Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-8/2025 08.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Müdafiəçi2, Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx.xx.2002-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təhqiqat orqanın mövqeyinə əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 11 iyul 2024-cü il tarixdə saat 18 radələrində Oğuz şəhəri Cavanşir küçəsində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı vətəndaşların gözü qarşısında, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına açıqca hörmətsizlik edərək, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üstünə gedib əli ilə onun boynundan tutub yerə çırpıb, təpiklə bədənin müxtəlif nahiyyələrinə vurmaqla ona sağ əlinin İ barmağının əzilməsi, hər iki dirsək oynaqlarının arxa səthinin sıyrılmış yaraları və sağ saidin ön orta 1/3-nin qançırı ilə müşayiət olunan xəsarətlər yetirib qərəzli hərəkətlərini 5-6 dəqiqə müddət ərzində davam etdirib, ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozub xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, iki ilə yaxın müddətdə Şahid4 şəxslə sevgili olmuşdur.Hadisədən bir müddət əvvəl Orxanın mobil telefonunda Fidan adlı xanımla yazışmasına görə onunla mübahisə etmiş, həmin şəxsin Orxanla aralarındakı münasibəti öyrənmək üçün Fidanı tapmağa çalışmışdır. Fidanın Oğuz rayon Notariat Ofisində işlədiyini öyrənmiş, xx.xx.2024-cü il tarixdə Fidanla görüşmək üçün Oğuz rayon Notariat Ofisinə getmişdir. Fidanla görüşüb onunla şəxsi söhbəti olduğunu deyərək binadan çölə dəvət etmiş, lakin Fidan iş vaxtı çıxa bilmədiyini dediyi üçün saat 18:00-da Fidanın iş vaxtının bitməsini gözləmiş, Fidan işdən çıxdıqda küçədə onunla görüşüb söhbət etmişdir. Ondan Orxanla aralarında nə söhbət etdiklərini və yazışmaları ona göstərməsini istəmişdir. Fidan ona etiraz edib getmək istədikdə saçından tutub çəkmiş, Fidanı yerə yıxaraq bir neçə dəfə təpiklə onun bədənin müxtəlif nahiyyələrinə vurmuşdur. Orada olan notariatın işçisi gəlib onları sakitləşdirərək polisə məlumat vermişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs son sözündə əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını, həmin şəxsə dəymiş ziyanı ödədiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Həmin şəxslə aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Oğuz şəhərində yerləşən notariat ofisində işlədiyi vaxtlar-xx.xx.2024-cü il tarixdə işdə olarkən bir nəfər qadın ona yaxınlaşıb şəxsi söhbətinin olduğunu demişdir. Daha sonra isə çölə çıxaraq mesajla onu çöldə gözlədiyini yazmışdır. Saat 18 radələrində işdən çıxarkən Günayın onu gözlədiyini ona yaxınlaşan zaman keçmiş sevgilisi Orxanla aralarında olan münasibətlərdən ona danışmış, danışıq zamanı Günayın Orxanı ona qısqandığını başa düşmüşdür. Ona görə də Orxanla aralarında heç bir münasibətin olmadığını ona deməsinə baxmayaraq Günay onun saçından tutub dartmış, onu yerə yıxıb əl və təpiklə onun bədəninin müxtəlif nahiyyələrinə vuraraq döydüyünü, mübahisələrinin 5-6 dəqiqə çəkdiyini, həmin vaxtı ətrafda tanımadığı bir neçə nəfər şəxs olmuşdur. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində işdən çıxarkən Oğuz şəhəri, Cavanşir küçəsində Zərərçəkmiş şəxs bir nəfər qızla, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə mübahisə etdiklərini, Günayın Fidanı döydüyünü görüb yaxınlaşmış və onları aralaşdırıb sakitləşdirmişdir. Bundan sonra isə bu barədə zəng edərək polisə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Oğuz RPŞ-nin, PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində xidmətdə olan zaman notariatın əməkdaşının ona zəng edərək Cavanşir küçəsində dava-dalaş olması barədə məlumat vermişdir. Ona görə də birlikdə xidmətdə olduğu polis baş serjantı Şahid3la birlikdə Cavanşir küçəsinə getmiş, orada iki nəfər- Günay və Fidan adlı xanımların dava-dalaş etdiklərini, Fidanın yıxıldığını, Günayın isə onu vurduğunu görmüşlər. Onlar həmin şəxsləri nizam-intizama dəvət edib sakitləşdirmiş və hadisənin araşdırılması üçün Oğuz RPŞ-yə dəvət etmişlər. Digər şahidlər Şahid4 və Oğuz RPŞ-nin, PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3n üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməmiş, onların ifadələri məhkəmə iclasında elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2024-cü il tarixli, 72 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ əlin İ barmağının əzilməsi, hər iki dirsək oynaqlarının arxa səthinin sıyrılmış yaraları və sağ saidin ön orta 1/3nin qançırı küt alətin (əşyaların) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(054)-8/2025 nömrəli qərarlarından qərardan görünür ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirakının təmin olunması üçün onun barəsində axtarış elan olunmuş, “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs məhkəmə iclasına gətirilənədək cinayət işi üzrə icraat dayandırılmışdır; “Axtarışda olan şəxsin tutulmasına” dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Oğuz rayonu Xaçmaz kəndi ərazisində gizləndiyi yer müəyyən edilməklə saxlanılaraq Oğuz RPŞ-yə gətirilmiş və Oğuz RPŞ-nin MSY-nə təhvil verilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə X2 gətirilmişdir; Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər – min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin əvvəllər məhkum olunmamasını; əməlindən peşman olmasını; zərərçəkmiş şəxslə barışıq əldə edərək, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri də nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməlidir. CM-in 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı on yeddi gün (xx.xx.2025-ci il - xx.xx.2025-ci il) müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli, həmçinin barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o məhkəmə iclas zalında həbsdən dərhal azad edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq həbsə alındığı vaxtdan - xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan 17 (on yeddi) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş 2000 (iki min) manat cərimə cəzası yüngülləşdirilsin, onun üzərində qəti olaraq 1000 (bir min) manat məbləğində cərimə cəzası saxlanılsın. Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Hökmün icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə edilsin. İşdə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №1(054)-8/2025
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-8/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver