Məhkəmə qərarları › İş №1(054)-67/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-67/2025

17.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-67/2025 17.10.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Oğuz şəhərində Dəymədərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə saat 20:50 radələrində Oğuz şəhəri, H.Aslanov küçəsində yerləşən "Qızıl-Tac" şadlıq sarayında toy məclisində olarkən, tanışı Zərərçəkmiş şəxs Elbrus oğlu ilə əvvəllər aralarında olmuş torpaq mübahisəsilə bağlı yaranmış ədavətin davamı olaraq, həmin şadlıq sarayının sanitar qovşağında Zərərçəkmiş şəxsla təklikdə olarkən, ondan qisas almaq məqsədi ilə qəsdən sonuncunun başının müxtəlif nahiyyələrindən, o cümlədən bədəninin ayrı-ayrı hissələrindən, əllərindən, qollarından, ayaqlarından təpik və yumruqla vuraraq, nəticədə Zərərçəkmiş şəxs - başın sağ gicgah nahiyyəsinin, üzün sağ tərəfinin dərialtı hematoması, sağ xarici qulaq seyvanının ön yuxarı sərbəst kənarının, boyunun sol aşağı hissəsinin, sol baldırın içəri yuxarı 1/3-nin qançırı və sağ dirsək oynağının əziyi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib Zərərçəkmiş şəxs Elbrus oğlu ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Elbrus oğlu Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi və mənəzvi ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını iş üzrə icraata xitam verilməsini bildirdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyi publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2025-ci il tarixli, 46 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs Elbrus oğlunun bədəni üzərində başın sağ gicgah nahiyyəsinin, üzün sağ tərəfinin dərialtı hematoması, sağ xarici qulaq seyvanının ön yuxarı sərbəst kənarının boyunun so 1. Vat. Serialty hematomas, unun bədəni üzərində başın sağ giogán nahiyyəsinin, üzün sağ aşağı hissəsinin, sol baldırın içəri yuxarı 1/3-nin qançırı və sağ dirsək oynağının əziyi kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə yəni 21 iyun 2025-ci ildə törənə bilər. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətləri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərərçəkmiş şəxs Elbrus oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş material üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Elbrus oğlu ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.11, 40.3, 43, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar