Məhkəmə qərarları › İş №1(054)-72/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-72/2025

27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-72/2025 27.01.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Ramazan oğlunun iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Oğuz rayonu, Xalxal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Oğuz rayonu, Xalxal kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 10,91 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə əldə edib, qanunsuz olaraq üzərində və avtomobilində saxlamış, xx.xx.2025-ci il tarixdə Oğuz rayonu, Xalxal kənd ərazisində üzərində narkotik vasitə daşıyarkən, Oğuz RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 22:40da Oğuz rayonu Xalxal kənd ərazisində saxlanılaraq, dərhal üzərinə video kamera çəkilişi ilə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunda 4,15 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq, sonradan Oğuz RPŞ-yə gətirilib qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüş, bundan başqa xx.xx.2025-ci ilk tarixdə saat 11:10-da Oğuz rayonu Xalxal kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində saxladığı özünə məxsus “Uaz-qaz 69” markalı **-BB-*** d.q.n-lı avtomobilin sürücü oturacağının altından 01 (bir) ədəd şəffaf sellefon bükümdə xeyli miqdarda - 6,76 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq, qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında, eləcə də ittiham aktında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə “Mehdi” adlı müstəntiq onu Oğuz rayonu Polis Şöbəsinə aparmışdır. Həmin vaxt ondan başqa 2 nəfər həmkəndlisi də polis şöbəsinə gətirilmişdir. Onu həmin gün öz evinə qaytarıb evin həyətini axtarmış, lakin heç bə tapmamışlar. Sonra onu yenidən polis şöbəsinə qaytarmış və əməli boynuna almasa evindən külli miqdarda narkotik vasitə çıxaracaqlarını, ailəsində olan hər kəsi məsuliyyətə cəlb edəcəklərini deyərək hədələmişlər. O. da bütün bunlardan qorxaraq əməli boynuna almışdır. O, heç bir əsas olmadan 2 gün polis şöbəsində saxlanılmışdır. Bu vaxt ərzində polis əməkdaşları onun barəsində olan ittiham düz-qoş etmişlər. Sonradan onu buraxaraq onun şalvarının cibinə kibrit qutusunda narkotik vasitə qoymuş və sanki ondan aşkar olunurmuş kimi videoçəkiliş etmişlər. Bundan sonra isə onun avtomobilinə narkotik vasitə yerləşdirmişlər. Onu həmin vasitəni özü təqdim edirmiş kimi göstərməyə məcbur etmişlər və videoçəkiliş aparmışlar. Onun telefonu kürəkənində olmuş, lakin onu da çağıraraq telefonu əlindən almışlar. Ona xx.xx.2025-ci il tarixdə telefonu qaytarmış və sonrakı gün Polis Şöbəsindən buraxılmışdır. O, borc alıb müstəntiq Mehdiyə 2000 manat məbləğində pul vermişdir. Ona polis şöbəsində olarkən fiziki təzyiqlər göstərmişlər. Onun əl-ayağını “skoçla” bağlayıb ayaqlarının arasından lapatka sapı salmış, o, etiraf edənə qədər ağzını suyla doldurmuşlar. Zorakılıq vasitəsi kimi əsasən sudan istifadə etdiklərinə görə bədənində demək olar ki xəsarəti izləri olmamışdır. O, həmin vaxt qorxduğundan baş verənlər barədə heç bir orqana şikayət etməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla onun barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadələr arasında ziddiyyət yarandığından onun ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Ancaq narkotik vasitə istifadə etməyin aludəçisi deyildir. xx.xx.2025-ci il tarixdə günorta radələrində yaşadığı Oğuz rayonu Xalxal kənd ərazisində çay suyu gedən arxın kənarında oturduğu vaxt yerdə olan bir ədəd sellefon büküm və bir ədəd kibrit qutusu diqqətini cəlb etmiş və həmin bükümlə qutunu yerdən götürmüşdür. Həmin büküm və qutunun içərisini açdıqda içərilərində narkotik vasitə olan marixuana olmasını aşkar etmişdir. Əvvəllər Rusiya Federasiyasında yaşadığı illər ərzində (2000-2017-ci illər) narkotik vasitə istifadə etdiyi üçün həmin kütlələrin qoxusundan marixuana olduğunu başa düşmüş və həmin kütlələri gələcəkdə istifadə etmək məqsədi ilə əynindəki qara rəngli şalvarın sağ cibinə qoymuşdur. Bundan sonra yaşadığı ünvana gəlmiş və sellefon bükümü yaşadığı evin həyətində saxladığı özünə məxsus “UAZ-qaz 69” markalı **-BA-*** d.q.n-lı avtomobilinin sürücü tərəfdən oturacağının altında gizlətmiş, kibrit qutusunu isə şalvarının sağ yan cibində saxlamışdır. Bundan sonra dəqiq xatırlamadığı axşam saatlarında yaşadığı Oğuz rayonu Xalxal kənd ərazisində yolun kənarı ilə piyada hərəkətdə olduğu vaxt polis əməkdaşları videoçəkiliş apararaq ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib, üzərində olan narkotik vasitəni onlara təqdim etməyini istəmişlər. Həmin vaxt üzərində olan narkotik vasitəni polislərə təqdim etmişdir. Həmin kibrit qutusunda olan narkotik vasitə polis əməkdaşları tərəfindən tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Bundan sonra Oğuz RPŞ-nə gətirilmişdir. Polis şöbəsində həmin narkotik vasitəyə yenidən baxış keçirilmiş və narkotik vasitə yenidən tərəzidə çəkilmiş, həmçinin qablaşdırılaraq götürülmüşdür. Bütün bu prosesler video çəkilişlə həyata keçirilmişdir. Həmçinin şübhəli şəxs qismində tutulmuş və Araz adlı müdafiəçi ilə təmin edilmişdir. Bundan başqa daha sonra özü yaşadığı evin həyətində saxladığı avtomobildə narkotik vasitə olduğunu təhqiqatçıya bildirmiş və həmin yerə baxış keçirilərək, bir ədəd şəffaf sellefon bükümdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. O, həmçinin heç vaxt narkotik vasitə satmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ancaq narkotik vasitədən özü istifadə etmək üçün üstündə və avtomobilində saxladığını, əvvəllər bəxşiş kimi heçkimə narkotik vasitə vermədiyini və heçkimə birlikdə narkotik vasitə çəkməyi təklif etmədiyini, onda aşkar olunandan başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, onda narkotik vasitə olması barədə heçkimə məlumat vermədiyini, həmin vaxtı gec olduğundan ailə uşağın narahat edilməməsi üçün ilk öncə avtomobilində olan narkotik vasitə barədə məlumat vermədiyini, səhəri gün isə polis əməkdaşlarının evinə gedəcəyini başa düşərək özü işinin yüngülləşməsi və ailə üzvlərinin narahat olunmaması üçün avtomobilində də narkotik vasitə olduğunu təhqiqatçıya bildirdiyini, istifadəsində ***-***-**-** saylı mobil nömrə olduğunu, iş üzrə təyin edilmiş xx.xx.2025-ci il tarixli eskpertizaların rəyləri ilə tanış olduğunu, heç bir etirazı olmadığını, həmin çəkidə marixuananı özü istifadə etmək üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən Oğuz RPŞ-yə gətirilərkən ona qarşı hər hansı psixi, mənəvi və ya fiziki təsirlər göstərilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs sonuncu məhkəmə iclasında ifadə verərək özünü təqsirli bildiyini göstərmiş və barəsində amnistiya aktının tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X8 ifadəsində göstərmişdir ki, Oğuz rayon Xalxal kənd sakini Təqsirləndirilən şəxs şəxsən tanımır, Təqsirləndirilən şəxsla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı tərəfindən rəhbərliyə raportla məruzə edilmiş və verilmiş əmrlə əlaqədar əməliyyat qurupunun yardılması barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə Oğuz RPŞ-nin İTB-nin polis nəfəri polis baş serjantı Şahid3 ilə birlikdə həyəta keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Oğuz rayon Xalxal kənd ərazisində iti addımlarla piyada hərəkətdə olan zaman tərəflərindən saxlanaraq üzərinə video görüntü ilə baxış keçirilmişdir. Həmin video görüntünü isə Oğuz RPŞ-nin KTQ-nin baş inspektoru krimnalisti polis leytenantı Şahid4 çəkmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən 1 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana aşkar edilmiş və bu barədə tərəfindən protokol tərtib edilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Oğuz rayonu Xalxal kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində saxladığı “Uaz” markalı avtomobilin sürücü oturacağının altından 01 ədəd şəffaf sellefon bükümdə olan narkotik vasitə marixuana aşkarlanmışdır. Bu barədə təhqiqatçı Vasif Məmmədov tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Oğuz RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində çalışır və polis baş serjantıdır. Oğuz rayon Xalxal kənd sakini Təqsirləndirilən şəxs şəxsən tanımır, onunla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Bununla bağlı Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X8 tərəfindən rəhbərliyə raportla məruzə edilmiş və verilmiş əmrlə əlaqədar əməliyyat qurupunun yardılması barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə sonuncu ilə birlikdə həyəta keçirdiyi əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Oğuz rayon Xalxal kənd ərazisində iti addımlarla piyada hərəkətdə olan zaman saxlanaraq üzərinə video görüntü ilə baxış keçirilmişdir. Həmin video görüntünü isə Oğuz RPŞ-nin KTQ-nin baş inspektoru krimnalisti polis leytenantı Şahid4 çəkmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən 1 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana aşkar edilmiş və bu barədə tərəfimdən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o Oğuz RPŞ-nin KTQ-nun baş inspektor krimnalisti vəzifəsində çalışır və polis leytenantıdır. Oğuz rayonu Xalxal kəndində qeydiyyatda olan və yaşayan X3 şəxsən tanımır, onunla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Bununla bağlı Oğuz RPŞ-nin CAB-nin polis baş leytenantı Qüdrət Poladzadə tərəfindən rəhbərliyə raportla məruzə edilmiş və verilmiş əmrlə əlaqədar əməliyyat qurupunun yardılması barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə sonuncu ilə Oğuz RPŞ-nin İTB-nin polis sahə nəfəri polis baş serjantı Şahid3lə birlikdə həyəta keçirdikləri əməliyyat tədbirləri nəticəsində X1 rayon Xalxal kənd ərazisində yol kənarı ilə piyada gedərkən tərəfimizdən saxlanaraq üzərinə video görüntü ilə baxış keçirilmişdir. Həmin video görüntünü isə o çəkmişdir. Həmin vaxt X2 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə bu barədə marixuanaya bənzər kütlə aşkar edildi. Həmin kütlə qablaşdırıldı və Şahid1 tərəfindən protokol tərtib edildi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantıdır. Oğuz rayon Xalxal kənd sakini Təqsirləndirilən şəxs şəxsən tanımır, onunla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu bu barədə əməliyyat tədbiri keçirilmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Oğuz rayonu Xalxal kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində saxladığı "Uaz" markalı avtomobilin sürücü oturacağının altından 01 ədəd şəffaf sellefon bükümdə olan narkotik vasitə marixuana aşkarlanmışdır. Bu barədə təhqiqatçı Vasif Məmmədov tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o Oğuz RPŞ-nin MSY-nin polis nəfəri vəzifəsində çalışır və polis baş serjantıdır. Oğuz rayon Xalxal kənd sakini Təqsirləndirilən şəxs şəxsən tanımır, onunla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu bu barədə əməliyyat tədbiri keçirilmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Oğuz rayonu Xalxal kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində saxladığı "Uaz" markalı avtomobilin sürücü oturacağının altından 01 ədəd şəffaf sellefon bükümdə olan narkotik vasitə marixuana aşkarlanmışdır. Bu barədə təhqiqatçı Vasif Məmmədov tərəfindən protokol tərtib edilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. xx.xx.2025-ci il tarixdə saat 16-17 radələrində polis əməkdaşları onlar yaşayan evə gələrək əri Balaqardaşı polis şöbəsinə aparmışlar. Həmin gün gecə saat 00:00 radələrində Balaqardaş və təxminən 20 nəfər polis əməkdaşı yenidən evə qayıtmış və evin həyətini axtarmağa başlamışlar. Həmin vaxt heç kəsi evdən bayıra çıxmağa icazə verməmişlər. Bir müddət sonra onlar getmiş, daha sonra 2 nəfər polis əməkdaşı qayıdaraq “UAZ” markalı avtomobilə yaxınlaşmış, sonra isə getmişlər. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları yenidən gələrək evə və həyətə baxış keçirmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisidir. Polis əməkdaşları əmisi Balaqardaşı polis şöbəsinə apardıqdan 1 gün sonra axşam saatlarında əmisinin həyətinə təxminən,10 nəfər polis əməkdaşı gəlmişdir. O, evə yaxınlaşmaq istədikdə polis əməkdaşları onu itəliyərək həyətdən çıxarmış və getməsini bildirmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. xx.xx.2025-ci il tarixdə onu, qonşusu Turalı və Balaqardaşı polis əməkdaşları polis şöbəsinə aparmışlar. Növbəti gün onu və qonşusu Turalı polis şöbəsindən buraxmışlar. Onlar polis şöbəsinə aparılarkən aparılmanın səbəbi bildirilməmiş və onları bir-birindən ayrılıqda saxlamışlar. Sonradan o, ağackəsmə məsələsi ilə əlaqədar aparıldığını bilmişdir. Polis Şöbəsində olarkən ondan Balaqardaşla bağlı heç nə soruşulmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. xx.xx.2025-ci il tarixdə onu ağac kəsdiyinə görə polis əməkdaşları polis şöbəsinə aparmışlar. Ondan ağacları nə ilə daşığını soruşduqlarında o, Balaqardışın avtomobili ilə daşıdını bildirmişdir. Həmin gün axşamüstü Balaqardaşı, digər həmkəndliləri Nofər və Turalı da polis şöbəsinə gətirmişlər. Onun özünü isə xx.xx.2025-ci il tarixdə polis şöbəsindən buraxmışlar. Təqsirləndirilən şəxs polis şöbəsinə aparılması onun ifadə verən zaman Balaqardaşın adını çəkməsi ilə əlaqədar olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna qanuniliyi, mötəbərliliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:40 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Oğuz rayonu Xalxal kəndi ərazisində piyada hərəkətdə olan zaman saxlanılmış və bu zaman həmin şəxsin üzərindən 01 (bir) ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, həmin kibrit qutusu elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 7,20 qram olduğu müəyyən edilmiş və ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 2025-ci il tarixli, 17/499 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “....Təqsirləndirilən şəxs məxsus UAZ markalı NV-nin salonundan içərisində narkotik vasitə ...” sözləri adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellefon bükümdə, təmiz çəkisi - 6,76 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “....Təqsirləndirilən şəxs məxsus UAZ markalı NV-nin salonundan içərisində narkotik vasitə ...” sözləri adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellefon bükümdə olan qurudulmuş marixuana ilə üzərində “Ekspert rəyi.№17/498.Verildiyi tarix: 05 iyul 2025-ci il. Oğuz RPŞ. HK-1/343. 01 (bir) ədəd kibrit qutusunda qurudulmuş marixuana. Təqsirləndirilən şəxs oğ. Ekspert./imza/ H.Rəşidov.” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Qeyd: 1. Marixuananın təmiz çəkisi – 6,76 qr., tədqiqata sərf edildi – 0,02 qr., qalıq – 6,74 qr. 2. Marixuananın təmiz çəkisi – 4,13 qr., tədqiqata sərf edildi – 0,02 qr., qalıq – 4,11 qr. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 1312 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli 50 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinin xx.xx.2026-cı il tarixli arayışının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almışdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Odur ki, məhkəmə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Ona görə də onun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışının gedişində müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Ona görə də onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarın 1-ci hissəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): (...) 1.2. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla). Həmin qərarının 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Həmin Qərarın 8-ci bəndinə əsasən, bu Qərar 19 dekabr 2025-ci il tarixdən qüvvəyə minir. Belə ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinin xx.xx.2026-cı il tarixli arayışına əsasən müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almışdır. Müdafiə tərəfi məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum edilmiş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarına əsasən bu qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə məhkəmələr tərəfindən baxılır. Məhkəmə belə qənaətə gəlir ki, məhkum Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5-ci hissəsinin 5.1-ci bəndi əsas götürülməklə həmin qərarın 1-ci hissəsinin 1.1-ci bəndinin təsiri altına düşür. Qərarın 6-cı hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər iş üzrə mövcud deyil. Cinayət işi üzrə yuxarıda qeyd olunan halları və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi və müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5-ci hissəsinin 5.1-ci bəndi əsas götürülməklə həmin qərarın 1-ci hissəsinin 1.1-ci bəndi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməli və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməli, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 10,85 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, (CPM - 132) ekspertiza tədqiqatının dəyəri olan cəmi 71,94 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 10,85 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - 4 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci, cəmi – 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərardan elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar