Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-6/2024 09.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1996-cı ildə Oğuz rayonu Qumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Oğuz rayonu, Qumlaq kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində ”polisin nəzarəti altina vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməklə məhkəməyə verilmişdir, ona görə ki, o, 15 sentyabr 2023-cü il tarixdə günorta saatlarında fəhlə kimi işlədiyi, X6 məxsus, Oğuz rayonu Qumlaq kəndində yerləşən “findıq qəbulu məntəqəsi”ndə, Rəhman Hacıyevin iş otağında pul və sənəd saxlanması üçün istifadə etdiyi dəmir seyfin açarının yerini müəyyən edərək həmin açar vasitəsilə seyfi açıb saxlanc yerinə qanunsuz daxil olmaqla oradan 1500 (bir min beş yüz) manat pulu qəsdən oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxs Rəhman Hacıyevə qeyd olunan məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 17 sentyabr 2023-cü il tarixdə günorta saatlarında fəhlə kimi işlədiyi, X6 məxsus, Oğuz rayonu Qumlaq kəndində yerləşən findıq qəbulu məntəqəsində, Rəhman Hacıyevin iş otağında pul və sənəd saxlanması üçün istifadə etdiyi dəmir seyfin açarının yerini müəyyən edərək həmin açar vasitəsilə seyfi açıb saxlanc yerinə qanunsuz daxil olmaqla oradan 2000 (iki min) manat pulu qəsdən oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxs Rəhman Hacıyevə qeyd olunan məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 20 sentyabr 2023-cü il tarixdə günorta saatlarında fəhlə kimi işlədiyi, X6 məxsus, Oğuz rayonu Qumlaq kəndində yerləşən findıq qəbulu məntəqəsində, Rəhman Hacıyevin iş otağında pul və sənəd saxlanması üçün istifadə etdiyi dəmir seyfin açarının yerini müəyyən edərək həmin açar vasitəsilə seyfi açıb saxlanc yerinə qanunsuz daxil olmaqla oradan 2500 (iki min beş yüz) manat pulu qəsdən oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxs Rəhman Hacıyevə qeyd olunan məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 25 sentyabr 2023-cü il tarixdə günorta saatlarında fəhlə kimi işlədiyi, X6 məxsus, Oğuz rayonu Qumlaq kəndində yerləşən findıq qəbulu məntəqəsində, Rəhman Hacıyevin iş otağinda pul və sənəd saxlanması üçün istifadə etdiyi dəmir seyfin açarının yerini müəyyən edərək həmin açar vasitəsilə seyfi açıb saxlanc yerinə qanunsuz daxil olmaqla oradan 3308 (üç min üç yüz səkkiz) manat pulu qəsdən oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxs Rəhman Hacıyevə qeyd olunan məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 01oktyabr 2023-cü il tarixdə günorta saatlarında fəhlə kimi işlədiyi, X6 məxsus, Oğuz rayonu Qumlaq kəndində yerləşən findıq qəbulu məntəqəsində, Rəhman Hacıyevin iş otağında pul və sənəd saxlanması üçün istifadə etdiyi dəmir seyfin açarının yerini müəyyən edərək həmin açar vasitəsilə seyfi açıb saxlanc yerinə qanunsuz daxil olmaqla oradan 1500 (bir min beş yüz)manat pulu qəsdən oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxs Rəhman Haciyevə qeyd olunan məbləğdə maddi ziyan vurmuş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o rəsmi olaraq heç bir yerdə işləmir, X16 rayonu Qumlaq kəndində yerləşən findıq qəbulu məntəqəsində fəhlə kimi günəmuzd işləmişdir. Maddi imkanı çətin olduğu üçün findıq qəbulu məntəqəsindən oğurluq etmək qərarına gəlmişdir. Beləki, Rəhman ona pul verərkən kassanın açarının olduğu yeri müəyyən etmiş və xx.xx.2023-cü il tarixdə heç kim görmədiyinə əmin olaraq kassanın olduğu otağa girmiş, açarı kassanın altından götürmüş və kassanı açmışdır. Bu zaman kassada olan pullardan 1500 (bir min beş yüz) manat pul oğurlamışdır. O, kassada çoxlu pulun olmasına baxmayaraq oğurluq etdiyinin bilinməməsi üçün pulun hamısını götürməmiş, daha sonra kassanı bağlayıb otaqdan çıxmışdır. Həmin hadisədən 2 gün sonra xx.xx.2023-cü il tarixdə yenidən pula ehtiyacı olduğu üçün heç kimin görmədiyinə əmin olduqdan sonra kassanın olduğu otağa girmiş, açarı kassanın altından götümüş və kassani açmışdır. Bu zaman o, kassada olan pullardan 2000 (iki min) manat pul oğurlamış, daha sonra kassanı bağlayıb otaqdan çıxmışdır. Həmin hadisədən 3 gün sonra yenidən pul oğurlamaq qərarına gəlmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə eyni qayda ilə otağa girib kassanı açaraq oradan 2500 (iki min beş yüz) manat pul oğurlayıb otaqdan çıxmışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə yenidən pul oğurlamaq üçün həmin otağa daxil olub oradan eyni üsulla kassanı açıb orada olan pulun bir hissəsini oğurlayıb çıxmış və pulu sayarkən 3308 (üç min üç yüz səkkiz) manat oğurladığını bilmişdir. Daha sonra o, yenidən xx.xx.2023-cü il tarixdə günorta saatlarında findiq qəbulu məntəqəsində olarkən kassadan pul oğurlamaq qərarına gəlmiş və otağa daxil olmuş, kassanı açarla açıb oradan 1500 (bir min beş yüz) manat pul oğurlayıb otaqdan çıxmışdır. Bu minvalla o, Rəhmana məxsus findıq qəbulu məntəqəsindən ayrı-ayrı vaxtlarda ümumilikdə 10808 (on min səkkiz yüz səkkiz) manat pul oğurlamış və əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. O, törətdiyi cinayət əməlini könüllü olaraq etiraf edir və əməlindən səmimi peşman olmuşdur. Maddi ehtiyacı olduğuna görə oğurluq etsə də, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi olmayıb. Qeyd edilən halların cəza təyin edilən zaman nəzərə alinmasını və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadəsi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs X9 ibtidai istintaqda ifadə verərək bildirmişdir ki, rəsmi işi olmasa da fərdi əməklə məşğuldur. O, yaşadığı kənddə yerləşən ərazidə findiq qəbulu məntəqəsində 8 ildir ki, findıq tədarükü ilə məşğul olur. Tədarük etdiyi findıq məhsulunu findiq qəbulu zavoduna təhvil verərək pul qazanmışdır. Onun fəaliyyət göstərdiyi findiq qəbulu məntəqəsinin giriş qapısı plasik qapıdır. Həmin qapı ilə otağa daxil olduqda qarşı hissə dəmir barmaqlıqla örtülüdür. O, məntəqənin içərisində findıq satışı ilə əlaqədar hesablamalar aparır, findığın satışından əldə etdiyi pulları taxtadan hazırlanmış, kassa kimi istifadə etdiyi şkafa qoyaraq, həmin şkafi açarla bağlayır. O, şkafı bağladığı açarı şkafın altında gizlədir. O, xx.xx.2023-cü il tarixdə qeyd etdiyi şkafın içərisinə baxdıqda qoyduğu pulların arasında 10808 (on min səkkiz yüz səkkiz) manat vəsaitin əskik olduğunu müəyyən etmişdir. Həmin vaxt onunla birlikdə günəmuzd işləyən işçisi Əhlimandan bu barədə soruşmuşdur. Əhliman isə ona pulu götürmədiyini bildirmişdir. Lakin onda həmin vaxt Əhlimanla bağlı şübhə yaranmışdır. Çünki onun pulları saxladığı saxlanc yerinin açarını gizlətdiyi yeri yalnız Əhlimanın gördüyünü bildiyi üçün ondan şübhələnmişdir. O, hadisə barədə Oğuz rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra Əhliman Oğuz rayon polis şöbəsində yazdığı izahatında kassadan pulları oğurlamasını etiraf etmişdir. Ümumi olaraq ona məxsus findıq qəbulu məntəqəsindən cəmi 10808 (on min səkkiz yüz səkkiz) manat pul oğurlanmışdır. (xx.xx.2023-cü il tarixdə X2 turşusu içərək intihara cəhd etmiş, xx.xx.2023-cü ildə xəstəxanada vəfat etmişdir.Onun Oğuz rayon Polis şöbəsinə ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən ona 10808 manat maddi ziyanın tamamilə ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir.) Zərərçəkmiş şəxsin hüquqi varisi X7 mhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, mərhum X18 ilə 2011-ci ildə ailə həyatı qurmuşdur və onların birgə nikahdan iki övladı doğulmuşdur. X18 yaşadığı Oğuz rayonu Qumlaq kəndində icarəyə götürdüyü tikilidə findıq tədarükü ilə məşğul olmuşdur. Belə ki, yaşadıqları kənddə və ətraf kəndlərdən kənd sakinləri həyət və bağlarında becərdikləri findıq məhsulunu gətirib X18ə satırdılar. X18 isə tədarük etdiyi findıq məhsulunu Zaqatala rayonunda yerləşən findıq emalı zavoduna təhvil verərək pul qazanırdı. Rəhman Hacıyev uzun illər bu fəaliyyətlə məşğul olmuşdur. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Əhliman mərhum əri Rəhmanın yanında qeyri- rəsmi fəhlə kimi işləmiş, onun etibar etdiyi şəxs olmuşdur. 2023-cü ilin oktyabr ayında mərhum əri Rəhman ona söhbət zamanı yanında işləyən Əhliman adlı şəxsin onun iş yerindən pul oğurlamasını bildirmişdir. Əhliman mərhum əri Rəhmanın iş otağındakı kassanın açarlarını gizlətdiyi yeri müəyyən edərək, həmin açardan istifadə etməklə seyfdən mütəmadi olaraq pul oğurlamışdır. 2023-cü ilin noyabr ayının 3-də Əhliman oğurlayaraq əldə etdiyi 10808 manat pulu mərhum əri Rəhmana geri qaytarmışdır. Ona görə də mərhum əri xx.xx.2023-cü il tarixdə Oğuz Rayon Polis şöbəsinə gedərək ona dəymiş ziyanlığın ödənilməsi və Əhlimandan heç bir şikayət və tələbinin olmadığı barədə ərizə yazmışdır, lakin o ehtimal edir ki, Əhlimanın oğurladığı pul 10808 manat deyil, təxminən 100000(bir yüz min) manat olmuşdur. Çünki, mərhum əri onunla söhbətində Əhlimanın daha çox pul oğurladığını, lakin ona yazığı gəldiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə əri Rəhman sirkə turşusu içərək özünə xəsarət yetirmiş, bir ay xəstəxanada qalmış və 2023-cü ilin dekabr ayının 4-də həkimlərin səyinə baxmayaraq Mərkəzi Klinikada vəfat etmişdir. O, zərərçəkmiş şəxsin hüquqi varisi olaraq tanındıqdan sonra istintaqda ifadə verərkən mərhum ərinin ziyanlığın ödənilməsi ilə bağlı ərizə yazdığı ona bildirilmiş, o da Əhlimandan şikayətçi olmamışdır. Cinayət işinin gedişinda əri tərəfindən məhkəməyə maddi ziyanlığın ödənildiyi və təqsirləndirilən şəxsdən şikayətçi olmadığı barədə ərizə verilsə də, hazırda o özü Əhlimandan şikayətçidir və onun qanuni cəzalandırılmasını xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum X15 yaşadığı Oğuz rayonu Qumlaq kəndində icarəyə götürdüyü tikilidə findıq tədarükü ilə məşğul olmuşdur. Belə ki, yaşadıqları kənddə və ətraf kəndlərdən kənd sakinləri həyət və bağlarında becərdikləri findıq məhsulunu gətirib X15ə satırdılar. X15 isə tədarük etdiyi findıq məhsulunu Zaqatala rayonunda yerləşən findıq emalı zavoduna sataraq pul qazanırdı. Beləliklə uzun illər mərhum X15 bu fəaliyyətlə məşğul olmuşdur. Təqsirləndirilən şəxs uzun müddət mərhum qardaşı Rəhmanın yanında qeyri-rəsmi olaraq fəhlə kimi işləmişdir. Əhliman qardaşının etibar etdiyi şəxs olmuşdur. O özü də qardaşı Rəhmanla birlikdə fındıq tədarükü ilə məşğul olmuşdur. Belə ki, o fındıq tədarükü məntəqəsinə toplanmış məhsulu özlərinə məxsus yük maşını ilə Zaqatala rayonunda yerləşən findıq emalı zavoduna daşımaqla məşğul olmuşdur. O hər gün səhərə yaxın saat 04 radələrində Zaqatala rayonuna getmiş və gecə saatlarında qayıtmışdır. O 2023-cü ilin oktyabr ayında gecə saatlarında (dəqiq gününü xatırlamır) zavoddan fındıq qəbulu məntəqəsinə qayıdıb gəlmiş, oradakı iş otağında mərhum qardaşı Rəhmanın, Əhlimanın və digər işçilərin söhbət etdiyini görmüşdür. Onlardan söhbətin nədən getdiyini soruşduqda qardaşı Rəhman ona bildirmişdir ki, işçisi Əhliman ayrı-ayrı vaxtlarda kassa kimi istifadə etdikləri saxlanc yerindən 10808 (on min səkkiz yüz səkkiz) manat pul oğurlamışdır. Qardaşı Rəhman çox vaxt iş yerində olmuş, pulu kassa kimi istifadə etdikləri saxlanc yerində(stolun siyirməsində) saxlamışdır. “Kassa”nın açarı stolun üstündə olmuş, qardaşı bəzən özü işdə olmayan zaman açarı Əhlimana və digər işçilərə vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Oğuz RPŞ-nin TQ-nun təhqiqatçısı Xəyal Şərifov tərəfindən X5 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək tərtib edilmiş, protokola əlavə olunmuşdur. (iş vər. 09-12) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X9 zərərçəkmiş şəxs qismində tanınmışdır.(iş vər. 60-61) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Rəhman Hacıyev Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 10808 manat maddi ziyanın ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirmişdir.(iş vər. 69) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur. (iş vər.75) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında AZ- İİ 357940 saylı şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə ölmüş, bu barədə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 1671 nömrə ilə qeyd edilmişdir.(iş vər. 127) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X1 Rəhman Bəxtiyar oğlunun hüquqi varisi qismində tanınmışdır. (iş vər. 113-115) “Oğuz Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 18-1-64/2-919/2023 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Ruhi-əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda yoxdur. (iş vər. 76). Oğuz rayon İcra Hakimiyyəti başçısının Qumlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 5-68-12/2-485/2023 saylı arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri-atası, anası, qardaşları və bacısı ilə birlikdə Oğuz rayonu Qumlaq kəndində yaşayır, onun barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. (iş vər. 78- 79) Zərərçəkmiş şəxsin hüquqi varisi X4 iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan tam olaraq ödənilmiş, onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmiş, onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün tövsüf edilmişdir və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dəymiş maddi ziyanı tamamilə ödəməsi CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs digər şəxsə məxsus pulu gizli olaraq talasa da, onun törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etdiyini, həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini, yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə qeyd olunanları CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61.1.-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən qanunvericiliyin qeyd edilən tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, onun cinayət əməllərini etiraf edib səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, şəxsiyyətini xarakterizə edən xüsusiyyətləri, kənar şəxslərin ona təsirini, təyin ediləcək cəzanın onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq cəzanın səmərəliliyinə, məqsədəuyğunluğuna və məhkumun islah olunmasına təsirinə nail olmaq üçün hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:40dan xx.xx.2023-cü il tarixdə saat 18:30-dək iki gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət 24 saatdan artıq olduğu üçün 2 gün kimi nəzərə alınaraq, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-358, 381,384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:40-dan xx.xx.2023-cü il tarixdə saat 18:30-dək şübhəli şəxs qismində tutulduğu 2 gün azadlıqdan məhrum etmənin bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulması hesabı ilə hesablanmaqla 4 gün cəzası çəkilmiş hesab edilərək ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Oğuz rayonu Qumlaq kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, Oğuz rayonu ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Oğuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-6/2024
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-6/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver