Məhkəmə qərarları › İş №1(054)-75/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-75/2025

14.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-75/2025 14.11.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, xx.xx.1988-ci ildə Oğuz rayonu, Kərimli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti lə məşğul olan, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Oğuz rayonu, Kərimli kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 5,75 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə əldə edib, qanunsuz olaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə Oğuz rayonu, Kərimli kənd ərazisində üzərində narkotik vasitə daşıyarkən, Oğuz RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində həmin tarixdə saat 17:35-də Oğuz rayonu, Kərimli kəndi ərazisində saxlanılaraq, dərhal üzərinə video kamera çəkilişi ilə şəxsi axtarış keçirilən zaman onun boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusundan xeyli miqdarda ümumi çəkisi 5,75 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq, sonradan Oğuz RPŞ-yə gətirilib qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, uzun müddətdir ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Oğuz rayonu, Kərimli kəndi ərazisində yolun kənarı ilə piyada hərəkət edən zaman yerdə 01 ədəd kibrit qutusu görmüş, həmin kibrit qutusunu götürüb açan zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Narkotik vasitə istifadə etdiyi üçün kibrit qutusunda olan narkotik vasitəni özü ilə götürmüşdür. xx.xx.2025-ci il tarixdə axşam saat 17:35 radələrində Oğuz rayonu, Kərimli kəndi ərazisində yolun kənarı ilə piyada hərəkətdə olan zaman yanında avtomobil dayanmış, avtomobildən 3 nəfər şəxs aşağı düşərək ona yaxınlaşmış və özlərini təqdim edib Oğuz RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində olan əşyaları təqdim etməyi təklif etmişlər. Həmin vaxtı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd 50 qəpik, 01 ədəd 20 qəpik, 02 ədəd 10 qəpik dəmir pulları, 01 ədəd 100 manat, 04 ədəd 1 manat kağız pul, 01 ədəd “Bir Bank”-a məxsus kart, 01 ədəd sürücülük vəsiqəsini, 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd alışqan, sol arxa cibdən “Samsung” markalı mobil telefonu, sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşı onun üzərini yoxlamış, lakin təqdim etdiyi əşyalardan başqa heç bir əşya, predmet və ya maddə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşı onun təqdim etdiyi 01 ədəd kibrit qutusunu açmış və kibrit qutusunda olan yaşıl rəngli bitki kütləsinin nə olduğunu, haradan əldə etdiyini soruşmuşdur. O, həmin kütlənin narkotik vasitə olduğunu, Oğuz rayonu, Kərimli kəndi ərazisində yerdən tapdığını bildirmişdir. Daha sonra kibrit qutusu polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 8,62 qram olması müəyyən edilmişdir. Kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana və təqdim etdiyi mobil telefon ayrı-ayrılıqda kağız zərfə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Özü və iştirak edən şəxslər zərfin üzərini imzalamışlar. Təqdim etdiyi digər əşyalar özünə geri qaytarılmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə Oğuz RPŞ-nə gəlmişdir. Oğuz RPŞ-də təhqiqatçı tərəfindən Oğuz rayonu, Kərimli kəndi ərazisində üzərinə keçirilmiş baxışla bağlı qeydə alınmış videogörüntünün olduğu diskə baxış keçirilmişdir. Daha sonra təqdim etdiyi narkotik vasitənin olduğu zərf açılaraq baxış keçirilmişdir. Narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 8,66 qram olması müəyyən edilmişdir. Daha sonra narkotik vasitə yenidən qablaşdırılıb üzərinə möhür vurulmuşdur. Özü və iştirak edən şəxslər zərflərin üzərini imzalamışdır. Yekun olaraq protokol tərtib olunmuşdur. Özü və iştirak edən şəxslər protokolu imzalamışlar. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Oğuz RPŞ-nin CAB-in axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 17:30-da başlanılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Oğuz rayonu, Kərimli kəndi ərazisində yolun kənarı ilə piyada hərəkətdə olan zaman tərəfindən saxlanılmışdır. Özünü təqdim edib Oğuz RPŞ-nin əməkdaşı olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində nə varsa təqdim etməyini təklif etmişdir. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd 50 qəpik, 01 ədəd 20 qəpik, 02 ədəd 10 qəpik dəmir pulları, 01 ədəd 100 manat, 04 ədəd 1 manat kağız pullar, 01 ədəd “Bir Bank”-a məxsus kart, 01 ədəd sürücülük vəsiqəsini, 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd alışqanı, sol arxa cibdən “Samsung” markalı mobil telefonu, sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstünü yoxlamış, lakin heç bir qanunla qadağan edilmiş əşya, predmet və ya maddə aşkar etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunu açmış və ondan kibrit qutusunda olan yaşıl rəngli bitki kütləsinin nə olduğunu, haradan tapdığını soruşmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, Oğuz rayonu, Kərimli kəndi ərazisində yerdən tapdığını bildirmişdir. Daha sonra kibrit qutusu tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 8,62 qram olması müəyyən edilmişdir. Kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana, mobil telefon ayrı-ayrılıqda tərəfindən kağız zərfə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Təqsirləndirilən şəxs və iştirak edən digər şəxslərlə birlikdə zərfin üzərini imzalamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi digər əşyalar özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Oğuz RPŞ-nə gətirilmişdir. Oğuz RPŞ-də təhqiqatçı tərəfindən Oğuz rayonu, Kərimli kəndi ərazisində Təqsirləndirilən şəxs üstünə keçirilmiş baxışla bağlı qeydə alınmış videogörüntünün olduğu diskə baxış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitənin olduğu zərf təhqiqatçı tərəfindən açılaraq baxış keçirilmişdir. Narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 8,66 qram olması müəyyən edilmişdir. Daha sonra narkotik vasitə yenidən qablaşdırılıb üzərinə möhür vurulmuşdur. Təqsirləndirilən şəxs və iştirak edən digər şəxslərlə birlikdə zərfin üzərini imzalamışdır. Yekun olaraq protokol tərtib olunmuşdur. Özü və iştirak edən şəxslər protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Oğuz RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Şahid3 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 17:30-da başlanılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Oğuz rayonu, Kərimli kəndi ərazisində yolun kənarı ilə piyada hərəkətdə olan zaman tərəfindən saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd 50 qəpik, 01 ədəd 20 qəpik, 02 ədəd 10 qəpik dəmir pulları, 01 ədəd 100 manat, 04 ədəd 1 manat kağız pullar, 01 ədəd “Bir Bank”-a məxsus kart, 01 ədəd sürücülük vəsiqəsini, 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd alışqanı, sol arxa cibdən “Samsung” markalı mobil telefonu, sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstünü yoxlanılmış, lakin heç bir qanunla qadağan edilmiş əşya, predmet və ya maddə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunu açılmış və ondan kibrit qutusunda olan yaşıl rəngli bitki kütləsinin nə olduğu, haradan əldə etdiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, Oğuz rayonu, Kərimli kəndi ərazisində yerdən tapdığını bildirmişdir. Daha sonra kibrit qutusu elektron tərəzidə çəkilmiş, çəkisinin 8,62 qram olması müəyyən edilmişdir. Kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana, mobil telefon ayrıayrılıqda tərəfindən kağız zərfə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi digər əşyalar özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Oğuz RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitənin olduğu zərf təhqiqatçı tərəfindən açılaraq baxış keçirilmişdir. Narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 8,66 qram olması müəyyən edilmişdir. Daha sonra narkotik vasitə yenidən qablaşdırılıb üzərinə möhür vurulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Oğuz RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 17:30-da başlanılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Oğuz rayonu, Kərimli kəndi ərazisində yolun kənarı ilə piyada hərəkətdə olan zaman tərəfindən saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd 50 qəpik, 01 ədəd 20 qəpik, 02 ədəd 10 qəpik dəmir pulları, 01 ədəd 100 manat, 04 ədəd 1 manat kağız pullar, 01 ədəd “Bir Bank”-a məxsus kart, 01 ədəd sürücülük vəsiqəsini, 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd alışqanı, sol arxa cibdən “Samsung” markalı mobil telefonu, sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstünü yoxlanılmış, lakin heç bir qanunla qadağan edilmiş əşya, predmet və ya maddə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunu açılmış və ondan kibrit qutusunda olan yaşıl rəngli bitki kütləsinin nə olduğu, haradan əldə etdiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, Oğuz rayonu, Kərimli kəndi ərazisində yerdən tapdığını bildirmişdir. Daha sonra kibrit qutusu elektron tərəzidə çəkilmiş, çəkisinin 8,62 qram olması müəyyən edilmişdir. Kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana, mobil telefon ayrıayrılıqda tərəfindən kağız zərfə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi digər əşyalar özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Oğuz RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitənin olduğu zərf təhqiqatçı tərəfindən açılaraq baxış keçirilmişdir. Narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 8,66 qram olması müəyyən edilmişdir. Daha sonra narkotik vasitə yenidən qablaşdırılıb üzərinə möhür vurulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X10 Bölməsi tərəfindən keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 17/542 nömrəli rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-5,75 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (i.v. 42-45) İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş və üzərindən aşkar olunmuş içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu və ona məxsus mobil telefon ayrı-ayrılıqda kağız zərfə qablaşdırılaraq götürülmüşdür. (i.v. 09-11) İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Oğuz RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Elnur Alcanov tərəfindən Oğuz rayonu, Kərimli kəndi ərazisində Təqsirləndirilən şəxs üstünə keçirilmiş baxışla bağlı qeydə alınmış videogörüntünün olduğu diskə baxış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitənin olduğu zərf təhqiqatçı tərəfindən açılaraq baxış keçirilmişdir. Narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 8,66 qram olması müəyyən edilmişdir. Daha sonra narkotik vasitə yenidən qablaşdırılıb üzərinə möhür vurulmuşdur. Təqsirləndirilən şəxs və iştirak edən digər şəxslərlə birlikdə zərfin üzərini imzalamışdır. Yekun olaraq protokol tərtib olunmuşdur. Özü və iştirak edən şəxslər protokolu imzalamışdır. (i.v. 13-17) İş materiallarına əlavə olunmuş Məhkmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1358 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyəehtiyacı var. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v-134) İş materiallarına əlavə olunmuş Oğuz RMX-dan daxil olmuş xx.xx.2025-ci il tarixli 785 nömrəli məktubdan görünür ki, İsmayılov X6 şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (i.v. 127) İş materiallarına əlavə olunmuş maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,73 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ümumilikdə 02 ədəd DVD diskin cinayət işinin istintaq materiallarına əlavə olunması nəzərə alınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd zərfdə qablaşdırılmış 5,73 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana isə Oğuz RPŞ-nin maddi sübut otağına təhvil verilmişdir. ( i.v. 79-81). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Oğuz RPŞ-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə toplanmış cinayət işi xx.xx.2025-ci il tarixdə baxılması üçün Oğuz rayon Məhkəməsinə göndərilmişdir. ( i.v. 110-111) İş materiallarına əlavə olunmuş Oğuz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(054)- 54/2025 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 05 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 117-126) Oğuz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(054)-54/2025 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(107)-324/2025 nömrəli qərarı ilə həmin hökm cəzaya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Oğuz RİHB-nın Kərimli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-68-9/2-204/2025 nömrəli arayış və xx.xx.2025-ci il tarixli 5-68-9/2-205/2025 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri xx.xx.1964-cü il təvəllüdlü atası X9, xx.xx.1966-cı il təvəllüdlü anası-X5, xx.xx.1994-cü il təvəllüdlü arvadı-X3, xx.xx.2018-ci il təvəllüdlü oğlu-X7 və xx.xx.2021-ci il təvəllüdlü oğlu X1 ibarətdir. Yaşadığı yerdə müsbət xarakterizə olunur. (i.v. 112-114). İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:16-da cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutulmuşdur. (i.v.-30) İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi və MSY-dən azad etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək xx.xx.2025-ci il tarixdə saat 19:00-da Oğuz RPŞ-nin MSY-dən azad edilmişdir.(i.v- 75) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan suiistifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Oğuz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(054)-54/2025 nömrəli hökmünə əsasən AR CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan -xx.xx.2025-ci il tarixdən tutulmadan azad olunduğu vaxtadəkxx.xx.2025-ci tarixədək olan müddət 2(iki) gün kimi nəzərə alınaraq bir günə iki gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il, 05 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hazırki iş üzrə cinayət əməli isə təqsirləndirilən şəxs tərəfindən 22.07. 2025-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən “Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur.” Təqsirləndirilən şəxs cəza təyin edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsin eyni xarakterik cinayətləri törətməyə meyilli olmasını nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli ilə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona həmin maddə üzrə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ona Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1 (054) - 54 / 2025 nömrəli il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli,onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Oğuz Rayon Polis İşöbəsində maddi sübut kimi saxlanılan qalıq 5,73 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə o, narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş materiallarında olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 35(otuz beş)manat 97(doxsan yeddi) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə üzrə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1 (054) - 54 / 2025 nömrəli il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 5,73 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar