Məhkəmə qərarları › İş №1(054)-4/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-4/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-4/2025 18.02.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2,Zərərçəkmiş şəxs3 Rafayıl oğlu və Zərərçəkmiş şəxs4 Səfa oğlunun, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, xx.xx.1974-cü ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilmiş, işsiz, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə, xx.xx.1981-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində qardaşı, Qəbələ rayonu, Vəndam qəsəbə sakini Təqsirləndirilən şəxs2 idarəetmə hüququ olmaqla sərxoş vəziyyətdə idarə etdiyi və içərisində azyaşlı X16 və X8 olduğu “VAZ 2107 minik” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu, Vəndam qəsəbəsinin mərkəzində Qəbələ-İsmayıllı magistral yolu ilə İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən rayonun Vəndam qəsəbəsində üzü İsmayıllı rayonu istiqamətində yolun sağ tərəfində dayanmış Qəbələ rayon polis şöbəsinə məxsus “Şevrolet Niva” markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində xidmət aparan Qəbələ rayon polis şöbəsinin post patrul xidməti bölməsinin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs1 və həmin bölməyə ezam olunmuş RPŞ-nin Konvoy hissəsinin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 gözü qarşısında yolun sağ tərəfində avtomobilini saxlayıb geriyə doğru hərəkət etməklə və daha sonra avtomobili sürətlə hərəkətə gətirərək avtomobilin tərkərlərini asfalt üzərində yerə sürtməklə yol hərəkəti qaydalarını kobud surətdə pozduğuna və hadisə yerindən uzaqlaşdığına görə “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, eyni zamanda cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək vəzifəsi daşıyan polis serjantları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qardaşı Təqsirləndirilən şəxs2 arxası ilə Qəbələ rayonunun Vəndam qəsəbəsindəki ictimai yer sayılan avtomobil təmiri sexlərinin fəaliyyət göstərdiyi “Mərdan” adlı avtomobil təmiri sexi müəssisəsinin həyətinə gələrək inzibati xəta törətmiş şəxsi aşkar etmək və onu inzibati məsuliyyətə cəlb etmək üçün sonuncuya yaxınlaşaraq ictimai təhlükəsizlik qaydalarını pozmasına irad bildirərkən davranışlarından Təqsirləndirilən şəxs2 sərxoş olduğundan şübhələnmələri səbəbindən sonuncuya sərxoş vəziyyətdə avtomobil idarə etməsini və ictimai-təhlükəsizlik qaydalarını pozmasını irad bildirərək sərxoş vəziyyətdə avtomobil idarə etməsinin və ictimai asayişin pozulmasının qarşısını almaq məqsədi ilə sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün müvafiq müayinədən keçməli olduğunu bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı, mübahisənin ona heç bir aidiyyəti və heç bir əsaslı səbəbi olmadığı halda hadisəyə kənardan müdaxilə edərək mübahisəyə qoşulan və yüngül sərxoşluq vəziyyətində qardaşı Təqsirləndirilən şəxs2lə əlbir olub bir qrup şəxs halında sonuncuya iradlarını bildirib sərxoş vəziyyətdə etdiyi hərəkətin qanun pozuntusu olmasını izah edən, hakimiyyət nümayəndəsi qismində ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirən polis serjantları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan yüksək səslə nalayiq söyüşlər söyərək ərazidən uzaqlaşmasını bildirərək əl-qol hərəkətləri ilə polis serjantı E.F.Mirzəmmədovu və polis serjantı Zərərçəkmiş şəxs1 itələyərək Təqsirləndirilən şəxs2 müvafiq olaraq müayinədən keçirilərək inzibati məsuliyyətə cəlb edilməsi üçün Qəbələ RPŞ-nin inzibati binasına aparılması barədə polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq xidməti avtomobilə minmək tələbini rədd edərək aktiv müqavimət göstərib zor tətbiq etdikdən sonra qardaşı Təqsirləndirilən şəxs2lə birlikdə polis serjantları Zərərçəkmiş şəxs1, E.F.Mirzəmmədova və sonuncunun Qəbələ RPŞ-nin növbətçi hissəsinə zəng edərək hadisə yerinə əlavə kömək çağırması səbəbindən münaqişənin başlanmasından təxminən 15 dəqiqə sonra hadisə yerinə gəlmiş qəsəbənin polis sahə rəisi, polis baş leytenantı Zərərçəkmiş şəxs3 aktiv müqavimət göstərməklə polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək Təqsirləndirilən şəxs2 Qəbələ RPŞ-nə aparılaraq inzibati məsuliyyətə cəlb edilməsinə cəhd göstərən polis əməkdaşlarına maneə törətmək məqsədilə aktiv olaraq müqavimət göstərərək onları yüksək səslə nalayiq söyüşlərlə təkrar söyərək “Mərdan” avtomobil təmiri sexi müəssisəsinin iş fəaliyyətini pozaraq orada olan vətəndaşların narazılığına səbəb olmuş, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadan həmin vaxt üzərlərinə hücum çəkib E.F.Mirzəmmədovun sağ qulaq nahiyəsindən yumruqla və bədəninin müxtəlif nahiyələrindən əli ilə vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vurmayan “başın sağ qulaq arxa nahiyəsinin, sağ qulaq seyvanının ön yuxarı və sağ əlin üst səthinin sıyrıqları”, Zərərçəkmiş şəxs1 bədənin müxtəlif nahiyələrindən əli ilə vurmaqla sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vurmayan “sol saidin bayır aşağı oynağa yaxın hissəsinin, sol ayağın üst səthinin qançırı, sağ əlin İİİ barmağının orta falanqasının üst səthinin, sol saidin içəri aşağı 1/3-nin və sağ diz oynağının içəri səthinin sıyrığı”, Zərərçəkmiş şəxs3 sol əlindən təpiklə vurmaqla sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vurmayan “sol əlin üst səthinin qançırı və sol dirsəyin sıyrığı” xəsarətlərini yetirmiş, eyni zamanda qardaşı Təqsirləndirilən şəxs2 əli ilə E.F.Mirzəmmədovun sinə və qol nahiyəsindən vurmaqla sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vurmayan “sağ əlin İ barmağının üst səthinin qançırı” xəsarətini yetirməklə onlara müqavimət göstərmiş, bu vaxt polis əməkdaşlarının onun qanunsuz hərəkətlərinin qarşısını alaraq xidməti avtomobilə əyləşdirmək istəməsindən və onun polis əməkdaşlarına qarşı aktiv müqavimətini davam etdirərək diqqətlərini üzərinə çəkməsindən istifadə edən qardaşı Təqsirləndirilən şəxs2 hadisə yerindən uzaqlaşaraq yaxınlıqda olduğunu bildiyi atası X5 hadisəyə müdaxilə etməsi üçün hadisə yerinə gətirmək məqsədi ilə atasının yanına gedərək atasına hadisə barədə dedikdən sonra atası ilə birlikdə hadisə yerinə qayıtmış, bu zaman xidməti ərazidə olan və hadisə yerinə sonradan sahə rəisi Zərərçəkmiş şəxs3 çağırışı əsasında kömək məqsədilə gəlmiş və onun qanunsuz əməllərinin qarşısına alaraq polis avtomobilinə əyləşdirməyə çalışan sahə polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs4 Səfa oğlunun sol əlini dişləməklə sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vurmayan “sol əlin İV barmağının üst səthinin səthi əzilmiş yarası” xəsarətini yetirmiş, eyni zamanda qardaşı Təqsirləndirilən şəxs2 polis əməkdaşı Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs3 məxsus avtomobilinə minməsi barədə Təqsirləndirilən şəxs2 irəli sürdüyü qanuni göstərişi icra etməməsi səbəbindən Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2 fiziki güc tətbiq etməklə avtomobilə mindirməsindən sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs4 qarşı zor tətbiq etməklə əli ilə sonuncunun bədəninin müxtəlif nahiyələrindən vuraraq müqavimət göstərmiş, Zərərçəkmiş şəxs3 məxsus “Niva minik” markalı ** FH *** dövlət qüydiyyat nişanlı avtomobilin içərisinə əyləşdikdən sonra Zərərçəkmiş şəxs4 baş nahiyəsindən ayağı ilə bir neçə dəfə vurmaqla sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vurmayan “başın arxa ənsə nahiyəsində yumşaq toxumanın əziyi” xəsarətini yetirmiş, beləliklə də Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və zor tətbiq edilməsi hədəsi ilə, habelə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə, ətrafdakı şəxslər üçün aşkar sürətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlilik, etinzasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirərək “Mərdan” avtomobil təmiri sexi müəssisəsinin iş fəaliyyətini pozaraq orada olan vətəndaşların narazılığına səbəb olmuş, eyni zamanda qardaşı Təqsirləndirilən şəxs2lə birlikdə Qəbələ RPŞ-nə məxsus “Şevrolet Niva” markalı ** AP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobilin qabaq buferinə, ön sağ qapısına vurmaqla həmin avtomobilə batıq zədələri yetirməklə 480 (dörd yüz səksən) manat və Zərərçəkmiş şəxs3 məxsus “Niva minik” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qapısını, üst tavanını, arxa qanadını qəsdən vurub əzməklə və batıq zədələri yetirməklə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmuş və bununla hakimiyyət nümayəndəsinə qarşı müqavimət və zor tətbiq etməklə ictimai asayişi 40 dəqiqə ərzində pozmaqla qərəzli xuliqanlıq hərəkətlərini törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində mülkiyyətində olan, idarəetmə hüququ olmaqla sərxoş vəziyyətdə idarə etdiyi və içərisində azyaşlı oğlu X22 və qardaşı oğlu X8 olduğu “VAZ 2107 minik” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ rayonu, Vəndam qəsəbəsinin mərkəzində Qəbələ-İsmayıllı magistral yolu ilə İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən rayonun Vəndam qəsəbəsində üzü İsmayıllı rayonu istiqamətində yolun sağ tərəfində dayanmış Qəbələ rayon polis şöbəsinə məxsus “Şevrolet Niva” markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində xidmət aparan Qəbələ RPŞ-nin post patrul xidməti bölməsinin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs1 və həmin bölməyə ezam olunmuş RPŞ-nin Konvoy hissəsinin polisnəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 gözü qarşısında yolun sağ tərəfində avtomobilini saxlayıb geriyə doğru hərəkət etməklə və daha sonra avtomobili sürətlə hərəkətə gətirərək avtomobilin təkərlərini asfalt üzərində yerə sürtməklə yol hərəkəti qaydalarını kobud surətdə pozduğuna və hadisə yerindən uzaqlaşdığına görə “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, eyni zamanda cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək vəzifəsi daşıyan polis serjantları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun arxası ilə Qəbələ rayonunun Vəndam qəsəbəsindəki ictimai yer sayılan və çoxsaylı avtomobil təmiri sexlərinin fəaliyyət göstərdiyi “Mərdan” adlı avtomobil təmiri sexi müəssisəsinin həyətinə gələrək inzibati xəta törətmiş şəxsi aşkar etmək və onu inzibati məsuliyyətə cəlb etmək üçün yaxınlaşaraq ictimai təhlükəsizlik qaydalarını pozmasına irad bildirərkən davranışlarından onun sərxoş olduğundan şübhələnmələri səbəbindən ona sərxoş vəziyyətdə avtomobil idarə etməsini, ictimai təhlükəsizlik qaydalarını pozmasını irad bildirərək sərxoş vəziyyətdə avtomobil idarə etməsinin və ictimai asayişin pozulmasının qarşısını almaq məqsədi ilə sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün müvafiq müayinədən keçməli olduğunu bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı, mübahisənin ona heç bir aidiyyəti və heç bir əsaslı səbəbi olmadığı halda hadisəyə kənardan müdaxilə edərək mübahisəyə qoşulan və yüngül sərxoşluq vəziyyətində olan qardaşı Təqsirləndirilən şəxs1 ilə əlbir olub bir qrup şəxs halında, ona iradlarını bildirib sərxoş vəziyyətdə etdiyi hərəkətin qanun pozuntusu olmasını izah edən, hakimiyyət nümayəndəsi qismində ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirən polis serjantları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan yüksək səslə nalayiq söyüşlər söyərək ərazidən uzaqlaşmasını bildirərək əl-qol hərəkətləri ilə polis serjantı E.F.Mirzəmmədovu və polis serjantı Zərərçəkmiş şəxs1 itələyərək özünün müvafiq olaraq müayinədən keçirilməsi və inzibati məsuliyyətə cəlb edilməsi üçün Qəbələ RPŞ-nin inzibati binasına aparılması barədə polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq xidməti avtomobilə minmək tələbini rədd edərək aktiv müqavimət göstərib zor tətbiq etdikdən sonra qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə polis serjantları Zərərçəkmiş şəxs1, E.F.Mirzəmmədova və sonuncunun Qəbələ RPŞ-nin növbətçi hissəsinə zəng edərək hadisə yerinə əlavə kömək çağırması səbəbindən münaqişənin başlanmasından təxminən 15 dəqiqə sonra hadisə yerinə gəlmiş qəsəbənin polis sahə rəisi, polis baş leytenantı Zərərçəkmiş şəxs3 aktiv müqavimət göstərməklə polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək onun Qəbələ RPŞnə aparılaraq inzibati məsuliyyətə cəlb edilməsinə cəhd göstərən polis əməkdaşlarına maneə törətmək məqsədilə aktiv olaraq müqavimət göstərərək onları yüksək səslə nalayiq söyüşlərlə təkrar söyərək “Mərdan” avtomobil təmiri sexi müəssisəsinin iş fəaliyyətini pozaraq orada olan vətəndaşların narazılığına səbəb olmuş, polis əməkdaşlarını qanuni tələblərinə məhəl qoymadan həmin vaxt üzərlərinə hücum çəkib əli ilə E.F.Mirzəmmədovun sinə və qol nahiyəsindən vurmaqla sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vurmayan “sağ əlin İ barmağının üst səthinin qançırı” xəsarətini yetirmiş, eyni zamanda qardaşı Təqsirləndirilən şəxs1 E.F.Mirzəmmədovun sağ qulaq nahiyəsindən yumruqla və bədənin müxtəlif nahiyələrindən əli ilə vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vurmayan “başın sağ qulaq arxa nahiyəsinin, sağ qulaq seyvanının ön yuxarı və sağ əlin üst səthinin sıyrıqları”, Zərərçəkmiş şəxs1 bədənin müxtəlif nahiyələrindən əli ilə vurmaqla sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vurmayan “sol saidin bayır aşağı oynağa yaxın hissəsinin, sol ayağın üst səthinin qançırı, sağ əlin İİİ barmağının orta falanqasının üst səthinin, sol saidin içəri aşağı 1/3-nin və sağ diz oynağının içəri səthinin sıyrığı”, Zərərçəkmiş şəxs3 sol əlindən təpiklə vurmaqla sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vurmayan “sol əlin üst səthinin qançırı və sol dirsəyin sıyrığı” xəsarətlərini yetirməklə onlara müqavimət göstərdikdən sonra polis əməkdaşlarının qardaşı Təqsirləndirilən şəxs1 qanunsuz hərəkətlərinin qarşısını alaraq xidməti avtomobilə əyləşdirmək istəməsindən istifadə edərək hadisə yerindən uzaqlaşaraq yaxınlıqda olduğunu bildiyi atası X5 hadisəyə müdaxilə etməsi üçün hadisə yerinə gətirmək məqsədi ilə atasının yanına getmiş, bu müddət ərzində Təqsirləndirilən şəxs1 polis əməkdaşlarına qarşı aktiv müqavimətini davam etdirərək diqqətləri üzərinə çəkməsindən istifadə edib atasına hadisə barədə dedikdən sonra onunla birlikdə hadisə yerinə qayıtmış, bu zaman xidməti ərazidə olan və hadisə yerinə sonradan sahə rəisi Zərərçəkmiş şəxs3 çağırışı əsasında kömək məqsədilə gəlmiş sahə polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs4 Səfa oğlunun Zərərçəkmiş şəxs3 məxsus avtomobilinə minməsi barədə ona irəli sürdüyü qanuni göstərişi icra etməməsi səbəbindən sonuncunun onu fiziki güc tətbiq etməklə avtomobilə mindirməsindən sonra Zərərçəkmiş şəxs4 qarşı zor tətbiq etməklə əli ilə sonuncunun bədəninin müxtəlif nahiyələrindən vuraraq müqavimət göstərmiş, Zərərçəkmiş şəxs3 məxsus “Niva minik” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisinə əyləşdikdən sonra Zərərçəkmiş şəxs4 baş nahiyəsindən ayağı ilə bir neçə dəfə vurmaqla sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vurmayan “başın arxa ənsə nahiyəsində yumşaq toxumanın əziyi” xəsarətini yetirmiş, eyni zamanda qardaşı Təqsirləndirilən şəxs1 qanunsuz əməllərinin qarşısına alaraq polis avtomobilinə əyləşdirməyə çalışan Zərərçəkmiş şəxs4 sol əlini dişləməklə sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vurmayan “sol əlin İV barmağının üst səthinin səthi əzilmiş yarası” xəsarətini yetirmiş, beləliklə də Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və zor tətbiq edilməsi hədəsi ilə, habelə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə, ətrafdakı şəxslər üçün aşkar sürətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlilik, etinzasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirərək “Mərdan” avtomobil təmiri sexi müəssisəsinin iş fəaliyyətini pozaraq orada olan vətəndaşların narazılığına səbəb olmuş, eyni zamanda qardaşı Təqsirləndirilən şəxs1lə birlikdə Qəbələ RPŞ-nə məxsus “Şevrolet Niva” markalı ** AP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobilin qabaq buferinə, ön sağ qapısına vurmaqla həmin avtomobilə batıq zədələri yetirməklə 480 (dörd yüz səksən) manat və Zərərçəkmiş şəxs3 məxsus “Niva minik” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qapısını, üst tavanını, arxa qanadını qəsdən vurub əzməklə və batıq zədələri yetirməklə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmuş və bununla hakimiyyət nümayəndəsinə qarşı müqavimət və zor tətbiq etməklə ictimai asayişi 40 dəqiqə ərzində pozmaqla qərəzli xuliqanlıq hərəkətlərini törətmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, ailəsi ilə birlikdə Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır. Ailə üzvləri arvadı Mətanət, xx.xx.2009-cü il təvəllüdlü oğlu Dəniz, 2003-cü il təvəllüdlü qızı Fatimə və 2006-cı il təvəllüdlü qızı Xədicədən ibarətdir. Oğlu Dəniz orta məktəbin 8-ci sinfində oxuyur. Digər övladları isə yetkinlik yaşına çatmışlar. Arvadı uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. Özü isə işsizdir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. 02 dekabr 2023-cü il tarixdə o, Bakıdan gələn dostu Elşənin 07 markalı avtomobilini təmir etdirmək üçün Mərdan adlı şəxsə məxsus, Vəndam qəsəbəsində yerləşən təmir sexinə usta Kamilin yanına aparmışdır. Avtomobilin təmirə ehtiyacı olduğu üçün təmir sexində qoymalı olmuşdur. Günorta saatlarında o, oğlu Dənizin doğum günü ilə bağlı dostu ilə bir qədər spirtli içki qəbul etmişdir. Bundan sonra dostu Elşəni Bakıya yola salıb “Mərdanın sexi”nə getmiş, orada olarkən sexə qardaşı Səxavət özünə məxsus “VAZ 2107” markalı avtomobil ilə gəlmişdir. Sonra Səxavət öz avtomobilinə ehtiyat hissəsi almaq üçün bazara getmiş, 10 dəqiqə sonra isə geri qayıtmışdır. Saat 16:30 radələrində Səxavətin arxası ilə post patrul polis maşını gəlmiş və maşından 2 nəfər polis əməkdaşı düşmüşdür. Onlar polis formasında olmuş, ancaq o polis əməkdaşlarını tanımamışdır. Sonradan polis əməkdaşlarınən adlarının Elçin və Hünər olduğunu öyrənmişdir. Onlar təmir sexinin həyətində Səxavətlə söhbət etməyə başlamış, sonra eşitmişdir ki, polis əməkdaşları Səxavətə onların qarşısında maşının təkərlərinin “eşdirdiyni” irad bildirirlər. Onlar arasında gərginlik yarandığına görə o da yaxınlaşıb söhbəti sakitləşdirmək istəmiş, onlara qardaşının əvəzindən üzr istədiyini bildirmişdir. O, qardaşı Səxavətə uzaqlaşmasını deyib “sex”ə geri qayıdaraq Qəbələ RPŞ-nin əməkdaşı Nəzər Qaragözova zəng etmiş, ancaq Nəzər onun telefonunu açmamışdır. Bu anda o yenidən “sex”dən çıxdıqda qardaşı Səxavətlə oğlu Dənizin polislərələ dalaşdığını görmüşdür. O onları aralamış, həmin anda polislər əlavə kömək çağırmışlar. Səxavətə oradan uzaqlaşmasını demiş və Səxavət də çıxıb getmişdir. Bu zaman ara sakitləşmiş, lakin biraz keçmiş sahə müvəkkili Rübail ilə köməkçisi Anar hadisə yerinə gəlmişlər. Həmin anda atası Ağabəy və qardaşı Səxavət də oraya gəlmiş, yenidən mübahisə olmuşdur. Hadisə yerinə Rübail gələndən sonra davadalaş daha da qızışmışdır. Rübail ilə polislərdən biri onun üzərinə gələrək onu rezin dəyənəklə vurmuşdur. Bu vaxt yenidən dava başlamış, polis əməkdaşları yaşlı atasını, qardaşı Səxavəti və oğlu Dənizi də döymüşlər. Hətta polislər deyirdilər ki, çıxarın tapança ilə vurun. Oğlu Dəniz qorxusundan təmir sexinin içində gizlənmiş, onu oradan da tapıb “dubinka” ilə döymüşlər. Orada hadisə 15 dəqiqə davam etmiş, sonra hadisə yerinə yol patrul xidməti əməkdaşları gəlmişlər. YPX əməkdaşlarından biri onu ayağa qaldırmış, sonra polis maşınına mindirib Qəbələ rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində pilləkənləri qalxanda hadisə yerinə əvvəl gələn polis serjantlarından biri onu pilləkəndə təkrarən təpiklə vurmuşdur. Hadisə nəticəsində belindən, qolundan. başından, ayağından xəsarətlər almışdır. Üstəlik oğlu Dənizi və qardaşı Səxavəti də polislər möhkəm döymüşlər. Hadisə yerində olan 4 nəfər polis əməkdaşından şikayətçidir. Hadisədən sonra polis şöbəsində olarkən Rübail adlı polis əməkdaşı da onu unutduğu söyüşlərələ təhqir edərək təpiklə bel nahiyəsindən 1 dəfə vurmuş, üstəlik ona 2-3 zərbə də Zərərçəkmiş şəxs1 vurmuşdur. Elçin Mirzəmmədov da dubinka ilə başına və belinə dəfələrlə vurmuşdur. Sol əlinin 2 barmağına da Rübail dəyənəklə zərbələr vurmuşdur. Qəbələ rayon polis şöbəsinin əməkdaşları polis serjantları Zərərçəkmiş şəxs1, Elçin Mirzəmmədovun, Zərərçəkmiş şəxs4 və polis baş leytenantı Zərərçəkmiş şəxs3 ifadələrində göstərdikləri hadisə vaxtı onlara xəsarətlər yetirməsi ilə bağlı xüsusatlar yalandır. O heç kimi vurmamış, hadisə vaxtı əlinə daş almamış, əksinə hadisə zamanı özü döyülmüşdür. Əvvəllər, yəni 2023-cü ilin yay aylarında Qəbələ RPŞ-nin əməkdaşları ilə ədavəti olmuşdur, belə ki, “Dəstəmaz çayı”nın yanında icarə əsasında işlətdiyi obyektə (kafe) görə Anar adlı polis əməkdaşı ondan 1000 manat pul istəmişdir. O da pulu verməkdən imtina etməsi səbəbindən Anar onu döymüşdür. Bu münaqişə səbəbindən obyekti bağlamışdır. Anar mübahisə zamanı onları hədələmişdir. Baş vermiş hadisə vaxtı da Anar hadisə yerinə gəldikdən sonra məsələ böyümüş, Anar münaqişəni bu həddə çatdırmışdır. Hadisə zamanı başından, belindən və bədəninin müxtəlif yerlərindən aldığı xəsarətləri ona Zərərçəkmiş şəxs1 yetirmişdir. Üstəlik ona Rübail və Anar da xəsarət yetirmişlər. Baş nahiyəsindən aldığı xəsarətləri ona Zərərçəkmiş şəxs3 ilə Zərərçəkmiş şəxs1 yetirmişlər. Hadisə zamanı kiməsə xəsarət yetirib-yetirmədiyini xatırlamır. Hadisə yerində ümumilikdə atası Ağabəy, qardaşı Səxavət, oğlu Dəniz, usta Kamil, usta Mərdan və 4 nəfər polis əməkdaşı olmuşdur. Hadisə zamanı polis əməkdaşlarının qardaşı Səxavəti polis şöbəsinə dəvət edib-etmədiklərini, qardaşının onların göstərişlərinə tabe olub-olmadıqlarını xatırlamır. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi hadisə zamanı ona daş parçası və yumruqla xəsarətlər yetirməsi ilə bağlı xüsusatlar yalandır. Hadisə zamanı oğlu Dəniz yalnız 1 dəfə daş atmışdır. Başqa daş atan olmamış, qardaşı Səxavət və özü hadisə zamanı hər hansı daşdan və ya silah qismində istifadə edilə biləcək hər hansı əşyadan ümumiyyətlə istifadə etməmişlər. X7 ifadəsində göstərdiyi hadisə zamanı onun uca səslə nalayiq ifadələr işlətməklə, həmin şəxslərin ünvanına söyüşlər söyməsi, PPX-nin avtomobilinə minərkən avtomobilin içərisində olan işıq sistemini zədələyərək yararsız hala salması, Zərərçəkmiş şəxs2 sağ qulaq nahiyəsindən bir dəfə yumruqla vurması, onu itələməsi və yaxasından tutub dartması ilə bağlı xüsusatlar da yalandır. O, PPX-nin avtomobilinə ümumiyyətlə minməmiş, onu YPXnin avtomobilində Polis şöbəsinə gətirmişlər. Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi hadisə zamanı onun sol qolundan və sol əlindən xəsarətlər yetirməsi ilə bağlı xüsusatlar da həmçinin yalandır. Zərərçəkmiş şəxs4 ifadəsində göstərmiş olduğu hadisə zamanı onun sol əlinin orta barmağını dişləməklə ona xəsarət yetirməsi və qardaşı Səxavətin onu itələməsi ilə bağlı xüsusatlar da yalandır. O, xx.xx.2023-cü il tarixdə polis şöbəsinə aparılmış, orada olan müddətdə də hər gün yeni xəsarətləri olmuşdur. Onun gözünün qarşısında polis əməkdaşları Elçinlə-Hünər oğlu Dənizi döymüş, o da oğlunu müdafiə etmişdir. O heç kimə xəsarət yetirməmiş, özünü və oğlunu müdafiə etmişdir. Avtomobillərə ziyan vurmamış, avtomobillərə daş və s. atmamışdır. İttiham olunduğu əməli törətməyinə gətirən səbəb yalnız azyaşlı oğlu Dənizin polis əməkdaşı tərəfindən amansızcasına döyülməsi səbəbindən onu müdafiə etməsi olmuşdur. Bu barədə məhkəməyə təqdim etdiyi yazılı vəsatətində də öz fikrini bildirmişdir. Ona elan edilən ittiham üzrə özünü təqsirli bilmir və onun barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, heç bir yerdə işləmir, ailəsi ilə birlikdə Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır. Ailə üzvləri arvadı və iki övladından ibarətdir. Oğlu Qismət xx.xx.2009-cu il, qızı isə 2014-cü il təvəllüdlüdür. Eldəniz onun qardaşıdır, 3 övladı var və fərdi əmək fəaliyyəti ilə məşğuldur. Hadisə günü 02 dekabr 2023-cü il tarixdə günorta saatlarında o, öz evində bir qədər spirtli içki qəbul etmişdir. Həmin gün saat 16 radələrində özünə məxsus “Vaz 2107” markalı avtomobili ilə “Mərdanın Vazı” deyilən təmir sexinə getmişdir. Qardaşı Eldənizin orada maşını təmir etdirdiyindən məlumatı olmuşdur. Oraya çatdıqda Eldəniz ona təmir üçün avtomobilə “salnik” lazım olduğunu demiş, buna görə də birlikdə gedib bazardan “salnik” almışlar. Bazardan “salnik” alıb sexə qayıtdıqda, yolda oğlu Qismətlə qardaşı oğlu Dənizi avtomobilinə götürmüş və birlikdə sexə gəlmişlər. Lakin “salnik” uyğun gəlməmişdir. Sonra o, “salnik” üçün təkrar bazara getmiş, gedərkən Qismətlə Dənizi də özü ilə götürmüşdür. Qayıdarkən Vəndam qəsəbəsinin mərkəzində Kamran adlı tanışını görmüş, maşını saxlamış, Kamran isə başqa maşınla gedəcəyinə işarə etmişdir. O da sürüb yoluna davam edərək yenidən sexə getmişdir. Maşını saxlayanda arxasında post patrul avtomobilinin saxlandığını görmüşdür. Avtomobildə olan 2 nəfər polis formasında olan şəxslərdən biri, avtomobilin sükanı araxasında əyləşmiş şəxs ona əli ilə işarə edərək “ayə, bura gəl” demişdir. O da “ayə deyiləm, sən mənimlə belə danışma” cavabını vermişdir. Avtomobilə yaxınlaşdıqda həmin polis əməkdaşı ona “sən kimsən ki, qarşımda maşın eşdirirsən” demiş, o da cavabında “mən sizi görməmişəm, görsəm də elə şərəfsizlik etmərəm” demişdir. Polis isə onun içkili olub-olmadığımı soruşmuş, o da içkili olduğunu etiraf etmişdir. Sərnişin tərəfdə oturan polis avtomobildən düşərək yanına gəlib ona avtomobilə oturub Polis şöbəsinə getməli olduğunu demişdir. O da polis əməkdaşına “məni ancaq Yol Patrul Xidmətinin əməkdaşı apara bilər, sən yox” demişdir. Mübahisə vaxtı qardaşı Eldəniz gəlmiş, həmçinin uşaqlar da orada olmuşlar. Eldəniz polisləri və onu sakitləşdirməyə çalışmış, sonra Rübail və Anar adlı polislər hadisə yerinə gəlmişlər. O isə atası Ağabəyi oraya gətirmək üçün yaxınlıqdakı çayxanaya getmişdir.Onun atasını hadisə yerinə gətirməkdə məqsədi məsələni sakitləşdirmək olmuşdur. O, atasını çağırıb münaqişə olduğunu demiş və birlikdə dərhal təmir sexinə gəlmişlər. Təmir sexinə gəldikdə bir nəfər polis əməkdaşının Eldənizin oğlu Dənizi yerdə təpiklədiyini, Rübail və digər polis əməkdaşının isə Eldənizi dəyənəklə döydüklərini görmüşlər. Polislərdən biri onu görən kimi “Anar, şərəfsizin böyüyü budur, bunu tutmaq lazımdır” demiş, bu zaman Anar adlı polis əməkdaşı onun boynundan tutub Rübailə məxsus “Niva” markalı avtomobilə mindirmişdir. O sakitcə “Niva”ya əyləşmiş, yanında da bir polis əməkdaşı oturmuşdur. “Niva” markalı avtomobili Rübail adlı polis əməkdaşı idarə etmiş, ön sərnişin oturacağında isə Anar adlı polis əməkdaşı əyləşmişdir. Onlar avtomobilin içərisində ona söyüş söyməyə başlamış, Vəndam bazarını keçdikdən sonra isə Anar onu dəyənəklə vuraraq şərəfsiz adlandırmışdır. Həmin anda post patrulun yanında oturan serjant rütbəsində olan polis onu gözündən yumruqla vurmuş, dayanmadan onu döyməyə başlamışlar. Sonra onu Qəbələ rayon Polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində halı pisləşmişdir. Axşam saatlarında müstəntiq yanına gəlsə də o, izahat verməmiş, prokurorluqda danışacağını demişdir. Post Patrul Xidmətinin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs1 hadisə vaxtı kimin daşla vurmasını görməmişdir. Əvvəllər Qəbələ RPŞ-nin əməkdaşları ilə aralarında ədavət olmamış, ancaq yay aylarında polis əməkdaşı Anarla atasının arasında Eldənizə məxsus obyektdə dava olmuş, həmin vaxtdan münasibətlər qərəzli şəkil almışdır. Hazırki hadisə zamanı o, gözündən, belindən, ayağından və bədəninin müxtəlif yerlərindən xəsarət almışdır. Həmin xəsarətləri ona hadisə yerinə gələn post patrul avtomobilinin sürücüsü polis nəfəri Zərərçəkmiş şəxs1 yetirmişdir. Üstəlik ona polis əməkdaşları Rübail və Anar da xəsarət yetirmişlər. Rübail onun başına xəsarət yetirmişdir. Hadisə vaxtı kiməsə xəsarət yetirib-yetirmədiyini xatırlamır. Qardaşı Eldənizi isə Rübail və post patrul avtomobilinin sağ tərəfində oturan polis əməkdaşı vurmuşdur. Hadisə yerində ümumən o özü, oğlu Qismət, atası Ağabəy, qardaşı Eldəniz, qardaşının oğlu Dəniz, usta Kamil, usta Mərdan və 4 nəfər polis əməkdaşı olmuşdur. Hadisə cəmi 30 dəqiqə davam etmişdir. Hadisə zamanı polis əməkdaşları onu ilk əvvəl Polis şöbəsinə dəvət etəsələr də o getməmişdir, çünki onu ancaq şöbəyə YPX-nin əməkdaşlarının aparmalı olduğunu düşünmüşdür. Hazırki iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış polis əməkdaşlarının onun, qardaşı Eldənizin və qardaşı oğlu Dənizin polislərin ünvanına uca səslə nalayıq ifadələr işlətməsi, bununla yanaşı Eldənizin əlində olan daş parçası ilə avtomobillərə zərər yetirməsi, polislərin onları avtomobilə mindirmək istəyən zaman avtomobilin içərsində olan daxili işıq sistemini tamamilə yararsız vəziyyətə salması barədə dedikləri yalandır. Ona elan edilən ittiham üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətmələri qismən onların özlərinin ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxs Qəbələ RPŞ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, Qəbələ rayonu Sırt Yengicə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2012-ci ildən Qəbələ RPŞ-nin PPXB-ün polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Qəbələ RPŞ-nin əməkdaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə Polis şöbəsinin “Chevrolet Niva minik” markalı ** AP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində xidmətdə olmuşlar. Xidməti avtomobilinin içərisində “Xəzər inşaat” adlı tikinti materiallarının satışı mağazasının qarşısında dayanarkən həmin vaxtı sonradan tanıdığı Vəndam qəsəbə sakini Səxavət adlı şəxs idarə etdiyi ağ rəngli “Vaz 2107 minik” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlib orada dayanmış, sonra avtomobili arxa istiqamətə geri sürmüş və daha sonra avtomobili yüksək surətlə hərəkət etdirərək avtomobilin təkərlərini asfalt səth üzərində səs çıxarmaqla idarə edib həmin yerdən bir qədər aralı yolun sol tərəfində yerləşən Mərdan adlı şəxsə məxsus avtomobillərin təmiri sexinə daxil olmuşdur. Həmin vaxt Səxavətin idarə etdiyi avtomobilin ön sağ oturacağında bir nəfər azyaşlı oğlan uşağı da olmuşdur. Buna görə də onlar Səxavətin arxası ilə gedib həmin təmir sexinə daxil olub avtomobildən yerə düşüb ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun avtomobili yerində “eşdirməsinə” və yol hərəkəti qaydalarını kobud sürətdə pozmasına irad bildirmişlər. Bu zaman Səxavət onlara “mənə qarşı şərəfsizlik edirsiniz, sukasınız?” deyib təhqir etməyə başlamışdır. O da Səxavətə dediyi sözlərə “fikir” verməsini demiş, ancaq Səxavət aqressiv hərəkətlərini davam etdirmişdir. Səxavətin ağzından gələn kəskin qoxudan və hərəkətlərindən onun içkili olduğunu bilmiş, ondan içkili olub-olmadığını soruşduqda Səxavət içkili olduğunu etiraf etmişdir. Onlar da Səxavətə polis şöbəsinə gedib içkili olub-olmadığının dəqiqləşdirilməli olduğunu, içkili vəziyyətdə avtomobil idarə etməsinin qanunsuz olduğunu demişlər. Lakin Səxavət deyilənlərə məhəl qoymaraq Polis şöbəsinə getməkdən boyun qaçırmış, göstərişə tabe olmamış, əksinə onları təhqir etməyə başlamışdır. Həmin anda orada sexin içərisində olan Səxavətin qardaşı Eldəniz bu məsələnin ona heç bir aidiyyəti olmadığı halda onlara yaxınlaşıb “gedin, buradan rədd olun, sizin təzə rəisiniz buraya gələndən sonra qudurmusunuz, mən sizi və rəisinizi hərrəmirəm” sözlərini deməklə ümumlikdə polisləri təhqir etməyə başlamışdır. Həmin şəxslərin danışıqlarından və zahiri görünüşlərindən hər ikisinin sərxoş olduqları hiss olunmuşdur. Eldəniz və Səxavətin nalayiq ifadələrlə ümumilikdə polisləri və onları təhqir etdiyini görüb o Eldənizi, Zərərçəkmiş şəxs2 isə Səxavəti tutub xidməti avtomobillə polis şöbəsinə aparmaq istəmişlər. Bu zaman onlar hər ikisi və Eldənizin orada olan oğlu Dəniz üçü birlikdə müqavimət göstərərək onların əllərindən çıxmağa müvəffəq olmuşlar. Belə ki, Eldənizin orada olan oğlu Dəniz polis əməkdaşı Zərərçəkmiş şəxs2 üzərinə gəlib onu tutaraq “dartmağa” başlamış, qarşı tərəf üç nəfər, onlar isə iki nəfər olduqları üçün o, polis şöbəsinin növbətçi hissəsinə məlumat verərək kömək çağırmışdır. Bundan təxminən 7-8 dəqiqə sonra oraya qəsəbənin sahə rəisi Zərərçəkmiş şəxs3 gəlmiş və onlar birlikdə Səxavəti, Eldənizi və Dənizi avtomobillərə əyləşdirmək istədikdə həmin şəxslər yenidən aktiv müqavimət göstərmiş, Səxavət və Dəniz əl-qol hərəkətləri, Eldəniz isə yerdən daş parçaları götürərək onlara tərəf atmağa başlamışdır. Anidən onun atdığı daş parçalarından biri xidməti patrul avtomobilinin sağ qapısına dəyərək qapını əzmiş, eləcə də digər daşlardan biri sahə rəisi Rübailin şəxsi avtomobilinə dəymişdir. Həmçinin daş parçalarından biri onun göz nahiyəsinə dəyməklə zədələmişdir. Bundan əlavə Eldənizin ona fiziki zor tətbiq edərək yumruq-təpik zərbələri vurması nəticəsində sağ gözünün alt nahiyəsindən və bədəninin müxtəlif yerlərindən xəsarətlər almışdır. Hadisə vaxtı gözünə daş dəydikdən sonra o, Dənizə yaxınlaşıb onun əlində tutduğu, nə olduğunu dəqiq görmədiyi aləti ondan almaq istəmiş, gözündən qan axdığından və kəllə-beyin travması aldığından hərəkətləri tam yadında qalmamışdır. Ancaq Dənizin onları vurmasının qarşısını almaq üçün onu yerdən qaldırmağa çalışmış, əl və ayaq hərəkətləri ilə Dənizin onlara daş atmasının qarşısını almaq istəmişdir. Bu üsulla özünü və polis əməkdaşların həmin şəxsin zorakılığından qoruyub Dənizin hərkətlərini davam etdirməsinə mane olmağa çalışmışdır. Bundan başqa hadisə yerinə Rübaildən 10 dəqiqə sonra onun köməkçisi polis baş serjantı Zərərçəkmiş şəxs4 gəlmiş və onlar birlikdə hadisə yerinə gəlmiş YPX-nin əməkdaşları Nurlan və İbrahimin köməkliyi ilə həmin şəxsləri rayon polis şöbəsinə gətirib təhvil vermişlər. O, Anar və Rübail Təqsirləndirilən şəxs2 Rübailə məxsus “Niva” markalı avtomobilə mindirib polis şöbəsinə gətirərkən yolda Səxavət onları söyərək təpiklə vurmuşdur. Hadisə zamanı bir neçə xəsarət almış, həmin xəsarətləri də ona Eldəniz yetirmişdir. Üstəlik onu hadisə zamanı və hadisədən sonra avtomobildə gedərkən Səxavət də bir neçə dəfə itələmişdir. Hadisə vaxtı gözündən zədə aldığından hər şeyi dəqiqliklə görə bilməmişdir. İlkin olaraq göz nahiyəsinə dəyən daş parçasının Eldəniz tərəfindən atıldığını ehtimal etsə də sonra göz nahiyəsinə dəyən daşın atılma istiqamətinin Dənizin dayandığı tərəf olduğunu xatırlamışdır. Dəniz özü də daha sonra polis şöbəsində onu daşla vurduğunu etiraf etmişdir. O, Dənizin azyaşlı olduğunu Qəbələ RPŞ-də öyrənmişdir. Çünki o fiziki görünüşünə görə yetkilik yaşına çatmış şəxsə bənzəyir. Hadisə vaxtı oraya təxminən 15-20 nəfərə qədər adam toplaşmışdır. Hadisə zamanı Eldənizə, Səxavətə və Dənizə qarşı qəsdən hər hansı bir fiziki zor tətbiq etməmiş və xəsarət yetirməmişdir. Lakin özünü müdafiə etmək məqsədilə onların zorakılığının qarşısını almaq üçün aktiv hərəkətlər etmişdir. Hadisə vaxtı azyaşlı olduğunu bilmədiyi, fiziki cəhətdən yetkin şəxsə bənzəyən Dəniz onu və digər şəxsləri daşla və əli ilə vurmuşdur. Üstəlik həmin şəxs mübahisənin başlanmasına səbəb olmuş və onu təhqir etmişdir. O da hisslərinə hakim ola bilməyib onun zorakılığının qarşısını almaq üçün Dənizə fiziki qüvvə tətbiq etmişdir. Dənizlə olan münaqişənin təfərrüatı yadında deyil, çünki gözündən və bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Daha sonra gözünün üstünə tikiş qoyulmuş və kəllə-beyin travması aldığı ortaya çıxmışdır. Həmin anda isə bütün sifəti və gözü qan içində olmuşdur. Həmin şəxsin onu və digər şəxsləri vurmaması, xəsarətlər yetirməməsi üçün bu hərəkətlərə yol verməklə özünü müdafiə etmişdir. Hadisə zamanı avtomobil təmiri sexinin iş fəaliyyəti tamailə dayanmışdır. Eldəniz və Səxavətin qanunsuz hərəkətləri təxminən 30-40 dəqiqə müddətdə davam etmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmayıb və onların qanuni şəkildə cəzalandırılmalarını xahiş edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs Qəbələ RPŞ-nin Konvoy hissəsi polis-nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 ifadə verərək bildirdi ki, xx.xx.2014-cü il tarixdən etibarən X18 xidmətdədir. Özü konvoy nəfəri olsa da uzun müddətdir ki, Post-patrul xidmətinə ezam olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində iş yoldaşı Post-patrul xidməti bölüyünün polis nəfəri Zərərçəkmiş şəxs1lə birlikdə xidməti avtomobillə patrul xidmətində olmuşlar. Xidməti avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 olmuş, o isə qabaq sağ tərəfdə sərnişin oturacağında oturmuşdur. Xidməti avtomobil Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində İsmayıllı rayonu istiqamətində yolun sağ kənarında hərəkətsiz vəziyyətdə olmuşdur. Həmin vaxt xidməti avtomobilin yanından ağ rəngli “Vaz 2107 markalı” avtomobil İsmayıllı rayonu istiqamətində gedərkən təxminən 100 metr məsafə irəliyə getdikdən sonra qarşıda dayanmış, ardınca isə həmin avtomobil geriyə doğru hərəkət edərək xidməti patrul avtomobilinin qarşısında dayanmışdır. Avtomobilin ön sərnişin oturacağında və arxa salon hissəsində biri azyaşlı olmaqla əlavə olaraq iki nəfər şəxsin olduğunu görmüşdür. Daha sonra “Vaz 2107 markalı” avtomobilin sürücüsü “qaz pedalını” sıxaraq manevr etməklə və asfalt örtüklü yolun üzərində təkər izləri qoymaqla sürətli şəkildə getmişdir. O, iş yoldaşı Zərərçəkmiş şəxs1lə birlikdə həmin avtomobilin arxası ilə gedərək Mərdan adlı şəxsə məxsus avtomobil təmiri sexinə daxil olmuş və həmin “Vaz 2107” markalı avtomobilin arxa hissəsində xidməti avtomobili saxlamışlar. Həmin “Vaz 2107” markalı avtomobilin sürücüsü öz avtomobilindən yerə düşmüş və onların yanına yaxınlaşmışdır. Onun hərəkətlərindən açıq-aşkar spirtli içki qəbul etdiyi və ağır sərxoş olduğu hiss olunmuşdur. Bu zaman o, və Zərərçəkmiş şəxs1 avtomobildən düşərək sonradan adının Səxavət olduğunu bildikləri şəxsə özlərini təqdim edib nə üçün həmin formada avtomobili idarə etdiyini və yol hərəkəti qaydalarını niyə pozduğunu soruşmuşlar. Səxavət isə onlara “sukasınız, gedin işinizlə məşğul olun, siz kimsiniz?” demiş və daha sonra onların ünvanına təhqiramiz ifadə işlətmişdir. Bu zaman onlar həmin şəxsdən spirtli içkinin təsiri altında olub-olmadığını soruşmuş, Səxavət də sərxoş olduğunu etiraf etmişdir. Onlar isə Səxavətə polis şöbəsinə getməli olduğunu, spirtli içki içməsi ilə bağlı müayinədən keçirilməsinin vacibliyini bildirmişlər. Səxavət buna etiraz etmiş və heç bir yerə getməyəcəyini bildirmişdir. Onlar Səxavəti məcburi avtomobilə mindirmək istədikdə Səxavət əlləri ilə onları itələmişdir. Daha sonra həmin sexlərin birindən Səxavətin qardaşı, adı sonradan ona məlum olan Eldəniz onlara yaxınlaşmış, onların ünvanına ucadan nalayiq ifadələr işlətməyə başlamış, onlara “yeni rəisiniz gəldikdən sonra qudurmusuz, mən sizi hərləmirəm” demişdir. Onlar həm Eldənizi, həm də Səxavəti dəfələrlə nizam-intizama dəvət etmişlər. Bu zaman isə həmin avtomobil təmiri sexində işləyən digər ustalar öz işlərini dayandıraraq Eldəniz və Səxavətin hərəkətlərini müşahidə etməyə başlamışlar. O və Zərərçəkmiş şəxs1 Səxavətin sərxoş şəkildə avtomobil idarə etməsinin, eləcə də onun ucadan nalayiq ifadələr işlətməsinin qarşısını almaq məqsədilə onu nizam-intizama təkrar dəvət edərək hərəkətlərinin qanunsuz olduğunu bildirmişlər. Lakin Eldəniz və Səxavət həmin sözlərə məhəl qoymadan onların üzərinə gəlməyə başlamışdır. İlk öncə Səxavət onun qolundan tutaraq itələməyə başlamış, bundan sonra o, yenə də Səxavətə xidməti avtomobilə əyləşməsini demişdir. Səxavət isə onların qanuni tələblərinə tabe olmamış və əksinə olaraq onların ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Bu zaman isə yaxınlıqda olan Eldəniz onlara hücum edib onu əli ilə itələyərək vurmağa başlamışdır. Onları avtomobilə əyləşdirib polis şöbəsinə aparmağa çalışsalar da buna nail ola bilməmişlər. Bundan sonra Zərərçəkmiş şəxs1 xidməti avtomobilə əyləşmiş və stasionar rabitə vasitəsi ilə əlavə kömək çağırmış və az sonra həmin yerə sahə rəisi Zərərçəkmiş şəxs3 gəlmişdir. Onlar üçü birlikdə həmin şəxsləri sakitləşdirmək və xidməti avtomobilə əyləşdirərək polis şöbəsinə aparmağa çalışsalar da bir faydası olmamışdır. Sonra həmin şəxslər istiqamətindən onlara daş atılmış, daha sonra isə daşın biri Zərərçəkmiş şəxs1 göz nahiyəsinə dəymişdir. O, Hünərin qaş nahiyəsindən qan axmağa başladığını görmüşdür. Həmin şəxslər əl və ayaq zərbələri ilə onu, Hünəri və Rübaili vurmağa başlamışlar. Eldənizin vurdğu zərbələrdən biri onun sağ qulağına dəymişdir. O və Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 vəziyyətini, eyni zamanda həmin şəxslərin qarşısını başqa vasitə ilə ala bilməyəcəklərini görüb xidməti avtomobildə olan rezin dəyənəkləri götürmüş, həmin şəxslərə fiziki qüvvə tətbiq edib sakitləşdirməyə çalışmışlar. Onları avtomobilə əyləşdirmək istədikdə hətta həmin şəxslər avtomobilin işıq sistemini də zədələmiş və avtomobildən düşmüşlər. Təqribən 10 dəqiqə sonra hadisə yerinə sahə rəisinin köməkçisi Zərərçəkmiş şəxs4 gəlmiş, Eldəniz və Səxavət ona da müqavimət göstərmişlər. Bu zaman onlar Eldəniz və oğlu Dənizi çətinliklə oraya yeni gəlmiş Yol Patrul Xidmətinin avtomobilinə, Səxavəti isə Rübailə məxsus “Niva” markalı avtomobilə əyləşdirib polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Qeyd olunan hadisə zamanı Eldəniz adlı şəxs onun sağ qulaq nahiyəsindən bir dəfə yumruqla vurmuş və dəfələrlə onu itələmişdir. Həmçinin Səxavət də onu itələmiş və yaxasından tutub dartmışdır. Üzərində xəsarətlər yaranmışdır. Onlar həmçinin polis əməkdaşları Hünərə, Rübailə və Anara da xəsarətlər yetirmişlər. Hadisə nəticəsində Hünərin sifəti qan içində olmuş, xidməti uniforması cırılmış, Rübail isə əlindən xəsarət almışdır. O, hadisə vaxtı Səxavət, Eldəniz və Dəniz adlı şəxslərə xəsarət yetirməmiş, sadəcə olaraq onların qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədi ilə rezin dəyənəkdən istifadə etmiş və fiziki qüvvə tətbiq etməklə yol patrul xidmətinin avtomobilinə əyləşdirmişdir. Hadisə zamanı həmin şəxslərin üçü də ünvanlı və ünvansız şəkildə ucadan nalayiq ifadələr işlətmiş, hadisə nəticəsində avtomobil təmiri sexində işləyən şəxslər öz işlərini yarımçıq qoyaraq Eldəniz, Səxavət və Dənizin qanunsuz hərəkətlərini müşahidə etmiş və təmir sexinin fəaliyyəti dayanmışdır. Həmin vaxt hadisə yerində avtomobil təmiri sexində işləyən 5-6 nəfər usta da olmuşdur. Münaqişə zamanı hadisələr çox tez cərəyan etdiyindən o hər şeyi dəqiqliklə görə bilməmişdir. Daşın atılma anını görməmiş, lakin daşın Elədinizin olduğu tərəfdən atıldığını görmüşdür. Ola bilsin, həmin daşı Dəniz atmışdır, lakin daşı dəqiq kimin atdığını görməmişdir. Eldəniz və Səxavətin hadisə zamanı hər hansı silahdan və silah qismində istifadə edilə biləcək predmetdən istifadə etdiyini görməmişdir. Səxavət, Eldəniz və Eldənizin oğlu Dənizin hadisə zamanı polis əməkdaşlarının onları döyməsi ilə bağlı göstərdikləri xüsusatlar yalandır. Hazırda təqsirləndirilən şəxslərlə barışmayıb və onların qanuni şəkildə cəzalandırılmalarını xahiş edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs Qəbələ RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Zərərçəkmiş şəxs3 ifadə verərək bildirdi ki, 2012-ci il tarixdən etibarən X18 xidmətə qəbul olunmuş, hazırda Qəbələ rayon polis şöbəsinin İTB-nin sahə rəisi vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində xidməti ərazisi olan Qəbələ rayonunun Vəndam qəsəbəsinin ərazisində olmuşdur. Həmin vaxt polis şöbəsinin növbətçi hissəsindən ona zəng edib Mərdan adlı şəxsə məxsus avtomobillərin təmiri sexində PPXB-nün əməkdaşları ilə vətəndaşlar arasında mübahisə yarandığını demişlər. Buna görə o, PPXB-nün əməkdaşı Zərərçəkmiş şəxs1 zəng vuraraq orada nə baş verdiyini soruşarkən Zərərçəkmiş şəxs1 bir neçə şəxsin onların göstərişlərinə tabe olmayaraq müqavimət göstərdiklərini, oraya gəlməli olduğunu ona demişdir. Buna görə də o, özünə məxsus “Niva minik” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin yerə getmiş, oraya çatanda Qəbələ rayonunun Vəndam qəsəbə sakinləri Eldənizin, onun qardaşı Səxavətin və Eldənizin oğlu Dənizin polis əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la mübahisə edib nalayiq ifadələr işlətməklə onlara əl-qol hərəkətləri etdiklərini görmüşdür. O, avtomobilindən yerə düşüb yaxınlaşaraq onları sakitləşdirmək istəmiş, həmin vaxt Eldəniz və Səxavətin zahiri görünüşlərindən və hərəkətlərindən sərxoş olduqlarını hiss etmişdir. Bu zaman Eldəniz üzərinə gəlib ona qarşı əl-qol hərəkətləri edib onu yumruqla vurmaq istədikdə Eldənizin əlindən tutub zərərsizləşdirmək üçün onu tutub saxlamaqla, köməkçisi sahə polis nəfəri Zərərçəkmiş şəxs4 zəng vurub hadisə yerinə çağırmışdır. Sonra Eldəniz əlindən dartınıb çıxaraq təpiyi ilə sol əlinə bir zərbə vurmuşdur. Həmin anda kimsə onlara tərəf daş atmağa başlamış, o, daşları Dənizin atdığını güman etmişdir. Atılan daş parçalarından biri onun avtomobilinin sol qapısına, həmçinin PPXB-nün xidməti avtomobilinə dəyərək zədələmişdir. Həmçinin atılan daş parçasından biri polis nəfəri Zərərçəkmiş şəxs1 sol gözünə dəyərək ona xəsarət yetirmişdir. O, Eldənizə yaxınlaşıb yenidən onu zərərsizləşdirmək istədikdə Eldəniz əli ilə onun avtomobilinin sağ qapısına vurub zədələmişdir. Həmin vaxt polis əməkdaşları Hünər və Elçin isə Səxavətlə Dənizi zərərsizləşdirərək avtomobilə əyləşdirməyə çalışmışlar. Onlar xidməti avtomobildə olan rezin dəyənəyi götürərək Səxavət və Eldənizi çətinliklə sakitləşdirmişlər. O, sahə polis nəfəri Zərərçəkmiş şəxs4la birlikdə Səxavəti sakitləşdirib özünə məxsus maşına mindirmiş, onun yanına isə Hünər əyləşmişdir. Eldəniz və oğlu Dənizi isə hadisə yerinə gələn polis şöbəsinin YPXB-nin əməkdaşları birlikdə YPX-nin avtomobilinə əyləşdirmişlər. Səxavət “Niva markalı” avtomobilə mindikdən sonra onları söymüş və ayağı ilə vurmuşdur. Səxavəti sakitləşdirib Qəbələ RPŞ-nə gətirmiş və növbətçi hissəyə təhvil vermişlər. Hadisə zamanı sol qolundan və sol əlindən xəsarətlər almış, həmin xəsarətləri ona Eldəniz yetirmişdir. Həmçinin maşında olarkən Səxavət onu təpiklə və əli ilə də vurmuşdur. Hadisə baş verən zaman orada təxminən 10-15 nəfər avtomobil ustası olmuşdur. Hadisə zamanı Eldənizi, Səxavəti və Eldənizin oğlu Dənizi vurmamış və xəsarət yetirməmişdir. Sadəcə onları sakitləşdirmək üçün fiziki güc və dəyənək istifadə etmişdir. O, hadisə yerinə gəldikdən sonra mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Eldəniz və Səxavətin hadisə zamanı hər hansı silahdan və silah qismində istifadə edilə biləcək predmetdən istifadə etdiklərini görməmişdir. Hadisə zamanı polis əməkdaşlarının Səxavət, Eldəniz və Dəniz Ağayevləri döyməsi ilə bağlı xüsusatlar yalandır. Polis əməkdaşları sadəcə onları nizam-intizama dəvət edib, sakitləşmədiklərini və polisləri vurduqlarını görüb onlara fiziki güc və dəyənək tətbiq etmişdir. Çünki həmin şəxslər onlara və ətrafdakılara təhlükə yaratmaqla polis əməkdaşlarının qanuni əmrlərinə tabe olmamışlar. Hazırda təqsirləndirilən şəxslərlə barışmayıb və onların qanuni şəkildə cəzalandırılmalarını xahiş edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs Qəbələ RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs4 Səfa oğlu ifadə verərək bildirdi ki, 2012-ci ildən etibarən X18 xidmət edir. 2023-cü ilin avqust ayından Qəbələ rayon polis şöbəsinin İTB-nin sahə polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsində xidmətini davam etdirir. xx.xx.2023-cü il tarixdə təxminən saat 16:45 radələrində xidməti ərazisi olan Vəndam qəsəbəsində xidmətdə olan zaman Qəbələ RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı Zərərçəkmiş şəxs3 ona zəng edərək Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində yerləşən Mərdan adlı şəxsin avtomobil təmiri sexinə gəlməli olduğunu, orada 2 nəfər vətəndaşın onlara hücum etdiyini bildirmişdir. O da dərhal özünə məxsus “Lada Priora minik” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qeyd olunan avtomobil təmiri sexinə getmişdir. Avtomobilindən düşən zaman adları sonradan ona məlum olan Səxavət, Eldəniz və onların yanında olan Dəniz adlı şəxslərin polis əməkdaşları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və sahə rəisi Zərərçəkmiş şəxs3la əlbə-yaxa münaqişə etdiklərini, polis əməkdaşları onları nizam-inztizama dəvət etsələr də həmin şəxslərin buna məhəl qoymadıqlarını, Eldənizin, Səxavətin və Dənizin ucadan ümumilikdə orada olan polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söydüklərini, Zərərçəkmiş şəxs1 sol qaş nahiyəsindən qan axdığını görmüşdür. O, Eldənizi, Səxavəti və Dənizi nizam-intizama dəvət edərək sakitləşdirməyə çalışmış, onlara həmin ərazinin ictimai yer olduğunu bildirərək qanunsuz hərəkətlərinə son qoymalarını tələb etmişdir. Lakin onlar polisin qanuni göstərişlərinə məhəl qoymamış və aqressiv hərəkətlərini davam etdirmişlər. Həmin vaxt Eldənizin polis əməkdaşı Rübailin üzərinə getdiyini görüb o, Eldənizi arxadan tutaraq sakitləşməsini tələb etmiş, lakin Eldəniz polisin ünvanına nəlayiq ifadələr işlədərək qanunsuz hərəkətlərinə davam etmişdir. O, Eldənizi tutub saxlamış, Eldəniz onun əlini dişlədiyindən məcbur olub onu buraxmışdır. Daha sonra Eldəniz sahə rəisi Zərərçəkmiş şəxs3 “Niva” markalı avtomobilinin “bel hissəsinə” əli ilə vurmuş və avtomobilə maddi ziyan yetirmişdir. Bundan sonra həmin əraziyə yol patrul xidməti əməkdaşları Şahid6 və Şahid7 gəlmiş və o, Şahid7 köməyi ilə Təqsirləndirilən şəxs1 YPX-nin avtomobilinə əyləşdirmişdir. Sonra Rübail və Hünərlə birlikdə Səxavəti Rübailin “Niva” markalı avotomobilinə çətinliklə əyləşdirmiş, avtomobilə əyləşərkən və avtomobilin içərisində olarkən Səxavət oturduğu arxa oturacaqdan da onları ayağı ilə vuraraq söymüşdür. Onlar Səxavəti sakitləşdirib Qəbələ rayon Polis şöbəsinə gətirib növbətçi nissəyə təhvil vermişlər. Qeyd olunan hadisə zamanı Səxavəti, Eldənizi və Dənizi vurmamış və hər hansı xəsarət yetirməmişdir. Onların qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədi ilə fiziki qüvvə tətbiq etməklə yol patrul xidməti avtomobilinə əyləşdirmişdir. Hadisə zamanı Eldəniz onun sol əlinin orta barmağnı dişləmiş, həmçinin Səxavət də onu itələmiş və avtomobildə olarkən də təpiklə vurmuşdur. Hadisə zamanı Səxavət, Eldəniz və Dəniz ünvanlı və ünvansız şəkildə ucadan nalayiq ifadələr işlətməklə polis əməkdaşlarına hədə qorxu gəlmişlər. Hadisə zamanı yaxınlıqda avtomobil təmiri sexində işləyən 5-6 nəfər usta olmuşdur. Eldəniz, Səxavət və Dəniz polis əməkdaşı Zərərçəkmiş şəxs3 avtomobilinə və polisin xidməti avtomobilinə zədə yetirməklə maddi ziyan vurmuşlar. Eldəniz və Səxavətin hadisə zamanı hər hansı silahdan və silah qismində istifadə edilə biləcək predmetdən istifadə etdiyini görməmişdir. O, hadisə zamanı Eldənizin avtomobilə daşa bənzər əşya ilə zədə yetirdiyini ehtimal etsə də, sonradan Eldənizin maşına daşla deyil, əli ilə xəsarət yetirdiyini xatırlamışdır. Eldəniz, Səxavət və Dənizin qanunsuz hərəkətləri təxminən 20-30 dəqiqə davam etmişdir. Hadisə nəticəsində avtomobil təmiri sexlərinin iş fəaliyyəti dayanmış və sexdə işləyən şəxslər öz işlərini yarımçıq qoyaraq Eldəniz, Səxavət və Dənizin qanunsuz hərəkətlərini müşahidə etmişlər. Hazırda iş üzrə zərərçəkmiş şəxs olaraq təqsirləndirilən şəxslərlə barışmayıb və onların qanuni şəkildə cəzalandırılmalarını xahiş edir. Şahid1 Ağarıza oğlu ifadə verərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdi və bildirdi ki, onun özünə məxsus avtomobil təmiri servisi vardır. Həmin servisdə bir neçə təmir sexi və mağaza fəaliyyət göstərir. Özü də həmin servisdə çilingər işləyir. Təqsirləndirilən şəxsləri tanıyır, normal münasibəti vardır. Polis əməkdaşları ilə tanışlığı yoxdur. Hadisə baş verən vaxt Eldəniz sexə avtomobil düzəltdirməyə gəlmişdi, amma onun gəldiyi vaxtı dəqiq xatırlamır. O gələndə səs-küy olmamışdı. Səxavətin isə ora gəldiyini sexin içindən görmüşdür, o gələndə də səs-küy və dava-dalaş olmayıb. Onun işlədiyi təmir sexi hadisə olan yerdən təxminən 25-30 metr aralıdadır. Hadisə olan vaxt o, təmir sexinin içində olmuşdur. Dava-dalaş və söyüş səsi eşidib çölə çıxmışdır. Birinci dəfə mübahisə olanda Eldəniz və Səxavət birlikdə olmuşlar. Dava-dalaş böyüyəndən sonra isə Eldəniz orada tək olmuşdur. O, polis əməkdaşı Hünərlə əlbəyaxa olmuş, sonra polislərə kömək gəlmişdir. Onlar arasında əlbəyaxa dava-dalaş olmuş, yıxılıb-durmuşlar. Polis əməkdaşları onları sakitləşdirmək istəmişdir. Mübahisənin hansı səbəbdən düşdüyünü bilmir. O, təmir sexinin içərisində işlədiyinə görə içəri girib-çıxmışdır. Birinci dəfə çıxanda polis əməkdaşlarının Eldənizi avtomobilə əyləşdirmək istədiklərini görmüş, ikinci dəfə çölə çıxanda isə polis əməkdaşı Hünərin üzünün qan olduğunu görmüşdür. O, daş atanların kim olduğunu görməmişdir. Ətrafda olan şəxslərdən Hünəri kimin vurduğunu soruşduqda onu Eldənizin oğlunun vurduğunu demişlər. Həmin uşaq Hünəri vurandan sonra ara bir az sakitləşmişdir. Uşağın polis əməkdaşını vurduğunu özü görməmişdir. Daha sonra polis əməkdaşlarının həmin uşağı avtomobilə əyləşdirmək istədiklərini görmüşdür. O kiminsə vurulduğunu görməmiş, ancaq söyüş eşitmişdir. Bir qədər sonra hadisə yerinə Eldənizin atası gəlmiş, o gəldikdən sonra Eldənizgil bir az sakitləşmişlər. Polis əməkdaşları onları avtomobilə əyləşdirmişlər. Onların polis əməkdaşlarını vurduqlarını görməmişdir. Eldənizgili də kim vurduğunu və yıxdığını görməmişdir. Dava təqribən 25-30 dəqiqə çəkmişdir. “Niva” markalı maşına daş və dubinka dəyməsi səsini 1-2 dəfə eşitmişdir. Təqsirləndirilən şəxslər müqavimət göstərmişlər. Əsas müqavimət göstərən Eldəniz olmuşdur. Onlarda xəsarət görməmişdir. Vaxt çox keçdiyindən bəzi şeyləri xatırlamır. Şahid4 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə avtomobilini təmir etdirmək üçün təmir sexində olmuşdur. Hadisə təxminən saat 16 radələrində başlamışdır. Həmin vaxt o, avtomobil ustası ilə birlikdə təmir sexinin içərisində olmuş, çöldən qarışıq səslər gəldiyini eşitmiş, lakin kimin səsi olduğu ona aydın olmamışdır. Çölə çıxanda görmüşdür ki, Eldəniz və Səxavət iki nəfər polis əməkdaşı ilə sözlü mübahisə edir. Sonra təmir sexinin içərisinə qayıtmış, təkrarən səsə çıxanda görmüşdür ki, onlar artıq dalaşırlar. Sonradan oraya 2 nəfər də polis əməkdaşı gəlmişdir. Dava-dalaş toplu şəkildə olduğundan o, kiminkimi vurduğunu görə bilməmişdir. Mübahisənin ona aidiyyəti olmadığına görə qarışmayıb. Onların əlində daş və ya digər əşya görməmiş, eyni zamanda avtomobillərin əzildiyini də görməmişdir. Dava-dalaş təqribən 40-45 dəqiqə çəkmişdir. Hadisə zamanı orada o, 7-8 avtomobil təmiri ustası və 1-2 nəfər tanımadığı başqa şəxs olmuşdur. Münaqişəyə başqa şəxslər müdaxilə etməmişlər. O ümumiyyətlə kimlərinsə bir-birlərini vurduğunu görməyib. O, təmir sexinin içərisindən çölə çıxanda polis əməkdaşının birinin sifətində qan görmüşdür. O, Eldəniz və Səxavətin təmir sexinə nə vaxt gəldiklərini görməmişdir. Əvvəl sexdə xuliqanlıq və səs-küy olmamış, daş atan şəxsi və polis əməkdaşlarına xəsarət yetirən şəxsi görməmişdir. Şahid4 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilərkən o etiraz edərək istintaqda ifadəsinin dəyişdirildiyini, “Eldənizin oğlunun polisi daşla vurmasını görmüşəm” demədiyini, “sonradan eşitdim” dediyini bildirdi. Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdi və bildirdi ki, servisdə “təkər ustası” kimi çalışır, sex özünə məxsusdur. Eldəniz və Səxavəti rayon adamı kimi tanıyır. Hadisənin baş verdiyi vaxt sexdə işləmiş, çöldən səs-küy eşitmişdir. Ona aidiyyəti olmadığından yaxından maraqlanmamışdır. Hadisə çoxdan olduğundan həmin vaxt olanlar yadından çıxıb. Münaqişə vaxtı gördüklərini istintaqda verdiyi ifadəsində demişdir. Hadisə vaxtı orada 2 nəfər polis əməkdaşı, Eldəniz və Səxavət olmuşdur. Bəlkə də orada başqa kimlərsə olub, ancaq xatırlamır. Dəniz adlı uşağın daş atdığı yadında deyil. Hadisədən çox şey yadında qalmayıb. Əgər istintaq vaxtı ifadəsində “görmüşəm” deyibsə, deməli görmüşdür, yox əgər əksini deyibsə onu təsdiq edir. Dava-dalaş vaxtı Eldəniz və Səxavətin əlində daş görməmişdir. Polisdə verdiyi ifadəsini tam təsdiq edir. Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Eldəniz sexə avtomobil düzəltdirməyə gəlmişdi. Səhər gətirib avtomobili onun yanına qoymuş, 2-3 dəfə ehtiyat hissəsi (salnik) almağa getmişdir. O, Eldənizdə sərxoşluq hiss eləməmişdir. Səxavətdə bir az sərxoşluq hiss olunmuşdur. Hadisə olan vaxt təmir sexində işləmiş, səsküy olduğuna görə çölə çıxmışdır. Təmir sexində olan avtomobillər qarşısını kəsmişdir. Mübahisə edən şəxslərin “dartışdığını” görmüşdür. Sonra o Mərdan adlı şəxsi çağırmışdır ki, onları aralasınlar. Əvvəl orada iki polis əməkdaşı olmuşdur, polis əməkdaşının sifətindən qan axdığını sonradan görmüşdür. Onlar söyüş söyürdülər. Polislərin söyüş söydüyünü eşitməyib. O mübahisə edən şəxslərin bir-birlərini vurduqlarını görməyib. Polis əməkdaşları Eldənizgili avtomobilə zorla əyləşdirirdilər. Orada təxminən 7-8 şəxs olmuşdur, onlar təmir sexinin işçiləri olub. Uşağın orada daş atdığını görməmişdir. Orada çox qarışıqlıq olmuşdur. O, hadisə yerində kiminsə daş atdığını görməyib. Polis əməkdaşları təmir sexinə gələnədək orada münaqişə olmamışdır. Eldənizin təpiklə “Niva” markalı avtomobilə vurduğunu görməmişdir. Dava-dalaş təxminən 20-30 dəqiqə çəkmişdir. Şahid5 ifadə verərək bildirdi ki, Eldəniz və Səxavəti hadisədən sonra tanımışdır. Münaqişə olan vaxt o təmir üçün gəlmiş avtomobilə “sürətlər qutusu” yerləşdirdiyinə görə təmir sexinin içərisində olmuşdur. Hadisədən xatırladığı təmir sexinin içərisindən çölə çıxanda qarşıdurmanın olduğunu görməsidir. O, polis əməkdaşlarının vətəndaşı xidməti avtomobilə əyləşdirməyə çalışdıqlarını, vətəndaşın isə müqavimət göstərdiyinin şahidi olmuşdur. Orada olanların bir-birlərini vurduqlarını görməmişdir. Polis əməkdaşları 3-4 nəfərdən çox olmuşdur. Şahid5 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilərkən o etiraz edərək istintaqda verdiyi ifadəsinin bəzi hissələrinin düzgün yazılmadığını, ifadəsini dəqiqləşdirərək Eldəniz və Səxavətin daş atdıqlarını görmədiyini, Eldənizi əvvəldən tanımadığını, kiminsə başının yarıldığını görmədiyini qeyd edərək dəqiq xatırlamadığı iki nəfər vətəndaşın üzündə qan olduğunu gördüyünü, istintaqda verdiyi ifadəsini oxuyub imzaladığını bildirdi. Şahid6 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olduğu zaman PPX-nin əməkdaşları onları köməyə çağırmışlar. Onlar avtomobillərin təmiri sexinə çatdıqda polis əməkdaşlarının orada olduğunu, dava-dalaşın sakitləşdiyini görmüşlər. Polis əməkdaşlarından birinin üzü qanlı olmuşdur. Sonradan Eldənizin oğlu olduğunu bildiyi şəxsin polis əməkdaşlarından biri ilə sözlü mübahisə etdiyini görmüşdür. Eldəniz və oğlu könüllü şəkildə onların xidməti avtomobilinə əyləşmişlər. Xidməti avtomobildə yol gedərkən Eldəniz ani hərəkətlər etmiş, əlini qapıya, pəncərəyə atmış, ünvansız söyüşlər söymüşdür, bu hərəkətlərindən onun “içkili” oduğunu hiss eləmişdir. Onların xidməti avtomobilləri çöldən sürəti ölçür, lakin içəridə olan səsi yazmır. Onlar səs yazılarını üzərlərində olan qurğu vasitəsi ilə qeyd edirlər. Hadisə vaxtı həmin səsyazma qurğusu aktiv olmayıb. Eldəniz ümumi olaraq polisin ünvanına söyürdü. Avtomobil idarə edən sürücü əgər şübhə doğursa (sərxoşluq, oğurluq və s.) PPX-nin əməkdaşları onu təqib edərək YPX-nin əməkdaşını çağırmalıdır. Onlar da təlimata uyğun olaraq “avtoxuliqanlıq” edən sürücünü müəyyən məsafədən təqib edə bilərlər. PPX-nin əməkdaşlarının sürücünü təqib etməkdə haqlı olub-olmadıqlarını deyə bilməz. Hadisədən xeyli vaxt keçdiyindən çox şeyi xatırlamır. Yadında qalan odur ki, onlar çatanda sakitlik olmuş, Eldəniz və onun bildiyinə görə az yaşlı oğlunun polis əməkdaşı Rübaillə söhbət etdiklərini görmüşdür. O, Səxavəti orada görməmişdir, əgər ona yol hərəkətini pozduğuna görə protokol yazıbsa da yadında deyil. Əgər yazılıbsa sistemdə var. Gün ərzində onlarla sürücü ilə təmasda olduğuna görə xatırlamır. Şahid7 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, zərərçəkmiş şəxsləri tanıyır, təqsirləndirilən şəxsləri hadisədən sonra tanımışdır. Xidmətdə olan zaman xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində məlumat daxil olmuşdur. İlkin olaraq növbətçi hissəyə məlumat verilib, növbətçi hissə də öz növbəsində onları hadisə yerinə yonləndirmişdir. Onlar qeyd edilən ünvana çatdıqda dava-dalaşın olmadığını görmüşlər. Hadisə yerində Səxavəti görmüşdür, ancaq onun xəsarəti olmayıb. PPX-nin avtomobilinin dam hissəsində “yumruq boyda” əzik olduğunu görmüşdür, həmin “əziyin” nə vaxt yarandığını bilmir. Orada olan şəxslərdən avtomobilə daş atıldığını eşitmişdir. Hadisə baş verən ərazi daşlıq ərazidir. Polis əməkdaşı Zərərçəkmiş şəxs1 üzündən qan axdığını görmüş, bu barədə ondan soruşduqda Hünər daşla vurulduğunu demişdir. Həmin vaxt Eldənizin üzündə qan və ya xəsarət görməmişdir. Onlar Eldəniz və onun oğlunu xidməti maşına əyləşdirib polis şöbəsinə aparmışlar. Eldəniz yolda bir qədər aqressiv olmuş, ümumi olaraq polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Avtoxuliqanlıq inzibati xəta tərkibini yaradır, buna avtomobilin idarə edilməsi səviyyəsinə uyğun olaraq yerdə təkər izlərinin yaranması, təkər qaldırma və s. aid edilir. Əvvəl orada olmadığından Səxavətin belə hadisə törətdiyini görməmişdir. Xidməti avtomobildə videogörüntü və səs yazısı qeyd olunur, 31 gün müddətində saxlanılır. Hazırda həmin hadisə ilə bağlı video-görüntü yoxdur. Cinayət törətmiş şəxsin avtomobilini xüsusi xidmət orqanının göstərişi əsasında təqib edə bilərlər. Əgər sürücü inzibati xəta törədərsə PPX-nin əməkdaşı bununla bağlı onu saxlayıb, YPX-nin əməkdaşına məlumat verməlidir, təqib edə bilməz. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən istintaq qrupunun yaradılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin mürəkkəbliyi, təxirəsalınmaz istintaq hərəkətlərinin aparılmasının zəruriliyi nəzərə alınaraq, həmçinin cinayət işinin bir neçə istintaq orqanına, yəni Prokuroluq və Daxili İşlər Nazirliyinə aid olması müəyyən edildiyindən, ibtidai istintaqın hərtərəfli, tam, obyektiv aparılması üçün Qəbələ rayon prokurorluğunun və RPŞ-nin müstəntiqindən ibarət istintaq qrupu yaradılmışdır. (Bax- İİİ cild iş vər: 193-194) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2, 221.3 və 315-ci maddələrindən həmin Məcəllənin 221.2.1, 221.2.2 və 315-ci maddələrinə tövsif edilmişdir. (Bax - İV cild iş vər: 31-34) Qəbələ Rayon Məhkəməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 4(025)-13/2023 saylı qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. (Bax İ cild iş vər: 173-175) Qəbələ Rayon Məhkəməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 4(025)-14/2023 saylı qərarından görünür ki, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (Bax İ cild iş vər: 176-179) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli 414 və 415 nömrəli sərxoşluq hallarının tibbi müayinə protokollarından görünür ki, Təqsirləndirilən şəxs2 həmin vaxt orta dərəcəli alkoqol sərxoşluğu, Təqsirləndirilən şəxs1 isə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşlar. (Bax-İ cild iş vər: 07-08) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15 publik hüquqi şəxsin Qəbələ rayon şöbəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli 662 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində başın sağ qulaqarxası nahiyəsinin, sag qulaq seyvanının ön yuxarı və sağ əlin üst səthinin sıyrıqları, sağ əlin İ barmağının üst səthinin qançırı kimi xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərildiyi tarixdə, yəni 02 dekabr 2023-cü il tarixdə törənə bilər və həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir.(Bax-İİ cild iş vər: 158-159) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15 publik hüquqi şəxsin Qəbələ rayon şöbəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 685 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 Rəfail oğlunun bədəni üzərində sol əlin üst səthinin qançırı və sol dirsəyin sıyrığı kimi xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə, yəni 02 dekabr 2023-cü ildə törənə bilər və həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. (Bax-İİ cild iş vər: 165-166) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15 publik hüquqi şəxsin Qəbələ rayon şöbəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli 686 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində sol əlin ıv barmağının üst səthinin səthi əzilmiş yarası və başın arxa ənsə nahiyəsində yumşaq toxumanın əziyi kimi xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə, yəni 02 dekabr 2023cü ildə törənə bilər və həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir.(Bax-İİ cild iş vər: 168-169) Gəncə şəhər Narkoloji Dispanserinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli 2095 saylı və xx.xx.2024-cü il tarixli, 53 saylı ekspert rəylərindən görünür ki, keçirilən narkoloji-tibbi yoxlama zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etməmiş, narkomaniya xəstəliyindən əzab çəkmirlər, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacları yoxdur. (bax-İİ cild iş vər:150-151) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 819 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət hadisəsi törədərkən və ondan sonra hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir və keçirmir. O öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuş, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nın 21 və 22-ci maddələrin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. (Bax-İİİ cild iş vər: 118-122) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 801 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törədərkən və ondan sonra hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir və keçirmir. O öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuş, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nın 21 və 22-ci maddələrin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. (Bax-İİİ cild iş vər: 128-132) Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxs Qəbələ RMX publik hüquqi şəxsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 18-1-52/2-2111/2023 saylı məktubundan görünür ki, Qəbələ rayon sakinləri X19, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Qəbələ RMX-nin Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində heç bir xəstəliklə bağlı qeydiyyatda deyildirlər. (bax İİ cild- iş vər. 84) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-6/53 saylı “lifli materialların tədqiqi” ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli matira olunmuş kimyəvi liflər rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus olduğu qeyd edilən polis uniformasınm xüsusi geyimlərinin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş bozumtul göy rəngli təbii pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus olduğu qeyd edilən polis uniformasınm xüsusi geyimlərinin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qəhvəyi rəngli təbii pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Dəniz Ağayevə məxsus olduğu qeyd edilən jiletin səthi üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkibi liflərindən yoxdur.(bax-İİİ cild iş vər: 196-201) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, Qəbələ rayon polis şöbəsinə hadisədə iştirak edən polis əməkdaşlarının barəsində xidməti araşdırma aparılması barədə ünvanlanmış sorğuya RPŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Qəbələ rayon Vəndam qəsəbəsində baş vermiş hadisə ilə bağlı RPŞ-nin əməkdaşları polis baş leytenantı Zərərçəkmiş şəxs3 Rafayıl oğlu və polis baş serjantı Zərərçəkmiş şəxs4 barəsində xidməti yoxlama aparılmamış, qeyd olunan hadisə ilə bağlı RPŞ-də xidməti yoxlama aparılaraq, polis serjantı Zərərçəkmiş şəxs2 ciddi xəbərdarlıq edilmiş, azyaşlı Dəniz Ağayevə qarşı kobud hərəkətlərə yol verdiyinə görə isə polis serjantı Zərərçəkmiş şəxs1 DİO-da xidmətdən xaric edilmişdir. (Bax -İİİ cild iş vər: 52) Oğuz Rayon Məhkəməsinin sorğusu əsasında Qəbələ rayon polis şöbəsindən məhkəməyə göndərilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli 31389/Ə(ş/h)117 nömrəli əmrin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 X18 xidmətə yenidən qəbul edilərək Qəbələ rayon polis şöbəsində Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsinə təyin edilmişdir. Qəbələ rayon polis şöbəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli 3-13-89/Ə342/2023 nömrəli əmrinin surətindən görünür ki, Qəbələ rayon polis şöbəsinin 20 noyabr 2023-cü il tarixdə, işğaldan azad olunmuş ərazilərə ezam edilmiş əməkdaşlarının, xidməti bitirib şöbəyə qayıtdıqda üstbaşlarının qaydaya salmaları ilə əlaqədar olaraq rayon ərazisində ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə, Qəbələ şəhəri və Vəndam qəsəbəsində xx.xx.2023-cü il tarixdə bir günlük xidmətin təşkil edilməsi ilə əlaqədar olaraq Qəbələ RPŞnin MSY-nin polis serjantı Zərərçəkmiş şəxs2 Qəbələ rayon Vəndam qəsəbəsi ərazisinə xidmətə təyin edilmişdir. (Bax İİ cild iş vər: 82) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024cü il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs Ağayev X13 Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-nin 221.3-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunan cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmuşdur. (bax İİİ cild -iş vər: 184-185). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (bax İİİ cild -iş vər: 186-187). Qəbələ rayon İHB-nın Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin (nümayəndə İ.Bağırov) iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli,1254 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Ağayev X13 rayon Vəndam qəsəbəsində xx.xx.1980-ci il təvəllüdlü arvadı X6, xx.xx.2003-cü il təvəllüdlü qızı X17, xx.xx.2006-cı il təvəllüdlü qızı X10 və xx.xx.2009-cu il təvəllüdlü oğlu X19 ilə birlikdə qəsəbə ərazisində yaşayır, qəsəbə əhalisi ilə davranışları müsbət deyil, spirtli içkiyə meyillidir. (Bax İ cild- iş vər. 223-224) Qəbələ rayon İHB-nın Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin (nümayəndə H.Səfərəliyev) iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş xasiyyətnaməsindən görünür ki, Ağayev X13 rayon Vəndam qəsəbəsində yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Qəbələ rayon İHB-nın Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 1255 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Ağayev X14 rayon Vəndam qəsəbəsində xx.xx.1937-ci il təvəllüdlü atası X11, xx.xx.1978-ci il təvəllüdlü arvadı X12, xx.xx.2014-cü il təvəllüdlü qızı X23 və xx.xx.2009-cu il təvəllüdlü oğlu X22 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax İ cild- iş vər. 225-227) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixi) çıxarışın surətindən görünür ki, X6 xx.xx.2020-ci ildə X2 daxil olmuş, ona bronxial astma-qarışıq forma, hissəvi nəzarət olunan kəskinləşmə mərhələsi diaqnozu qoyulmuş, müalicəsinin davam etdirilməsi üçün həmin tarixdə MRX-nə göndərilmişdir. Milli Onkologiya Mərkəzinin xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən ambulator kartdan arayışından görünür ki, X11 xx.xx.2024-cü il tarixdə Mərkəzə giriş etmiş, ona yoğun bağırsaq karsinoması diaqnozu qoyulmuş, müxtəlif müayinələr aparılmaqla xx.xx.2024-cü ildə oradan buraxılmışdır. İş materiallarına əlavə edilmiş CD disklərə məhkəmə iclasında baxış keçirilmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Qəbələ Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən alınmış xx.xx.2024-cü il tarixli 18-152/3-2868/2024, 18- 152/3-2869/2024,18-152/3-2871/2024 nömrəli arayışlar, Qəbələ rayonu Vəndam qəsəbə İƏD-dən verilmiş xasiyyətnamə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış və ambulator kartdan arayış, Qəbələ rayonu Vəndam qəsəbə İƏD-dən alınmış xx.xx.2025-ci il tarixli 5-59-15/2-174/2025 nömrəli arayış və münaqişənin müəyyən hissəsini özündə əks etdirən 4(dörd) ədəd SD disk iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş bütün sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməsi tam sübuta yetir. Bu, onların özlərinin ifadələri ilə qismən, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və bütün iş materialları ilə tam təsdiq olunduğundan məhkəmə hesab edir ki, onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə tövsif edilmişdir. İş materiallarından göründüyü kimi törədilmiş əməlin Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə tövsifi və əməlin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Məhkəmə təqsirləndirilən şəxslərin özünü təqsirli hesab etməməsi və barələrində bəraət hökmünün çıxarılması barədə söylədiklərini özünü müdafiə kimi qiymətləndirir və məhkəmə araşdırması zamanı müəyyən edilənlərə uyğun olaraq onların barəsində ittiham hökmümün çıxarılmasını qanuna müvafiq hesab edir. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-nin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda, məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr tərəfindən təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında”, “X1 və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Presedentlərinin Tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli 5 saylı Qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X3 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslığını təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qutsardi İtaliyaya qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur, məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin azadlıqdan məhrum edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmamış bir övladının olmasını, habelə arvadının bronxial astma xəstəliyindən əziyyət çəkməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı övladının olmasını, habelə CM-nin 59.2-ci maddəsinə əsasən onkoloji xəstəlikdən əziyyət çəkən atasının, eləcə də yetkinlik yaşına çatmamış 2009-cü il təvəllüdlü övladının olmasını onun barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin olunacaq cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmadığını qeyd etməklə, eyni zamanda zərərçəkmiş şəxslərin ondan şikayətçi olmalarını, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə kifayət edən həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin ediləcək cəzaların qismən toplanması yolu ilə onun üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılaraq cəza çəkməsının başlanğıcı onun tutularaq həbsə alındığı xx.xx.2023cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmadığını qeyd etməklə, eyni zamanda zərərçəkmiş şəxslərin ondan şikayətçi olmalarını, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən şübhəli şəxs kimi tutulmaqla və barəsində sonradan ev dustaqlığı qətimkan tədbiri seçilməklə, hal-hazırkı günədək barəsində ev dustaqlığı qətimkan tədbirinin qüvvədə olduğu nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon prokurorluğunda “Maddi sübutlar” otağında saxlanılan maddi sübutlar: cinayət işi üzrə hadisə yerinə baxış və digər götürmə protokolları ilə götürülmüş 1 ədəd 14x9x5 sm ölcüdə cay daşının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli olması, polis serjantı Zərərçəkmiş şəxs1 hadisə vaxtı əyində olmuş sinə və çiyin hissələrində qanabənzər ləkələr olan qış gödəkçəsi, boyun hissəsində qanabənzər ləkələr olan uzunqol köynək, qara rəngli şalvar, polis baş leytenantı Zərərçəkmiş şəxs3 hadisə vaxtı əyində olmuş uzunqol üst geyimi və qara rəngli şalvar, polis baş serjantı Zərərçəkmiş şəxs2 hadisə vaxtı əyində olmuş qara rəngli uzunqol üst geyimi, uzunqol mavi köynək, qara rəngli şalvar, Təqsirləndirilən şəxs2 hadisə vaxtı əyində olmuş 01 ədəd üzərində “Zillionaire” yazısı olan, ön sağ və sol ayaq nahiyəsində qanabənzər ləkələr olan cins şalvar, hadisə zamanı Təqsirləndirilən şəxs1 əyində olmuş üzərində ”Bottelli” yazısı olan boz rəngli uzunqol jaket, 01 ədəd sol çiyin hissəsində qanabənzər ləkələr olan ağ rəngli mayka, 01 ədəd üzərində “Stefano Rıccı” yazısı olan boz rəngli cins şalvar və 01 ədəd boz rəngli, ön boyun hissəsində qanabənzər ləkələr olan, uzunqol alt istilik geyimi, hadisə zamanı şahid Dəniz Ağayevin əyində olmuş üzərində zədələr olan 01 ədəd tünd göy rəngli jiletin aidiyyəti üzrə təhvil verilməli olduğu nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak, mülki iddia və başqa məhkəmə xərclərinin olmadığı nəzərə alınmalıdır. İş üzrə olan 304 manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq müvafiq hesaba ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının CPM-nın 344-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə 1(bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 3(üç) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 3(üç) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəza çəkməsinin başlanğıcı onun tutularaq həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə 1(bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinərək 3(üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 4(dörd) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 1 il 2 ay 16 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2(iki) il 28(iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı Qəbələ rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon prokurorluğunda “Maddi sübutlar” otağında saxlanılan maddi sübut: cinayət işi üzrə hadisə yerinə baxış və digər götürmə protokolları ilə götürülmüş 1 ədəd 14x9x5 sm ölcüdə cay daşı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon prokurorluğunda “Maddi sübutlar” otağında saxlanılan maddi sübutlar: polis serjantı Zərərçəkmiş şəxs1 hadisə vaxtı əyində olmuş sinə və çiyin hissələrində qanabənzər ləkələr olan qış gödəkçəsi, boyun hissəsində qanabənzər ləkələr olan uzunqol köynək, qara rəngli şalvar, polis baş leytenantı Zərərçəkmiş şəxs3 hadisə vaxtı əyində olmuş uzunqol üst geyimi və qara rəngli şalvar, polis baş serjantı Zərərçəkmiş şəxs2 hadisə vaxtı əyində olmuş qara rəngli uzunqol üst geyimi, uzunqol mavi köynək, qara rəngli şalvar, Təqsirləndirilən şəxs2 hadisə vaxtı əyində olmuş 01 ədəd üzərində “Zillionaire” yazısı olan, ön sağ və sol ayaq nahiyəsində qanabənzər ləkələr olan cins şalvar, hadisə zamanı Təqsirləndirilən şəxs1 əyində olmuş üzərində ”Bottelli” yazısı olan boz rəngli uzunqol jaket, 01 ədəd sol çiyin hissəsində qanabənzər ləkələr olan ağ rəngli mayka, 01 ədəd üzərində “Stefano Rıccı” yazısı olan boz rəngli cins şalvar və 01 ədəd boz rəngli, ön boyun hissəsində qanabənzər ləkələr olan, uzunqol alt istilik geyimi, hadisə zamanı şahid Dəniz Ağayevin əyində olmuş üzərində zədələr olan 01 ədəd tünd göy rəngli jilet hökm qanuni qüvvəyə mindikdən sonra aidiyyəti üzrə təhvil verilsin. İş üzrə cəmi 304 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlakın, mülki iddia tələbinin və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar