Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-7/2025 28.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx.xx.1964-cü ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 3iyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri - baş memarı vəzifəsində işləmiş, əvvəllər məhkum edilməmiş, Oğuz rayonu Bucaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1ci maddəsi ilə təqsirli bilinməklə məhkəmə məsuliyyətinə verilmişdir, ona görə ki, o, ünvan 3iyyəti Başçısının 18 iyul 2008-cı il tarixli 157 nömrəli əmri ilə ünvan 3iyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar vəzifəsinə təyin edilərək həmin vəzifədə işləyərkən Oğuz rayonu, Şirvanlı kəndində yerləşən 0,25 ha torpaq sahəsi üzərində 2 mərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi və tikintisinə icazənin verilməsi üçün 2024-cü ilin aprel ayında ünvan 2 ünvanında yerləşən ünvan 3iyyətinin inzibati binasındakı xidməti otağında özünə müraciət etmiş Şahid1 öz qulluq mövqeyindən istifadə etməklə özünün həqiqi təsir imkanlarından istifadə edərək ünvan 3iyyəti Başçısının və digər vəzifəli şəxslərin torpaq sahəsi üzərində 2 mərtəbəli yaşayış binasının tikintisinə icazənin verilməsi ilə bağlı qərarına təsir etmək imkanına malik olmasını bildirib, 2024-cü ilin aprel ayında ünvan 2 ünvanında yerləşən ünvan 3iyyətinin inzibati binasındakı xidməti otağında Şahid1 özü üçün birbaşa yolla şəxsən 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini istəməklə, onun razılığını aldıqdan sonra cinayətkar niyyətinə davam edərək, həmin niyyətlə Şahid1 xx.xx.2024-cü ildə Oğuz rayonunda yerləşən “Gənclik” kafesində 1.000 manat, xx.xx.2024-cü il tarixdə isə yuxarıdakı ünvanda yerləşən xidməti otağında 1.500 manat olmaqla, ümumilikdə maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə özü üçün birbaşa yolla şəxsən alıb, həmin tarixdə Şahid1n pul vəsaiti istəməklə almasını gizlətməklə ünvan 3iyyətinin rəhbərliyinin şifahi razılığını alıb cinayətkar vədinə əməl edərək qeyd edilən ərəfədə Oğuz rayonu ərazisində memar Şahid4 tərəfindən tərtib edilərək imzalanıb üzərində “Azərbaycan Respublikası Şahid4 Qadır oğlu” sözləri olan dairəvi möhürlə təsdiq edilmiş Oğuz rayonu, Şirvanlı kəndində Oğuz rayonu Şirvanlı kəndində inşa olunacaq fərdi yaşayış evinin memarlıq-planlaşdırma həllini memar Şahid4 tərtib etdirib, sonuncu tərəfindən imzalanıb “Azərbaycan Respublikası Şahid4 Qadır oğlu” sözləri olan dairəvi möhürlə təsdiq edildikdən sonra qeyd edilən ərəfədə ünvan 2 ünvanında yerləşən ünvan 3iyyətinin inzibati binasındakı xidməti otağında üzərinə “Razılaşdırıb Təqsirləndirilən şəxs” sözlərini diyircəkli qələmlə daxil edib, öz imzası və özünə təhkim edilmiş üzərində “Azərbaycan Respublikası ünvan 3iyyəti, Memarlıq tikinti şöbəsi, Baş Memar” sözləri yazılan möhürlə təsdiq edib, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılması ilə əlaqədar Şahid1 təqdim edə, sonuncuya torpaq sahəsi üzərində 2 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsinə nail ola bilməyib, öz qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs olan ünvan 3iyyətinin rəhbər vəzifəli şəxslərinin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən Xalxal inzibati ərazi dairəsinin inzibati ərazisində yerləşən, dövlət mülkiyyətinə məxsus ümumi sahəsi 529 ha olan “Tülkülər” adlı yay otlaq sahəsindən 15 ha hissəsinin heyvandarlıq məqsədi ilə 15 illik icarəyə verilməsi üçün 2024-cü ilin may ayında ünvan 2 ünvanında yerləşən ünvan 3iyyətinin inzibati binasındakı xidməti otağında Şahid1 özünə müraciəti ilə əlaqədar ona öz qulluq mövqeyindən istifadə etməklə özünün həqiqi təsir imkanlarından istifadə edərək ünvan 3iyyəti Başçısının və digər vəzifəli şəxslərin torpaq ayrılması ilə bağlı qərarına təsir etmək imkanına malik olmasını bildirib, qeyd edilən ərəfədə ünvan 2 ünvanında yerləşən ünvan 3iyyətinin inzibati binasındakı xidməti otağında Şahid1 özü üçün birbaşa yolla şəxsən 4.000 (dörd min) manat məbləğində pul vəsaitini istəməklə, onun razılığını aldıqdan sonra cinayətkar niyyətinə davam edərək, xx.xx.2024-cü il tarixdə yuxarıdakı ünvanda yerləşən xidməti otağında özü üçün birbaşa yolla şəxsən 4.000 (dörd min) manat məbləğində pul vəsaitini alıb, Şahid1n pul vəsaiti istəməklə almasını gizlətməklə ünvan 3iyyətinin rəhbər vəzifəli şəxslərinin şifahi razılığını alıb ünvan 3iyyətinin adından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 9 saylı Qəbələ Ərazi İdarəsinə icarəyə götürüləcək dövlət mülkiyyətinə məxsus 22 nömrəli ümumi sahəsi 529 ha olan “Tülkülər” adlı otlaq sahəsinin sifarişçi Şahid1 vəsaiti hesabına yerquruluşu planının hazırlanmasına köməklik göstərilməsi məzmununda xx.xx.2024-cü il tarixli 5-68-3/2-M-40-395/2024 saylı məktubun göndərilməsinə nail olub xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılması ilə əlaqədar Şahid1 təqdim edə bilməyib, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən vəzifəli şəxs olan ünvan 3iyyətinin rəhbər vəzifəli şəxslərinin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 2006-cı ildən ünvan 3iyyətinin Memarlıq və Tikinti şöbəsində, 2008-ci ildən isə baş memar vəzifəsində işləyir, işi rayon ərazisində aparılan bütün tikinti işlərinə və sənədləşmə qaydalarına əməl edilməsinə nəzarət edilməsindən ibarətdir. Oğuz rayon sakini Şahid1 2024-cü ilin aprel ayında müraciət edərək, rəhmətə getmiş atasına məxsus torpaq sahəsində iki mərtəbəli ev tikmək istədiyini bildirmiş və tikinti üçün icazə istəmişdir. O, isə ilkin sənədlər ilə tanış olduqdan sonra həmin torpaq sahəsinin əvvəlcə anasının adına keçirilməli olduğunu, bunun üçün vərəsəliyin açılmalı olduğunu bildirmişdir. O başqa torpaq sənədlərinin olubolmadığını da soruşmuş, Şahid1 isə ümumilikdə 3 torpaq sahəsinin olduğunu qeyd etmiş, o, da hər üç torpaq sahəsi üzrə vərəsəliyin açılmalı olduğunu bildirmişdir. O əvvəl Şahid1 əvəzinə sənədləşmə işləri ilə məşğul olması üçün başqa bir tanışının adından etibarnamə verməyini nəzərdə tutsa da, Ramazan ondan həmin işin görülməyini birbaşa onun həyata keçirməyini xahiş etmişdir. O da razılıq vermiş və həmin işlərin görülməsi üçün, yəni, onun əvəzindən notariusa müraciət etmək və digər işlərə görə ümumilikdə 2.500 manat pul istəmişdir. Şahid1 həmin pul vəsaitinin 1000 manat olan hissəsini 2024-cü ilin aprel ayında Oğuz rayonunda yerləşən “Gənclik” kafesində ona təqdim etmişdir. Əvvəl həmin puldan 850 manatını vərəsəliyin açılması və digər sənədləşmələr üçün notariusa verildiyini bildirsə də, əslində həmin məqsədlə cəmi 21 manat məbləğində pul vəsaitini notarial hərəkətlərin icrası üçün notariusa vermişdir. Həmin pulun 1500 manat olan hissəsini isə 2024-cü ilin may ayında öz xidməti otağında Şahid1 almış, həmin puldan 300 manat layihənin çəkilişi üçün memara vermiş, qalan məbləği isə öz xərclərinə sərf etmişdir. Bundan əlavə, 2024-cü ilin may ayında Şahid1 ona müraciət edərək dayısı oğlunun və özünün heyvanlarının olduğunu bildirərək, qeyd edilən heyvanların otarılması üçün yaylaq sahəsi ayrılmasını xahiş etmiş, o, da bunun üçün rəsmi qaydada müraciət etməli olduğunu bildirmişdir. O, Ramazana həmin işin həlli üçün rayon icra başçısı ilə danışıb razılıq alacağını bildirmiş, bundan sonra ünvan 3iyyətinin başçısı Eyvaz Qurbanova yaxınlaşaraq, Şahid1 yaylaq sahəsinin ayrılması ilə əlaqədar müraciət etmiş, həmin vətəndaşın müharibə iştirakçısı olduğunu bildirərək, köməklik edilməsini xahiş etmiş, Eyvaz Qurbanov da həmin şəxsin sənədlərini hazırlayaraq, göndərmələrini tapşırmışdır. Bundan sonra müvafiq sənədlər hazırlanaraq, aidiyyatı üzrə göndərilmişdir. Həmin məsələnin həlli ilə əlaqədar Şahid1 öz xidməti otağında 2024-cü ilin may ayında 4000 manat pul vəsaitini istəyərək almış, həmin pul vəsaitini reyestr xərcləri üçün istəmiş, lakin öz şəxsi borclarının ödənişinə sərf etmişdir. Qeyd edilən pul vəsaitlərindən ünvan 3iyyətinin rəhbər vəzifəli şəxslərinin məlumatı olmamışdır. İbtidai istintaq zamanı özünü təqsirli bilməsə də hazırda səhv etdiyini, əməlinin ictimai-təhlükəli olduğunu dərk etmişdir. Gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəkdir. Buna görə də uzun illər ərzində mühüm vəzifədə çalışdığını, yaşını, ictimai statusunu, səmimi etirafını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadə verərək bildirdi ki, Qarabağ Müharibəsi iştirakçısıdır, müharibədə aldığı xəsarətlər nəticəsində ona 3-cü dərəcə əlillik təyin edilmişdir. 2024-cü ilin əvvəllərində Oğuz rayonu Şirvanlı kəndində rəsmi sənədlər əsasında atasına məxsus atası Məzahir Ramazanova məxsus 0.25 ha torpaq sahəsində iki mərtəbəli ev tikmək qərarına gəlmişdir. Torpaq sahəsində tikinti aparmaq üçün ünvan 3iyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Təqsirləndirilən şəxs müraciət etmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs onu xidməti otağında qəbul etmişdir. Qəbul zamanı Təqsirləndirilən şəxs ona tikintiyə icazə verilməsi və layihələndirmə aparılması üçün rəhbərliklə danışmalı olduğunu, bu səbəbdən rəhbərliklə danışıb ona bu barədə məlumat verəcəyini bildirmişdir. Həmin günün axşamı Təqsirləndirilən şəxs ona məxsus ***-***-**-** mobil nömrəsi ilə qeydə alınmış “Whatsapp” proqramına özünə məxsus ***-***-**-** mobil nömrəsindən zəng edərək həmin məsələni, yəni tikintiyə icazə verilməsi və layihələndirmə işlərinin aparılmasını rəhbərliklə danışdığını, bunun üçün 2500 manat pul tələb edildiyini bildirmişdir. Həmin telefon danışığını öz mobil telefonu vasitəsilə yazmışdır. Həmin telefon danışığı zamanı dostu Əmrah Həmidli də onun yanında olmuşdur. Təqsirləndirilən şəxs həmin pul vəsaiti müqabilində torpaq sahəsinin onun rəhmətə gedən atasının adından anasının adına keçirilməsi, sənədləşdirilməsi, layihənin hazırlanması və onun adına məlumatlandırma icraatının və tikinti üçün icazənin verilməsini həyata keçirməyə söz vermişdir. Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri onun adından kiminsə həyata keçirməli olduğunu, bunun üçün həmin şəxsə etibarnamə verməli olduğunu bildirmiş, lakin sonrakı prosesdən aydın olmuşdur ki, o, həmin işləri özü həyata keçirmişdir. Həmin məsələdən çox narahat olduğu üçün bununla əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Ərizəsinə Təqsirləndirilən şəxslə olan telefon danışığını əlavə etmişdir. Bundan sonra o Baş İdarəyə dəvət edilmiş və onun üzərinə kamera quraşdırılmışdır. O həmin kamera ilə xx.xx.2024-cü il tarixdə rayon ərazisində yerləşən “Gənclik” kafesində Təqsirləndirilən şəxslə görüşərək Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ona verilmiş 1000 manat pul vəsaitini təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ona vərəsəliyin açılması üçün notariusa yaxınlaşmaq lazım olduğunu bildirdiyindən, o da anası və bacısı ilə birlikdə Oğuz rayonundakı notariusa yaxınlaşmış, notariusda vərəsəlik açılmış, bununla əlaqədar notariusda heç bir rüsum ödəməmişdir. Belə ki, rüsumlar Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Bundan sonra, o, yaylaq sahəsini icarəyə götürmək istəmiş, bununla əlaqədar yenidən Təqsirləndirilən şəxs müraciət etmiş, fikirləri əvvəlcə həmin sahəni dayısı oğlu X4 adına almaq olmuş, lakin sonradan torpaq sahəsini özünün adına rəsmiləşdirmək qərarına gəlmişlər. Bununla əlaqədar Təqsirləndirilən şəxs qəbuluna getmiş, Elman müəllim onu xidməti otağında qəbul etmiş və ona proseduru izah etmişdir. Təqsirləndirilən şəxs ona ümumilikdə 10.000 manata yaxın xərcinin çıxacağını, amma o, icra başçısı ilə danışaraq, qeyd edilən məbləği aşağı edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bunun üçün ilkin olaraq ərizə yazmalı olduğunu bildirmiş, ona söz vermişdir ki, ərizə icra başçısı Eyvaz Qurbanovun qarşısına gedəndə bununla əlaqədar icra başçısına bildirəcək ki, o, tələb olunan pul vəsaitini vermişdir. İcra başçısı da, öz növbəsində müvafiq dövlət qurumlarına məktub ünvanlayıb, onun həmin otlaq sahəsindən istifadə etməyinə razılıq verəcəkdir. Həmin görüşü mobil telefonu vasitəsilə qeydə almışdır. Həmin görüşdə özü və Təqsirləndirilən şəxs başqa heç kim iştirak etməmişdir. Təqsirləndirilən şəxs yanından çıxıb evə tərəf gedərkən, yolda Təqsirləndirilən şəxs öz avtomobili ilə ona yaxınlaşmış və ona avtomobilə əyləşməyi bildirmişdir. O da hər ehtimala öz mobil telefonu ilə söhbətlərinin məzmununu qeyd etmək üçün diktofonu qoşmuş, Təqsirləndirilən şəxs icra başçısı ilə danışdığını və torpaq sahəsinin ayrılması üçün onun 5000-6000 manat pul vəsaiti tələb etsə də, Təqsirləndirilən şəxs xahişi ilə 4000 manata razılıq verdiyini, hətta əvvəllər kiməsə həmin işi 5000 manata gördüklərini bildirmişdir. O da razılıq vermişdir. Təqsirləndirilən şəxs ondan bu barədə heç kimə bir kəlimə də olsa söz deməməyi istəmişdir. Bundan sonra o, Oğuz rayon Qumluq İƏD nümayəndəliyinə müraciət etmiş, nümayəndəlikdən ona mülkiyyətində 135 baş qoyun-quzu, 15 baş keçinin olması barədə arayış verilmişdir. Bundan sonra o, yenidən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş, ərizəsinə Təqsirləndirilən şəxslə olan telefon danışığını əlavə etmişdir. Bundan sonra onu Baş İdarədən dəvət etmişlər və müvafiq olaraq, onun üzərinə kamera quraşdırılmışdır. O həmin kamera ilə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tələb etdiyi, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ona verilmiş 4.000 manat pul vəsaitini xidməti otağında Təqsirləndirilən şəxs təqdim etmiş, bundan sonra müraciətlə əlaqədar ərizə yazılmış, o imzalamış və Təqsirləndirilən şəxs göstərdiyi işçiyə təqdim etmişdir. Növbəti gün Təqsirləndirilən şəxs ondan evin tikintisinin layihələndirilməsi və tikintiyə icazə verilməsi üçün danışdıqları 2.500 manat puldan geridə qalan 1500 manatı tələb etmiş, o, da xx.xx.2024-cü il tarixdə yenidən üzərinə prokurorluq tərəfindən quraşdırılmış kamera ilə Təqsirləndirilən şəxs Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ona verilmiş 1.500 manat pul vəsaitini onun xidməti otağında təqdim etmişdir. Məhkəmə iclasında şahid Həmidli (cinayət işi materiallarında və ittiham aktında texniki səhv olaraq Əmirli yazılıb) Əmrah İmran oğlu Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında olan telefon danışıqlarına şahid olduğunu, hətta Şahid1 tərəfindən Təqsirləndirilən şəxs həm evin tikintisinə icazə verilməsi və layihələndirmə işləri üçün 2.500 manat, həm də yaylaq sahəsinin ayrılması üçün 4.000 manat pul vəsaitinin verilməsi zamanı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxslə görüşə getdiyini, lakin həmin görüşlərdə iştirak etmədiyini, Şahid1 qapıda gözlədiyini bildirdi. Məhkəmə iclasında Şahid3 şahid qismində ifadə verərək bildirdi ki, 2023-cü ilin aprel ayından Oğuz rayon Notariat ofisinin notariusu vəzifəsində işləyir, ünvan 3iyyətinin baş memarı Təqsirləndirilən şəxs təxminən 2024-cü ilin may ayının ortalarında ona müraciət edərək, qohumu Məzahir Məmmədzadənin rəhmətə getdiyini, əmlakları qaldığını, bu səbəbdən də ailə üzvlərinə verilməsi üçün vərəsəlik işinin açılmasını xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əmlakların bir hissəsinin sənədlərini təqdim etsə də, o həmin sənədlərin kifayət etmədiyini bildirmiş və lazım olan sənədlərin siyahısını hazırlayıb ona təqdim etməyini istəmişdir. Təxminən 1 həftə sonra Təqsirləndirilən şəxs yenidən geri qayıtmış və tələb olunan sənədləri. yəni ailə tərkibi haqqında arayış, ölüm şəhadətnaməsi və digər sənədləri gətirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin şəxslərin özlərinin də gəlməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən sənədlərin rüsumlarının nə qədər olacağını soruşmuş, o da əmlakların ilkin sənədlərinə baxaraq, həmin sənədləşmələrə təxminən 500-600 manat rüsum tələb olunduğunu bildirmişdir. İlkin olaraq həmin ailə üzvlərinin ofisə yaxınlaşaraq, ərizə verməli olduqlarını və həmin ərizələrin hər birinin təsdiq rüsumlarının 7 manat (6 manat rüsum, 1 manat xidmət haqqı) olacağını bildirmişdir. Elman X1, arvadının və qızlarından birinin gələcəyini bildirmişdir və həmin şəxslərin ərizələrinin təsdiq rüsumu olan 21 manat pulu ona versə də, o, həmin pulu təqdim edilən sənədlərin arasına qoymuş və həmin şəxslər ərizə verməyə gələndə rəsmi qaydada ödənilməsini nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs uzun müddət tanıdığı üçün həmin pul vəsaitini qəbul etmişdir. Daha sonra qeyd edilən şəxslər xx.xx.2024-cü il tarixdə ofisə yaxınlaşmış, Şahid1 və bacısı Xədicə Səfərova ərizə yazaraq, miras əmlaka dair öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəmədiklərini, onları vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Məzahir Məmmədzadənin arvadı X9 isə ərinə vərəsəlik işi açmağı və həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bundan sonra onların ərizələri üzrə Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən ümumilikdə 21 manat pul vəsaiti sonuncular tərəfindən rüsum olaraq ödənilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli, 165 saylı məktubla DƏDRX-in 9 saylı Qəbələ ərazi idarəsinə məktub yazaraq, X2 vərəsə olaraq tanındığını, bu səbəbdən Məzahir Məmmədzadəyə məxsus əmlaklar barədə reyestrdən mülkiyyət sənədlərinin notariat ofisinə göndərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona qeyd edilən sənədləşmələrlə əlaqədar 850 manat deyil, 21 manat pul vermiş, həmin pul vəsaiti də rüsum olaraq ödənilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirdi ki, 2022-ci ildən ünvan 3iyyəti Başçısının Qumlaq ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir, vəzifəsi ərazi dairəsində olan ev təsərrüfat uçotunun qeydiyyatını aparmaq, icra başçısının ərazidə səyyar qəbullarının keçirilməsini təmin etmək, ərazidə olan müəssisə və təşkilatlarla qarşılıqlı əlaqələrin qurulması, müvafiq arayışların verilməsindən ibarətdir. Şirvanlı kənd sakini Şahid1 xx.xx.2024-cü il tarixdə nümayəndəliyə müraciət edərək, xüsusi mülkiyyətində olan mal-qara barədə arayış verilməsini xahiş etmiş, ərizə ilə müraciət edərkən bildirmişdir ki, onun xüsusi mülkiyyətində xırdabuynuzlu mal-qara var. 2024-cü ilin yanvar ayına kənd sakinlərinin mülkiyyətində olan heyvanların uçotundan onun mülkiyyətində cəmi 2 ədəd iribuynuzlu heyvan olduğu göründüyü üçün, ondan tövləsinin olmadığını, eləcə də, yanvar ayına kimi mülkiyyətində cəmi 4 ədəd heyvanın olduğunu bildirərək, həmin heyvanları harada saxladığını soruşmuş, Şahid1 həmin heyvanları dayısı, Tayıflı kənd sakini X5 həyətindəki tövlədə saxladığını bildirmişdir. Bundan əlavə, dayısı Həsrət Dursunov da, xx.xx.2024-cü il tarixdə ərizə yazaraq, həqiqətən də qohumu Şahid1 heyvanlarını öz tövləsində saxladığını bildirmişdir. 13 may 2024-cü il tarixdə onun iştirakı ilə X5 həyətindəki tövləyə baxış keçirilmiş, tövlədə həqiqətən də Şahid1 məxsus 135 baş qoyun-quzunun, eləcə də 15 baş keçinin olduğu müəyyən etmişdir. Tövlədə reallıqda 300 başa yaxın qoyun-quzu olmuş, Həsrət Dursunov heyvanlardan 135 baş qoyun-quzunun, eləcə də 15 baş keçinin Şahid1 məxsus olduğunu bildirmişdir. Bundan sonra, Ramazan və Həsrətin iştirakı ilə baxış zamanı müəyyən edilən hallarla əlaqədar baxış aktı tərtib edilmişdir. Məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid4 xx.xx.2024–cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş və səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şahid X3 məhkəmə istintaqında iştirak etməməsinin səbəblərini üzürlü saymış və onun məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2013-cü ildən memar olaraq fəaliyyət göstərir, hazırda xx.xx.2016-cı il tarixli İN/L-2070/2016 saylı lisenziya əsasında tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tələb olunan bina və qurğuların layihələndirilməsi fəaliyyəti ilə məşğul olur. ünvan 3iyyətinin baş memarı vəzifəsində işləyən Təqsirləndirilən şəxs uzun illərdir tanıyır. Belə ki, 2012-ci ildən hər ikisi Memarlar İttifaqının üzvüdür. Elə həmin vaxtdan da bir-birilərini tanıyırlar. Təxminən 2022-ci ildən Təqsirləndirilən şəxs ona işləmək üçün bir neçə layihə vermişdir. Belə ki, həmin ərəfədə o, bir neçə şəhid bulaqlarının layihələrini vermiş, Təqsirləndirilən şəxs onun işini bəyəndiyi üçün sonradan ona işləmək üçün bir neçə layihə təqdim etmişdir. Onlardan biri də sifarişçi X6 məxsus evin layihəsinin işlənməsi olmuşdur. Təqsirləndirilən şəxs həmin ailənin imkansız olduğunu, eləcə də layihənin təcili olduğunu bildirmiş, o da ilkin olaraq, həmin layihənin 3D variantını hazırlayaraq, vətəndaşa göstərməsi üçün Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxs geri cavab vermişdir ki, layihə vətəndaş tərəfindən bəyənilmişdir. Bundan sonra o, layihəni tamamlayaraq, möhürlə və imzası ilə təsdiqləyib, Bakı-Oğuz marşrutu üzrə fəaliyyət göstərən taksilərdən biri ilə Təqsirləndirilən şəxs göndərmişdir. Həmin layihəni o, 2 nüsxədə göndərmişdir. Ərazi uzaq olduğu üçün Təqsirləndirilən şəxs ona ərazinin şəkillərini göndərmiş, o da həmin şəkil əsasında ərazi ilə vizual tanış olmuşdur. O, Məzahir Məmmədzadənin adına olan həmin torpağın sənədləri ilə tanış olmuş olmuşdur. Təqsirləndirilən şəxs həmin şəxsin vəfat etdiyini, bu səbəbdən vərəsəliyin açılacağını bildirmiş, layihədə sifarişçi olaraq, Məzahir Məmmədzadənin arvadı X2 adını qeyd etməyini istəmişdir. O da layihəni tərtib edib çap edərək o formada Təqsirləndirilən şəxs göndərmişdir. Layihənin tərtib edilməsi üçün Təqsirləndirilən şəxs ona 300 manat vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan, Şahid1 tərəfindən xx.xx.2024-cü il tarixli ərizəsinə əlavə edilmiş CD diskə baxış keçirilməsi haqqında 31 may 2024-cü il tarixli protokoldan görünür ki, CD diskdə “VİDEO-2024-05-31-18-17-11” adlı video fayl mövcuddur. “VİDEO-2024-05- 31-18-17-11” adlı video faylda Şahid1 və Təqsirləndirilən şəxs arasında işin yuxarıda qeyd edilən hallarına uyğun məzmunda söhbət mövcuddur. (cinayət işi cild 1 iş vər:70-79) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan, Şahid1 tərəfindən ünvan 3iyyətinin başçısı Eyvaz Qurbanova ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şahid1 fərdi təsərrüfatına məxsus 150 baş xırdabuynuzlu heyvandarlıq təsərrüfatının olduğunu, yay vaxtı örüş problemi ilə üzləşdiyi üçün “Tülkülər” adlı yay otlaq sahəsinin qanuni qaydada icarəsinə verilməsinə köməklik göstərilməsini xahiş edir və ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, tibbi-sosial ekspert komissiyasının sonuncu müayinəsinə dair məlumatı və Oğuz rayonu İcra Hakimiyyəti başçısının Qumlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-68-12/2-171/2024 saylı arayışını əlavə edir. Müvafiq arayışda Şahid1 Şirvanlı kəndində yaşadığı, hazırda xüsusi mülkiyyətində 135 (yüz otuz beş) baş qoyun-quzunun, 15 (on beş) keçisinin olduğu qeyd edilmişdir. (cinayət işi cild 1 iş vər:57-60) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli, 5-68-3/2-M-40-395/2024 saylı məktubdan görünür ki, ünvan 3iyyətinin başçısı Eyvaz Qurbanov Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 9 Saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, 22 nömrəli “Tülkülər” yaya otlaq sahəsinin sifarişçi Şahid1 vəsaiti hesabına yerquruluşu planının hazırlanmasına köməklik göstərilməsi xahiş etmişdir. (cinayət işi cild 1 iş vər:62) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs xidməti otağından götürülmüş “Oğuz rayonu, Şirvanlı kəndində inşa olunacaq fərdi yaşayış evinin memarlıqplanlaşdırma həlli”nə dair sənəddən görünür ki, həmin sənəd A3 kağız üzərində çap edilmiş 12 vərəqdən ibarətdir. Sənədin üzərində və içərisində inşa ediləcək yaşayış evinin ölçüləri və digər rekvizitləri qeyd edilmişdir. Birinci vərəqdə “sifarişçi X9” yazılmaqla Təqsirləndirilən şəxs və memar Şahid4 tərəfindən imzalanaraq “Baş memar” möhürü və Şahid4 məxsus dairəvi möhürlə təsdiq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan, Şahid3 tərəfindən ifadəsinə əlavə edilmiş notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 3 ədəd ərizədən görünür ki, Şahid1 və bacısı X7 ərizə verərək miras əmlaka dair öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəmədiklərini, onları vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Məzahir Məmmədzadənin arvadı X9 isə ərinə vərəsəlik işi açmağı və həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Qeyd edilən ərizələrin hər birinin üzərində 6 (altı) manat haqq tutulduğu qeyd edilmişdir. (cinayət işi cild 2 iş vər:5-7) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə fonoskopik ekspertizasının 1 iyul 2024-cü il tarixli 3-16-16/2-4/911-4/957 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 4 ədəd videofonoqramda və 1 ədəd audiofonoqramda montaj əlamətləri müəyyən olunmamış, qeyd edilən videofonoqramlarda və 1 ədəd audiofonoqramda səs yazıları Şahid1 və Təqsirləndirilən şəxs məxsusdur. Aparılmış tədqiqatın dəyəri 250 manatdır. (cinayət işi cild 2 iş vər:53-67) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə portret ekspertizasının 9 iyul 2024-cü il tarixli 3-16-16/2-3/989 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus fotoşəkillərdə və müqayisəli video görüntülərdə eyni şəxs əks olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 146 manatdır. (cinayət işi cild 2 iş vər:72-81) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə xətşünaslıq ekspertizasının 27 iyun 2024-cü il tarixli 3-16-16/2-4/912- 5/681 saylı rəyindən görünür ki, “Oğuz rayonu, Şirvanlı kəndində inşa olunacaq fərdi yaşayış evinin memarlıq-planlaşdırma həlli”nin birinci vərəqində “Təqsirləndirilən şəxs” əlyazmaları qarşısındakı imza Təqsirləndirilən şəxs məxsusdur. Həmin rəydən həmçinin görünür ki, “Oğuz rayonu, Şirvanlı kəndində inşa olunacaq fərdi yaşayış evinin memarlıq-planlaşdırma həlli”nin birinci vərəqindəki ünvan 3iyyətinin Memarlıq-tikinti şöbəsinin Baş memarının möhür əksi relyef klişe ilə sənədlərin üzərinə birbaşa vurulmuş, qeyd edilən möhür əksi ünvan 3iyyətinin Memarlıq-tikinti şöbəsinin Baş memarının möhürünün sərbəst əks nümunələri ilə eynilik təşkil edir.Aparılmış tədqiqatın dəyəri 100 manatdır. (cinayət işi cild 2 iş vər:46-50) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. (cinayət işi cild 2 iş vər:85-86) “Respublika Narkoloji Mərkəzi” X13 cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 28 iyun 2024-cü il tarixli, xx/xx-7660 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicə olunmamışdır. (cinayət işi cild 2 iş vər:70) “Respublika Psixiatriya Xəstəxanası” X13 cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 02 iyul 2024-cü il tarixli, 8133 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur. (cinayət işi cild 2 iş vər:84) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yerindən müsbət xarakterizə olunur. (cinayət işi cild 1 iş vər:192) ünvan 3iyyəti başçısının cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2008-ci il tarixli, 157 nömrəli sərəncamının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdən Memarlıq və tikinti bölməsinin müdiri təyin edilmişdir. (cinayət işi cild 1 iş vər:191) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Onun törətmiş olduğu cinayət əməlləri və həmin əməllərə görə təqsirliliyi məhkəmə iclasında özünün ifadəsi və səmimi etirafı, şahidlərin ifadələri, video görüntülər, üzləşmə protokolları və işə aid, biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1–ci maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2–ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən iş yerindən müsbət xarakterizə olunmasını və təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası DİN–nin BƏSİİ-nin cinayət işinin materiallarında olan xx.xx.2024–cü il tarixli cavabından Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində 312-1.1-ci maddəsinə münasibətdə cinayətlərin təkrar törədilməsi və cinayətin qulluq mövqeyinə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hal kimi müəyyən edilir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halın olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yüksək həddə cərimə növündə cəzanın təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cərimə cəzası təyin edərkən öz qənaətini Təqsirləndirilən şəxs uzun illər dövlət orqanında qüsursuz işləməsi, iş yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər və ümumiyyətlə CM-in xüsusi hissəsində nəzərdə tutulmuş digər kateqoriyaya aid hər hansı cinayət əməlini törətməməsi, əvvəllər məhkum olunmaması ilə əsaslandırır. Məhkəmə Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə saat 21:10-da şübhəli şəxs qismində tutulduğu, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyun 2024-cü il tarixli qərarı ilə barəsində 30 sentyabr 2024-cü il tarixədək əsas qətimkan tədbiri qismində ev dustaqlığı, əlavə qətimkan tədbiri qismində isə vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçildiyini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən barəsində həmin tarixdən hal-hazıradək olan müddətdə ev dustaqlığı qətimkan tədbirinin qüvvədə olması nəzərə alınmaqla ona təyin ediləcək cərimə cəzasının yüngülləşdirilməsinin mümkün olduğu qənaətinə gəlir. İttiham hökmü qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində əlavə qətimkan tədbiri qismində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, habelə üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Şahid1 tərəfindən təqdim edilmiş və Təqsirləndirilən şəxs ondan pul vəsaitini istəməsinin əks olunduğu 2 (iki) ədəd CD disk, əməliyyat çəkilişinin əks olunduğu 3 (üç) ədəd CD disk, eləcə də Şahid1 tərəfindən ünvan 3iyyətinin başçısı Eyvaz Qurbanova ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizə, ünvan 3iyyətinin başçısı Eyvaz Qurbanovun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 9 Saylı Qəbələ Ərazi İdarəsinə idarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 5-68-3/2-M-40-395/2024 saylı məktub, “Oğuz rayonu, Şirvanlı kəndində inşa olunacaq fərdi yaşayış evinin memarlıqplanlaşdırma həlli” maddi sübut qismində tanınmaqla iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak olmadığı nəzərə alınmalıdır. Keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar Şahid1 tərəfindən Təqsirləndirilən şəxs təqdim edilmiş ümumilikdə 6.500 (altı min beş yüz) manat pul dövlət vəsaiti olduğundan təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırki cinayət işi üzrə 496 manat ekspertiza xərci müəyyən edildiyindən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq müvafiq hesaba ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312- 1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10000 (on min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə saat 21:10-dan şübhəli şəxs kimi tutulduğu, 01 iyun 2024-cü il tarixdən 30 sentyabr 2024-cü il tarixədək barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi, həmin tarixdən hal-hazıradək olan müddətdə ev dustaqlığı qətimkan tədbirinin qüvvədə olması nəzərə alınmaqla ona təyin edilmiş 10000 manat cərimə cəzası yüngülləşdirilsin, onun üzərində qəti olaraq 6000 manat məbləğində cərimə cəzası saxlanılsın. Hökmün icrasına nəzarət Oğuz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində əlavə qətimkan tədbiri qismində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmaqla Şahid1 tərəfindən təqdim edilmiş və Təqsirləndirilən şəxs ondan pul vəsaitini istəməsinin əks olunduğu 2 (iki) ədəd CD disk, əməliyyat çəkilişinin əks olunduğu 3 (üç) ədəd CD disk, eləcə də Şahid1 tərəfindən ünvan 3iyyətinin başçısı Eyvaz Qurbanova ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizə, ünvan 3iyyətinin başçısı Eyvaz Qurbanovun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 9 Saylı Qəbələ Ərazi İdarəsinə idarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 5-68-3/2-M-40-395/2024 saylı məktub, “Oğuz rayonu, Şirvanlı kəndində inşa olunacaq fərdi yaşayış evinin memarlıq-planlaşdırma həlli” iş materiallarında saxlanılsın. Keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar Şahid1 tərəfindən Təqsirləndirilən şəxs təqdim edilmiş ümumilikdə 6.500 (altı min beş yüz) manat pul dövlət vəsaiti olduğundan təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak olmadığı nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 496 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-7/2025
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-7/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver