Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-83/2025 14.11.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1970-ci il tarixdə Oğuz rayonu Baş Daşağıl kəndində anadan olmuş, Oğuz rayonu Baş Daşağıl kəndi Malıx yaşayış məntəqəsində yaşayan, evli, orta təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ildən hal-hazırki günədək olan müddət ərzində qanunla müəyyən edilmiş torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ olmadan qanunsuz olaraq becərməklə gəlir əldə etmək və sair şəxsi məqsədlərlə Oğuz rayonu, Baş Daşağıl kəndi Malıx yaşayış məntəqəsində yerləşən Bucaq bələdiyyəsinə məxsus kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikintialtı (ümumi istifadə), kordinatları 1.X-698285: Y-4540782, 2.X-698477: Y-4540696, 3. X-698427: Y-4540526, 4. X-698304: Y-4540549 olan 3,2 hektar torpaq sahəsini özbaşına tutub, arpa bitkisi əkərək, istifadəsində olan “Aqrolizinlə” məxsus “12-21” markalı traktorla şumlayıb, qanunsuz olaraq becərmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, Oğuz rayon prokurorluğundan Oğuz RPŞ-nə daxil olmuş materialla, həmçinin kənd bələdiyyəsinin barəsində olan müraciəti ilə tanış olmuşdur. Oğuz rayonu, Baş Daşağıl kəndi Malıx yaşayış məntəqəsində tam orta məktəbin aşağı hissəsində bələdiyyəyə məxsus təxminən 3,2 hektar torpaq sahəsini mülkiyyət, istifadə və icarə hüququ olmadan əkib-becərmişdir. Belə ki, həmin sözü gedən torpaq sahəsi ilə bağlı əvvəllər 20 il müddətinə bələdiyyə ilə icarə müqaviləsi bağlamış, ancaq daha sonra həmin müqavilənin müddəti bitmişdir. Belə ki, 2 ildir həmin müqavilənin müddəti bitmişdir. 2 ildir (2023-cü ildən etibarən) həmin sahəni qanunsuz olaraq əkib becərmişdir. Hal-hazırda həmin torpaq sahəsini şümlatdıraraq arpa əkmişdir. Həmin torpaq sahəsi kənd təsərüfatının prespektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahəsidir (əkin sahəsi). Hal-hazırda həmin torpaq sahəsini qanunsuz zəbt etdiyi üçün peşmandır. Çünki həmin sahə ilə bağlı müqavilənin müddəti bitdikdən sonra yeni müqavilə bağlamağı unutmuşdur. Ancaq yenidən həmin torpaq sahəsinin sənədlərini hazırlayaraq bələdiyyə ilə müqavilə bağlamışdır. O, köhnə müqaviləsini itirmiş, ona görə də təqdim edə bilməmiş, həmin torpaq sahəsini sonuncu dəfə 2024-ci ilin noyabr ayında şümlatdıraraq həmin sahədə qanunsuz olaraq özbaşına əkin işləri aparmış, həmin torpaq sahəsini istifadəsində olan Aqrolizinqə məxsus “12-21” markalı trakrotla özü şumlamışdır. Həmin torpaq sahəsinin təyinatı əkin sahəsi olmuşdur. Təqsirləndirilən şəxs son sözündə zərər çıkmiş şəxsə dəymiş ziyanlığı ödəyərək barışdığını və zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbi olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə iştirak etdiyi məhkəmə iclasında bildirmişdir ki, 2015-ci ildən 2025-ci ilədək Oğuz rayonu Bucaq bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. 2025-ci ildən yeni qanunvericiliyə əsasən Oğuz rayon Baş Daşağıl, Muxas, Bucaq və Calud kəndləri bir bələdiyyədə birləşmiş və Bucaq kənd bələdiyyəsi adlandırılmışdır. 2025-ci ildə bələdiyyə seçkiləri zamanı Bucaq kənd bələdiyyəsinin sədr müavini vəzifəsinə seçilmişdir. Təqsirləndirilən şəxs tanıyır, belə ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Baş Daşağıl kəndi Malıx yaşayış məntəqəsində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxsla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Qəzənfərin barəsində Oğuz rayon prokurorluğundan daxil olmuş materiallarla tanış olmuşdur. Həmçinin özü də bu barədə ərizə ilə Oğuz RPŞ-nə müraciət etmişdir. 2025-ci ilin may ayının sonlarında qanunsuzluqları aşkar etmək üçün ərazilərdə monitorinq keçirməyə başlamışdır. Həmin vaxt gəzinti zamanı Oğuz rayonu Baş Daşağıl kəndi Malıx yaşayış məntəqəsi ərazisində təxminən 3,2 hektar torpaq sahəsinin həmin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən mülkiyyət, istifadə və icarə hüququ olmadan zəbt edilməsini aşkar edərək, bu barədə akt tərtib etmişdir. Təqsirləndirilən şəxs özünün də deməsinə görə həmin torpaq sahəsini 2 ildir ki, şumlatdırıb əkdirmişdir. Halhazırda Təqsirləndirilən şəxs həmin torpaq sahəsində arpa becərmişdir. Təqsirləndirilən şəxs sözügedən torpaq sahəsi ilə bağlı hər hansı bir sənədi olmamış, Təqsirləndirilən şəxs həmin torpaq sahəsini qanunsuz olaraq zəbt edərək, özbaşına istifadə etmişdir. Həmin torpaq sahəsi kəndin prespektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahəsidir, həmin torpaq sahəsi təxminən 3,2 hektardır. Bu barədə dəqiq ərazinin neçə hektar olması və hansı kataqoriyaya aid olmasını müəyyən etmək üçün Qəbələ şəhər 9 saylı ƏMDX publik hüquqi şəxsinə müraciət etmişlər. Təqsirləndirilən şəxs zəbt etdiyi ərazini bələdiyyəyə təhvil verməsi ilə bağlı məktub göndərmişdir. Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində eyni zamanda göstərmişdir ki, Təqsirləndirilən şəxs daha öncə zəbt etdiyi torpaq sahəsi ilə bağlı bələdiyyəyə müraciət edərək müqavilə bağlamaq istədiyini demişdir. 23 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 16 saylı qərara əsasən 02 №-li torpaq sahəsinin icarəyə verilməsi haqqında “Torpaq icarə müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən 3,5 (30500 kv metr) ha torpaq sahəsi 1 (bir) il müddətinə torpaq təyinatı üzrə şərtlərinə əsasən kənd təsərüfatı məhsullarının ihtehsalı məqsədi ilə Təqsirləndirilən şəxs icarəyə verilmişdir. Həmin torpaq sahəsi qanuna uyğun olaraq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 11.5-ci bəndinə əsasən verilmişdir. Belə ki, həmin qanunda nəzərdə tutulmuşdur ki, ehtiyyat fondundan yaşayış məntəqələri tikinti altı torpaq sahəsi hüquqi və fiziki şəxlərə qısa müddətli icarəyə verilə bilər. Bucaq bələdiyyəsi olaraq həmin torpaq sahəsini qısa müüdətinə yəni 1 (bir) il müddətinə Təqsirləndirilən şəxs icarəyə verilmişdir. Təqsirləndirilən şəxs Bucaq Bələdiyyəsinə dəymiş ziyanlığı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə edilmişdir. X7 təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, Qəzənfərlə hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Oğuz rayon prokurorluğuna Qəzənfərin Oğuz rayon Baş Daşağıl kəndi Malıx yaşayış məntəqəsində bələdiyyəyə məxsus torpaq sahəsini zəbt etməsi barədə ərizə ilə müraciət etmişdir. Belə ki, 2 il bundan öncə rayon icra hakimiyyəti tərəfindən Qəzənfərə həmin torpaq sahəsini sotluqlara bölərək kənd camaatına verilməsi barədə göstəriş verilmişdir. Buna baxmayaraq Qəzənfər həmin torpaq sahəni zəbt edərək, həmin sahədə arpa əkmişdir. O da Azərbaycan Respublikasının vətəndaşı kimi kənd camaatını fikirləşərək bu barədə ərizə ilə Oğuz rayon prokurorluğuna müraciət etmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış, sonuncu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 82, 88) İş materiallarında olan xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, tərəfimdən Oğuz rayonu Baş Daşağıl kəndi Malıx yaşayış məntəqəsində yerləşən Bucaq bələdiyyəsinə məxsus torpaq sahəsinə, bir sözlə Təqsirləndirilən şəxs qanunsuz olaraq şumlatdırıb, becərməklə zəbt etdiyi yerə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş və tərtib edilmiş protokola əlavə olunmuşdur. (i.v. 16-20) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli 59-1 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bucaq bələdiyyəsinin mülkiyyətndə olan qanunsuz olaraq zəbt etdiyi Oğuz rayonu Baş Daşağıl kəndi Malıx yaşayış məntəqəsində yerləşən torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyalı, uqodiyası ümumi istifadədə olan tikintialtı torpaqlar, kordinatları 1. X-698285: Y-4540782, 2.X-698477: Y-4540696, 3. X-698427: Y-4540526, 4. X-698304: Y-4540549 olan 3.2 hektar torpaq sahəsidir. (i.v. 79) İş materiallarında olan Azərbaycan Respublikası Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli 119 nömrəli məktubunda göstərilmişdir ki, Oğuz rayon Baş Daşağıl, Bucaq, Calut, Muxas bələdiyyələrinin ərazisində Bucaq bələdiyyəsi yaradılmışdır. Ləğv olunmuş Baş Daşağıl, Bucaq, Calut, Muxas bələdiyyələrinin hüquqi varisi Bucaq bələdiyyəsi hesab olunur. Bələdiyyələr birləşərkən son 5 ilin sənədləri təhvil-təslim olunduğundan əvvəlki illərin heç bir sənədi Bucaq bələdiyyəsinə verilməmişdir. Təqsirləndirilən şəxs ilə keçmiş Baş Daşağıl bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsi Bucaq bələdiyyəsində yoxdur. Lakin xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Bucaq bələdiyyəsi arasında icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin surəti Oğuz RPŞ-nə göndərilmişdir. (i.v. 115-117) İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-3315/2025 nömrəli məktubunda göstərilmişdir ki, Oğuz rayonu Baş Daşağıl kəndi Malıx yaşayış məntəqəsində yerləşən, Təqsirləndirilən şəxs istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikintialtı (ümumi istifadə) olmaqla, bucaq bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. (i.v. 108-110) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/4957 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş məktuba əsasən aşağıdakılar müəyyən olunur: Oğuz rayon Baş Daşağıl kəndi Malıx yaşayış məntəqəsi ərazisində yerləşən torpaq sahələrinin xüsusi, bələdiyyə yaxud dövlət mülkiyyətində olmasının müəyyən edilməsi barədə məktuba baxılmışdır. Məktubda qeyd edilmiş torpaq sahəsinə baxış keçirilmişdir. Sözügedən, Oğuz rayonu Baş Daşağıl kəndi Malıx yaşayış məntəqəsində Təqsirləndirilən şəxs istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikintialtı (ümumi istifadə) olmaqla, Bucaq bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. (Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir) (i.v. 111-114) İş materiallarında olan “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:50-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 46) İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Oğuz RPŞ-nin İBnin baş müstəntiqi Mehdi Hüseynzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 62-63) İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:16-da MSY-dən azad edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 73-75, 78) İş materiallarında olan Oğuz RMX PHŞ-dən daxil olmuş 05 iyun 2025-ci il tarixli, 18-1- 64/2-556/2025 nömrəli məktubdan görünür ki, Oğuz rayon Baş Daşağıl kəndi malıx yaşayış məntəqəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Oğuz RMX-nın poliklinika şöbəsinin “Narkoloji” və “Ruhi əsəb” kabinetlərində qeydiyyatda yoxdur. ( i.v. 81, 87) İş materiallarında olan Oğuz RİHB-nın Baş Daşağıl kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 13 iyun 2025-ci il tarixli, 5-68-2/2-38/2025 nömrəli məktubla daxil olmuş arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Baş Daşağıl kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Ailə üzvləri arvadı – xx.xx.1971-ci il təvəllüdlü X2, oğlu – xx.xx.1992-ci il təvəllüdlü X5 və xx.xx.1994-cü il təvəllüdlü X1 ibarətdir və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (i.v. 83-86) İş materiallarında olan xx.xx.2025-ci il tarixli 02 nömrəli Torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, icarə haqqı illik 350 manat olmaqla 3,5 ha torpaq sahəsinin 1 il müddətinə Təqsirləndirilən şəxs istifadəsinə verilməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə Bucaq bələdiyyəsi arasında icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 188-ci maddəsinin normasında müəyyən olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, maddədə nəzərdə tutulan əməllərin törədilməsi iqtisadi sistemdə və ekoloji potensialın yüksəldilməsində çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə səbəb olur. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə görə torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində- bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 110-cu maddəsinə görə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Bu hissədə qeyd edilməlidir ki, iş matüeeriallarından göründüyü kimi xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Bucaq bələdiyyəsi arasında icarə müqaviləsi bağlanmışdır. Yəni, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Bununla da təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs əməli 2023-cü ildə başlamış və xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs irəli sürəlmüş ittihamdan “hal-hazırki günədək olan müddət ərzində” ifadəsi xaric edilməli və uzanan cinayətin müddəti “2023-cü ildən xx.xx.2025-ci il tarixədək” müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş hüququ şəxsin şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməldən peşman olmasını (məhkəməyədək icraat zamanı və məhkəmədə etiraf edici ifadə verməsi törətmiş olduğu əməlin nəticəsinin aradan qaldırılması) yaşayış yerində müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən “Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma - səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspert rəyinə, iş materiallarında olan və yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Oğuz rayonu, Baş Daşağıl kəndi Malıx yaşayış məntəqəsində yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyalı, uqodiyası ümumi istifadədə olan tikintialtı torpaqlar, kordinatları 1. X-698285: Y-4540782, 2.X-698477: Y-4540696, 3. X-698427: Y-4540526, 4. X-698304: Y-4540549 olan 3.2 hektar torpaq sahəsi Bucaq bələdiyyəsinin mülkiyyətindədir. Təqsirləndirilən şəxs isə həmin torpaq sahəsində hər hansı müqavilə bağlamadan 2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müəyyən əkin biçin işləri ilə məşğul olmuşdur. xx.xx.2025-ci il tarixdə isə Bucaq bələdiyyəsi ilə icarə müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (CM-nin 3-cü maddəsi). Məhkəmə bildirir ki, cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Cinayətin obyektiv cəhəti isə torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud başqa üsullarla özbaşına tutmada ifadə olunmuşdur. Cinayətin subyekti 16 yaşına çatmış hər hansı bir anlaqlı fiziki şəxs ola bilər. Cinayətin subyektiv cəhəti birbaşa qəsddən ibarətdir. Yəni təqsirkar torpaq sahəsini özbaşına hasarladığını, tutduğunu, dəyişdirdiyini və ya becərdiyini, özbaşına tikinti və ya quraşdırma işlərini apardığını dərk edir və bu əməli törətəməyi arzu edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların məcmusuna və şəxsiyyət ilə bağlı hala qiymət verərək bu nəticəyə gəlir ki, ona azadlığın məhdudlaşdırılması cəzasını təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (28-30 may 2025-ci il, 24 saatdan artıq saxlanılması nəzərə alınmaqla), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM - 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Baş Daşağıl kəndi Malıx Yaşayış məntəqəsində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2025-ci il tarixdə saat 18:50-dən, tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2025-ci il tarixdə saat 11:16-dək olan müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Baş Daşağıl kəndi Malıx Yaşayış məntəqəsində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə 50,0 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia tələbi və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №1(054)-83/2025
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-83/2025
14.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver