Məhkəmə qərarları › İş №1(054)-7/2022

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-7/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-7/2022 11.10.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas X5, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və X2 iştirakı ilə, Təqsirləndirilən şəxs: xx.xx.1992-ci il tarixdə Oğuz rayonu Mollalı kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altında vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs: xx.xx.1990-cı il tarixdə Oğuz rayonu Mollalı kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altında vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 397,47 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş, həmin kütlənin 197,93 qramını 2022-ci ilin yanvar ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs2 xahişi ilə ona bəxşiş kimi vermiş, keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 xx.xx.2022ci il tarixdə Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Oğuz şəhəri ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin sol iç döş cibindən bir ədəd sellofan kisədə həmin 197,93 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, davam etdirilən istintaq əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş narkotik vasitəni ona Təqsirləndirilən şəxs1 verdiyi müəyyən edildiyindən sonuncu xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə polis əməkdaşlarına təqdim etdiyi, istintaqa məlum olmayan mənbədən əldə etdiyi və satış məqsədi olmadan qanunsuz olaraq Oğuz rayonu Mollalı kəndinin yaxınlığında olan çaylaq ərazidə beton bəndin arxasında, daşların altında bir ədəd sellofan kisədə qablaşdırmaqla gizlədib saxladığı 199,54 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, həmkəndlisi Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 197,93 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək həmin narkotik vasitəni satmaq üçün “müştəri” axtarmış, xx.xx.2022-ci il tarixdə Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Oğuz şəhəri ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin sol iç döş cibindən bir ədəd sellofan kisədə həmin 197,93 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqının son mərhələsində ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Mollalı kəndində yaşayır. Təqsirləndirilən şəxs2 onun həmkəndlisi və tanışıdır. Onların yaxşı münasibəti vardır, aralarında ədavət və ya düşmənçilik yoxdur. 2021-ci ilin mart ayında yaşadığı evin yaxınlığında qəbiristanlığın yanında kolluq ərazidə yabanı halda bitmiş 5 ədəd çətənə bitkisinin olduğunu görmüş, 2021-ci ilin iyul ayının sonlarında həmin bitkilər tam yetişdiyindən onları yığıb qurutmaqla narkotik vasitə olan qurudulmuş marixuana əldə etmişdir. O həmin kütləni sellofan kisəyə yığaraq qəbiristanlığın yaxınlığında gizlətmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Toğrulla birlikdə olarkən həmin kütlədən siqaretə doldurub çəkmişlər. Bundan sonra Toğrul ondan narkotik vasitəni haradan aldığını soruşmuş, o isə həmin narkotik vasitəni tapdığını, onda yenə də olduğunu bildirmişdir. Toğrul həmin narkotik vasitədən ona da verməsini xahiş etmişdir. O da özündə olan narkotik vasitəni təqribi yarı bölərək başqa sellofan kisəyə yığıb çaylaqda ayrı bir yerdə gizlətmiş, həmin yeri Toğrula demişdir. Toğrul da narkotik vasitəni onun qoyduğu yerdən götürmüşdür. Narkotik vasitənin özündə qalan hissəsini də aparıb Türyançay çayının yaxınlığında, çaylaq ərazidə beton bəndin arxasındakı daşların altında gizlətmişdir. xx.xx.2022-ci il tarixdə Toğrul ona zəng edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinə getməli olduğunu demişdir. Onun özünün də hərbi bileti xeyli vaxtdır ki, həmin orqanda olduğuna görə və o, biletini götürməli olduğundan Toğrula onunla birlikdə gedəcəyini demişdir Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə günün ikinci yarısında onlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinə gəlmişlər. O, hərbi biletini götürdükdən sonra onlar Oğuz şəhəri İ.Rəhimov küçəsində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinin inzibati binasının qarşısında olan zaman polis əməkdaşları Toğrula yaxınlaşıb ona Polis Şöbəsinə getməli olduğunu demişlər. O da Toğrulla bir yerdə olduğuna görə polis əməkdaşları onu da Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsinə gətirildikdən sonra onun şəxsiyyətini müəyyən edərək sərbəst buraxmışlar və o, evə gəlmişdir. xx.xx.2022-ci il tarixdə isə o, yenidən Polis Şöbəsinə dəvət olunmuş, Polis Şöbəsində olarkən ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və o, şübhəli şəxs qismində tutulmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, Toğrul üzərindən aşkar olunmuş narkotik vasitəni ondan aldığını etiraf etmişdir. Bundan sonra o da səmimi olaraq hər şeyi etiraf etmiş və özündə qalan, çaylaq ərazidə beton bəndin arxasında daşların altında gizlətdiyi narkotik vasitəni özü könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Onun narkotik tərkibli çətənə bitkilərindən qurudulmuş marixuana hazırlayıb əldə etməkdə məqsədi həmin bitkilərdən özü üçün istifadə etmək olmuşdur. Ancaq Toğrulla dost olduqlarına görə onun xahişi ilə ona da həmin narkotik vasitədən vermiş, bunun müqabilində ondan pul və ya digər maddi dəyərli əşya almamışdır. Toğrula verdiyi narkotik vasitəni çəkisi, təxminən, 200 qram olmuş, təqribi bir o qədər də onun özündə qalmışdır. O, heç kimə narkotik vasitə satmamış, narkotik vasitə satmaq niyyəti də olmamışdır. Toğrula da o özü istədiyi üçün təmənnasız olaraq narkotik vasitə vermiş, başqa kimə isə narkotik vasitə verməmişdir. Onda narkotik vasitə olmasından yalnız Toğrulun xəbəri olmuş, bu barədə başqa heç kim bilməmişdir. Toğrula verdiyi narkotik vasitədən onun kimə isə verməsi və ya satması barədə də heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində, eyni zamanda, göstərdi ki, əvvəlki məhkəmə iclaslarında polis əməkdaşları tərəfindən çaylaq ərazidə aşkar edilmiş narkotik vasitənin ona aid olmadığını bildirsə də, hazırda törətdiyi cinayət əməlini etiraf edir. Yaşadığı kənddə çaylaq ərazidə gizlətdiyi narkotik vasitə onun özünə aid olmuş, həmin narkotik vasitənin br hissəsini də bir müddət əvvəl Təqsirləndirilən şəxs2 o özü vermişdir. O, törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini dərk edir və əməlindən səmimi peşmandır. Onun himayəsində iki azyaşlı uşağı vardır və ailəsində ondan başqa əmək qabiliyyətli olan şəxs yoxdur. Digər ailə üzvlərinə də onun özü tərəfindən diqqət və qayğı göstərilir. Qeyd etdiklərini cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqının əvvəlki mərhələlərində ona elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini qeyd edərək aşkar edilmiş narkotik vasitənin ona aid olmadığını bildirmiş, məhkəmə istintaqının son mərhələsində həmin narkotik vasitənin ona aid olduğunu etiraf etsə də, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Mollalı kəndində yaşayır. Təqsirləndirilən şəxs1 onun həmkəndlisi olmaqla yanaşı, həm də tanışıdır. O, narkotik vasitə olan qurudulmuş marixuanadan arabir istifadə edir. 2022-ci ilin yanvar ayının əvvəllərində Pərvin ona narkotik vasitə olan marixuana tapdığını demiş və kağız bükülüdə olan narkotik vasitəni ona göstərmişdir. Onlar həmin narkotik vasitəni siqaretə doldurub çəkmişlər. Pərvin onda yenə də narkotik vasitə olduğunu bildirmiş, o da Pərvindən həmin narkotik vasitədən özü istifadə etməsi üçün ona da bir qədər verməsini xahiş etmişdir. Pərvin ona sellofan kisədə, təxminən, 200 qram narkotik vasitə vermişdir. O, həmin sellofan kisəni yaşadığı kənddə evlərinin yaxınlığında olan çaylaqdakı daşların altında gizlətmişdir. Sonralar həmin narkotik vasitədən bir-iki dəfə siqaretə dolduraraq çəkmişdir. 2022ci ilin fevral ayının ortalarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinin əməkdaşı Ramin Mazanov tərəfindən ona zəng edilərək qeydiyyat üçün həmin bölməyə gəlməsi tapşırılmışdır. O, xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinə getmiş, həmin yerə gedəcəyi barədə əvvəlcədən Pərvinə də demişdir. Pərvin də özünün hərbi biletini götürməli olduğunu deyərək onunla birlikdə getmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə günün ikinci yarısında onlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinə gəlmişlər. O, Oğuz şəhərinə gələrkən narkotik vasitəni gizlətdiyi yerdən götürüb sonradan yerini dəyişmək üçün üzərində saxlamışdır. Oğuz şəhərində polis əməkdaşları tərəfindən saxlanıla biləcəyini, narkotik vasitənin üstündən aşkar olunmaq ehtimalını güman etməmişdir. Lakin həmin gün Oğuz şəhəri İ.Rəhimov küçəsində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinin inzibati binasının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və onu Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsinə gətirildikdən sonra o, vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sol iç döş cibində saxladığı bükülünü çıxararaq özü könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi sellofan kisədə olan kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 199,50 qram olmuş, bundan sonra həmin kütlə qabaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış aparılması ilə əlaqədar protokol tərtib edilmiş, o özü və vəkili də protokola imza etmişlər. Ona narkotik vasitə verməsini Pərvindən o özü xahiş etmiş, ancaq narkotik vasitənin müqabilində o, Pərvinə heç nə verməmişdir, Pərvin özü də ondan heç nə istəməmişdir. O, heç vaxt narkotik vasitə satmamışdır, narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Ona məxsus mobil telefonun yaddaşında “Pk” kimi qeyd edilmiş +98901 *** ** ** nömrəsinin istifadəçisi ilə sosial şəbəkədə tanış olmuşdur, həmin şəxsi tanımır, ancaq həmin şəxs özü ona İran İslam Respublikasında yaşadığını bildirmişdir. Həmin şəxs ona adını desə də, hazırda yadında qalmamışdır. Söhbət əsnasında həmin şəxsin narkotik vasitə satmasını bilib sadəcə olaraq şəxsi maraq üçün bu barədə onunla telefonda yazışmışdır və həmin şəxsin xahişi ilə özündə olan qurudulmuş marixuananın fotoşəklini çəkərək ona göndərmişdir. O, sadəcə olaraq özünün istifadə etdiyi narkotik vasitəni digər yerlərdə rast gəlinən və istifadə olunan narkotik vasitələrlə müqayisə etmək üçün, özünün məlumatı olsun deyə, maraq xatirinə bu barədə soruşmuşdur. Bu barədə soruşmaqda özündə olan narkotik vasitəni satmaq məqsədi ilə olmamış, onun kimə isə, xüsusən də, ölkə xaricində yaşayan tanımadığı şəxsə narkotik vasitəni satmaq imkanı da olmamışdır. Ona məxsus mobil telefonda aşkar olunmuş, xx.xx.2022-ci il tarixdə insan əlinin ovuc hissəsi içərisində, xx.xx.2022-ci il tarixdə sellofan torbanın içərisində narkotik vasitənin fotoşəkilləri onun özü tərəfindən mobil telefonun kamerası vasitəsi ilə çəkilmişdir. xx.xx.2022-ci il tarixdə qeydə alınmış fotoşəkilləri telefonda “Pk” kimi qeyd etdiyi şəxsə göndərərkən çəkmişdir və həmin şəkildə olan kütlə xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən onun üzərindən aşkar olunaraq götürülmüş kütlənin tərkibindədir. Onun Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etməsindən də heç kəsin məlumatı olmamış, eyni zamanda, başqa yerdə hər hansı miqdarda narkotik vasitə saxlamamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində, eyni zamanda, ki, əvvəlki məhkəmə iclaslarında polis əməkdaşları tərəfindən onun üzərində aşkar edilmiş narkotik vasitənin ona aid olmadığını bildirsə də, hazırda törətdiyi cinayət əməlini etiraf edir. Üzərində aşkar edilmiş narkotik vasitə onun özünə aid olmuş, həmin narkotik vasitəni ona Təqsirləndirilən şəxs1 vermişdir. O, törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini dərk edir və əməlindən səmimi peşmandır. Ailəsində ondan başqa əmək qabiliyyətli olan şəxs yoxdur. Digər ailə üzvlərinə də onun özü tərəfindən diqqət və qayğı göstərilir. Qeyd etdiklərini cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli törətmələri onların özlərinin etirafları ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid Oğuz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Oğuz rayonu Mollalı kənd sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə raportla Polis Şöbəsinin rəhbərliyinə müraciət etmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilərək polis əməkdaşlarından ibarət istintaq əməliyyat qrupu yaradılmışdır. Həmin gün Oğuz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 Oğuz şəhərinin İ.Rəhimov küçəsində olduğu müəyyən edilmiş və o, həmin yerdə saxlanılaraq Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsinin inzibati binasında Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən onun əynində olan qara rəngli gödəkçənin sol iç döş cibindən bir ədəd sellofan bükülü çıxarıb masanın üzərinə qoyaraq könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükülü açıldıqda içərisində spesifik iyə malik, narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin bükülünün ona aid olduğunu, bükülünün içərisindəki bitki kütləsinin narkotik vasitə olan marixuna olduğunu, narkotik vasitəni xx.xx.2022-ci il tarixdə yaşadığı kənddə çay kənarından tapdığını və özü istifadə etmək məqsədi ilə götürüb özündə saxladığını bildirmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilərkən kütlənin çəkisinin 199,50 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlə zərfə qoyulmaqla qablaşdırılaraq götürülmüş və zərf möhürlənmişdir. Qeyd olunan hərəkətlər barədə müvafiq protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs2 özü və onun vəkili də protokola imza etmişlər. İstintaq zamanı isə Təqsirləndirilən şəxs2 onün üzərindən aşkar olunmuş narkotik vasitəni həmkəndlisi Təqsirləndirilən şəxs1 əldə etdiyini etiraf etmiş, bununla əlaqədar Təqsirləndirilən şəxs1 da şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmiş və özünün gizlədib saxladığı narkotik vasitəni polis əməkdsaşlarına təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş Oğuz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 və Oğuz rayon X4 Tədqiqatlar Qrupunun baş inspektor kriminalisti Şahid3 da Şahid1 ifadəsinin məzmununa uyğun ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş üzrə şahid qismində dindirilmiş Oğuz rayon X4 Tədqiqatlar Qrupunun kriminalist köməkçisi Şahid4 ifadə verərək göstərdi ki, Oğuz rayonu Mollalı kənd sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsi yerində yoxlanılarkən video çəkilişdən istifadə olunmuş və həmin vaxt video çəkiliş onun tərəfindən aparılmışdır. Onlar Təqsirləndirilən şəxs1 göstərməsi ilə Oğuz rayonu Mollalı kəndinə doğru gedən avtomobil yolunun sağ tərəfində, Türyançay çayının yaxınlığında yerləşən çaylaq əraziyə getmişlər. Təqsirləndirilən şəxs1 orada yerləşən beton bəndin arxa hissəsini göstərərək narkotik vasitə olan qurudulmuş marixuananı orada gizlətdiyini bildirmiş və həmin yerdən daşların altından bir ədəd göy rəngli sellofan kisə çıxararaq təqdim etmişdir. Həmin kisənin içərisində başqa bir sarı rəngli kisədə yaşıl rəngli, spesfik iyi olan bitki kütləsinin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin kütlənin narkotik vasitə olduğunu, onu Mollalı kənd qəbiristanlığının yaxınlığında kolluq ərazidə əkdiyi çətənə bitkilərindən əldə etdiyini bildirmişdir. Həmin bitki kütləsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 göstərdiyi istiqamətdə Mollalı kəndinin şimal-qərbində yerləşən qəbiristanlığın yanında olan ağac və kolluq əraziyə gedilmiş, Təqsirləndirilən şəxs1 5 ədəd çətənə bitkisini həmin yerdə əkib-becərdiyini bildirmişdir. Bununla əlaqədar həmin ərazidə iki ayrı-ayrı yerdən torpaq nümunələri götürülmüşdür. Oğuz rayon Polis Şöbəsinə qayıtdıqdan sonra narkotik vasitəyə bənzər kütlə və torpaq nümunələri Təqsirləndirilən şəxs1 və müdafiəçinin iştirakı ilə qablaşdırılmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinin əməkdaşıdır. 2022-ci ilin fevral ayının ortalarında Oğuz rayonu Mollalı kənd sakini Təqsirləndirilən şəxs2 çağırış yaşlı şəxs kimi növbəti qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinə çağırılmışdır. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə günün ikinci yarısında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinə gəlmişdir. Kərimov X3 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinin inzibati binasından çıxdıqdan sonra o, binanın pəncərəsindən çölə baxanda inzibati binanın qarşısında olan, sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 adlı şəxsin polis əməkdaşları tərəfindən xidməti avtomobilə əyləşdirilərək aparıldığını görmüşdür. Müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid qismində dindirilmiş X11 ifadə verərək göstərdi ki, o, Oğuz rayon Polis Şöbəsinin sürücü polis nəfəridir. Oğuz rayonu Mollalı kənd sakini Təqsirləndirilən şəxs2 üzərində nakotik vasitə gəzdirməsi və narkotik vasitələrdən istifadə etməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün xx.xx.2022-ci il tarixdə günün ikinci yarısında Oğuz rayon Polis Şöbəsinin əməkdaşları Şahid1, Şahid2 və onun özü tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinin inzibati binasının qarşısında saxlanılmaqla Oğuz rayon Polis Şöbəsinə gətirilərək təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 saxlanılarkən həmin vaxt Təqsirləndirilən şəxs1 da onun yanında olduğuna görə sonuncu da xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Polis Şöbəsinə gətirilib təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş içərisində video görüntü olan diskdən müəyyən edilir ki, həmin tarixdə saat 20:24-dən başlayaraq Oğuz rayon Polis Şöbəsinin inzibati binasında Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən onun əynində olan qara rəngli gödəkçənin sol iç döş cibindən bir ədəd sellofan bükülü çıxarıb masanın üzərinə qoyaraq könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükülü açıldıqda içərisində spesifik iyə malik, narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin bükülünün ona aid olduğunu, bükülünün içərisindəki bitki kütləsinin narkotik vasitə olan marixuna olduğunu, narkotik vasitəni xx.xx.2022-ci il tarixdə yaşadığı kənddə çay kənarından tapdığını və özü istifadə etmək məqsədi ilə götürüb özündə saxladığını bildirmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilərkən kütlənin çəkisinin 199,50 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlə zərfə qoyulmaqla qablaşdırılaraq götürülmüş və zərf möhürlənmişdir. Qeyd olunan hərəkətlər barədə polis əməkdaşlarının və vəkilin iştirakı ilə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs2 özü və onun vəkili də protokola imza etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/148 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş, bir ədəd sellofan bükülüdə, təmiz çəkisi 197,93 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqat obyektinin 0,05 qramdan ibarət hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 197,88 qram olan maddə qalığı bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır (Aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 manat təşkil edir). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş foto cədvəldən müəyyən edilir ki, həmin tarixdə saat 09:33-dən başlayaraq Təqsirləndirilən şəxs2 məxsus, üzərində +99451 *** ** ** və +99477 *** ** ** nömrələri olan “Samsung” markalı “Galaxy A50” modelli mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, +99477 *** ** ** nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqramında, telefonun yaddaşında “Pk” kimi qeyd edilmiş +98 901 *** ** ** nömrəsindən xx.xx.2022-ci il tarixdə saat 11:40-da narkotik vasitə olan marixuanaya bənzər kütlənin fotoşəkli göndərilmişdir. xx.xx.2022-ci il tarixdə saat 16:03-dən 20:16-dək olan müddət ərzində isə +99477 *** ** ** nömrəsindən +98 901 *** ** ** nömrəsinə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki fotoşəkilləri göndərilmiş, “Salam qaqa”, “Şəkil demişdin” sözləri yazılmışdır. +98 901 *** ** ** nömrəsindən göndərilmiş səs yazısında “qardaşım, bu gül deyil ee, bu süpürgədi, buna biz gül demirik, bu nə mənədi” sözləri deyilmiş, +99477 *** ** ** nömrəsi tərəfindən “qaqa, 1 siqaret 6, 7 adamı kefləndirir” cavabı yazılmışdır. Həmçinin “Pk” kimi qeyd edilmiş, yuxarıda qeyd edilən nömrəyə xx.xx.2022-ci il tarixdə saat 11:37-də “Whatsapp” proqramında edilmiş zəng zamanı 2:52 dəqiqə, saat 11:40-da daxil olmuş zəng zamanı isə 6:37 dəqiqə danışıq olmuşdur. Telefonun yaddaşında olan şəkillərə baxış keçirilərkən isə xx.xx.2022-ci il tarixdə insan əlinin ovuc hissəsi içərisində, xx.xx.2022-ci il tarixdə sellofan kisənin içərisində mobil telefonun kamerası vasitəsi ilə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitkinin fotoşəkillərinin çəkildiyi aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, +98 901 *** ** ** nömrəsi ilə sosial şəbəkədə tanış olmuşdur, həmin şəxsi tanımır, sonuncu ona İran İslam Respublikasında yaşadığını bildirmişdir. Həmin şəxs ona adını desə də, indi yadında qalmamış, söhbət əsnasında həmin şəxsin narkotik vasitə satmasını bilib şəxsi maraq üçün narkotik vasitələrlə maraqlanmış, həmin şəxsin xahişi ilə özündə olan qurudulmuş marixuananın fotoşəklini çəkərək ona göndərmiş, lakin heç vaxt heç kimə hər hansı miqdarda narkotik vasitə satmamışdır. “Google” sosial şəbəkəsində verilmiş axtarış nəticəsində İran İslam Respublikasının ölkə kodunun “+98” olması, Təqsirləndirilən şəxs2 mobil telefonunda “Pk” kimi qeyd edilmiş, yuxarıda qeyd olunan mobil nömrənin İran İslam Respublikasına aid mobil operatora aid olması müəyyən edilmişdir. Baxış zamanı mobil telefonun ekranından foroşəkillər çəkilərək protokola əlavə olunmuş, Təqsirləndirilən şəxs2 məxsus, üzərində +99451 *** ** ** və +99477 *** ** ** nömrələri olan “Samsung” markalı “Galaxy A50” modelli mobil telefon maddi sübut əhəmiyyətinə malik olduğundan protokol tərtib edilməklə götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən edilir ki, həmin tarixdə saat 10:05-dən başlayaraq Təqsirləndirilən şəxs1 məxsus, üzərində +99450 *** ** ** və +99477 *** ** ** nömrələri olan “Samsung” markalı “Galaxy A10” modelli mobil telefona baxış keçirilmişdir. Baxış zamanı həmin mobil telefonun yaddaşında və proqramlarında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş içərisində video görüntü olan diskdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə həmin ifadə xx.xx.2022-ci il tarixdə saat 15:30-dan başlayaraq video çəkiliş aparılmaqla onun özünün iştirakı ilə yerində yoxlanılmışdır. Həmin isitntaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 Oğuz rayonu Mollalı kəndinə doğru gedən avtomobil yolunun sağ tərəfində, Türyançay çayının yaxınlığında yerləşən çaylaq ərazidə yerləşən beton bəndin arxa hissəsini göstərərək narkotik vasitə olan qurudulmuş marixuananı orada gizlətdiyini bildirmiş və orada daşların altından bir ədəd göy rəngli sellofan kisəni çıxardaraq təqdim etmişdir. Həmin kisənin içərisində başqa bir sarı rəngli kisədə yaşıl rəngli, spesfik iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin kütlənin narkotik vasitə olduğunu, onu Mollalı kənd qəbiristanlığının yaxınlığında kolluq ərazidə əkdiyi çətənə bitkilərindən əldə etdiyini bildirmişdir. Həmin bitki kütləsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 göstərdiyi istiqamətdə Mollalı kəndinin şimal-qərbində yerləşən qəbiristanlığın yanında olan ağac və kolluq əraziyə gedilmiş, Təqsirləndirilən şəxs1 5 ədəd çətənə bitkisini həmin yerdə əkib-becərdiyini bildirmişdir. Bununla əlaqədar orada iki ayrı-ayrı yerdən torpaq nümunələri götürülmüşdür. Oğuz rayon Polis Şöbəsinə qayıtdıqdan sonra götürülmüş narkotik vasitəyə bənzər kütlə və torpaq nümunələri Təqsirləndirilən şəxs1 və müdafiəçinin iştirakı ilə qablaşdırılmış, ifadənin yerində yoxlanılması zamanı aparılmış video çəkilişin görüntüləri iştirakçılara nümayiş etdirilmiş və həmin video çəkiliş DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/154 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 gizlətdiyi yerdən aşkar edilərək götürülmüş, bir ədəd sellofan bükülüdə, təmiz çəkisi 199,54 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1...gizlətdiyi maddi sübut” sözləri və imzalar yazılmış bir ədəd zərfin içərisindəki bir ədəd sarı rəngli sellofan torbada olan qurudulmuş marixuana ilə üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üstündən aşkar olunmuş maddi sübut” sözləri və imzalar yazılmış bir ədəd zərfin içərisindəki bir ədəd şəffaf sellofan torbada olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Tədqiqat obyektlərinin hər birinin 0,05 qramdan ibarət hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 199,49 qram və 197,83 qram qalan maddə qalıqları bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır. Tədqiqata təqdim olunmuş iki ədəd sellofan torbalarda olan torpaq nümunələrində narkotik tərkibli çətənə bitkisinin hissəcikləri aşkar edildi. Çətənə bitkisinin hissəcikləri cüzi miqdarda olduğundan onların təqdim olunmuş qurudulmuş marixuanalar ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir). İş materiallarına əlavə edilmiş Oğuz rayon X13 Qrupunun müstəntiqi Ələkbər Əsgərovun sübutların qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin, hər iki təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs2 məxsus mobil telefonun yaddaşında “Pk” kimi qeyd edilmiş, sahibi istintaqa məlum olmayan, İran İslam Respublikasına məxsus mobil operatora aid +98901 *** ** ** nömrəsi ilə bağlı aşkar olunmuş xüsusatlarla əlaqədar cinayət işinin başlanması rədd edilmişdir. Ekspertiza tədqiqatından sonra qalıq qalmış, Təqsirləndirilən şəxs2 götürülmüş, 1 ədəd zərfdə qablaşdırılmış 197,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd zərfdə qablaşdırılmış 199,49 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 məxsus, üzərində +99451 *** ** ** və +99477 *** ** ** nömrələri olan bir ədəd “Samsung” markalı “Galaxy A50” modelli mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Oğuz rayon Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 312 və 311 nömrəli rəylərdə qeyd edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Onlar narkomaniya xəstəliyindən əzab çəkmirlər və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacları yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmaları məsləhət görülür. İş materiallarına əlavə edilmiş Oğuz rayon X7 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 188 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Oğuz rayon X1 şöbəsinin “Narkoloji” və “Ruhi əsəb” kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlardan və həmin tarixli protokollardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 20:00-da, digər Təqsirləndirilən şəxs1 isə xx.xx.2022-ci il tarixdə saat 19:45-də polis əməkdaşları tərəfindən saxlanılaraq Oğuz rayon Polis Şöbəsinə gətirilmişlər. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 20:10-da, Təqsirləndirilən şəxs1 isə xx.xx.2022-ci il tarixdə saat 20:05-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlardan müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 19:20-də, Təqsirləndirilən şəxs1 isə xx.xx.2022-ci il tarixdə saat 16:55-də şübhəli şəxs qismində tutulmadan azad edilməklə onların barələrində müvafiq olaraq həmin tarixlərdə “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri seçilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli tələbnamələrdən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Sincan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən xx.xx.2022-ci il tarixli 83 nömrəli və 84 nömrəli arayışlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Oğuz rayonu Mollalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, onun himayəsində xx.xx.2016-cı il tarixdə anadan olmuş MəmmədovEmil Pərvin oğlu və xx.xx.2020-ci il tarixdə anadan olmuş X9 adlı iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Sincan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən xx.xx.2022-ci il tarixli 85 nömrəli və 86 nömrəli arayışlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Oğuz rayonu Mollalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Sincan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən xx.xx.2022-ci il tarixli xasiyyətnamələrdən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində yaşadıqları ərazi üzrə icra nümayəndəliyinə hər hansı yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin yanvar ayının əvvəlində Təqsirləndirilən şəxs2 onun şəxsi istifadəsi üçün təmənnasız olaraq narkotik vasitə verdikdən sonra sonuncunun qısa müddət ərzində həmin narkotik vasitəni digər şəxsə satmaq, maddi dəyər müqabilində başqalarına verməklə bu və ya digər şəkildə realizə etmək üçün “müştəri” axtarıb tapması, hətta bunun üçün ölkə hüdudlarından kənarda digər şəxslərlə əlaqə yaratması ağlabatan deyildir və işin faktiki hallarına uyğun gəlmir. Təqsirləndirilən şəxs1 özü də həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 onunla dost olduqlarına görə və onun özünün xahişi ilə təmənnasız olaraq verdiyini, bunun müqabilində ondan pul və ya digər maddi dəyərli əşya almadığını təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 özü də istər ibtidai istintaqda, istərsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, sosial şəbəkədə tanış olduğu, özünü ona İran İslam Respublikasında yaşayan şəxs kimi təqdim edən şəxslə söhbət əsnasında həmin şəxsin narkotik vasitə satmasını bilib sadəcə olaraq şəxsi maraq üçün bu barədə onunla telefonda yazışmışdır və həmin şəxsin xahişi ilə özündə olan qurudulmuş marixuananın fotoşəklini çəkərək ona göndərmişdir. Lakin heç vaxt heç kimə hər hansı miqdarda narkotik vasitə satmamış və belə bir niyyəti də olmamışdır. O, sadəcə olaraq özünün istifadə etdiyi narkotik vasitəni digər yerlərdə rast gəlinən və istifadə olunan narkotik vasitələrlə müqayisə etmək üçün, özünün məlumatı olsun deyə, maraq xatirinə bu barədə soruşmuşdur. Bu barədə soruşmaqda özündə olan narkotik vasitəni satmaq məqsədi ilə olmamış, onun kimə isə, xüsusən də, ölkə xaricində yaşayan tanımadığı şəxsə narkotik vasitəni satmaq imkanı da olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2, özünün də etiraf etdiyi kimi, narkotik vasitə istifadəçisidir. Belə olan halda onun narkotik vasitə istifadəçisi olduğu qeyd edilən digər şəxslə tanışlığı yarandığı təqdirdə, həmin şəxsdən narkotik vasitələr barədə daha ətraflı məlumat alması, özünün istifadə etdiyi narkotik vasitə barədə də ona məlumat verməsi, hətta aralarında olan müzakirə mövzusunun təfərrüatlarına vararaq özü istifadə etdiyi narkotik vasitənin şəklini çəkib söhbət əsnasında qarşı tərəfə göndərməsi halı da istisna edilmir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 digər şəxslə olan telefon danışıqlarının, yazışmaların məzmunu onun narkotik vasitələrin alqı-satqısı cinayətini törətməsini iddia etmək üçün əsas deyildir və yalnız bu əsasla şəxsin əməlinin narkotik vasitəni satış məqsədi ilə saxlama kimi qiymətləndirilməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi qanunamüvafiq hesab edilə bilməz. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılarkən üzərindən narkotik vasitənin aşkar edilməsi də onun həmin narkotik vasitəni satış məqsədi ilə üzərində saxladığının, yəni narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunun təsdiqi üçün yetərli olmayıb, bu sübut da əsaslı şübhələrdən kənar bir sübut deyildir. Təqsirləndirilən şəxs2 məxsus mobil telefonda aşkar edilmiş yazışmalar və görüntülər də sonuncuya qarşı irəli sürülən ittihamın təsdiqi üçün yetərli sübut kimi qəbul edilə bilməz. Qeyd olunan əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs2 qarşı irəli sürülən ittihamın həmin mobil telefonda aşkar edilmiş yazışmaların və görüntülərin məhz narkotik vasitənin alqı-satqısı niyyəti ilə həyata keçirilməsi ilə bağlı hissəsinə tənqidi yanaşır. Avropa Məhkəməsi “İnsan Hüquqlarının və X6 Haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılmasına hüququ olmasının təsbit edildiyini nəzərə alıb, xüsusilə də “Teyxeyra de Kastro Portuqaliyaya qarşı” iş üzrə 09 iyun 1998-ci il tarixli qərarına əsaslanmaqla bir daha qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində əksini tapmış ədalətli məhkəmə araşdırmasına dair tələbdən belə nəticə irəli gəlir ki, narkotiklərin satışına qarşı mübarizəyə olan ictimai maraq belə mötəbər olmayan sübutlardan istifadə edilməsinə bəraət qazandıra bilməz. Təqsirləndirilən şəxs2 barəsində olan hazırki işə Avropa Məhkəməsinin mövqeyindən yanaşdıqda qeyd olunmalıdır ki, əgər şəxsin ona istinad edilən cinayəti törədəcəyini (törətməyə hazırlaşdığını) göstərən əsaslar yoxdursa, şəxsin məsuliyyətə cəlb edilib cinayətdə təqsirli bilinməsi sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə, ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən araşdırmanın nəticəsi kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin üzərindən narkotik vasitə aşkar olunması hələ onun satış məqsədi ilə əldə olunmasını və satış məqsədi ilə saxlanmasını iddia etmək üçün mütləq əsas deyildir və yalnız bu əsasla şəxsin əməlinin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi və saxlanması kimi qiymətləndirilməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi düzgün deyildir. İş materiallarından göründüyü kimi, iş üzrə mövcud olan heç bir sübut Təqsirləndirilən şəxs2 qeyd edilən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etdiyini və saxladığını bilavasitə təsdiq etmir. İttiham tərəfinin təqdim etdiyi sübutlar isə Təqsirləndirilən şəxs2 qeyd edilən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etdiyini və saxladığını təsdiq etməyə kifayət deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə ifadə olunan cinayət hadisəsinin törədilməsi nəzərdə tutulur. Məhkəmə bilavasitə məhkəmə istintaqı zamanı araşdırdığı faktları məcmu halında və bir-biri ilə əlaqəli şəkildə qiymətləndirərək Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olması faktını sübuta yetirilməmiş hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2 və 125.2.1-ci maddələrinin məzmununa görə insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda cinayət işi üzrə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların, sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və özünün istifadəsi üçün saxlaması barədə özünün etirafı ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş digər sübutlar bir-biri ilə vəhdət təşkil etdiyindən və biri digərini tamamlamaqla işin faktiki halları ilə uyğun gəldiyindən məhkəmə həmin sübutların mötəbərliyini qəbul edir. Bununla da Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması faktı tamamilə sübut olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hazırki cinayət işi üzrə bilavasitə məhkəmə istintaqı zamanı araşdırdığı faktları məcmu halında və bir-biri ilə əlaqəli şəkildə qiymətləndirərək Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olması faktını sübuta yetirilməmiş hesab edir. Bununla yanaşı, işin məhkəmədə müəyyən edilmiş halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 qanunsuz оlaraq əldə еtdiyi 197,93 qram çəkidə narkоtik vasitə оlan qurudulmuş marixuananı özündə saxlamışdır. Həmin əsaslara görə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 qanunsuz оlaraq əldə еtdiyi 197,93 qram çəkidə narkоtik vasitə оlan qurudulmuş marixuananı satış məqsədilə saxlaması, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti olması sübuta yetirilmədiyindən, lakin onun 197,93 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni, həqiqətən də, qanunsuz olaraq əldə etdiyi və saxladığı sübut olunduğundan Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib həmin maddə ilə də cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə edib özlərində saxlasalar da, polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş narkotik vasitənin özünə aid olduğunu könüllü olaraq dərhal etiraf etdiyini, digər Təqsirləndirilən şəxs1 isə narkotik vasitəni gizlətdiyi yeri polis əməkdaşlarına göstərərək həmin narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim etdiyini, əldə edib özündə saxladığı narkotik vasitənin bir hissəsini də Təqsirləndirilən şəxs2 verdiyini etiraf etdiyini, hər iki təqsirləndirilən şəxsin narkotik vasitə əldə etdiklərinə və saxladıqlarına görə səmimi peşmançılıq hissləri keçirdiklərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinin ictimai təhlükəliliyini, özləri və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətlərini başa düşmüşlər və artıq islah olunmağa başladıqlarını nümayiş etdirmişlər. Həmin əsaslara görə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 səmimi peşman olmalarını da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət örətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, onların yaşayış yerindən müsbət xarakterizə olunmalarını, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin onların özlərinin həyat tərzinə, ailələrinin vəziyyətinə maddi, fiziki və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslərlə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onlarda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onların islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, təqsirləndirilən şəxslərdə aşkar edilmiş narkotik vasitənin miqdarını və işin faktiki hallarını nəzərə alaraq həmin cəzanın Təqsirləndirilən şəxs1 münasibətdə 2 il 6 ay, Təqsirləndirilən şəxs2 münasibətdə isə 2 il müddətində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 19:45-də şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək - xx.xx.2022-ci il tarixdə saat 16:55-dək olan müddət 2 gün kimi, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək - xx.xx.2022-ci il tarixdə saat 19:20-dək olan müddət 2 gün kimi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla onlara təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxslərə hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 21:00-dan saat 07:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görüldüyündən onlar narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan, təqsirləndirilən Təqsirləndirilən şəxs2 götürülmüş, 1 ədəd zərfdə qablaşdırılmış 197,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd zərfdə qablaşdırılmış 199,49 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - üzərində +99451 *** ** ** və +99477 *** ** ** nömrələri olan və hazırda Oğuz Rayon Məhkəməsində saxlanılan bir ədəd “Samsung” markalı “Galaxy A50” modelli mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə cəmi 70,52 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 19:45-də şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək - xx.xx.2022-ci il tarixdə saat 16:55-dək olan müddət 2 gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayon ərazisini, eləcə də saat 21:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Mollalı kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya orqanı həyata keçirsin. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək - xx.xx.2022-ci il tarixdə saat 19:20-dək olan müddət 2 gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayon ərazisini, eləcə də saat 21:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Mollalı kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya orqanı həyata keçirsin. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan, təqsirləndirilən Təqsirləndirilən şəxs2 götürülmüş, 1 ədəd zərfdə qablaşdırılmış 197,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd zərfdə qablaşdırılmış 199,49 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - üzərində +99451 *** ** ** və +99477 *** ** ** nömrələri olan və hazırda Oğuz Rayon Məhkəməsində saxlanılan bir ədəd “Samsung” markalı “Galaxy A50” modelli mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs2 qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə cəmi 70,52 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar