Məhkəmə qərarları › İş №1(054)-82/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-82/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-82/2025 28.10.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1997-ci il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, 3-cü qrup əlil, əvvəllər məhkum olunmamış, Oğuz rayonu Kərimli kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 6,58 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə əldə edib, qanunsuz olaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə Oğuz rayonu Kərimli kənd ərazisində üzərində narkotik vasitə daşıyarkən, Oğuz RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 18:07-də Oğuz rayonu, Kərimli kənd ərazisində saxlanılaraq, dərhal üzərinə video kamera çəkilişi ilə şəxsi axtarış keçirilən zaman onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunda xeyli miqdarda çəkisi 6,58 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq, sonradan Oğuz RPŞ-yə gətirilib qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Bir sözlə, təxminən, 1 ildir narkotik vasitələrdən istifadə edir. Ancaq narkotik vasitə istifadə etməyin aludəçisi deyildir. xx.xx.2025-ci il tarixdə səhər saat 10 radələrində Oğuz rayonu Kərimli kənd ərazisində piyada hərəkətdə olduğu vaxt yolun qırağında kibrit qutusu görmüş və həmin kibrit qutusu diqqətini cəlb etdiyi üçün həmin qutunu götürmüşdür. Həmin qutunun içini açıb baxdıqda içərisində narkotik vasitə olan marixuana olmasını aşkar etmişdir. Əvvəllər narkotik vasitə istifadə etdiyi üçün həmin kütlələrin qoxusundan marixuana olduğunu başa düşmüş və həmin kütləni gələcəkdə istifadə etmək məqsədi ilə əynindəki göy cins şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra yaşadığı ünvana gəlmişdir. Həmin narkotik vasitə isə cibində qalmışdır. Həmin gün saat 18 radələrində yenidən küçəyə çıxmış və piyada hərəkətdə olduğu vaxt polis əməkdaşları videoçəkiliş apararaq ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib, üzərində olan narkotik vasitəni onlara təqdim etməyini istəmişdir. Üzərində olan narkotik vasitəni polislərə təqdim etmişdir. Həmin kibrit qutusunda olan narkotik vasitə polis əməkdaşları tərəfindən tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Bundan sonra Oğuz RPŞ-nə gətirilmişdir. Polis şöbəsində həmin narkotik vasitəyə yenidən baxış keçirilmiş və narkotik vasitə yenidən tərəzidə çəkilmiş, həmçinin qablaşdırılaraq götürülmüşdür. Bütün bu prosesler video çəkilişlə həyata keçirilmişdir. Həmçinin şübhəli şəxs qismində tutulmuş və Araz adlı müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Oğuz RPŞ-nin CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 18:02-də başlanılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Oğuz rayonu, Kərimli kəndi ərazisində yolun kənarı ilə piyada hərəkətdə olan zaman Oğuz RPŞ-nin CAB-in axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üstündə olanları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, sağ yan cibindən 01 ədəd kibrit qutusunu, sağ arxa cibindən 01 ədəd alışqanı çıxarıb avtomobilin üzərinə qoymuşdur. Daha sonra Oğuz RPŞnin CAB-in axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və yaxud maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusu Oğuz RPŞ-nin CAB-in axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən açılmış və içərisindən yaşıl rəngli spesifik iyə malik olan bitki kütləsi aşkar olunmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs kibrit qutusunda olan bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, yolun kənarından tapdığını, əvvəllər narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Daha sonra Oğuz RPŞ-nin CAB-in axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən yaşıl rəngli, spesifik iyə malik olan bitki kütləsi elektron tərəzidə çəkilmiş, çəkisinin 9,4 qram olması müəyyən edilmişdir. Kibrit qutusunda olan narkotik vasitəyə bənzər bitki kütləsi və mobil telefon ayrı-ayrılıqda kağız zərflərə qablaşdırılmış, üzərləri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Bundan sonra aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, həmin maddəni saxlamaqda və istifadə etməkdə şübhəli olan Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərək müvafiq təhqiqat və istintaq orqanına təhvil verilməsi, protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Daha sonra Oğuz RPŞ-yə gəlmişdir. Oğuz RPŞ-də təhqiqatçı tərəfindən Oğuz rayonu, Kərimli kəndi ərazisində Təqsirləndirilən şəxs üstünə keçirilmiş baxışla bağlı qeydə alınmış videogörüntünün olduğu diskə baxış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitənin olduğu zərf təhqiqatçı tərəfindən açılaraq baxış keçirilmişdir. Narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 9,6 qram olması müəyyən edilmişdir. Daha sonra narkotik vasitə yenidən qablaşdırılıb üzərinə möhür vurulmuşdur. Təqsirləndirilən şəxs və iştirak edən digər şəxslərlə birlikdə zərfin üzərini imzalamışdır. Yekun olaraq protokol tərtib olunmuşdur. Özü və iştirak edən şəxslər protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Oğuz RPŞ-nin CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 18:02-də başlanılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Oğuz rayonu, Kərimli kəndi ərazisində yolun kənarı ilə piyada hərəkətdə olan zaman Oğuz RPŞ-nin CAB-in axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üstündə olanları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, sağ yan cibindən 01 ədəd kibrit qutusunu, sağ arxa cibindən 01 ədəd alışqanı çıxarıb avtomobilin üzərinə qoymuşdur. Daha sonra Oğuz RPŞnin CAB-in axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və yaxud maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusu Oğuz RPŞ-nin CAB-in axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən açılmış və içərisindən yaşıl rəngli spesifik iyə malik olan bitki kütləsi aşkar olunmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs kibrit qutusunda olan bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, yolun kənarından tapdığını, əvvəllər narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Daha sonra Oğuz RPŞ-nin CAB-in axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən yaşıl rəngli, spesifik iyə malik olan bitki kütləsi elektron tərəzidə çəkilmiş, çəkisinin 9,4 qram olması müəyyən edilmişdir. Kibrit qutusunda olan narkotik vasitəyə bənzər bitki kütləsi və mobil telefon ayrı-ayrılıqda kağız zərflərə qablaşdırılmış, üzərləri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Bundan sonra aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, həmin maddəni saxlamaqda və istifadə etməkdə şübhəli olan Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərək müvafiq təhqiqat və istintaq orqanına təhvil verilməsi, protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Daha sonra Oğuz RPŞ-yə gəlmişdir. Oğuz RPŞ-də təhqiqatçı tərəfindən Oğuz rayonu, Kərimli kəndi ərazisində Təqsirləndirilən şəxs üstünə keçirilmiş baxışla bağlı qeydə alınmış videogörüntünün olduğu diskə baxış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitənin olduğu zərf təhqiqatçı tərəfindən açılaraq baxış keçirilmişdir. Narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 9,6 qram olması müəyyən edilmişdir. Daha sonra narkotik vasitə yenidən qablaşdırılıb üzərinə möhür vurulmuşdur. Təqsirləndirilən şəxs və iştirak edən digər şəxslərlə birlikdə zərfin üzərini imzalamışdır. Yekun olaraq protokol tərtib olunmuşdur. Özü və iştirak edən şəxslər protokolu imzalamışdır. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Oğuz RPŞ-nin CAB-in axtarış üzrə əməliyyat müvəkkili Şahid1 xidməti zərurətlə bağlı məhkəmə iclasında iştirak etməmiş, tərəflərin razılığı ilə onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Oğuz RPŞ-nin CAB-in axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 18:02-də başlanılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Oğuz rayonu, Kərimli kəndi ərazisində yolun kənarı ilə piyada hərəkətdə olan zaman tərəfindən saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üstündə olanları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, sağ yan cibindən 01 ədəd kibrit qutusunu, sağ arxa cibindən 01 ədəd alışqanı çıxarıb avtomobilin üzərinə qoymuşdur. Daha sonra tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və yaxud maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusu tərəfindən açılmış və içərisindən yaşıl rəngli spesifik iyə malik olan bitki kütləsi aşkar olunmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs kibrit qutusunda olan bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, yolun kənarından tapdığını, əvvəllər narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Daha sonra tərəfindən yaşıl rəngli, spesifik iyə malik olan bitki kütləsi elektron tərəzidə çəkilmiş, çəkisinin 9,4 qram olması müəyyən edilmişdir. Kibrit qutusunda olan narkotik vasitəyə bənzər bitki kütləsi və mobil telefon ayrı-ayrılıqda kağız zərflərə qablaşdırılmış, üzərləri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Bundan sonra aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, həmin maddəni saxlamaqda və istifadə etməkdə şübhəli olan Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərək müvafiq təhqiqat və istintaq orqanına təhvil verilməsi, protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Daha sonra Oğuz RPŞ-yə gəlmişdir. Oğuz RPŞ-də təhqiqatçı tərəfindən Oğuz rayonu, Kərimli kəndi ərazisində Təqsirləndirilən şəxs üstünə keçirilmiş baxışla bağlı qeydə alınmış videogörüntünün olduğu diskə baxış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitənin olduğu zərf təhqiqatçı tərəfindən açılaraq baxış keçirilmişdir. Narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 9,6 qram olması müəyyən edilmişdir. Daha sonra narkotik vasitə yenidən qablaşdırılıb üzərinə möhür vurulmuşdur. Təqsirləndirilən şəxs və iştirak edən digər şəxslərlə birlikdə zərfin üzərini imzalamışdır. Yekun olaraq protokol tərtib olunmuşdur. Özü və iştirak edən şəxslər protokolu imzalamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 Bölməsi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 17/540 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... narkotik... ” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi–6,58 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın 0,02 qramı tədqiqata sərf edilmiş, qalıq – 6,56 qram qalıq qalmışdır. ( Aparılmış tədqiqatın dəyəri 35,97 manat təşkil edir) (i.v.41-44) Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 1354 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.(i.v. 116) Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.-89) İş materiallarında olan cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, xx.xx.2025-ci il tarixdə saat 20:01-da Oğuz RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Səməd Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (i.v.-28-29) İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Oğuz RPŞ-nin CAB-in axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, sağ yan cibindən 01 ədəd kibrit qutusunu, sağ arxa cibindən 01 ədəd alışqanı çıxarıb avtomobilin üzərinə qoymuşdur. Daha sonra tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və yaxud maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusu tərəfindən açılmış və içərisindən yaşıl rəngli spesifik iyə malik olan bitki kütləsi aşkar olunmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs kibrit qutusunda olan bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, yolun kənarından tapdığını, əvvəllər narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Daha sonra tərəfindən yaşıl rəngli, spesifik iyə malik olan bitki kütləsi elektron tərəzidə çəkilmiş, çəkisinin 9,4 qram olması müəyyən edilmişdir. Kibrit qutusunda olan narkotik vasitəyə bənzər bitki kütləsi və mobil telefon ayrı-ayrılıqda kağız zərflərə qablaşdırılmış, üzərləri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Bundan sonra aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, həmin maddəni saxlamaqda və istifadə etməkdə şübhəli olan Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərək müvafiq təhqiqat və istintaq orqanına təhvil verilməsi, protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Daha sonra Oğuz RPŞ-yə gəlmişdir. (i.v. 9-11) İş materiallarında olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Oğuz RPŞnin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Səməd Məmmədov tərəfindən Oğuz rayonu, Kərimli kəndi ərazisində Təqsirləndirilən şəxs üstünə keçirilmiş baxışla bağlı qeydə alınmış videogörüntünün olduğu diskə baxış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitənin olduğu zərf təhqiqatçı tərəfindən açılaraq baxış keçirilmişdir. Narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 9,6 qram olması müəyyən edilmişdir. Daha sonra narkotik vasitə yenidən qablaşdırılıb üzərinə möhür vurulmuşdur. Təqsirləndirilən şəxs və iştirak edən digər şəxslərlə birlikdə zərfin üzərini imzalamışdır. Yekun olaraq protokol tərtib olunmuşdur. Özü və iştirak edən şəxslər protokolu imzalamışdır. (i.v. 15-16) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyi publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2025-ci il tarixli, 61 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. (i.v. 94-95) İş materiallarında olan Oğuz RMX-dan daxil olmuş xx.xx.2025-ci il tarixli 738 nömrəli məktubdan görünür ki, Mahmudov X4 şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur.(i.v. 85) İş materiallarında olan xx.xx.2025-ci il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərardan görüür ki, Oğuz RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X7 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,56 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ümumilikdə 02 ədəd DVD diskin cinayət işinin istintaq materiallarına əlavə olunması nəzərə alınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd zərfdə qablaşdırılmış 6,56 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana isə Oğuz RPŞ-nin maddi sübut otağına təhvil verilmişdir. (i.v. 78-80) İş materiallarında olan əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olsa da, digər şəxslərə satmaqla məşğul olmamış, qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı naməlum şəraitdə əldə edib üzərində saxlaması barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmiş, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana saxlamasından heç kimin xəbəri olmamış, ona heç kim hər hansı bir formada köməklik göstərməmiş, həmçinin Təqsirləndirilən şəxs ilə əlbir olan başqa şəxslər olmamışdır.(i.v.-118) İş materiallarında olan Oğuz RİHB-nın Kərimli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası-xx.xx.1972-ci il təvəllüdlü X8, anası-xx.xx.1979-cu il təvəllüdlü X5, arvadı-xx.xx.2006-cı il təvəllüdlü X6 və qızı-xx.xx.2025-ci il təvəllüdlü X3 ibarətdir. Yaşadığı yerdə müsbət xarakterizə olunur. (i.v. 87-88) İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Oğuz RPİ-nin İB-nin baş müstəntiqi, polis mayoru Mehdi Hüseynzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.57) İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.68) İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 18 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli arayışının surətindən görünür ki, xx.xx.2025-ci il tarixli elektron məlumatın işə əlavə edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik səbəbli üçüncü dərəcəli əlil olub, ona “ İrsi hemoqlobinopatiya. Alfa talassemiya.Anemiya” diaqnozu qoyulmuşdur. (i.v.110) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, yaşadığı yerdə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı övladının olmasını, üçüncü dərəcəli əlilliyi müəyyən edilmiş şəxs olmasını və səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq (xeyli) miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən qeyd edir ki, təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edərək, əməlindən peşmandır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən “Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (21-23 iyul 2025-ci il, 24 saatdan artıq saxlanılması nəzərə alınmaqla), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM - 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 6,56 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri 35,97 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru (probasiya üzrə) icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş materiallarında olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2025-ci il tarixdə saat 20:01-dən, tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2025ci il tarixdə saat 10:40-dək olan müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşayış yerini, axşam saat 23:00-dan səhər saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Kərimli kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 6,56 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ **********0000003944, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar