Məhkəmə qərarları › İş №1(054)-60/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-60/2025

08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-60/2025 08.08.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Oğuz rayonunun Qarabaldır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Oğuz rayonunun Qarabaldır kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və istintaqa məlum mənbədən qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə istehsal olunmuş və üzərində hər hansı bir konstruksiya dəyişikliyi edilməmiş, 9 mm kalibirli, “Makarov” (“PM”) konstruksiyalı, nömrəsi silinmiş yivli odlu döyüş silahı olan tapança, həmin yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibirli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış və təyinatı üzrə istifadəyə yararlı 1 ədəd sandıqça və zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibirli olmaqla, həmin kalibrə malik “Makarov” (“PM”), “PA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə yararlı döyüş sursatı olan 04 ədəd patronlar əldə edərək üzərində daşıyıb Oğuz rayonun Kərimli kəndindən Qarabaldır kəndinə gedən avtomobilin yolun kənarında olan beton piltələrin altında qara rəngli sellofan torbaya qoyaraq gizlətmiş, xx.xx.2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Oğuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən 01 ədəd yivli odlu döyüş silahı olan tapança, onun 01 ədəd sandıqçası və həmin tapançada istifadə edilmək üçün nəzərdə tutulan döyüş sursatı olan 04 ədəd patronlar onun gizlətdiyi yerdən aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həqiqətən də Oğuz rayon Qarabaldır kəndində yaşayır və orada qeydiyyatdadır. Bir müddətdir ki, Bakı şəhərində avtoyuma məntəqəsində işləmiş və işi ilə əlaqədar orada yaşamışdır. Bakı şəhəri Bakıxanov qəsəbəsində olarkən təsadüfən orada olan zibil qutusunda qara rəngli torbada yarı bükülmüş tapançaya bənzər əşya görmüşdür. O, qutudan həmin əşyanı çıxardıqda onun həqiqətən “Makarov” tapançası olduğunu müəyyən etmişdir. Torbanın içərisinə baxdıqda orada həmçinin 4 ədəd həmin silaha aid patron və bir ədəd tapança darağı olduğunu görmüşdür. Daha sonra tapdığı həmin silah sursatı qara rəngli torbaya bükərək özü ilə yaşadığı ünvana aparmışdır. Bir müddət silah sursatı orada saxladıqdan sonra onları yaşadığı Oğuz rayonuna gətirmək qərarına gəlmişdir. Həmin silah surasatı özü ilə Oğuz rayonuna gətirmiş, lakin ailə üzvlərinə problem olmasından ehtiyyat edərək silahı yaşadığı ünvana aparmayaraq Oğuz rayonu Kərimli kəndindən yaşadığı Qarabaldır kəndinə gedən yolun kənarında gizlətmişdir. xx.xx.2025-ci il tarixdə gecə saatlarında yaşadığı kənddə olarkən mülki geyimdə olan bir neçə polis əməkdaşı ona yaxınlaşaraq üzərində silah gəzdirməkdə şübhəli olduğunu deyərək onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş və vəkillə təmin olunmuşdur. Bundan sonra isə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı onda həqiqətən də silah olduğunu etiraf etmiş, onu yaşadığı Qarabaldır kəndinə gedən yolun kənarında gizlətdiyini bildirmişdir. Daha sonra polis əməkdaşlarına həmin yeri göstərmiş və silah gizlətdiyi yerdən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, onun uşaqlıqdan odlu silahlara böyük marağı olmuş, silahın uc hissəsini zibil qutusunda gördükdə dərhal tanımış, silahı oradan sırf maraq məqsədi ilə götürmüş və özü ilə aparmaqda başqa heç bir niyyəti və ya məqsədi olmamaşdır, həmçinin onda silah-sursat olmasından başqa heç bir şəxsin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini və gənc olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2025-ci ilin yanvar ayından Oğuz RPŞ-nin cinayət axtarışı bölməsinin rəisi vəzifəsində işləyir. Oğuz rayon Qarabaldır kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, həmin şəxslə arasında ədavət və ya düşmənçilik yoxdur. 11 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirlərinin həyata keçrilməsi üçün Qərar qəbul edilmiş və Oğuz RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupunun yaradılması barədə əmr verilmişdir. 11 aprel 2025-ci il tarixdə axşam saat 23:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı, rayonun Qarabaldır kəndi ərazisində saxlanılaraq Oğuz RPŞ-yə gətirilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş və müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra video çəkiliş aparılmaqla, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya olmadığını, lakin təxminən bir ay əvvəl Bakı şəhəri, Bakıxanov qəsəbəsində zibil qutusundan bir ədəd “Makarov” tipli tapança və həmin tapançaya aid 4-5 ədəd patron tapdığını, iki gün əvvəl Oğuz rayonuna gələrək tapdığı həmin silah sursatı Kərimli kəndi ərazisində gizlətdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin şəxsin üzərindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuş və gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən qablaşdırlıb 95 saylı möhürlə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər hər hansı bir əşya, maddə və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs odlu silah əldə edərək gizlətməsini bildirməsi və həmin yerə baxış keçirilməsi zərurəti yarandığından video çəkiliş dayandırılaraq Təqsirləndirilən şəxs göstərməsi ilə silahı gizlətməsini bildirdiyi, rayonun Kərimli kəndindən Qarabaldır kəndinə gedən yolun kənarında, beton piltələr olan yerə gəlmişlər. Təqsirləndirilən şəxs Qarabaldır kəndi istiqamətində yolun sol kənarında olan beton piltələrə yaxınlaşaraq piltənin altında olan xırda daşları kənara ataraq həmin yerdən bir ədəd qara rəngli sellofan torba çıxararaq təqdim etmişdir. Həmin qara rəngli sellofan torbanın içərisinə baxış keçirilərkən içərisində 1 ədəd nömrəsi silinmiş “Makarov” tipli tapança, 1 ədəd həmin silaha aid daraq və 4 ədəd tapança patronu aşkar edilmişdir. Aşkar edilmiş həmin silah-sursat zərfə qoyularaq qablaşdırılmış, 95 saylı möhürlə möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Həmin ərazidən qanunla qadağan olunmuş başqa heç bir əşya və ya predmet aşkar olunmamış, ən sonda isə protokol tərtib olunmuş, iştirakçılara oxunmuş, iştirakçılar tərəfindən protokola heç bir əlavə, düzəliş olunmamış və imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, Oğuz rayon Qarabaldır kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, həmin şəxslə arasında ədavət və ya düşmənçilik yoxdur. 11 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirlərinin həyata keçrilməsi üçün Qərar qəbul edilmiş və Oğuz RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupunun yaradılması barədə əmr verilmişdir. 11 aprel 2025-ci il tarixdə axşam saat 23:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı, rayonun Qarabaldır kəndi ərazisində saxlanılaraq Oğuz RPŞ-yə gətirilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş və müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra video çəkiliş aparılmaqla, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya olmadığını, lakin təxminən bir ay əvvəl Bakı şəhəri, Bakıxanov qəsəbəsində zibil qutusundan bir ədəd “Makarov” tipli tapança və həmin tapançaya aid 4-5 ədəd patron tapdığını, iki gün əvvəl Oğuz rayonuna gələrək tapdığı həmin silah sursatı Kərimli kəndi ərazisində gizlətdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin şəxsin üzərindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuş və gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən qablaşdırlıb 95 saylı möhürlə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər hər hansı bir əşya, maddə və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs odlu silah əldə edərək gizlətməsini bildirməsi və həmin yerə baxış keçirilməsi zərurəti yarandığından video çəkiliş dayandırılaraq Təqsirləndirilən şəxs göstərməsi ilə silahı gizlətməsini bildirdiyi, rayonun Kərimli kəndindən Qarabaldır kəndinə gedən yolun kənarında, beton piltələr olan yerə gəlmişlər. Təqsirləndirilən şəxs Qarabaldır kəndi istiqamətində yolun sol kənarında olan beton piltələrə yaxınlaşaraq piltənin altında olan xırda daşları kənara ataraq həmin yerdən bir ədəd qara rəngli sellofan torba çıxararaq təqdim etmişdir. Həmin qara rəngli sellofan torbanın içərisinə baxış keçirilərkən içərisində 1 ədəd nömrəsi silinmiş “Makarov” tipli tapança, 1 ədəd həmin silaha aid daraq və 4 ədəd tapança patronu aşkar edilmişdir. Aşkar edilmiş həmin silah-sursat zərfə qoyularaq qablaşdırılmış, 95 saylı möhürlə möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Həmin ərazidən qanunla qadağan olunmuş başqa heç bir əşya və ya predmet aşkar olunmamış, ən sonda isə protokol tərtib olunmuş, iştirakçılara oxunmuş, iştirakçılar tərəfindən protokola heç bir əlavə, düzəliş olunmamış və imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Oğuz RPŞ-nin uçot-qeydiyyat qrupunun inspektoru Şahid3 ifadəsində bildirmişdir ki, Oğuz rayon Qarabaldır kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, həmin şəxslə arasında ədavət və ya düşmənçilik yoxdur. 11 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirlərinin həyata keçrilməsi üçün Qərar qəbul edilmiş və Oğuz RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupunun yaradılması barədə əmr verilmişdir. 11 aprel 2025-ci il tarixdə axşam saat 23:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı, rayonun Qarabaldır kəndi ərazisində saxlanılaraq Oğuz RPŞ-yə gətirilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş və müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra video çəkiliş aparılmaqla, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya olmadığını, lakin təxminən bir ay əvvəl Bakı şəhəri, Bakıxanov qəsəbəsində zibil qutusundan bir ədəd “Makarov” tipli tapança və həmin tapançaya aid 4-5 ədəd patron tapdığını, iki gün əvvəl Oğuz rayonuna gələrək tapdığı həmin silah sursatı Kərimli kəndi ərazisində gizlətdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin şəxsin üzərindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuş və gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən qablaşdırlıb 95 saylı möhürlə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər hər hansı bir əşya, maddə və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs odlu silah əldə edərək gizlətməsini bildirməsi və həmin yerə baxış keçirilməsi zərurəti yarandığından video çəkiliş dayandırılaraq Təqsirləndirilən şəxs göstərməsi ilə silahı gizlətməsini bildirdiyi, rayonun Kərimli kəndindən Qarabaldır kəndinə gedən yolun kənarında, beton piltələr olan yerə gəlmişlər. Təqsirləndirilən şəxs Qarabaldır kəndi istiqamətində yolun sol kənarında olan beton piltələrə yaxınlaşaraq piltənin altında olan xırda daşları kənara ataraq həmin yerdən bir ədəd qara rəngli sellofan torba çıxararaq təqdim etmişdir. Həmin qara rəngli sellofan torbanın içərisinə baxış keçirilərkən içərisində 1 ədəd nömrəsi silinmiş “Makarov” tipli tapança, 1 ədəd həmin silaha aid daraq və 4 ədəd tapança patronu aşkar edilmişdir. Aşkar edilmiş həmin silah-sursat zərfə qoyularaq qablaşdırılmış və imzalanaraq götürülmüşdür. Həmin ərazidən qanunla qadağan olunmuş başqa heç bir əşya və ya predmet aşkar olunmamış, ən sonda isə protokol tərtib olunmuş, iştirakçılara oxunmuş, iştirakçılar tərəfindən protokola heç bir əlavə, düzəliş olunmamış və imzalarla təsdiq edilmişdir. xx.xx.2025-ci il tarixli “Şəxsi axtarış və götürmə barədə“ protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmasa da onda silah-sursat olduğunu etiraf edərək onu Oğuz rayon Kərimli kəndindən Qarabaldır kəndində gedən yolun kənarında gizlətdiyini etiraf edərək həmin yeri təqdim etmiş və Təqsirləndirilən şəxs göstərdiyi yerdən, beton piltələrindən altından qara rəngli sellofan torbaya bükülmüş 1 ədəd nömrəsi silinmiş “ Makarov” tipli tapança, 1 ədəd həmin silaha aid daraq və 4 ədəd tapança patronu aşkar edilərək qanunamüvafiq qaydada qablaşdırılıb DİN-in 95 saylı möhürüi ilə möhürlənərək götürülmüş, bununla əlaqədar protokol tərtib edilmiş və aparılmış video çəkilişin görüntüləri 1 ədəd DVD diskə köçürülərək tərtib edilmiş protokola, həmin protokol isə cinayət işinin istintaq materiallarına əlavə olunmuşdur. (i.v. 28-30) 12 aprel 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A16” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A16” markalı mobil telefonun üzərində +99477 *** ** ** və +99477 *** ** ** saylı mobil nömrələr vardır. Təqsirləndirilən şəxs bildirmişdir ki, +99477 *** ** ** saylı nömrə özünə, +99477 *** ** ** nömrə isə qardaşı X1 məxsusdur, sonuncu mobil telefonunu satdığı üçün həmin nömrəni onun mobil telefonuna taxaraq istifadə edir. Mobil telefonu açıldıqda müəyyən olunmuşdur ki, ekran şəkli cinayətkar aləmdə “Rövşən Lənkəranski” kimi tanınan Rövşən Canıyevin fotoşəklidir. Həmçinin “Tiktok” sosial şəbəkəsində “Röyal_oguz” adı ilə qeydiyyatdan keçmiş səhifəsində sonuncunun və cinayətkar aləmi təbliğ edən başqa şəxslərin fotoşəkillərindən hazırlanmış və həmin xarakterli musiqilərlə video materiallar paylaşmışdır. Telefonda olan “Whatsapp” proqramında, zəng və SMS məlumatlarında, iş üçün əhəmiyyət kəsb edəcək başqa məlumat aşkar olunmamışdır. Baxış keçirilməsi ilə protokol tərtib olunaraq Təqsirləndirilən şəxs mobil telefonunda yuxarıda qeyd edilən məlumatların fotoşəkilləri çəkilib çap edilməklə, həmçinin telefon vasitəsi ilə video qeydiyyatı aparılaraq kompakt diskə köçürülməklə protokola, həmin protokol isə cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (i.v. 45-50) 23 may 2025-ci il tarixli “ifadənin yerində yoxlanılması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “İrşad” elektronika mağazasının fəaliyyət göstərdiyi binanın arxa hissəsində zibil qutuları olan yeri göstərərək xx.xx.2025-ci il tarixdə ondan aşkar edilərək götürülmüş silah sursatı məhz həmin yerdən tapdığını bildirmiş, keçirilmiş istintaq hərəkəti ilə əlaqədar tərəfimdən protokol tərtib olunmaqla Təqsirləndirilən şəxs təqdim etdiyi yerin məkan məlumatları mobil telefon vasitəsi ekran şəkli çəkilərək və foto şəkillər çap edilərək tərtib edilmiş protokola, həmin protokol isə cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (i.v. 101-106) Məhkəmə-ballistik ekspertizasının 12 aprel 2025-ci il tarixli, 17/283 nömrəli rəyindən görünür ki, -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibirli, “Makarov” (“PM”) konstruksiyalı, nömrəsi silinmiş tapançadır – yivli odlu döyüş silahıdır, üzərində hər hansı bir konstruksiya dəyişikliyi edilməmişdir. MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş “silahın texniki cəhətdən saz və atəşə yararlı olub-olmaması müəyyən edilsin..” sualını cavablandırmaq mümkün olmadı. Ekspert qarşısında qoyulmuş “1 (bir) ədəd “Makarov” tipli tapançaya bənzər silahla əvvəllər hər hansı bir cinayət törədilib-törədilməməsi müəyyən edilsin.” Sualı ekspertin zəruri biliyinə aid olmadığından cavablandırılmadı. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça “Makarov” (“PM”) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibirli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. -Tədqiqata təqdim edilmiş 04 (dörd) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibirli olmaqla, həmin kalibrə malik “Makarov” (“PM”), “PA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır – döyüş sursatıdırlar, atəşə yararlıdırlar. (i.v. 37-38) Məhkəmə-tibbi ekspertizasının 18 aprel 2025-ci il tarixli, 23 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. (i.v.85-86) Məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 25/896 nömrəli rəyindən görünür ki, -Tədqiqata təqdim edilmiş 01 ədəd, №-si silah zavod üsulu ilə, keçmiş SSRİ dövründə istehsal olunmuş 9 mm kalibirli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişikliyə məruz qalmamışdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir – darağıdır, texniki chətdən sazdır və istifadə üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar zavod üsulu ilə, Azərbaycan Respublikasında 2010-cu ildə istehsal olunmuş, 9x18 mm kalibirli olmaqla, həmin kalibirli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalarda ayəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. -Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 04 ədəd 9x18 mm kalibirli patronlardan 02 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur.(i.v. 116-121) Oğuz RMX PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 18-1-64/2-489/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Oğuz RMX-nın poliklinika şöbəsinin “Ruhi əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda yoxdur. (i.v. 113) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il il tarixli tələbnamədən görünür ki, İsmayılov Röyal oğlu əvvəllər məhkum olunmamışdır. (i.v. 108) Oğuz rayon İHB-nın Kərimli İƏD üzrə nümayəndəliyindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayon Qarabaldır kəndində atası – 1971-ci il təvəllüdlü X3, anası – 1975-ci il təvəllüdlü X5, qardaşı – 1996-cı il təvəllüdlü X4, qardaşı – 1999-cu il təvəllüdlü X7 və bacısı – 2005-ci il təvəllüdlü X6 ilə birlikdə yaşayır, subaydır, onun barəsində Kərimli kənd icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. (i.v. 110-112) Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-ci bəndinə əsasən müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalar döyüş sursatı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibind dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, gənc olmasını və ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmənin əvvəli bu gündən yəni-onun həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan xx.xx.2025-ci il tarixdə saat 00:06-dan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2025-ci il - tarixdə saat 11:15-dək olan müddət 2(iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut 1 (bir) ədəd “Makarov” (“PM”) konstruksiyalı tapança, onun 1(bir) ədəd sandıqçası və 2(iki) ədəd patronu aidiyyəti üzrə təhvil verilməlidir. İş materiallarında olan 2(iki) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 30,60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia tələbinin və müsadirə olunması təklif olunan əmlak, alət və vasitənin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan xx.xx.2025-ci il tarixdə saat 00:06-dan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2025-ci il - tarixdə saat 11:15-dək olan müddət 2(iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli onun həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal “həbs” edilsin. İş üzrə maddi sübut 1 (bir) ədəd “Makarov” (“PM”) konstruksiyalı tapança, onun 1(bir) ədəd sandıqçası və 2(iki) ədəd patronu aidiyyəti üzrə təhvil verilsin. 2(iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə 30,60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia tələbinin və müsadirə olunması təklif olunan əmlak, alət və vasitənin olmadığı nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar