Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-6/2022 17.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1983-cü il tarixdə Kəlbəcər rayonu Susuzluq kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan, Oğuz rayonu Xaçmaz kəndinin Daşüz yaşayış sahəsində məskunlaşıb yaşayan, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 01 yanvar 2022-ci il tarixdə saat 13 radələrində müvəqqəti məskunlaşıb yaşadığı Oğuz rayonu Xaçmaz kəndi ərazisində yerləşən “Daşüz” yaşayış sahəsində qonşusu Zərərçəkmiş şəxs təsərrüfatında olan xırdabuynuzlu heyvanlarının onun həyətinə keçməsi ilə əlaqədar şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunun burun nahiyyəsinə bir dəfə kəllə ilə vuraraq ona burun tənəffüsünün çətinliyi ilə müşayət olunan, burun sümüyünün yerdəyişən sınığı və burnun əzilmiş yarası xəsarətləri ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Kəlbəcər rayonundan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Oğuz rayonu Xaçmaz kəndinin Daşüz yaşayış sahəsində məskunlaşıb yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir və o da Xaçmaz kəndinin Daşüz yaşayış sahəsində yaşayır. Onunla aralarında əvvəllər ciddi bir ədavət və ya düşmənçilik olmasa da, kiçik mübahisələri olmuşdur. Zərərçəkmiş şəxs həyəti ilə onlara məxsus həyət arasında sərhəd yoxdur, aralıq açıq vəziyyətdədir. 01.01.2022-ci il tarixdə saat 13 radələrində yaşadığı fermada olarkən Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanlar onun həyətinə keçmişdir. O da Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanları həyətindən çıxararaq örüş sahəsinə buraxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs onların yaşadığı evə gələrək guya onun qoyunları vurduğunu dermişdir. Bu səbəbdən Hüseynova ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs onu şərləyəcəyini deyərək yerdən daş götürüb ona atmışdır, lakin daş ona dəyməmişdir. Zərərçəkmiş şəxs növbəti dəfə daş götürmək istəyərkən daşı torpaqdan çıxarmağa çalışmış, ancaq daş torpaqdan çıxmadığından Zərərçəkmiş şəxs müvazinətini itirərək yerə yıxılmış və həmin vaxt xəsarət almışdır. Bundan sonra Zərərçəkmiş şəxs polisə zəng edib ona xəsarət yetirdiyini deyəcəyi ilə onu hədələmişdir. Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə zamanı o, Zərərçəkmiş şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs bədəni üzərində yaranan xəsarət onun yerə yıxılması nəticəsində yaranmışdır. Qeyd etdiyi halları nəzərə almağı və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Oğuz rayonu Xaçmaz kəndinin Daşüz yaşayış sahəsində ferma binasında yaşayır. Həmkəndlisi Təqsirləndirilən şəxs da həmin fermada yaşayır. 01.01.2022-ci il tarixdə saat 13 radələrində yaşadığı fermada olarkən Məhəbbətin ona məxsus xırda buynuzlu heyvanları mal tövləsinin qabağına gətirdiyini görmüşdür. Təqsirləndirilən şəxs yüksək səslə ona məxsus qoyunların onun həyətinə girdiyini bildirmiş, daha sonra “qoyunlarına sahib çıx” deyərək onun sifət nahiyyəsinə kəllə ilə bir dəfə vurmuşdur. O, burun nahiyyəsindən xəsarət almış, bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxsla aralarındakı mübahisə 5 dəqiqə ərzində davam etmiş, həmin vaxt onların yanında heç kim olmamışdır. O, Təqsirləndirilən şəxs daş atmamış, həmçinin, onunla mübahisə zamanı yıxılmamışdır. Bu barədə Təqsirləndirilən şəxs dedikləri həqiqətə uyğun deyildir. Onun burun nahiyyəsində olan xəsarət Təqsirləndirilən şəxs onu kəllə ilə vurması nəticəsində yaranmışdır. Zərərçəkmiş şəxs ifadəsində eyni zamanda göstərdi ki, Təqsirləndirilən şəxs ilə törətdiyi cinayət əməlini etiraf etmədiyinə görə o, hazırda da Təqsirləndirilən şəxsla barışmamış və onu bağışlamamışdır. Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onu qəsdən vuraraq xəsarət yetirdiyinə görə ondan şikayətçidir və təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, o, Oğuz rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi vəzifəsində işləyir. 01.01.2022-ci il tarixdə Oğuz rayon Polis Şöbəsində istintaq-əməliyyat qrupunda xidmətdə olmuş, həmin gün saat 13:39-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətindən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında o, X8 Qrupunun baş təhqiqatçısı Səid Abbasi, X1 baş inspektoru Şahid2 və sürücü ilə birlikdə Oğuz rayonu Xaçmaz kəndinin Daşüz yaşayış sahəsinə getmişdir. Onlar hadisə yerinə çatarkən Zərərçəkmiş şəxs burnundan qan gəldiyini görmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs qonşusu Məhəbbət adlı şəxsin aralarında yaranmış mübahisə zamanı kəllə ilə onun burun nahiyəsinə zərbə endirdiyini, nəticədə burnundan xəsarət aldığını demişdir. Zərərçəkmiş şəxs burun nahiyəsindən başqa heç bir yerində xəsarət izləri görünməmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Polis Şöbəsinə dəvət etmişlər. O, hadisənin hansı şəraitdə baş verməsini görməmişdir. Təqsirləndirilən şəxs nə üçün Zərərçəkmiş şəxs vurmasının səbəbi barədə də məlumatı yoxdur. İş üzrə şahid qismində dindirilmiş Oğuz rayon Polis Şöbəsinin əməkdaşı Şahid2 da Şahid1 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 13.01.2022-ci il tarixli 06 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində burun tənəffüsünün çətinliyi ilə müşayət olunan, burun sümüyünün yerdəyişən sınığı və burnun əzilmiş yarası xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən 01.01.2022-ci il tarixdə törənməyə uyğun gəlir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə aiddir. Zərərçəkmiş şəxs burun nahiyyəsindəki xəsarətin xarakter xüsusiyyətlərinə, yerinə, formasına, sayca bir ədəd (bir zərbənin təsirindən) olmasına və digər morfoloji xüsusiyyətlərinə görə müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 01.01.2022-ci ildə kəllə ilə burun nahiyyəsinə vurulan zərbənin təsirindən törənməsinə uyğun gəlir, həmin xəsarətlərin yıxılma nəticəsində törənməsi inandırıcı görünmür. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi, onun Zərərçəkmiş şəxs vurmadığı və ona heç bir xəsarət yetirmədiyi, Zərərçəkmiş şəxs bədəni üzərində yaranan xəsarətin yıxılma nəticəsində yarandığı barədə xüsusatlara aydınlıq gətirilməsi üçün hazırki iş üzrə məhkəmətibbi ekspertizasının 13.01.2022-ci il tarixli 06 nömrəli rəyini vermiş ekspert - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Qəbələ rayon Şöbəsinin rəisi X2 məhkəmə iclasına dəvət edilmişdir. X2 13.01.2022-ci il tarixli 06 nömrəli ekspert rəyi ilə bağlı məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun burun sümüyünün sındığı aşkar edilmiş, bununla bağlı onu aidiyyəti həkimlər də müayinə etmişlər. Zərərçəkmiş şəxs aldığı xəsarət kəskin zərbə nəticəsində yaranmışdır, burun nahiyyəsinə kəllə ilə vurulma nəticəsində də yarana bilər. Zərərçəkmiş şəxs aldığı xəsarət yıxılma nəticəsində yaranmağa xarakterik deyildir. Onun bədəni üzərində digər hər hansı xəsarətin olmaması da qeyd olunan xəsarətin yıxılma nəticəsində yaranmış olması ehtimallarını qəti şəkildə inkar edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “İfadənin yerində yoxlanılması haqqında” haqqında 15.03.2022-ci il tarixli protokol və qeyd edilən protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs yaşadığı Oğuz rayonu Xaçmaz kəndinin Daşüz yaşayış sahəsində Təqsirləndirilən şəxs onu vuraraq xəsarət yetrirdiyi yeri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon X9 Qrupunun baş müstəntiqi Elçin İsmayılovun sübutların qiymətləndirilməsi haqqında 04.04.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 10.03.2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş “Oğuz rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş 04.03.2022-ci il tarixli 189 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayon Mərkəzi Xəstəxanasının “Ruhi-əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Oğuz rayon X9 Qrupunun Qrupunun baş müstəntiqi Elçin İsmayılovun 04.04.2022-ci il tarixli qərarından və həmin tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 04.04.2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən 29.03.2022-ci il tarixli 151 nömrəli arayışdan, nikah haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla Oğuz rayonu Xaçmaz kəndində ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq məskunlaşıb yaşayır. Onun himayəsində 07.01.2016-cı il tarixdə anadan olmuş X4 və 28.08.2021-ci il tarixdə anadan olmuş X5 adlı iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Kərimli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən 29.03.2022-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmadığı və ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlini törətmədiyi barədə məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolu, məhkəmə-tibbi ekspertizasının rəyi və ekspertin izahı, habelə, məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatlara tənqidi yanaşır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət örətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın mövcud olmasını, onun məcburi köçkün olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, habelə, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və xəsarətin yetirilmə üsulunu, həmçinin, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hazırda da şikayətçi olmasını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, həmin cəzanın 1 (bir) il müddətinə müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayon ərazisini, eləcə də saat 21:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Xaçmaz kəndinin Daşüz yaşayış sahəsiində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbinin verilmədiyi, ekspertiza və digər məhkəmə xərclərinin, həmçinin, maddi sübutların olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(054)-6/2022
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-6/2022
17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver