğuz rayonu, Xaçmaz kəndinə aparıb tanımadıqları şəxsə satmışlar. Təmizlənmiş 2 kisə ümumilikdə 65 kiloqram fındığı 3,10 manata, təmizlənməmiş ümumilikdə 62 kiloqram olan 2 kisə qabıqlı fındığı isə 1,50 manata satmış və ümumilikdə 295 manat pul əldə etmişlər. Həmin puldan 15 manatını Elnura vermişdir. Elnur həmin fındığın oğurluq olmasını fındığı satıb geri qayıdarkən bilmişdir. Bu barədə özü ona danışmışdır. Qalan 280 manat pulu isə Dilavərlə aralarında bölmüşlər və hərəsinə 140 manat pul götürmüşlər. xx.xx.2023-cü il tarixdə o və Elnur Oğuz rayonu, Dəymədağlı kənd sakini Zərərçəkmiş şəxs1 xahişi ilə ona məxsus fındıq bağında olan ağacları məhsulu yığmaq üçün silkələmişlər. Bu işin müqabilində Qərib onlara 42 manat zəhmət haqqı vermişdir. Həmin gün axşam saatlarında o, Dilavər və Elnur ilə birlikdə Oğuz şəhərinə gəlmişlər. Onlar Oğuz şəhərində kafedə çay və pivə içmişlər. Oradan fındıq oğurlamaq barədə razılaşaraq Zərərçəkmiş şəxs1 bağına getmişlər. xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində Elnur onu və Dilavəri Oğuz rayonu, Dəymədağlı kəndinə düşürərək Sincan kəndinə qayıtmışdır. Dilavər və o Qərib adlı şəxsin həyətinə daxil olmuşlar. Onlar qapıdan içəri daxil olan kimi 6 ədəd fındıq kisəsinin həyətin kənarına qoyulmuş vəziyyətdə olduğunu görmüşlər. Həmin kisələri bayıra çıxararaq yolun kənarına yığmışlar. Daha sonra onlar Elnura zəng etmişlər və Elnur öz “VAZ 2107” markalı avtomobili ilə gələrək fındıq kisələrini oradan çıxarmaqda onlara kömək etmişdir. Daha sonra onları Elnurun avtomobilinin yük yerinə yığmışlar. Həmin gün səhər Elnurun avtomobili ilə Qəbələ rayonuna getmişlər. Qəbələ rayon bazarında həmin 6 kisə fındığı tanımadıqları şəxsə kiloqramı 3 manat 20 qəpikdən satmışlar. Fındıq 200 kiloqram olmuş və onlar satışdan 640 manat pul əldə etmişlər. Həmin puldan benzin və yemək pulu çıxıldıqdan sonra hərəsinə 200 manat pul qalmışdır. xx.xx.2023-cü il tarixdə isə polis əməkdaşları Sincan kəndi ərazisində onu saxlayaraq oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər və onu Oğuz rayon polis şöbəsinə gətirmişlər. O, törətdiyi əməli etiraf etmiş və bu əməllərindən səmimi peşman olduğunu bildirmişdir. O, etdiyi bütün oğurluqlar barədə məlumat vermişdir. O, qeyd etdiklərindən başqa heç bir oğurluq hadisəsi törətməmişdir. Həmin oğurluq hadisələrindən özlərindən başqa heç kimin xəbəri olmayıb. Fındığı satarkən onun oğurluq yolla əldə edilməsini bildirməmişlər. Onların özlərinə məxsus olmasını demişlər. Oğurluğu maddi imkansızlıqdan etmişdir, əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanlıq tam şəkildə ödənilmiş və onlarla barışmışdır. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Evlidir, ailəsini günəmuzd işləməklə dolandırır. Qeyd etdiklərini və maddi vəziyyətinin ağır olduğunu cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir. 26 avqust 2023-cü il tarixdə səhər saatlarında Murad ona zəng edərək bir qədər fındığının olduğunu, onu satmaq istədiyini bildirmişdir. O idarə etdiyi “VAZ 2107” markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Murad yaşayan ünvana getmişdir. Murad 4 kisə fındığı onun maşınının yük yerinə qoymuşdur. Onlar fındığı satmaq üçün Oğuz rayonu, Xaçmaz kəndinə getmişlər. Murad fındığı pərakəndə ticarət edən adını bilmədiyi şəxsə satmışdır. Ona isə 15 manat yol pulu ödəmişdir. O, Muraddan fındığın kimə məxsus olduğunu soruşmamışdır. 27 avqust 2023-cü il tarixdə Murad ona zəng edərək Oğuz rayonu, Dəymədağlı kəndində silkələnəcək fındıq bağının olduğunu (yəni fındıq ağaclarının silkələnərək fındığın yerə tökülməsini təmin etmək) bildirərək köməklik göstərməyini xahiş etmişdir. Həmin gün günorta saatlarında onunla Oğuz rayonu, Dəymədağlı kəndinə Zərərçəkmiş şəxs1 yaşadığı ünvana getmişlər. Orada olan 104 ədəd fındıq ağacını silkələmişlər və zəhmət haqqını alaraq geri qayıtmışlar. Həmin gün axşam saatlarında Murad ona zəng edərək onu Oğuz şəhərinə çay içməyə dəvət etmişdir. O, Murad və Dilavər rayona gələrək bir qədər söhbət etmişlər. 2023-cü ilin avqust ayının 28-nə keçən gecə təxminən saat 02 radələrində kəndə çatdıqda Murad onları Zərərçəkmiş şəxs1 evinin yaxınlığında düşürməyi xahiş etmişdir. Onlar Zərərçəkmiş şəxs1 həyətindən fındıq oğurlamaq fikirində olmuşlar. Həmin vaxt Murad oğurluq etdikdən sonra gəlib onları avtomobillə aparmağının mümkün olubolmadığını soruşmuş, o da gəlib onları apara biləcəyini demişdir. Həmin gün təxminən saat 04 radələrində Murad ona zəng edərək Dəymədağlı kəndinə qəbristanlığın yanına gəlməyini bildirmişdir. Həmin yerə çatdıqda Murad və Dilavərin 6 kisə fındığı yolun kənarına qoyduqlarını görmüşdür. Həmin kisələri avtomobilin yük yerinə qoymuşlar. Oradan bir başa Qəbələ rayonuna getmişlər. Murad və Dilavər ikisi orada alıcı tapıb fındıqları satmışlar və ona 200 manat pul vermişlər. 28 avqust 2023-cü il tarixdə Qəbələyə gedərkən Murad birinci dəfə Xaçmaz kəndinə onun maşını ilə aparıb satdığı fındığın da oğurluq olduğunu bildirmişdir. Dilavər və Murad 2023-cü ilin avqust ayının 23-dən 24-nə keçən gecə Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətindən 2 kisə qabıqlı fındıq, 2023-cü ilin avqust ayının 25-dən 26-na keçən gecə isə Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətindən 2 kisə fındıq məhsulunu oğurlayarkən orada iştirak etməmiş, bu barədə əvvəlcədən məlumatı olmayıb, bu barədə sonradan Murad və Dilavər özləri ona demişlər. Dilavər və Muradla oğurluq etmək barədə əvvəlcədən heç bir razılığı olmayıb. Aralarında ümumiyyətlə belə bir söhbət də baş verməyib. Oğuz şəhərindən kafedən qayıtdıqdan sonra Murad və Dilavər onları Zərərçəkmiş şəxs1 evinin yaxınlığında düşürməyini xahiş etmişdir. Onları həmin yerdə düşürmüşdür. Onlar həmin vaxt deyiblər ki, Zərərçəkmiş şəxs1 evindən fındıq oğurlamaq istəyirlər. Murad oğurluq etdikdən sonra onları gəlib aparmağının mümkün olub-olmadığını soruşmuş, o da gəlib onları götürə biləcəyini demişdir. Həmin gün təxminən saat 04 radələrində Murad ona zəng edərək Dəymədağlı kəndinə qəbristanlığın yanına gəlməyini bildirmişdir. Həmin vaxt onlar 6 kisə fındıq oğurlamışlar və həmin fındıqları avtomobilin yük yerinə qoyaraq aparıb Qəbələ rayonunda satmışlar. Qəbələ rayonunda satılmış fındığın çəkisinin nə qədər olduğunu və onun hansı qiymətə satıldığını bilməmişdir. Fındığı Dilavər və Murad satmışlar, o isə onları avtomobildə gözləmişdir. Sonradan ona demişlər ki, cəmi 640 manat pul olub. Həmin pulun 40 manatı yol xərclərinə hesablanmış, qalan 600 manat isə hərəsinə 200 manat olmaqla bərabər şəkildə bölmüşlər. Murad və Dilavərlə birlikdə başqa oğurluq hadisəsində iştirak etməmişdir. Murad və Dilavərin başqa oğurluqlar edib-etmədiklərini bilmir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanlıq tam şəkildə ödənilmiş və onlarla barışmışdır. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Qeyd etdiklərinin cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, onun yaşadığı kənddə yerləşən evinin həyətində fındıq bağı vardır, həmin bağda yetişən fındıqları qərzəkdən çıxarılmamış halda kisələrə yığıb yaşadığı evin həyətində olan yarımtikiliyə yığmışdır. O, topladığı fındıq məhsulunu maddi ehtiyaclarını ödəmək üçün qışda sataraq pul əldə edir. xx.xx.2023-cü il tarixdə səhər saat 07 radələrində yaşadığı evin həyətinə düşərək ətrafa göz gəzdirəndə həyətdə inşa olunmuş yarımtikiliyə yığdığı 3 kisə fındıqdan 2 kisə fındığın yerində olmadığını, lakin 1 kisə fındığın həmin yerdə qaldığını görmüşdür. O, fındıq kisələrinin oğurlandığını başa düşmüş və həmin gün bu barədə Oğuz rayon polis şöbəsinə məlumat vermişdir. Ona məxsus fındıq kisələri xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə oğurlanmışdır. Sonradan ona məlum olmuşdur ki, ona məxsus fındıq kisələrini oğurlayan şəxslər əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. İstintaq zamanı ona dəymiz ziyan həmin şəxslər tərəfindən tam ödənilmişdir. Hazırda o, həmin şəxslərlə barışmış və həmin şəxslərdən şikayəti və tələbi yoxdur. Onların cəzalanmasını istəmir. Bu barədə notarial qaydada təsdiqlənmiş ərizəsini məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs1 sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Oğuz rayonu Dəymədağlı kəndində yerləşən evinin həyətyanı sahəsində fındıq bağı var. O, həmin bağda yetişən fındıqları toplayıb qərzəkdən çıxarıb kisələrə yığıb yaşadığı evin həyətində olan talvara yığmışdır. O, maddi ehtiyaclarını ödəmək üçün topladığı fındıq məhsulunu sataraq pul əldə edir. O ümumilikdə 6 kisə dolu və 1 ədəd yarımçıq kisə fındıq yığmış, xx.xx.2023-cü il tarixdə səhər saat 07 radələrində həyətə düşmüş və ətrafa göz gəzdirəndə talvara yığdığı 6 kisə fındığın yerində olmadığını, lakin yarımçıq kisə fındığın orada olduğunu görmüş, həmin fındıq kisələrinin oğurlanmasını ehtimal etmiş və həmin gün bu barədə ilk olaraq icra nümayəndəsi Azər Məcidova, daha sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxsus fındıq kisələrini xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğurlamışlar. Hazırda həmin şəxslər ona dəymiş ziyanı tam ödəmişlər, onlarla barışmışdır və həmin şəxslərdən şikayəti və tələbi yoxdur. Bu barədə notarial qaydada təsdiqlənmiş ərizəsini məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə göndərmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs2 onun oğludur. Onların Oğuz rayonu Sincan kəndində fındıq bağı vardır. Oğlu Zərərçəkmiş şəxs2la həmin bağda yetişən fındıqları toplayıb qərzəkdən çıxarıb kisələrə yığıb yaşadığı evin həyətində olan talvara yığmışlar. Ümumilikdə 2 kisə dolu fındıq yığmışlar. xx.xx.2023-cü il tarixdə səhər saatlarında oğlu həyətə düşmüş və ətrafa göz gəzdirəndə evin zirzəmisinin qapısının acıq olduğunu görmüşdür. O, zirzəmiyə baxdıqda oraya yığdığı 2 kisə fındığın yerində olmadığını görmüş, həmin fındıq kisələrinin oğurlanmasını başa düşmüşdür. O həmin gün bu barədə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan ona məxsus fındıq kisələrini oğurlayan şəxslərin əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmasını bilmişdir. Hazırda həmin şəxslər oğlu Pərvizə dəymiş ziyanı ödəmişlər, Pərviz onlarla barışmışdır, həmin şəxslərdən şikayəti və tələbi yoxdur. Onların bağışlanmasını xahiş edir. Oğlu Pərviz bu barədə notarial qaydada təsdiqlənmiş ərizəsini məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd edilən cinayət əməllərini törətməsi onların özlərinin etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 11 oktyabr 2023-cü il tarixli 9/7459 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən fındıqların 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 62 kq çəkidə təmizlənməmiş (qərzəkli) fındıq- 372,00 (1kq x 6 man) manat; Zərərçəkmiş şəxs2 məxsus 65 kq çəkidə təmizlənmiş (qərzəksiz) fındıq- 910,00 (1kq x 14 man) manat; Zərərçəkmiş şəxs1 məxsus 200 kq çəkidə təmizlənmiş (qərzəksiz) fındıq- 2800,00 (1kq x 14 man) manat olmaqla təxminən 4082,00 manat müəyyən olunur. (cild 02- iş vərəqə 13-16) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavablarından görünür ki, əməliyyat-sorğu kartotekasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barədə heç bir məlumat yoxdur. (cild 01, iş vərəqə 187-189). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 5-68-12/2-503/2023 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Oğuz rayonu, Sincan kənd sakini olmaqla ailə üzvləri arvadı, 2015 və 2023-cü il təvəllüdlü iki qızından ibarətdir, yaşayış yerindən müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə- 229-231) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 5-68-12/2-504/2023 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Oğuz rayonu, Sincan kənd sakini olmaqla, ailə üzvləri arvadı, 2016, 2017 və 2019-cu il təvəllüdlü qızından ibarətdir, yaşayış yerindən müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 232-234) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 5-68-12/2-505/2023 saylı arayış və xasiyyətnamədən görünür ki,təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs3 Oğuz rayonu, Sincan kənd sakini olmaqla ailə üzvləri 1964-cü il təvəllüdlü atası və 1975-ci il təvəllüdlü anasından ibarətdir, yaşayış yerindən müsbət xarakterizə olunur.( cild 01, iş vərəqə- 235-237) Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, onlar təqsirləndirilən şəxslərlə barışmış və onlardan heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli olmaları özlərinin etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri və digər məhkəmə-istintaq materialları ilə tam təsdiq edildiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri düzgün tövsif edilmiş, ona görə də onlar həmin maddələrlə təqsirli bilinməli və onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini CM-nin 59.1.4, 59.1.12 və 59.13-cü maddələrinə əsasən, əməlini səmimi etiraf edib törətdiyi əməldən peşman olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngüləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxslərlə barışması, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsi CM-nin 59.1.4, 59.1.12 və 59.13-cü maddələrinə əsasən, əməlini səmimi etiraf edib törətdiyi əməldən peşman olması isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngüləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslərlə barışması, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsi CM-nin 59.1.12 və 59.13-cü maddələrinə əsasən, əməlini səmimi etiraf edib törətdiyi əməldən peşman olması isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngüləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsinə baxarkən cinayət və cinayətprosessual qanunvericiliyinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən hal kimi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini könüllü etiraf etməsini, törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi zərərin ödənilməsini və zərərçəkmiş şəxslərlə barışmasını, himayəsində iki azyaşlı uşağının olmasını, əməlində ağırlaşdıran halların olmadığını işin faktiki halları kimi nəzərə alaraq Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023- cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Oğuz RPŞ MSY-dən həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 2 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs1 hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsinə baxarkən cinayət və cinayətprosessual qanunvericiliyinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən hal kimi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini könüllü etiraf etməsini, törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi zərərin ödənilməsini və zərərçəkmiş şəxslərlə barışmasını, himayəsində iki azyaşlı uşağının olmasını, əməlində ağırlaşdıran halların olmadığını işin faktiki halları kimi nəzərə alaraq Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Oğuz RPŞ MSY-dən həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 2 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsinə baxarkən cinayət və cinayətprosessual qanunvericiliyinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən hal kimi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini könüllü etiraf etməsini, törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi zərərin ödənilməsini və zərərçəkmiş şəxslərlə barışmasını, əməlində ağırlaşdıran halların olmadığını işin faktiki halları kimi nəzərə alaraq Təqsirləndirilən şəxs3 ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Oğuz RPŞ MSY-dən həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 2 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs3 hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə 50,00 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2023-cü il tarixdən şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2023-cü il - tarixdək olan müddət 1(bir) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5(beş) ay 28(iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Sincan kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2023-cü il tarixdən şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2023-cü il - tarixdək olan müddət tarixdək olan müddət 1(bir) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5(beş) ay tarixdək olan müddət 1(bir) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5(beş) ay 28(iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Sincan kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2023-cü il tarixdən şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2023-cü il – tarixədək olan müddət 1(bir) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Sincan kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun.Təqsirləndirilən şəxs3 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası Oğuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə 50,00 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar