Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-8/2024 21.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X11 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı il tarixdə Oğuz rayon Muxas kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Oğuz rayon Muxas kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməklə məhkəməyə verilmişdir, ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrindən başlayaraq xx.xx.2023-cü il tarixə saat 04:00 radələrinə kimi olan müddət ərzində qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Meşələrin İnkisafi Xidmətinin (MİX) 15 sayl X5 Mərkəzinin (RMTM) Daşağıl meşəbəyliyinin açıq ərazisinə daxil olub oradan qabaqcadan qanunla müəyyən olunmuş qaydada kəsilərək yığılmış 8 (səkkiz) kub/metr həcmdə, 1040 (bir min qırx) manat dəyərində fistiq cinsinə aid içlik oduncağı Şahid1 idarə etdiyi UAZ markalı, 02- ??-719 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə vahid niyyətlə əhatə olunan əməli törətməklə iki dəfəyə daşıyıb gizli yolla talamaqla qabaqcadan aralarında olan razılığa əsasən Şəki rayonu Oraban kənd sakini Şahid4 830 (dəkkiz yüz otuz) manat pul müqabilində satdıqdan sonra həmin içlik oduncaq xx.xx.2023-cü il tarixdə 15 saylı X6 Mərkəzinin əməkdaşları tərəfindən Şahid4 həyətində aşkar edilib götürülmüş, bununla da Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs Regional MesəTəsərrüfatı Mərkəzinə ümumilikdə 1040 (bir min qırx) manat məbləğində ziyan vurmaqla qəsdən özgənin əmlakını gizli yolla talamaqla oğurluq cinayətini, yəni Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi və bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. 2016-cı ildə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 11 ay 24 gün müddətində islah işləri cəzası tətbiq edilmiş, 2018-ci ildə isə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1 il sınaq müddəti ilə cəzası şərti hesab edilmişdir. 2013-cü ildə ailə həyatı qurmuş, 2018-ci ildə boşanmış, 2021-ci ildə yenidən keçmiş arvadı ilə birgə nikaha daxil olsa da yenidən boşanmışdır. Hazırda subaydır. Həmin nikahdan bir övladı olmuşdur, nikahları pozulan zaman məhkəmə qərarına əsasən azyaşlı övladı arvadı Nisə Məhərrəmovaya verilmişdir. Uşağın saxlanması üçün ayda 120 manat aliment ödəyir. Maddi vəziyyəti aşağı olduğundan və aliment ödəməkdə çətinlik çəkdiyi üçün oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində Oğuz rayon Daşağıl kəndi ərazisindən keçən zaman meşəlik sahədən motorlu mişar səsinin gəldiyini eşitmiş, buna görə səs gələn istiqamətdə meşəlik sahəyə girmiş və görmüşdür ki, meşəlikdə 4-5 nəfər tanımadığı şəxs ağac kəsir. Həmin şəxslərə yaxınlaşaraq onların kim olduğunu soruşmuş, onlar isə Qəbələ rayonundan fəhlə kimi gəldiklərini bildirmişlər. O fikir vermişdir ki, onlar ağacları kəsərək dərəyə doğru atırlar və ağaclar dərədə topa şəkildə yığılır. Oradan uzaqlaşmış və həmin ağacları oğurlamaq qərarına gəlmişdir. Ağacları kimə satacağını düşünmüş, nəticədə Şəki rayonu, Oraban kənd sakini Şahid4 zəng edərək satılıq fıstıq cinsi olan ağac oduncağı olduğunu bildirmişdir. O, İsmayıla fistıq ağaclarının özünə məxsus olduğunu, problemsiz şəkildə kəsildiyini bildirmiş və təcili pul lazım olduğunu demişdir. İsmayıl isə fıstıq ağaclarina baxdıqdan və ölçdükdən sonra qiymətdə razılaşa biləcəyini ona demişdir. Bundan sonra o, Oğuz rayonu, Bucaq kənd sakini Elnur adlı şəxsə zəng edib meşədən ona məxsus kəsilmiş ağacların olduğunu bildirmiş və həmin ağacları avtomobillə daşımaqda köməklik etməsini ondan xahiş etmiş, ona gediş və xidmət haqqını verəcəyini bildirmişdir. Həmin gün axşam saat 23 radələrindən sonra, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə təxminən saat 01 radələrində Oğuz rayonu, Daşağıl kəndi ərazisində yerləşən, kənarları açıq olan meşəlik sahəyə ağacların yığıldığı yerə getmiş, sonra isə Elnura zəng edərək onu həmin əraziyə çağırmışdır. Elnur da idarə etdiyi “UAZ” markalı dövlət qeydiyyat nişanını xatirlamadığı yük avtomobili ilə onun yanına gəlmişdir. O həmin fistıq cinsli ağacları Elnurun yük avtomobilinə yükləmişdir. Elnur da ona həmin fistıq cinsli ağacları avtomobilə yükləməsinə köməklik etmiş, daha sonra onlar birlikdə təxminən gecə saat 02 radələrindən başlayaraq həmin ağacları iki dəfəyə Elnurun idarə etdiyi yük avtomobili ilə daşıyaraq Şəki rayonu Oraban kənd sakini Şahid4 satmışdır. İsmayıl avtomobildə olan fıstıq cinsli ağaclara baxmış, bundan sonra metrə ilə ağaclar ölçülmüş və təxminən 5 kub 16 sot olduğu müəyyən edilmişdir. O, ağacları cəmi 830 manata satmağa razılaşmışdır. İsmayıl ona 830 manat pulu öz yaşadığı həyətdə vermiş, o, həmin 830 manat puldan 30 manat avtomobilin yanacağına xərcləmiş, 40 manat fəhlə pulu vermiş, qalan pulu isə Elnurla hər birinə 380 manat olmaqla bölmüşlər. Elnurla şərik olmayıb, Elnurun ehtiyacı olduğu üçün ondan pul istəmiş, o da pulu yoldaş olduqları üçün onunla bölmüşdür. Maddi imkanı aşağı olduğu üçün oğurluq etmişdir, əldə etdiyi pulun bir hissəsini keçmiş arvadı Nisə Məhərrəmovanın himayəsində olan xəstə övladının iynə-dərmanına xərcləmiş, 120 manat aliment pulunu ödəmiş, pulun qalan hissəsini isə öz ehtiyaclarına xərcləmişdir.Törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmiş və əməlindən səmimi peşman olmuşdur. Maddi ehtiyacı olduğuna görə oğurluq etsə də, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmişdir, belə ki, satdığı odun Şahid4 götürülərək zərər çəkmiş şəxsə qaytarılmışdır. Ailəli olmasa da azyaşlı övladına aliment ödəyir, həmçinin azyaşlı övladı “serebral iflic” xəstəliyindən əziyyət çəkir, onun müalicə xərclərinə də kömək edir. Qeyd edilən halların cəza təyin edilən zaman nəzərə alinmasını və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ifadə verərək bildirdi ki, Qəbələ rayon Tüntül kəndində yaşayır. Hazırda Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Înkişafı Xidmətinin 15 saylı X7 Mərkəzində baş mütəxəssis-hüquqşünas vəzifəsində işləyir. Oğuz rayon Daşağıl kəndi ərazisində yerləşən meşə ərazisindən qanunla müəyyən olunmuş qaydada oduncaq üçün ağaclar kəsilmiş və kəsilmiş ağaclar meşə ərazində toplanmışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində həmin əraziyə nəzarət edən meşə gözətçisi Şahid2 qeyd olunan əraziyə toplanmış 1040 manat dəyərində 8 kub/metr oduncağın yerində olmadığını müəyyən etmişdir. Bundan sonra bu barədə rəsmi sənədlər toplanmış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X7 Mərkəzinin 04 noyabr 2023-cü il tarixli, 3-14-27-2/2-405/2023 saylı məktubu ilə Oğuz rayon polis şöbəsinə müraciət olunmuşdur. Sonradan müəyyən olunmuşdur ki, qeyd olunan oduncaqlar Oğuz rayon Muxas kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Təqsirləndirilən şəxs mütəmadi olaraq meşə ərazisinə ziyan vurur. Oğurlanmış oduncaqlar aşkar edilərək götürüldüyündən maddi ziyan ödənilmiş hesab olunur. Buna baxmayaraq təqsirləndirilən şəxslə təmsil etdiyi təşkilat arasında barışıq olmayıb. Ondan şikayətçidirlər.Buna görə də onun qanuni cəzalandırılmasını xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 15 sayli X5 Mərkəzində Oğuz rayon Daşağıl meşəbəyliyinin 2 saylı dolayında meşə gözətçisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Oğuz rayon Daşağıl meşəbəyliyinin 2 saylı dolayında oduncaq üçün ağaclar kəsilmiş, tədarük edilmiş ağaclar meşəyə yaxın ərazidə “müvəqqəti anbar” kimi müəyyən edilmiş yerə yığılmışdır ki, sonradan həmin ağaclar mərkəzə daşınsın. Tədarük edilmiş oduncaqların mühafizəsi ona tapşırılmışdır. O kəsilərək yığılmış ağacları gecə orada qoyub evinə getmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində meşəyə gəldikdə yığılmış oduncaqların yerində olmadığını görmüşdür. Bundan sonra bu barədə idarə rəhbərinə məlumat vermişdir. Az sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, onların iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, qeyd olunan ərazidən ümumilikdə 8 (səkkiz) kub/metr həcmdə oduncaq oğurlanmışdir. Sonradan ona məlum olmuşdur ki, qeyd olunan oduncaqlar Oğuz rayonu Muxas kəndində yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurlanıb. Oduncaqların daşınmasında ona Elnur adlı şəxs özünə məxsus “UAZ” markalı maşınla kömək edib. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 15 saylı X5 Mərkəzində Oğuz rayon Daşağıl meşəbəyliyinin 2 saylı dolayında meşəbəyi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Oğuz rayon Daşağıl meşəbəyliyinin 2 saylı dolayında oduncaq üçün ağaclar kəsilmiş, tədarük edilmiş ağaclar meşəyə yaxın ərazidə “müvəqqəti anbar” kimi müəyyən edilmiş yerə yığılmışdır ki, sonradan həmin ağaclar mərkəzə daşınsın. Tədarük edilmiş oduncaqların mühafizəsi meşə gözətçisi Şahid2 tapşırılmışdır. Meşə gözətçisi Şahid2 xx.xx.2023-cü il tarixdə səhər saatlarında meşəyə gəldikdə yığılmış oduncaqların yerində olmadığını görmüşdür. Bundan sonra bu barədə ona məlumat vermişdir. Az sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, onların iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, qeyd olunan ərazidən ümumilikdə 8 (səkkiz) kub/metr həcmdə oduncaq oğurlanmışdir. Sonradan onlara məlum olmuşdur ki, qeyd olunan oduncaqlar Oğuz rayonu Muxas kəndində yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurlanıb. Taleh oğurladığı oduncaqları Şəki rayonu Oraban kənd sakininə satmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ona məxsus həyət evindən aşkar olunmuş oduncaqları Oğuz rayonu Muxas kəndində yaşayan Təqsirləndirilən şəxs adlı şəxs xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 04 radələrində yük avtomaşını ilə 2 reysdə gətirmişdir.Həmin meşə materiallarını Taleh adlı şəxsdən 830 manat pul qarşılığında almışdır. Taleh ona meşə materiallarını satarkən o, Talehdən həmin meşə materiallarını hardan və kimdən əldə etdiyini soruşmuş, Taleh oduncaqların onun özünə məxsus olduğunu, meşə idarəsində fəhlə kimi işlədiyinə görə pulun əvəzinə ona verildiyini və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O, meşə materiallarının oğurluq yolu ilə əldə olunmasını bilməyib. Həmin meşə materiallarının həcmini “cədvələ” uyğun hesablamaqla 5,2 kub/metr material üçün Talehə 830 manat pul vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs çoxdan tanıyır. xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək meşəlik sahədən icazə əsasında ağac kəsdiyini bildirmiş və ondan həmin ağacları Şəki rayonu Oraban kəndinə daşımaqda köməklik etməsini xahiş etmişdir. Həmin vaxt onun istifadəsində “UAZ” markalı 02-??-719 dövlət qeydiyyat nişanlı yük avtomobili var idi. O, həmin yük avtomobilini Oğuz rayon sakini Rəşad adlı şəxsdən almış, lakin pulunu tam olaraq ödəyə bilmədiyi üçün avtomobili Rəşad ondan geri almışdır. O, Talehlə razılşmış, lakin avtomobildə yanacağın olmadığını bildirmiş, Taleh isə onun avtomobilinə yanacaq tökəcəyini demişdir. O, gecə saat 22 radələrində idarə etdiyi “UAZ” markalı 02-??-719 dövlət qeydiyyat nişanlı yük avtomobil ilə Talehin ona nişan verdiyi Oğuz rayonu Daşağıl kəndinə meşəlik sahəyə getmiş, orada Talehlə birlikdə avtomobilə kəsilmiş ağacları yükləmişlər. Ağaclar fistıq cinsinə məxsus ağaclar idi. Bundan sonra yükü Talehin dediyi ünvana, yəni Şəki rayonu Oraban kəndinə iki dəfəyə aparıb xx.xx.2023-cü il tarixdə saat 03-04 radələrində Şahid4 həyətinə boşaltmışdır. O, ağacların oğurluq olduğunu bilməmiş, Talehin oduncağın satışından nə qədər pul əldə edəcəyi barədə məlumatı olmamışdır. Taleh onun idarə etdiyi avtomobilə 30 manatlıq yanacaq-benzin tökmüşdür. O, həm sürücü kimi getmiş, həm də oduncaqları avtomobilə yığıb-boşaltmaqda Talehə kömək etmişdir. Bunun müqabilində əldə edilmiş pulu Taleh onunla yarı bölmüşdür. Taleh öz istəyi ilə pulu onunla yarı bölüb, o da etiraz etməyib. Bundan sonra isə qayıdıb yaşadığı evə getmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin ağacları Taleh meşədən oğurlamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli 000911 nömrəli aktdan və ona əlavə edilmiş hesablama cədvəlindən görünür ki, Oğuz rayon Muxas kənd sakini Təqsirləndirilən şəxs 15 sayli X5 Mərkəzinin Daşağıl 2 saylı meşə dolayından etdiyi oğurluq nəticəsində təbiətə dəymiş ziyanın məbləği 8 kub/metr həcmində, 1040 manat dəyərində müəyyən edilmişdir. (iş vər. 05-08) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli digər aktdan, həmin tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq satılmış oduncaq materialı Şəki rayonu Oraban kənd sakini Şahid4 həyətindən aşkar edilərək götürülmüşdür. . (iş vər. 09-15) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 9/479 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası ETSN yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X7 Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 78128 saylı akta əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 000911 saylı hesablama cədvəlinə əsasən 8 kubmetr fıstıq cinsinə aid içlik oduncağın orta bazar qiyməti 1 kub.m nırx dəyəri 130 manat olmaqla 8 kub.m x 130=1040 manat müəyyən edilir. .(iş vər. 128-130) Azərbaycan Respublikası ETSN yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X7 Mərkəzinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 3- 14-27-2/2-035/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC tərəfindən hərracda udulmuş 8 kub.m həcmdə, 1040 manat dəyərində fıstıq cinsindən içlik oduncağı xx.xx.2023-cü il tarixdə gecə saatlarında Mərkəzin məlumatı olmadan gizli şəkildə Şəki rayon Oraban kənd sakini Şahid4 Akif oğluna məxsus sexə daşıtdıraraq ona satmışdır.Həmin material Oğuz rayon Polis şöbəsinin əməkdaşlarının köməkliyi ilə Mərkəzin Oğuz rayonunda yerləşən inzibati binasının həyətinə boşaldılmış, bu barədə akt tərtib edilmiş, qəbzlə binanın gözətçisi X2 təhvil verilmişdir. Odur ki, baş vermiş hadisə nəticəsində 15 saylı RMTM-yə hər hansı məbləğdə ziyan vurulmamışdır. (iş vər. 127) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 noyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixdə hökmü ilə Azərbaycan Respublikasi CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasi CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə şəzasına məhkum edilmiş, cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. (iş vər. 84-85) Oğuz rayon İcra və Probasiya şöbəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 30p saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2019-cu il tarixdə bitdiyi üçün qeydiyyatdan çıxarılmış, hazırda şöbənin icraatında onun çəkilməmiş cəzası yoxdur. Oğuz rayon İcra Hakimiyyəti Başçısının Oğuz rayon Muxas kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin iş mateiallarına əlavə edilmiş və məhkəmə iclaında tədqiq edilən xx.xx.2023cü il tarixli, 5-68-12/2-191/2023 saylı və 5-68-12/2-192/2023 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Məhərrəmov X1 qeydiyyatda olmaqla yaşayır, himayəsində xx.xx.2015-ci il təvəllüdlü övladı vardır,yaşayış yeri üzrə mənfi xarakterizə olunur. (iş vər. 112- 114) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün tövsüf edilmişdir və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı-xx.xx.2015-ci ildə anadan olmuş X3 olması və maddi ziyanın ödənilməsi CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini könüllü olaraq etiraf etmək və həmin əmələ görə peşman olmaqla törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşdüyünü və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə həmçinin qeyd olunanları CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61.1.-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən qanunvericiliyin qeyd edilən tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, onun cinayət əməllərini etiraf edib səmimi peşman olmasını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, şəxsiyyətini xarakterizə edən xüsusiyyətləri, kənar şəxslərin ona təsirini, təyin ediləcək cəzanın onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq cəzanın səmərəliliyinə, məqsədəuyğunluğuna və məhkumun islah olunmasına təsirinə nail olmaq üçün hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iki gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınaraq, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə cəmi 50 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-358, 381,384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 2 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün azadlıqdan məhrum etmənin bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulması hesabı ilə hesablanmaqla 4 gün cəzası çəkilmiş hesab edilərək ona təyin edilmiş 1 (bir) il 2 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Oğuz rayonu Muxas kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, Oğuz rayonu ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Oğuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-8/2024
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-8/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver