Məhkəmə qərarları › İş №1(054)-51/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-51/2025

06.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-51/2025 06.03.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Ölmüş Təqsirləndirilən şəxs2 hüquqi varisi X3, Ölmüş təqsirləndirilən şəxsin müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Oğuz rayonu, Xalxal Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, İİİ qrup əlil, məhkumluğu olmayan, Oğuz rayonu, Xalxal-Qışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1977-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olmaqla Oğuz şəhəri, H.Əliyev prospekti, 33B ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 saxlanılmış,xx.xx.2026-cı il tarixdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar müəsissəsində vəfat etmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri satma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumulikdə 112,74 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edərək ondan 17,81 qramını bir ədəd sellofan bükümdə qablaşdırmaqla istintaqa məlum olmayan tarixdə tanışı Təqsirləndirilən şəxs1 80 (səksən) manat müqabilində satmış, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə Oğuz RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Oğuz rayonunun Xalxal Qışlaq kəndində saxlanılaraq üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcənin sol yan cibindən 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 17,81 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilərək götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Oğuz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edildikdən sonra həmin tarixdə şübhəli şəxs qismində tutularaq Oğuz rayon məhkəməsinin qərarı əsasında video çəkilişdən istifadə edilməklə və müdafiəçinin iştirakı ilə sonuncunun qeydiyyatda olduğu Oğuz rayon Xaçmaz kəndində yerləşən evində axtarış keçirilərkən həmin evin zirzəmisində olan paltaryuyanın içərisindən bir ədəd sellofan torbada, tərkibinə görə Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli təmiz çəkisi 93,02 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, yaşadığı Oğuz şəhəri, H.Əliyev prospekti 33B ünvanında yerləşən mənzilin pilləkənində olan qutunun içərisindən bir ədəd sellofan bükümdə fərqli tərkibdə təmiz çəkisi 1,91 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və orada olan ayaqqabının içərisindən bir ədəd kağız bükümdə, 08 ədəd təmiz çəkisi 0,12 qram olan narkotik vasitələrə aid olmasa da narkotik təbiətli çətənə bitkisinin toxumları aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 2020-ci ildən bəri polis əməkdaşlarının onunla qərəzi vardır. Belə ki, onun Fərid adlı iş adamının ona külli miqdarda borcu vardır və aralarında məhkəmə çəkişmələri olmuşdur. Bu səbəbdən polis əməkdaşları onu döyərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsini onun boynuna qoymuşlar və o, həmin maddə ilə təqsirli bilinərək cəzaya məhkum edilmişdir. Hazırda isə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməyi ilə razı deyil. Belə ki, o heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamış və ya satış məqsədi ilə narkotik vasitə əldə etməmişdir. Özü 10 ildən çoxdur ki, narkotik vasitə olan, el arasında “nəşə” adlandırılan qurudulmuş marixuanadan istifadə edir, lakin aludəçisi deyildir. Qurudulmuş marixuanadan mütəmadi olaraq yox olandan olana, nə vaxt tapsa onda istifadə etmişdir. Həmin narkotik vasitəni almaq çox çətindir. Belə ki, 3-4 nəfər pul qoyaraq və satan şəxslə üzbəüz görüşərək həmin narkotik vasitəni əldə edirdilər, lakin həmin şəxsdə qəzada dünyasını dəyişmişdir. O, Təqsirləndirilən şəxs1 isə 7-8 ildir tanıyır, onunla Oğuz şəhərində, “Sənubər” şadlıq sarayının aşağı hissəsində olan kafedə tanış olmuşdur, Ayazla münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik, həmçinin qohumluq münasibəti yoxdur. Təqsirləndirilən şəxs1 ifadələrində ondan narkotik vasitə qurudulmuş marixuananı borclu olduğu 80 manatın müqabilində almasını yalan demiş, Ayazdan bir dəfə borca 80 manat pul almışdır. O, 100 manat da istəsə də Ayaz həmin pulu ona verməmişdir. Heç vaxt Ayaza narkotik vasitə satmamış və ya verməmişdir. Lakin əvvəllər Ayazla birlikdə narkotik vasitə qurudulmuş marixuana qəbul etmişlər və uzun müddətdir ki, Ayazla əlaqəsi olmamışdır. O, Ayazdan tez-tez borc istəmişdir ki, Ayaz ondan uzaqlaşsın. Onu 2025-ci ilin fevral ayında polis əməkdaşları polis şöbəsinin rəisinin yanına aparmış, ondan Ayazı tanıyıb-tanımadığını soruşmuş, sonra isə 2 gün polis şöbəsində qalmalı olduğunu demişlər. O, müdafiəçi tələb etmiş, özünün tələb etdiyi müdafiəçi ilə əlaqə saxlamaq mümkün olmadığından onu başqa müdafiəçi ilə təmin etmişlər. Onu müdafiəçinin yanında aldaraq sənədə qol çəkdirmişlər. Həmçinin orada olan zaman polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmışdır. Bundan sonra ona evində axtarış aparılacağı deyilmiş və onun evinə getmişlər. Bu zaman müstəntiq gözdən itmiş, bir müddət sonra Qüdrət adlı polis əməkdaşı əlində narkotik vasitə ilə geri qayıtmışdır. Onun üzərinə güya narkotik vasitənin satışı ilə məşğul olması barədə böhtan atılmış, o, bu barədə “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətə məhkəmədə baxılan zaman da bildirmişdir. Eyni zamanda o, Təqsirləndirilən şəxs1 heç bir psixoloji təzyiq göstərməmiş, sadəcə arvadına zəng edərək Ayazı tapmalarını və ona polisə gedərək olanları düzgün danışmasını demələrini tapşırmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkili vəzifəsində işləyir. Oğuz rayonu, Xalxal Qışlaq kənd sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində narkotik vasitə daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında raportla Oğuz rayon polis şöbəsinin rəhbərliyinə müraciət olunmuş, bundan sonra həmin şəxsin şəxsiyyəti yoxlanılmış, əməliyyat-axtarış qrupunun yaradılması barədə əmr verilmiş, həmçinin əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur və Oğuz RPŞ-nin İTB-nin rəisi Şahid3 ilə birlikdə video çəkiliş aparmaqla təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı video çəkiliş Oğuz RPŞ-nin KTQ-nun baş-inspektor kriminalisti Şahid2 tərəfindən aparılmışdır. xx.xx.2025-ci il tarixdə saat 00:40-da başlamış əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı Xalxal Qışlaq kəndi ərazisində, yol kənarı ilə piyada hərəkətdə olması müəyyən edilmiş və tərəflərindən saxlanılmışdır. Özlərini Təqsirləndirilən şəxs1 təqdim edərək narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılması barədə məlumat vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulmuş, o, da əynində olan gödəkcənin sol yan cibindən 1 ədəd sellofana bükülü kütlə, həmin gödəkcənin sağ yan cibindən 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan, əynində olan şalvarın sağ yan cibindən isə 1 ədəd mobil telefon çıxardaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində yoxlama aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş heç bir bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd sellofana bükülmüş kütlənin nə olduğu soruşulmuşdur. Sonuncu həmin kütlənin “nəşə” olduğunu, özünün istifadə etdiyini bildirmişdir. Həmin sellofan bükülünün içərisində olan kütləyə baxış keçirilərkən onun yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan bükülü 1 ədəd zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb Oğuz RPŞ-nin 95 saylı möhürü ilə möhürlənərək bağlanmış və sıfırlanmış elektron tərəzidə çəkilərək ümumi çəkisinin 23.8 qram olması müəyyən edilmişdir. Həmin kütlə və Təqsirləndirilən şəxs1 məxsus mobil telefon götürülmüş, 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan isə sonuncunun özünə təhvil verilmişdir. Daha sonra aşkar edilmiş predmetlərlə həmin şəxs polis şöbəsinə gətirilərək, keçilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi Oğuz RPŞ-də protokol tərtib olunaraq rəsmiləşdirilmiş və aparılmış video çəkilişin görüntüləri DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1, üzərindən aşkar olunmuş kütlə və bununla bağlı toplanmış material şöbənin təhqiqat bölməsinə təqdim olunmuşdur. X5 tərəfindən Təqsirləndirilən şəxs1 iştirakı ilə yenidən video çəkiliş aparılmaqla sonuncunun üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləyə, həmçinin həmin kütlə sonuncudan götürülərkən aparılmış video çəkilişin görüntülərinə baxış keçirilərək protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmş narkotik vasitə qurudulmuş marixuananı tanışı, Oğuz rayon sakini Təqsirləndirilən şəxs2 alması müəyyən edilmiş və sonuncu xx.xx.2025-ci il tarixdə saxlanılaraq istintaqa təqdim olunmuşdur. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, vəkillə təmin olunmuş və Oğuz RPŞ-də video çəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan gödəkcənin sol qolunun üzərində olan cib yerindən, üzərində “Watson Brown” sözləri yazılmış narkotik vasitə istifadə etmək üçün xüsusi kağızlar olan qutu aşkar olunmuşdur. Daha sonra isə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 məxsus Oğuz rayon Xaçmaz kəndində yerləşən evində axtarış aparılmasında iştirak etmişdir. Həmin evdə axtarış zamanı zirzəmidə olan köhnə paltaryuyanın içərisindən sellofan bükülü aşkar olunmuşdur. Həmin kütləyə baxış keçirilərkən onun içərisində yaşıl rəngli, spesifik iyə malik olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 98.1 qram olmuş və bir ədəd zərfə qoyularaq qablaşdırılıb DİN-in 95 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra isə axtarış Təqsirləndirilən şəxs2 yaşadığı Oğuz şəhəri, H.Əliyev prospekti 33B ünvanında yerləşən mənzilində davam etdirilmişdir. Həmin mənzilin pilləkənində olan qutunun içərisindən bir ədəd sellofan bükümdə spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlə, Təqsirləndirilən şəxs2 məxsus kişi ayaqqabısının içərisindən isə bir ədəd kağız bükümdə narkotik tərkibli çətənə bitkisinin toxumlarına bənzər toxumlar aşkar olunmuşdur. Qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 2.0 qram olmuş və həmin kütlə, həımçinin 8 ədəd çətənə bitkisinin toxumlarına bənzər toxumlar 1 ədəd zərfə qoyulub qablaşdırılmaqla DİN-in 95 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür və axtarış aparılması başa çatdırılmışdır. Daha sonra isə keçirilmiş axtarışla bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və protokolun düzgün tərtib edildiyi iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Oğuz RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti vəzifəsində işləyir. Oğuz rayonu, Xalxal Qışlaq kənd sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində narkotik vasitə daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında raportla Oğuz rayon polis şöbəsinin rəhbərliyinə müraciət olunmuş, bundan sonra həmin şəxsin şəxsiyyəti yoxlanılmış, əməliyyat-axtarış qrupunun yaradılması barədə əmr verilmiş, həmçinin əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur və Oğuz RPŞ-nin İTB-nin rəisi Şahid3 və Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkili Şahid1 tərəfindən video çəkiliş aparmaqla təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı video çəkiliş onun tərəfindən aparılmışdır. xx.xx.2025-ci il tarixdə saat 00:40-da başlamış əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı Xalxal Qışlaq kəndi ərazisində, yol kənarı ilə piyada hərəkətdə olması müəyyən edilmiş və tərəflərindən saxlanılmışdır. Özlərini Təqsirləndirilən şəxs1 təqdim edərək narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılması barədə məlumat vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulmuş, o, da əynində olan gödəkcənin sol yan cibindən 1 ədəd sellofana bükülü kütlə, həmin gödəkcənin sağ yan cibindən 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan, əynində olan şalvarın sağ yan cibindən isə 1 ədəd mobil telefon çıxardaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində yoxlama aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş heç bir bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd sellofana bükülmüş kütlənin nə olduğu soruşulmuşdur. Sonuncu həmin kütlənin “nəşə” olduğunu, özünün istifadə etdiyini bildirmişdir. Həmin sellofan bükülünün içərisində olan kütləyə baxış keçirilərkən onun yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan bükülü 1 ədəd zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb Oğuz RPŞ-nin 95 saylı möhürü ilə möhürlənərək bağlanmış və sıfırlanmış elektron tərəzidə çəkilərək ümumi çəkisinin 23.8 qram olması müəyyən edilmişdir. Həmin kütlə və Təqsirləndirilən şəxs1 məxsus mobil telefon götürülmüş, 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan isə sonuncunun özünə təhvil verilmişdir. Daha sonra aşkar edilmiş predmetlərlə həmin şəxs polis şöbəsinə gətirilərək, keçilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi Oğuz RPŞ-də protokol tərtib olunaraq rəsmiləşdirilmiş və aparılmış video çəkilişin görüntüləri DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1, üzərindən aşkar olunmuş kütlə və bununla bağlı toplanmış material şöbənin təhqiqat bölməsinə təqdim olunmuşdur. X5 tərəfindən Təqsirləndirilən şəxs1 iştirakı ilə yenidən video çəkiliş aparılmaqla sonuncunun üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləyə, həmçinin həmin kütlə sonuncudan götürülərkən aparılmış video çəkilişin görüntülərinə baxış keçirilərək protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmş narkotik vasitə qurudulmuş marixuananı tanışı, Oğuz rayon sakini Təqsirləndirilən şəxs2 alması müəyyən edilmiş və sonuncu xx.xx.2025-ci il tarixdə saxlanılaraq istintaqa təqdim olunmuşdur. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, vəkillə təmin olunmuş və Oğuz RPŞ-də video çəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan gödəkcənin sol qolunun üzərində olan cib yerindən, üzərində “Watson Brown” sözləri yazılmış narkotik vasitə istifadə etmək üçün xüsusi kağızlar olan qutu aşkar olunmuşdur. Daha sonra isə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 məxsus Oğuz rayon Xaçmaz kəndində yerləşən evində axtarış aparılmasında iştirak etmişdir. Həmin evdə axtarış zamanı zirzəmidə olan köhnə paltaryuyanın içərisindən sellofan bükülü aşkar olunmuşdur. Həmin kütləyə baxış keçirilərkən onun içərisində yaşıl rəngli, spesifik iyə malik olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 98.1 qram olmuş və bir ədəd zərfə qoyularaq qablaşdırılıb DİN-in 95 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra isə axtarış Təqsirləndirilən şəxs2 yaşadığı Oğuz şəhəri, H.Əliyev prospekti 33B ünvanında yerləşən mənzilində davam etdirilmişdir. Həmin mənzilin pilləkənində olan qutunun içərisindən bir ədəd sellofan bükümdə spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlə, Təqsirləndirilən şəxs2 məxsus kişi ayaqqabısının içərisindən isə bir ədəd kağız bükümdə narkotik tərkibli çətənə bitkisinin toxumlarına bənzər toxumlar aşkar olunmuşdur. Qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 2.0 qram olmuş və həmin kütlə, həımçinin 8 ədəd çətənə bitkisinin toxumlarına bənzər toxumlar 1 ədəd zərfə qoyulub qablaşdırılmaqla DİN-in 95 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür və axtarış aparılması başa çatdırılmışdır. Daha sonra isə keçirilmiş axtarışla bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və protokolun düzgün tərtib edildiyi iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Oğuz RPŞ-nin İTB-nin bölmə rəisi vəzifəsində işləyir. Oğuz rayon Xalxal Qışlaq kənd sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində narkotik vasitə daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında raportla Oğuz rayon polis şöbəsinin rəhbərliyinə müraciət olunmuşdur. Bundan sonra həmin şəxsin şəxsiyyəti yoxlanılmış, əməliyyat-axtarış qrupunun yaradılması barədə əmr verilmiş, həmçinin əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə video çəkiliş aparmaqla təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı video çəkiliş Oğuz RPŞ-nin KTQnun baş-inspektor kriminalisti Şahid2 tərəfindən aparılmışdır. xx.xx.2025-ci il tarixdə saat 00:40-da başlamış əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı Xalxal Qışlaq kəndi ərazisində, yol kənarı ilə piyada hərəkətdə olması müəyyən edilmiş və saxlanılmışdır. Özlərini Təqsirləndirilən şəxs1 təqdim edərək narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılması barədə məlumat vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulmuş, o, da əynində olan gödəkcənin sol yan cibindən 1 ədəd sellofana bükülü kütlə, həmin gödəkcənin sağ yan cibindən 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan, əynində olan şalvarın sağ yan cibindən isə 1 ədəd mobil telefon çıxardaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində yoxlama aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş heç bir bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd sellofana bükülmüş kütlənin nə olduğu soruşulmuşdur. Sonuncu həmin kütlənin "nəşə” olduğunu, özünün istifadə etdiyini bildirmişdir. Həmin sellofan bükülünün içərisində olan kütləyə baxış keçirilərkən onun yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan bükülü 1 ədəd zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb Oğuz RPŞ-nin 95 saylı möhürü ilə möhürlənərək bağlanmış və sıfırlanmış elektron tərəzidə çəkilərək ümumi çəkisinin 23.8 qram olması müəyyən edilmişdir. Həmin kütlə və Təqsirləndirilən şəxs1 məxsus mobil telefon götürülmüş, 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan isə sonuncunun özünə təhvil verilmişdir. Daha sonra aşkar edilmiş predmetlərlə həmin şəxs polis şöbəsinə gətirilərək, keçilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi Oğuz RPŞ-də protokol tərtib olunaraq rəsmiləşdirilmiş və aparılmış video çəkilişin görüntüləri DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1, üzərindən aşkar olunmuş kütlə və bununla bağlı toplanmış material şöbənin təhqiqat bölməsinə təqdim olunmuşdur. X5 tərəfindən Təqsirləndirilən şəxs1 iştirakı ilə yenidən video çəkiliş aparılmaqla sonuncunun üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləyə, həmçinin həmin kütlə sonuncudan götürülərkən aparılmış video çəkilişin görüntülərinə baxış keçirilərək protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2023-ci ilin aprel ayından DİO-da, 2024-ci ilin fevral ayından Oğuz RPŞ-nin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantı rütbəsindədir. Oğuz rayon polis şöbəsinin istintaq bölməsində araşdırılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı tanışı, Oğuz rayon sakini Təqsirləndirilən şəxs2 alması müəyyən edilmiş və sonuncu xx.xx.2025-ci il tarixdə Oğuz şəhəri ərazisində saxlanılaraq istintaqa təqdim olunmuşdur. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, vəkillə təmin olunmuş və Oğuz RPŞ-də video çəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan gödəkcənin sol qolunun üzərində olan cib yerindən üzərində "Watson Brown" sözləri yazılmış narkotik vasitə istifadə etmək üçün xüsusi kağızlar olan qutu aşkar olunmuşdur. Daha sonra isə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 məxsus Oğuz rayon Xaçmaz kəndində yerləşən evində axtarış aparılmasında iştirak etmişdir. Həmin evdə axtarış zamanı zirzəmidə olan köhnə paltaryuyanın içərisindən sellofan bükülü aşkar olunmuşdur. Həmin kütləyə baxış keçirilərkən onun içərisində yaşıl rəngli, spesifik iyə malik olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 98.1 qram olmuş və bir ədəd zərfə qoyularaq qablaşdırılıb DİN-in 95 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra isə axtarış Təqsirləndirilən şəxs2 yaşadığı Oğuz şəhəri, H.Əliyev prospekti 33B ünvanında yerləşən mənzilində davam etdirilmişdir. Həmin mənzilin pilləkənində olan qutunun içərisindən bir ədəd sellofan bükümdə spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlə, Təqsirləndirilən şəxs2 məxsus kişi ayaqqabısının içərisindən isə bir ədəd kağız bükümdə narkotik tərkibli çətənə bitkisinin toxumlarına bənzər toxumlar aşkar olunmuşdur. Qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 2.0 qram olmuş və həmin kütlə, həmçinin 8 ədəd çətənə bitkisinin toxumlarına bənzər toxumlar 1 ədəd zərfə qoyulub qablaşdırılmaqla DİN-in 95 nömrəli möhürü ilə möhürlənib götürülmüş və axtarış aparılması başa çatdırılmışdır. Daha sonra isə keçirilmiş axtarışla bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və protokolun düzgün tərtib edildiyi iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, özünə məxsus “VAZ-21074” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Həmçinin bazarın qarşısında icarəyə obyekt götürərək qardaşı İbrahimlə birlikdə meyvə-tərəvəz satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir. Onu uzun müddətdi tanıyır, aralarında ədavət və ya düşmənçilik yoxdur. O, həmçinin Təqsirləndirilən şəxs1 da tanıyıram, onunla da yaxşı münasibəti var, aralarında ədavət və ya düşmənçilik yoxdur. Zamanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə 2025-ci ilin fevral ayının sonlarında Oğuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı və həbs edilərək Şəki rayonunda yerləşən təcridxanaya aparıldığı barədə məlumatı olmuşdur. 02 mart 2025-ci il tarixdə günorta saatlarında bazarın qarşısında olarkən Zamanın dayısı oğlu Taleh Nəbiyev ona yaxınlaşıb bir az əvvəl Zamanın ona zəng etdiyini, Ayazın izahatının dəyişdirilməsi üçün Zamana kömək etmək lazım olduğunu bildirmiş və ondan Ayazın nömrəsini istəmişdir. O da Ayazın nömrəsini Talehə vermiş və Taleh ondan ayrılıb evlərinə tərəf getmişdir. Talehin dedikləri maraqlı gəldiyi üçün Ayaza zəng etmiş, ondan Zamanın tutulması ilə əlaqədar onun üzünə durub-durmadığını soruşmuş, Ayaz isə belə bir şey etmədiyini, nə baş veribsə o məzmunda ifadə verdiyini bildirmiş və sabah rayona gələcəyini demişdir. Sonradan bu barədə Talehlə də danışmış, Ayaza zəng etdiyini, onun səhər Oğuza gələcəyini bildirməsi barədə məlumat vermişdir. 03 mart 2025-ci il tarixdə səhər saatlarında yenidən Ayaza zəng etmiş və Oğuza gəlib-gəlmədiyini soruşmuşdur. Ayaz da xahiş etmişdir ki, gəlib onu Oğuza aparsın və yol pulunu verəcək. O da Ayazla razılaşmış, Zamanın evinin qarşısından keçəndə həmkəndlisi Nadirin orada olduğunu görmüş və avtomobili saxlayaraq orada nə etdiyini soruşmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, Nadir Zamanın həyatı yoldaşı ilə söhbət edib və onun həyat yoldaşı da Ayazı axtarır. O da belə olub Nadiri də götürmüş və birlikdə Oğuz rayon Xalxal Qışlaq kəndinə gedib Ayazı kənddən, yoldan götürüb Zamanın həyat yoldaşının işlədiyi paltar mağazasına gətirmişlər. Ayaz özü mağazaya girərək Zamanın həyat yoldaşı ilə qısa müddət söhbət etdikdən sonra geri qayıtmışdır. Həmin vaxt qardaşı İbrahim ona zəng edərək Talehin yanında olduğunu və onu axtardığını bildirmişdir. O, bazarın qarşısına gedib Talehi də götürmüş və oradan birlikdə əvvəlcə Ayazın vəkili Müdafiəçi1 iş yerinə getmişlər. Taleh vəkilə Ayazın yenidən izahat vermək istədiyini bildirmişdir. Lakin vəkil Müdafiəçi1 həmin vaxt harasa getdiyinə görə daha sonra yanına gəlmələrini bildirmişdir. Taleh ondan kağız götürmüşdür ki, Ayazın adından özləri izahat yazsınlar. Lakin onlar özləri yaza bilməmişlər. Taleh bildirmişdir ki, 3cü günə qədər müraciət göndərmək lazımdır və qərara gəlmişlər ki, digər vəkil İsmayıl müəllimin yanına getsinlər. Onlar birlikdə Oğuz rayon məhkəməsinə getmişlər. Əvvəlcə o, Nadir və Ayaz İsmayıl müəllimə yaxınlaşmışlar, lakin o, işi olduğunu bildirərək Ayazın adından müraciət yazmamışdır. Sonra Taleh özü təklikdə İsmayıl müəllimə yaxınlaşmışdır. Taleh onların yanına qayıdaraq vəkilin saat 2-dən sonra vaxtı olacağını bildirmişdir. Onlar oradan avtovağzalın yanında olan kafeyə gedib orada nahar etmiş və spirtli içki olan araq içmişlər. Nahar etdikdən sonra Talehi aparıb evlərinə düşürmüşdür. Saat 3-ə işləmiş Nadir və Ayazla birlikdə Oğuz rayon məhkəməsinə vəkil İsmayıl müəllimin yanına gəlmişlər. Ona Talehin dediyi adamların onlar olduğunu bildirmişlər. Ayaz İsmayıl müəllimə, polisdə verdiyi izahatını dəyişmək istədiyini və bu məzmunda müraciət yazmaq istədiyini bildirmişdir. İsmayıl müəllim komputerdə Ayazın adından müraciət yazmış və ona oxumuş, Ayaz da onu imzalamışdır. Daha sonra birlikdə poçta gəlmişlər və Ayaz həmin müraciəti prokurorluğa və polisə göndərmişdir. Bundan sonra Ayazı aparıb yaşadığı kəndə düşürmüş, bunun müqabilində isə Ayaz ona 20 manat pul vermişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadə etməsi və satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamış, özü də əvvəllər nəşə çəkmiş, lakin bir ildir ki, istifadə etmir. Zaman və ya Ayazla birlikdə narkotik vasitə qəbul etməmiş, Təqsirləndirilən şəxs1 ifadəsini dəyişdirmək məqsədi olmamış, həm Ayazı, həm də Zamanı tanıdığı üçün Ayazdan Zamanın üzünə durub-durmadığını soruşmuş, Ayaz da belə bir şey olmadığını demiş, sonradan isə Ayaz özü onu yaşadığı kənddən Oğuza gətirməsini xahiş etmişdir. Onun izahatını dəyişməsi ilə bağlı məsələni Taleh və Zamanın arvadı ilə öz aralarında danışmışlar, bu barədə Ayaza və Nadirə heç nə deməmişdir. Təqsirləndirilən şəxs2 vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2la ailəvi dost olduğundan onu əvvəlcədən tanımış, Təqsirləndirilən şəxs1la isə sonralar tanış olmuşdur. Təqsirləndirilən şəxs1 ərizə yazdırmaq üçün vəkil Müdafiəçi1 yanına getdiyi zaman o da Ayaz, Taleh və Nadir adlı şəxslərlə birlikdə həmin avtomobildə olmuşdur. Həmin vaxt Taleh adlı şəxs Ayaza demişdir ki, “Zaman deyir ki, ifadəsini dəyişdirməsin, hadisəni olduğu kimi danışsın”. Təqsirləndirilən şəxs2 vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəlcədən tanıyır. Zaman ona zəng edərək xahiş etmişdir ki, “Ayaza çatdır hadisə necə olubsa ifadəsini də o cür versin”. O, da Ayaza zəng edərək Zamanın dediklərini ona çatdırmışdır. Sonradan polis əməkdaşları onu Oğuz RPŞ-yə çağırmış, orada olarkən onu təhqir edərək istintaqın işinə qarışdığını demişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsinin xx.xx.2026-cı il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 həmin müəssisədə vəfat etmişdir. Oğuz rayonu Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2026-cı il tarixli AZ-İİ № 541285 nömrəli ölüm haqqında şəhadətnamədən də Təqsirləndirilən şəxs2 xx.xx.2026-cı il tarixdə vəfat etdiyi müəyyən edilir. Ölmüş Təqsirləndirilən şəxs2 yaxın ailə üzvlərinə hüquqi varisi qismində tanınmaq istəklərinin olub-olmaması barədə yazılı bildirişlər məhkəmə tərəfindən göndərilmiş və təqsirləndirilən şəxsin oğlu X10 məhkəmə iclasında iştirak edərək məhkəməyə ərizə təqdim etmiş və təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmasını məhkəmədən xahiş etmişdir. X10 ölmüş Təqsirləndirilən şəxs2 hüquqi varisi qismində tanınmışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxsin hüquqi varisi X4 atası Təqsirləndirilən şəxs2 xx.xx.2026-cı il tarixdə müalicə aldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında “infarkt” xəstəliyindən öldüyünü bildirərək, atası barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmiş və bu barədə yazdığı vəsatəti məhkəməyə təqdim etmişdir. “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci bəndləri tətbiq edilməklə Oğuz Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 1(054)- 51/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibi üzrə icraata xitam verilmişdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə saat 12:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(054)-6/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2025-ci il tarixdə saat 12:50-dən hesablanmışdır. İş materiallarına əlavə edilmiş iş üzrə məhkəmə-bioloji ekspertizasının xx.xx.2025ci il tarixli, 17/747 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu Oğuz rayonu Xaçmaz kəndində yerləşən evin zirzəmisindən paltaryuyanın içərisindən götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə...” sözləri, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi – 93,02 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı Oğuz şəhəri, H.Əliyev prospekti 33B ünvanından aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə və 8 ədəd çətənə bitkisinin toxumuna oxşar toxum...” sözləri, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki; - 01 (bir) ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi – 1,91 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - 01 (bir) ədəd kağız bükümdə, 08 (səkkiz) ədəd, ümumi təmiz çəkisi – 0,12 qram olan bitki toxumları narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu Oğuz rayonu, Xaçmaz kəndində yerləşən evin zirzəmisindən paltaryuyanın içərisindən götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuana ilə üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı Oğuz şəhəri, H.Əliyev prospekti 33B ünvanından aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə və 8 ədəd çətənə bitkisinin toxumuna oxşar toxum...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə olan qurudulmuş marixuana tərkiblərinə görə fərqlidirlər. Təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu Oğuz rayonu Xaçmaz kəndində yerləşən evin zirzəmisindən paltaryuyanın içərisindən götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuana ilə üzərində “Ekspert rəyi. №17/137. Verildiyi tarix: 15 fevral 2025-ci il. Oğuz RPŞ. HK-1/88. 01(bir) ədəd sellofan bükümdə qurudulmuş marixuana. Təqsirləndirilən şəxs1 oğ. Ekspert./imza/H.Rəşidov.” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş iş üzrə, məhkmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 507 nömrəli rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəmir, narkomaniya xəsəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materialında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş xx.xx.2026cı il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar müəssisəsinin məktubundan, xx.xx.2026-cı il tarixli Oğuz rayonu Qeydiyyat şöbəsinin verdiyi ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2026-cı il tarixdə saat 10:30 radələrində saxlanıldığı Şəki Penitensiar müəssisəsinin İstintaq Təcridxanasının 3cü korpus, 2-ci kamerasında “ürəyin işemik xəstəliyi”ndən vəfat etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Qəbələ rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 315.2, 221.2.1, 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə Xəzər rayon məhkəməsinin qərarı ilə 02 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuş, şərti olaraq vaxtından əvvəl azad olunma bitərək qeydiyyatdan çıxarılmışdır. Bundan sonra Oğuz rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişŞəki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 10 ay 06 gün vaxtından əvvə şərti azad olunmuş, xx.xx.2018-ci ildə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Həmçinin Oğuz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli Hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, tutularaq həbsə alındığı xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək olan, eləcə də xx.xx.2024-cü il tarixdən hazıradək ev dustaqlığında olduğu 1 il 06 11 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq cəzası çəkilmiş hesab edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 5 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs2 barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsaslar vardır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cinayət təqibinə xitam verilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli törətdikdən sonra ölməsi səbəbindən, həmçinin təqsirləndirilən şəxsin hüquqi varisinin və müdafiəçisinin işə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazlarının olmaması səbəbindən cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə, CPM-in 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, həmin maddənin tələblərinə uyğun olaraq müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Oğuz RPŞ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi cəmi 94,89 qram olan qurudulmuş marixuananın və 08 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları məhv edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həyata keçirilmiş şübhəli şəxsin üstünün yoxlanılması və üzərinə baxış keçirilməsi, götürmə hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 09 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 1(054)-51/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5, 43, 373 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5 və 43.3-1-ci maddələrinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar: Oğuz rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi cəmi 94,89 qram olan qurudulmuş marixuana və 08 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları məhv edilsin; 09 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Oğuz Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 1(054)-51/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə ödənilməsi nəzərə alınsın. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərarda apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar