Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-55/2025 29.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.2003-cü il tarixdə Oğuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, masadar işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2də “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 2024-cü ilin yanvar ayının istintaqa dəqiq məlum olmayan günündə saat 22 radələrində Oğuz rayon sakini Zərərçəkmiş şəxs2 məxsus Oğuz şəhəri, M.Müşviq küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə pəncərəni açaraq qanunsuz olaraq daxil olmaqla, həmin evin qonaq otağında olan jurnal masasının üzərindəki meyvə qabının içərisindən 1 ədəd 585 əyar, 13 qram çəkidə olan qızıl sırğanı gizli yolla talayaraq, 1 qram 585 əyar qızılın dəyəri 120 manat olmaqla Zərərçəkmiş şəxs2 1560 (bir min beş yüz altmış) manat ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, eyni niyyətlə təkrarən xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Oğuz rayon sakini Zərərçəkmiş şəxs3 məxsus Oğuz şəhəri, M.Müşviq küçəsi ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin şüşəli mətbəxt qapısını açaraq evə qanunsuz olaraq daxil olmaqla, həmin evin yataq otağındakı güzgülü şkafın birinci çəkməcəsindən 1 ədəd 585 əyar, 18,5 qram çəkidə olan qızıl boyunbağı, 1 ədəd 585 əyar, 11 qram çəkidə olan qızıl qolbaq, 1 ədəd 585 əyar, 2,5 qram çəkidə olan qadın qızıl üzüyü, 1 ədəd 585 əyar, 4 qram çəkidə olan qadın qızıl üzüyü və 1 ədəd 585 əyar, 3 qram çəkidə olan kişi qızıl üzüyü olmaqla cəmi 39 qram 585 əyar qızıl-zinət əşyalarını gizli yolla talayaraq, 1 qram 585 əyar qızılın dəyəri 120 manat olmaqla, Zərərçəkmiş şəxs3 ümumillikdə 4680 (dörd min altı yüz səksən) manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Bundan əlavə o, eyni niyətlə təkrarən xx.xx.2025-ci tarixdə saat 21 radələrində Oğuz rayon sakini Zərərçəkmiş şəxs1 məxsus Oğuz şəhəri, Gənclik qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin pəncərəsini açaraq evə qanunsuz olaraq daxil olmaqla, həmin evin yataq otağında olan şkafın birinci çəkməcəsindən 1400 (bir min dörd yüz) manat məbləğində pulu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, maddi vəziyyyəti pis olduğundan oğurluq etmək qərarına gəlmişdir. Bu səbəblə Oğuz şəhər ərazisini piyada gəzərək hansı evdə yaşayış olub-olmamasını dəqiqləşdirmişdir. Hər axşam hava qaraldıqda gəzərkən sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs2 məxsus Oğuz şəhəri M.Müşviq küçəsində yerləşən fərdi yaşayış evinin işıqlarının sönlü olduğunu görmüşdür. Ona görə də həmin evə oğurluğa girmək istəmişdir. Bu səbəblə 2024-cü ilin yanvar ayında xatırlamadığı gündə axşam hava qaraldıqdan sonra saat 22 radələrində çəpərdən Fəridin yaşadığı fərdi yaşayış evinin həyətinə keçmişdir. Daha sonra həmin evin pəncərəsini əli ilə itələyərək açmış və evin içərisinə daxil olmuşdur. Daxil olduğu otaq mətbəx otağı olmuşdur. Həmin otaqdan daha sonra qonaq otağına keçmişdir. Həmin vaxt kresloların qarşısında olan jurnal masasının üstündəki meyvə qabının içində bir cüt qızıl sırğa olduğunu görmüş və həmin sırğaları oğurlamışdır. Daha sonra evin digər otaqlarını gəzmiş ancaq pul və ya qızıl zinət əşyaları tapa bilməmişdir. Bundan sonra çıxıb getmişdir. Həmin qızıl sırğanı daha sonra itirdiyi üçün hal-hazırda həmin sırğanı təqdim edə bilmir. Bundan başqa Ətayə uzaq qohumu olduğundan onun tez-tez Bakı şəhərinə gedib-gəldiyini bildiyi üçün bir-iki gün həmin evi izlədikdən sonra 27 dekabr 2024-cü il tarixdə axşam saat 21 radələrində evin işıqlarının sünlü olduğunu görüb evə girmək qərarına gəlmişdir. Bu məqsədlə ilk öncə evin çəpərindən həyətinə daxil olmuş, həmin vaxt evin mətbəxinə giriş hissə olan yerə yaxınlaş, həmin giriş hissədə pəncərə və qapı bitişik olmuşdur. Plastik qapını əli ilə itələyərək açmış və içəri daxil olmuşdur. Daxil olduğu otaq mətbəx otağı olmuşdur. Bundan sonra ilk öncə yataq otağını axtarmış, ancaq heçnə tapa bilmədiyi üçün qonaq otağına keçdikdə pəncərənin yanında qadın çantası görmüş və həmin çantanın içinə baxdıqda çantanın içində qızıl-zinət əşyaları tapmış və həmin qızılzinət əşyalarını dərhal götürərək evdən uzaqlaşmışdır. Həmin çantanın içərisindən bir ədəd boyunbağı, bir ədəd qolbaq, 3 ədəd üzük oğurlamışdır. Həmin qızılları hissə-hissə Oğuz şəhər ərazisində qızıl mağazası olan Vamiq adlı şəxsə satmışdır. Həmin qızılları şəxsiyyət vəsiqəni təqdim edərək satmışdır. Vamiqə isə anasının xəstə olduğunu bildirmiş və qızılların anasına məxsus olduğunu demişdir. Həmin qızılları hissə-hissə bir-bir satdığı üçün Vamiqə qızılları satdığı qiymətləri xatırlamır. Ancaq həmin qızılları satmağı nəticəsində ümumillikdə 3000 manatadək gəlir əldə etmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Oğuz şəhər ərazisində yerləşən Gənclik qəsəbəsinə gedərək küçələri gəzməyə başlamış, belə ki, hansı evin qapısında qıfıl olduğuna diqqət yetirmişdir. Rəsmiyyənin evinin qarşısından keçdiyi vaxt evin işıqlarının sönlü olduğunu və qapıda qıfıl olduğunu görmüşdür. X3 RMX-da işlədiyini, evə gec gələcəyini bildiyindən həmin evə oğurluq məqsədi ilə girmək qərarına gəlmişdir. Öncə çəpərin üstündən həmin fərdi yaşayış evinin həyətinə keçmiş, bundan sonra evin içərisinə giriş qapısının bağlı olduğunu görüb evin pəncərələrini yoxlamağa başlamışdır. Həmin evin pəncərələri plastik pəncərə olmuşdur. Həmin evin yan hissəsindən olan pəncərəyə biraz güc etdikdə, pəncərə açılmış və içəri daxil olmuşdur. İçəri daxil olduqda həmin otağın mətbəx otağı olduğu ona məlum olmuşdur. Bundan sonra evin yataq otağına keçmişdir. Yataq otağını axtardıqdan sonra plasmas şkafın çəkməcəsinə baxdıqda həmin yerdə 3 ədəd yüzlük, 22 ədəd əllilik olmaqla 1400 manat pul olduğunu görmüş və həmin pulu götürərək evdən çıxıb getmişdir. O həmçinin evi gəzərkən ətrafı dağıtmamış, etdiyi oğurluqlar barədə heçkimə məlumat verməmiş və həmin oğurluq hadisələrini özü tək törətmişdir. O, əməlindən səmimi peşman olmuşdur. Hazırda zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Zərər çəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi yoxdur. Ona cəza təyin edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində işlədiyi Oğuz Rayon Mərkəzi Xəstəxanası PHŞ-də gecə növbəsində olduğu üçün işə getmişdir. Səhəri gün, yəni xx.xx.2025-ci il tarixdə saat 09 radələrində işdən çıxaraq yaşadığı Oğuz şəhəri Gənclik qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə gəlmişdir. Həmin vaxt evdə hər hansı bir dağınıqlıq görmədiyi üçün heçnədən şübhələnməmişdir. Səhəri günü, yəni xx.xx.2025-ci il tarixdə səhər saat 09 radələrində işə getmək üçün evdən çıxdıqda pul götürmək üçün yataq otağında olan pul qoyduğu “plastmas” şkafın birinci çəkməcəsinə baxmışdır. Bu vaxt həmin yerə qoyduğu 1400 (min dörd yüz) manat pulun yerində olmadığını görmüşdür. Həmin vaxt evdə heç bir iz olmadığı üçün ilk öncə pulu harasa başqa yerə qoyduğunu zənn edib evi axtarmağa başlamışdır. Bir neçə gün evi axtarmışdır. xx.xx.2025-ci il tarixədək həmin pulu tapmadığı üçün Oğuz RPŞ-yə gələrək ərizə ilə müraciət etmişdir. Həmçinin hadisə nəticəsində ona 1400 (bir min dörd yüz) manat maddi ziyan dəymiş, konkret olaraq Nicat adlı şəxsdən şübhələnmişdir, belə ki, Nicatı bir neçə dəfə yaşadığı küçədə gəzişərkən görmüş və hərəkətlərindən şübhələnmişdir. Həmin pullar yüzlük və əlliliklərdən ibarət olmuş, ancaq konkret olaraq həmin pulun neçəsinin əllilik, neçəsinin isə yüzlük olduğunu xatırlamır. Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi.(bu barədə məhkəməyə ərizə təqdim etmişdir) Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, tez-tez Bakı şəhərinə gedib-gəlir. Ona görə də bəzən yaşadığı Oğuz rayonu, M.Müşviq küçəsində yerləşən fərdi yaşayış evi nəzarətsiz qalır. Sonuncu dəfə isə 2024-cü ilin dekabr ayında bir neçə dəfə Bakı şəhərinə gedib-gəlmişdir. 2025-ci ilin yanvar ayının 5-də qonaq getdiyi vaxt qızıl qolbağını götürmək istəmişdir. Həmişə qızı-zinət əşyalarını istifadə etmədiyi əl çantasının içində saxlayır. Həmin çantanı isə evdə təmizlik etdiyi vaxt qonaq otağına pəncərənin yanına qoymuşdur. Çantanın içini açdıqda qızıl-zinət əşyalarının yerində olmadığını görmüşdür. 2024-cü ilin dekabr ayında demək olarki, ev nəzarətsiz qalmışdır. Yanvar ayında isə evdə olmuşdur. Həmçinin xx.xx.2025-ci il tarixdə qızıl qolbağını taxmaq üçün götürmək istədikdə qızıl-zinət əşyalarının yerində olmadığını aşkar etmiş, onun 1 ədəd 585 əyar 18.5 qram ağırlıqda rus qızılı olan boyunbağı, 1 ədəd 585 əyar 11 qram ağırlıqda rus qızılı olan qadın qolbağı, 1 ədəd 585 əyar 2.5 qram ağırlıqda rus qızılı olan qadın üzüyü, 1 ədəd 585 əyar 4 qram ağırlıqda rus qızılı olan qadın üzüyü və 1 ədəd 585 əyar 3 qram ağırlıqda rus qızılı olan kişi üzüyü oğurlanmışdır. Təqsirləndirilən şəxs ümumillikdə 39 qram 585 əyar rus qızılı oğurlamış, həmin əyarda qızılların qramını son 3-4 il ərzində 90-95 manata almış, ancaq həmin əyarda qızılların hal-hazırda qramı 120 manatdan başlayır, ona görə də ona hadisə nəticəsində 4680 (dörd min altı yüz səksən) manat maddi ziyan dəymiş, oğurluq hadisəsini xx.xx.2025-ci il tarixdə aşkar etsə də əvvəlcə qızılları başqa yerə qoymağı barədə fikirləşib evi axtarmağa başlamış, daha sonra Nicatın oğurluq etdiyini eşidib, ilk öncə uzaq qohum olduğu üçün şikayət etmək istəməmiş, ancaq əri ilə məsləhətləşdikdən sonra şikayət etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs3 ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi.(bu barədə məhkəməyə ərizə təqdim etmişdir) Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, onun Oğuz rayonu, M.Müşviq küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evi vardır. Həmin evə tez-tez gəlib gedir. Sonuncu dəfə 2024-cü ilin yanvar ayının əvvəlləri bayram günləri ilə bağlı həyat yoldaşı ilə birlikdə həmin fərdi yaşayış evinə gəlmişdir. Təxminən 4-5 gün qaldıqdan sonra Bakı şəhərinə geri qayıtmışdır. 2024-cü ilin yanvar ayının sonlarında həmin fərdi yaşayış evinə təkrar gəlmişdir. Bu səfət tək gəlmişdir. Həyat yoldaşı isə mənə keçən dəfə gəldikdə bir cüt sırğasını evdə təmizlik işləri görərkən qonaq otağında kresloların qarşısında olan jurnal masasının üzərindəki meyvə qabının içərisinə qoyduğunu və həmin sırğanı gətirməyini demişdir. Evə gəldikdə həmin yerdə sırğanın olmadığını görüb, bu barədə arvadına bildirmişdir. Bu vaxt arvadı “yəqin harasa qoymuşam, gələn dəfə gələndə özüm taparam” sözlərini demişdir. Ancaq evə gələrkən mətbəxin plastik pəncərəsinin açıq olduğunu görmüş və küləyin açdığını zənn edib bağlamışdır. Bundan sonra Bakı şəhərinə geri qayıtmışdır. Zərərçəkmiş şəxs3 ilə qonşuluqda yaşayır. 2025-ci ilin fevral ayında Ətayənin qızıllarının oğurlandığını və oğurluq edən şəxsin polis əməkdaşları tərəfindən aşkar edildiyini eşitmişdir. Bundan sonra fevral ayının 18-i təkrarən fərdi yaşayış evinə gələrək hər yeri axtarmış, ancaq sırğanı tapa bilməmişdir. Həmin vaxt pəncərənində açıq olması yadına düşmüş və bu barədə Oğuz RPŞ-nə ərizə ilə müraciət etmişdir. Həmçinin həmin bir cüt sırğa 13 qram 585 əyar rus qızılı olmuş, həmin qızıl sırğanı 12 il bundan öncə 1000 manata almış, qızılın qramı isə 120 manat olduğundan hal-hazırda həmin sırğanın qiymətin 1560 manatdır, bir sözlə hadisə nəticəsində ona 1560 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməmişdir. Zərərçəkmiş şəxs2 sonuncu məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə notarial qaydada göndərdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbi olmadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs sadəcə rayon sakini kimi tanıyır. Ancaq Nicatın atası Səhmanın RMX-nın mühafizəsində işlədiyini bilir və Səhmanla tanışlığı vardır. Nicatla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Onun Oğuz şəhərində özünə məxsus “zərgərlik” mağazası vardır. Nicat bir dəfə ona qızıl zinət əşyaları satmışdır. O mağazada olmadığı vaxt Nicat mağazaya satmaq üçün bir neçə qızıl əşyası gətirmiş, mağazanın satıcısı bu barədə zəng edərək ona məlumat vermiş, o da satıcıya həmin qızıl əşyalarını almamasını tapşırmışdır. O qızıl-zinət əşyalarının oğurluq olmasından şübhələndiyi üçün Nicatın atasına zəng edərək bu barədə ona bildirmişdir. Nicatın atası Səhman da bu barədə məlumatının olmadığını bildirmişdir. Bir müddət keçdikdən sonra polis əməkdaşları mağazaya gələrək Nicatın vətəndaşlara məxsus evlərdən qızıl-zinət əşyalarının oğurladığını, həmin əşyaları ona satıb-satmadığını soruşmuşlar. O da Nicatın həmin əşyaları ona satmadığını bildirmişdir. Sonradan eşitmişdir ki, Nicat qızıl əşyalarını başqa adama satmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Xatırlamadığı tarixdə tanışı Vamiq adlı şəxs oğlu Nicatın satmaq üçün onun mağazasına qızıl əşyaları gətirdiyini bildirmişdir. O, Vamiqə bundan xəbəri olmadığını və aydınlaşdıracağını demişdir. Daha sonra evə gəlib Nicatdan bu barədə soruşmuşdur. Nicat isə Vamiqin onu kimləsə qarışdırdığını deyərək, heç vaxt ona qızıl satmadığını bildirmişdir. Nicatın oğurluq etməsindən polislər Nicatı Oğuz RPŞ-nə çağırdıqdan sonra xəbəri olmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi onun özünün ibtidai istintaqın ilkin mərhələsi zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli baxış keçirilmə haqqında protokol və fotoşəkillərdən müəyyən edilir ki, oğurluq hadisəsi törədilən Zərərçəkmiş şəxs1 yaşadığı, Oğuz şəhəri, Gənclik qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli baxış keçirilmə haqqında protokol və fotoşəkillərdən müəyyən edilir ki, oğurluq hadisəsi törədilən Zərərçəkmiş şəxs3 yaşadığı, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli baxış keçirilmə haqqında protokol və fotoşəkillərdən müəyyən edilir ki, oğurluq hadisəsi törədilən Zərərçəkmiş şəxs2 məxsus, Oğuz şəhəri, M.Müşviq küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus nömrəsiz fərdi yaşayış evinin küçədən suvaqsız, 8 daş hündürlükdə mişar daşından hörülmüş çəpərini göstərərək, ifadəsində göstərdiyi xüsusatları yerində əyani olaraq təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin küçədən dəmir giriş qapısını göstərərək, ifadəsində göstərdiyi xüsusatları yerində əyani olaraq təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Şahidin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətinə küçədən keçdiyi çəpəri, daha sonra fərdi yaşayış evinin işərisinə girdiyi yeri göstərərək, ifadəsində göstərdiyi xüsusatları yerində əyani olaraq təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Oğuz RPİ-nin İB-nin müstəntiqi, polis kapitanı Mehdi Hüseyinzadə tərəfindən Azərbaycan Respublikasının CMnin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025 il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrə ilə davam etdirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməklə ibtidai istintaq davam etdirilimişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2003-cü il tarixdə Oğuz şəhərində anadan Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Oğuz rayon Mərkəzi bazarının müdiri Mayıl Qurbanovun xx.xx.2025-ci il tarixli arayışından görünür ki, 585 əyar rus qızılının qramı 120 (yüz iyirmi) manatdır, ümumillikdə 13 qram 585 əyar rus qızılının 2024-cü ilin yanvar ayında olan orta bazar qiyməti 1560 (bir min beş yüz altmış) manat hesablanır.(i.v. 222) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Oğuz rayon Mərkəzi bazarının müdiri Mayıl Qurbanovun xx.xx.2025-ci il tarixli arayışından görünür ki, 585 əyar rus qızılının qramı 120 (yüz iyirmi) manatdır, ümumillikdə 39 qram 585 əyar rus qızılının xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti 4680 (dörd min altı yüz səksən) manat hesablanır. (i.v. 209) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Oğuz RMX PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 18-1-64/2-400/2025 nömrəli məktubdan müəyyən edilir ki, Oğuz rayon sakini xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Oğuz RMX-nın poliklinika şöbəsinin “Narkoloji” və “Ruhi-əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən cinayət işi üzrə Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olsa da, hal-hazırda Oğuz şəhəri, D.Qorqud küçəsində yerləşən evdə yaşayır, ailə tərkibi atası-Şahid1, anası-X2 və bacısı-X1 ibarətdir və yaşadığı yerdə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ərizədən görünür ki, ona dəymiş maddi və mənəvi ziyanlıq tam olaraq ödənilmişdir və təqsirləndirilən şəxslə barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ərizədən görünür ki, ona dəymiş maddi və mənəvi ziyanlıq tam olaraq ödənilmişdir və təqsirləndirilən şəxslə barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2025-ci il tarixdə notarial qaydada verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı şikayəti yoxdur. Həmin şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsinə baxılmasına etirazı yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs özünün ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə istintaqında araşdırılan sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri və digər məhkəmə-istintaq materialları ilə tаm təsdiq edildiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddələr ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177.2.2-ci maddəsinə əsasən eyni əməllər təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2.3-cü maddəsinə əsasən eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs yaşayış sahəsinə daxil olmaqla təkrar oğurluq etməsi tam təsdiqini tapır. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək Təqsirləndirilən şəxs xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talaması ilə bağlı verilmiş ittihamın öz təsdiqini tapması nəticəsinə gəlir və təqsirləndirilən şəxsin ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: Cinayət əməlini səmimi etiraf etməsini; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanı tam ödəməsini, onlarla barışmasını; zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə razılığa gələrək barışıq əldə etməsini və zərər çəkmiş şəxslərin ondan hər hansı şikayətlərinin olmamasını; qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi, fiziki və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia tələbi verilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə digər məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz şəhəri D.Qorqud küçəsində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №1(054)-55/2025
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-55/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver