Məhkəmə qərarları › İş №1(054)-5/2023

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-5/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-5/2023 24.01.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1998-ci ildə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, marketdə satıcı işləyən, əvvəllər məhkum olunmamış, Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməklə məhkəməyə verilmişdir, ona görə ki, o qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 04 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus, Oğuz rayonu Sincan kəndində yerləşən metal qəbulu məntəqəsinin otağının qapısını açma yolu ilə içəri daxil olaraq orada stolun dolabında olan puldan 190 (bir yüz doxsan) manatı qəsdən, gizli yolla talayaraq Zərərçəkmiş şəxs 190 (bir yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 25 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus, Oğuz rayonu Sincan kəndində yerləşən metal qəbulu məntəqəsinin otağının qapısını açma yolu ilə içəri daxil olaraq orada stolun dolabında olan puldan 150 (bir yüz əlli) manatı qəsdən, gizli yolla talayaraq Zərərçəkmiş şəxs 150 (bir yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 01 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus, Oğuz rayonu Sincan kəndində yerləşən metal qəbulu məntəqəsinin otağının qapısını açma yolu ilə içəri daxil olaraq orada stolun dolabında olan puldan 300 (üç yüz) manatı qəsdən, gizli yolla talayaraq Zərərçəkmiş şəxs 300 (üç yüz) məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 03 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus, Oğuz rayonu Sincan kəndində yerləşən metal qəbulu məntəqəsinin otağının qapısını açma yolu ilə içəri daxil olaraq orada stolun dolabında olan puldan 280 (iki yüz səksən) manatı qəsdən, gizli yolla talayaraq Zərərçəkmiş şəxs 280 (iki yüz səksən) məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi və ifadə verərək bildirdi ki, Oğuz rayonu, Xaçmaz kənd sakini Zərərçəkmiş şəxs əvvəlcədən tanımışdır. Belə ki, 2022-ci ilin mart ayından 2022-ci ilin avqust ayına qədər Zərərçəkmiş şəxs məxsus, Oğuz rayonu, Sincan kəndi ərazisində yerləşən metal qəbulu məntəqəsində işləmiş, lakin şəxsi işləri ilə əlaqədar 2022-ci ilin avqust ayından Zərərçəkmiş şəxs məxsus metal qəbulu məntəqəsindən işdən çıxmışdır. İşdən çıxdıqdan sonra maddi imkanı aşağı olduğu üçün əvvəllər işlədiyi Oğuz rayonu, Sincan kəndi ərazisində yerləşən metal qəbulu məntəqəsindən oğurluq etmək qərarına gəlmişdir. 04 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində metal qəbulu məntəqəsindən oğurluq etmək üçün həmin yerə gəlmiş və otağın qapısını açma yolu ilə içəri daxil olaraq otaqda olan stolun dolabına qoyulmuş 190 (bir yüz doxsan) manat pulu oğurlayıb oradan uzaqlaşmışdır. Daha sonra yenidən maddi imkanı aşağı olduğu üçün 25 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində həmin yerə təkrarən getmiş və otaqda olan stolun dolabına qoyulmuş 150 (bir yüz əlli) manat pulu oğurlayıb oradan uzaqlaşmışdır. Bundan sonra yenidən ona pul lazım olduğu üçün 01 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində yenidən həmin yerə gedib eyni üsulla içəri daxil olaraq stolun dolabına qoyulmuş 300 (üç yüz) manat pulu oğurlayıb oradan uzaqlaşmışdır. Bundan başqa yenidən ona pul lazım olduğu üçün 03 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində qeyd edilən yerə təkrarən gedib eyni üsulla içəri daxil olaraq stolun dolabına qoyulmuş 280 (iki yüz səksən) manat pulu oğurlayıb oradan uzaqlaşmışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı kənddə olarkən polis əməkdaşları ona yaxınlaşmış və Oğuz rayonu, Sincan kəndi ərazisində yerləşən metal qəbulu məntəqəsindən pul oğurlamasında şübhəli bilindiyini deyərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində etdiyi oğurluq hadisələrini etiraf etmişdir. Metal qəbulu məntəqəsindən başqa heç bir yerdən oğurluq etməmiş, əvvəllər həmin yerdə işlədiyindən otağın açarının qoyulduğu yeri bildiyi üçün həmin yerdən açarı götürüb qapını açıb içəri daxil olaraq pulları oğurladıqdan sonra açarı əvvəlki kimi yerinə qoymuşdur. Oğurluğu tək etmişdir, oğurluq edərkən heç kimin köməyindən istifadə etməmişdir, bu barədə heç kimin məlumatı olmamışdır. Maddi imkanı aşağı olduğu üçün oğurluq etmişdir. Əldə etdiyi pulları xərcləmişdir. Zərərçəkmiş şəxslə aralarında ədavət və düşmənçilik olmamışdır. İlk dəfədir ki, cinayət törədir. Törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmiş və əməlindən səmimi peşman olmuşdur. Maddi ehtiyacı olduğuna görə oğurluq etsə də, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə aradan qaldırmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Bununla bağlı notarial qaydada imzası təsdiq edilmiş ərizə məhkəməyə təqdim edilmişdir. Qeyd edilən halların cəza təyin edilən zaman nəzərə alinmasını və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, onun Oğuz rayonu, Sincan kəndində yerləşən metal qəbulu məntəqəsi var, həmin metal qəbulu məntəqəsində metalların alışı və satışı ilə məşğul olur, əldə etdiyi pulu məntəqədə yerləşən, özünə məxsus otaqda olan stolun dolabına yığır. 2022-ci ilin sentyabr ayı və oktyabr ayı ərzində o, metal qəbulu məntəqəsində özünə məxsus otaqda olan stolun dolabına qoyduğu pullardan müəyyən məbləğdə əksik olduğunu müşahidə etmişdir. Daha sonra dolaba qoyduğu pulların müəyyən məbləğlərdə tez-tez azaldığını gördüyü üçün bu barədə polisə məlumat vermiş, şikayət ərizəsində 3000 (üç min) manat pulunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Polisə məlumat verdikdən sonra hesablama apararkən baş verən oğurluq hadisələri nəticəsində ona 3000 (üç min) manat yox, ümumilikdə cəmi- 920 (doqquz yüz iyirmi) manat maddi ziyan dəydiyini bilmişdir. Belə ki, 04 sentyabr 2022-ci il tarixdə otaqda olan stolun dolabına yığdığı pullardan cəmi 190 (bir yüz doxsan) manat, 25 sentyabr 2022-ci il tarixdə eyni yerdən cəmi 150 (bir yüz əlli) manat, 01 oktyabr 2022-ci il tarixdə eyni yerdən cəmi 300 (üç yüz) manat və 03 oktyabr 2022-ci il tarixdə eyni yerdən cəmi 280 (iki yüz səksən) manat pulunun oğurlanması ona aydın olmuşdur. Daha sonra baş vermiş oğurluq hadisəsi ilə bağlı metal qəbulu məntəqəsində yerləşən təhlükəsizlik kameralarına baxarkən ona məxsus metal qəbulu məntəqəsindən pullarını oğurlayan şəxsin əvvəllər tanıdığı, həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik olmayıb, normal münasibətləri olub. Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayından 2022-ci ilin avqust ayına qədər ona məxsus metal qəbulu məntəqəsində işləyib, daha sonra şəxsi işi ilə əlaqədar işdən çıxıb. Baş vermiş oğurluq hadisələri zamanı ona ümumilikdə 920 (doqquz yüz iyirmi) manat maddi ziyan dəymiş, həmin məbləğ ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Bu barədə notarial qaydada təsdiq olunmuş ərizəni məhkəməyə təqdim etmişdir. Qanuni qərar çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol və qeyd edilən protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs Oğuz rayonu Sincan kəndi ərazisində yerləşən, ona məxsus metal qəbulu məntəqəsində Təqsirləndirilən şəxs daxil olduğu yeri, həmin məntəqədə pulun saxlanıldığı yeri əyani şəkildə göstərmişdir. (iş vərəqə 06-11) İş materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokol və qeyd edilən protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus metal qəbulu məntəqəsinə daxil olmaqla həmin məntəqədən pulları oğurladığı yeri əyani şəkildə göstərmişdir. (iş vərəqə 75-78) İş materiallarına əlavə edilmiş “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs Oğuz rayonu Sincan kəndi ərazisində yerləşən, ona məxsus metal qəbulu məntəqəsində Təqsirləndirilən şəxs daxil olduğu yeri, həmin məntəqədə pulun saxlanıldığı yeri əyani şəkildə göstərmişdir. (iş vərəqə 88-90) Oğuz rayon X2 Qrupunun baş müstəntiqi Elçin İsmayılovun iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarından görünür ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, “baxış keçirilməsi barədə” və “ifadənin yerində yoxlanılması haqqında” protokollar, həmin protokollara əlavələr və digər istintaq sənədləri cinayət işi üzrə sübut kimi tanınmışdır. (iş vərəqə 92-98) “Oğuz Rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 859 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Ruhi-əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda deyildir. (iş vərəqə 69). Oğuz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 676 nömrəli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri-ata-anası və bacısı ilə birlikdə nümayəndəliyin ərazisində yaşayır, onun barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. (iş vərəqə 79-80) İş materiallarına əlavə edilmiş tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli cavabından görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barədə heç bir məlumat yoxdur. ( iş vərəqə 87). Zərərçəkmiş şəxs iş materiallarına əlavə edilmiş, notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tam olaraq ödənilmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmiş, onun törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir və o həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs digər şəxsə məxsus pulu gizli olaraq talasa da, onun ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etdiyini, həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini, habelə ibtidai istintaq zamanı dəymiş maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə qeyd olunanları Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61.1.-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən qanunvericiliyin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, onun ilk dəfə cinayət törətdiyini, cinayət əməllərini etiraf edib səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, şəxsiyyətini xarakterizə edən xüsusiyyətləri, kənar şəxslərin ona təsirini, təyin ediləcək cəzanın onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq cəzanın səmərəliliyinə, məqsədəuyğunluğuna və məhkumun islah olunmasına təsirinə nail olmaq üçün hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iki gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınaraq, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-358, 381,384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdən 08 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün azadlıqdan məhrum etmənin bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulması hesabı ilə hesablanmaqla 4 gün cəzası çəkilmiş hesab edilməklə ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Oğuz rayon Xaçmaz kəndində yaşadığı ünvanı axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, Oğuz rayonu ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Oğuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar