Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-8/2022 06.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanında yaşayan, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1 (054) - 10 / 2020 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzadan 1 (bir) ay 26 (iyirmi altı) gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, barəsində “polisin nəzarəti altında vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda - 142,86 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və 18,697 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan asetilə edilən tiryəki özündə saxlamış, xx.xx.2022-ci il tarixdə saat 16:55-də Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Oğuz şəhərində saxlanılaraq şübhəli şəxs qismində Polis Şöbəsinə gətirilməklə onun üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan tərəfindən (qoltuq altından) bir ədəd sellofan bükülüdə çəkisi 142,86 qram olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin, şalvarının sağ yan cibindən çəkisi 18,697 qram olan, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan asetilə edilən tiryək polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət işinin məhkəmə istintaqının ilkin mərhələsində verdiyi ifadəsində qeyd etmişdir ki, o, 2021-ci ilin sentyabr ayının sonunda cəzaçəkmə müəssiəsindən çıxmış və bundan sonra da bəzi vaxtlarda narkotik vasitələrdən istifadə etmişdir. Üzərində aşkar edilmiş narkotik vasitələr də ona məxsusdur. O, həmin narkotik vasitələri Oğuz şəhərinin yuxarı hissəsində yerləşən meşə sahəsində gəzərkən tapmış və götürüb öz istifadəsi üçün saxlamışdır. xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Narkoloji Dispanserində olarkən müayinə edilmişdir. Narkotik vasitələrdən təsadüfi hallarda istifadə edir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məcburi müalicəyə ehtiyacı olması barədə ekspert rəyi ilə razı deyildir. Ona görə də barəsində olan cinayət işi üzrə təkrar məhkəmə-narkoloji ekspertizası təyin edilməsini məhkəmədən xahiş edir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 323 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən və tiryəkdən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 323 nömrəli rəyin nəticələrində uyğunsuzluqlar və anlaşılmazlıqlar olduğundan, eyni zamanda, həmin rəyin nəticələri təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi xüsusatlar və işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən, qeyd olunan rəy kifayət qədər əsaslandırılmamaqla nəticələri əsaslı şübhələr doğurduğundan məhkəmə təqsirləndirilən şəxsin vəsatəti əsasında təkrar məhkəmə-narkoloji ekspertizası təyin etmiş, təkrar məhkəmə-narkoloji ekspertizasının aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinə həvalə edilmişdir. Qeyd olunan qərar əsasında təkrar məhkəmə-narkoloji ekspertizasına Təqsirləndirilən şəxs təkrar müayinə edilməklə ekspert qarşısında qoyulmuş suallar üzrə ekspertin gəldiyi nəticələr tibbi nöqteyi-nəzərdən əsaslandırılmaqla rəy verilməsi həvalə edilmişdir. Təkrar məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4141 nömrəli rəydən müəyyən edilir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və tiryəkdən sui-istifadə etmə nəticəsində yaranmış asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin narkomaniya xəstəliyinə xas olan xarakterik klinik təzahürlərin sönməsi hal-hazırda onun narkomaniyadan məcburi müalicə olunmasına zərurət yaratmır. İş üzrə təkrar məhkəmə-narkoloji ekspertizası keçiriləndən sonra təyin edilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, Oğuz şəhərində yaşayır və daimi olaraq heç bir yerdə işləmir. O, əvvəllər də narkotik vasitələrdən istifadə etmə cinayəti törətdiyinə görə məsuliyyətə cəlb olunaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Oğuz şəhərində yerləşən “Şəhidlər xiyabanı”nın arxa tərəfindəki meşəlik sahədə gəzərkən yerdən bir ədəd sellofan bükülü tapmışdır. Bükülünü açıb baxanda içərisində narkotik maddələr olduğunu görmüş, həmin maddələrin narkotik vasitə olan marixuana və tiryək olduğunu bildiyinə görə özü istifadə etmək üçün götürərək cibinə qoymuşdur. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, törətdiyi cinayət əməlini etiraf edir. Narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Onun qeyri-rəsmi nikahdan bir azyaşlı övladı vardır, lakin həmin uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. Digər ailə üzvlərinə də onun tərəfindən diqqət və qayğı göstərilir. Qeyd etdiklərini cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid Oğuz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2022-ci il tarixdə ərazidə xidmət aparan zaman Oğuz şəhər sakini, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs adlı şəxsin üzərində nakotik vasitə gəzdirməsi və özünün də narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumat əsasında həmin tarixdə, təxminən, saat 17 radələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Oğuz şəhəri ərazisində saxlanılaraq narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilindiyi üçün Oğuz rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuluraq vəkilin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən onun əynində olan qara rəngli gödəkcənin sağ yan tərəfindən (qoltuq altından) içərisində narkotik vasitəyə bənzər maddə olan bir ədəd sellofan bükülü, həmçinin, şalvarının sağ yan cibindəki bükülüdən narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükülülərin ona aid olduğunu, bükülülərin içərisindəki maddələrin narkotik vasitə olan marixuana və tiryək olduğunu, narkotik vasitələri xx.xx.2022-ci il tarixdə Oğuz şəhəri ərazisində meşəlik sahədən tapdığını və özü istifadə etmək məqsədi ilə götürüb özündə saxladığını bildirmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilərkən narkotik vasitə olan marixuanaya bənzər kütlənin çəkisi 147,0 qram, tiryəkə bənzər kütlənin çəkisinin 19,2 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlələr zərfə qoyulmaqla qablaşdırılaraq götürülmüş və zərf möhürlənmişdir. Qeyd olunan hərəkətlər barədə müvafiq protokol tərtib edilərək imzalanmışdır. Təqsirləndirilən şəxs özü və vəkili də protokola imza etmişlər. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Oğuz rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ifadəsinin məzmununa uyğun ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, həmin tarixdə saat 17:10-dən başlayaraq Oğuz rayon Polis Şöbəsinin inzibati binasında Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən onun əynində olan qara rəngli gödəkçənin sağ yan tərəfindən (qoltuq altından) içərisində narkotik vasitəyə bənzər kütlə olan bir ədəd sellofan bükülü, həmçinin, şalvarının sağ yan cibindəki bükülüdə narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin əşyaların ona aid olduğunu, bükülülərin içərisindəki maddələrin narkotik vasitə olan marixuna və tiryək olduğunu, narkotik vasitələri xx.xx.2022-ci il tarixdə yaşadığı Oğuz şəhəri ərazisində “Şəhidlər xiyabanı”nın arxa tərəfindəki meşəlik sahədən tapdığını və özü istifadə etmək məqsədi ilə götürüb özündə saxladığını bildirmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilərkən narkotik vasitə olan marixuanaya bənzər kütlənin çəkisi 147,0 qram, tiryəkə bənzər kütlənin çəkisinin 19,2 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlələr zərfə qoyulmaqla qablaşdırılaraq götürülmüş və zərf möhürlənmişdir. Qeyd olunan hərəkətlər barədə polis əməkdaşlarının və vəkilin iştirakı ilə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü və onun vəkili də protokola imza etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/140 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, bir ədəd sellofan bükülüdə, təmiz çəkisi 142,86 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Bir ədəd zərfin içərisində təmiz çəkisi 18,697 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryəkdir. Tədqiqat obyektlərinin müvafiq olaraq 0,05 və 0,10 qramdan ibarət hissələri tədqiqata istifadə olunduqdan sonra çəkisi 142,81 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 18,597 qram çəkidə narkotik vasitə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış asetilə edilən tiryək bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır (Aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 103,65 manat təşkil edir). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Oğuz şəhəri ərazisində narkotik vasitəni tapdığı yeri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon X3 Qrupunun baş müstəntiqi Elçin İsmayılovun sübutların qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatı zamanı istifadə edildikdən sonra qalıq qalan 142,81 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 18,597 qram çəkidə narkotik vasitə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış asetilə edilən tiryək maddi sübut kimi tanınaraq saxlanılması üçün Oğuz rayon Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:00-da Oğuz rayon Polis Şöbəsinə gətirilmiş və həmin gün saat 17:10-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Oğuz rayon X3 Qrupunun baş müstəntiqi Elçin İsmayılovun xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:45-də şübhəli şəxs qismində tutulmadan azad edilməklə onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:00-da axtarışda olan şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1 (054) - 10 / 2022 hökmündən, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından və xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixdə cəzadan 1 (bir) ay 26 (iyirmi altı) gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, həmin hökm üzrə onun məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə edilmiş “Oğuz rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 190 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayon X1 Şöbəsinin “Narkoloji” kabinetində “Kannabinoidlərin qəbulu nəticəsində psixi davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10-0/251 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin Nümayəndəliyin ərazisində ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlində cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qeyri-rəsmi nikah münasibətlərində olduğu qadından bir azyaşlı uşağı olduğunu bildirsə də, uşağın doğum haqqında akt qeydindən çıxarışı və ya doğum haqqında şəhadətnaməsinin surətini məhkəməyə təqdim etmədiyindən, yəni onun himayəsində azyaşlı uşağının olması təsdiq olunmadığından, elektron informasiya sistemi üzrə məlumatlarda onun azyaşlı uşağının olması müəyyən olunmadığından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması barədə qeyd etdiyi xüsusatlar onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum edildikdən sonra məhkumluğu ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaratdığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilərək ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəza təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin cəzanın 2 (iki) il müddətinə müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16:55-dən xx.xx.2022-ci il tarixdə saat 12:45-dək şübhəli şəxs qismində saxlanıldığı müddət 2 (iki) gün kimi, xx.xx.2022-ci il tarixdə saat 11:00-da axtarışda olan şəxs qismində saxlanıldığı müddət isə 1 (bir) gün kimi nəzərə alınaraq həmin müddətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli cinayətlərin residivini yaratdığına və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hazırki cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda olduğu nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 323 nömrəli nömrəli və Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4141 nömrəli rəylərin nəticələrini müqayisəli təhlil edərək təkrar məhkəmə-narkoloji ekspertizasının rəyi ilə hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığının müəyyən edildiyini, həmin rəydə ekspertin gəldiyi nəticələrin tibbi nöqteyi-nəzərdən əsaslandırıldığını nəzərə almaqla Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4141 nömrəli rəyin şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmaması barədə nəticələrini mötəbər sübut kimi qəbul etməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməsini qanunauyğun hesab edir. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/140 nömrəli rəyinin və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşlarının tərtib etdiyi “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2022-ci il tarixli protokolun nəticələrini müqayisə edərək narkotik vasitənin çəkisinin məhkəmə-bioloji ekspertizası tərəfindən daha dəqiq müəyyən edilməsini nəzərə almaqla Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitələrin xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdara uyğun olaraq 142,86 qram çəkidə qurudulmuş marixuana və 18,697 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış asetilə edilən tiryək olmasını qəbul edir. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 142,81 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 18,597 qram çəkidə narkotik vasitə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış asetilə edilən tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 103,65 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16:55-dən xx.xx.2022-ci il tarixdə saat 12:45-dək şübhəli şəxs qismində saxlanıldığı müddət 2 (iki) gün kimi, xx.xx.2022-ci il tarixdə saat 11:00-da axtarışda olan şəxs qismində saxlanıldığı müddət isə 1 (bir) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla 3 (üç) gün müddət hazırki hökm üzrə ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda olduğu nəzərə alınsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 142,81 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 18,597 qram çəkidə narkotik vasitə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış asetilə edilən tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə cəmi 103,65 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində həmin hökmdən Oğuz Rayon Məhkəməsi vasitəsilə, bilavasitə və ya həbsdə saxlanılma yeri vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(054)-8/2022
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-8/2022
06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver