Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-54/2025 15.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx.xx.1988-ci il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Oğuz rayonu Kərimli kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama, daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 191,73 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edərək yaşadığı evin zirzəmisində gizlədib saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə Oğuz RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Oğuz rayon Kərimli kəndində yerləşən evinə video çəkiliş aparılmaqla baxış keçirərkən həmin evin zirzəmisindən, qazanın içərisindən 01 ədəd sellofan torbada təmiz çəkisi 191,73 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, həqiqətən də Oğuz rayon Kərimli kəndində, atası Şahid3, anası Şahid1, arvadı Şahid2 və iki azyaşlı övladı ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Oğuz rayon polis şöbəsinin əməkdaşlarının yaşadığı Oğuz rayon Kərimli kəndində yerləşən evində məhkəmə qərarı əsasında axtarış apararkən evin zirzəmisindən aşkar etdikləri narkotik vasitə qurudulmuş marixuana ona məxsusdur. O həmin narkotik vasitəni 2024cü ilin avqust-sentyabr ayında Kərimli kəndində su kəməri yolunun kənarında yabanı halda bitmiş çətənə bitkisindən yığaraq qurudub hazırlamışdır. Sonradan bir dəfə istifadə edib həmin nəşənin keyfiyyətinin yaxşı olmadığını görmüş və zirzəmiyə qoymuşdur. 14 fevral 2025-ci il tarixdə o, dayısı oğlu Ramayilin dəvəti ilə Bakı şəhərində, Buzovna qəsəbəsində avtoyuma məntəqəsi götürüb işlətmək məqsədi ilə ora getmişdir. Həmin gün axşam saatlarında atası ona zəng edərək polislərin evlərinə baxış keçirdiklərini, zirzəmidən narkotik vasitə tapdıqlarını bildirmiş və geri qayıtmağını istəmişdir. Həmin vaxt o, həmkəndlisi X3 da polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Onun Samirlə yaxşı münasibəti olmuş, Samirin də narkotik vasitədən istifadə etdiyini bilimişdir və onlar birlikdə dəfələrlə “nəşə” çəkmişlər. O, harda olsa da polis əməkdaşlarının onu axtarıb tapacaqlarını bilirmiş, ona görə də 15 fevral 2025-ci il tarixdə gecə saatlarında kəndə qayıtmışdır. 17 fevral 2025-ci il tarixdə isə polislər onu Kərimli kəndində saxlayıb Oğuz rayon polis şöbəsinə gətirmişlər. O, bir ilə yaxındır ki, ara-sıra fasilələrlə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Onun “nəşə” çəkməyindən Samir Mustafayevin məlumatı olmuş, bir dəfə də Samirin tanışı Zaman adlı şəxs gəlmiş və üçü birlikdə “nəşə” çəkmişlər. Onlardan başqa heç kimin yanında “nəşə” çəkməmiş və bu barədə ailə üzvlərinin və ya başqa şəxsin məlumatı olmamışdır. O, Samirlə narkotik vasitə qəbul edəndə narkotik vasitəni həmişə Samir özü təşkil etmişdir. Zamanla isə bir dəfə onlar onu yoldan götürdükdən sonra birlikdə nəşə çəkmişlər. Həmin vaxt o, narkotik vasitənin kimə məxsus olmasını bilməmişdir. Samir heç vaxt ondan ayrılıqda istifadə etmək üçün narkotik vasitə verməmişdir. Həmişə nəşə çəkmək istəyəndə ona xəbər vermiş və birlikdə çəkmişlər. Həmçinin onun da ürəyi istəyəndə Samirə demiş və birlikdə çəkmişlər. O, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Onda başqa narkotik vasitə yoxdur, heç bir yerdə narkotik vasitə saxlamır. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, etdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu ilə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Oğlunun narkotik vasitələr istifadə etməsi və yaşadığı evdə saxlaması barədə heç bir məlumatı olmamışdır. xx.xx.2025-ci il tarixdə Oğuz RPŞ-nin əməkdaşlarının, Oğuz rayon, Kərimli bələdiyyəsinin sədrinin, Oğuz RİHB-nin Kərimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, ailə üzlərinin, yəni gəlininin, ərinin və qohumlarının iştirakı ilə evinə baxış keçiriilmişdir. Baxış zamanı iştirak edən şəxslərə Oğuz rayon Məhkəməsinin qərarı elan olunmuşdur. Bundan sonra iştirakçılarla birlikdə yaşadığı evin otaqlarına baxış keçirilmiş, baxış zamanı 01 ədəd qırmızı rəngli sellofan bükümdə xına, 01 ədəd 16 kalibirli ov tüfənginin sursatı aşkar olunmuşdur. Daha sonra evinin zirzəmisinə daxil olunmuş və orada olan boz rəngli qazanın içərisindən 01 ədəd şəffaf sellofan paketdə nə olmasını bilmədiyi bitki kütləsi aşkar olunmuşdur. Aşkar olunan predmetlər polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüş və üzərinə möhür vurulmuşdur. Keçirilmiş baxış barədə protokol tərtib olunmuş, aparılmış videoçəkilişin görüntüləri disklərə köçürülərək protokola əlavə olunmuşdur. Protokol iştirakçılara oxunmuş, protokola heç bir əlavə və düzəliş edilməmişdir. Protokol iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Röyalın narkotik vasitələr istifadə etməsi və yaşadığı evdə saxlaması barədə heç bir məlumatı olmamışdır. xx.xx.2025-ci il tarixdə Oğuz RPŞ-nin əməkdaşlarının, Oğuz rayon, Kərimli bələdiyyəsinin sədrinin, Oğuz RİHB-nin Kərimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, Röyalın ailə üzlərinin və qohumlarının iştirakı ilə onun evinə baxış keçiriilmişdir. Baxış zamanı iştirak edən şəxslərə Oğuz rayon Məhkəməsinin qərarı elan olunmuşdur. Bundan sonra iştirakçılarla birlikdə yaşadığı evin otaqlarına baxış keçirilmiş, baxış zamanı 01 ədəd qırmızı rəngli sellofan bükümdə xına, 01 ədəd 16 kalibirli ov tüfənginin sursatı aşkar olunmuşdur. Daha sonra evinin zirzəmisinə daxil olunmuş və orada olan boz rəngli qazanın içərisindən 01 ədəd şəffaf sellofan paketdə nə olmasını bilmədiyi bitki kütləsi aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qayınıdır. Onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Röyalın narkotik vasitələr istifadə etməsi və yaşadığı evdə saxlaması barədə heç bir məlumatı olmamışdır. xx.xx.2025-ci il tarixdə Oğuz RPŞ-nin əməkdaşlarının, Oğuz rayon Kərimli bələdiyyəsinin sədrinin, Oğuz RİHB-nin Kərimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, Röyalın ailə üzlərinin və qohumlarının iştirakı ilə evinə baxış keçiriilmişdir. Baxış zamanı iştirak edən şəxslərə Oğuz rayon Məhkəməsinin qərarı elan olunmuşdur. Bundan sonra iştirakçılarla birlikdə yaşadığı evin otaqlarına baxış keçirilmiş, baxış zamanı 01 ədəd qırmızı rəngli sellofan bükümdə xına, 01 ədəd 16 kalibirli ov tüfənginin sursatı aşkar olunmuşdur. Daha sonra evinin zirzəmisinə daxil olunmuş və orada olan boz rəngli qazanın içərisindən 01 ədəd şəffaf sellofan paketdə nə olmasını bilmədiyi bitki kütləsi aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, Oğuz rayonu, Kərimli bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Oğuz rayonu, Kərimli kənd sakini kimi tanıyır, onunla arasında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələr istifadə etməsi və yaşadığı evdə saxlaması barədə heç bir məlumatı olmamışdır. xx.xx.2025-ci il tarixdə Oğuz RPŞ-nin əməkdaşlarının, Oğuz RİHB-nin Kərimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Təqsirləndirilən şəxs qohumlarının iştirakı ilə Oğuz rayonu, Kərimli kəndində yerləşən evinə baxış keçirilmiş, baxış zamanı iştirak edən şəxslərə Oğuz rayon Məhkəməsinin qərarı elan olunmuşdur. Bundan sonra iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin otaqlarına baxış keçirilmişdir. Baxış zamanı ev sahibinin bildirdiyinə görə 01 ədəd qırmızı rəngli sellofan bükümdə xınaya bənzər maddə, 01 ədəd, 16 kalibirli sursat aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə daxil olunmuş və orada olan boz rəngli qazanın içərisindən 01 ədəd şəffaf sellofan paketdə kütlə aşkar olunmuşdur. Aşkar olunan predmetlər polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüş və üzərinə möhür vurulmuşdur. Keçirilmiş baxış barədə protokol tərtib olunmuş, protokol iştirakçılara oxunmuş, protokola heç bir əlavə və düşəliş edilməmişdir. Protokol iştirak edən şəxslər tərəfindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Oğuz RİHB-nin Kərimli kənd inzibati dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Oğuz rayonu, Kərimli kənd sakini kimi tanıyır, onunla arasında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələr istifadə etməsi və yaşadığı evdə saxlaması barədə heç bir məlumatı olmamışdır. xx.xx.2025-ci il tarixdə Oğuz RPŞ-nin əməkdaşlarının, Kərimli Bələdiyyəsinin sədrinin və Təqsirləndirilən şəxs qohumlarının iştirakı ilə Təqsirləndirilən şəxs Oğuz rayonu Kərimli kəndində yerləşən evinə baxış keçirilmiş, baxış zamanı iştirak edən şəxslərə Oğuz rayon Məhkəməsinin qərarı elan olunmuşdur. Bundan sonra iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin otaqlarına baxış keçirilmişdir. Baxış zamanı ev sahibinin bildirdiyinə görə 01 ədəd qırmızı rəngli sellofan bükümdə xınaya bənzər maddə, 01 ədəd 16 kalibirli ov tüfənginin sursatı aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə daxil olunmuş və orada olan boz rəngli qazanın içərisindən 01 ədəd şəffaf sellofan paketdə kütlə aşkar olunmuşdur. Aşkar olunan predmetlər polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüş və üzərinə möhür vurulmuşdur. Keçirilmiş baxış barədə protokol tərtib olunmuş, rrotokol iştirakçılara oxunmuş, protokola heç bir əlavə və düşəliş edilməmişdir. Protokol iştirak edən şəxslər tərəfindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Oğuz RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Oğuz rayonu, Kərimli kənd sakini kimi tanıyır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması, istifadə etməsi və yaşadığı evdə saxlaması barədə məxfi əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat üzrə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli Oğuz rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs Oğuz rayonu, Kərimli kəndində yerləşən evinə polis əməkdaşlarının və qohumlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı iştirak edən şəxslərə Oğuz rayon Məhkəməsinin qərarı elan olunmuşdur. Bundan sonra iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin otaqlarına baxış keçirilmiş, baxış zamanı ev sahibinin bildirdiyinə görə 01 ədəd qırmızı rəngli sellofan bükümdə xınaya bənzər maddə, 01 ədəd, 16 kalibirli sursat aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə daxil olunmuş və orada olan boz rəngli qazanın içərisindən 01 ədəd şəffaf sellofan paketdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunan predmetlər qablaşdırılaraq götürülmüş və üzərinə möhür vurulmuşdur. Keçirilmiş baxış barədə protokol tərtib olunmuş, aparılmış videoçəkilişin görüntüləri disklərə köçürülərək protokola əlavə olunmuşdur. Protokol iştirakçılara oxunmuş, protokola heç bir əlavə və düzəliş edilməmişdir. Protokol iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Oğuz rayonu, Kərimli kənd sakini kimi tanımış, lakin onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və güc tətbiq edilməmişdir. Onda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə, həmçinin yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxlamasından ailə üzvlərinin və ya başqa şəxslərin xəbərinin olması barədə məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirdi ki, o, Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Oğuz rayonu Kərimli kənd sakini kimi tanıyır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması, istifadə etməsi və yaşadığı evdə saxlaması barədə məxfi əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat üzrə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli Oğuz Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs Oğuz rayonu Kərimli kəndində yerləşən evinə polis əməkdaşlarının və qohumlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı iştirak edən şəxslərə Oğuz rayon Məhkəməsinin qərarı elan olunmuşdur. Bundan sonra iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin otaqlarına baxış keçirilmiş, baxış zamanı ev sahibinin bildirdiyinə görə 01 ədəd qırmızı rəngli sellofan bükümdə xınaya bənzər maddə, 01 ədəd, 16 kalibirli ov tüfənginin sursatı aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə daxil olunmuş və orada olan boz rəngli qazanın içərisindən 01 ədəd şəffaf sellofan paketdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunan predmetlər qablaşdırılaraq götürülmüş və üzərinə möhür vurulmuşdur. Keçirilmiş baxış barədə protokol tərtib olunmuş, aparılmış videoçəkilişin görüntüləri disklərə köçürülərək protokola əlavə olunmuşdur. Protokol iştirakçılara oxunmuş, protokola heç bir əlavə və düzəliş edilməmişdir. Protokol iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Oğuz rayonu, Kərimli kənd sakini kimi tanımış, lakin onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və güc tətbiq edilməmişdir. Onda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə, həmçinin yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxlamasından ailə üzvlərinin və ya başqa şəxslərin xəbərinin olması barədə məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirdi ki, o, Oğuz RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması, istifadə etməsi və yaşadığı evdə saxlaması barədə məxfi əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat üzrə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli Oğuz Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs Oğuz rayonu Kərimli kəndində yerləşən evinə polis əməkdaşlarının və qohumlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı iştirak edən şəxslərə Oğuz rayon Məhkəməsinin qərarı elan olunmuşdur. Bundan sonra iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin otaqlarına baxış keçirilmiş, baxış zamanı ev sahibinin bildirdiyinə görə 01 ədəd qırmızı rəngli sellofan bükümdə xınaya bənzər maddə, 01 ədəd, 16 kalibirli ov tüfənginin sursatı aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə daxil olunmuş və orada olan boz rəngli qazanın içərisindən 01 ədəd şəffaf sellofan paketdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunan predmetlər qablaşdırılaraq götürülmüş və üzərinə möhür vurulmuşdur. Keçirilmiş baxış barədə protokol tərtib olunmuş, aparılmış videoçəkilişin görüntüləri disklərə köçürülərək protokola əlavə olunmuşdur. Protokol iştirakçılara oxunmuş, protokola heç bir əlavə və düzəliş edilməmişdir. Protokol iştirak edən şəxslər tərəfindən imzalanmışdır. O, həmin əməliyyatda videoçəkiliş aparmışdır. Təqsirləndirilən şəxs ilə heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və güc tətbiq edilməmişdir. İş üzrə şahidlər Şahid1 və Şahid2 üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmədiklərindən məhkəməyə ərizə göndərərək Oğuz rayonu Polis Şöbəsində verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. İş üzrə şahidlər Şahid1 və Şahid2 ibtidai istintaqda verdikləri ifadələri elan edilmişdir. İş üzrə Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu ilə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Oğlunun narkotik vasitələr istifadə etməsi və yaşadığı evdə saxlaması barədə heç bir məlumatı olmamışdır. xx.xx.2025-ci il tarixdə Oğuz RPŞ-nin əməkdaşlarının Oğuz rayon Kərimli bələdiyyəsinin sədrinin, Oğuz RİHB-nin Kərimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, ailə üzlərinin, yəni gəlininin, ərinin və qohumlarının iştirakı ilə evinə baxış keçirilmişdir. Baxış zamanı iştirak edən şəxslərə Oğuz rayon Məhkəməsinin qərarı elan olunmuşdur. Bundan sonra iştirakçılarla birlikdə yaşadığı evin otaqlarına baxış keçirilmiş, baxış zamanı 01 ədəd qırmızı rəngli sellofan bükümdə xına, 01 ədəd 16 kalibirli ov tüfənginin sursatı aşkar olunmuşdur. Daha sonra evinin zirzəmisinə daxil olunmuş və orada olan boz rəngli qazanın içərisindən 01 ədəd şəffaf sellofan paketdə nə olmasını bilmədiyi bitki kütləsi aşkar olunmuşdur. Aşkar olunan predmetlər polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüş və üzərinə möhür vurulmuşdur. Keçirilmiş baxış barədə protokol tərtib olunmuş, videoçəkiliş aparılmışdır. Protokol iştirakçılara oxunmuş, protokola heç bir əlavə və düzəliş edilməmişdir. O, həyətində gül əkmiş və yığdığı gül toxumlarını evin padvalına yığmışdır. Buna görə də həmin kütlənin gül toxumları olmasını polis əməkdaşlarına bildirmişdir. İş üzrə Şahid2 btidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir, onunla arasında heç bir ədavət və düşmənçilik yoxdur. Röyalın narkotik vasitələr istifadə etməsi və yaşadığı evdə saxlaması barədə heç bir məlumatı olmamışdır. xx.xx.2025-ci il tarixdə Oğuz RPŞ-nin əməkdaşlarının Oğuz rayon Kərimli bələdiyyəsinin sədrinin, Oğuz RİHB-nin Kərimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, ailə üzlərinin, yəni qaynanasının, qaynatasının və qohumlarının iştirakı ilə evə baxış keçirilmişdir. Baxış zamanı iştirak edən şəxslərə Oğuz rayon Məhkəməsinin qərarı elan olunmuşdur. Bundan sonra iştirakçılarla birlikdə yaşadığı evin otaqlarına baxış keçirilmiş, baxış zamanı 01 ədəd qırmızı rəngli sellofan bükümdə xına, 01 ədəd 16 kalibirli ov tüfənginin sursatı aşkar olunmuşdur. Daha sonra evinin zirzəmisinə daxil olunmuş və orada olan boz rəngli qazanın içərisindən 01 ədəd şəffaf sellofan paketdə nə olmasını bilmədiyi bitki kütləsi aşkar olunmuşdur. Aşkar olunan predmetlər polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüş və üzərinə möhür vurulmuşdur. Keçirilmiş baxış barədə protokol tərtib olunmuş, videoçəkiliş aparılmışdır. Protokol iştirakçılara oxunmuşdur. Qaynanası həyətində gül əkmiş və yığdığı gül toxumlarını evin padvalına yığmışdır. Ona görə də həmin kütlənin gül toxumları olmasını polis əməkdaşlarına bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı 2 mərtəbəli yaşayış evinin zal, 3 yataq otağı, 1 mətbəx və evin 1-ci mərtəbəsində olan zirzəmi və sanitar qovşağında keçirilmişdir. Baxış zamanı şübhəli olan qonaq (zal) otağında olan dolabın saxlanc yerində qırmızı rəngli bükümdə olan qəhvəyi rəngli paket (ev sahibinin dediyinə görə xına), 2-ci yataq otağında paltar dolabının üzərində 1 ədəd üzərində 16 kalibr olan, pistonlu qırmalı sursat və 1-ci mərtəbədə zirzəmidə girişdən sol tərəfdə qablar və boş bankalar qoyulmuş açıq rəflərin 2-ci hissəsində qazanın içərisində şəffaf sellofan torbanın içərisində qəhvəyi və yaşıl rəngli spesifik qoxusu olan narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq qablaşdırılmış və ekspertizaya təqdim olunmuşdur; (i.v.10-12) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin xx.xx.2025-ci il tarixli, 17/136 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş və ekspertiza tədqiqatına təqdim olunmuş, üzərində “Mənzilin zirzəmisindən aşkar edilmiş kütlə...Tərtib etdi: /imza/ Vasif Məmmədov...” sözləri, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 191,73 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra 0,02 qr.-qalıq -191,71qr. qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manatdır; Tədqiqata təqdim olunmuş, üzərində “Tərtib etdi:/imza/ Vasif Məmmədov..” sözləri, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki qırmızı rəngli parçaya bükülmüş 01(bir) ədəd qırmızı rəngli sellofan bükümdə, təmiz çəkisi – 0,26 qram olan qəhvəyi rəngli, xınaya oxşar bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. (i.v.17-18) “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:45-də tutulmuşdur;(i.v. 29) “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və xx.xx.2025-ci il tarixdə saat 10:30-da Oğuz RPŞ-dən sərbəst buraxılmışdır;(i.v.58-59) “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı Oğuz rayon Kərimli kəndində yerləşən evdə aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından qalıq qalmış 01 ədəd zərfdə qabalaşdırılmış 191,71 qram narkotik vasitə qurudulmuş marixuana və baxış keçirilərkən aparılmış video çəkilişin görüntülərinin köçürüldüyü 05 ədəd DVD disk maddi sübut kimi tanınmış və05 ədəd DVD disk işin materiallarına əlavə edilmişdir. Həmçinin, ekspertiza tədqiqatından qalıq qalmış 01 ədəd zərfdə qabalaşdırılmış 191,71 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmışdır və Oğuz RPŞ-də maddi sübutların saxlanma otağına təhvil verilmişdir;(i.v.71-72) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Oğuz RPŞ-nin İB-nin müstəntiqi X8 müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlamışdır. Bu zaman Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir;(i.v.-131-132) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır ;(i.v.-82) Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-68-9/2-78/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Oğuz rayonu Kərimli kəndində xx.xx.1964-cü il təvəllüdlü atası Şahid3, xx.xx.1966-cı il təvəllüdlü anası- Şahid1, xx.xx.1994-cü il təvəllüdlü arvadı-Şahid2, xx.xx.2018-ci il təvəllüdlü oğu - X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 ilə birlikdə yaşayır;(i.v.101) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X2 məcburi narkoloji-tibbi yoxlama haqqında xx.xx.2025-ci il tarixli, 504 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür;(i.v. 116) Oğuz rayon X7 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-64/2-239/2025 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayon X1 şöbəsinin “Narkoloji” və “Ruhi əsəb” kabinetlərində qeydiyyatda deyildir.(i.v. 81) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 191,73 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - himayəsində azyaşlı uşaqlarının olması; - törətdiyi əməli etiraf edib peşman olmasını; -yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (17- 19 fevral 2025-ci il, 24 saatdan artıq saxlanılması nəzərə alınmaqla), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM - 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən aparılmış video çəkilişin görüntülərinin köçürüldüyü 05 ədəd DVD disk iş materiallarında saxlanılmalı, Oğuz RPŞ-nin maddi sübutlar saxlanılan otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 191,71 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia və digər məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2025-ci il tarixdə saat 19:45-dən, tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2025-ci il tarixdə saat 10:30-dək olan müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 191,71 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video-çəkiliş aparılmasına dair 5 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №1(054)-54/2025
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-54/2025
15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver