Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-41/2025 20.06.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Oğuz rayonu Ərmənət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Oğuz rayonu Ərmənət kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Oğuz rayonu Ərmənət kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Oğuz rayonu Xalxal kənd sakini Zərərçəkmiş şəxs Xalxal kəndinin mərkəzində aralarında baş vermiş mübahisə zamanı bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə qəsdən vuraraq ona bədən xəsarəti yetirmiş, bununla da Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib, qəsdən onun sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Oğuz rayonu Xalxal kəndində fəaliyyət göstərən “Forel” istirahət mərkəzində fəhlə işləyir. Zərərçəkmiş şəxs da həmin istirahət mərkəzində “ofisiant” işləyir və onu uzun müddətdir ki, tanıyır. Əvvəllər Zərərçəkmiş şəxsla aralarında heç bir narazılıq, ədavət və düşmənçilik olmayıb. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində onlar işdən çıxaraq birlikdə Xalxal kəndinin mərkəzinə getmiş və tanışları Qalib adlı şəxsin işlətdiyi kafedə birlikdə yemək yemiş, yemək zamanı spirtli içki də qəbul etmişlər. Təxminən saat 23 radələrində birlikdə kafeni tərk etmişlər. O, iş yerinə qayıdaraq orada gecələməli olduğu üçün kafedən çıxdıqdan sonra həmin istiqamətdə piyada getməyə başlamışdır. Zərərçəkmiş şəxs yaşadığı ev də həmin istiqamətdə olduğuna görə Xəyal da onun ardı ilə gəlməyə başlamışdır. Lakin o bir qədər sürətli getdiyi üçün tədricən Xəyaldan uzaqlaşdığına görə Xəyal onu arxadan çağırmış, lakin o, tələsdiyi üçün dayanmayaraq hərəkətinə davam etmişdir. Bu Zərərçəkmiş şəxs narazılığına səbəb olmuş və onu təhqir etməyə başlamışdır. Əvvəlcə ona əhəmiyyət verməsə də Xəyal onu nalayiq formada təhqir etməyə davam etmişdir. O geri qayıdaraq Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmışdır. Lakin Xəyal sakitləşmək əvəzinə ona daha da ədəbsiz sözlər demişdir. O da bundan əsəbləşərək onu döyməyə başlamışdır. Ona bir neçə dəfə yumruqla vurmuş və həmin şəxs yerə yıxılmışdır. Xəyal yerə yıxıldıqdan sonra onun sifətinə və bədəninin müxtəlif yerlərinə daha bir neçə zərbə endirmişdir. Xəyal bundan sonra sakitləşmiş, o isə kənara çəkilərək “DİN-102” xidmətinə zəng edərək Xəyalı döydüyünü bildirmişdir. Təqsirləndirilən şəxs aralarında olan dava-dalaşın qısa müddət ərzində davam etdiyini, həmin vaxt küçədə başqa şəxslərin olmadığını və Xəyalın ona qarşı heç bir zorakı hərəkət etmədiyini bildirdi. Əməli törədərkən özündən asılı olmayaraq bir qədər əsəbi olduğunu etiraf edir. Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla barışdığını, ona dəymiş maddi və mənəvi ziyanlığı ödədiyini bildirdi. Törətdiyi cinayət əməlindən peşmançılıq hissləri keçirir. Qeyd etdikləri nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində bildirdi ki, Oğuz rayonu Xalxal kəndində fəaliyyət göstərən “Forel” istirahət mərkəzində ofisiant işləyir. Təqsirləndirilən şəxs də həmin obyektdə fəhlə işləyir və onu uzun müddətdir ki, tanıyır. Əvvəllər Təqsirləndirilən şəxslə aralarında heç bir narazılıq, ədavət və düşmənçilik olmayıb. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində onlar birlikdə işdən çıxaraq Xalxal kəndinin mərkəzində yerləşən kafeyə getmiş, yemək sifariş etmiş və 0,7 lt. araq içmişlər. Təxminən saat 23 radələrində birlikdə kafeni tərk etmişlər. Coşqun iş yerinə qayıdaraq orada gecələməli olduğu üçün və onun yaşadığı ev də həmin istiqamətdə olduğuna görə onlar bir qədər yolu birlikdə getmişlər. Lakin Coşqun bir qədər sürətli getdiyi üçün tədricən ondan uzaqlaşmışdır. O sərxoş olduğuna görə sürətli gedə bilməmiş və Coşqunu arxadan səsləyərək onu gözləməsini xahiş etmişdir. Lakin Coşqun ona əhəmiyyət verməmiş yoluna davam etmişdir. Belə olan halda o, Təqsirləndirilən şəxs ünvanına söyüş söymüşdür. Coşqun söyüşü eşidərək geri qayıtmış və ona yaxınlaşaraq yumruqla sifətinə və bədəninə vurmaqla onu döyməyə başlamışdır. Aldığı zərbələrin təsirindən yerə yıxılmış, lakin Coşqun ondan əl çəkməyərək yerdə də onu döyməyə davam etmişdir. Coşqun təpiklə onun sifətinə və bədəninin müxtəlif yerlərinə vurmaqla ona xəsarət yetirmişdir. Zərbələrin təsirindən o huşunu itirmiş və bundan sonra nə baş verdiyini bilməmişdir. Sonradan özünə gəldikdə yaşadığı evdə olduğunu görmüşdür. Təqsirləndirilən şəxslə aralarında olan davadalaşın təxminən 5-6 dəqiqə ərzində davam etdiyini, həmin vaxt küçədə başqa şəxslərin olmadığını və özünün Coşquna qarşı heç bir zorakı hərəkət etmədiyini bildirdi. X1 barışdığını, ondan şikayət və tələbinin olmadığını, ona dəymiş maddi və mənəvi zərərin ödənildiyini bildirərək işə xitam verilməsini məhkəmədən xahiş etdi. Şahid ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində onun işlətdiyi çayxanaya gələrək yemək sifariş etmişlər. Yemək yeyən zaman birlikdə spirtli içki də qəbul etmişlər. Təxminən saat 23 radələrində onlar çayxananı tərk edib getdikdən sonra o, da çayxananı bağlayıb getmişdir. Onların dalaşdıqlarını görməmiş, hadisənin səhəri günü bu barədə eşitmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 13 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində döş qəfəsinin sol 9-cu qabırğanın sınığı, burun sümüyünün yerini dəyişməyən sınığı və hər iki gözün alt hissəsinin qançırı xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər küt alətin- əşyalarin təsirindən törənməklə xx.xx.2025-ci il tarixinə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətinə aiddir. (iş vərəqə:47-48) Oğuz rayon İcra Hakimiyyəti başçısının Xalxal İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, 5-68-6/2-39/2025 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə nümayəndəliyin ərazisində yaşayır, onun barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. (iş vərəqə 44-45) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli cavabından görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barədə heç bir məlumat yoxdur. ( iş vərəqə 46). Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə iclasında tədqiq edilən, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli imzaları ilə təsdiq edilmiş ərizələrindən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmiş, onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş və şikayət vermiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, şikayət vermiş şəxslə barışmasını, şikayət vermiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2, 193.4 və 194-cü maddələrində və Mülki Prosessual Məcəllənin 67-1.1 və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü, Cinayət Prosessual Məcəlləsinin 43.3 və 321-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Oğuz Rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 49 saata görə 539 (beş yüz otuz doqquz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi X2 filialındakı H/N AZ86AİİB******************** saylı, VÖEN ********** nömrəli hesabına köçürülsün. X2 filialındakı bank rekvizitləri: bankın müxbir hesabı AZ37NABZ********************, KOD 200684, VÖEN **********, SWİFT BİK Aİİ BAZ2X Qərardan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №1(054)-41/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-41/2025
20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver